Loading alternative title

İDMAN

  • alternative title

    Şəhriyar Məmmədyarov bir gündə 20 nəfərlə şahmat oynayacaq

    Məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov ABŞ-ın “US Chess Hub” təşkilatı tərəfindən təşkil edilən və chess.com saytında yayımlanacaq onlayn seansda iştirak edəcək. QALANEWS xəbər verir ki, şahmatçımız maksimum 20 nəfərlə oynayacaq. Onun rəqiblərindən dörd nəfər ABŞ Şahmat Federasiyasının reytinqi ilə 2300, 2200, 2100 və 2000-ci xalı olan, digər 16 nəfər isə 2000-dən aşağı xala malik şahmatçı olacaq. Həmin 20 nəfər 45 dəqiqə + 10 saniyə, Məmmədyarov isə 90 dəqiqə + 10 saniyə sistemi ilə oynayacaq. Daha sonra 45 dəqiqəlik fasilə müddətində analiz, sual-cavab prosesi baş tutacaq. Həmin mərhələ “Zoom” proqramı vasitəsilə canlı yayımlanacaq və suallara Şəhriyar Məmmədyarovla yanaşı, ABŞ-da yaşayan digər qrossmeysterimiz Rəşad Babayev cavab verəcək. Yarışın təşkilatçısı və prosesdə iştirak edəcək şahmatçılarımızdan biri də Rəşad Babayevdir. O, hazırda ABŞ-da yaşayır və məşqçilik karyerasında böyük nailiyyətlərə imza atıb. Qeyd edək ki, sözügedən seans mayın 3-də baş tutacaq. Yarış ABŞ-ın Sietl şəhərinin vaxtı ilə saat 09:00-da başlayacaq. Şahmatçımızla oynamaq və bu seansda iştirak etmək arzulayanlar üçün qeydiyyat mayın 2-dək davam edəcək.

    Ətraflı   12:08     24-Apr-2020     1227
  • alternative title

    Teymur Rəcəbov FIDE prezidentinin komandasında - FOTO

    Gələn ay Şahmat üzrə Onlayn Millətlər Kubokunda iştirak edəcək dünya yığmasının heyəti məlum olub. Bu barədə məlumat Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında yer alıb. Teymur Rəcəbovun yer aldığı komandaya FIDE prezidenti Arkadi Dvorkoviç kapitanlıq edəcək. Bundan başqa, iranlı Alireza Firuzca, misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk da heyətdə yer alıblar. Altı komandanın iştirak edəcəyi turnir iki dövrədə keçiriləcək. İlk dövrə 5 - 9 mayda baş tutacaq.

