Loading alternative title

İDMAN

  • alternative title

    Avropa çempionatının ən güclü E qrupunda 30 şahmatçımız mübarizə aparacaq

    Mayın 29-da şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının ən güclü E qrupunun seçmə yarışları start götürür. QALANEWS xəbər verir ki, Avropa ölkələrindən reytinqi 2300-dən yuxarı olan şahmatçılar arasında Azərbaycanın 30 təmsilçisi mübarizə aparacaq. Onların arasında tanınmış şahmatçılarımız Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Nicat Abasov da var. Xatırladaq ki, şahmatçılarımızdan Gülsənəm Ağayeva (A qrupu) qızların yarışında qızıl medala sahib olub. Elnur Mehtiyev isə C qrupunun qalibi adına layiq görülüb. Turnirin D qrupunda mübarizə aparmış şahmatçılarımız Murad İbrahimli qızıl, Abdulla Qədimbəyli gümüş medal qazanıblar.

    Ətraflı   14:50     29-May-2020     1212
  • alternative title

    Azər Həsənsoy “WBC Muay-tay” təşkilatının ölkəmizdəki nümayəndəsi seçilib

    "WBC Muay-tay" təşkilatının ölkəmizdəki nümayəndəsi seçilib. AZƏRTAC xəbər verir ki, bu vəzifəyə Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) prezidenti Azər Həsənsoy layiq görülüb. Qeyd edək ki, "WBS" peşəkar boks üzrə dünyada ən böyük təşkilatdır. Artıq neçə illərdir ki "WBC Muay-tay" təşkilatı dünyada və qitələrdə bir sıra iri miqyaslı yarışları təşkil edirlər.

    Ətraflı   13:02     29-May-2020     1411
  • alternative title

    “Bilik və birlik” devizi altında biznes-simulyasiya yarışı təşkil olunub

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Fibonacci Games”in birgə təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş gənclər arasında "Bilik və birlik" devizi altında biznes-simulyasiya yarışı keçirilib. Nazirlikdən bildirilib ki, biznes-simulyasiya yarışında komandalar pandemiyadan sonra turizm obyektlərinin səmərəli inkişafını təmin etmək məqsədilə potensial turistlər uğrunda mübarizə aparıblar. Oyunda komandalar sahibkar kimi çıxış edərək, turist sayına görə müxtəlif kateqoriyadan olan mehmanxana otaqlarının satışını həyata keçiriblər. 5 virtual həftədən ibarət yarışda, komandalar otelin əməliyyat xərclərini, bonus və rezervasiya sisteminin xüsusiyyətlərini nəzərə almaqla, kapitalın artırılmasına çalışıblar. Yarışda 15 komandanın tərkibində təmsil olunan 70 gənc iştirak edib. İştirakçılar www.fibonaccigames.com saytında yayımlanan həftəlik tapşırıqlarla və maliyyə xəbərləri ilə tanış olub, öz aralarında müzakirə aparıb və yekun biznes qərarlarını saytın elektron blanklarında doldurublar. “Bilik və birlik” devizi altında keçirilmiş onlayn biznes-simulyasiya yarışında “Güvən” komandası ən çox virtual gəlir əldə edərək, qalib adını qazanıb. Biznes-simulyasiya yarışı "Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə" Dövlət Proqramı"nın 5.3.5 bəndinə (Gənclər arasında biznes fəaliyyətinə dair intellektual yarış və müsabiqələrin keçirilməsi) uyğun olaraq həyata keçirilir.

