Loading alternative title

MƏDƏNİYYƏT

  • alternative title

    Prezident Cənnət Səlimovanı təltif etdi

    Prezident İlham Əliyev Cənnət Səlimovanın təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova "Şərəf" ordeni ilə təltif edilib.

    Ətraflı   17:57     17-Jan-2020     1094
  • alternative title

    Rasim Balayev medalla təltif olundu

    Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi "Nəsimi" medalı ilə təltif edilib. QALANEWS xəbər verir ki, Ankarada Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nəsimi obrazının yaradıcısı Rasim Balayevi TÜRKSOY-un təsis etdiyi "Nəsimi" medalı ilə təltif edib. Tədbirə qatıla bilməyən bilməyən sənətçinin medalı Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim edilib.

    Ətraflı   17:49     17-Jan-2020     1297
  • alternative title

    Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” adlı operanın premyerası keçiriləcək

    Azərbaycan Televiziyası Mədəniyyət kanalının təşkilatçılığı ilə yanvar ayının 17-də, saat 19:00-da Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə ithaf olunan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən "Mübariz" adlı operanın premyerası keçiriləcək. Librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İnarə Babayevadır. Baş rolda Əməkdar artist Ramil Qasımov, Əməkdar artist Cahangir Qurbanov,Səbinə Ərəbli, Əməkdar artist Tural Ağasiyev, Taleh Yahyayev, Şaban Cəfərov Elçin Əhədzadə, Aydan Həsənova çıxış edəcəklər. Quruluşçu baletmeyster Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssam Fərid Nəcəfovdur. Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak edəcəklər. Yeni layihənin ideya müəllifi, Mədəniyyət kanalının direktoru Ramil Qasımov qeyd etdi ki,"Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilir. Azərbaycan Televiziyası Mədəniyyət kanalı da şəhidlərin əziz xatirəsini anmaq üçün "Mübariz" musiqili tamaşasını hazırlayıb. Əminik ki, bu əsər klassik musiqi sənətinə dəyərli töhfə olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun formalaşdırılmasında da mühüm rol oynayacaq. "Mübariz" tamaşası eyni zamanda şəhidlərimizin əziz xatirəsinə əbədi ehtiramın təcəssümüdür...Fürsətdən istifadə edərək,tamaşanın bütün iştirakçılarına təşəkkürümü bildirir, uğurlar arzulayıram".

    Ətraflı   17:40     16-Jan-2020     1245
  • alternative title

    Heydər Əliyev Sarayında “Əfsanəvi rok hitlər”i təqdim olunacaq

    Fevralın 15-də Heydər Əliyev Sarayında Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Əfsanəvi rok hitlər” adlı konsert proqramı olacaq. QALANEWS xəbər verir ki, “IP Orchestra Azerbaijan” ifasında konsertdə AcDc, Metallica, Nirvana, Aerosmith, Green Day, Placebo, Blur, Corn, Rammstein, Queen, Led Zeppelin, Zemfira, Marlin Manson, Cranberries və s. ifaçı və qrupların bir-birindən maraqlı mahnıları səsləndiriləcək. Gecənin xüsusi qonağı Əməkdar artist Şəhriyar İmanovdur. Konsertə biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz.

    Ətraflı   14:40     16-Jan-2020     1272
  • alternative title

    Azərbaycanın balet artisti beynəlxalq yarışmada Qran-Pri qazanıb

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet artisti Mələk Səfərova Türkiyədə dünyanın müxtəlif ölkələrinin qatıldığı “Caspi art 9” Beynəlxalq Sanat Yarışmasının Qran-Pri diplomuna layiq görülüb. Aktrisa bu müsabiqəyə qatılmaq üçün hazırladığı “Vəsf” balet-kompozisiyasından çəkilmiş foto və video materialları bir neçə ay öncə həmin təşkilatın ünvanına göndərib. Qeyd edək ki, Mələk Səfərova Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. İndiyə qədər bir çox müsabiqələrdə iştirak edib. Teatrda işlədiyi qısa müddət ərzində “Baladadaşın toy hamamı” (“Qəribə gülüş”), “Qızıl toy” (“Ukrayna rəqsi”), “Fərzəlikefcom” (“Yuxu” səhnəsi), “Fransızsayağı qarnir” (duet) “Paris Notr-Dama ithaf”(duet), “Mənim günahım” (solo) və demək olar ki, teatrın repertuarında olan bir çox tamaşalarda fəal iştirak edib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Mələk Səfərova ötən il Akademik Musiqili Teatrın 109-cu mövsümünün “Ən yaxşı balet artisti” mükafatına da layiq görülüb.