    Ətraflı   10:56     24-Apr-2020     1175
  • alternative title

    Teymur Rəcəbov İddiaçılar Turniri ilə bağlı FIDE ilə kompromisə nail oldu

    Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov və Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçımızın İddiaçılar Turnirində iştirakına dair kompromisli qərara gəliblər. “Sputnik Azərbaycan”ın məlumatına görə, bu barədə T.Rəcəbov “Instagram”da rusiyalı şahmatçı Sergey Karyakinlə birgə canlı yayım zamanı danışıb. “FİDE ilə kompromisli qərarın olması mümkündür. Lakin bunu beynəlxalq federasiyanın rəhbəri Arkadi Dvorkoviçin elan etməsi daha düzgün olar. Kompromisli qərar barədə anlayış mövcuddur. Özüm gözləyirəm, bu müstəvidə hərəkət edəcəyik. Düşünürəm ki, hər şey normal olacaq”, – deyə azərbaycanlı şahmatçı bildirib. T.Rəcəbov hesab edir ki, İddiaçılar Turnirinin ikinci dövrəsi 2020-ci ilin sonundan tez keçirilməyəcək. “Ehtimal edirəm ki, İddiaçılar Turniri ilin sonundan tez oynanılmayacaq, baxmayaraq ki, FIDE-də, belə başa düşürəm ki, turnirin qalan hissəsini bu yay keçirmək istəyirlər”, - deyə qrossmeyster bildirib. T.Rəcəbov həmçinin turnirin bərpa edilməsindən sonra tamamilə fərqli bir yarış olacağına əmin olduğunu qeyd edib. “Aydındır ki, bu, artıq tamamilə başqa turnir olacaq, çünki şahmatçılar artıq başqa formada olacaq. İlk dövrədə uğursuz çıxış edən Din Lijenin birinci yer uğrunda mübarizəyə qoşulması da istisna deyil”, - deyə T.Rəcəbov vurğulayıb. Sergey Karyakin də T.Rəcəbovla İddiaçılar Turnirinin ikinci hissəsinin sistemi barədə razılaşıb. “İlk dövrədən sonra Yan Nepomnyaşi və Maksim Vaşye-Laqrav liderlik edir, ancaq İddiaçılar Turnirinin bərpasından sonra onların əvvəlki formalarını və liderliklərini itirəcəkləri istisna deyil. Odur ki, Aleksandr Qrişuk və Fabiano Karuananın da yaxşı şansları var”, - deyə S.Karyakin bildirib. Canlı yayım zamanı T.Rəcəbov həmçinin Azərbaycan və Rusiya yığmaları arasında onlayn rejimdə yoldaşlıq oyununun keçirilməsini təklif edib və S.Karyakin də buna müsbət reaksiya verib. Qarşıdan gələn mayın 5-10-da Chess.com platformasında keçiriləcək onlayn-şahmat üzrə Millətlər Kubokuna gəldikdə isə Rəcəbov bildirib ki, dünya yığmasının heyətində birinci lövhədə çıxış edəcək. Bu komandanın heyətində həmçinin FIDE bayrağı altında çıxış edən 16 yaşlı iranlı istedadlı şahmatçı Alirza Firuca oynayacaq. Bundan başqa, komandaya misirli qrossmeyster Bassem Aminin də düşməsi mümkündür.

    Ətraflı   10:45     24-Apr-2020     1357
  • alternative title

    UEFA Avropa çempionatının vaxtını dəyişdi

    UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, İngiltərədə (2021-ci ildə) keçirilməsi planlaşdırılan qadınlar arasında Avropa çempionatının tarixi dəyişdirilib. UEFA-nın rəsmi saytı xəbər verir ki, yeni qərara görə, qadınlar arasında Avropa çempionatının oyunları 2022-ci il 6-31 iyulda baş tutacaq. Final mərhələsinin oyunlarının keçiriləcəyi stadionların siyahısında dəyişiklik olmayacağı gözlənilir.

    Ətraflı   10:39     24-Apr-2020     1267
  • alternative title

    İbrahimoviç fantastik qiymətə torpaq sahəsi aldı

    İtaliyanın “Milan” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç İsveç dağlarında torpaq sahəsi alıb. Sports.ru xəbər verir ki, isveçli hücumçu 1000 hektar ərazi üçün 2,7 milyon avro (4,9 milyon manat) ödəyib. Qeyd edək ki, bundan başqa, futbolçunun İsveçdə dağ-xizək kurortunda villası və ov evi var.

    Ətraflı   10:38     24-Apr-2020     1393
  • alternative title

    Azərbaycanlı məşqçinin çalışdırdığı “Cakarta” klubu İndoneziya çempionu olub

    Azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun çalışdırdığı “Cakarta” (Pertamina) voleybol klubu İndoneziya çempionu elan edilib. Bu barədə İndoneziya Voleybol Federasiyası qərar qəbul edib. Müntəzəm çempionatın qalibi olan “Cakarta” koronavirus pandemiyası səbəbindən pley-off mərhələsində yarımçıq dayandırılan 2019/2020-ci il mövsümünün qalibi olub. Qeyd edək ki, bu komandanın heyətində Azərbaycan voleybolçuları Natalya Məmmədova və Odina Əliyeva da çıxış ediblər.

