Loading alternative title

Türkiyə milli komandasının üzvü Umut Meraş Avropa çempionatının final mərhələsində düşdükləri qrupdan danışıb. 

Hazırda Fransada “Havr” klubunun formasını geyinən 24 yaşlı sol cinah oyunçusu ölkəsinin mətbuatına müsahibəsində şansları dəyərləndirib. Umut çətin qrupa düşdüklərini bildirib: “İlk oyun İtaliyada, üstəlik, ev sahiblərinə qarşı açılış matçında. Komandamız böyük oyunları həmişə sevir. İndidən turnirdə keçirəcəyimiz oyunları düşünürəm. Digər iki oyunumuzu isə Azərbaycanda keçirəcəyik. Elə hesab edirik ki, Türkiyədə oynayacağıq. Bu, bizim üçün üstünlükdü. İtaliya ilə görüşü yaxşı keçirsək, qrupdan çıxacağımızı düşünürəm".

Futbolçu hədəflərinin qitə birinciliyini qazanmaq olduğunu vurğulayıb: "Ələbəttə ki, hədəf çempionluqdu. Bacardığımız qədər irəliləmək istəyirik. Hələlik yalnız İtaliya ilə görüşə baxacağıq. Ondan sonra davamının gələcəyinə inanıram”.

Qeyd edək ki, Türkiyə yığması ilk oyununu iyunun 12-də Romada İtaliyaya, növbəti matçlarını həmin ayın 17-də Uels, 21-də isə İsveçrəyə qarşı Bakıda keçirəcək.

  • Paylaş:

  • Taqlar:

Khalil

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:47     06-Jul-2020     1764
  • alternative title 12:43     06-Jul-2020     1787
  • alternative title 12:31     06-Jul-2020     1505
  • alternative title 12:28     06-Jul-2020     1755
  • alternative title 12:27     06-Jul-2020     1695
image title here

Some title