Loading alternative title

İDMAN

  • alternative title

    "Apollon"a transfer olunmağa çox yaxınam"

    "Apollon"la danışıq aparıram. Kipr təmsilçisi əla komandadır". Bunu "Neftçi"nin hücumçusu Baqali Dabo deyib. Fransalı forvard Kipr mətbuatına açıqlamasında limasollularla hələ müqavilə bağlamadığını söyləyib: "Azərbaycan çempionatının davam edib-etməyəcəyi ilə bağlı qərarı gözləyirəm. Amma "Apollon"a transfer olunmağa çox yaxınam. Bu cür klubun maraq dairəsinə düşdüyüm üçün çox xoşbəxtəm. Ancaq istənilən halda, çempionatın bitməsini və keçidin tamamlanmasını gözləmək lazımdır". Qeyd edək ki, Baqali Dabonun "Neftçi" ilə müqavilə müddəti iyunun 1-nə qədərdir.

    Ətraflı   18:31     30-May-2020     1275
  • alternative title

    Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib

    “Squawka” nəşrinin versiyasına görə, İngiltərənin sabiq müdafiəçisi Con Terri Premyer Liqanın tarixində ən yaxşı müdafiəçisidir. QALANEWS xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb isə Con Terrinin “Çelsi” klubu və milli komandayla olan uğurlarıdır. Siyahıda ikinci yeri “Mançester Yunayted” komandasının futbolçusu Rio Ferdinand tutur. Reytinqin üçüncü pilləsində “Arsenal” klubunun əfsanəvi oyunçusu Sol Kempbel yer alıb. Digər pillələrdə müvafiq olaraq Toni Adams (“Arsenal”), Nemanya Vidiç (“Mançester Yunayted”), Qari Pallister (“Mançester Yunayted”), Rukardu Karvalyu (“Çelsi”), Stiv Brüs (“Mançester Yunayted”), Vensan Kompani (“Mançester Siti”), Virjil Van Deyk (“Liverpul”), Yap Stam (“Mançester Yunayted”), Djeymi Karraqer (“Liverpul”), Sami Xyupiya (“Liverpul”), Kolo Ture (“Arsenal”) və Ledli Kinq (“Tottenhem”) qərarlaşıblar.

    Ətraflı   18:09     30-May-2020     1151
  • alternative title

    Rusiya klubu azərbaycanlı futbolçu ilə müqaviləni yenilədi

    Rusiyanın “Ufa” klubu mayın 31-də müqaviləsi başa çatan bütün futbolçuları ilə mövsümün sonuna qədər yeni müqavilə bağlandığını açıqlayıb. Bu barədə klubun “Twitter” hesabında məlumat yerləşdirilib. Klub doqquz futbolçu – müdafiəçilər Danil Kruqovoy, Aleksandr Putsko, Denis Terentyev, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suxov və Pavel Alikin, həmçinin yarımmüdafiəçilər Dmitri Sısuyevl və azərbaycanlı Azər Əliyevlə müqavilənin müddətini uzadıb.

    Ətraflı   17:25     30-May-2020     1446
  • alternative title

    “Real” Azərbaycan millisinin sabiq müdafiəçisi ilə müqaviləni yeniləyib

    İspaniyanın “Real” basketbol klubu Azərbaycan millisinin sabiq müdafiəçisi Ceysi Kerroll ilə müqaviləni yeniləyib. Bu mövsüm 37 yaşlı basketbolçu Avroliqada hər oyuna orta hesabla 7,5 xalla yadda qalıb. C.Kerroll karyerasını bitirməyə hazırlaşırdı. Amma mövsümün yarımçıq dayandırılması basketbolçunu qərarını dəyişməyə vadar edib. Qeyd edək ki, basketbolçu son 9 ildə “Real”da çıxış edir. 2013-cü ildə o, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin də şərəfini qoruyub.

