Loading alternative title

İDMAN

  • alternative title

    Deymon Hill: Valtteri Bottas “Mercedes”ə layiq pilot deyil

    1996-cı ildə Formula 1 üzrə dünya çempionu olan Deymon Hill Valtteri Bottasın “Mercedes”ə layiq pilot olmadığını açıqlayıb. AZƏRTAC xəbər verir ki, britaniyalı sabiq sürücünün fikrincə, finlandiyalı idmançı bu komandada uğur qazanmayacaq: “Messi ilə Ronaldo aldıqları pula layiq futbol oynayırlarmı? Azarkeşlərin çoxu bu suala “hə” cavabı verəcək. Hazırda “Mercedes”in əsas fiquru da elə Luis Hamiltondur. Komandanın strategiyasını məhz o müəyyənləşdirir. Luis layiq olduğu pulu da qazanır. Məsələn, Valtteri Bottasla “Mercedes”in dominantlıq edəcəyini düşünmürəm. Hamiltonun dəyəri də bundadır”.

    Ətraflı   17:33     27-May-2020     402
  • alternative title

    “İpək yolu kuboku” turnirinin ilk 7 turunun oyunları keçirilib

    Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə onlayn qaydada keçirilən beynəlxalq “İpək yolu kuboku” turnirinin ilk 7 turunun oyunları keçirilib. AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası günlərində internet üzərində təşkil olunan yarış bir sıra gözlənilməz nəticələrlə yadda qalıb. Favoritlər liderlik uğrunda yarışda çətin anlar yaşayıblar. Gənc şahmatçılar isə iddialılara layiqli müqavimətlə diqqəti cəlb ediblər. Yeddi turdan sonra iki şahmatçı hamıdan çox – 5,5 xal toplayıb. Azərbaycan şahmatçısı Nicat Abasov 54 şahmatçının yarışdığı turnirdə birinci pilləyə yüksəlib. Onunla eyni xala malik gürcü Bahadur Cobava ikinci sıradadır. Hərəyə 5 xal toplayan Qədir Hüseynovla (Azərbaycan) Levan Pantsulaya (Gürcüstan) müvafiq olaraq, 3-4-cü yerləri bölüşürlər. Liderləri ən yaxın izləyicilərdən 0,5 xal ayırır. Səkkiz şahmatçı 5, yeddi şahmatçı isə 4.5 xal topladığından “İpək yolu kuboku”nda əsas mübarizənin ikinci yarış günündə olacağı gözlənilir. Yarışın reytinq favoriti Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov 7 turdan 5 xal toplamaqla 9-cu pillədə qərarlaşıb. Azərbaycan yığmasının digər üzvü Rauf Məmmədov isə 5 xalla əlavə göstəricilərə görə 4-cü sıradadır. Eyni xala malik Gürcüstan təmsilçisi İvan Çeparinov 7-ci yeri tutur. On altı yaşlı iştirakçılar arasında 7 turdan sonra ən yaxşı nəticə şahmatçılarımız Xəzər Babazadəyə (5 xal, 10-cu yer) və Aydın Süleymanlıya (4,5 xal; 11-ci yer) məxsusdur. Qadınlar arasında ən yüksək nəticəni 7 oyundan 4.5 xal toplayan Nana Dzagnidze əldə edib. Gürcüstan şahmatçısı 13-cü pillədə qərarlaşıb.

    Ətraflı   17:32     27-May-2020     515
  • alternative title

    Stiven Jozef-Monroz "Neftçi"dən ayrıla bilər

    Ötən mövsümün sonunda "Qəbələ" futbol klubundan "Neftçi"yə keçən Stiven Jozef-Monroz hazırkı komandasından da ayrıla bilər. AZƏRTAC xəbər verir ki, fransalı hücumçu maaşının artırılması tələbi ilə çıxış edib. Klubla hələ birillik müqaviləsinin olmasına baxmayaraq, Monroz indidən yeni komanda axtarışına çıxıb. Ona Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Rusiyadan təkliflər gəlib. Futbolçu Fransanın "Lans”, "Şatoru”, "Brest”, Belçikanın "Kortreyk” və "Genk” komandalarında çıxış edib. Belçika və Azərbaycan kubokunun qalibi olan 29 yaşlı legioner Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət millilərində forma geyinib.

