Loading alternative title

İDMAN

  • alternative title

    “Barselona” futbolçuları maaşlarının növbəti dəfə azaldılmasına qarşı çıxdı

    “Barselona” futbol klubunun rəhbərliyi futbolçulara yenidən maaşların azaldılması xahişi ilə müraciət edib. Artıq klub rəsmiləri ilə oyunçuların ilkin razılıq müddəti başa çatır. Üç ay ərzində komandanın futbolçuları maaşlarının 17 faizindən məhrum olublar. Bunun sayəsində “Barselona” 40 milyon avrodan çox vəsaitə qənaət edib. “Rac1” agentliyi xəbər verir ki, futbolçular ikinci dəfə maaşlarının azaldılmasına qarşı çıxıblar. Onlar qərarlarını La Liqada oyunların iyunun 11-dən bərpa olunacağı ilə əsaslandırıblar.

    Ətraflı   11:53     04-Jun-2020     1242
  • alternative title

    MMA döyüşçüsü “bomj” olmaq planlarından danışıb - FOTO

    Qarışıq döyüş növləri (MMA) təmsilçisi Mariya Aqapova ABŞ-da karyerasına başladıqdan sonra “bomj” olmaq planlarından danışıb. Bu barədə o, News.ru saytına müsahibəsində etiraf edib. 23 yaşlı idmançının sözlərinə görə, ABŞ-da karyerasının əvvəli onun üçün çox çətin keçib. O, küçədə yaşamağa belə hazır olub. Hətta bununla bağlı plan hazırlayıb. “Göyərçinləri öldürüb, ocaqda bişirməyi düşünürdüm. Qazaxıstana qayıtmaq barədə isə fikirləşmirdim”, - deyə idmançı bildirib. Aqapova iyunun 13-də Mütləq Döyüş Çempionatında (UFC) debüt edəcək. Rəqibi braziliyalı Melissa Gatto olacaq. Aqapovanın MMA-da səkkiz qələbəsi və bir məğlubiyyəti var.

    Ətraflı   11:44     04-Jun-2020     1273
  • alternative title

    “Mançester Siti”nin gənc futbolçusu karantin qaydalarını pozdu

    “Mançester Siti” klubunun yarımmüdafiəçisi Fil Foden karantin müddətində sosial məsafə qaydalarını pozub. 20 yaşlı yarımmüdafiəçinin dostlarl ilə Mançester şəhərinin Formbi çimərliyində futbol oynadığı məlum olub. “The Sun” xəbər verir ki, indi futbolçu karantin qaydalarını pozduğuna görə cərimə ödəməli olacaq. Qeyd edək ki, futbol üzrə İngiltərə Premyer Liqasında oyunların iyunun 17-də bərpa olunması gözlənilir.

    Ətraflı   11:34     04-Jun-2020     980
  • alternative title

    “Azərreyl”də daha bir müqavilə - FOTO

    “Azərreyl” voleybol klubu daha bir oyunçu ilə müqavilə bağlayıb. QALANEWS xəbər verir ki, ötən mövsüm də komandada çıxış edən Anastasiya Mertsalova ilə yeni müqavilə imzalanıb. Qeyd edək ki, daha əvvəl “Azərreyl” dörd voleybolçu ilə razılıq əldə edib. Komanda sloveniyalı Moytsa Pene ilə müqavilənin müddətini artırıb, ardınca slovakiyalı Romana Hudetsova, yığmamızın oyunçuları Yuliya Kərimova və Kseniya Pavlenko ilə bir illik müqavilə bağlanılıb.