    Ətraflı   16:23     30-May-2020     1458
  • alternative title

    Toto Volf “Mercedes”in rəhbəri vəzifəsindən istefa verə bilər

    Toto Volf yeni Formula 1 mövsümünün sonunda “Mercedes”in rəhbəri vəzifəsindən ayrıla bilər. AZƏRTAC xəbər verir ki, avtoidman funksioneri mərhum Niki Lauda kimi komandanın qeyri-rəsmi direktoru vəzifəsində çalışacaq və klubun 30 faiz səhmlərindən imtina etməyəcək. Yaxın gələcəkdə “Mercedes”in Lourens Strollun himayəsinə keçməsi ehtimalı var. Bu halda isə bir neçə ay əvvəl “Aston Martin”in səhmlərinə sahib çıxan kanadalı biznesmenin fəaliyyəti “Daymler”in nəzarətinə keçəcək. Yəni, “Mercedes”in himayədarı “Daymler” həm də “Aston Martin”ə nəzarət edəcək.

    Ətraflı   16:22     30-May-2020     1457
  • alternative title

    Azərbaycan Premyer Liqasının bərpası məsələsi müzakirə olunacaq

    Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. QALANEWS xəbər verir ki, saat 12.00-da başlayacaq iclasda AFFA, Peşəkar Futbol Liqası və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcəklər. Toplantıda Azərbaycan Premyer Liqa klubları məşqlərinin və oyunlarının mümkün bərpası məsələsi müzakirə olunacaq.

    Ətraflı   16:21     30-May-2020     1214
  • alternative title

    Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Grand Master” şahmat klubunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş şahmatın blits növü üzrə onlayn turnir keçirilib. AZƏRTAC xəbər verir ki, “Lichess.org” platforması vasitəsilə keçirilən turnirdə 105 şahmatçı iştirak edib. Doqquz turdan ibarət olan və İsveçrə sistemi üzrə təşkil edilən turnirin yekun nəticələrinə görə, oğlanlar arasında Şəhriyar Rəhmanov, Orxan Bağırov, Aydın Şahpələngov ilk üç yerə layiq görülüblər. Qızlar arasında isə Leyla Budaqova, Kamilla Balayeva, Aytac Məmmədova ən yüksək nəticələr əldə ediblər.

    Ətraflı   16:19     30-May-2020     1144
  • alternative title

    “Liverpul” Timo Vernerin transferini bitirmək üzrədir

    İngiltərənin “Liverpul” futbol klubu Almaniyanın “Leyptsiq” komandasının hücumçusu Timo Vernerin transferini bitirmək üzrədir. QALANEWS xəbər verir ki, İngiltərə təmsilçisi 24 yaşlı hücumçuya illik 10 milyon avroya qazanacağı 5 illik müqavilə təklif edib. Almaniyalı futbolçunun yaxın günlərdə “Liverpul”la rəsmi müqavilə imzalayacağı iddia olunub. Xatırladaq ki, T.Verner cari mövsümdə 39 matçda 30 qol vurub və 12 məhsuldar ötürmə edib.

    Ətraflı   16:18     30-May-2020     998
  • alternative title

    Tomas Müller - 250: Almaniya çempionatında yeni rekorda doğru

    Münxenin “Bavariya” futbol klubunun və Almaniya millisinin hücumçusu Tomas Müller ölkə çempionatında yeni rekord müəyyən etməyə yaxınlaşır. QALANEWS “Bavariya” klubunun “Intagram”dakı səhifəsinə istinadla xəbər verir ki, futbolçu ölkə çempionatının 28-ci turunda komandasının səfərdə “Borussiya Dortmund”u minimal hesabla məğlub etməsi ilə Bundesliqada ən çox qələbə qazanan ikinci futbolçu olub. Belə ki, o, “Bavariya”nın heyətində meydana çıxdığı 345-ci oyununda 250-ci qələbəsini qazanıb. Bu göstərici üzrə rekord “Bavariya”nın sabiq qapıçısı Oliver Kana məxsusdur. O, 429 oyunda 260 dəfə qələbə sevinci yaşayıb. Xatırladaq ki, T.Müller Bundesliqa tarixində 200 qələbə həddinə ən tez çatan futbolçu olub. Forvard bu rekordu iki il əvvəl 275-ci oyununda müəyyən edib.