    Ətraflı   17:31     27-May-2020     378
  • alternative title

    “Neftçi”nin ilk böyükhesablı qələbəsindən, Bəhramovun debütündən 74 il keçdi - FOTO

    26 may “Neftçi”nin SSRİ çempionatlarında ilk böyükhesablı qələbəsini qazandığı gündür. QALANEWS xəbər verir ki, bu, 1946-cı ilin 26 mayında Vladimir İliç Lenin adına stadionda (indiki Tofiq Bəhramov adına Respublika Stadionu - red.) Moskva “Lokomotiv”i üzərində qazanılan 3:0 hesablı qələbədir. Həmin il doqquz yaşlı “Neftçi” (o vaxt “Neftyanik” adlandırılırdı – red.) IX SSRİ birinciliyinin 2-ci qrupunun Cənub yarımqrupunda iştirak etmək üçün dəvət alır. Buna səbəb “Neftçi”nin bir il əvvəl Azərbaycan çempionu olması idi. Halbuki, bir il əvvəl “Dinamo” Ümumittifaq yarışlarında Azərbaycanı təmsil etmişdi. “Neftçi” bu çempionata Ehtiyat Əmək Qüvvələri (EƏQ) və Bakı “Dinamo”sunun bəzi oyunçularını heyətinə əlavə etməklə qatılır. “Dinamo”dan gələnlərdən biri də sonradan hakim kimi dünyada məşhurlaşacaq gənc Tofiq Bəhramov idi. 1937-ci ildə “Neftçi”nin əsas heyətindən qalan dörd futbolçu vardı. Bunlar Məmmədəli İsmayılov, Vladimir Kuznetsov, Aleksey Mironov və Fyodor Nifontov idi. Müharibədən təzə çıxmış ölkə olduğundan maliyyə imkanları o qədər yaxşı deyildi və komandalar səfərlərə qatarla gedirdi. Komandalar həmin vaxt səfərə getdiyi zaman rəqibi ilə iki dəfə – ev və səfər prinsipi ilə qarşılaşırdı. SSRİ futbol funksionerləri bununla da maliyyə itkilərinin qarşısını almağa çalışırdı. Cənub yarımqrupunda 13 komanda mübarizə aparırdı. Bunlar Aleksey Şapoşnikovun baş məşqçisi olduğu “Neftçi”dən başqa, “Dinamo” (Rostov), ZE, “Lokomotiv” (hər ikisi Tbilisi - red.), “Lokomotiv”, HHQ, EƏQ, “Pişevik” (hamısı Moskva), “Lokomotiv” (Xarkov), “Stal” (Dnepropetrovsk), “Sudostroitel” (Nikolayev), “Dinamo” (Yerevan) və “Şaxtyor” (Stalino) komandaları idi. Yarımqrupun bir qalibi yuxarı qrupa vəsiqə qazanacaqdı. 9 May – Qələbə Günü çempionata start verilir. Komandamız ilk oyununu Rostov “Dinamo”suna qarşı keçirir. Bakının “Dinamo” stadionunda keçirilən görüşü təxminən beş min azarkeş izləyir. Bu görüşdə “Neftçi” 3:1 hesabı ilə qalib gəlir. Maraqlıdır ki, komandamızın üç qolunun müəllifi – Bakı erməniləri Qazaryan (2) və Xaçaturov olur. Bununla da, Qazaryan “Neftçi”nin ilk dubl müəllifi kimi tarixə düşür. Üç gün sonrakı matçda da “Neftçi” bu rəqibə 1:0 hesabı ilə qalib gəlir. Mayın 16-sı və 19-da “Neftçi” Tbilisi hərbçilərinin komandası olan ZE-yə Bakıda iki dəfə 0:1 hesabı ilə məğlub olur. Bundan sonra Bakıda məşhur Moskva “Lokomotiv”i qəbul edilir. 23 mayda baş tutan ilk görüşdə “Neftçi” ilk hissədə 1:0 qalib gəlsə də, son dəqiqələrdə hesabdakı üstünlüyünü qoruya bilmir və görüş 1:1 başa çatır. Bundan üç gün sonra keçirilən matçda altı min azarkeşin gözü önündə “Neftçi” rəqibini 3:0 hesabı ilə məğlub edir. Qolları Yevgeni Şaqarov (20-ci dəqiqə), Qazaryan (40) və İvan Şerexov (67) vurur. Bu matçda Tofiq Bəhramov “Neftçi”nin heyətində ilk matçına çıxır. Onun debüt matçı isə “Neftçi”nin ilk böyükhesablı qələbəsi kimi tarixə düşür. Ümumiyyətlə, “Neftçi” bu çempionatda İrəvan “Dinamo”su ilə Bakıda keçirdiyi hər iki matçda yaxşı mübarizə aparır – 2:2, 1:0. Sonuncu matç isə Stalino şəhərində (indiki Donetsk) baş tutur. Məşhur “Şaxtyor”la 1:1 hesablı nəticə “Neftçi”nin bu çempionatda sonuncu matçı olur. Çünki komanda 24 oyunda doqquz qələbə, yeddi heç-heçə və səkkiz məğlubiyyətlə 25 xal toplayır və bu nəticə ilə doqquzuncu yeri tutur. Birinci sıranı isə İosif Stalinin oğlu Vasilinin rəhbərlik etdiyi Hərbi Hava Qüvvələrinə (HHQ) qismət olur.

