Loading alternative title
alternative title

Pensiyaçıların kartından pul oğurlanıb - RƏSMİ

18:42     17-Feb-2020     3299

“Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan və Bakının Qaradağ rayon şöbələrinə müraciət edən bir neçə pensiyaçı onların dələduzlar tərəfindən aldadılaraq pensiya kartlarından vəsait oğurlandığını bildiriblər”.

QALANEWS-un məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. Onun sözlərinə görə, həmin pensiyaçıların ev nömrələrinə zəng vuran naməlum şəxslər özlərini Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq rayon şöbəsinin əməkdaşları kimi təqdim edərək, guya pensiyalarına edilən artımların hesablarına köçürülməsi üçün onlardan pensiya kartlarına dair məlumatları öyrəniblər.

Nəticədə həmin pensiyaçıların pensiya kartlarından müxtəlif məbləğlərdə vəsaiti oğurlayıblar. Bununla əlaqədar pensiyaçıların şikayətləri aidiyyəti rayon polis orqanlarına yönləndirilib:

“Qeyd edək ki, hələ ötən ilin dekabr ayında baş vermiş oxşar halla bağlı pensiyaçıları xəbərdər etmişdik. Bir daha pensiyaçılarımızı xəbərdar edirik ki, nazirliyin yerli qurumu, o cümlədən DSMF əməkdaşı tərəfindən heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz. Pensiya artımı olduğu halda artım məbləği avtomatik olaraq pensiyaya əlavə olunur. Ona görə də bir daha pensiyaçılara diqqətli olmağı və heç bir halda pensiya kart məlumatlarını başqasına verməməyi tövsiyə edirik”.

  • Paylaş:

  • Taqlar:

Turkan

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:25     04-Apr-2020     210
  • alternative title 15:31     04-Apr-2020     250
  • alternative title 15:27     04-Apr-2020     225
  • alternative title 13:38     04-Apr-2020     224
  • alternative title 12:58     04-Apr-2020     195
image title here

Some title