    Ətraflı   16:16     30-May-2020     1013
  • alternative title

    İngiltərə Premyer Liqasının tarixində ən çox qol vuran komandanın adı açıqlanıb

    Futbol üzrə İngiltərə Premyer Liqasının tarixində ən çox qol vuran komandanın adı açıqlanıb. QALANEWS xarici KİV-lərə istinadla xəbər verir ki, çempionatın tarixində ən məhsuldar komanda “Mançester Yunayted” klubudur. “Qırmızı şeytanlar” 2000 qolla tarixə düşüblər. İkinci pillədə 16 ildir çempionluğa həsrət qalan “Arsenal” komandası qərarlaşıb - 1895 qol. Üçüncü pillədə isə “Liverpul” komandası qərarlaşıb. Cari çempionatın lideri Premyer Liqa tarixində rəqib qapısına 1840 dəfə yol tapıb.

    Ətraflı   16:15     30-May-2020     1158
  • alternative title

    “Neftçi” və “Qarabağ” klubları ölkə çempionatlarında 100-dən çox böyük hesablı qələbə qazanıblar

    Azərbaycan çempionatları tarixində 913 oyun böyük hesablı nəticə ilə başa çatıb. QALANEWS Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, 1992-ci ildən keçirilən çempionatlarda ən çox böyük hesablı qələbə qazanan komanda “Neftçi”dir. Bakılılar 127 dəfə rəqibini 3 və ya daha çox top fərqi ilə məğlub ediblər. Daha bir komandanın hesabında 100-dən çox böyük hesablı qələbə var. “Qarabağ” komandası 107 matçda buna nail olub. Ən çox böyük hesablı qələbə qazanan komandaların siyahısında sonrakı yerləri “Kəpəz” (93), “Turan” (59), “Keşlə” (53), “Bakı” (52), “Xəzər Lənkəran” (42), “Şəmkir” (38), “Xəzər” Sumqayıt və “Qəbələ” (31) komandalarıdır. Üç və ya daha çox top fərqi ilə məğlubiyyət sayında antirekord MOİK-ə məxsusdur. Paytaxt təmsilçisi 52 dəfə böyük hesabla məğlub olub. Qusarın “Şahdağ” komandası ikinci (45), “Turan” (44) isə üçüncüdür. Ən çox böyük hesablı məğlubiyyətlə üzləşən komandaların siyahısında isə sonrakı yerləri aşağıdakı komandalar tuturlar: “Kəpəz” (40), “Bakı” (37), “Xəzər” Sumqayıt (36), “Şəfa” (30), “Qəbələ” (27), “Viləş”, “Pambıqçı” B, “Kürmük”, “Bakılı” (hər biri 26 dəfə).

    Ətraflı   16:13     30-May-2020     1068
  • alternative title

    Futbol klublarımız üçün nə qədər məşq kifayət edir? - Müzakirə olunacaq

    Sabah futbol üzrə Azərbaycan Premyer Liqasının səkkiz klubunun çempionatın bərpa olunacağı vaxta kimi nə qədər məşq müddətinə ehtiyacı olması müzakirə ediləcək. Nazirlər Kabineti yanında operativ qərargahın dünənki qərarından sonra 31 may saat 00:00-dan etibarən açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib. Bu səbəbdən də futbol yarışlarının keçirilməsinə heç bir əngəl qalmayıb. Sabah AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. Saat 12:00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək. Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq. Premyer Liqanın bərpası üçün isə klubların minimum iki və ya üç həftə məşq etməsi və özlərinə gəlməsi lazımdır. Belə olduğu halda, Premyer Liqa ya iyunun 15-də, ya da 22-də bərpa olunacaq. Təbii ki, səkkiz turu keçirilməmiş çempionatı və kubok yarışlarını Premyer Liqa klubları erkən başa vurmaq istəyir. Lakin bütün klublar bununla razı deyil. Məsələn, “Səbail” və “Qəbələ”nin ehtiyat oyunçular skamyası digərlərinə nisbətdə o qədər də uzun deyil. Qısa müddətə – 14 günə məşq keçib çempionat oyununa çıxmaq onların əsas heyət üzvlərinin zədələnməsinə səbəb ola bilər. Bu səbəbdən həmin klublar daha çox məşq müddəti tələb edəcək. Həmçinin sabahkı iclasda komandaların, klub rəsmilərinin hansı şəraitdə stadiona buraxılması müzakirə olunacaq.