    Ətraflı   16:37     27-May-2020     464
  • alternative title

    20 min avroluq turnirə azərbaycanlı və gürcü şərikli liderlik edir

    28 May - Azərbaycanın Respublika Günü, 26 may Gürcüstanın Müstəqillik Gününə həsr edilən şahmat üzrə internet üzərindən “İpək Yolu Kuboku” turnirinə start verilib.​ QALANEWS xəbər verir ki, ilk yarış günündə yeddi tur oynanılıb. Koronavirus pandemiyası günlərində internet üzərində təşkil olunan yarış bir sıra gözlənilməz nəticələrlə yadda qalıb. Favoritlər liderlik uğrunda yarışda çətin anlar yaşayıblar. Gənc şahmatçılar isə iddialılara layiqli müqavimətlə diqqəti cəlb edib. Yeddi turdan sonra iki şahmatçı hamıdan çox – 5,5 xal toplayıb. Azərbaycan şahmatçısı Nicat Abasov 54 şahmatçının yarışdığı turnirdə birinci pilləyə yüksəlib. Onunla eyni xala malik gürcü Bahadur Cobava ikinci sıradadır. Hərəyə 5 xal toplayan Qədir Hüseynovla (Azərbaycan) Levan Pantsulaya (Gürcüstan) müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşdürür. Liderləri ən yaxın izləyicilərdən 0,5 xal ayırır. Səkkiz şahmatçı 5, ​yeddi şahmatçı isə 4.5 xal topladığından “İpək Yolu Kuboku”nda əsas mübarizənin ikinci yarış günündə olacağı gözlənilir. Yarışın reytinq favoriti Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov yeddi turdan 5 xal toplamaqla 9-cu pillədə qərarlaşıb. Azərbaycan yığmasının digər üzvü Rauf Məmmədov da 5 xal toplamasına baxmayaraq, yeddi turun nəticələrinə görə 4-cü yeri tutub. Eyni xala malik Gürcüstan təmsilçisi İvan Çeparinov 7-ci sıradadır. 16 yaşlı iştirakçılar arasında yeddi turdan sonra ən yaxşı nəticə Xəzər Babazadə (5 xal, 10-cu yer) və Aydın Süleymanlıya (4.5 xal; 11-ci yer) aiddir. Qadınlar arasında ən yüksək nəticəni yeddi oyundan 4.5 xal toplayan Nana Dzagnidze əldə edib. Gürcüstan şahmatçısı 13-cü pillədə qərarlaşıb. Qeyd edək ki, nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq, hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. Sabah keçiriləcək VIII-XV turlar saat 18:00-da start götürəcək. Xatırladaq ki,​ Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF), eləcə də SOCAR-ın təşkilatçılığı ilə​ keçirilən​ “İpək Yolu Kuboku”nun​ təşəbbüskarı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovdur. Yarış​ playchess.com​ virtual oyun platformasında keçiriləcək.​ Turnirin ümumi mükafat fondu 20 min avro təşkil edir.​ Yarışın qalibi 2500 avro qazanacaq. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.

