Loading alternative title

İDMAN

  • alternative title

    Türkiyə Superliqası: “Gənclərbirliyi” – “Fənərbağça” matçında qalib müəyyənləşməyib

    Futbol üzrə Türkiyə çempionatının XXXI turunun birinci qarşılaşmasında "Fənərbağça" səfərdə "Gənclərbirliyi"nin qonağı olub. Maraqlı keçən qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflərin hər biri oyunda bir dəfə fərqlənərək heç-heçə ediblər. "Fənərbağça"nın heyətində Əmrə Belözoğlu, meydan sahiblərinin heyətində isə Boqdan Stanku fərqlənib. Türkiyə çempionatında hazırda "Başakşəhər" 63 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 61 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb.

    Ətraflı   15:54     08-Jul-2020     381
  • alternative title

    “Çelsi” səfərdə “Kristal Palas”ı məğlub edərək üçüncü pilləyə yüksəlib

    İyulun 7-də futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turunun oyunlarına start verilib. “Çelsi” klubu səfərdə “Kristal Palası”ın qonağı olub. Görüş London təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Çelsi”nin heyətində Olivye Giru, Kristian Pulişiç, Tommi Abraham, “Kristal Palas”ın isə Vilfred Zaha və Kristian Benteke fərqləniblər. Bu qələbədən sonra xal ehtiyatını 60-a çatdıran “Çelsi” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Kristal Palas” isə 42 xalla 14-cü yerdə qərarlaşıb. Turun digər erkən başlayan oyununda “Vatford” öz meydanında “Norviç Siti”dən üstün olub - 2:1.

    Ətraflı   15:53     08-Jul-2020     388
  • alternative title

    “Başakşəhər” çempionluğa bir addım daha yaxınlaşıb

    Futbol üzrə Türkiyə çempionatının XXXI turunun birinci gün qarşılaşmasında "Başakşəhər" doğma meydanda "Dənizlispor"u qəbul edib. AZƏRTAC xəbər verir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqiblərini iki cavabsız qolla məğlub ediblər. İstanbul təmsilçisinin qollarını Enzo Krivelli (65) və Edin Viska (78) vurub. Beləliklə, görüşdə 2:0 hesabı ilə qalib gələn "Başakşəhər" klubu çempionluğa bir addım daha yaxınlaşıb. İstanbul klubu növbəti üç görüşün hər birində qələbə qazanarsa, çempionluğunu rəsmiləşdirəcək. Bundan əlavə, turda iyulun 8-də "Sivasspor" – "Yeni Malatyaspor", "Trabzonspor" - "Antalyaspor", "Alanyaspor" - "Qalatasaray", "Göztəpə" - "Ankaragücü", sabah isə "Rizəspor" - "Kayserispor", "Beşiktaş" - "Kasımpaşa", "Qaziantep" – "Konyaspor" komandaları qarşılaşacaq. Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 61 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Fənərbağça" (50 xal), "Beşiktaş" (50 xal), "Alanyaspor" (48 xal) və digər komandalar gəlir.

    Ətraflı   15:52     08-Jul-2020     824
  • alternative title

    “Milan”ın məğlubiyyətsiz seriyası davam edir

    İyulun 7-də futbol üzrə İtaliya A Seriyasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib. “Milan” klubu öz meydanında lider “Yuventus” komandasını qəbul edib. Görüş Milan təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunun birinci hissəsində qol vurulmayıb. Qarşılaşmanın altı qolu fasilədən sonra vurulub. “Milan”nın heyətində Zlatan İbrahimoviç, Frank Kessi, Ante Rebiç, Rafael Leao, “Yuventus” isə Kriştiano Ronaldo və Adrien Rabiot fərqləniblər. Bu qələbədən sonra xal ehtiyatını 49-a çatdıran “Milan” turnir cədvəlində beşinci yerə yüksəlib. “Yuventus” isə məğlub olmasına baxmayaraq, liderliyi davam etdirir (76 xal). Qeyd edək ki, “Milan” klubu son beş oyundur məğlub olmur. Turnir cədvəlində ikinci pillədə qərarlaşan “Latsio” səfərdə autsayder “Leççe”yə məğlub olub - 2:1. Bu, paytaxt təmsilçisinin ardıcıl ikinci məğlubiyyətidir. “Latsio” 30-cu turda məhz “Milan”a böyük hesabla məğlub olmuşdu - 3:0.

