Loading alternative title
ATMU-da növbəti virtual konfrans beynəlxalq iqtisadi münasibətlərin prioritetinə həsr olunub
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “XXI əsrdə beynəlxalq iqtisadi münasibətlərin prioritet istiqamətləri” adlı beynəlxalq virtual elmi-praktik konfrans keçirilib.
Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Almaniya, Bolqarıstan, Moldova, Türkiyə, Gürcüstan, Ukrayna, Estoniya, Rusiya, Rumıniya, Portuqaliya və Azərbaycandan olan nümayəndələr iştirak ediblər.
Konfransı açan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov məruzəsində beynəlxalq elmi-praktik konfransın bu forumda toplanan universitetlərin və tədqiqat mərkəzlərinin qlobal iqtisadiyyatın inkişafındakı müasir tendensiyaları araşdırmaqda maraqlı olanlarının gələcək əməkdaşlığa xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O, son vaxtlar qlobal iqtisadiyyatda baş verən hadisələrin turizm sahəsinə ən çox təsir edən sosial-iqtisadi xarakterli bəzi dəyərlərə yenidən baxılmasının zəruriliyini göstərib.
Tədbir xaricdən konfransa virtual qoşulan qonaqların çıxışları ilə davam etdirilib.
Bölmələrin paralel işi geniş müzakirə və müxtəlif ölkələrin spikerləri arasında intensiv təcrübə mübadiləsini təmin edib. Plenar iclas və 3 bölmədən ibarət konfransda ümumilikdə 70-ə yaxın məruzə dinlənilib.
Tədbiri yekunlaşdıran ATMU-nun elm və innovasiya üzrə prorektoru, professor İrana Əliyeva çıxışında təhsil və elm mühitində təcrübə mübadiləsi şəraitində bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb. O, təhsilin beynəlmiləlləşdirilməsinin və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
  • Paylaş:

  • Taqlar:

Gunay

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1021
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     1064
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title