Loading alternative title

İDMAN

  • alternative title

    Amerikalı şahmatçı Hikaru Nakamura “Lindores Abbey Rapid Challange” turnirinin qalibi olub

    Hazırkı dünya çempionu norveçli Maqnus Karlsenin təşkil etdiyi və onlayn qaydada keçirilən rapid üzrə “Lindores Abbey Rapid Challange” turniri başa çatıb. AZƏRTAC xəbər verir ki, mükafat fondu 150 min ABŞ dolları olan yarışda 11 turdan 7,5 xal toplayan amerikalı Hikaru Nakamura birinci yeri tutub. Rusiya təmsilçisi Sergey Karyakin ikinci yerdə qərarlaşıb. Hərəyə 6 xal toplayan Yanqyi Yu (Çin), Uesli So (ABŞ), Maqnus Karlsen və Liren Dinq (Çin) 3-6-cı yerləri bölüşüblər. Qeyd edək ki, M.Karlsenin təşkilatçılığı ilə keçirilən yarış seriya turnirinin ikinci mərhələsidir. Bundan əvvəl, dünya çempionunun dəvəti ilə şahmatçılar mükafat fondu 250 min ABŞ dolları olan “Magnus Carlsen Invitational” turnirində güclərini sınamışdılar. Turnirin finalında H.Nakamuranı məğlub edən M.Karlsen qalib adını qazanmışdı. Seriyanın üçüncü mərhələsi - “Online Chess Masters” iyunun 20-dən iyulun 5-dək, dördüncü mərhələsi (Legends of Chess) iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək. Beş yarışdan ibarət seriya turnirinin ümumi mükafat fondu bir milyon ABŞ dollarıdır.

    Ətraflı   15:51     22-May-2020     1294
  • alternative title

    Macarıstanda şou xarakterli “Budapest Kupa-2020” tennis turniri start götürür

    Mayın 22-də Macarıstanda qarışıq cütlüklər arasında tennis üzrə şou xarakterli “Budapest Kupa-2020” turniri start götürəcək. AZƏRTAC xəbər verir ki, turnirdə 6 cütlük birincilik uğrunda mübarizə aparacaq. Turnirdə ukraynalı Sergey Staxovskiydən başqa digər idmançılar Macarıstanı təmsil edəcək. Turnirdə Timya Baboş, Fanni Ştollyar, Marton Fuçoviç və Attila Balaj kimi məşhur raketka ustaları yarışacaqlar. Yarışa mayın 24-də yekun vurulacaq. Qeyd edək ki, şou xarakterli tennis turnirləri artıq Almaniya və ABŞ-da da təşkil olunub. Yayın əvvəlində isə İspaniya və İtaliyada da keçiriləcək.

    Ətraflı   15:50     22-May-2020     1514
  • alternative title

    Virtual Monako Qran-Prisində 8 Formula 1 pilotu gücünü sınayacaq

    Mayın 24-də virtual Formula 1 Monako Qran-Prisi təşkil olunacaq. QALANEWS xəbər verir ki, F1 Esports Virtual Grand Prix çempionatı çərçivəsində “F1 2019” oyun bazasında keçiriləcək yarışda 8 Formula 1 pilotu iştirak edəcək. Bunlar Şarl Lekler, Aleks Elbon, Lando Norris, Antonio Covinatsi, Corc Rassell, Nikolas Latifidir, Esteban Okon və Valtteri Bottasdır. E.Okon və V.Bottas virtual yarışlarda debüt edəcəklər. Monako Qran-Prisində Formula 1 pilotları ilə yanaşı, digər avtomobil seriyasının sürücüləri və tanınmış futbolçular güclərini sınayacaqlar.

    Ətraflı   15:48     22-May-2020     204
  • alternative title

    Qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatı təxirə salınıb

    Noyabrda Kazanda keçirilməsi nəzərdə tutulan qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatı təxirə salınıb. Bu barədə Avropa Üzgüçülük Liqası (LEN) məlumat yayıb. Məlumatda qitə birinciliyinin gələn il noyabrın 2-7-də keçiriləcəyi qeyd olunub. Bir neçə gün əvvəl dekabrda keçirilməsi planlaşdırılan qısa hovuzda üzgüçülük üzrə dünya çempionatı da koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınmışdı. Beynəlxalq Üzgüçülük Federasiyasının qərarına əsasən, dünya çempionatı gələn il dekabrın 13-dən 18-dək Əbu-Dabidə keçiriləcək.