    Ətraflı   15:15     30-May-2020     1398
  • alternative title

    Son 10 ildə ən yaxşı penalti vuran futbolçular - ADLAR

    Son 10 ildə dünyada penaltidən topu hədəfə ən dəqiq vura bilən 10 futbolçu müəyyənləşib. QALANEWS transfermarkt.ru saytının statistikasına əsasən xəbər verir ki, bu siyahıda lider Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun ulduzu Kriştianu Ronaldudur. “Barselona”nın argentinalı üzvü Lionel Messi ikinci, “Milan”ın isveçli hücumçusu Zlatan İbrahimoviç üçüncüdür. 1. Kriştianu Ronaldu (Portuqaliya) – penaltidən 98 dəqiq, 17 qeyri-dəqiq zərbə. 2. Lionel Messi (Argentina) – penaltidən 74 dəqiq, 23 qeyri-dəqiq zərbə. 3. Zlatan İbrahimoviç (İsveç) – penaltidən 65 dəqiq, 10 qeyri-dəqiq zərbə. 4. Halk (Braziliya) – penaltidən 62 dəqiq, 14 qeyri-dəqiq zərbə. 5. Edinson Kavani (Uruqvay) – penaltidən 52 dəqiq, 13 qeyri-dəqiq zərbə. 6-7. Neymar (Braziliya) – penaltidən 47 dəqiq, 13 qeyri-dəqiq zərbə. 6-7. Robert Levandovski (Polşa) – penaltidən 47 dəqiq, 5 qeyri-dəqiq zərbə. 8-9. Eran Zahavi (İsrail) – penaltidən 46 dəqiq, 8 qeyri-dəqiq zərbə. 8-9. Eden Azar (Belçika) – penaltidən 46 dəqiq, 6 qeyri-dəqiq zərbə. 10. Marçin Robak (Polşa) – penaltidən 45 dəqiq, 4 qeyri-dəqiq zərbə. Qeyd edək ki, Azərbaycanın futbol tarixində penaltini ən dəqiq yerinə yetirə bilən futbolçu İqor Ponomaryov olub. Hazırda “Sabah” klubunun Müşahidə Şurasının üzvlərindən olan İ.Ponomaryov SSRİ çempionatları tarixində 34 penaltidən 31-ni qola çevirib. Bunlardan 24-də ardıcıl şəkildə hədəfdən yayınmadığı üçün o, SSRİ-nin futbol tarixinə düşüb.

    Ətraflı   12:50     30-May-2020     1229
  • alternative title

    Serbiyada çempion vaxtından əvvəl müəyyənləşdi

    “Srvena Zvezda” futbol komandası vaxtından əvvəl Serbiya çempionu titulunu qazanıb. Bu, ölkə çempionatının koronavirus pandemiyası ilə əlaqədar fasilədən sonra bərpa olunduğu gün - mayın 29-da müəyyənləşib. XXVII tur qarşılaşmasında “qırmızılar” “Rad”ı 5:0 hesabı ilə yenərək, xalını 72-yə yüksəldib. Bununla da “Srvena Zvezda” mövsümün sonuna üç tur qalmış ən yaxın izləyicisi, 26 oyundan 58 xal yığan “Partizan” üçün əlçatmaz olub. Qeyd edək ki, Serbiya Super Liqası adətən pley-off sistemi ilə keçirilir. Lakin pandemiya səbəbindən mövsüm 30 turdan sonra yekunlaşacaq. Bu, “Srvena Zvezda”nın ardıcıl üçüncü çempionluq tituludur. Belqrad klubu Yuqoslaviya, Serbiya və Monteneqro çempionatları da nəzərə alınmaqla, qızıl medalları 31 dəfə qazanıb.

    Ətraflı   11:34     30-May-2020     1308
  • alternative title

    La Liqanın yenidən başlayacağı dəqiq tarix açıqlandı

    COVID-19 pandemiyası səbəbindən dayandırılan İspaniya çempionatının (La Liqa) başlama tarixi açıqlanıb. Bu barədə La Liqa rəhbərliyi, İspaniya Ali İdman Konseyi və Futbol Federasiyası ortaq qərara gəliblər. Yekun nəticəyə əsasən, çempionat iyunun 11-də start götürəcək. Bərpa olunacaq çempionatın ilk qarşılaşmasında “Sevilya” ilə “Betis” komandaları üz-üzə gələcək. Vəziyyətin gedişinə görə çempionatın 18-19 iyulda bitməsi planlaşdırılır. Qalan 11 həftənin qarşılaşmaları həm həftəiçi, həm də həftə sonu oynanılacaq.

