Loading alternative title

İDMAN

  • alternative title

    “Elə hesab edirik ki, Türkiyədə oynayacağıq” - Umut Meraş

    Türkiyə milli komandasının üzvü Umut Meraş Avropa çempionatının final mərhələsində düşdükləri qrupdan danışıb. Hazırda Fransada “Havr” klubunun formasını geyinən 24 yaşlı sol cinah oyunçusu ölkəsinin mətbuatına müsahibəsində şansları dəyərləndirib. Umut çətin qrupa düşdüklərini bildirib: “İlk oyun İtaliyada, üstəlik, ev sahiblərinə qarşı açılış matçında. Komandamız böyük oyunları həmişə sevir. İndidən turnirdə keçirəcəyimiz oyunları düşünürəm. Digər iki oyunumuzu isə Azərbaycanda keçirəcəyik. Elə hesab edirik ki, Türkiyədə oynayacağıq. Bu, bizim üçün üstünlükdü. İtaliya ilə görüşü yaxşı keçirsək, qrupdan çıxacağımızı düşünürəm". Futbolçu hədəflərinin qitə birinciliyini qazanmaq olduğunu vurğulayıb: "Ələbəttə ki, hədəf çempionluqdu. Bacardığımız qədər irəliləmək istəyirik. Hələlik yalnız İtaliya ilə görüşə baxacağıq. Ondan sonra davamının gələcəyinə inanıram”. Qeyd edək ki, Türkiyə yığması ilk oyununu iyunun 12-də Romada İtaliyaya, növbəti matçlarını həmin ayın 17-də Uels, 21-də isə İsveçrəyə qarşı Bakıda keçirəcək.

    Ətraflı   15:05     27-Dec-2019     2485
  • alternative title

    “Volfsburq”un sabiq üzvü 34 yaşında vəfat etdi

    Qazaxıstan millisinin və Almaniyanın “Volfsburq” klubunun sabiq futbolçusu Sergey Kərimov vəfat edib.O, 34 yaşında dünyasını dəyişib. Futbolçunun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, klub karyerası boyu yalnız Almaniyada çıxış edən Sergey Kərimov 2014-cü ildə karyerasını başa vurub.

    Ətraflı   15:04     27-Dec-2019     2764
  • alternative title

    “Bir qədəh şampan içdim və sərxoş oldum” - Ronaldo

    “Yuventus”un hücumçusu Kriştianu Ronaldo maraqlı açıqlama verib. Portuqaliyalı superulduz milli komandanın heyətində 3 il öncə Avropa çempionatındakı nailiyyətindən danışıb. O, həmçinin turnirdə qazandıqları mükafatdan sonra şampan içib sərxoş olduğunu bildirib: “Portuqaliya ilə Avropa çempionluğu mənim üçün ən vacibdir. Həmin inanılmaz, unudulmaz gecədə ağladım, güldüm, əziyyət çəkdim, qışqırdım və içdim. Zarafat etmirəm. Final oyunu vaxtı elə bərk ağlamışdım, susuzlamışdım. Matçdan sonra qələbəni qeyd edərkən bir qədəh şampan içdim və dərhal sərxoş oldum. Ümumiyyətlə, spirtli içki içən deyiləm. Amma həmin gün xüsusi idi. Bu, mənim üçün ən vacib tituldur”. Qeyd edək ki, AÇ-2016-nın final oyununda Fransanı 1:0 hesabı ilə udan Portuqaliya millisi çempion olmuşdu.

    Ətraflı   15:02     27-Dec-2019     1692
  • alternative title

    Azərbaycanda il ərzində gənclər siyasəti sahəsində 143 tədbir keçirilib

    Azərbaycanda 2019-cu ildə gənclər siyasəti sahəsində 143 tədbir keçirilib. Onlardan 124-ü yerli, 19-u isə beynəlxalq səviyyəli olub. Regionlarda Gənclər və İdman Nazirliyi tərəfindən 129 kütləvi aksiya təşkil edilib. Xarici ölkələrə 206 nəfər ezam olunub, 1308 nəfər isə Azərbaycana gəlib.