    Ətraflı   15:46     22-May-2020     327
  • alternative title

    Tennisçi Novak Cokoviç xeyriyyə aksiyalarını davam etdirir

    Pandemiya dövründə tennisçilər maliyyə böhranından əziyyət çəkirlər. Amma bu sözləri raketka ustalarının hamısına, xüsusilə də titullu idmançılara aid etmək düzgün olmazdı. Onların elə özləri kömək məqsədilə donor rolunu oynayırlar. QALANEWS xəbər verir ki, dünyanın adlı-sanlı tennisçiləri son günlər müxtəlif xeyriyyə aksiyalarına qoşulurlar. Onlar xəstəxanalara xüsusi tibbi avadanlıq bağışlamaqla yanaşı, imkansız ailələrə də yardım edirlər. Belə tennisçilər arasında ATP reytinqinin lideri Novak Cokoviçi xüsusilə fərqləndirmək lazımdır. Bundan əvvəl də xoşməramlı tədbirlərə qoşulan idmançı daha bir xeyirxah təşəbbüsü ilə yadda qalıb. Otuz üç yaşlı tennisçi Serbiyanın Kruşevats şəhərinin xəstəxanasına 5 ədəd süni tənəffüs aparatı və bir o qədər də klinika monitoru bağışlayıb.

    Ətraflı   15:45     22-May-2020     1262
  • alternative title

    Bundesliqanın 27-ci və 28-ci turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq

    Bundesliqanın 27-ci və 28-ci turunun oyunları koronavirusdan ölənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq. Bunu Almaniya Futbol Liqasının (DFL) prezidenti Kristian Zayfert deyib. K.Zayfert bildirib ki, koronavirus infeksiyası çox insanın həyatına son qoyub. DFL olaraq infeksiyadan ölənlərin xatirəsini yad etmək istəyirik. İlk öncə bütün həkimlərə öz minnətdarlığımı bildirirəm. Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya çempionatı mayın 16-da bərpa olunub.

    Ətraflı   15:43     22-May-2020     1333
  • alternative title

    Dario Frederikonun “Neftçi”də qalmayacağı dəqiqləşib

    Dario Frederikonun “Neftçi”də qalmayacağı dəqiqləşib. QALANEWS xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandadan ayrılmaq istədiyini klub rəhbərliyinə çatdırıb. Cənubi amerikalı legioner bir il qüvvədə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etmək istəyir. İndiyədək “Neftçi”də müxtəlif vaxtlarda iki dəfə oynamış futbolçunun Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin klublarından birinə keçəcəyi gözlənilir.

    Ətraflı   15:41     22-May-2020     1140
  • alternative title

    Türkiyəli ulduz futbolçu “Beşiktaş”a qayıdır

    “Beşiktaş” klubundan icarə əsasında “Feyenoord”a keçən türkiyəli ulduz futbolçu Oğuzhan Özyakup yenidən “qara qartal”ın düşərgəsinə qayıtmaq istəyir. Bu barədə “HaberGlobal” məlumat yayıb. Artıq futbolçu “Feyenoord”dan təklif olsa belə, “Beşiktaş”a qayıtmaq istədiyini klub rəhbərliyinə çatdırıb. O.Özyakupun 2 milyon avrodan artıq olan maaşında endirim etməsi gözlənilir.

    Ətraflı   15:06     22-May-2020     1125
  • alternative title

    “Real” və “İnter” Aquero uğrunda yarışa girdi

    Madrid “Real”ı və Milan “İnter”i “Mançester Siti”nin və Argentina millisinin hücumçusu Serxio Aqueronun transferi uğrunda mübarizə aparır. Bu barədə Gazeta.ru məlumat yayıb. Artıq klub təmsilçiləri futbolçunun agenti ilə ilkin danışıqlar aparıblar. Lakin “Mançester Siti”nin hazırda futbolçunun satılmasına müsbət baxmadığı qeyd olunur. Xatırladaq ki, S.Aquero bu mövsüm 22 qarşılaşmada 16 dəfə fərqlənib.

    Ətraflı   12:26     22-May-2020     1327
  • alternative title

    La Liqa derbi ilə bərpa olunacaq

    COVID-19 pandemiyası səbəbindən dayandırılan İspaniya çempionatı (La Liqa) iyunun 21-də derbi ilə start götürəcək. Soccer.ru İspaniya mətbuatına istinadən xəbər verir ki, pandemiyadan sonra bərpa olunacaq çempionatın ilk qarşılaşmasında “Sevilya” ilə “Betis” komandaları üz-üzə gələcək. Digər qarşılaşmaların təqvimi mayın 28-də açıqlanacaq.