    Ətraflı   17:02     23-Apr-2020     1550
  • alternative title

    Sebastyan Fettel Formula 1 yarışlarının azarkeşsiz keçirilməsinin əleyhinədir

    Formula 1 rəhbərliyi mövsümə yay aylarında başlamaq niyyətindədir. Hətta “Red Bull”un məsləhətçisi Helmut Marko Avstriyada ardıcıl 2 Qran-Prinin keçiriləcəyini də istisna etməyib. “Maklaren”in icraçı direktoru Zak Braun da Avropa Qran-Prilərini azarkeşsiz keçirməyə hazırlaşdıqlarını bildirib. “Ferrari” pilotu Sebastyan Fettel isə bu deyilənlərlə razılaşmayıb. AZƏRTAC xəbər verir ki, almaniyalı dördqat dünya çempionu azarkeşsiz yarışların mənasız olduğunu bildirib. “Ferrari”pilotunun sözlərinə görə belə vəziyyətdə gözləmək ideal variantdır: “Əlbəttə, indiki şəraitdə baş verənlərə doğru qiymət vermək lazımdır. Formula 1-in maliyyə tərəfini nəzərə almaya bilmərik. Çempionat və komandalar yaşamalıdır. Amma digər tərəfdən də öz idman növümzün imicini də fikirləşməliyik. Azarkeş olmadan Formula 1 Qran-Prisini təşkil etməyin əhəmiyyəti yoxdur. Yaxşısı budur ki, belə vəziyyətdə tələsməyək. Yarışı azarkeşsiz keçirməkdənsə, vəziyyətin düzələcəyini gözləmək daha yaxşıdır”.

    Ətraflı   17:00     23-Apr-2020     1456
  • alternative title

    Məşhur tennisçilər ATP ilə WTA-nı bir qurumda birləşməyə çağırıblar

    Məşhur isveçrəli raketka ustası Rocer Federer Peşəkar Tennisçilər Assosiasiya (ATP) ilə Qadın Tennisi Assosiasiyasını (WTA) bir qurumda birləşməyə çağırıb. QALANEWS xarici KİV-lərə istinadla xəbər verir ki, “Pekin-2008” Yay Olimpiya Oyunlarının qalibi artıq birləşməyin vaxtının çatdığını deyib. Bildirib ki, bu iki təşkilat azarkeşlərdə çaşqınlıq yaradır. Çünki hər iki təşkilatın öz loqosu, reytinq sistemi və fərqli kateqoriyalar üzrə yarışları var. Koronavirus pandemiyasının hökm sürdüyü bir dövrdə birləşmə mütləqdir. Böhran dövründə iki zəifləmiş qurumun fəaliyyətindənsə, bir güclü təşkilatın olması vacibdir. Dünya reytinqində ikinci pillədə qərarlaşan ispaniyalı tennisçi Rafael Nadal həmkarının fikirlərini dəstəkləyib. Qeyd edək ki, ATP 1972-ci ildə, WTA isə 1 il sonra yaradılıb. Bir müddət əvvəl hər iki qurum koronavirus pandemiyasına görə iyulun 13-dək bütün turnirləri dayandırıblar.

    Ətraflı   16:58     23-Apr-2020     2132
  • alternative title

    Sentyabr ayında Berlində keçirilməsi nəzərdə tutulan marafon təxirə salınıb

    Sentyabrın 26-27-də Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan marafon koronavirus pandemiyası səbəbindən təxirə salınıb. QALANEWS turnirin rəsmi saytına istinadla xəbər verir ki, bu addım yerli hökumətin ölkədə 5 min və daha artıq insanın iştirakı ilə nəzərdə tutulan tədbirlərə qoyduğu qadağa səbəbindən atılıb. Yarışın yeni vaxtı barədə qısa müddətdə məlumat veriləcəyi vurğulanıb. Qeyd edək ki, Berlin marafonu 1974-cü ildən bəri hər il təşkil olunur.

    Ətraflı   16:58     23-Apr-2020     1487
  • alternative title

    Triatlonçumuz Rostislav Pevtsov beynəlxalq reytinq cədvəlində 20-ci pillədə qərarlaşıb

    Avropa Triatlon Şurası idmançıların növbəti reytinq cədvəlini açıqlayıb. QALANEWS qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 1 pillə geriləyib. Belə ki, hesabında 2464 xal olan R.Pevtsov 20-ci pillədə qərarlaşıb. Reytinq cədvəlinə fransalı Vinsent Luis liderik edir. İlk üçlüyü İspaniya idmançıları Mario Mola və Fernando Alarza qapayırlar.

    Ətraflı   16:55     23-Apr-2020     1343
  • alternative title

    Bu il UEFA Çempionlar Liqasının oyunları VAR sistemi tətbiq edilmədən keçirilə bilər

    UEFA bu il Çempionlar Liqasının oyunlarında “Video-Köməkçi Hakim” (VAR) sisteminin tətbiqini müvəqqəti dayandıra bilər. AZƏRTAC xəbər verir ki, turnir bu il davam edərsə, o zaman VAR dayandırılacaq, çünki mübahisəli məsələlərə baxanda hakimlər koronavirus pandemiyasına görə sosial məsafəni saxlaya bilməyəcəklər. Bu qərar, həmçinin UEFA Avropa Liqasının oyunlarına da təsir edəcək. Məsələ bu gün keçiriləcək UEFA İcraiyyə Komitəsinin videokonfransında müzakirə olunacaq.