    Ətraflı   14:58     27-May-2020     1338
  • alternative title

    “Sevilya” türkiyəli ulduza 12 milyon avro ödəməyi planlaşdırır

    İspaniyanın “Sevilya” klubu Türkiyənin “Başakşehir” komandasının futbolçusu İrfan Can Kahveci üçün 12 milyon avro ödəməyi planlaşdırır. Bu barədə “Goal” nəşri məlumat yayıb. “Sevilya” türkiyəli ulduzu mövsümün sonunda müqaviləsi başa çatacaq Ever Baneqanın yerinə almağı düşünür. Xatırladaq ki, İrfan Can Kahveci bu mövsüm 22 oyunda meydana çıxıb. Həmin qarşılaşmalarda dörd qol vurub, iki məhsuldar ötürmə edib.

    Ətraflı   12:17     27-May-2020     397
  • alternative title

    Fransada qanunsuz futbol qarşılaşması: Polis azarkeşlərə müdaxilə etdi

    Fransada koronavirusa ən çox yoluxmanın qeydə alındığı regionlardan biri olan və “qırmızı bölgə” elan edilən Strasburqda baş tutan futbol qarşılaşması dünya mətbuatının gündəminə gəlib. Bu barədə “HaberGlobal” məlumat yayıb. Ölkədə peşəkar futbol liqaları təxirə salındığı bir vaxtda Strasburqda yerli komandalar arasında keçirilmiş qarşılaşmanı gözlənilmədən 400 azarkeş izləyib. Azarkeşlər polisin müdaxiləsi ilə ərazidən uzaqlaşdırılıb. “Neuhof” və “Hautepierre” komandaları arasında qarşılaşmaya polisin müdaxilə etdiyi anlar bəzi azarkeşlər tərəfindən qeydə alınıb.

    Ətraflı   12:16     27-May-2020     646
  • alternative title

    Premyer Liqa klubunun qapıçısı koronavirusa yoluxdu

    İngiltərənin “Bornmut” futbol klubunun qapıçısı Aron Remsdeyl koronavirusa yoluxub. Bu barədə 22 yaşlı qolkiperin özü “The Sun”a açıqlama verib. Son iki gündə belə halla necə üzləşdiyini anlamağa çalışmış Remsdeyl bildirib ki, məşqlərə başlamamışdan öncə verdiyi testin nəticəsi mənfi çıxıb. Lakin o, sonradan mağazalarda olarkən xəstələnib: “Müəyyən qədər şokdayam. Yeddi gün təcrid olunmalıyam. Bu, mənə evdə işlərimlə məşğul olmaq imkanı yaradacaq. Hazırda özümü yaxşı hiss edirəm, heç bir simptomum yoxdur”. Bu mövsüm Premyer Liqada 28 oyunda iştirak etmiş gənc qapıçı 44 top buraxıb və 1 məhsuldar ötürmə verib. Qeyd edək ki, mövsümün ilk yarısında “Qarabağ”ın, hazırda isə İtaliya “Milan”ının formasını geyinən qapıçı Asmir Beqoviç müqavilə üzrə “Bornmut”a məxsusdur.

    Ətraflı   12:10     27-May-2020     379
  • alternative title

    “Bavariya” tək qola sevindi, Frankfurtda qalib olmadı - NƏTİCƏLƏR

    Almaniya Bundesliqasında XXVIII tura start verilib. QALANEWS xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub. Günün ilk qarşılaşmasında əzəli rəqiblər Dortmund “Borussiya”sı ilə “Bavariya” üz-üzə gəlib. “Siqnal İduna Park”dakı oyunun taleyini tək qol həll edib. Coşua Kimmix münhenlilərə səfər qələbəsi qazandırıb. “Bavariya” bu qalibiyyətlə liderliyini bir qədər də möhkəmlədib və ən yaxın izləyicisi ilə aradakı fərqi yeddi xala yüksəldib. İddialılardan “Bayer” öz meydanında “Volfsburq”a böyük hesabla məğlub olaraq, turnir cədvəlində irəliləmək şansını əldən verib. Bol qollu başa çatan “Ayntraxt” – “Frayburq” matçında meydan sahibləri məğlubiyyətdən son dəqiqələrdə gələn qollarla qurtulub. Qeyd edək ki, turun digər oyunları mayın 27-də keçiriləcək. Almaniya Bundesliqası XXVIII tur 26 may “Borussiya” (D.) – “Bavariya” - 0:1 Qol: Kimmix, 43 “Bayer” – “Volfsburq” - 1:4 Qollar: Baumqartlinger, 75 - Ponqraçiç, 43, 75; Arnold, 65; Şteffen, 68 “Ayntraxt” – “Frayburq” - 3:3 Qollar: Silva, 35; Kamada, 79; Çandler, 82 - Qrifo, 28; Petersen, 67; Holer, 69 “Verder” – “Borussiya” (M.) - 0:0