    Ətraflı   13:01     29-May-2020     1494
  • alternative title

    Beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi Azərbaycan şahmatçısı Rauf Məmmədov olub

    Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə şahmatın blits növü üzrə onlayn qaydada keçirilən beynəlxalq “İpək yolu kuboku” turnirinə yekun vurulub. Turnirdə 15 turdan 11,5 xal toplayan azərbaycanlı qrossmeyster Rauf Məmmədov birinci yeri tutub. Ondan yarım xal geri qalan gürcü Bahadur Cobava ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 10,5 xalla Azərbaycan yığmasının digər üzvü Nicat Abasov tutub. Yığmamızın üzvlərindən Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Nicat Məmmədov, Vasif Durarbəyli ilk 10-da yer alıblar. Belə ki, Ş.Məmmədyarov 10 xalla 5-ci, A.Süleymanlı 9,5 xalla 7-ci, N.Məmmədov eyni xalla 9-cu, V.Durarbəyli 9 xalla 10-cu olublar Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçirilən turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr edilib. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir. Qeyd edək ki, yarışın ümumi mükafat fondu 20 min avrodur. Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçirilib.

    Ətraflı   12:59     29-May-2020     392
  • alternative title

    PSJ-nin qapıçısı qəzaya düşdü

    Fransanın PSJ klubunun futbolçusu Marçin Bulka qəzaya düşüb. Polşalı qapıçı idarə etdiyi “Lamborghini” ilə yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. O, avtomobili Polşanın Vişoqrud şəhəri yaxınlığındakı vurub. Nəqliyyat vasitəsi ciddi əzilsə də, 20 yaşlı qolkiper xəsarət almayıb. Qeyd edək ki, Bulka PSJ-yə ötən yay keçib. 2 illik müqaviləyə malik polşalı cəmi 1 matçda şans qazanıb.

    Ətraflı   12:30     29-May-2020     1531
  • alternative title

    Avstriya klubu məşqə vaxtından əvvəl başladığı üçün cəzalandırılıb

    Avstriya futbol klubu LASK karantin qaydalarını pozduğu üçün cəzalandırılıb. Buna görə də Avstriya futbol federasiyası komandanın xallarını silib. Belə ki, klub iyunun 2-də bərpası planlaşdırılan çempionata hazırlıq zamanı sağlamlıq protokoluna əməl etməyib. Çempionat lideri federasiyanın şərtlərinə məhəl qoymayaraq pandemiya dönəmində hamıdan əvvəl məşqlərə başlayıb. Bunun ədalətsiz rəqabət hesab edən yerli federasiya LASK-a cəza kəsərək, 12 xalını silib. Klub bundan başqa 75 min avro məbləğində cərimələnib.

    Ətraflı   11:56     29-May-2020     1021
  • alternative title

    Rauf Məmmədov beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi olub

    Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə şahmatın blits növü üzrə onlayn qaydada keçirilən beynəlxalq “İpək yolu kuboku” turnirinə yekun vurulub. Turnirdə 15 turdan 11,5 xal toplayan azərbaycanlı qrossmeyster Rauf Məmmədov birinci yeri tutub. Ondan yarım xal geri qalan gürcü Bahadur Cobava ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 10,5 xalla Azərbaycan yığmasının digər üzvü Nicat Abasov tutub. Yığmamızın üzvlərindən Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Nicat Məmmədov, Vasif Durarbəyli ilk 10-da yer alıblar. Belə ki, Ş.Məmmədyarov 10 xalla 5-ci, A.Süleymanlı 9,5 xalla 7-ci, N.Məmmədov eyni xalla 9-cu, V.Durarbəyli 9 xalla 10-cu olublar. Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçirilən turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr edilib. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir. Qeyd edək ki, yarışın ümumi mükafat fondu 20 min avrodur. Yarış playchess.com virtual oyun platforması vasitəsilə keçirilib.