    Ətraflı   14:59     27-Dec-2019     2999
  • alternative title

    Daha bir YPX əməkdaşının videogörüntüləri yayılıb

    Sosial şəbəkələrdə daha bir Yol Patrul Xidməti (YPX) əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntüləri yayılıb. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hazırda həmin videogörüntülərə baxış keçirilir və araşdırma aparılır. "Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək", - idarədən bildirilib. Qeyd edək ki, sosial şəbəkələrdə YPX əməkdaşının yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. Videogörüntünün Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehtiyev olduğu qeyd edilib. Xatırladaq ki, ötən gün də sosial şəbəkələrdə YPX əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb. Görüntülərdə 99-YP-866 nömrəli YPX avtmobili ilə xidmət aparan polis əməkdaşının Bakı-Ələt-Qazax yolunda "Toyota" markalı avtbobilin sürücüsünü saxladığı, söhbət zamanı sürücünün cibindən nəsə çıxararaq polis əməkdaşının cibinə qoyduğu müşahidə edilir. Bundan sonra sürücü YPX əməkdaşı ilə əl görüşərək uzaqlaşır. Həmin videogörüntü ilə bağlı da BDYPİ-də araşdırma aparılır.

    Ətraflı   14:58     27-Dec-2019     2143
  • alternative title

    Millimiz üçün yoldaşlıq görüşündə növbəti rəqib - Millətlər Liqasından tanış

    Azərbaycan milli komandası gələn il martın 30-da yoldaşlıq oyunu keçirəcək. AFFA millimizin səfərdə Malta yığması ilə qarşılaşacağını rəsmən açıqlayıb. Görüşün keçiriləcəyi stadion və başlanma vaxtı ilə bağlı əlavə məlumat veriləcək. Millimiz bu yığmayla son olaraq 2018-ci ildə Millətlər Liqasında qarşılaşaraq hər iki matçda 1:1 hesablı bərabərliyə qalıb. Xatırladaq ki, yığmamızın növbəti ilin mayın 26-da Türkiyə millisiylə Antalyada yoldaşlıq görüşü keçirəcəyi gözlənilir.

    Ətraflı   14:56     27-Dec-2019     2538
  • alternative title

    “Barselona”nın futbolçusu “Betis”də

    “Barselona”nın futbolçusu Karles Alenya qış transfer pəncərəsi dövründə komandadan ayrılacaq.21 yaşlı yarımmüdafiəçi “Betis”ə keçəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, tərəflərin artıq razılıq əldə etdiyi və Alenyanın mövsümün sonunadək Əndəlüs təmsilçisində forma geyinəcəyi bildirilir. “Barselona”nın yetirməsi olan yarımmüdafiəçi bu mövsüm 5 oyuna çıxıb.

    Ətraflı   14:55     27-Dec-2019     2089
  • alternative title

    Arda Turan Galatasaray-a qayıdır

    İcarə əsasında Başakşehir-də forma geyinən, müqavilə ilə Barcelona klubuna məxsus olan Arda Turan qış fasiləsində komandasını dəyişəcək. Türkiyə millisinin sabiq üzvü keçmiş klubu Galatasaray-a keçəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 32 yaşlı yarımmüdafiəçinin “sarı-qırmızılar”la 1,5 illik müqavilə imzalayacağı bildirilir. Galatasaray-ın yetirməsi olan Arda, 2011-ci ildə Atletico-ya, 2015-ci ildə isə Barcelona-ya keçib. Kataloniya təmsilçisində gözlənilən performansı sərgiləyə bilməyən yarımmüdafiəçi, 2018-ci ildə Başakşehir-ə 2 illik icarəyə verilib. Ardanın hazırkı icarə müqaviləsi mövsümün sonunda bitir. Arda 100 dəfə formasını geyindiyi Türkiyə yığmasında 16 qol vurub.

    Ətraflı   14:53     27-Dec-2019     2545
  • alternative title

    Valencia Manchester City-nin futbolçusu ilə maraqlanır

    Manchester City-nin müdafiəçisi Joao Kanselo karyerasını İspaniyada davam etdirə bilər. Valencia portuqaliyalını heyətinə qatmağı planlaşdırır. Müdafiəni gücləndirmək istəyən İspaniya klubunun əsas prioritetinin Kanselo olduğu və onun üçün yanvarda danışıqlara başlamaq istədiyi bildirilir. Futbolçu “şəhərlilər”in heyətində kifayət qədər şans qazana bilməməsindən şikayətlənir. Avqustda Manchester City-ə transfer olunan 25 yaşlı futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 15 oyunda 1 qolla yadda qaldı.