    Ətraflı   12:01     27-May-2020     524
  • alternative title

    İtaliya və İspaniya nəhəngləri Kavani uğrunda mübarizəyə başladı

    İtaliyanın “İnter” və İspaniyanın “Atletiko” futbol klubları PSJ ilə müqaviləsi başa çatacaq Edinson Kavani uğrunda qızğın mübarizəyə başlayıb. Bu barədə “Mundo Deportivo” məlumat yayıb. İtaliya təmsilçisi 33 yaşlı forvarda üç illik müqavilə təklif edib. Komandanın hücumçusu Lautaro Martinezin yay transfer pəncərəsində komandadan ayrılmaq ehtimalı olduğu üçün “İnter” yaranacaq boşluğu E.Kavani ilə doldurmağı planlaşdırır. Ulduz futbolçu üçün Madrid “Atletiko”su da təşəbbüs göstərib. Elə futbolçunun özünün də La Liqada oynamaq niyyətində olduğu qeyd olunur.

    Ətraflı   17:23     26-May-2020     500
  • alternative title

    Zlatan İbrahimoviç məşq zamanı zədələnib

    İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç məqş zaman əzələsini zədələyib. QALANEWS TASS informasiya agentliyinə istinadla xəbər verir ki, zədənin dərəcəsi tibbi müayinənin nəticələrinə görə təyin ediləcək. Klub 39 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağından ehtiyat edir. Əvvəllər bənzər zədə üzündən isveçli futbolçu yanvar ayında bir sıra oyunlarda komandasına kömək edə bilməmişdi. Z.İbrahimoviç ilə “Milan” klubu ilə arasındakı hazırkı razılaşma bu ilin yayına kimi nəzərdə tutulur. O, bu mövsüm 10 oyunda meydana çıxıb, dörd qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Zlatan bundan əvvəl 2010-cu ildən 2012-ci ilə qədər “Milan”nın şərəfini qorumuşdu. Milan təmsilçisi ilə İtaliya çempionu (2011) və ölkənin Super Kubokunun sahibi (2011) olub. Karyerası boyunca İbrahimoviç Hollandiyanın “Ajax”, İtaliyanın “İnter”, İspaniyanın “Barselona”, Fransanın “Paris Sen-Jemen” və İngiltərənin “Mançester Yunayted” komandalarında çıxış edib. Ulduz futbolçu İsveç millisinin heyətində 116 oyun keçirən yeganə isveçlidir. Milli komandanın heyətində ən çox qol vuran futbolçu kimi də tarixə düşüb (62 qol).

    Ətraflı   17:17     26-May-2020     1150
  • alternative title

    Duqlas Kosta zədə səbəbindən karyerasını başa vura bilər

    İtaliyanın “Yuventus” klubunun braziliyalı futbolçusu Duqlas Kosta tez-tez aldığı zədələr səbəbindən karyerasını bitirməyi düşündüyünü etiraf edib. Bu haqda “Football Italia” nəşri xəbər yayıb. AZƏRTAC xəbər verir ki, D.Kosta 2017-ci ildən “Yuventus”un şərəfini qoruyur. Bu müddət ərzində futbolçu 9 dəfə zədələnib. Mənbənin bildirdiyinə görə, yarımmüdafiəçi ümumilikdə zərərlərini bərpası üçün 300 gün meydanlardan uzaq qalıb. “Elə vaxtlar olur ki,eyni səviyyədə oynaya biləcəyimi düşünürəm. Meydana çıxıram və tez-tez zədələnirəm. Sonra televizor vasitəsi ilə futbolu izləyib başa düşürəm ki, bu həzdən uzağam. Müəyyən mütəxəssislərə müraciət etməli oldum, çünki kənardan olan daimi söhbətlərdən əsəbləşirəm. Ən yaxşı olmaq üçün potensialım var, amma bu çətinliklər hədəfimə çatmağa imkan vermir”, – deyə Kosta bildirib. İyirmi doqquz yaşlı futbolçu Turin təmsilçisinin heyətində 90 oyuna meydana çıxıb, 9 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı iki dəfə İtaliya çempionu, bir dəfə İtaliya Kubokunun və İtaliya Super Kubokunun qalibi adı qazanıb. D.Kosta bundan əvvəl Braziliyanın “Gremio”, Ukraynanın “Şaxtyor” və Almaniyanın “Bavariya” klublarında çıxış edib.