    Ətraflı   16:54     23-Apr-2020     1501
  • alternative title

    Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqlara müvəqqəti fasilə verilib

    Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi istiqamətində ötən müddət ərzində AFFA tərəfindən müvafiq işlər görülüb. QALANEWS AFFA-ya istinadən xəbər verir ki, əvvəlcə namizədlərin geniş siyahısı tərtib olunub və həmin siyahı ilə bağlı İcraiyyə Komitəsinin yanvarın 28-də keçirilmiş iclasında fikir mübadiləsi aparılıb. İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin tövsiyələri nəzərə alınmaqla namizəd məşqçilərin qısa siyahısı hazırlanıb. Lakin dünyanın əksər ölkələrini əhatə edən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bir çox fəaliyyət sahələrində işlərin sürətinin azaldılması və bir sıra hallarda dayandırılması, ölkədaxili və beynəlxalq futbol turnirlərində oyunların qeyri-müəyyən müddətə təxirə salınması, müvafiq yarışların təqvimləri ilə bağlı dəqiqləşdirmələrin aparılmasının hələ ki, mümkünsüzlüyü nəzərə alınaraq, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqlara müvəqqəti fasilə verilib. Bununla belə, AFFA tərəfindən müvafiq məşqçilərlə mütəmadi qaydada əlaqə saxlanılır. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müvafiq rəsmi məlumatlar affa.az vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılacaq.

    Ətraflı   16:52     23-Apr-2020     1214
  • alternative title

    Formula 1 üzrə dünya çempionu virtual “SRO E-Sports GT Series” çempionatında iştirak edəcək

    2009-cu ildə Formula 1 üzrə dünya çempionu olan Censon Batton virtual “SRO E-Sports GT Series” çempionatında iştirak edəcək. AZƏRTAC xəbər verir ki, sabiq çempion yarışda “McLaren 720S GT3” adlı bolidlə mübarizə aparacaq və öz komandası – “Jenson Team Rocket RJN”i təmsil edəcək. C.Batton ilə yanaşı, çempionatda sabiq Formual 1 pilotu Vitantonio Liutsi də yarışacaq. Pilot Formula 1 üzrə dünya çempionatında “Red Bull Racing”, “Toro Rosso”, “Force İndia” və HRT komandalarının şərərfini qoruyub. Çempionatın birinci yarışı aprelin 26-də Silverstoun avtodromunda təşkil olunacaq. Daha sonra Spa, Nyurburqrinq və Barselona mərhələlərinin keçirilməsi nəzərdə tutulub. Çempionatın finalı isə iyunun 14-də azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək trasda baş tutacaq.

    Ətraflı   16:51     23-Apr-2020     1351
  • alternative title

    On yeddi yaşadək şahmatçılar arasında onlayn Qran-Pri turniri davam edir

    “Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil” RİM) təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçirilən onlayn Qran-Pri turniri davam edir. AZƏRTAC xəbər verir ki, aprelin 23-də turnirin beşinci mərhələsinin oyunları keçirilir. Ötən mərhələlərin nəticəsinə görə aktivində 168 Qran-Pri balı olan Şiroğlan Talıbov birinci pillədə qərarlaşıb. Elmar Atakişiyev (138 bal) ikinci, Atilla Eynullayev (80 bal) üçüncü yerləri tuturlar. Yarış www.chess.com internet portalı üzərindən keçirilir və yeddi mərhələdən ibarətdir. Ümumilikdə 330 şahmatçının iştirakı ilə keçirilən turnirdə milli komandamızın üzvlərindən bir nəfər fəxri üzv kimi yarışa qatılır (müsabiqədənkənar) və həmin mərhələ o şahmatçının adı ilə adlanır. Bugünkü yarışda Türkan Məmmədyarova mübarizə aparır. Aprelin 26-da başa çatacaq turnir karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması məqsədi daşıyır. Turnirin ümumi mükafat fondu 1000 manat təşkil edir.