    Ətraflı   00:33     16-Jan-2020     755
  • alternative title

    Xalq artistindən ŞOK ETİRAF: Sənubər İsgəndərli ilə 3 ay sevgili olduq

    Akademik Milli Dram Teatrının məşhur aktyoru, Xalq artisti Əjdər Həmidov "Hər şey daxil"də gözlənilməz etirafı ilə təccübləndirib. QALANEWS.COM xəbər verir ki, hər şey aparıcı Tarix Əliyevin (Tolik) xalq artistinə ünvanladığı ""Kişi sözü" filmindən sonra əməkdar artist Sənubər İsgəndərli ilə aranızda sevgi olduğu barədə söz-söhbətlər dolaşdı. Doğurdanmı bir kişinin tərəf müqabilinə sevgi hissi ola bilər?" sualından sonra ortaya çıxıb. Əjdər Həmidov filmdə aşiq olduğu qadın obrazını canlandıran Sənubər İsgəndərlini, həqiqətən, sevdiyini etiraf edib: "Bilirsiniz necə oldu? Filmin rejissoru Cahangir Mehdiyev çəkdi məni kənara. Deməli, filmdə Qasım (Əjdər) Solmazı (Sənubər İsgəndərli) sevir. Dedi ki, "Əjdər, sən Sənubəri sevməlisən. Yoxsa, alınmayacaq, təbii olmayacaq, inanmayacağıq. Dedim "Cahangir müəllim, sevmək bəyəm "zakaz"ladır?" Amma boynuma alıram ki, qısa müddətdə mən Sənubəri sevməyə başladım. Mənə deyin görüm, onu sevməmək olar? Amma bizim sevgimiz çox qısa müddətli oldu - 3 ay. Film qurtaran kimi Sənubər xanım öz yoluna, mən öz yoluma. Sevgi də bitdi".

    Ətraflı   14:00     15-Jan-2020     1263
  • alternative title

    “Experience Azerbaijan“ jurnalı

    Jurnal əcnəbiləri Azərbaycan haqqında məlumatlandıracaq Azərbaycan Turizm Bürosu tərəfindən nəşr edilən “Experience Azerbaijan” tanıtım jurnalının təqdimat mərasimi keçirilib. Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid jurnalın xarici vətəndaşlara Azərbaycan haqqında ətraflı məlumat verdiyini bildirib "15 min tirajla yayımlanan və ölkəni beynəlxalq arenada təbliğ edən “Experience Azerbaijan” jurnalı ildə iki dəfə dərc olunur. Jurnalda Azərbaycanın turizm potensialı, görməli yerləri, turizmin müxtəlif növləri üzrə ixtisaslaşmış məkanları, hər il keçirilən festivallar, turistlərin diqqətini cəlb edən milli bayramlar, adət-ənənələr, milli mətbəx nümunələri və s. barədə ətraflı məlumat verilir. Yerli və beynəlxalq peşəkarlar tərəfindən hazırlanan jurnal Azərbaycanın xaricdə yerləşən bütün səfirliklərində, beynəlxalq sərgi və yarmarkalarda, o cümlədən ölkəmizdə fəaliyyət göstərən əksər hotellərdə paylanılır. jurnalın növbəti nəşrlərinin mart və sentyabrda nəşr olunması gözlənilir. BUNDAN ƏLAVƏ,fevralın sonunda turizm portalının da açılışı olacaq." Qeyd edək ki, jurnalı onlayn formada da pulsuz əldə etmək mümkündür.

