Loading alternative title

İDMAN

  • alternative title

    Tayson Füri rekord məbləğdə qonorar qazanmaq istəyir

    Britaniyalı boksçu Tayson Füri rekord məbləğdə qonorar qazanmaq istəyir. QALANEWS xarici KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı boksçu Floyd Meyvezer və Saul Alvaresdən daha çox qonorar qazanmaq iddiasındadır. Bu yaxınlarda o, “Forbes” nəşri tərəfindən dünyanın ən yüksək maaşlı boksçusu seçilib. Nəşrin hesablamalarına görə, keçən il o, 57 milyon ABŞ dolları qazanıb.

    Ətraflı   18:04     01-Jun-2020     979
  • alternative title

    Formula 1: “Williams” komandası satışa çıxarılıb

    Formula 1 çempionatının “Williams” komandasının rəhbərliyi, gözlənildiyi kimi, koronavirus pandemiyası fonunda yaranan maliyyə problemləri səbəbindən idarəetmə strategiyasına yenidən baxılacağını elan edib. AZƏRTAC xəbər verir ki, komandanın sahibinin tamamilə dəyişməsinə hazırdırlar və artıq axtarışa başlayıblar. Yeni strategiya çərçivəsində titullu sponsor “ROKit” və onun törəmə şirkəti olan “ROK Drinks” şirkəti ilə 2023-cü ilədək müqavilə olmasına baxmayaraq, bundan sonrakı əməkdaşlıqdan imtinaya qərar verilib. “Williams”ın rəsmi bəyanatında deyilir: “WGPH”nin [Williams Grand Prix Holdings] Direktorlar Şurası müxtəlif strateji variantları gözdən keçirir. Mümkün variantlar sırasına şirkət üçün yeni pul vəsaitinin cəlb edilməsi, “WGPH”nin minoritar səhm paketinin və ya “WGPH”nin nəzarət səhm paketinin satışı, o cümlədən bütün şirkətin potensial satışı da daxildir. Hələlik qəti qərar qəbul edilməməsinə baxmayaraq, şirkət danışıqları yüngülləşdirmək məqsədilə satış prosesinə başlamağı rəsmi şəkildə elan edir. Bizə rəsmi şəkildə hələ ki, müraciət olunmayıb. Belə təklif gələcəyinə və hansı şərtlərin təqdim ediləcəyinə əminliyimiz yoxdur. “Williams Grand Prix Holdings”in idarə heyəti hər cür təklifdən imtina etmək və danışıqları dayandırmaq hüququnu özündə saxlayır”. Komandada onu da qeyd ediblər ki, “Williams”ın 2020-ci il mövsümündə iştirakına heç bir təhlükə yoxdur.

    Ətraflı   18:03     01-Jun-2020     392
  • alternative title

    Azərbaycan gimnastları Slovakiya, Latviya və Polşa idmançıları üçün onlayn ustad dərsləri keçiblər

    “COVID-19” pandemiyası ilə bağlı karantin günlərinin davam etdiyi bir dövrdə Azərbaycanda xarici ölkələrin gimnastları üçün onlayn ustad dərsləri təşkil edilir. Bədii gimnastika üzrə yığmamızın üzvləri məşqlərinə davam etməklə yanaşı, bu ustad dərslərinə qatılaraq, həm də faydalı təcrübə əldə edirlər. AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, komandamızın aparıcı gimnastlarından biri, Yay Universiadasının mükafatçısı, Tokio Olimpiadasına lisenziya qazanmış Zöhrə Ağamirova Polşa gimnastları üçün onlayn ustad dərsləri keçib. Belə ustad dərsləri Slovakiya və Latviya gimnastları üçün də təşkil edilib. Slovakiya bədii gimnastları üçün ustad dərslərini Avropa çempionatının gümüş və bürünc medalçısı Siyana Vasileva və bədii gimnastika üzrə gənclərin ilk dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova keçib. Latviya gimnastları üçün təşkil edilmiş onlayn dərslərin də təlimçisi Arzu Cəlilova olub. Yığmamızın üzvlərinin ustad dərsləri bununla bitmir. İyunda Hindistanın bədii gimnastları üçün onlayn ustad dərsləri də təşkil ediləcək. Bu təlimlər bədii gimnastika üzrə yığma komandamızın məşqçisi, beynəlxalq dərəcəli hakim Natalya Bulanova, yığmanın məşqçisi Lalə Məhərrəmova və baş xoreoqrafı Kamil Quliyev tərəfindən keçiriləcək. Gimnastika klubları və cəmiyyətlərinin istəyi əsasında yerli gimnastlar üçün də onlayn təlimlər təşkil edilir.