    Ətraflı   15:51     08-Jul-2020     1007
  • alternative title

    “Liverpul” Tiaqo Alkantaranın transferini rəsmiləşdirib

    İngiltərənin "Liverpul" futbol klubu Almaniyanın "Bavariya" komandasının futbolçusu Tiaqo Alkantaranı transfer edib. QALANEWS klubun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə bağlanılacaq. Onun tibbi baxışdan keçəcəyi və avqustun 1-də sözləşməyə imza atacağı bildirilib. Qeyd edək ki, Tiaqo Alkantara "Barselona"nın yetirməsidir. Braziliya əsilli ispaniyalı yarımmüdafiəçi "Bavariya"ya 2013-2014-cü il mövsümündə keçib. Ötən mövsüm Alkantara 24 oyuna 3 qol vurub.

    Ətraflı   15:49     08-Jul-2020     1163
  • alternative title

    AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək

    İyulun 10-da AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. AFFA xəbər verir ki, saat 15:00-da başlayacaq iclasın gündəliyinə futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi və digər məsələlər daxil edilib.

    Ətraflı   15:47     08-Jul-2020     897
  • alternative title

    ABŞ-da bəzi tennis turnirləri ləğv edilib

    Avqustun 10-dan tennis turnirlərinin bərpa ediləcəyi elan olunsa da, hazırda vəziyyət heç də ürəkaçan deyil. Novak Cokoviçin təşkil etdiyi “Adria Tour” turnirində bir neçə tennisçinin koronavirusa yoluxması bütün planları pozub. Üstəlik ABŞ-da hələ də yoluxucu infeksiya sürətlə yayılır. ABŞ-da koronavirus infeksiyasının sürətlə yayılması bu ölkənin tennis federasiyasını narahat etməyə bilməz. Məsələ ondadır ki, avqustun 31-də start götürməli olan “US Open”ə qədər bu ölkədə bir neçə tennis turniri keçirilməli idi. Hələ ki, həmin turnirlərlə bağlı heç bir qərar qəbul edilməsə də, ABŞ Tennis Federasiyası bəzi “Çellenc” yarışları ləğv etmək qərarına gəlib. Söhbət Deyketer və Memfisdəki kişi, Leksinqton, Lendisvill və Konkorddakı qadın turnirlərindən gedir. Belə ki, ABŞ hökuməti bu ərəfələrdə ölkəyə mümkün qədər az idmançının gəlməsini istəyir. Amma bu heç də o demək deyil ki, “US Open”in keçiriləcəyinə tam təminat verilib. Hələ də bəzi mənbələr bu turnirin ən yaxşı halda vaxtının növbəti dəfə dəyişdiriləcəyini yazır. Bu mövsüm heç bir turnirdə iştirak etməmək qərarına gələn Rocer Federer isə “US Open” rəhbərliyi ilə əlaqə saxladığını və onların iyulun 30-na konkret qərar qəbul edəcəklərini söyləyib.

    Ətraflı   15:46     08-Jul-2020     1074
  • alternative title

    Azərbaycan futbolçusunun çıxış etdiyi klubda 3 oyunçu koronavirusa yoluxub

    Futbol üzrə Azərbaycan yığmasının üzvü Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın “Foneks Risinq” komandasının 3 oyunçusu koronavirusa yoluxub. AZƏRTAC xəbər verir ki, üç oyunçudan 2-si xəstəliyi simptomsuz keçirir. Digərində isə yüngül əlamətlər müşahidə olunur. Həmin futbolçular 10 günlük heyətdən kənarlaşdırılıb və şənbə günü “Los Anceles Qelaksi II”yə qarşı oynamayacaqlar. Koronavirusa yoluxmuş oyunçuların adları açıqlanmayıb.