    Ətraflı   10:45     04-Jun-2020     226
  • alternative title

    “Qəbələ” klubu Gənclər Liqasının beşqat qalibi olub

    “Qəbələ” klubu AFFA tərəfindən təşkil olunan Gənclər Liqasının beşqat qalibi olub. AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” İcraiyyə Komitəsinin qərarı ilə liderlik etdiyi 2019-2020-ci il mövsümünün çempionu elan olunub. Bu, klubun bu yaş qrupunda mübarizə aparan komandalarının ardıcıl 3-cü, ümumilikdə 5-ci zəfəridir. 2012-2013-cü il mövsümündən indiki formatda keçirilməyə başlayan, əvvəl U-19 Liqası adlanan yarışın birinci qızıl medallarını da “Qəbələ” qazanıb. 2015-2016-cı il mövsümündə isə Qəbələ təmsilçisi ikinci dəfə ölkənin ən yaxşısı olub. 2017-2018-ci və 2018-2019-cu il mövsümlərində də hamını qabaqlayan “Qəbələ”nin 19 yaşdan yuxarı komandası cari çempionatda pentakampeonluğunu rəsmiləşdirib. Səkkizinci mövsümdə hamıdan çox – 5 dəfə qalib olan “Qəbələ” heç vaxt mükafatsız da qalmayıb. 2013-2014-cü və 2016-2017-ci il mövsümlərində yalnız çempiondan geri qalıb, gümüş mükafatla kifayətlənən “qırmızı-qaralar”ın ən uğursuz nəticəsi bürünc medaldır. Bu, 2014-2015-ci il mövsümünə təsadüf edib. Aktivində 5 qızıl, 2 gümüş və 1 bürünc olan “Qəbələ” birinci çempionluq istisna olmaqla hər zəfərdə avrokuboka vəsiqə qazanıb. UEFA Gənclər Liqasında debütü 2016-2017-ci il mövsümündə reallaşan komanda son iki yarışda da Azərbaycanın təmsilçisi olub. 2018-2019-cu və 2019-2020-ci il mövsümlərindən sonra yenidən qitə səhnəsinə çıxacaq komanda ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə avrokubokda oynayacaq. Xatırladaq ki, “Qəbələ”nin U-19 kollektivi cari mövsümdə çempion olan üçüncü komandasıdır. Bunadək “Qəbələ”nin U-15 və U-16 komandaları da qalib elan edilib.

    Ətraflı   18:19     03-Jun-2020     349
  • alternative title

    Atletika üzrə Azərbaycan millisi məşqləri bərpa edib

    İyunun 3-də atletika üzrə Azərbaycan milli komandasının açıq havada məşq keçirilib. AZƏRTAC xəbər verir ki, məşqlərə milli komandanın baş məşqçisi Bəhruz Salehli, tullanmalar üzrə məşqçi Ziyad Xəlfəyev və qaçış üzrə məşqçi Ceyhun Hüseynovun rəhbərlik edib. Avropa çempionu Nazim Babayev məşq prosesindən danışaraq deyib: “Karantin dövründə dəniz kənarında və insanların olmadıqları yerlərdə məşq edirdim. Artıq komandamızın məşqləri başlayıb. Üç gündür Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edirik. Özümü qarşıdakı yarışlara hazırlayıram. Növbəti aylardan sərhədlər açılsa, beynəlxalq yarışlara qatılacağıq”. “Tokio-2020” Yay Olimpiya Oyunlarının təxirə salınmasından heç bir məyusluq hissi keçirmədiyini vurğulayan çempion bildirib: “Fevralda Olimpiadaya lisenziya qazandım və düşünürdüm ki, altı aydan sonra yarışda iştirak edəcəyəm. Lakin Olimpiya Oyunlarının koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmasına görə bir ildən artıq müddətdə yarışa hazırlaşacağam. İnanıram ki, “Tokio-2020” Olimpiya Oyunlarınadək öz üzərimdə işləyəcəyəm və bütün çatışmazlıqları aradan qaldıracağam”. Avropa çempionunun məşqçisi Ziyad Xəlfəyev isə qeyd edib ki, stadiona idmançılar gəldikləri zaman tibbi maskadan istifadə edirlər və məşqlər zamanı sosial məsafənin saxlanılması barədə tələblərə riayət olunur. Avqustun 20-də Macarıstanda keçiriləcək yarışa dəvət aldıqlarını vurğulayan mütəxəssis həmin yarışda N.Babayevin uğur qazanacağına ümidvar olduğunu deyib. Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-dən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.

    Ətraflı   18:18     03-Jun-2020     361
  • alternative title

    Bolqarıstan çempionatında azarkeşlərin stadionlara girişinə icazə veriləcək

    İyunun 5-də bərpa olunacaq futbol üzrə Bolqarıstan çempionatında azarkeşlərin stadionlara girişinə icazə veriləcək. AZƏRTAC xəbər verir ki, Bolqarıstan Səhiyyə Nazirliyi azarkeşlərin oyunları tribunadan izləməsinə icazə verib. Nazirliyin tələbinə görə, tribunaların 30 faizdən çox hissəsi dolmamalıdır. Bu qərar birinci və ikinci liqanın oyunlarına da şamil olunacaq. Qeyd edək ki, daha əvvəl Rusiya Futbol İttifaqı Premyer Liqanın azarkeşlərin iştirakı ilə bərpa olunacağını açıqlayıb.