    Ətraflı   18:03     01-Jun-2020     188
  • alternative title

    Formula 1 yürüşlərinin yeganə qadın pilotu haqqında film ekranlara çıxacaq

    Formula 1 yürüşlərində xal toplamağa müvəffəq olmuş yeganə qadın pilot haqqında film iyunun 30-da ekranlara çıxacaq. QALANEWS “Deadline” resursuna istinadla xəbər verir ki, Riyana Hartli və Vinsent Tranın çəkdiyi sənədli filmdə Formula 1 çempionatı yürüşlərində xalq toplamağa nail olmuş yeganə qadın pilot olan Lella Lombardinin həyatından bəhs ediləcək. Lella Lombardi bu uğura 1975-ci ildə İspaniya Qran-prisində nail olub. O vaxt Lombardi finiş xəttinə altıncı çatmışdı. Təəssüf ki, həmin yürüş faciə ilə yadda qalıb: distansiyanın 25-ci dövrəsində Ralf Ştommelen trasdan çıxıb, qəza nəticəsində 5 tamaşaçı həlak olub. Yarış dayandırılıb, pilotların hər birinə topladıqların xalların yarısı hesablanıb. Yarış dayandırılan anda 6-cı mövqedə olan Lombardinin aktivinə 0,5 xal yazılıb. Formula 1 karyerası ərzində 17 Qran-pridə iştirak etmiş Lombardi bu yarışların 5-də təsnifat mərhələsindən keçə bilməyib.

    Ətraflı   18:01     01-Jun-2020     224
  • alternative title

    UFC Makqreqora titul şansı verəcək: Növbəti rəqib Nurməhəmmədov ola bilər

    UFC-nin rəhbəri Deyna Uayt yarışların eks-çempionu Konor Makqreqorun titul şansı qazanacağını açıqlayıb. Bu barədə ESPN məlumat yayıb. İrlandiyalı döyüşçü Həbib Nurməhəmmədov-Castin Qetji qarşıdurmasının qalibinin rəqibi olacaq. Sözügedən döyüşün 2020-ci ilin sentyabrında keçirilməsi nəzərdə tutulur.

    Ətraflı   17:32     01-Jun-2020     1019
  • alternative title

    “Kobra” Pərviz Abdullayev: “Ayın 10-na Bakıya bilet bron etmişəm”

    “Bir həftə olar ki, karantindən çıxmışam. Hazırda İstanbulda evdə qalıram”. Bunu “Survivor” yarışmasının azərbaycanlı iştirakçısı, kikboksinq üzrə dünya çempionumuz Pərviz Abdullayev deyib. Dominikan Respublikasındakı yarışmanı tərk edənlərlə birgə ötən ayın ortalarında Türkiyəyə gələn “Kobra” Pərviz Abdullayev əvvəl karantin rejimində qalsa da, evə vaxtından tez buraxılıb: “Cəmi bir həftə karantin rejimində oldum. Hazırda İstanbulda evdə qalıram”. O, Bakıya gəlməsi ilə bağlı bunları deyib: “Ayın 10-na bilet bron etmişəm. Amma ola bilər ki, bu gün də təyyarə olsun. Gözləmə mövqeyindəyəm”.