    Ətraflı   17:15     14-Jan-2020     891
  • alternative title

    Vüqar Rəhimzadə: "Xoşbəxt Yusifzadə dünyada yüksək səviyyədə özünü təsdiq etmiş mütəxəssisdir"

    Azərbaycan neft sənayesinin canlı ensiklopediyası, bu sahəyə böyük töhfələr vermiş akademik, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. O, 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. Xoşbəxt Yusifzadənin iştirakı və rəhbərliyi ilə 20-dən artıq neft-qaz yatağı kəşf edilərək istismara verilib. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində onun böyük əməyi var. Onun xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyev ötən il dekabrın 19-da Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Xoşbəxt Yusifzadə ilə tanış olan, onunla ünsiyyətdə olmuş insanlar da onun haqqında müsbət fikirdədirlər. "İki Sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirib ki, akademik Xoşbəxt Yusifzadə canlı korifeydir: "O, neft-qaz sahəsində kifayət qədər fədakarlıq etmiş, xidmətlər göstərmiş, özünü təsdiq etmiş bir insandır. Mən onu 90 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm". Onun sözlərinə görə, Xoşbəxt Yusifzadənin adı gələndə ilk öncə neft-qaz, geologiya və qazma işləri yada düşür: "O, fəaliyyətə başladığı illərdən bu günə qədər bu sahənin inkişafında çox böyük töhfələr verib və mən cənab Prezidentimizə ürəkdən təşəkkür edirəm ki, belə bir insanın 90 illik yubileyini rəsmi şəkildə dövlət səviyyəsində qeyd olunması ilə bağlı xüsusi sərəncam imzalayıb". Qəzetin redaktoru bildirib ki, o, Xoşbəxt müəllimi uzun illərdir tanıyır: "Uzun illər deyəndə bəlkə də çox böyük səslənir. Amma bizim hörmətli akademiklə tanışlığımız 30 ilə yaxındır davam edir. Xoşbəxt müəllim yaxşı, peşəkar mütəxəssis olmaqla yanaşı, eyni zamanda gözəl insan, gözəl yol yoldaşı və gözəl həmsöhbətdir. O, çox diqqətcil insandır. Mən sadə bir qəzetçiyəm, qəzet adamıyam, amma istənilən bir əlamətdar gündə - bu, istər doğum günüm, istər qəzetimizin əlamətdar günü, istərsə də hər hansı bir yazı ilə bağlı olun- o qədər həssas diqqət görmüşəm. Hər zaman çox böyük səmimiyyətlə istənilən insana qarşı o münasibəti və diqqəti göstərir. Mən də ondan həmin bu münasibəti görmüşəm". YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə: "Xoşbəxt Yusifzadə başlıca olaraq xalqına, dövlətinə, cənab Prezidentə və Ulu Öndərə sədaqətlə xidmət edən, neft sahəsinə xidmət göstərən gözəl bir mütəxəssisdir". V. Rəhimzadənin vurğulayıb ki, Xoşbəxt Yusifzadə olduqca səmimi insandır: "O, çox gözəl yol yoldaşıdır. Onunla harasa səfərə çıxan insan düşünmürəm ki, yorular və "yoruldum" deyər. O, yorğunluq və digər mənfi emossiyaları keçirmir. Xoşbəxt müəllim o qədər enerjili və müsbət auralı insandır ki, onunla harada olursan ol, ondan yalnız və yalnız müsbət aura, yüksək enerji alırsan. Hörmətli akademik diqqətcil olmaqla yanaşı, həm də gözəl insandır. Xoşbəxt Yusifzadə başlıca olaraq xalqına, dövlətinə, cənab Prezidentə və Ulu Öndərə sədaqətlə xidmət edən, neft sahəsinə xidmət göstərən gözəl bir mütəxəssisdir. Bu gün Azərbaycanda tarixdə iz qoymuş kifayət qədər neftçilərimiz var. Hesab edrəm ki, bu neftçilər arasında hazırda yaşayan və sağlığında özünü təsdiq etmiş korifey olan kifayət qədər neftçilərimiz Xoşbəxt müəllimin timsalında var. Xoşbəxt Yusifzadə ən öncül və birincilərdən olan neftçilərimizdən biridir. Xoşbəxt müəllim istənilən insanla ünsiyyət qurmağı, istənilən insanı dinləməyi və bir ağsaqqal və gözəl mütəxəssis kimi xoş tövsiyələrini verməyə hazır olan insandır". X. Yusifzadə çox peşəkar olduğunu xatırladan V. Rəhimzadə bildirib ki, o, neft-qazçıxarmada, geoloji-kəşfiyyat işlərinin və qazma işlərinin aparılmasında çox gözəl mütəxəssisdir: "Hesab edirəm ki, təkcə Azərbaycanda deyil, bütün dünyada sayılıb seçilən və yüksək səviyyədə özünü təsdiq etmiş mütəxəssisdir". O, X. Yusifzadəni təbrik edib, ona uzun ömür, can-sağlığı arzulayıb: "Düşünürəm ki, o Azərbaycan neft sənayesinə hələ uzun illər lazım olacaq, onun akademik kimi yazıb-yaratdıqları əsərləri uzun illər Azərbaycan neft sənayesinə töhfə verəcək. Azərbaycan cəmiyyəti üçün faydalı olan bu əsərlər gənc mütəxəssislərin formalaşmasında mühüm əhəmiyyət kəsb edəcək".

