Loading alternative title

Beynəlxalq Muğam Mərkəzi “Qədim milli alətlərimiz” rubrikasından qolça qopuz haqqında mühazirəni təqdim edib .

QALANEWS xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasının Milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov bu alət haqqında aparılan tədqiqatlardan danışıb. Qeyd edib ki, mərhum tədqiqatçı alim Məcnun Kərimovun fikrincə, Dədə Qorqudun qolça qopuzu adından da göründüyü kimi qolda gəzdirilib. Deyilənə görə, qolça qopuzu Dədə Qorqud icad edib. Qopuz üç simli imiş, burada üç sim o dünyanı, yerüstü aləmi və kainatı bildirir. Hər bir alət dövrün tələbinə görə inkişaf edib. IX əsrdə qopuzun qolu uzadılıb, hər simin yanına biri əlavə olunub.

Bugünkü qopuz aləti də günün tələbinə görə təkmilləşdirilib. Qolça qopuz Beynəlxalq Muğam Mərkəzinin “Qədim milli musiqi alətləri” ekspozisiyasında nümayiş olunur.

Xatırladaq ki, Mərkəz elmi tədqiqat və araşdırma yönlü fəaliyyəti çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr keçirib və bu fəaliyyət uğurla davam etdirilir.


  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:47     06-Jul-2020     1659
  • alternative title 12:43     06-Jul-2020     1724
  • alternative title 12:31     06-Jul-2020     1438
  • alternative title 12:28     06-Jul-2020     1677
  • alternative title 12:27     06-Jul-2020     1637
image title here

Some title