Loading alternative title

Formula 1 çempionatının “Williams” komandasının rəhbərliyi, gözlənildiyi kimi, koronavirus pandemiyası fonunda yaranan maliyyə problemləri səbəbindən idarəetmə strategiyasına yenidən baxılacağını elan edib.

AZƏRTAC xəbər verir ki, komandanın sahibinin tamamilə dəyişməsinə hazırdırlar və artıq axtarışa başlayıblar. Yeni strategiya çərçivəsində titullu sponsor “ROKit” və onun törəmə şirkəti olan “ROK Drinks” şirkəti ilə 2023-cü ilədək müqavilə olmasına baxmayaraq, bundan sonrakı əməkdaşlıqdan imtinaya qərar verilib.

“Williams”ın rəsmi bəyanatında deyilir: “WGPH”nin [Williams Grand Prix Holdings] Direktorlar Şurası müxtəlif strateji variantları gözdən keçirir. Mümkün variantlar sırasına şirkət üçün yeni pul vəsaitinin cəlb edilməsi, “WGPH”nin minoritar səhm paketinin və ya “WGPH”nin nəzarət səhm paketinin satışı, o cümlədən bütün şirkətin potensial satışı da daxildir. Hələlik qəti qərar qəbul edilməməsinə baxmayaraq, şirkət danışıqları yüngülləşdirmək məqsədilə satış prosesinə başlamağı rəsmi şəkildə elan edir. Bizə rəsmi şəkildə hələ ki, müraciət olunmayıb. Belə təklif gələcəyinə və hansı şərtlərin təqdim ediləcəyinə əminliyimiz yoxdur. “Williams Grand Prix Holdings”in idarə heyəti hər cür təklifdən imtina etmək və danışıqları dayandırmaq hüququnu özündə saxlayır”.

Komandada onu da qeyd ediblər ki, “Williams”ın 2020-ci il mövsümündə iştirakına heç bir təhlükə yoxdur.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:47     06-Jul-2020     1764
  • alternative title 12:43     06-Jul-2020     1787
  • alternative title 12:31     06-Jul-2020     1505
  • alternative title 12:28     06-Jul-2020     1755
  • alternative title 12:27     06-Jul-2020     1695
image title here

Some title