Loading alternative title

"2019-cu il mənim üçün uğurlu alındı. Üçüncü dəfə Avropa çempionu oldum və Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında da qızıl medal əldə etdim. İstəyirdim ki, dünya çempionatında da yaxşı nəticə göstərim və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanım. Mundialda mənə qarşı haqsızlıq oldu, məğlub oldum və lisenziyasız qaldım".

Bu fikirləri Gənclər və İdman Nazirliyi tərəfindən ilin idmançıları sırasında yer alan sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev deyib. 

28 yaşlı idmançı dünya çempionatındakı nəticəyə baxmayaraq 2019-cü ili özü üçün uğurlu hesab etdiyini sözlərinə əlavə edib: "Ən böyük hədəf olimpiadaya qatılmaq və orada yaxşı nəticə göstərməkdir. 2020-ci ildə bizi iki turnir gözləyir. Bizim həmin yarışlar vasitəsi ilə lisenziya qazanmaq imkanımız var. Mən çalışacağam ki, lisenziya əldə edim və olimpiadada yaxşı nəticə qazanım".

Əliyev bildirib ki, olimpiada ilə bağlı söz vermək çəkindir: "Mən də istəyirəm ki, yaxşı nəticə göstərim. Düşünürəm ki, bu mənim üçün son olimpiadadır. Özümə inamım var. Zədələrdən uzaq olsam, hər şey yaxşı olacaq".  

  • Paylaş:

  • Taqlar:

Khalil

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 13:47     10-Jul-2020     1055
  • alternative title 13:43     10-Jul-2020     902
  • alternative title 12:28     10-Jul-2020     506
  • alternative title 12:26     10-Jul-2020     1294
  • alternative title 12:15     10-Jul-2020     1698
image title here

Some title