Loading alternative title
alternative title

İnsanları qorxudub pullarını aldılar

16:14     25-Mar-2020     1151

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini V.Ələkbərovu döyüb 2300 manat pulunu, mobil telefonunu, şəxsiyyət vəsiqəsini və bank kartını quldurluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakini Ş.Ataşov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, martın 23-də Nizami rayonunda paytaxt sakini N.Nəciyevi döyüb 5000 manat pulunu quldurluq yolu ilə əlindən alıblar. Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri E.Əliyev və E.Mehtiyev saxlanılıblar.

Digər quldurluq hadisəsi də Nizami rayonunda baş verib.

Martın 23-də naməlum şəxslər paytaxt sakini E.İmanovu bıçaqla hədələyib içərisində 520 manat, 720 dollar və bankomat kartları olan pulqabısını quldurluq yolu ilə əlindən alıblar.

Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri V.Nəsirov, T.Əliyev və Cəlilabad rayon sakini H.Məlikov saxlanılıblar.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:25     04-Apr-2020     210
  • alternative title 15:31     04-Apr-2020     250
  • alternative title 15:27     04-Apr-2020     225
  • alternative title 13:38     04-Apr-2020     224
  • alternative title 12:58     04-Apr-2020     195
image title here

Some title