    Ətraflı   11:54     29-May-2020     217
  • alternative title

    Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır

    Azərbaycanlı iş adamı Nizami Piriyevin oğlu Nəsibin Fransanın “Olimpik” (Marsel) klubunu almaq istəyi barədə məlumat yayılıb. Bu barədə “Futbol+” qəzeti məlumat yayıb. Nizami Piriyev 1958-ci il yanvarın 11-də dünyaya gəlib. O 1992-2002-ci illərdə “PNN Arkansas Inc” neft-qaz şirkətinin prezidenti, Rusiyanın “StroyTransGasOil” neft-qaz şirkətinin baş direktoru olub. 2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub. 2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib. Nizami Piriyev ad-soyadını daha çox 2009-cu ildə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer ölkəmizə səfər edən zaman tanıdıb. Bleyeri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmışdı. O vaxt bunun üçün şirkətin Bleyerə 200 min funt sterlinq qonorar ödədiyi deyilirdi. Ölkəmizdə həmçinin “KFC” restoranlar şəbəkəsinin qurucularından biri kimi tanınan ata Piriyev 2015-in mayında metanol zavodunun tikintisi üçün aldığı krediti mənimsəmək ittihamı ilə həbs olunmuş, daha sonra borcunun bir qismini ödəyərək azadlığa çıxmışdı. Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilir. Bura AzMeCo-nun qiyməti daxil deyil. Var-dövlətinin miqdarını demək istəməyən əksər biznesmenlərdən fərqli olaraq, Piriyevlərin sərvəti barədə məlumat AzMeCo-nun saytında yerləşdirilmişdi.

    Ətraflı   11:01     29-May-2020     1470
  • alternative title

    “Nyukasl Yunayted” Filippe Koutinyonu transfer edə bilər

    Müqaviləsi “Barselona” klubuna məxsus olan və hazırda “Bavariya”da çıxış edən braziliyalı Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər. Bu haqda “Daily Express” qəzeti xəbər yayıb. QALANEWS “Gazeta.ru” saytına istinadla xəbər verir ki, İngiltərənin “Nyukasl Yunayted” Koutinyonun xidmətində maraqlıdır. Mənbənin bildirdiyinə görə, artıq tərəflər arasında danışıqlar başlayıb. “Nyukasl Yunayted” klubunun potensial sahiblərinin transfer siyahısının ilk sıralarında braziliyalı futbolçunun adı var. Nyukasl təmsilçisinin sahibi Mayk Eşlinin 300 milyon funt qarşılığında klubu Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salmana məxsus fonda satmağa razılıq verdiyi bildirilir. Satış hələlik Premyer Liqa rəhbərliyi tərəfindən təsdiqlənməyib. “Bavariya” klubunda icarə əsasında çıxış edən F.Koutinyo cari mövsümdə 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

    Ətraflı   18:41     28-May-2020     1808
  • alternative title

    “Qalatasaray” Azərbaycanı təbrik etdi: "Dost və qardaş ölkə..."

    Türkiyənin "Qalatasaray" klubu Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə bağlı paylaşım edib. İstanbul təmsilçisi 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib. Super Liqa komandası rəsmi feysbuk və tvitter səhifəsi vasitəsilə paylaşım edib: "Dost və qardaş ölkə Azərbaycanın Cümhuriyyət bayramı mübarək olsun!". Qeyd edək ki, Türkiyənin digər klubu "Çaykur Rizəspor" da sosial şəbəkə vasitəsilə Azərbaycana təbrik mesajı yayımlayıb.

    Ətraflı   17:13     28-May-2020     312
  • alternative title

    Futbol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı açıqlanıb

    Futbol üzrə qadınlardan ibarət A milli komandaları arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa–Azərbaycan oyunu koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı. QALANEWS AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, həmçinin iyunun 5-də keçirilməli olan Çexiya–Azərbaycan görüşünün oktyabrın 27-də təşkil olunmasına qərar verilib. Oyunların keçiriləcəyi stadionlar və başlanma saatı hələ müəyyənləşməyib.