    Ətraflı   17:47     13-Jan-2020     840
  • alternative title

    “Mənəm, mən...” tamaşası növbəti dəfə oynanılacaq

    Azərbaycan Dövlət “Yuğ” Teatrının Imadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası növbəti dəfə yanvarın 26-da oynanılacaq. QALANEWS xəbər verir ki, Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşa mistik-psixoloji dramı janrındadır. Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edəcək. Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.

    Ətraflı   17:16     13-Jan-2020     814
  • alternative title

    “YARAT”da böyüklər üçün ustad dərsləri təşkil edilib

    Yanvarın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri olacaq. “YARAT”dan QALANEWS-a bildirilib ki, “Özünü kəşf et”– yaradıcılıq ab-havası ilə dolu rəngarəng layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edəcəklər. Bu layihə dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir. Dərslər zamanı iştirakçılar bütün ləvazimatlarla təmin olunacaq. Bütün ləvazimatlar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi tərəfindən qarşılanacaq. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Yanvarın 22-dək davam edəcək ustad dərsləri çərşənbə günləri, saat 19:00-dan 21:00-dək keçiriləcək.

    Ətraflı   17:16     13-Jan-2020     1409
  • alternative title

    Əməkdar mədəniyyət işçisi, nəğməkar şair İsmayıl Dadaşovun “Profil“i

    İ.Dadaşov: "Əməkdar şair musiqi ilə ədəbiyyat arasında olan insandır" QALANEWS-da Əməkdar mədəniyyət işçisi, nəğməkar şair İsmayıl Dadaşovun “Profil“idir. İ.Dadaşov:"Mənə həsəd aparan şairlər olub, amma bunu büruzə veməyiblər."

    Ətraflı   10:26     13-Jan-2020     768
  • alternative title

    Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan “Ah, bu uzun sevda yolu” tamaşası yanvarın 25-də nümayiş ediləcək

    Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan “Ah, bu uzun sevda yolu” tamaşası yanvarın 25-də nümayiş ediləcək. Səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

    Ətraflı   13:42     12-Jan-2020     919
  • alternative title

    Antidepressantlar qəbul edən məşhur aktrisa Merlin Monronu otağında ölü tapmış psixiatrı Ralf Qrinsona aid ağzı möhürlü bir qutu tapılıb