    Ətraflı   18:16     03-Jun-2020     1039
  • alternative title

    “Paris Sen-Jermen” London klubundan Hektor Belyerini transfer etmək istəyir

    Fransanın “Paris Sen-Jermen” futbol klubu İngiltərənin “Arsenal” komandasının müdafiəçisi Hektor Belyerini transfer etmək istəyir. AZƏRTAC xəbər verir ki, Paris təmsilçisi bu transfer üçün London klubu ilə danışıqlara başlayıb. “Paris Sen-Jermen”in 25 yaşlı müdafiəçiyə görə “Arsenal”la 25 milyon avro qarşılığında razılığa gələcəyi gözlənilir. Qeyd edək ki, H.Belyerin cari mövsümdə London klubunun heyətində keçirdiyi 14 oyunda bir dəfə fərqlənib.

    Ətraflı   18:15     03-Jun-2020     1135
  • alternative title

    Basketbol üzrə Avroliqa titullu sponsorunu itirib

    Koronavirus təkcə idman yarışlarının ləğvinə səbəb olmur. Pandemiya həm də müxtəlif turnirlərin titullu sponsorları ilə əməkdaşlığına da mənfi təsir göstərir. Bu amili basketbol üzrə Avroliqa yarışının iştirakçıları daha çox hiss edəcək. “Türk hava yolları” basketbolçuların Avroliqasına sponsorluğuna son qoyub. Bunun səbəbi haqda rəsmi açıqlama verilməsə də, əməkdaşlığın pandemiyaya görə dayandırılması heç kimə sirr deyil. Belə ki, koronavirus dünyaya yayılandan sonra ölkələr arasında sərhədlərin bağlanması aviaşirkətin büdcəsinə ciddi zərbə vurub. Məhz bunu nəzərə alan şirkət öz vəsaitinə qənaət etməyi qərara alıb. Türkiyə ictimaiyyəti bu qərarı müsbət qarşılayıb. Belə ki, əsasən ispaniyalıların nəzarət etdiyi bir turnirə maliyyə yardımı ayırmaq artıq xərc sayılır. Avroliqada İspaniyanın 4, Türkiyənin isə yalnız 2 komandası çıxış edir. Elə bu məqamın özü də Türkiyə basketbol ictimaiyyəti arasında böyük narazılığa səbəb olmuşdu. Avroliqanın prezidenti hər dəfə mətbuata açıqlamasında “Türk hava yolları” ilə uzun müddət əməkdaşlıq edəcəklərini söyləsə də, qarşı tərəf 10 ildən sonra münasibətlərə, nəhayət, son qoyduğunu bildirib. İndi Avroliqanın hansı sponsorla anlaşacağı maraqla gözlənilir. Rusiyanın “Aeroflot” aviaşirkəti də liqanın favoritlərindən olan SSKA komandası ilə əməkdaşlığı dayandırmaq niyyətindədir.

    Ətraflı   18:13     03-Jun-2020     1284
  • alternative title

    “Sabah” klubu paraqvaylı hücumçusu ilə yeni müqavilə bağlayıb

    Bakının “Sabah” futbol klubu hücumçusu Xulio Rodriqeslə yeni müqavilə bağlayıb. QALANEWS klubun saytına istinadla xəbər verir ki, müqaviləyə əsasən, paraqvaylı hücumçu daha bir il paytaxt komandasının uğurları üçün çalışacaq. Xatırladaq ki, 29 yaşlı futbolçu “Sabah”a bu ilin yanvarında transfer olunub.