    Ətraflı   17:02     01-Jun-2020     304
  • alternative title

    Azərbaycanda futbol mövsümünün başa çatacağı vaxt bilindi - TƏQVİM

    Bərpa olunacaq futbol üzrə Azərbaycan Premyer Liqasının və ölkə kuboku yarışlarının təqvimi açıqlanıb. QALANEWS xəbər verir ki, Premyer Liqa iyunun 21-i XXI turla bərpa olunacaq. Həmin gün “Qarabağ” – “Qəbələ”, “Sabah” – “Keşlə”, “Sumqayıt” – “Səbail” və “Zirə” – “Neftçi” oyunları keçiriləcək. Ümumiyyətlə, bütün turun oyunları eyni gündə keçiriləcək. Belə ki, XXII tur 26 iyun, XXIII tur 30 iyun, XXIV tur 5 iyul, XXV tur 9 iyul, XXVI tur 17 iyul, XXVII tur 25 iyul və XXVIII tur 29 iyulda baş tutacaq. Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları (“Qəbələ” – “Zirə” və “Sumqayıt” – “Qarabağ”) 13 iyulda, cavab matçları isə 21 iyulda keçiriləcək. Azərbaycanda cari futbol mövsümünə avqustun 2-də yekun vurulacaq. Həmin gün ölkə kubokunun final matçı təşkil olunacaq.

    Ətraflı   16:34     01-Jun-2020     1491
  • alternative title

    “Formula 1” Qran-Prisində tamaşaçıların iştirakına icazə veriləcək

    COVID-19 virusunun yayılma təhlükəsinə baxmayaraq, “Formula 1” üzrə dünya çempionatının Braziliya Qran-Prisində tamaşaçıların iştirakına icazə verilməsi planlaşdırılır. “Forbes” xəbər verir ki, bu barədə yarışın promouteri Tamas Roxoni məlumat verib. T.Roxoni vurğulayıb ki, Braziliya Qran-Prisinin hazırlıqları cədvələ uyğun icra edilir və təşkilatçılar San-Pauluda daha bir maraqlı yarışın baş tutacağına əmindirlər. “Formula 1”in Braziliya mərhələsinin noyabrın 13-15-i tarixlərində keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, “Formula 1” üzrə dünya çempionatının Niderland, Avstraliya, Monako və Fransa Qran-Priləri ləğv olunub. Bəhreyn, Vyetnam, Çin, İspaniya, Azərbaycan və Kanada mərhələləri qeyri-müəyyən müddətə təxirə salınıb.

    Ətraflı   14:57     01-Jun-2020     972
  • alternative title

    Qadın idmançının məğlub olduğu döyüşdən sonrakı “selfi”si pərəstişkarlarını məyus etdi - FOTO

    Qarışıq döyüş növlərində çıxış edən qırğızıstanlı idmançı Antonina Şevçenko məğlub olduğu döyüşdən sonra “selfi”sini paylaşıb. Qadın döyüşçü fotonu öz “Instagram” səhifəsində yerləşdirib. A.Şevçenko qeyd edib ki, MMA (Qarışıq döyüş növləri) idmanın ən çətin növlərindən biridir. “Ancaq bu, mənim yolumdur və daha güclü şəkildə geri qayıdacağam”, - deyə A.Şevçenko “selfi”yə yazdığı şərhdə qeyd edib. İdmançının məğlub olduğu döyüşdən sonra üzündəki sıyrıntı və qançırlar pərəstişkarlarının diqqətindən yayınmayıb.

    Ətraflı   14:39     01-Jun-2020     928
  • alternative title

    Milli üzvü darmadağını ehtiyat oyunçular skamyasında izlədi

    Futbol üzrə Almaniya II Bundesliqasında 29-cu turun oyunları keçirilib. Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Erzgebirge” klubu da növbəti matçına çıxıb. Aue təmsilçisi səfərdə “Haydenhaym”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3. Nazarov qarşılaşmanın iştirakçısı olmayıb. Cari mövsümdə 10 qola imza atan millimizin üzvü bu dəfə ehtiyatda qalıb. Qeyd edək ki, 29 turdan sonra 38 xala malik “Erzgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