    Ətraflı   15:45     08-Jul-2020     1924
  • alternative title

    Azərbaycanın iki klubu mükafatlandırıldı - FOTO

    Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün gümüş və bürünc medalları Peşəkar Futbol Liqası tərəfindən müvafiq olaraq “Neftçi” və “Keşlə” klublarına təqdim olunub. QALANEWS xəbər verir ki, COVID-19 pandemiyası səbəbindən kütləvi keçirilməyən tədbirlərdə medallar klubların bazalarında təqdim edilib. Bundan əlavə, “Neftçi”nin heyətində mövsümün bombardirlərindən olmuş fransalı futbolçular – Baqaliy Dabo və Stiven Monrozun mükafatı “Neftçi” klubuna, “Sumqayıt”ın heyətində bombardir olmuş iranlı Peyman Babayinin mükafatı “Sumqayıt” klubuna verilib. Xüsusi mükafatlar və medallar klublar tərəfindən futbolçulara təqdim olunacaq. Qeyd edək ki, iyunun 20-də “Azərsun Arena”da Premyer Liqanın sonuncu qalibi “Qarabağ”ın mükafatlandırma mərasimi reallaşmışdı. Orada, həmçinin, dördüncü bombardir Mahir Emreli də mükafatını almışdı.

    Ətraflı   15:16     08-Jul-2020     988
  • alternative title

    Səkkiz ay Azərbaycandan ayrı düşmüş məşqçi: “Səfirlikdən bizə yardım edilməyib”

    “İyulun 5-i Türkiyənin İstanbul şəhərinə gəldim. Natalya Məmmədova ilə Odina Əliyeva İndoneziyada qaldı. Çünki Azərbaycana gəlsələr, məşq edə bilməyəcəklər. Orada isə məşq etmək üçün şərait var. Həftədə üç dəfə idman zalına gedirlər, gündəlik çimərlik voleybolu oynayırlar”. Bu barədə İndoneziyanın “Cakarta” voleybol klubu ilə ölkə çempionu olan baş məşqçi Ziya Rəcəbov deyib. O bildirib ki, İndoneziyada qaldıqları müddətdə klub onların maliyyə öhdəliklərini qarşılayıb: “Çempionat keçirilməyəndə maddi baxımdan çətinlik çəkmədik. Klub rəhbərliyi mənim və Natalya ilə Odinanın xərclərini qarşıladı. Sonra özümüz Bali adasına getdik. Oranın xərclərini isə özümüzün ödədik. Nə Azərbaycandan, nə də səfirlikdən bizə heç bir maddi yardım edilməyib”. Sonuncu dəfə dekabrın 2-də Azərbaycanda olduğunu bildirən Ziya Rəcəbov Bakıya gələcəyi tarixi də açıqlayıb: “Artıq İstanbuldan Bakıya uçan təyyarədə yerimi bron etmişəm. Sabah Bakıya gələcəyəm. Bu gün İstanbulda test vermişəm. Bakıda 14 günlük karantinə alınmamağım və təyyarəyə buraxılmağım üçün bu testi vermək mütləqdir. Testin cavabını bu gün biləcəm”.

