Loading alternative title

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri birgə məlumat yayıb. 

Məlumatda bildirilir ki, fevralın 22-də saat 08 radələrində Kürdəmir rayonu, Şüşün kənd sakini Leyla Qənbərovanın meyitinin yaşadığı evin həyətində yerləşən su quyusunda, azyaşlı oğlu Hilalın meyitinin isə evin yataq otağında ailə üzvləri tərəfindən aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Mərhum Leyla Qənbərovanın meyitinin müayinəsi zamanı onun sol biləyində iti alətlə kəsilmiş yaradan başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi başlanmış, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.

Yaşadıqları evə baxış zamanı orada olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması müəyyən edilib.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:25     04-Apr-2020     210
  • alternative title 15:31     04-Apr-2020     250
  • alternative title 15:27     04-Apr-2020     225
  • alternative title 13:38     04-Apr-2020     224
  • alternative title 12:58     04-Apr-2020     195
image title here

Some title