    Antidepressantlar qəbul edən məşhur aktrisa Merlin Monronu otağında ölü tapmış psixiatrı Ralf Qrinsona aid ağzı möhürlü bir qutu tapılıb. Türkiyənin NTV kanalının verdiyi məlumata görə, bu qutunun Monronun ölümündən sonra ortaya çıxan suallara cavab verəcəyi gözlənilir. 1962-ci ildən – məşhur kino ulduzunun ölümündən bu yana hələ də müxtəlif şübhə və fərziyyələr irəli sürülür. Fərziyyələrin birində onu otağında ölü tapmış Ralf Qrinsonun aktrisaya həddən artıq dozada dərman verdiyi iddia edilirdi. Hazırda ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasında Qrinsona aid möhürlü bir qutu tapılıb. Həmin qutunun 2039-cu ilə qədər açılması qadağandır. Detektivlər qutuda Monronun intihar yox, cinayət qurbanı olduğunu təsdiqləyən faktlar ola biləcəyini istisna etmirlər.

    Ətraflı   12:40     12-Jan-2020     1022
  • alternative title

    Flora Kərimova efirdə kövrəldi: “Nisgil var, həsrət var...”

    ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonaqlarından biri xalq artisti Flora Kərimova olub. QALANEWS bildirir ki, verilişdə tanınmış bəstəkar, mərhum xalq artisti Emin Sabitoğlunun yaradıcılığından və şəxsi həyatından söz açılıb. Bu zaman xalq artisti Flora Kərimova özünü saxlaya bilməyib və xatirələr onu kövrəldib: "Onun mahnılarında nisgil var, böyük bir həsrət var. Ceyran xanım danışırdı ki, Xədicənin özü də ayları yox, saniyələri sayırdı. Mən o ailəyə hörmət əlaməti olaraq bu barədə daha çox danışmaq istəmirəm".

    Ətraflı   17:29     11-Jan-2020     407
  • alternative title

    Prezident Baba Vəziroğlu ilə bağlı sərəncam imzalayıb

    Azərbaycan Prezidenti İlham Əliyev şair Baba Vəziroğlunu təltif edib. QALANEWS xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, bu gün əməkdar incəsənət xadimi olan B. Vəziroğlunun 66 yaşı tamam olur.

    Ətraflı   18:42     10-Jan-2020     930
  • alternative title

    “Adagio” növbəti dəfə oynanılacaq

    Azərbaycan Dövlət Pantomima Teatrı repertuarındakı maraqlı tamaşalardan olan “Adagio”nu növbəti dəfə təqdim edəcək. Teatrdan Qalanews-a bildirilib ki, yanvarın 26-da növbəti dəfə oynanılacaq tamaşanın quruluşçu rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribovadır. Rəqslərinin quruluşu Elnur İsmayılova məxsus olan tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər önə çəkilib. Tamaşada rolları teatrın aktyorları - Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov və digərləri ifa edəcək. Sözün, musiqinin və rəqsin vəhdətindən yoğurulmuş bu səhnə əsəri insanı dünənə apardığı qədər, həm də sabaha səsləyir. Yazıldığı gündən dillərə, könüllərə düşən, illər ötüb keçsə də, yaddaşın bir küncündə, dilin ucunda qalan, insan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər “Adagio”nun təqdimatında sankı yenidən yazılır, yenidən kəşf olunur.

    Ətraflı   17:01     09-Jan-2020     1155
  • alternative title

    Cəfər Cabbarlının “Yaşar”ı yenə səhnədə

    Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Yaşar” tamaşası oynanılacaq. Qalanews xəbər verir ki, görkəmli ədib, nasir, dramaturq Cəfər Cabbarlının eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissorları Mehman Fətullayev və Emil Əskərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Нərmin Həsənоvаdır. Səhnə əsərində rollarda xalq artistləri Ramiz Məlik, Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal, əməkdar artistlər Elnar Qarayev , Rəşad Bəxtiyarov, Məsmə Aslanqızı, Ayşad Məmmədov, Mehriban Xanlar, Elşən Rüstəmov və Elxan Quliyev, aktyorlar Cavidan Novruzov, aktyor Elçin Əfəndi, Əli Nurzadə, Rada Nəsibova, Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Firuzə Balayeva, İlyas Əhmədov, Elnur Qədirov və Vüsal Mustafayev çıxış edəcək. Qeyd edək ki, müəllif “Yaşar” pyesini 1932-ci ildə tamamlayıb və həmin ildə səhnəyə qoyulub. Yaşar, Toğrul və Tanya kimi gənc alimlər və onların elmi rəhbəri Belokurov şoranlıq torpaqları əkin sahələri üçün yararlı edib, pambıq tarlalarına çevirmək istəyirlər. Pyes əsas qəhrəmanın adi ilə “Yaşar” adlandırılıb. “Yaşar”dakı obrazlar, müsbət və mənfi olmalarından asılı olmayaraq dövrünün gerçəkliyinin özü qədər sərt, canlı və realdırlar.