    Ətraflı   14:13     01-Jun-2020     301
  • alternative title

    Messi: “Futbol heç vaxt əvvəlki kimi olmayacaq”

    “Barselona”nın argentinalı hücumçusu Lionel Messi koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edib. Ulduz futbolçunun fikirlərini “El Pais” nəşri dərc edib. “Çoxumuz baş verənlərdən sonra dünyanın necə olacağını bilmirik. İnsanlar qohumlarını, dostlarını itirirlər və onlarla vidalaşmaqdan belə məhrumdurlar. Sevdiklərimizi itirməkdən daha pis heç nə yoxdur. Hesab edirəm ki, bu, ədalətli deyil. Bundan sonra futbol, həyatımız heç vaxt əvvəlki kimi olmayacaq”, - deyə L.Messi söyləyib. Xatırladaq ki, COVID-19 pandemiyası səbəbindən dayandırılan İspaniya çempionatı (La Liqa) iyunun 11-də start götürəcək.

    Ətraflı   13:04     01-Jun-2020     350
  • alternative title

    Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ

    Futbol üzrə Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq. Bu barədə qərar bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında keçirdiyi ikinci iclasda verilib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenkonun iştirak etdiyi videoiclasda aşağıda qeyd olunanlarla bağlı razılıq əldə olunub: 1. 2020-ci il iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqləri, 2020-ci il iyunun 21-də Premyer Liqa və Azərbaycan Kubokunun oyunları bərpa olunsun; 2. Premyer Liqa oyunlarının bərpasından əvvəl klublarının futbolçu və məşqçi heyəti mütləq şəkildə COVID-19 testinə cəlb olunsun. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada qəbul edə bilər; 3. Premyer Liqa və Kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək; 4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin COVID-19 testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra mövcud təlimatlara uyğun hərəkət edəcək; 5. COVID-19 pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq. Qeyd olunanlarla yanaşı, iclasda məqşlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında operativ qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb. Klublar Komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.

    Ətraflı   12:41     01-Jun-2020     255
  • alternative title

    Ter-Ştegen “Barselona”nın təklifindən imtina etdi

    Almaniyalı qapıçı Mark Andre Ter-Ştegen çıxış etdiyi “Barselona” klubu ilə yeni müqavilənin şərtlərinə dair razılığa gələ bilmir. Bu barədə məşhur italiyalı jurnalist Nikola Skira “Twitter” hesabında məlumat verib. Jurnalist yazır ki, Kataloniya klubunun rəhbərliyi Ter-Ştegenə illik 6,3 milyon avro təklif edir. Amma bununla razılaşmayan 28 yaşlı qapıçı 10 milyon avro tələb edir. Növbəti həftə tərəflər arasında yeni danışıqların aparılacağı gözlənilir. Qeyd edək ki, Ter-Ştegenin “Barselona” klubu ilə 2022-ci ilə qədər müqaviləsi var.

    Ətraflı   12:33     01-Jun-2020     234
  • alternative title

    Olimpiya İdman Komplekslərinin fəaliyyətinə icazə verildi - RƏSMİ

    Nazirlər Kabineti yanında operativ qərargahın 29 may tarixli növbəti mətbuat konfransında açıq havada idman yarışlarının keçirilməsinin mümkünlüyü vurğulanıb. QALANEWS xəbər verir ki, bu açıqlamadan irəli gələrək Gənclər və İdman Nazirliyi məlumat yayıb: “Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya İdman Komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verilir. Federasiyalar tərəfindən Gənclər və İdman Nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında operativ qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilib. İdmançıların regionlarda yerləşən Olimpiya İdman Komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq”.

