Loading alternative title

İntihar etdiyi iddia edilən biznesmen Sergey Staritskinin ölümündə Ukraynanın sabiq Xarici işlər naziri Leonid Kojaranın əli ola bilər.

Bu barədə “Obozrevatel” öz mənbəsinə istinadla xəbər yayıb.

Bildirilir ki, bir sıra əlamətlər Kojaranın qətldə iştirakından xəbər verir. Staritskinin üzündə silahı özünə doğruldan şəxsə məxsus ifadə olmayıb.

Bundan başqa, tapança ölən şəxsin əlində olub, halbuki cəsəd yerə yıxılanda silah da yerə düşməli idi.

Mənbə ehtimal edib ki, ev sahibi bilərəkdən, ya bilməyərəkdən öz qonağını vurub, sonra baş verənlərdən qorxuya düşüb və tapançanı onun əlinə qoyaraq şübhələri özündən kənarlaşdırmaq istəyib.

Sabiq nazirin öz evinin həyətində dəfələrlə silahdan atəş açdığını görənlər var.

Qeyd edək ki, fevralın 22-də Serqey Staritskinin Leonid Kojaranın evində öldüyü barədə xəbər yayılıb. Əvvəlcə onun ölümü intihar kimi qiymətləndirilsə də, sonradan istintaqın əldə etdiyi bəzi dəlillər onun özünü öldürmədiyi ehtimalını irəli sürməyə əsas verib.

Staritski “Atlantic Group” kommunikasiya holdinqinin baş direktoru olub. Bundan əvvəl o, Ukrayna Dövlət Televiziya və Radio Şirkətinin beynəlxalq əlaqələr departamentinə rəhbərlik edib.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:25     04-Apr-2020     210
  • alternative title 15:31     04-Apr-2020     250
  • alternative title 15:27     04-Apr-2020     225
  • alternative title 13:38     04-Apr-2020     224
  • alternative title 12:58     04-Apr-2020     195
image title here

Some title