    Ətraflı   15:39     28-May-2020     1633
  • alternative title

    Dünya Badminton Federasiyası "Tokio-2020" olimpiadasının yenilənmiş təsnifat sistemini açıqlayıb

    Ötən həftə yenilənən 2020-ci il yarış təqviminə əsasən, Dünya Badminton Federasiyası növbəti il Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının bu idman növü üzrə təsnifat nizamnaməsinə dəyişikliklər edib. AZƏRTAC xəbər verir ki, dəyişikliklərdə əsas məqsəd koronavirus pandemiyasına görə pozulmuş təsnifat mərhələsini ədalətli şəkildə yeniləməklə idmançıların təxirə salınan Olimpiya Oyunlarında iştirak hüququnu təmin etməkdir. Edilən dəyişikliklər Beynəlxalq Olimpiya və Paralimpiya Komitələri tərəfindən təsdiqlənib. Dünya Badminton Federasiyasının baş katibi Tomas Lund deyib: “Atletlər Komissiyası ilə sıx və dəyərli məsləhətləşmələr sayəsində Olimpiya və Paralimpiya Oyunlarına ən yaxşı təsnifat sistemini müəyyənləşdirdik. Bu atletlər üçün ən ədalətli həll yoludur və badminton idman növünün COVID-19 pandemiyasının yaratdığı vəziyyətdən çıxarmaq üçün bu turnirlərin təşkili bizim əsas və başlıca vəzifəmiz olacaq. Beynəlxalq turnirlərimizi 2020-ci ilin sonlarına yaxın bərpa etməyi planlaşdırırıqsa, olimpiya təsnifat prosesinə yalnız 2021-ci ildə, COVID-19 pandemiyasına görə tətbiq edilən səyahət və digər məhdudiyyətlərin aradan götürülməsi zəmanəti olduqdan sonra başlaya biləcəyik”. Əvvəlki olimpiya təsnifat dövründə qazanılmış reytinq xalları “Tokio yolu” reytinq cədvəlində saxlanılacaq. Uzadılmış Olimpiya təsnifat dövrü 2021-ci ilin 1-17-ci həftələrini (yanvar-mayın birinci həftəsi) əhatə edəcək və məhz pandemiyaya görə təxirə salınan və ya ləğv olunan turnirlər seçim edilməklə təşkil olunacaq. Yeni olimpiya təsnifat dövründə keçiriləcək turnirlər 2021-ci ilin 17-ci həftəsinədək yekunlaşmalıdır. Dünya Badminton Federasiyasının 2021-ci ilin yekun yarış təqvimi koronavirus pandemiyasına görə bütün şərtlər nəzərə alındıqdan sonra açıqlanacaq. Xatırladaq ki, Yay Olimpiya Oyunları 2021-ci ilin 23 iyul-8 avqust tarixlərində keçiriləcək.

    Ətraflı   15:38     28-May-2020     1597
  • alternative title

    ÜST-nin baş direktoru: Ümid edirik ki, “Tokio-2020” COVID-19-a qalib gələn Olimpiya Oyunları kimi tarixə düşəcək

    Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında yeni əməkdaşlıq sazişi imzalanıb. QALANEWS BOK-un rəsmi saytına istinadla xəbər verir ki, ÜST-nin Cenevrədəki qərargahında imzalanan saziş tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Əsas məqsəd dünyada sağlamlığın fiziki fəallıq, idman və aktiv istirahət də daxil olmaqla, sağlam həyat tərzinin təbliğidir. Sazişə əsasən, BOK və ÜST idman vasitəsilə sağlam cəmiyyətin təmin olunması naminə Davamlı İnkişaf Məqsədi 3 ("Yaxşı sağlamlıq və rifah") Proqramı əsasında qeyri-yoluxucu xəstəliklərin (NCD) qarşısının alınmasına töhfə vermək barədə öhdəlik götürüblər. BOK-un prezidenti Tomas Bax sazişin əhəmiyyətini qeyd edərək bildirib: "Mövcud böhranla əlaqədar ötən bir neçə ayda idman və fiziki fəaliyyətin sağlamlıq üçün nə qədər əhəmiyyətli olduğunu gördük. İdman insanın xilaskarıdır. Səhiyyənin dövlət siyasətində daha çox rol oynayacağı postkoronavirus cəmiyyətinin problemlərinin həllində ÜST-nin məsləhətlərindən faydalanmağa məcburuq. BOK dünya ölkələrini idmanı böhrandan sonrakı dəstək proqramlarında iştirak etməyə çağırır. Çünki NCD-lərin, eyni zamanda, yoluxucu xəstəliklərin profilaktikasında idmanın vacib rolu danılmazdır”. ÜST-nin Baş direktoru Tedros Qebreyesus isə deyib: "Düşünürəm ki, dünyamız pandemiya ilə mübarizədə qlobal birlik və həmrəylik nümayiş etdirsə, növbəti Olimpiya Oyunlarına qədər müsbət nəticələr əldə edə bilərik. Ümid edirik ki, “Tokio-2020” COVID-19 xəstəliyinə qalib gələn Olimpiya Oyunları kimi tarixə düşəcək".