    Ətraflı   12:29     01-Jun-2020     1144
  • alternative title

    Azərbaycanda çimərlik voleybolu üzrə çempionat keçirilə bilər - Plan hazırlanacaq

    Nazirlər Kabineti yanında operativ qərargah bugündən Azərbaycanda açıq məkanda idman yarışlarının keçirilməsinə icazə verib. QALANEWS xəbər verir ki, bu səbəbdən yaxın günlərdə çimərlik voleybolu üzrə Azərbaycan çempionatı keçirilə bilər. Qapalı məkanda keçirilən klassik voleyboldan fərqli olaraq, həmin yarışlar dəniz kənarında, hər komandadan iki idmançının iştirakı ilə baş tutur. Buna görə də, çimərlik voleybolu üzrə yarış keçirilərkən koronavirusa yoluxma riski çox deyil. Bəs Azərbaycan Voleybol Federasiyası bu haqda nə düşünür? Federasiyadan verilən məlumata görə, məsələ ilə bağlı toplantı keçiriləcək: “Həm idmançılar, həm də məşqçilərlə görüş keçirməyi planlaşdırırıq. Həmçinin, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə bu istiqamətdə danışıqlar aparacağıq. Onlarla bu məsələləri razılaşdırdıqdan sonra müəyyən plan hazırlanacaq”.

    Ətraflı   12:17     01-Jun-2020     1319
  • alternative title

    Tunis millisi koronavirusa görə üç aydır Bakıda qalıb

    Tunisin ağırlıqqaldırma üzrə milli komandası koronavirusa görə Bakıda qalıb. Tunis millisi Mavrikidə keçiriləcək Afrika çempionatına hazırlıq üçün məkan olaraq Bakını seçib. Komanda martın əvvəllərində dörd həftəlik təlim-məşq toplanışı üçün paytaxtımıza gəlib, lakin sərhədlər bağlandığından ərəblər Azərbaycanı tərk edə bilməyib. Beləcə, misirli baş məşqçi Xalid Koraninin rəhbərliyi altında iki kişi və iki qadın atlet Bakıda qalıb. Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulovun saytımıza verdiyi məlumata görə, Tunis komandası hazırda “AAAF Park”da qalır. Minimum iyunun 15-dək Azərbaycan sərhədlərinin bağlı olacağını nəzərə alsaq, Tunis millisi hələ Bakıda bir müddət də qalacaq. Digər bir məsələ isə 51 yaşlı Xalid Korani ilə bağlıdır. Misir və Səudiyyə Ərəbistanı millilərinin sabiq baş məşqçisi öz ölkəsinin yeniyetmə və gənclərdən ibarət yığmasını çalışdırdığı vaxt idmançılarının yeməyinə dopinq qatmaqda ittiham olunur. 2016-cı ildə Misirin paytaxtı Qahirədə keçirilmiş yeniyetmə və gənclər üzrə Afrika çempionatında çıxış etmiş meydan sahibi yeddi idmançının dopinqdən istifadə etdiyi müəyyənləşib. Bu səbəbdən də Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) tərəfindən yaradılmış Müstəqil Üzv Federasiyalarının Sanksiya Paneli ötən ilin sentyabrından Misiri iki illiyinə cəzalandırıb (Tokio Olimpiadasında iştirak edə bilməyəcəklər – red.) və 200 min dollar məbləğində cərimələyib. Həmçinin, həmin yeddi idmançı dörd il müddətinə diskvalifikasiya edilib. IWF ilkin olaraq Xalid Koraninin məşqçi kimi fəaliyyət göstərməsini müvəqqəti olaraq qadağan edib. Onun yeniyetmə yaşına çatmamış idmançılara dopinq verdiyi sübuta yetirilərsə, minimum dörd illik, maksimum ömürlük cəzalandırılacaq.

    Ətraflı   11:32     01-Jun-2020     1720
  • alternative title

    İtaliya çempionatında hər gün oyun olacaq

    Futbol üzrə İtaliya çempionatında mövsümün bərpa olunmasından sonra qarşılaşmaların hər gün keçirilməsi nəzərdə tutulub. Sports.ru xəbər verir ki, qərar futbol mövsümünün avqustun 2-dək başa çatdırılması məqsədilə qəbul edilib. İyunun 20-də bərpa olunacaq A seriyası oyunlarının vaxtı televiziya şirkətləri və klubların maraqlarına uyğun müəyyənləşəcək.

