Loading alternative title

Azərbaycan Tibb Universitetinin (ATU) Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov koronavirus pandemiyasına qarşı mübarizə kampaniyası çərçivəsində təşəbbüslə çıxış edib.

ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, 40 ildən artıqdır peşəkar fəaliyyətlə məşğul olan Ç.Rəhimov, bir il öncə yaratdığı klinikada olan süni ventilyasiya aparatını koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə olunması üçün ixtisaslaşmış xəstəxanaya təqdim edib: "Klinikamız ən müasir avadanlıqla təchiz olunub. İşçi heyətinin peşəkarlığını və müvafiq avadanlığın mövcudluğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi ölkəmizdə ilk dəfə olaraq cərrahi əməliyyatları və stomatoloji xidməti ambulator şəraitdə, ümumi ağrısızlaşdırma (narkoz) altında aparılmasına icazə verib. Bu da bizi digər stomatoloji müəssisələrdən fərqləndirir".

Professor Ç.Rəhimovun sözlərinə görə, digər özəl tibb müəssisələri də ölkə Prezidentinin təşəbüssünə qoşulmalı və koronavirusla mübarizədə əlindən gələni əsirgəməməlidir: "Hazırda bütün dünya və ölkəmiz ciddi ağ ciyər ağırlaşmalarına səbəb olan koronavirus pandemiyası ilə qarşılaşıb. Böyük xəstə axını olduğu təqdirdə, ağ ciyərin süni ventilyasiyası aparatlarının çatışmazlığı ilə üzləşə bilərik. Buna görə də, tam işlək vəziyyətdə olan süni ventilyasiya aparatını, bu işə cəlb olunmuş təşkilatların göstərişinə əsasən lazımi xəstəxanaya təqdim etmişəm".

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:25     04-Apr-2020     210
  • alternative title 15:31     04-Apr-2020     250
  • alternative title 15:27     04-Apr-2020     225
  • alternative title 13:38     04-Apr-2020     224
  • alternative title 12:58     04-Apr-2020     195
image title here

Some title