    Ətraflı   15:37     28-May-2020     2100
  • alternative title

    Braziliyalı Villian “Atletiko Madrid”in hədəfində

    “Çelsi” klubunun hücumameyilli yarımmüdafiəçisi braziliyalı Villian karyerasını İspaniyada davam etdirə bilər. QALANEWS “Gazeta.ru” saytına istinadla xəbər verir ki, “Atletiko Madrid” futbolçunu heyətinə qatmaq niyyətindədir. Məlumata görə, 31 yaşlı oyunçu London təmsilçisindən ayrılmaq istəyir. Onunla daha öncə İspaniyanın “Barselona”, İngiltərənin iki klubu – “Tottenhem” və “Arsenal” komandaları da, maraqlandığı iddia edilirdi. Ancaq Madrid klubunun Villian üçün daha əlverişli təklif verdiyi bildirilir. Qeyd edək ki, futbolçu cari mövsüm İngiltərə Premyer Liqasında 25 oyun keçirib və 4 qolla yadda qalıb.

    Ətraflı   15:36     28-May-2020     1842
  • alternative title

    “Formula 1”də dördüncü yarış ləğv olundu

    1-3 may tarixində keçirilməli olan, lakin təxirə salınmış “Formula 1” üzə Niderland Qran-Prisi ləğv olunub. QALANEWS “Formula 1”in rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, Niderland tərəfi yarışın bu il keçirilməyəcəyini təsdiqləyib. Qeyd edək ki, “Formula 1”də 2020-ci il mövsümünün startı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl “Formula 1” rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-Prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Onu da bildirək ki, Bakıdakı yarışın bu ilin sentyabrın 20-də keçirilməsi gözlənilir.

    Ətraflı   14:43     28-May-2020     1983
  • alternative title

    “Formula-1”in Azərbaycanda sentyabrda keçiriləcəyi xəbərinə RƏSMİ MÜNASİBƏT

    Bakı Şəhər Halqası xarici mətbuatda “Formula-1” yarışının dərc olunmuş yeni təqviminə münasibət bildirib. Bakı Şəhər Halqasının İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Gülnaz Quliyevanın sözlərinə görə, sentyabrın 20-də Bakıda “Formula 1” yarışının keçirilməsi hələ dəqiqləşməyib: “Bu, rəsmi məlumat deyil. Ümumiyyətlə, Bakıda “Formula 1”in keçirilməsi yalnız Nazirlər Kabineti yanında operativ qərargahın qərarından sonra təsdiq oluna bilər. Çünki bunun üçün ilk növbədə sərhədlər açılmalıdır”. Qeyd edək ki, xarici mətbuatda yarışın Azərbaycan mərhələsinin sentyabrın 20-də baş tutacağı ilə bağlı məlumatlar yayılıb.