    Ətraflı   17:13     26-May-2020     391
  • alternative title

    FIBA milli federasiyalara pandemiyadan sonra yarışların bərpası ilə bağlı tövsiyə xarakterli məlumat dərc edib

    Beynəlxalq Basketbol Federasiyası (FIBA) öz saytında milli federasiyalar üçün koronavirus pandemiyasından sonra yarışların bərpası ilə bağlı tövsiyə xarakterli məlumat dərc edib. AZƏRTAC xəbər verir ki, təlimat FIBA-nın Tibbi Komissiyasının rəhbəri doktor Piter Harkort tərəfindən Tibbi Məsləhət Qrupu, eləcə də Oyunçular Komissiyası ilə müzakirə edildikdən sonra hazırlanıb. Qurum mövsümü mərhələli şəkildə bərpa etməyi təklif edib. İlk mərhələdə məşqçilərin minimum dəstəyi ilə fərdi hazırlıq olmalıdır. Bundan sonra isə kollektiv məşqlərə başlamaq olar. Təlim-məşq toplanışının yarışın startından 3-6 həftə əvvəl başlaması məsləhət görülüb. FIBA oyunların azarkeşlərin iştirakı ilə keçirilməsinə qarşıdır. Həmçinin matçların yenidən başlaması ilə bağlı bütün aktual problemləri yerli rəhbərliklə həll etməyi tövsiyə edib. Bundan başqa, qurum basketbolçuların koronavirus testindən keçirilməsinin vacib olduğunu bildirib. Qeyd edək ki, bütün dünyada basketbol yarışları mart ayında pandemiya səbəbindən təxirə salınıb.

    Ətraflı   17:11     26-May-2020     1328
  • alternative title

    Qapıçının gələcəyinə azarkeşlər qərar verəcək - Sorğu

    Şotlandiya Premyer Liqasında mübarizə aparan “Livinqston” komandası 37 yaşlı qapıçı Qari Meylinin komandada qalıb-qalmayacağına azarkeşlərin qərar verməsi üçün “Twitter”də sorğuya başlayıb. Bu barədə “HaberGlobal” məlumat yayıb. Qapıçının komandadakı gələcəyini sorğunun nəticəsi müəyyən edəcək. “Sizə qapıçı Qari Meylinin gələcəyi haqqında qərara gəlmək şansı təqdim edirik. Gələn ay müqaviləsi bitməli olan qapıçının klubda qalıb-qalmamasına siz qərar verəcəksiniz”, - sorğunun başlığında qeyd olunub.

    Ətraflı   17:06     26-May-2020     1275
  • alternative title

    Həbib Nurməhəmmədov məşhur finalı xatırladı: “Liverpul”a azarkeşlik edirdim” - FOTO

    UFC çempionu Həbib Nurməhəmmədov 2005-ci ildə “Liverpul” və “Milan” futbol klubları arasında baş tutan Çempionlar Liqasının final oyunu barədə xatirələrini bölüşüb. QALANEWS xəbər verir ki, bu barədə idmançı “Instagram” hesabının hekayə bölümündə paylaşım edib. Görüşdən fraqmentləri paylaşan H.Nurməhəmmədov qeyd edib: “Qarşılaşmaya baxır və inanılmaz dərəcədə “Liverpul”a azarkeşlik edirdim”. Xatırladaq ki, sözügedən oyun 25 may 2005-ci ildə İstanbulda baş tutub. İlk hissədə “Liverpul” 0:3 hesabı ilə geri düşsə də, 54-60-cı dəqiqələr arasında üç qol vurmaqla qarşılaşmanı əlavə vaxta aparıb. 11 metrlik zərbələr seriyasında “Liverpul” “Milan”ı 3:2 hesabı ilə üstələyib.

