Loading alternative title

“Ermənistan rəhbərliyinin son açıqlamaları göstərir ki, işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir. Bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır”.

QALANEWS xəbər verir ki, Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında belə bəyanatla çıxış edib.

Nazir qeyd edib ki, Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadiqdir:

“Bununla yanaşı, danışıqlar əbədi davam edə bilməz. Həmçinin, danışıqlar güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanılmasına xidmət etməməlidir”.

O xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququ var:

“Münaqişələr tezliklə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll edilməlidir. Eyni zamanda, münaqişələrin həlli bölgədə regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin, regionda iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək”.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:53     01-Jun-2020     434
  • alternative title 17:14     01-Jun-2020     1184
  • alternative title 16:45     01-Jun-2020     920
  • alternative title 16:39     01-Jun-2020     899
  • alternative title 16:28     01-Jun-2020     981
image title here

Some title