Loading alternative title

İDMAN

  • alternative title

    Azərbaycan Gimnastika Federasiyası ardıcıl üçüncü dəfə dünyanın ən yaxşısı seçildi

    Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların” siyahısında yenidən birincidir. Bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib. 2019-cu ilin nəticələrinə əsasən, AGF bir daha digər federasiyalardan fərqlənərək birinciliyi əldən verməyib. Ötən il federasiya tərəfindən gimnastikanın üç növü üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Dünya Çempionatı, FIG Akademiyasının kişi idman, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkili, həmçinin, FIG-nin tanıdığı gimnastikanın yeddi yarış növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı FIG tərəfindən bu dəfə də yüksək dəyərləndirilib. Özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017 və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb.

    Ətraflı   12:23     03-Mar-2020     2683
  • alternative title

    Bu gün Millətlər Liqasında futbol yığmamızın rəqibləri bilinəcək

    Bu gün UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçiriləcək. QALANEWS xəbər verir ki, tədbir Niderlandın paytaxtı Amsterdamda baş tutacaq. İkinci dəfə təşkil olunan yarışda Avropanın 55 milli komandası mübarizə aparacaq. İştirakçılar ilk turnirdəki nəticələrinə əsasən dörd – A, B, C və D liqalarına bölünüb. Sonuncu dəstədə 7, digərlərində 16 komanda yer alıb. Püşk bu komandaları ümumilikdə 14 qrupa böləcək. A, B və C liqalarında dörd komandalı dörd qrup olacaq. D liqasında isə bir qrupda dörd, digərində üç yığma qüvvəsini sınayacaq. Azərbaycan yığması C liqasında mübarizə aparacaq. Millimiz püşkatma zamanı sonuncu – ən zəiflərin səbətində yer alacaq. Yəni komandamız Ermənistan, Qazaxıstan və Moldova ilə bir qrupa düşməyəcək.

    Ətraflı   11:49     03-Mar-2020     2833
  • alternative title

    AFFA bu oyunları təxirə saldı

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı əsasında koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. QALANEWS xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə bu gündən martın 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin, “Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.

    Ətraflı   11:41     03-Mar-2020     2224
  • alternative title

    Azərbaycanlı futbolçu İngiltərənin məşhur klubuna iki qol vurdu - FOTO

    Millimizin futbolçusu Renat Dadaşov İngiltərədə növbəti qolunu vurub. QALANEWS xəbər verir ki, İngiltərənin “Vulverhempton” klubunun 23 yaşadək komandasının (U-23) futbolçusu “Tottenhem”lə çempionat oyununda 90 dəqiqə meydanda olub. Londonun Stivenic qəsəbəsində keçirilən oyunda gənc “mahmızlar” ilk hissədə “canavarlar”ın qapısından üç top keçirib. Lakin komandasının 9 nömrəli futbolçusu olan Renat Dadaşov fasilədən sonra iki qol vurub. O, əvvəlcə 77-ci dəqiqədə penaltidən fərqlənib. Səkkiz dəqiqə sonra danimarkalı qapıçı Endreas Söndeqonun uzun hava ötürməsini qəbul edən Renat rəqib qapıçını da keçərək dublunu rəsmiləşdirib. Bununla belə, “Vulverhempton”un bundan artığına gücü çatmayıb və komanda 2:3 hesabı ilə uduzub. “Vulverhempton” U-23-ü 11 xalla 12 komanda arasında sonuncudur. Xatırladaq ki, Renat Dadaşov daha əvvəl çempionat oyununda “Liverpul” U-23-nün qapısına qol vurmuşdu.

    Ətraflı   11:36     03-Mar-2020     2910
  • alternative title

    MMA ulduzu əməliyyatdan sonra kamera qarşısında soyundu – FOTO

    Məşhur idmançı, qarışıq döyüş ustası Keti Zinqano sinəsində aparılan əməliyyatdan sonra çılpaq şəklini paylaşıb. “Ren TV” xəbər verir ki, əməliyyat zamanı idmançının sinəsindəki implantlar çıxardılıb. “Dəyişiklikləri bir neçə il öncə hiss etdim, lakin diaqnozu ciddiyə almadım. Təkəbbürlü olduğumdan dəyişmək istəmirdim. Lakin getdikcə vəziyyətim pisləşdi”, - deyə K.Zinqano qeyd edib. İdmançı zəhərli implantlar səbəbindən uzun müddət əziyyət çəkib. “Hələ də qabırğalarımı, ağ ciyərlərimi, endokrin sistemimi, əzələlərimi və başqa şeyləri bərpa edirəm”, - deyə Zinqano etiraf edib.

    Ətraflı   10:44     03-Mar-2020     2886
  • alternative title

    Məşhur futbolçu pul qoyuluşunda iştiraka görə diskvalifikasiya olunub

    İngiltərə milli komandasının və Türkiyənin “Trabzonspor” klubunun sabiq hücumçusu Deniel Starric futboldan uzaqlaşdırılıb. İngiltərə Futbol Assosiasiyasının (FA) rəsmi saytı bildirib ki, futbolçuya qarşı yönəlmiş bu cəza iyunun 17-dək qüvvədə qalacaq. Starrici pul qoyuluşu barədə qaydaları pozmaqda günahkar bilinir. Ona dörd həftəsi şərti olmaqla, altı həftə müddətinə diskvalifikasiya və 150 min funt sterlinq (170 min avro) cərimə cəzası kəsilib.