    Ətraflı   12:48     28-May-2020     1795
  • alternative title

    “Formula-1” üzrə Azərbaycan Qran-prisinin yeni tarixi bəlli oldu

    “Formula-1” üzrə dünya çempionatı Qran-Prilərinin yeni təqvimi açıqlanıb. Koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır. İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız “Formula-2”nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də həmin vaxt ölkəmizdə baş tutmasını nəzərdə tutur. Dünya çempionatının Avropa bölümünün yekun təqviminin iyunun 1-də açıqlanması gözlənilir. Hazırkı duruma əsasən təqvim aşağıdakı kimi formalaşıb: 5 iyul – Avstriya 12 iyul – Avstriya 19 iyul - Macarıstan 2 avqust – Böyük Britaniya 9 avqust – Böyük Britaniya 16 avqust – İspaniya 30 avqust – Belçika 6 sentyabr – İtaliya 20 sentyabr – Azərbaycan 27 sentyabr – Rusiya 4 oktyabr - Çin 11 oktyabr - Yaponiya 25 oktyabr - ABŞ 1 noyabr - Meksika 8 noyabr - Braziliya 22 noyabr - Vyetnam 29 noyabr – Bəhreyn 6 dekabr - Bəhreyn 13 dekabr – BƏƏ. Qeyd edək ki, əvvəlki mərhələlər, o cümlədən Azərbaycan Qran-Prisi koronavirus səbəbindən baş tutmayıb. Bəzi yarışlar ləğv edilib, bəziləri təxirə salınıb.

    Ətraflı   12:32     28-May-2020     346
  • alternative title

    Qadın futbol millimizin təxirə salınmış iki oyununun yeni vaxtı bəlli oldu

    Qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlanıb. QALANEWS xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmış oyun, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, oktyabrın 23-də keçiriləcək. Həmçinin iyunun 5-də keçirilməli olan Çexiya – Azərbaycan görüşünün oktyabrın 27-də keçirilməsinə qərar verilib. Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

    Ətraflı   10:22     28-May-2020     1828
  • alternative title

    “Spartak”ın Azərbaycan əsilli oyunçusu əsas komandadan qovulub - SƏBƏB

    “Spartak” klubu yarımmüdafiəçi Ayaz Quliyevi təlim-məşq toplanışındakı yersiz davranışlarına görə, əsas heyətdən kənarlaşdırıb. Bu barədə vek.ru xəbər yayıb. Bundan sonra A.Quliyev üçüncü divizyonda çıxış edən ikinci komandada oynayacaq. Buna səbəb Tarasovkada fiziki hazırlıq məşqçisi tərəfindən aparılmış təlim-məşq toplanışında Azərbaycan əsilli futbolçunun nalayiq davranışı olub. Qeyd edək ki, A.Quliyevin adı ötən il də qalmaqalda hallanmışdı. Həmin vaxt o, avtomobili ilə qırmızı işıqda keçərək, qəza şəraiti yaradıb. İdmançı hadisə yerində olan ABŞ vətəndaşından davranışına görə üzr istəmək əvəzinə, onu döyüb. Sonradan o, zərərçəkənə 150 000 rubl (3 587 AZN) ödəmişdi. Klub həmin vaxt oyunçunu beş milyon rubl (119 592 AZN) cərimələyərək, bir neçə günlük dubla yollamışdı.

    Ətraflı   10:19     28-May-2020     1690
  • alternative title

    Ukrayna hökuməti ölkədə futbol matçlarının bərpasına icazə verib

    Ukraynanın Səhiyyə Nazirliyi mayın 30-dan Premyer-Liqanın və ölkə kuboku oyunlarının keçirilməsinə icazə verib. Bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko özünün “Facebook” səhifəsində bildirib. Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən futbol üzrə Ukrayna çempionatı martın ortalarında dayandırılıb. Oyun zamanı stadionda olacaq insanların sayını artırmaq ehtimal edilir.

    Ətraflı   17:34     27-May-2020     445

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1021
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     1064
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title