    Ətraflı   11:27     01-Jun-2020     1031
  • alternative title

    Məşhur futbolçu qarət olundu - FOTO

    İngiltərənin “Mançester Siti” futbol klubunun yarımmüdafiəçisi Riyad Mahrez qarət olunub. Bu barədə “The Sun” xəbər yayıb. Məlumata görə, 29 yaşlı əlcəzairli idmançının ümumi dəyəri 500 min funt sterlinq (1 049 200 AZN) olan şəxsi əşyaları oğurlanıb. Soyğun vaxtı futbolçu evdə olmayıb. R.Mahrezin “Richard Mille” (230 min funt sterlinq – 482 631 AZN), “Rolex Dayton” (40 min funt sterlinq – 83 935 AZN) və “Rolex Day Date” (35 min funt sterlinq – 73 443 AZN) saatları naməlum şəxs tərəfindən oğurlanıb. Bundan başqa, futbolçunun 50 min funt sterlinq (104 920 AZN) nağd pulu, 150 min dəyərində (314 759) “Cartier” qolbağı və nadir futbol köynəkləri də aparılıb.

    Ətraflı   11:26     01-Jun-2020     995
  • alternative title

    “Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh etdi

    İspaniyanın “Barselona” klubunun baş məşqçisi Kike Setyen mövsümün yerdə qalan oyunlarında əlavə iki əvəzetməyə icazə verilməsinə münasibət bildirib. “AS” agentliyinə müsahibə verən mütəxəssis bildirib ki, qərar “Barselona”nın oyun tərzinə təsir etməyəcək: “Biz qarşılaşmanın taleyini oyunun sonlarında həll edirik. Əgər rəqib komanda matçın sonlarında yeni futbolçuları döyüşə atarsa, üstünlüyümüzü itirə bilərik. Amma bu, eyni zamanda, bizə əlavə ehtiyatlar əldə etməyə müəyyən vaxt da qazandıracaq”. K.Sityen uzun müddət futbolsuz qalan oyunçuların psixoloji durumundan da söz açıb. Kataloniya klubunun baş məşqçisi hesab edir ki, futbolçular psixoloji olaraq istirahət ediblər və uzunmüddətli fasilədən sonra meydana çıxmaq onlar üçün yaxşı motivasiyadır.

    Ətraflı   10:52     01-Jun-2020     291
  • alternative title

    Qumar aludəçisi olan futbolçu özünü ələ verdi, klubdan qovuldu

    Norveçli müdafiəçi Veqard Forrenin müqaviləsi qumar aludəçiliyinə görə “Molde” klubu tərəfindən birtərəfli qaydada ləğv edilib. Bu barədə “HaberGlobal” məlumat yayıb. 32 yaşlı müdafiəçinin qumara aludə olması maraqlı şəkildə ortaya çıxıb. Belə ki, “Molde” futbolçularının il ərzində müəyyən qaydaları pozduqları halda ödədikləri cəzalar var. Bu cəza ödənişlərinin toplandığı bir bank hesabı mövcuddur. Bu hesabı isə iki ildir komandanın ən təcrübəli üzvü Veqard Forren idarə edir. Hesabdakı pulların bir qismi ilin sonunda xeyriyyə fondlarına köçürülür. V.Forren idarə etdiyi bu hesabdan son dövrdə qumar borcunu ödəmək üçün külli miqdarda vəsait götürərək qısa müddətli kreditləri üçün istifadə edib. Əvvəllər də bir neçə dəfə bu cür addım atan futbolçu sonuncu dəfə pulu vaxtında yerinə qoya bilmədiyi üçün yaxasını ələ verib. “Pul qazanmağa başladığım gündən bu yana təxminən 15 ildir ki, qumar aludəçisiyəm. Qəbul etmək çətin olsa da bu, məni və yaxınlarımı məhv edən bir xəstəlikdir. Vəziyyəti sevdiklərimə açıqladım və hər kəsdən üzr istədim”, - deyə futbolçu bildirib.

    Ətraflı   10:37     01-Jun-2020     248

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1001
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     999
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title