Loading alternative title
alternative title

SOCAR Tümendə tibb işçilərinə yardım edib - FOTO

18:41     22-May-2020     3746

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - Rusiyanın Tümen vilayətində yerləşən Antipino Neft Emalı Zavodunun səhmdarı olan “SOCAR Enerqoresurs” şirkəti pandemiya ilə mübarizə aparan tibb işçilərinə yardım edib.

Bu barədə yerli mətbuat xəbər yayıb.

Məlumata görə, “SOCAR Enerqoresurs” şirkəti tümenli həkimlər üçün “Rezerv” mərkəzinə bir neçə min vahid fərdi müdafiə vasitələri yollayıb.

“Tümenli həkimlər hər gün koronavirusa yoluxan insanların həyatını xilas edir. Vəzifəmiz tibb işçilərinə sağlamlıqlarını qorumağa kömək etməkdir. Bu gün biz “Rezerv” mərkəzinə “SOCAR Enerqoresurs” şirkətinin Antipino Neft Emalı Zavodunun səhmdarının vəsaiti hesabına alınan iki min tondan artıq antiseptik, respirator, papaq, əlcək göndərdik”, - deyə, zavodun müdir müavini Kirill Baxmetyev bildirib.

Fərdi müdafiə vasitələrinin ümumi dəyəri 3 milyon rubl (71 765 AZN) olub. Əlavə 3 milyon rubl da “SOCAR Enerqoresurs” şirkəti tərəfindən “Virusa qarşı birlikdə” layihəsi çərçivəsində Tümen şəhərinin Xeyriyyə İnkişaf Fonduna köçürülüb.

Yaxın günlərdə Antipino Neft Emalı Zavodunun səhmdarı tibb işçiləri üçün müdafiə vasitələrinin üçüncü partiyasını yollayacaq.

Ötən ayın sonunda isə “SOCAR Enerqoresurs” şirkəti “Rezerv” mərkəzi üçün 3 700 müdafiə kombinezonu yollamışdı.


  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:14     21-Sep-2020     217
  • alternative title 15:08     21-Sep-2020     370
  • alternative title 15:06     21-Sep-2020     1334
  • alternative title 14:53     21-Sep-2020     1301
  • alternative title 14:51     21-Sep-2020     1390
image title here

Some title