    Ətraflı   14:19     08-Jul-2020     1158
  • alternative title

    Braziliyalı futbolçu: “Azərbaycanda yaşadığım müddətdə həyat dərsləri aldım”

    “Azərbaycan variantı çox maraqlı idi. Bu ölkəni tanımırdım, haqqında heç nə eşitməmişdim. Hətta müharibə ölkəsi olduğunu düşünür, çox qorxurdum. Ancaq tamamilə fərqli idi, çox asan uyğunlaşdım”. Bunu “Neftçi”nin sabiq futbolçusu, üçqat Azərbaycan çempionu, ikiqat ölkə kubokunun qalibi Flavio Aleks Valensio (Flavinyo) Braziliya mətbuatına müsahibəsində bildirib. Hazırda Braziliyanın B seriyasında çıxış edən KRB klubunda top qovan 36 yaşlı hücumameyilli yarımmüdafiəçi Azərbaycan barədə də danışıb: “Azərbaycanda insanlar mənə çox yaxşı münasibət göstərdilər, ölkəni bəyəndim. Futbol inkişaf edirdi. Oranın ikinci Dubay olmasını arzulayırdılar. Neftin varlığına baxmayaraq, turizm ölkəsi olmaq istəyirlər. Yeməkləri çox fərqlidir. Bir tərcüməçimiz var idi, portuqalca danışırdı, bu da işimizi asanlaşdırmışdı. Mənim üçün ən böyük çətinlik mentalitetlə bağlı idi. Avropa ölkəsi olmasına baxmayaraq, hələ də əcnəbilər üçün çox qapalıdır. Təkcə klubda deyil, işlədiyiniz və yaxınlıqda yaşadığınız insanlar ailə kimi sizə çox yaxşı münasibət göstərirlər. Ancaq bayıra çıxdığınız zaman – alış-verişdə, restoranda, bazarda insanlar sizə fərqli baxır. Oradakı illərim gözəl keçdi, çox minnətdaram, şikayət edəcəyim heç nə yoxdur. Azərbaycanda yaşadığım müddətdə həyat dərsləri aldım”. O, Azərbaycanda futbolun Braziliyadakından fərqli olaraq, Avropa sistemində – 4-3-3 taktikası ilə oynanıldığını, fiziki gücə və sürətə üstünlük verildiyini, texnikanın isə ikinci planda olduğunu bildirib. Flavinyo “Neftçi”də keçirdiyi beş mövsüm ərzində Avropa Liqasının qrupunda oynamasının onun karyerası üçün pik olduğunu söyləyib: “Avropa Liqasında oynamaq karyeramın zirvəsi idi. Baxmayaraq ki, Braziliyanın dörd çempionatında oynamışam. “İnter”lə matçda İtaliyadakı stadion mənə ən çox təsir edən məqam idi. Gəlişini heç düşünmədiyim anı yaşayırdım. Azərbaycana gedəndə bildim ki, avrokubok təqvimi var. Amma Avroliqanın qrupuna düşməyin, demək olar ki, mümkünsüz olduğunu bilirdim. “Neftçi” Azərbaycanın Avroliqada qrupa vəsiqə qazanan ilk klubu idi. “San Siro”da stadiona ayaq basanda o mahnını eşitmək, şübhəsiz ki, mənə ən çox təsir edən məqam idi”.

    Ətraflı   12:55     08-Jul-2020     1237
  • alternative title

    Şahmatçımız dünya çempionu ilə qarşılaşacaq

    Azərbaycan şahmatçısı Günay Məmmədzadə çinli dünya çempionu Yu Venyunla mübarizə aparacaq. QALANEWS xəbər verir ki, bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women's Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək. Turnirdə ümumilikdə, 16 şahmatçı mübarizə aparacaq. Yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də iştirak edəcək. 1/8 finalda şahmatçımızın rəqibi dünyanın ən güclü qadın şahmatçılarından biri, çinli Yu Venyun olacaq.

    Ətraflı   12:50     08-Jul-2020     1011
  • alternative title

    38 yaşlı İbrahimoviç “Milan”dakı taleyinə aydınlıq gətirib

    “Milan”ın isveçli futbolçusu Zlatan İbrahimoviç futbol karyerasının gələcəyi barədə danışıb. “Football Italia” nəşrinə danışan Z.İbrahimoviç etiraf edib ki, onun üçün ən vacib məsələ formasını geyindiyi kluba fayda verməkdir. 38 yaşlı forvard Milandakı durumundan və pandemiya ilə əlaqədar baş verən hadisələrdən də danışıb: “Milan”da oynamağa davam etmək istəyirəmmi? Baxarıq. Futboldan zövq almaq üçün hələ bir ayımız var. Dünyada qəribə hadisələr baş verir və biz bunu idarə edə bilmirik”.

