Loading alternative title
alternative title

“Neftçi” klubunun məhsuldarlıq rekordları

16:55     18-May-2020     755

Azərbaycan Premyer Liqasının cari mövsümündə ən çox qol vuran komanda “Qarabağ”dır. Çempionatın lideri 20 oyunda 34 dəfə fərqlənib.

QALANEWS Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, yarışın 28 illik tarixində isə bundan üçqat yüksək nəticəyə də təsadüf olunur. 1992-ci ildən keçirilən çempionatın mütləq rekordu elə həmin ildə qeydə alınıb. “Neftçi” mövsümü – 104 qolla başa vurub. Həmin çempionatda daha bir komanda – Sumqayıt “Xəzər”i də 100 qol səddini fəth edib. Bu iki göstəricidən başqa 100 və daha çox qol vuran komanda olmayıb. Üçüncü nəticə də 98 qol sevinci yaşayan “Neftçi”yə məxsusdur.

1992-ci ildə 100 qol səddinin keçilməsində oyun sayının çoxluğu da rol oynayıb. Lakin bu, məhsuldarlığın yüksək olmasına şübhə yeri qoymur. Hər halda 100 və daha çox qol vuran hər iki komanda orta göstəricidə ən məhsuldar “beşlik”də yer alır. Mütləq rekord isə “Neftçi”nin 1996-1997-ci il mövsümündəki göstəricisidir. Həmin vaxt “ağ-qaralar” hər oyunda 3,27 qola imza atıb. “Şəmkir”, həmçinin daha bir dəfə “Neftçi” 3 səddini aşa bilib.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1001
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     999
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title