    Ətraflı   14:51     27-Dec-2019     2485
  • alternative title

    Rabiot Premyer Liqaya keçə bilər

    “Arsenal”ın yeni baş məşqçisi Mikel Artetanın qış transfer pəncərəsi dövründə əsas transfer hədəfi müəyyənləşib. İspan mütəxəssis rəhbərlikdən “Juventus”un futbolçusu Adrien Rabiotun transfer edilməsini istəyib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Turin təmsilçisində az şans qazanan Rabiotun da Premyer Liqaya getməyə müsbət yanaşdığı bildirilir. 24 yaşlı yarımmüdafiəçi bu mövsüm “Juventus”la A Seriyasında 9 oyuna çıxıb. Rabiotun “qoca sinyora” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

    Ətraflı   14:50     27-Dec-2019     2227
  • alternative title

    Manchester City Sane ilə bağlı qərarını verdi

    Manchester City Bayern Munich-in transfer etmək istədiyi Leroy Saneylə bağlı qərarını verib. “Şəhərlilər” 23 yaşlı yarımmüdafiəçini yanvarda satmayacaq. Bu barədə “The Mirror” nəşri məlumat yayıb. Manchester City-nin baş məşqçisi Xosep Qvardiola Sanenin ən azı mövsümün sonuna qədər komandada qalmasını istəyib. Bayern mövsümün əvvəlində Saneni transfer etmək istəsə də, futbolçunun zədələnməsi planları pozmuşdu. Almaniya mətbuatının xəbərinə görə, Münhen təmsilçisi qış transfer pəncərəsi dövründə Sane üçün yenidən rəsmi təklif göndərəcək. Manchester City ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Sane, zədə səbəbindən bu mövsüm Premyer Liqada heç bir oyunda iştirak etməyib.

    Ətraflı   14:49     27-Dec-2019     1905
  • alternative title

    Jiru Şotlandiya klubuna keçə bilər

    Chelsea-nin hücumçusu Olivye Jiru karyerasını Şotlandiyada davam etdirə bilər. 33 yaşlı forvardın xidmətində Rangers maraqlıdır. Bu barədə Fransanın L`Equipe nəşri məlumat yayıb. Xəbərdə Rangers nümayəndələrinin Jirunun meneceri ilə görüşdüyü bildirilir. AVRO-2020-də iştirak etmək istəyən Jiru oyun praktikasını artırmaq üçün bu təklifi müsbət dəyərləndirə bilər. Qeyd edək ki, fransız hücumçu bu mövsüm Chelsea-də 7 oyuna çıxıb və 1 qol vurub. Onun “zadəganlar”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

    Ətraflı   14:47     27-Dec-2019     2076
  • alternative title

    Millimizin baş məşqçisi qrupda 2-ci yeri də pis nəticə saymır: "Hər şey istədiyimiz kimi gedərsə, onda mundiala birbaşa vəsiqəyə şansımız olacaq"