    Ətraflı   12:46     08-Jul-2020     1486
  • alternative title

    Ronaldo Corcina Rodrigesin çimərlik geyimində paylaşdığı şəkilə şərh yazdı - FOTO

    Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldunun sevgilisi, tanınmış model Corcina Rodriges “Instagram” səhifəsində çimərlik geyimində şəklini paylaşıb. Sports.ru xəbər verir ki, portuqaliyalı hücumçu fotoya “Dünyanın ən gözəl qadını” şərhini yazıb. Qeyd edək ki, dünya şöhrətli 35 yaşlı portuqaliyalı futbolçu K.Ronaldu Corcina Rodrigeslə 2016-cı ildən sevgilidir. Cütlüyün Kriştiano Cunior, Eva, Mateo və Alana adlı övladları var.

    Ətraflı   12:03     08-Jul-2020     1408
  • alternative title

    “Qalatasaray” çempionluq şansını itirdi

    Türkiyə Super Liqasında 31-ci tur çərçivəsində iki matç keçirilib. Günün ilk matçında “Gənclərbirliyi” ilə “Fənərbaxça” qarşılaşıblar. Matç 1:1 hesabı ilə yekunlaşıb. Turnir cədvəlinin lideri “Başakşəhər” isə “Dənizlispor”u qəbul edib. Oyun 2:0 ev sahibinin xeyrinə yekunlaşıb. Bununla da “Başakşəhər”lə dördüncü pillədə qərarlaşmış “Qalatasaray”ın xal fərqi 14-ə çatıb. Bu isə o deməkdir ki, “Qalatasaray” çempionluq şansını artıq itirib.

    Ətraflı   11:39     08-Jul-2020     1310
  • alternative title

    Əfran İsmayılov: “Gürcüstanda oynaya bilərəm”

    “Keşlə”dən ayrıldıqdan sonra klubsuz qalan Əfran İsmayılov karyerasını Gürcüstanda davam etdirə bilər. Bu barədə futbolçunun özü bildirib: “Hazırda Azərbaycandan mənə hansısa klubdan təklif yoxdur. Özüm də rayondayam. Amma menecerim Gürcüstanda oynamaq variantı barədə deyib. Orada oynaya bilərəm. Amma hələ qərarımı verməmişəm”.

    Ətraflı   10:43     08-Jul-2020     1318
  • alternative title

    “Real” Mbappeni pulsuz transfer etmək istəyir

    Madridin “Real” futbol klubu PSJ-nin hücumçusu Kilian Mbappeni pulsuz əldə etmək istəyir. Bu barədə “El Chiringuito TV” məlumat yayıb. Fransalı ulduzun ispan klubuna azad agent statusunda keçməsi gözlənilir. 2022-ci ilin yayında “Real”a transfer olunacağı halda, futbolçuya imza üçün 100 milyon avro bonus veriləcək. Xatırladaq ki, cari mövsümdə Mbappe 33 qarşılaşmada 30 qol vurub.

    Ətraflı   10:29     08-Jul-2020     631
  • alternative title

    Peru millisinin sabiq üzvü Klaudio Pisarro karyerasını bitirib

    Almaniyanın “Verder” futbol klubunun hücumçusu Klaudio Pisarro karyerasını bitirib. AZƏRTAC xəbər verir ki, 41 yaşlı futbolçu qərarını “Haydenhaym”la pley-off oyunundan (2:2) sonra açıqlayıb. Qeyd edək ki, Peru millisinin sabiq üzvü “Çelsi” və “Bavariya” kimi klubların da şərəfini qoruyub.