    Ətraflı   16:03     26-May-2020     1639
  • alternative title

    Yaponiya beysbol liqası milli çempionatı başlamağa qərar verib

    Yaponiya beysbol liqası iyunun 19-da milli çempionatı başlamağa qərar verib. QALANEWS xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, çempionatın ilk oyunları koronavirusa yoluxma hallarının qarşısını almaq üçün boş tribunalarda keçiriləcək. Xatırladaq ki, Yaponiya beysbol çempionatının martda başlaması planlaşdırılsa da, koronavirusla bağlı vəziyyətə görə qeyri-müəyyən vaxta təxirə salınmışdı.

    Ətraflı   14:48     26-May-2020     1779
  • alternative title

    Azərbaycanın ən güclü şahmatçıları blits üzrə onlayn “İpək Yolu Kuboku” turnirində mübarizə aparacaqlar

    Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə mayın 26-28-də blits üzrə onlayn qaydada beynəlxalq “İpək Yolu Kuboku” turniri keçiriləcək. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçiriləcək turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr ediləcək. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir. Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçiriləcək. Azərbaycanı yarışda əmsala görə ən güclü şahmatçılar - Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, eləcə də Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Misrətdin İskəndərov, Namiq Quliyev, Rəsul İbrahimov, Aydın Süleymanlı, Ülvi Sadıqov, Vüqar Rəsulov, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Günay Məmmədzadə, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Gülnar Məmmədova, Toğrul Həsənzadə, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Gövhər Beydullayeva və Ayan Allahverdiyeva təmsil edəcək. Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. Turnirin 1-7-ci turlarına mayın 26-da saat 15:00-da, 8-15-ci turların görüşlərinə isə mayın 28-də saat 18:00-da start veriləcək. Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirin qalibi 2500 avro qazanacaq. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.

    Ətraflı   14:46     26-May-2020     1712
  • alternative title

    Avroliqa basketbolunun rəhbərliyi mövsümü vaxtından əvvəl bitirmək qərarına gəlib

    Avroliqa basketbolunun rəhbərliyi mövsümü vaxtından əvvəl bitirmək qərarına gəlib. QALANEWS TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Sportando” basketbol portalının rəhbəri Emiliano Karçia “Twitter”də bildirib. O qeyd edib ki, Avrokuboklarda cari mövsümün ləğv olunması ilə bağlı qərar bazar ertəsi Avroliqa Şurasının iclasında verilib. Bundan əvvəl Avroliqa prezidenti Jordi Bertomeu cari mövsümün erkən başa çatdırılmasını təklif etmişdi. Qeyd edək ki, Avroliqa mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Avroliqa müntəzəm çempionatının nəzərdə tutulan 34 matçından yalnız 28-i keçirilib.

    Ətraflı   14:45     26-May-2020     1367
  • alternative title

    Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakı ilə blits üzrə “İpək Yolu Kuboku” turniri start götürür

    Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə mayın 26-da blits üzrə onlayn qaydada beynəlxalq “İpək Yolu Kuboku” turniri start götürür. QALANEWS xəbər verir ki, bu gün turnirin 1-7-ci turlarının oyunları keçiriləcək. Yarışda Azərbaycan və Gürcüstan komandalarının tərkibində 27 şahmatçı olmaqla, ümumilikdə, 54 şahmatçı mübarizə aparacaq. Mayın 28-də isə 8-15-ci turların görüşləri keçiriləcək. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçirilən turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr edilir. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir. Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçirilir. Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirin qalibi 2500 avro qazanacaq. Bununla yanaşı, qadınlar və 16 yaşadək iştirakçılar arasında ən yüksək nəticəni göstərən şahmatçılar pul mükafatına sahib olacaq.

    Ətraflı   14:43     26-May-2020     1694
  • alternative title

    Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Kanadada keçirilməli olan Qran-Pri mərhələsi ləğv edilib

    Kanadanın Riçmond şəhərində avqustun 26-29-da keçirilməsi planlaşdırılan yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının mərhələsi ləğv edilib. QALANEWS TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilib ki, Kanada Fiqurlu Konkisürmə Federasiyası davam edən koronavirus pandemiyası səbəbindən mərhələni ləğv etmək barədə qərar qəbul edib. Bundan əvvəl, Slovakiyada sentyabrın 2-5-də keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə yeniyetmələr arasında Qran-Pri mərhələsi də ləğv edilmişdi.

    Ətraflı   14:41     26-May-2020     1344

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1001
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     999
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title