Loading alternative title

Tofiq Mirhəsən oğlu Heydərov 16 iyul 1972-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.

1980-ci ildə Lənkəran şəhərindəki əvvəllər yəhudi sineqoqu olmuş binada ağır atletika ilə məşğul olmağa başlayıb. 1988-ci ildə SSRİ İdman Ustası adını alıb. 1989-cu ildə Azərbaycanın üçrəngli bayrağı ilə SSRİ çempionatına çıxıb. Buna görə təzyiqlərə məruz qalıb.

1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandanın tərkibində Macarıstanın Sekzard şəhərində keçirilən "Dostluq Kuboku"nda iştirak edib. 75 kq çəki dərəcəsində 312.5 kq (142.5+170.0) nəticə ilə üç qızıl medal – birdən qaldırma, təkanla qaldırma və toplamda – qazanıb.

16 iyul 1992-ci ildə Lənkəran şəhər Bədən tərbiyəsi və idman komitəsinin sədri təyin edilib. 1990-95-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ağır atletika ixtisası üzrə ali təhsil alıb.

1992-ci ildə ilk dəfə müstəqil Azərbaycan Respublikasını İranın Təbriz şəhərində keçirilən Asiya çempionatı və Namçu kubokunda təmsil edib və gümüş medal qazanıb. 1996-cı ilde Norveçin Stavanger şəhərində keçirilən Avropa çempionatında 83 kq çəki dərəcəsində 335 kq-la (152.5+182.5) 5-ci yerə çıxaraq Atlanta Olimpiya Oyunlarına lisenziya əldə edib.

1996-cı il Atlanta 26-cı Yay Olimpiya Oyunlarında ağır atletika üzrə yarışlarda 83 kq çəki dərəcəsində mübarizə aparıb. Toplamda 330 kq (150+180) nəticə ilə 11-ci yeri tutub. Olimpiadadan sonra ümummilli lider, mərhum prezident Heydər Əliyev tərəfindən rəsmi qəbul edilib və xatirə hədiyyəsi ilə təltif olunub.

Dəfələrlə Azərbaycan çempionu və rekordçusudur. Müstəqillik dövrümüzdə Azərbaycanın bütün beynəlxalq yarışlarda təmsil edən ilk ağır atletdir. 2001-ci ildə idmançı karyerasını bitirib.

2010-cu ildə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postuna təyin edilib. 2011-ci ildə işlərinin çoxluğu səbəbindən öz xahişi ilə vəzifəsindən ayrılıb.

2001-ci ildə "AAAF İnşaat MMC" tikinti şirkətini təsis edib. 2006-cı ilin noyabrında rəsmi fəaliyyətə başlayan "Zirvə" İdman Klubunun (klub 2000-ci ildə işə başlayıb) təsisçisi[2] və prezidentidir. Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksininin qurucusudur.

2019-cu il dekabr ayının 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. O, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Tofiq Heydərova Əməkdar bədən tərbiyəsi və idman xadimi adı verib.

Ailəlidir, beş qızı var.

  • Paylaş:

  • Taqlar:

Nasib

REKLAM

Reklam

hajma.org

Yazılmış rəylər 0

Rəy yaz

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:25     04-Apr-2020     210
  • alternative title 15:31     04-Apr-2020     250
  • alternative title 15:27     04-Apr-2020     225
  • alternative title 13:38     04-Apr-2020     224
  • alternative title 12:58     04-Apr-2020     195
image title here

Some title