Loading alternative title
alternative title

Bakıda silahlı quldur dəstə yaxalandı

12:01     22-May-2020     1775

Bakıda vətəndaşa qarşı quldurluq edən şəxslər yaxalanıb.

Hadisə paytaxtın Nizami rayonu, Babək prospektində baş verib.

Beş naməlum şəxs gecə saatlarında Bakı şəhər sakini Real İsgəndərovun qarşısını kəsərək, onun 650 manatını və mobil telefonunu əlindən alıb, hadisə yerindən qaçıblar.

Nizami rayon Post Patrul Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı quldurluqda şübhəli bilinən - Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1995-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-ci il təvəllüdlü Rahil Həsənov saxlanılıblar.

R.Mirzəyevin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış keçirilərkən oradan bir ədəd bıçaq, bir ədəd balta, bir ədəd qundağı kəsilmiş ov tüfəngi və iki ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:53     01-Jun-2020     434
  • alternative title 17:14     01-Jun-2020     1184
  • alternative title 16:45     01-Jun-2020     920
  • alternative title 16:39     01-Jun-2020     899
  • alternative title 16:28     01-Jun-2020     981
image title here

Some title