Loading alternative title

“Ryanair” aviakonserni tərkibindəki “Laudamotion” aviaşirkətinin Vyana beynəlxalq hava limanındakı bazasını ləğv edir.

QALANEWS xəbər verir ki, bununla da şirkətin Vyana bazasındakı 300 nəfərlik heyət iş yerini itirib. Konserndən mətbuata verilən məlumatda qeyd edilir ki, “vida” həmkarlar təşkilatı bütün işçilər adından yeni kollektiv əmək müqaviləsinin imzalanmasına qarşı çıxıb. Müqavilənin imzalanması üçün verilən ultimatumdakı müddət başa çatdığına görə, konsern rəhbərliyi mayın 29-dan Vyana bazasını bağlamaq qərarına gəlib.

“vida“ rəsmiləri bildiriblər ki, təyyarə bələdçiləri üçün minimum əməkhaqqından da aşağı olan ilkin maaşa razı ola bilməzlər və konsern rəhbərliyinin təzyiq üsulları bəhrə verməyəcək.

Konsernin açıqlamasında “A320” hava gəmilərinin ən böyük bazasını bağlanması məcburiyyəti təəssüflə qeyd edilib, eyni zamanda, Avstriya hökuməti həmkarlar təşkilatına təsir göstərməməkdə qınanıb.

Vyana aeroportunun idarə heyətinin rəhbəri Günter Ofner tərəfləri yenidən danışıqlar masası arxasına dəvət edərək hazırkı dövrdə 300 iş yerinin itirilməsinin olduqca yanlış siqnal olduğunu qeyd edib.

Qeyd edək ki, “Formula 1” üzrə sabiq üçqat dünya çempionu Andreas Nikolaus (Niki) Laudanın təsis etdiyi və onun adını daşıyan aşağı büdcəli aviaşirkətin donanması 26 “Airbus A320” təyyarəsindən ibarətdir. N.Laudanın vəfatından sonra şirkətin səhmlərini “Ryanair” alsa da, Vyana bazasında həmkarlar təşkilatı ilə gərginlik son aylarda səngimək bilmirdi. Nəticədə konsern rəhbərliyi aviaşirkətin dörd bazasından ən böyüyü olan Vyana bazasını bağlamaq barədə qərar verib.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:53     01-Jun-2020     434
  • alternative title 17:14     01-Jun-2020     1217
  • alternative title 16:45     01-Jun-2020     920
  • alternative title 16:39     01-Jun-2020     921
  • alternative title 16:28     01-Jun-2020     981
image title here

Some title