    Ətraflı   16:50     23-Apr-2020     1385
  • alternative title

    Ağır atletika üzrə Avropa çempionatının keçiriləcəyi vaxt müəyyənləşib

    Ağır atletika üzrə Avropa çempionatının keçiriləcəyi vaxt müəyyənləşib. AZƏRTAC xəbər verir ki, qitə birinciliyi oktyabrın 31-dən noyabrın 8-dək əvvəlcədən planlaşdırıldığı kimi Moskvada təşkil olunacaq. Əvvəlcədən aprelin 4-12-nə planlaşdırılan Avropa çempionatı iyunun 13-21-nə təxirə salınmışdı. Daha sonra həmin tarix də qeyri-müəyyən vaxta uzadılmışdı. Qeyd edək ki, Avropa çempionatında Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulub.

    Ətraflı   16:49     23-Apr-2020     1350
  • alternative title

    UEFA qadınlar arasında Avropa Çempionatını 2022-ci ilə təxirə saldı

    UEFA 2021-ci ildə İngiltərədə keçirilməsi planlaşdırılan qadınlar arasında Avropa çempionatını təxirə salıb. QALANEWS UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsi bu gün videokonfrans vasitəsilə keçirilən iclasda qərar qəbul edib. Qərara əsasən, “AVRO-2021” 2022-ci il iyulun 6-dan 31-dək keçiriləcək.

    Ətraflı   16:47     23-Apr-2020     1384
  • alternative title

    Ramil Quliyev Çindən qayıtdıqdan sonra virusa yoluxmasından danışdı

    “Türkiyədə uşaq bayramıdır. Ona görə də bu həftənin sonunadək evdə olacağıq”. QALANEWS xəbər verir ki, bunu yüngül atletikanın qaçış növü üzrə dünya və Avropa çempionu Ramil Quliyev deyib. Türkiyə millisi adından çıxış edən Ramil Quliyev “Evdə qal, idmansız qalma” verilişində ötən il Çindəki yarışdan qayıtdıqdan sonra ağciyərlərində virusun tapılmasından danışıb: “Ötən il çox yarışlara çıxdım. Bizim turnirlərin arasında fasilə az olur. Üç gün bir yerdə qalıb, başqa şəhərə gedirik. Günümü təyyarədə, hotellərdə, bağlı məkanlarda keçirdiyim üçün virusa yoluxdum. Onda mənə antibiotik verdilər. Çətin dövr keçirdim. Mövsümə yenidən başlamaq lazım gəlirdi. Bir ay ərzində iki təlim-məşq toplanışında oldum. Əlimdən gələni etdim ki, əvvəlki formama qayıdım”. Azərbaycan millisinin sabiq üzvü olan R.Quliyev dilimizdə çətinliklə danışmasına da aydınlıq gətirib: “Bəlkə də, il ərzində toplasaq, cəmi bir ay evdə ola bilirəm. Həmişə milli komanda ilə birgə təlim-məşq toplanışında və yarışlardayam. Hər yerdə türkcə danışıram deyə, Azərbaycandan ayrılmağımdan da 10 il keçdiyi üçün öz dilimizi bir az unutmuşam. Amma təcrübə lazımdır. Kiminləsə bir ay mütəmadi danışsam, Azərbaycan dilinə qayıdaram”. Antalyada avqust ayında Fransanın paytaxtı Parisdə keçirilməsi nəzərdə tutulmuş Avropa çempionatına hazırlaşan Ramil Quliyev Türkiyədə hansı şəraitdə məşq etməsindən, pəhriz saxlamasından da danışıb: “Türkiyədə şənbə və bazar günləri karantin olur. Heç kim evdən çölə çıxa bilməz. Kimsə polis tərəfindən saxlanılsa, üç min lirə, bizim pulla 700-800 manatlıq cərimə var... İndi Türkiyədə bütün idman qurğuları bağlıdır. Yalnız restoranlar sifariş çatdırmaq şərtilə işləyir. Antalyada meşə kimi park var. Orda qaçırıq. Normalda polis bizi tutsa, cərimələməlidir. Amma milli üzvləri olduğumuz üçün bizə güzəşt olunur. İndi çox idman etmirik deyə, pəhrizə fikir veririk. Əks halda, çəkimiz çox olar. Adi vaxtlarda idman da edirdik deyə, yeməyimizə fikir vermirdik. Çünki idmanla çəkini aşağı salmaq olurdu. İndi isə yemək porsiyamızı yarıya endirmişik. Şokolad, çipsi yemirik. Bu xəstəlikdə bəzən simptomlar görünmür, sağlam kimi görünürsən. Amma çölə çıxmaqla bu xəstəliyi digərlərinə də yaya bilərsən. Ona görə də, hökumətlər əhalini evdə qalmağa səsləyir”.