    Ətraflı   18:11     03-Jun-2020     1128
  • alternative title

    Canni İnfantino: İrqçiliyə və zorakılığa hər birimiz “Yox!” deməliyik

    FIFA prezidenti Canni İnfantino ABŞ-da qaradərili vətəndaş Corc Floydun ölümünə etiraz olaraq keçirilən kütləvi aksiyalara dəstək nümayiş etdirib. QALANEWS FIFA-nın saytına istinadla xəbər verir ki, C.İnfantino bildirib: “Bundesliqanın qarşılaşmalarında oyunçuların son nümayişləri cəzaya deyil, alqışlara layiq idi. Biz hamımız irqçiliyə və ayrı-seçkiliyin hər hansı formasına “Yox” deməliyik”. Xatırladaq ki, Almaniya Futbol Birliyi ölkə çempionatının 29-cu turunda C.Floydun xatirəsinə ehtiram əlaməti olaraq qol sevincini fərqli şəkildə nümayiş etdirən futbolçuların - Sanço (“Borussiya Dortmund”), Markus Türam (“Borussiya Mönhenqladbax”) və Ueston Makkennidinin (“Şalke”) jestlərini təhlil edir. Daha əvvəl bildirilmişdi ki, Sanço üzərində “Corc Floyd üçün ədalət” yazılan formanı nümayiş etdirdiyinə görə klub tərəfindən xəbərdarlıq alıb. Afrika əsilli C.Floyd mayın 25-də ABŞ-da polis əməkdaşlarının zorakılığı nəticəsində öldürülüb. Onun ölümünə etiraz əlaməti olaraq, Birləşmiş Ştatların bir sıra şəhərlərində fasiləsiz kütləvi aksiyalar keçirilir.

    Ətraflı   18:10     03-Jun-2020     260
  • alternative title

    Formula 1 rəhbərliyi komandalardan gigiyena qaydalarına əməl olunmasını tələb edib

    Xəbər verdiyimiz kimi, Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb. Çempionatın rəhbərliyi yarışlarda təhlükəsizliyi tam təmin etmək məqsədilə komandalar arasında gigiyena qaydalarına əməl olunmasını tələb edib. Formula 1 2020-ci ildə yarışları təhlükəsiz şəraitdə keçirmək məqsədi ilə komandalar üçün yeni qaydalar tərtib edib. Belə ki, iyulun 5-də Avstriyada başlanası, daha sonra Macarıstan, Böyük Britaniya, İspaniya, Belçika və İtaliyada keçiriləsi yarışlardan əvvəl komandalar müəyyən prosedurlardan keçməlidir. Qaydaya əsasən, Qran-Prinin keçirildiyi ölkəyə gəlmək istəyən komandaların hər bir əməkdaşı səfərə çıxmazdan əvvəl koronavirus testindən keçməli və onun mənfi nəticəsi ilə bağlı arayışı təqdim etməlidir. Bununla belə, özəl tibbi şirkətlər də yarışın keçirildiyi məkanda komandaların üzvlərini bir daha yoxlamalıdır. İlk yarışlar azarkeşsiz keçiriləcək. Formula 1 rəhbərliyi yalnız pandemiya ilə bağlı vəziyyət sabitləşəndən sonra azarkeşlərin avtodromlara buraxılacağına ümid etdiklərini bildirib. Bu müddət ərzində komandaların texniki heyətinin üzvləri də məhdud sayda Qran-Prilərə buraxılacaq. Bütün bu qaydalar Beynəlxalq Avtomobil Federasiyasının (FIA) əməkdaşlarına da aiddir. Onlar da Qran-Pri keçirilən ölkələrə getmək üçün test nəticələrini təqdim etməlidirlər. Bundan başqa, yarış vaxtı komandaların ünsiyyəti qadağan olunacaq. Məsələn, “Mercedes”in əməkdaşı Qran-Pri zamanı “Ferrari”nin işçisi ilə görüşə bilməz. Yarış başa çatandan sonra mükafatlandırma mərasimi və mətbuat konfransı ilə bağlı qaydalarda da dəyişikliklər gözlənilir.

    Ətraflı   16:10     03-Jun-2020     1044
  • alternative title

    Azərbaycan Milli Paralimpiya Komitəsinin videokonfrans formatında ümumi yığıncağı keçirilib

    İyunun 3-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) videokonfrans şəklində ümumi yığıncağı keçirilib. APMK-dan bildiriblər ki, yığıncaqda komitənin Milli Abilimpiya Federasiyasının və “Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” MMC-nin yaradılmasında təsisçi kimi iştirakı müzakirə olunub. AMPK-nın prezidenti İlqar Rəhimov yığıncaq iştirakçılarına müraciətindən sonra gündəmdəki məsələlər müzakirə edilib. Müzakirələrdə komitənin vitse-prezidenti İlham Zəkiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, AMPK-nın üzgüçülük idmanı üzrə baş məşqçisi Alaverdi Culfayev, Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov və “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov çıxış ediblər. Səsvermə nəticəsində AMPK-nın Milli Abilimpiya Federasiyası və “Azərbaycan Respublikası Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında təsisçi kimi iştirakı qəbul olunub.

