Loading alternative title

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə 41-i ictimai iaşə obyekti, 104-ü ərzaq satışı mağazası olmaqla, ümumilikdə 145 müəssisədə reyd keçirib.

Agentlikdən verilən məlumata görə, reyd keçirilən obyektlərdən 68-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

“Bizim RSN”, “Grand”, “Zirvə”, “Romaşka”, “Pioner”, “Muxtar”, “Bakı”, “EF”, “Bursa”, “Təzə bazar”, “Nilufər”, “Zəhra”, “Dərnəgül” ərzaq mağazaları, Həsənov Teymur Əfsər oğluna, Həsənov Eldar Səlim oğluna, İsmayılova Vüsalə Rövşən qızına, Bünyadzadə Azər Firudin oğluna, Bayramov Bayram Fəxrəddin oğluna, Əhmədov Nicat Kərim oğluna, Xəlilov Kərim İbrahim oğluna məxsus marketlər;

Digər şəhər və rayonlar üzrə:

Xaçmaz rayonunda Məmmədov Elvin Əjdər oğluna, Sərdarlı Sərvər Rüstəm oğluna, İdrisov Afər Şəmsəddin oğluna məxsus ərzaq mağazaları;

Şabran rayonunda Vəliyev Nicat Əziz oğluna məxsus ərzaq mağazası;

Bərdə rayonunda Hüseynov Çəmən Fərrux oğluna, Abbasov Ramil Rizvan oğluna, Misirxanov Babək Atalin oğluna, Kərimov Rövşən Rafiq oğluna, Səlimov Xurşud Ağaəli oğluna məxsus marketlər;

Yevlax rayonunda Əsədov Xəyal Elman oğluna, Ələkbərov Kamil Qürbət oğluna, Hüseynov Elşən Zahir oğluna, İbrahimov Ceyhun Talış oğluna, Şahverdiyeva Sahibə Yusif qızına məxsus ərzaq mağazaları;

Goranboy rayonu, Sarovlu kəndində “Tac” market;

Gəncə şəhərində Əlizadə Elçin Alim oğluna, Hüseynov İlqar Nizami oğluna məxsus ərzaq mağazaları, “Ruzi” və “Cavid” marketləri;

Göyçay rayonunda Həsənov Neyman Gülbala oğluna, İbrahimov Ehtibar Rafiq oğluna, Xəlilov Müqəddəs Sirac oğluna məxsus kafelər;

Şamaxı rayonunda Ömərov Vüqar Arif oğluna, Cabbarov Tərlan Bəhməndiyar oğluna məxsus ərzaq mağazaları;

Qazax rayonunda “Çinar” kafesi, “Omaroğlu”, “Nərimanov”, “Əlillər” marketləri;

Şəmkir rayonunda “Oba”, “Üç qardaş”, “El” ərzaq mağazaları, “Elçin” və “NZS” kafeləri;

Tovuz rayonunda “Şır-şır”, “Dostluq”, “Bahar”, “Vladivostok” kafeləri, “Mələk” və “Moskva” marketləri;

Ağstafa rayonunda “Kəsəmən” və “Anar” ərzaq mağazaları;

Qəbələ rayonunda Bağırov Əli Sabir oğluna, Kərimov Gündüz Abdulhəsən oğluna məxsus kafelər, Əzizli Turan Şirin oğluna və Mənsimov Mahir Nüsrət oğluna məxsus ərzaq mağazaları;

Lənkəran rayonu, Sütəmurdov kəndində Hüseynov Rüfət Almas oğluna məxsus “Xəzər” marketi;

Şirvan şəhərində Rəsulov Mirağa Vahid oğluna məxsus kafe və Şahbazov Akif İltifat oğluna məxsus ərzaq mağazası;

Qeyd edək ki, AQTA Bakıda, eləcə də, regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:52     06-Aug-2020     2062
  • alternative title 16:46     06-Aug-2020     2091
  • alternative title 15:44     06-Aug-2020     2771
  • alternative title 14:29     06-Aug-2020     2445
  • alternative title 12:03     06-Aug-2020     2996
image title here

Some title