    Ətraflı   12:25     22-May-2020     967
  • alternative title

    Daha bir dünya çempionatı koronavirusa görə təxirə salındı

    2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilməsi nəzərdə tutulan üzgüçülük üzrə dünya çempionatı COVID-19 pandemiyası səbəbindən təxirə salınıb. “Moskovskiy Komsomolets” xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasından məlumat verilib. Federasiyanın elan etdiyi yeni qərara əsasən, üzgüçülük üzrə dünya çempionatı 13-18 dekabr 2021-ci il tarixində keçiriləcək.

    Ətraflı   11:31     22-May-2020     265
  • alternative title

    Mahir Şükürov: “O, lotoda uduş kimi maqnitofon, video, tozsoran qoyurdu”

    “Millimizdə Karlos Alberto Torres baş məşqçi işləyəndə futbolçular üçün loto yarışlarını tez-tez keçirərdi”. Bunu millimizin sabiq futbolçusu Mahir Şükürov deyib. 2004-cü ildə millimizin Latviyanın paytaxtı Riqaya səfəri zamanı mərhum braziliyalı məşqçinin futbolçularımıza loto yarışı keçirməsinin görüntüləri yayılıb. Şükürov bunun ənənəvi hal olduğunu bildirib: “Biz milli ilə hər təlim-məşq toplanışında loto oynayırdıq. Futbolçular həvəslənsin deyə, uduşa hər şey qoyurdu. Belə bir təklifin baş məşqçi və ya köməkçiləri tərəfindən gəldiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, çox əylənirdik. Oyundan qabaq həyəcanımız qalmırdı. Bakıda oteldə qalarkən oyunlara uduş kimi maqnitofon, video, tozsoran qoyurdu. O vaxt video, maqnitofon hər adamda olmurdu. Amma Torres təşkil etdirirdi. Çox maraqlı idi. Riqaya bu boyda əşyaları apara bilməzdi. Ona görə də səfərlərdə uduşların əşyası da kiçik olurdu”. Avropa çempionatına vəsiqə qazanmış Latviya ilə 2:2 hesabı ilə başa çatan oyundan öncə loto yarışının qalibi Mahmud Qurbanov, Emin Ağayev və Ruslan Musayev olub. Hazırda “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi olan Mahmud Qurbanov loto yarışının qalibi kimi AFFA-nın boşqab suvenirini udub. Bəs lotoda ən çox bəxti gətirən kim olub? “Ən çox Emin Ağayev qalib gəlirdi. Rafael Əmirbəyov, Qurban Qurbanov, Mahmud Qurbanov da lotonu yaxşı oynayırdı. Mən isə heç vaxt qalib olmamışam”, – deyə Mahir Şükürov bildirib.

    Ətraflı   11:02     22-May-2020     198
  • alternative title

    “Fənərbağça” və “Beşiktaş” 16 yaşlı futbolçu uğrunda mübarizə aparır

    Türkiyənin iki nəhəng klubu - “Fənərbağça” və “Beşiktaş” 16 yaşlı Bilal Budakı transfer etmək üçün mübarizə aparır. “Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, artıq İstanbul klublarının nümayəndələri futbolçunun məxsus olduğu “Manisaspor” klubunun rəhbərliyi ilə görüşüb. Türkiyə mətbuatı yazır ki, futbolçu cari mövsümün sonunda ona elçi düşən iki klubdan biri ilə müqaviləyə imza atacaq. Yarımmüdafiəçi mövqeyində çıxış edən B.Budak yüksək texnikası və dəqiq ötürmələri ilə güclü klubların diqqətini özünə cəlb edib.