    Ətraflı   18:33     07-Jul-2020     2732
  • alternative title

    “Real Madrid”in futbolçuları çempionluq mükafatından imtina ediblər

    “Real Madrid” klubunun futbolçuları cari mövsüm La Liqanın qızıl medallarını qazanacaqları halda çempionluq mükafatından imtina edəcəklər. QALANEWS xəbər verir ki, oyunçular koronavirusla bağlı yaranmış maliyyə çətinliyini anlayışla qarşılayırlar. Onlar kluba dəstək məqsədilə bu addımı atmağa hazır olduqlarını bildiriblər. Qeyd edək ki, “Real Madrid” 34 turdan sonra 77 xalla turnir cədvəlinə başçılıq edir. “Kral klubu” sona 4 tur qalmış ən yaxın izləyicisi “Barselona”nı 4 xal qabaqlayır.

    Ətraflı   18:30     07-Jul-2020     2817
  • alternative title

    Azərbaycanda ilk dəfə keçirilən “PUBG Mobile” liqasının birinci dövrəsinə yekun vurulub

    Gənclər və İdman, Müdafiə Sənayesi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiber İdman Federasiyasının və “Gaming League Azerbaijan”nin təşkilatçılığı ilə iyunun 26-da ölkəmizdə ilk dəfə start götürən “PUBG Mobile” liqasının birinci dövrəsinə yekun vurulub. AZƏRTAC xəbər verir ki, altı turdan sonra aktivinə 309 xal yazdırmağı bacaran “Khizi Mountains” kollektivi turnirin vahid lideridir. “Dağlıların” heyətində çıxış edən 16 yaşlı Fuad Səfərli isə artıq 48 dəfə rəqiblərini dəqiq nişan alaraq turnirin ən sərrast oyunçusu kimi fərqlənməyi bacarıb. Videbloqqer Əlixan Rəcəbovun komandası isə 69 xalla 12-ci sırada yer alıb. Nə qədər maraqlı olsa da, ən çox “kill”, yəni, rəqib öldürmə sayı üzrə reytinqin cədvəlinin ikinci və üçüncü sıralarında “Kalbajar Wolves” komandasının iki üzvü qərarlaşıb. Komanda özü isə 241 xalla dördüncü pilləyə qədər yüksəlməyi bacarıb. Bu oyun liderlik xüsusiyyətlərini, komanda ilə birgə hərəkət etməyi və strateji düşüncəni inkişaf etdirir. “PUBG Mobile” istifadəçilərə hərb işinin əsasları ilə yanaşı, resursların düzgün idarə edilməsini də öyrədir. Oyun müəyyən zaman məhdudiyyətinə malikdir ki, bu da iştirakçını vaxtdan səmərəli istifadəyə vadar edir. Liqanın qaydalarına əsasən komanda dörd nəfərdən ibarətdir. Reqlamentə əsasən iştirakçılar müxtəlif xəritələrdə və fərqli şərtlərlə 30 dəqiqə ərzində sağ qalmağa çalışırlar. İlk sıralarda yer alacaq kollektivlərə verilən xallardan əlavə “kill” sayına görə də xallar hesablanır. Bu yarışın əsas məqsədi ölkəmizdə “PUBG Mobile” üzrə ən güclü komandaları və oyunçuları müəyyənləşdirmək, onları dünya arenasına çıxarmaq, eləcə də karantin günlərində gənclərin vaxtlarını daha səmərəli keçirmələrinə yardım etməkdir. Ümumi mükafat fondu 5 min manat olan turnirə iyulun 15-də yekun vurulacaq.

    Ətraflı   18:29     07-Jul-2020     2871

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 12:28     10-Jul-2020     411
  • alternative title 12:26     10-Jul-2020     1062
  • alternative title 12:15     10-Jul-2020     1459
  • alternative title 11:52     10-Jul-2020     1158
  • alternative title 11:50     10-Jul-2020     1095
image title here

Some title