    Ətraflı   16:54     09-Jan-2020     1075
  • alternative title

    “YARAT”da ölkəmizə həsr edilən sənədli filmlərin nümayişi olacaq

    Yanvarın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində ssenari müəllifi və rejissoru Elvin Mirzəyev olan “Qafqazın maddi mədəniyyət inciləri” adlı sənədli filmlər silsiləsi təqdim olunacaq. Qalanews xəbər verir ki, ekran əsəri insan əlinin izləri olan müəyyən qədim obyektlərin və qazıntılar nəticəsində tapılan arxeoloji abidələrin öyrənilməsinə yönəlib. Layihə əsrlər və minilliklərin dərinliklərinə baş vurur, təkcə lokal yox, həm də dünya miqyasında mühüm əhəmiyyət kəsb edən hər şeyin yaranışının müxtəlif versiyalarını nəzərdən keçirir. Sözügedən filmlər toplusu Cənubi Qafqazın əhəmiyyətli bir hissəsi olan Azərbaycana həsr edilib. İdeya müəllifi Vüqar Xəlilov olan filmlərin operatorları Rauf Hüseynov, Rəşad Ağaquluyev, Feyruz Rəhimov, Seymur Quliyev, prodüseri Renat Əhmədovdur.

    Ətraflı   11:45     09-Jan-2020     1021
  • alternative title

    Azərbaycanın məşhur alimi vəfat edib - FOTO

    Azərbaycanda yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev vəfat edib. B.Tağıyev bu gün 86 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olub. O, 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olub, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi. B.Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Fizik alim tərəfindən müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105 V/sm) elektrik keçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilib. Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilib, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanıb. Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınıb, Bakı "Azərelektrik işıq" İstehsalat Birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunub. Akademik B.Tağıyev elm və təhsil sahəsindəki fəaliyyətinə görə, "Şərəf nişanı", "Şərəfli əməyə görə" medalı, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülüb. Allah rəhmət eləsin!

    Ətraflı   15:10     07-Jan-2020     1196
  • alternative title

    M.Əliyeva: “Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır”

    "Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır. Onun elm və təhsil sahəsindəki nailiyyətləri haqqında çox yazılıb". Bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Facebook" səhifəsində yazıb. "Atamın insani keyfiyyətləri – onun tükənməz nikbinliyi, başqalarının dərdinə şərik olmaq, onları dəstəkləmək, hamı ilə dil tapmaq xüsusiyyəti, öz müsbət enerjisini ətrafındakı bütün insanlarla bölüşmək istedadı, müdrikliyi və sonsuz xeyirxahlığı mənim həyat amalımdır. O, uzun illərdir ki, Milli Aviasiya Akademiyasına rəhbərlik edir. Tələbələrlə rektor arasında qarşılıqlı hörmət, isti yoldaşlıq münasibətləri atamın yüksək şəxsi və peşəkar keyfiyyətlərinə daha bir sübutdur", - Birinci vitse-prezident bildirib.

    Ətraflı   11:39     07-Jan-2020     1353

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 00:35     19-Jan-2020     2211
  • alternative title 00:26     19-Jan-2020     1307
  • alternative title 00:09     19-Jan-2020     1047
  • alternative title 00:04     19-Jan-2020     4619
  • alternative title 22:41     18-Jan-2020     1885

Sosİal

image title here

Some title