    2020-ci ilin yanvarın sonunda futzal üzrə dünya çempionatının elt-raund mərhələsi start götürəcək. Həmin mərhələyə vəsiqə qazanan Azərbaycan yığması Xorvatiya, Rusiya və Slovakiya milliləri ilə bir qrupa düşüb. Millimizin baş məşqçisi Joze Alesio açıqlamasında qarşıdakı planlar, habelə, final mərhələsinə çıxmaq şansları haqda danışıb: "Təlim-məşq toplanışlarını Bakıda keçirəcəyik. Yanvarın 13-də yığışmağı planlaşdırmışıq. Yanvarın 25-də Xorvatiyaya yollanaraq hazırlığı Zaqrebdə davam etdirəcəyik. Bakıda 2 yoxlama matçı keçirməyi planlaşdırmışıq. Bu, yanvarın 22-si və 23-ü olacaq. Rəqiblərlə bağlı hələ heç nə deyə bilmərəm. Küveyt yığmasıyla qarşılaşmağı planlaşdırmışdıq, ancaq belə görünür ki, bu variant təxirə düşdü. Fikrimcə, ilin sonunadək rəqibləri artıq dəqiqləşdirəcəyik". Braziliyalı mütəxəssis komandanın əsasını artıq müəyyənləşdirib. Hərçənd, Bakıdakı toplanışlarda bütün oyunçular iştirak etməyəcək: "Heyətimiz əvvəlki mərhələdən fərqlənəcək. Xatırlayırsınızsa, onda zədəli futzalçılarımız vardı, hansılar ki, komandaya qoşula bilmədilər. Onu da da vurğulayım ki, Bakıda komanda tam heyətlə hazırlaşmayacaq. Kimlərsə birbaşa Zaqrebə gələcək. Azərbaycanda bütün namizədlərə baxaraq ən yaxşıları seçəcəyik". Joze Alesioyla söhbətdə rəqiblərə də toxunduq: "İlk matçda bizi meydan sahibləri - xorvatlarla matç gözləyir. Onlar əvvəlki mərhələdə Rusiya ilə bir qrupda idilər və hamıya necə güclü olduqlarını göstərdilər. İlk növbədə bu rəqibin kollektiv hərəkətlərini qeyd etmək istəyirəm. Aparıcı futzalçıları artıq uzun illərdi bir yerdə çıxış edirlər və bu, onlara üstünlük verir. Şübhəsiz ki, xorvatların fərdi cəhətdən də güclü futzalçıları var. Hansılar ki oyunu öz üzərlərinə götürməyi bacarırlar. İndi ilk rəqibi analiz edirik ki, ona qarşı düzgün oynayaq. Rusiya yığmasının əlavə təqdimata ehtiyacı yoxdu. Bu komanda dünya reytinqində ilk "3-lüy"ə daxildi. Əvvəlki mərhələdə qrup qalibi olub. İndi daha balanslaşdırılmış heyəti olacaq. Hansına ki öz braziliyalılarını da çağıracaqlar. Ruslarda həm kollektiv, həm də fərdi hərəkətlər çox yüksək səviyyədədi. Hesab edirəm ki, Rusiya qrupun favoritidi. Slovakiyanı yaxında iş başında görmüşük, bir qrupda idik. Çox intizamlı komandadı. Bizə uduzmaqlarına baxmayaraq, yetərincə samballı oyun göstərdilər. Görünürdü ki, bu komanda kollektiv oyun göstərməyi bacarır. Onlara qarşı qeyri-ciddi yanaşmaq olmaz, çünki orda taktiki cəhətdən çox ağıllı oyunçular çıxış edir". Final mərhələsinə birbaşa düşmək üçün qrup qalibi olmaq lazımdı.İkinci yer yalnız pley-offa vəsiqə verəcək. 51 yaşlı mütəxəssis millimizin də şanslarına toxunub: "Demək ki, qrup qalibi olmağa gedirik? Bunu etmək çox çətin olacaq. Hər matçda, hər epizodda maksimal konsentrasiyalı olmaq lazımdı. Turnir qısamüddətlidi, buna görə kimsə səhv buraxsa, bunu düzəltməyə vaxt olmayacaq. Praktiki olaraq hər gün millimizin hər üzvüylə söhbət edirik. Bu, Bakıda olanlara da aiddi, Braziliyada olanlara da. Əlbəttə, mundiala birbaşa vəsiqə qazanmaq istəyirsən. Hər şey istədiyimiz kimi gedərsə, onda qrupun qalibi olmaq şansımız olacaq. Ümumilikdə, 2-ci olsaq, bu da pis nəticə olmayacaq. Çünki bu halda final mərhələsinə çıxmaq şansımız qalacaq". Son sual meydan sahibləri ilə bağlı idi. Axı, evdə çıxış etmək doğma divarlar baxımından üstünlükdü: "Əlbəttə. tribunalar öz yığmalarına azarkeşlik edəcək. Bu, hər meydan sahibi olan komandaya inam verir. Məni yalnız öz komandam maraqlandırır. Bizə maksimal konsentrasiyalı olmaq lazımdı. İntizamlı, ağıllı, kontentrasiyalı oynasaq, heç bir azarkeş, hakim simpasiyası həlledici faktor olmayacaq". Xatırladaq ki, Azərbaycan millisinin yer aldığı C qrupunda bütün görüşlər Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək. 29 yanvar Saat 20:00 Rusiya - Slovakiya Saat 23:00 Xorvatiya – Azərbaycan 30 yanvar Saat 20:00 Azərbaycan – Rusiya Saat 23:00 Xorvatiya – Slovakiya 1 fevral Saat 20:00 Slovakiya – Azərbaycan Saat 23:00 Rusiya – Xorvatiya

