Loading alternative title

Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) 8392 yeni yoluxma qeydə alınıb.

QALANEWS Hindistanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, virusun ölkədə yayılmağa başlamasından bəri gündəlik ən yuxarı rəqəmdir. Bununla da Hindistanda koronavirusa yoluxanların ümumi sayı 190 min 535-ə çatıb. Hazırda Hindistan bu infeksiyaya yoluxanların ümumi sayına görə dünyada 7-ci yerdədir.

Bildirilir ki, ötən sutka ərzində COVID-19 infeksiyasından 230 ölüm qeydə alınıb. İndiyədək ölkədə virus səbəbindən ölənlərin sayı 5394-ə yüksəlib.

Qeyd edək ki, yeni növ koronavirus pandemiyası ilə əlaqədar martın 25-dən Hindistanda qüvvədə olan xüsusi karantin rejimi növbəti dəfə bir ay müddətinə uzadılıb. Qərar iyunun sonunadək qüvvədə olacaq. Daxili İşlər Nazirliyi virusun daha çox yayıldığı yaşayış məntəqələri istisna olmaqla ticarət mərkəzlərinin, mehmanxanaların, restoranların, ibadətgahların açılmasına, habelə təhsil ocaqlarında tədrisin bərpasına, nəqliyyat vasitələrinin ştatlararası hərəkətinə mərhələli qaydada icazə verib. Yeni karantin rejimi dövründə zəruri hallar istisna olmaqla, insanların axşam 9-dan səhər 5-dək olan müddətlə küçələrə çıxması qadağandır. Bundan başqa, beynəlxalq təyyarə uçuşlarına, metro nəqliyyatının, teatrların, kinoteatrların, idman zallarının, üzgüçülük hovuzlarının, əyləncə mərkəzlərinin fəaliyyətinə, habelə ictimai-siyasi, elmi, mədəni, dini və digər kütləvi tədbirlərin keçirilməsinə olan qadağalar iyunun sonunadək qüvvədə qalıb.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:47     06-Jul-2020     1623
  • alternative title 12:43     06-Jul-2020     1699
  • alternative title 12:31     06-Jul-2020     1409
  • alternative title 12:28     06-Jul-2020     1642
  • alternative title 12:27     06-Jul-2020     1605
image title here

Some title