    Ətraflı   15:29     23-Apr-2020     1315
  • alternative title

    Roje Federer kişi və qadın tennisini birləşdirməyi təklif etdi - FOTO

    İsveçrəli tennisçi Roje Federer kişi və qadın tennisini birləşdirmək təklifi ilə çıxış edib. Tennisçi bu bardə fikirlərini öz “Twitter” hesabında yazıb. “Sadəcə maraqlıdır... Təkcə mən düşünürəm ki, kişi və qadın tennisini birləşdirməyin vaxtı çatıb?” R.Federerin təklifi cavabsız qalmayıb. Dünyanın keçmiş bir nömrəli raketka ustası Simona Halep həmkarına “Xeyr, tək sən elə düşünmürsən” cavabını yazıb.

    Ətraflı   14:24     23-Apr-2020     1405
  • alternative title

    AFFA danışıqları dayandırdı

    Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müəyyənləşdirilməsi istiqamətində ötən müddət ərzində AFFA tərəfindən müvafiq işlər görülüb. QALANEWS xəbər verir ki, AFFA bununla bağlı məlumat yayıb. “Əvvəlcə namizədlərin geniş siyahısı tərtib olunub və həmin siyahı ilə bağlı İcraiyyə Komitəsinin 2020-ci il 28 yanvarda keçirilmiş iclasında fikir mübadiləsi aparılıb. İcraiyyə Komitəsinin və Məşqçilər Komitəsinin tövsiyələri nəzərə alınmaqla, namizəd məşqçilərin qısa siyahısı hazırlanıb. Lakin dünyanın əksər ölkələrini əhatə edən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bir çox fəaliyyət sahələrində işlərin sürətinin azaldılması və bir sıra hallarda dayandırılması, ölkədaxili və beynəlxalq futbol turnirlərində oyunların qeyri-müəyyən müddətə təxirə salınması, müvafiq yarışların təqvimləri ilə bağlı dəqiqləşdirmələrin aparılmasının hələ ki mümkünsüzlüyü nəzərə alınaraq, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqlara müvəqqəti olaraq fasilə verilib. Bununla belə, AFFA tərəfindən müvafiq məşqçilərlə mütəmadi qaydada əlaqə saxlanılır. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müvafiq rəsmi məlumatlar affa.az vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılacaq”, - məlumatda qeyd edilib.

    Ətraflı   13:36     23-Apr-2020     1377
  • alternative title

    Niderlandlı futbolçu Azərbaycan klubundan təklif aldığını açıqladı

    Futbol üzrə Niderland millisinin sabiq yarımmüdafiəçisi Endi van der Meyde ölkəsinin mətbuatına verdiyi müsahibədə bildirib ki, Azərbaycanda oynamaq barədə təklif alıbmış. Vi.nl saytı xəbər verir ki, 2004-cü ilin Avropa çempionatının bürünc mükafatçısı karyerasının sonlarında Azərbaycandan gələn təklif barədə deyib: “Azərbaycanda iki il ərzində 1,2 milyon qazana bilərdim, lakin artıq futbol oynamaq istəmirdim. Həyatımda ilk dəfə gözdən itmək istəyirdim”. Endi van der Meyde bildirib ki, karyerasını bitirəndən sonra Amsterdamda yerləşən evində əyləncə məclisləri qurub: “Azadlığın dadını çıxarırdım. İçki, narkotik, qızlar... İstədiyimi edirdim”. Sabiq futbolçu millidə bir yerdə oynadıqları Vesli Sneyder haqda da fikirlərini bölüşüb. O qeyd edib ki, Sneyder artıq rahib kimi yaşamamalı, futbol karyerasına son qoymalı və həyatdan həzz almalıdır.

    Ətraflı   13:31     23-Apr-2020     1142

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:52     06-Aug-2020     2185
  • alternative title 16:46     06-Aug-2020     2213
  • alternative title 15:44     06-Aug-2020     2881
  • alternative title 14:29     06-Aug-2020     2554
  • alternative title 12:03     06-Aug-2020     3107
image title here

Some title