Loading alternative title
alternative title

Zahid Orucdan müharibə anonsu

16:10     01-Jun-2020     2580

“Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi Aprel müharibəsinin nəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 il əvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmağa bütün güclərini səfərbər etdikləri bir vaxtda işğalçı ölkənin inqilabi hakimiyyəti Aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmağa çalışır”. 

Bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. 

O, Ermənistanda yaranan situasiyanı təzadlı mənzərə kimi xarakterizə edib. 

Bununla belə deputat qeyd edib ki, nəticə Azərbaycanın xeyrinədir. 

“Əksər erməni mediasında Azərbaycanın Naxçıvanda yerləşdirdiyi “Kaplan”, “Qasırğa” və sair raket qurğuları müzakirə olunur. 

Həmin raketlərin hədəfi vurma məsafəsi 120 km-dir, onun təhlükəsi haqqında silsilə yazılar gedir. Xatırladaq ki, Naxçıvandan İrəvana məsafə cəmi 42 km-dir”, - deyə Z.Oruc bildirib. 

Deputat qeyd edib ki, öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirməsi ilə ölkə başçısının son İrəvan çıxışı arasında əlaqə axtarır: 

“Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən Aprel müharibəsi ilə bağlı istintaq prosesini izləməlidir. Bəli, yeni aprel, may, iyun döyüşləri üçün”. 

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:47     06-Jul-2020     1623
  • alternative title 12:43     06-Jul-2020     1699
  • alternative title 12:31     06-Jul-2020     1409
  • alternative title 12:28     06-Jul-2020     1642
  • alternative title 12:27     06-Jul-2020     1567
image title here

Some title