    Ətraflı   11:26     30-May-2020     1014
  • alternative title

    İngiltərə kubokunun yeni təqvimi bəlli oldu

    Koronavirusa görə yarımçıq qalan futbol üzrə İngiltərə kubokunun yeni təqvimi açıqlanıb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Qeyd edilib ki, kubokun 1/4 final mərhələsinin oyunları 27-28 iyunda, yarımfinal matçları isə 11-12 iyulda keçiriləcək. İngiltərə kubokunun final matçı isə avqustun 1-də olacaq. İngiltərə Premyer Liqasının iyunun 17-də bərpa olunacağı haqqında məlumat yayılmışdı. İngiltərə kuboku 1/4 final 27-28 iyun “Lester” – “Çelsi” “Nyukasl” – “Mançester Siti” “Şeffild Yunayted” – “Arsenal” “Norviç” – “Mançester Yunayted”

    Ətraflı   11:23     30-May-2020     1017
  • alternative title

    Tanınmış futbolçu həbs oluna bilər

    İspaniyanın "Atletiko" klubunun futbolçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur. QALANEWS EFE agentliyinə istinadən xəbər verir ki, prokuror 32 yaşlı hücumçu üçün 6 ay həbs və 500 min avrodan çox pul cəzası tələb edib. Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib. Qeyd edək ki, Dieqo Kosta 2019/2020 mövsümündə 19 matçda iştirak edib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mart ayında koronavirusa görə dayandırılan İspaniya La Liqası iyunun 11-də qaldığı yerdən davam edəcək.

    Ətraflı   18:01     29-May-2020     1168
  • alternative title

    Rusiya klubu azərbaycanlı futbolçu ilə müqavilənin müddətini uzatdı

    Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın "Ufa" klubu bir neçə futbolçusu ilə müqavilənin müddətini uzadıb. QALANEWS klubun rəsmi saytına istinadən xəbər verir ki, mayın 31-də sözləşmələri başa çatan oyunçuların müqavilələri yenilənib. Azər Əliyevlə yanaşı Aleksandr Puçko, Boyan Yokiç, Aleksey Nikitin, Aleksandr Suzov və Pavel Alikin mövsümün sonunadək "Ufa"da qalacaq. Qeyd edək ki, Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib. Azər Əliyev "Ufa"da 2018-ci ilin avqustundan çıxış edir.

    Ətraflı   17:50     29-May-2020     1309
  • alternative title

    Kubokun təqvimi açıqlandı – İngiltərədə

    Koronavirus pandemiyası üzündən dayandırılan İngiltərə kubokunun bərpa tarixi və oyunların təqvimi müəyyənləşib. Bu barədə qərarı İngiltərə Futbol Assosiasiyası verib. 1/4 final oyunları iyunun 27-28-də keçiriləcək. Yarımfinal görüşləri isə iyulun 11-12-nə planlaşdırılıb. Həlledici qarşılaşma isə avqustun 1-də baş tutacaq. Qeyd edək ki, 1/4 finalda “Norviç” – “Mançester Yunayted”, “Lester” – “Çelsi”, “Şeffild Yunayted” – “Arsenal” və “Nyukasl” – “Mançester Siti” matçları keçirilməlidir.

    Ətraflı   16:20     29-May-2020     1269
  • alternative title

    “Barselona” Lautaro Martineslə anlaşdı

    İspaniyanın “Barselona” klubu İtaliya “İnter”inin argentinalı hücumçusu Lautaro Martinesin transferi ilə bağlı çalışmaları davam etdirir. La Liqa təmsilçisi futbolçunun şəxsi müqaviləsi barədə anlaşma əldə edib. Cənubi amerikalının agentləri ilə danışıqlar müsbət nəticələnib. Keçid baş tutsa, futbolçu bonuslardan əlavə ildə 12 milyon avro qazanacaq. Lakin Lautaronun transferi üçün “Barselona” “İnter”lə də razılıq əldə etməlidir. Kataloniyalılar Milan təmsilçisinə 22 yaşlı forvard üçün 80 milyon avro və müdafiəçi Xunior Firponu təklif edib.

    Ətraflı   15:05     29-May-2020     1173

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1021
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     1064
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title