    Ətraflı   16:08     03-Jun-2020     697
  • alternative title

    Muay-tay Birinci MDB Oyunlarının proqramına daxil edilib

    İdmanın muay-tay növü Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək Birinci MDB Oyunlarının proqramına daxil edilib. Azərbaycan Muay-tay Federasiyasının nümayəndəsi Elçin Eminov bildirib ki, yaxın günlərdə milli komandanın bu yarışa hazırlıqları başlayacaq. MDB Oyunlarında cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, mini-futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, qol güləşi, mas-restlinq, idman güləşi, kəmər güləşi (koreş), yüngül atletika və basketbol növləri üzrə yarışlar keçiriləcək. Yarışların loqotipi Simurq quşu, talismanı isə bəbirdir. Oyunların bu il avqustun 20-27-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilməsi planlaşdırılıb. Yarışlarda 11 ölkədən 14-23 yaşlarında 3,5 minə yaxın idmançının iştirakı gözlənilir. Xatırladaq ki, Birinci MDB Oyunlarının keçirilməsi ideyası MDB Dövlət Başçıları Şurasının 2018-ci ildə Tacikistanda keçirilmiş iclasında təsdiqlənib.

    Ətraflı   15:43     03-Jun-2020     958
  • alternative title

    Boksçularımız açıq havada məşqlərə başlayıblar

    Açıq havada məşqlərə başlamışıq. Məşqləri qruplar halında təşkil edirik. Hər qrupda on idmançı yer alıb. Boksçularımızın məşqlərində əsasən ümumi fiziki hazırlığa, dözümlülüyün möhkəmləndirilməsinə diqqət yetirilir. Bu sözləri “Qızıl Əlcək” idman klubunun və 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) boks üzrə baş məşqçisi, Əməkdar məşqçi Rəhim Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib. R.Allahverdiyev bildirib ki, məşqlərdə karantin qaydalarına xüsusilə riayət edilir. Bizim üçün idmançıların hazırlığı ilə yanaşı, onların sağlamlığı da vacib məsələdir. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində verilən qərarlara uyğun olaraq karantin rejiminin tələblərinə tam əməl edirik.

    Ətraflı   15:42     03-Jun-2020     196
  • alternative title

    Avstriyada keçiriləcək ikinci Formula 1 yarışının adı müəyyənləşib

    İyunun 2-də Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb. Təqvimə əsasən Avstriya iki yürüşə ev sahibliyi edəcək. QALANEWS xəbər verir ki, artıq ikinci yürüşün adı müəyyənləşib. Belə ki, iyulun 5-də keçiriləcək yürüş Avstriya Qran-Prisi, ayın 12-də təşkil olunacaq yarış isə Ştriya Qran-Prisi adlanacaq. Hər iki yarış Avstriyanın Ştriya regionunda yerləşən avtodromda baş tutacaq. 2020-ci il mövsümündə Böyük Britaniya da iki yürüşə ev sahibliyi edəcək. Keçiriləcək ikinci yürüşün adı hələ müəyyənləşməyib. Azərbaycan Qran-Prisinin vaxtı isə hələ müəyyənləşməyib. Çempionatın ilkin təqviminə görə, Bakı şəhər halqasında yürüş iyunun 5-7-də keçirilməli idi. Formula 1-in rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq vəziyyəti nəzərə alaraq dekabra qədər ən azı 15-18 yürüşün təşkilini planlaşdırır. Qeyd edək ki, Formula 1-in 2020-ci il mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Avstraliya, Monako, Niderland və Fransa yarışları ləğv olunub. Azərbaycan, Bəhreyn, Çin, Vyetnam və Kanada mərhələləri isə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Ətraflı   15:41     03-Jun-2020     1215
  • alternative title

    “Yuventus” Canluici Buffonla yeni müqavilə imzalamaq barədə razılığa gəlib

    İtaliyanın “Yuventus” futbol klubu qapıçısı Canluici Buffonla yeni müqavilə imzalamaq barədə razılığa gəlib. QALANEWS İtaliya mətbuatına istinadla xəbər verir ki, Turin təmsilçisi 42 yaşlı qolkiperlə bu yay başa çatacaq müqavilənin müddətini daha 1 il uzadacaq. Qeyd edək ki, C.Buffon cari mövsümdə 11 matçda meydana çıxıb.