    Ətraflı   14:44     27-Dec-2019     2497
  • alternative title

    4 oyunda 4 qol vurdu, dekabrın ən yaxşısı oldu

    “Monako”da dekabr ayının ən yaxşı futbolçusu məlum olub.Bu, Vissam Ben Yedderdi. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu ötən ay Liqa 1-də iştirak etdiyi 4 oyunda 4 qolla yadda qalıb. Ben Yedder “Monako”nun heyətində oktyabrın da ən yaxşı futbolçusu seçilmişdi.

    Ətraflı   14:41     27-Dec-2019     2353
  • alternative title

    Ramil Şeydayev sabiq klubuna qayıdır

    Yayda "Dinamo" ilə birillik müqavilə bağlayan Ramil Şeydayevin Moskvada keçirdiyi günlər başa çatmaq üzrədir. Daim ehtiyatda qaldığı klubla müqaviləsini pozmaq qərarına gələn millimizin hücumçusu, öncədən xəbər verdiyimiz kimi, "Krılya Sovetov"a qayıtmağa razılaşıb. 2018-ci ilin iyununda ayrıldığı "Qarabağ"ı Samara təmsilçisinə dəyişən forvard köhnə-yeni klubu ilə 1,5 illik müqavilə imzalayacaq. Şeydayev "Krılya" ilə 300 min dollara anlaşıb. Bu məbləğin 50 mini cari mövsümün sonunadək olan müddəti əhatə edir.

    Ətraflı   14:38     27-Dec-2019     2977
  • alternative title

    Sumqayıt stadionunda son durum

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda söküntü işləri davam edir. Qalanews iş prosesindən son görüntüləri təqdim edir:

    Ətraflı   14:36     27-Dec-2019     2891
  • alternative title

    Hacı Əliyev: "Ən böyük hədəf olimpiadaya qatılmaq və orada yaxşı nəticə göstərməkdir"

    "2019-cu il mənim üçün uğurlu alındı. Üçüncü dəfə Avropa çempionu oldum və Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında da qızıl medal əldə etdim. İstəyirdim ki, dünya çempionatında da yaxşı nəticə göstərim və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanım. Mundialda mənə qarşı haqsızlıq oldu, məğlub oldum və lisenziyasız qaldım". Bu fikirləri Gənclər və İdman Nazirliyi tərəfindən ilin idmançıları sırasında yer alan sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev deyib. 28 yaşlı idmançı dünya çempionatındakı nəticəyə baxmayaraq 2019-cü ili özü üçün uğurlu hesab etdiyini sözlərinə əlavə edib: "Ən böyük hədəf olimpiadaya qatılmaq və orada yaxşı nəticə göstərməkdir. 2020-ci ildə bizi iki turnir gözləyir. Bizim həmin yarışlar vasitəsi ilə lisenziya qazanmaq imkanımız var. Mən çalışacağam ki, lisenziya əldə edim və olimpiadada yaxşı nəticə qazanım". Əliyev bildirib ki, olimpiada ilə bağlı söz vermək çəkindir: "Mən də istəyirəm ki, yaxşı nəticə göstərim. Düşünürəm ki, bu mənim üçün son olimpiadadır. Özümə inamım var. Zədələrdən uzaq olsam, hər şey yaxşı olacaq".