    Ətraflı   10:38     22-May-2020     250
  • alternative title

    İsveçdəki yarış Bakıdakı Avropa çempionatının əvəzinə lisenziya xalları verəcək

    Ümumdünya Karate Federasiyası (WKF) Tokio Yay Olimpiya Oyunları üçün lisenziya xalları verən yeni turnirlərin siyahısını açıqlayıb. QALANEWS xəbər verir ki, 13-15 mart tarixlərində Mərakeşin paytaxtı Rabatda keçirilməli olan Premyer Liqa və martın 25-dən 29-na qədər Bakıda təşkil olunmalı Avropa çempionatı koronavirusa görə ləğv edilmişdi. Bu səbəbdən karateçilərin həmin iki yarışdan Olimpiadaya lisenziya xalları toplaması qeyri-mümkün olmuşdu. Ona görə də, WKF 2021-ci ildə Rabatda keçiriləcək analoji turnirin (17-19 aprel) və 2021-ci ildə İsveçin Geteborq şəhərində baş tutacaq Avropa çempionatının lisenziya xalları verən yarış olmasına qərar verilib. Həmçinin, Rabat yarışı baş tutmasa, 2021-ci ildə Avstriyanın Zalsburq şəhərində təşkil ediləcək Premyer Liqasının lisenziya xalları verəcəyi istisna edilməyib. Bundan başqa, İsveçdəki yarış baş tutmazsa, ötən il İspaniyanın Qvadalaxara şəhərində baş tutmuş Avropa çempionatının nəticələrinin lisenziya xalları üçün hesablanacağı bildirilib. Bundan başqa, Fransanın paytaxtı Parisdə baş tutmalı olan 8-10 may, sonra 26-28 iyuna təxirə salınan, daha sonra isə bu il üçün ləğv olunan Olimpiya Təsnifat Turniri 2021-ci ilə təxirə salınıb. Onun vaxtı daha sonra müəyyənləşdiriləcək. Qeyd edək ki, hazırkı nəticələrə əsasən, Rafael Ağayev və İrina Zaretskaya Olimpiadaya lisenziyanı reytinqlə təmin ediblər.

    Ətraflı   18:02     21-May-2020     375
  • alternative title

    Azərbaycan və Gürcüstan birgə 20 min avroluq turnir keçirəcək

    Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF), eləcə də, SOCAR-ın təşkilatçılığı ilə internet üzərində şahmatın blits növü üzrə beynəlxalq turnir keçiriləcək. QALANEWS xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə 26-28 may tarixlərində Azərbaycanda “Respublika Günü”, Gürcüstanda isə “Müstəqillik Günü”nə həsr edilən “İpək Yolu Kuboku” uğrunda yarış təşkil ediləcək. Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan və Gürcüstanda bayram günlərində iki ölkə arasında idman əlaqələrinin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının saxlanılması, eləcə də, şahmatın təbliğidir. Yarış playchess.com virtual oyun platformasında keçiriləcək. Turnirdə ümumilikdə 50 iştirakçı olacaq. “İpək Yolu Kuboku”nda AŞF və GŞF tərəfindən FIDE əmsalına görə (01.05.2020 tarixinədək) kişilərdə ilk 12, qadınlarda ilk 8 şahmatçı və 16 yaşa qədər gənclər arasında (01.01.2020 tarixinədək 16 yaşı tamam olmamış) ilk üç şahmatçı mübarizə aparacaq. Federasiyalar yarışa “wild card” ilə iki şahmatçı dəvət etmək hüququna malikdir. Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirdə mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanacaq. İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 15 turdan ibarət olacaq. Nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq, hər gediş üçün iki saniyə əlavə olmaqla müəyyən edilir. I-VII turlar mayın 26-sı saat 15:00-da, VIII-XV turlar mayın 28-i saat 18:00-da başlayacaq.

    Ətraflı   14:25     21-May-2020     1224
  • alternative title

    BOK prezidenti Tokio olimpiadasının ləğvini istisna etmədi

    Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Tokio Yay Olimpiya Oyunlarını 2021-ci ilin yayında da keçirmək mümkün olmazsa, ləğv edə biləcəklərini qeyd edib. Bu barədə BBC məlumat yayıb. “Başa düşürəm ki, daimi olaraq yarışların tarixini dəyişmək və Oyunların təşkilat komitəsinə bir neçə min insan cəlb etmək mümkün deyil. Həmçinin, hər il bütün dünya üzrə beynəlxalq federasiyaların qrafikini dəyişmək olmaz. Çünki idmançılarda əminlik olmalıdır”, - deyə BOK prezidenti bildirib.

    Ətraflı   12:19     21-May-2020     1324
  • alternative title

    İnyesta: “Barselona” Messi ilə Çempionlar Liqasını dörd dəfədən çox qazanmalı idi”

    “Barselona”nın keçmiş futbolçusu Andres İnyesta Kataloniya klubunun argentinalı hücumçusu Lionel Messi barədə maraqlı fikirlər səsləndirib. “Ole” idman portalına müsahibə verən A.İnyesta L.Messinin dünya çempionu adını qazana bilməməsinə təəccüb etdiyini bildirib: “2014-cü ilin dünya çempionatının finalında Almaniyaya qarşı oyunun müqəddəratını kiçik detallar həll etdi. Final yenidən keçirilsəydi, hər şey fərqli ola bilərdi”. A.İnyesta hesab edir ki, “Barselona” L.Messi ilə Çempionlar Liqası kubokunu dörd dəfədən çox qazanmalı idi: “Ancaq bu futboldur, ​​rəqiblər də çox yaxşı çıxış edirlər. Qazandıqlarından zövq almaq çox vacibdir”.

