Loading alternative title
alternative title

Şəkər xəstələri bayramda necə qidalanmalıdır?

12:58     25-May-2020     1190

Bayramda yeyilən şərbətli şirniyyatlar, şəkər və şokoladlar qanda şəkərin nizamsızlığının ən əsas səbəbidir.

QALANEWS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin dekanı, Endokrinologiya və metabolizm xəstəlikləri uzmanı, professor Mustafa Sait Gönen şəkərli diabet xəstələri üçün bayram günlərində qidalanma tövsiyələri verib. Professor bildirib ki, şəkərli diabet xəstələrinin şəkəri çox yüksək və ya çox aşağı ola bilər. Belə hallarda koma vəziyyəti də daxil olmaqla çox ciddi fəsadların yaranması mümkündür.

Mütəxəssis deyib ki, bu səbəbdən şərbətlə hazırlanan şirniyyatlar birmənalı qəbul olunmamalıdır. Həkimin sözlərinə görə, koronavirus pandemiyası dövründə şəkər xəstələri həm də uzun müddət karantin rejimində hərəkətsiz qalmaları səbəbindən qaydalara uyğun qidalanmalı, şəkəri normada saxlamalıdırlar. Qanda şəkərin qalxıb, enməsinin qarşısını almaq üçün vaxtında qidalanmaq, çox qida qəbul etməmək, 3 əsas və 3 ara yeməyinin olmasının vacibliyini vurğulayıb.

O, bol su içməyi, lifli qidalara üstünlük verməyi, duz istifadəsini azaltmağı, şəkərli, unlu qidalar və içkilərdən, xəmirli şirniyyatlardan birmənalı olaraq imtina etməyi, fiziki aktiv olmağı, idman hərəkətləri etməyi tövsiyə edib. Professor bildirib ki, əgər şirniyayt yemək istəyi yaranarsa, bu zaman çox yüngül, südlü və meyvəli şirniyyatlar yemək olar.


  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:47     06-Jul-2020     1804
  • alternative title 12:43     06-Jul-2020     1787
  • alternative title 12:31     06-Jul-2020     1553
  • alternative title 12:28     06-Jul-2020     1755
  • alternative title 12:27     06-Jul-2020     1695
image title here

Some title