Loading alternative title

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçiləri tərəfindən yaşı 65-dən yuxarı olan tənha vətəndaşların evlərində sosial məişət xidmətlərinin göstərilməsində DOST könüllüləri də yaxından iştirak edir.

Nazirlikdən verilən məlumata görə, “Könüllü DOST” proqramının 30 könüllüsü sosial xidmətçilərlə birgə tənha yaşlılara evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsində dəstək olurlar.

Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, tənha yaşlılara əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilməsi daxildir. Sosial xidmətçilər kimi, DOST könüllüləri də lazımi qoruyucu vasitələrlə təmin olunublar.

“Könüllü DOST” proqramı bununla ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması tədbirlərinə, yaşlı insanların infeksiyadan qorunması, ahıllarımıza hörmət və qayğı ilə yanaşılması istiqamətində aparılan işlərə öz dəstəklərini ifadə edirlər.


  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 15:55     25-May-2020     1384
  • alternative title 12:59     25-May-2020     1143
  • alternative title 12:54     25-May-2020     349
  • alternative title 12:19     25-May-2020     1013
  • alternative title 12:02     25-May-2020     1129
image title here

Some title