    Ətraflı   15:37     03-Jun-2020     1040
  • alternative title

    “Red Bull” Sebastyan Fetteli geri qaytarmaq fikrində deyil

    Mövsümün sonunda Sebastyan Fettelin “Ferrari”dən ayrılaraq hansı komandaya üz tutacağı bilinmir. Formula 1 üzrə dördqat dünya çempionunun heç özü də hansı qərarı qəbul edəcəyini müəyyənləşdirə bilməyib. Amma Formula 1 ictimaiyyəti mümkün variantlar barədə mülahizə yürütməkdə davam edir. AZƏRTAC xəbər verir ki, S.Fettelin mövsümün sonunda “Ferrari”dən gedəcəyindən sonra hansı qərarı qəbul edəcəyi əsas müzakirə mövzularından biridir. İndiki məqamda almaniyalı pilotun iddiasız komandalara keçəcəyinə heç kim inanmır. Çempionluq uğrunda mübarizə aparan komandalar isə artıq onunla maraqlanmır. Halbuki “Ferrari”yə qədər “Red Bull”da 4 dəfə dünya çempionu olan pilot sabiq komandasına qayıda bilərdi. Amma avstriyalılar sabiq sürücüləri ilə anlaşmaq fikrində deyil. “Qırmızı öküzlər”in məsləhətçisi Helmut Marko indi öz pilotlarına güvəndiklərini söyləyib: “Mən müntəzəm olaraq Fettellə telefon vasitəsilə söhbət edirəm. Biz fikirlərimizi bölüşürük. Onun növbəti mövsüm komandamıza keçəcəyini tam istisna edirəm. Bizim Maks Ferstappen və Aleksandr Albonla müqaviləmiz var. Amma Fettelin “Mercedes” və “Aston Martin”ə keçəcəyini də söyləyə bilmərəm. Görək, hadisələr hansı istiqamətdə cərəyan edəcək”. “Ferrari”nin adı açıqlanmayan rəsmilərindən biri Fettel ilə vidalaşmalarının səbəbindən danışıb. Onun sözlərinə görə, komandanın rəhbərliyi Sebastyana məvacibi azaltmaq şərti ilə yeni müqavilə təklif etsə də, almaniyalı pilot razılaşmayıb.

    Ətraflı   15:35     03-Jun-2020     957
  • alternative title

    Montsada Formula 1 yarışı tamaşaçısız keçiriləcək

    Montsa bələdiyyə başçısı Dario Allevi Formula 1 üzrə İtaliya Qran-Prisinin vaxtında keçiriləcəyini bildirib. QALANEWS “FormulaPassion”a istinadla xəbər verir ki, koronavirus pandemiyası səbəbindən, digər Avropa mərhələlərində olduğu kimi, bu yarış da tamaşaçısız keçiriləcək. Dario Allevi bildirib ki, Montsadakı Formula 1 yarışı sentyabrın 6-da qapalı şəraitdə baş tutacaq. Montsada epidemioloji vəziyyət yaxşılaşır. Artıq ikinci gündür ki, heç bir yoluxma hadisəsi qeydə alınmayıb.

    Ətraflı   15:34     03-Jun-2020     911
  • alternative title

    Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi FIG prezidentinin layihəsinə ekspert qismində dəvət alıb

    Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən Əməkdar məşqçi adına layiq görülmüş Mariana Vasileva beynəlxalq qurumun prezidenti Morinari Vatanabenin layihəsinə ekspert qismində dəvət alıb. QALANEWS Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, “Bədii gimnastika üzrə islahat” layihəsi M.Vatanabe tərəfindən 2018-ci ilin əvvəllərində irəli sürülüb. Layihənin məqsədi bədii gimnastikanın daha cəlbedici, ədalətli və geniş insan kütləsi tərəfindən daha anlaşıqlı edilməsindən ibarətdir. Layihənin əsas istiqamətlərindən biri isə bədii gimnastikada artistizmə görə qiymətləndirmə sistemini təkmilləşdirməkdir. Bu məqsədlə son dünya çempionatının reytinq siyahısında ən yüksək yerləri tutmuş ölkələrin baş məşqçilərinə layihə ilə bağlı təkliflərini və ideyalarını bölüşmək imkanı yaradılıb. Azərbaycan yığmasının baş məşqçisi M.Vasileva da artistizmə görə ədalətli qiymətləndirmə sisteminin yaradılmasına dair idealarını bölüşmək, eləcə də iyulda layihə çərçivəsində keçiriləcək videokonfransda iştirak üçün dəvət alıb. Toplanmış təklif və ideyalar bədii gimnastika üzrə növbəti Qaydalar toplusunu yekunlaşdırmaqda FIG-nin bədii gimnastika üzrə Texniki Komitənin işində yardımçı olacaq.

    Ətraflı   15:32     03-Jun-2020     1051

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1001
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     999
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title