    Ətraflı   14:30     27-Dec-2019     2085
  • alternative title

    "Neftçi" yeni transferini reallaşdırıb

    "Neftçi” klubu yetirməsi İbrahim Əliyevi geri qaytarıb. 20 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Əliyev 55 nömrəli formada çıxış edəcək Qeyd edək ki, "Neftçi”nin müxtəlif yaş qruplarından başqa əsas və əvəzedici komandalarda da oynamış İbrahim Əliyev indiyədək "Qarabağ” və "Sumqayıt” klublarında da çıxış edib.

    Ətraflı   14:25     27-Dec-2019     2652
  • alternative title

    "Sabah" Qazaxıstan Kubokunun qalibi ilə qarşılaşacaq

    “Sabah” futbol komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqib bəlli olub. Bu, Qazaxıstan “Kaysar”ıdır. Görüş yanvarın 19-da keçiriləcək. “Kaysar” ötən mövsüm Qazaxıstan Kubokunun qalibi olub və Premyer Liqada 6-cı yeri tutub. Qeyd edək ki, Türkiyənin Antalya vilayətinin Belek bölgəsində məskunlaşacaq “Sabah” yanvarın 11-də Macarıstanın “Pakş”, yanvarın 15-də Rumıniyanın “Akademika Klinçeni” komandaları ilə üz-üzə gələcək. Türkiyə toplanışı çərçivəsində daha bir yoxlama oyununun keçirilməsi planlaşdırılır. Hələlik rəqib bilinmir.

    Ətraflı   12:39     27-Dec-2019     2437
  • alternative title

    Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb - SİYAHI

    Azərbaycanda Bədən tərbiyəsi və İdman sahəsi üzrə 2019-cu ilin ən yaxşıları açıqlanıb. Mükafatçılar bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilmiş tədbirdə mükafatlandırılıblar. İlin məşqçiləri: Ziyad Xəlfəyev (Atletika, Nazim Babayevin məşqçisi), Rəşad Əhmədov (Taekvando üzrə yığma komandanın böyük məşqçisi), Əkbər Muradov(Güllə atıcılığı üzrə paralimpiyaçılardan ibarət yığma komandanın baş məşqçisi) İlin ən yaxşı hakimləri: Emin Qurbanəliyev (boks), Fariz Hüseynov (cudo), Asif Şirəliyev (güləş) İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə: Gimnastika Federasiyası İlin ən yaxşı federasiyası: Cüdo Fedarasiyası İlin yekunlarına görə ən yaxşı komanda: Şahmat üzrə qadınlardan ibarət yığma İlin idman könüllüsü: Dinarə Əliyeva İlin ən yaxşi Uşaq Gənclər İdman məktəbi: Göyçay rayonu Uşaq Gənclər İdman Məktəbi İlin ən yaxşı idman təşkilatı: Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti ("Dinamo") İlin yekunlarına görə ən yaxşı idman həkimi: Olqa Panina (Velosiped İdmanı Federasiyası), Zaur Abdullayev (Boks Federasiyası) İlin ən fəal veteranı: Tofik Babanlı (boks) İlin ən yaxşı idman qurguları: Şəki OİK, Beyləqan OİK, Qazax OİK İlin ən yaxşi idman verlişlərinin təşkilatçışı: Mehman Rəsulov ("Real" TV) İlin ən yaxşi idman agentliyi - Oxu.az (Səbuhi Musayev) İlin ən yaxşi idman televiziya verilişləri kanalı – ATV (Sənan Şəfizadə) İlin yekunlarına görə ilin ən yaxşı televiziya verilişləri layihəsi: “İdman və media” ("İdman" TV) Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 2019-cu ilin yekunlarına əsasən təsis olunan mükafatlar: Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi: Altay Həsənov Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı: Rəşad Cavadov Ədalətli oyun prinsiplərinə sadiq hakim: Eldar Zülfüqarov Ədalətli oyun prinsiplərinə sadiq məşqçi: Əsgərxan Novruzov Ədalətli oyun prinsiplərinə sadiq idmançı: Nazim Babayev Ədalətli oyun prinsiplərinə sadiq səfir: “Bu şəhərdə” kollektivi FƏXRİ DİPLOM Bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə: Səbuhi Qarayev, Xəyal Piriyev (kikboksinq)

    Ətraflı   12:38     27-Dec-2019     3989

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1001
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     999
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title