    Ətraflı   12:14     21-May-2020     349
  • alternative title

    Pandemiya dönəmində Azərbaycan futbolunda ilk transfer

    “Sabah” klubu növbəti mövsüm üçün ilk transferini reallaşdırıb. QALANEWS xəbər verir ki, gənc müdafiəçi Amin Seydiyevin keçidi ilə bağlı “Qəbələ” klubu ilə razılıq əldə olunub. 21 yaşlı futbolçu ilə üç illik müqavilə bağlanıb. Müqavilə cari mövsüm başa çatdıqdan sonra qüvvəyə minəcək. Bu, pandemiya dövründə çempionatı yarımçıq qalmış Azərbaycan futbolunda ilk rəsmi transferdir. Qeyd edək ki, Amin Seydiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. O, 2017/2018 mövsümündən bu klubun əsas komandasında çıxış edir. Gənc müdafiəçi Azərbaycanın 21 yaşadək millisinin üzvüdür.

    Ətraflı   12:11     21-May-2020     348
  • alternative title

    Rafael Ağayevlə Hacı Əliyevin rəhbəri olduqları idman qurumundan xəbər var

    “Azərbaycan İdmançıları” İctimai Birliyinin sənədləşmə işi artıq başa çatıb”. Bunu “Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov deyib. O, bu qurumun son durumundan danışıb: “Olimpiya çempionlarımızla Azərbaycanın bölgələrinə səfərimiz, “Olimpiya Odisseyası” layihəsi elə bu qurumun fəaliyyətinin bir hissəsi idi. Məsələn, Zemfira Meftahətdinovanı Sumqayıta, Nazim Hüseynovu Saatlıya, Elnur Məmmədlini Cəlilabada aparıb orada gənclərlə görüşdürdük, onlara aid Arzu Qulamovanın çəkdiyi sənədli filmi nümayiş etdirdik. Məqsəd regionlarda gənclərin idmana marağını artırmaq, onlarda olimpiya çempionlarımızın keçdiyi yolu davam etdirmək həvəsi formalaşdırmaq idi”. 2000-ci ildə boks üzrə yeniyetmələrdən ibarət dünya çempionumuz, Peşəkar Boks Federasiyasının I vitse-prezidenti digər məsələlərə də toxunub: “Mən özüm də 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru kimi çalışıram ki, yarışları regionlarımıza salaq. Məsələn, yaxın vaxtlarda boks yarışını cənub zonamıza salmışdım. Çünki orada narkomaniyaya meyil çoxdur. Belə tədbirlər keçirməklə regionlarda 5-10 nəfər də olsa, gənclərin idmana maraq göstərməsinə nail oluruq. “Azərbaycan İdmançıları” İctimai Birliyinə xaricdə yaşayan idmançılarımız da daxil ola bilər. Bu məsələni qaldırmışıq. Aktiv fəaliyyətə koronavirus pandemiyasına görə ara vermişik. Amma quruma ofis kirayələmək kimi planlarımız var”. Qeyd edək ki, ötən il yaradılmış “Azərbaycan İdmançıları” İctimai Birliyinin prezidenti karateçi Rafael Ağayev və vitse-prezidenti sərbəst güləşçi Hacı Əliyevdir.

    Ətraflı   10:23     21-May-2020     353
  • alternative title

    “Azərreyl”də daha bir müqavilə

    Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Azərbaycan milli komandasının blokçusu Kseniya Pavlenko ilə danışıqları müsbət yekunlaşdırıb. QALANEWS xəbər verir ki, 27 yaşlı voleybolçu “Azərreyl”lə müqaviləsini daha bir il müddətinə uzadıb. O, 2020/2021 mövsümündə də “dəmiryolçular”ın formasını geyinəcək. Bununla da, ölkəmizi “Challenge” kubokunda təmsil edəcək “Azərreyl”in yeni il üçün heyətinə qatdığı oyunçuların sayı dördə çatıb. Komanda bundan əvvəl sloveniyalı Moytsa Pene ilə müqavilənin müddətini uzadıb, ardınca slovakiyalı Romana Hudetsova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə bir illik razılıq əldə edib.

    Ətraflı   16:44     20-May-2020     465

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 15:55     25-May-2020     1384
  • alternative title 12:59     25-May-2020     1143
  • alternative title 12:54     25-May-2020     349
  • alternative title 12:19     25-May-2020     1013
  • alternative title 12:02     25-May-2020     1129
image title here

Some title