    Ətraflı   10:34     03-Mar-2020     2867
  • alternative title

    UEFA koronavirusla bağlı vəziyyəti diqqətlə izlədiyini bəyan edib

    Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) koronavirusla bağlı vəziyyəti diqqətlə izləyir. Bu barədə martın 2-də təşkilatın mətbuat xidmətindən bildiriblər. QALANEWS TASS agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl “As” və “The Sun” nəşrlərinin yaydıqları məlumata görə, UEFA üzvləri Amsterdamda təşkilatın İcraiyyə Komitəsinin iclasında koronavirusun yayılmasını və onun 2020-ci il Avropa çempionatının keçirilməsinə təhlükə törədə biləcəyini müzakirə edəcəklər. Məlumatda deyilir: “UEFA koronavirusla bağlı vəziyyəti çox ciddi izləyir. Biz koronavirus və onun yayılması ilə əlaqədar Dünya Səhiyyə Təşkilatı və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq”. “Avro-2020 çempionatı 2020-ci il iyunun 12-də Romada başlayacaq. Hazırda turnirin cədvəlində nəyisə dəyişməyə lüzum yoxdur. Bu məsələ daim nəzarətdə olacaq”, - deyə UEFA-nın mətbuat xidmətində qeyd ediblər.

    Ətraflı   18:20     02-Mar-2020     2996
  • alternative title

    Toto Volff: Luis Hamiltonla hələ danışıqlara başlamamışıq

    “Mercedes”in rəhbəri Toto Volff Luis Hamiltonla yeni müqavilənin maliyyə tərəfindən anlaşa bilməmələri ilə bağlı məlumatlara aydınlıq gətirib. QALANEWS xəbər verir ki, o, Böyük Britaniya mətbuatına açıqlamasında ümumiyyətlə hələ danışıqlara başlanmadığını qeyd edib. Bildirib ki, bir neçə gün əvvəl Luis Hamiltion hələ yeni müqavilənin gündəmdə olmadığını dilə gətirmişdi. Xatırladaq ki, yeni Formula 1 mövsümünün sonunda L.Hamiltonun “Mercedes”lə müqavilə müddəti başa çatır. Onun “Ferrari”yə keçəcəyi haqda xəbərlər yayılsa da, məlumatlar təsdiqini tapmır.

    Ətraflı   18:18     02-Mar-2020     1768
  • alternative title

    Azərbaycan Gimnastika Federasiya ardıcıl üçüncü dəfə dünyada birinci olub

    Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan federasiyalar”ın siyahısında yenidən birinci olub. AZƏRTAC xəbər verir ki, 2019-cu ilin nəticələrinə əsasən AGF bir daha digər federasiyalardan fərqlənərək birinciliyi əldən verməyib. Ötən il federasiya tərəfindən gimnastikanın üç növü üzrə dünya kuboku, bədii gimnastika üzrə dünya çempionatı, FIG Akademiyasının kişi idman, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkili, həmçinin beynəlxalq idman qurumunun tanıdığı gimnastikanın 7 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək aktiv iştirakı FIG tərəfindən bu dəfə də yüksək dəyərləndirilib. Özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası 2014-cü, 2015-ci və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017-ci və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb.

    Ətraflı   18:16     02-Mar-2020     3505
  • alternative title

    Abdullah Avcının sabiq köməkçisi: “Azərbaycandan da təklif almışdı, amma...”

    Türkiyənin “Fənərbaxça” klubunu AFFA-nın təklif göndərdiyi Abdullah Avcı çalışdıra bilər. QALANEWS xəbər verir ki, Avcı Ərsun Yanalın istefasından sonra İstanbul klubu ilə adı gündəmə gələn baş məşqçilər arasında birincidir. “Başakşəhər” klubunda Abdullah Avcının köməkçilərindən olmuş Sərhat Gülpınar “Radyospor”a açıqlamasında onun AFFA-dan təklif aldığını bildirib: “Abdullah hoca ilə “Beşiktaş”dan ayrıldıqdan sonra görüşmüşdük. O, əminliklə mövsümün sonunadək heç bir klubda işləməyəcəyini və istirahət edəcəyini bildirmişdi. Azərbaycan milli komandası üçün də təklif almışdı, ancaq danışıqlar mənfi nəticələnmişdi”. Qeyd edək ki, hazırda yığmamıza baş məşqçi postuna əsas namizəd kimi italiyalı Canni de Byazi göstərilir.

    Ətraflı   17:30     02-Mar-2020     3178
  • alternative title

    “Yuventus”un futbolçuları koronavirusa görə karantinə alındı

    “Yuventus”un U-23 komandası koronavirusa görə karantin altına alınıb. “The World Game” nəşri kluba istinadən məlumat verir ki, qərar “Pyaneze” klubu ilə qarşılaşmadan sonra verilib. Belə ki, “Pyaneze”nın üç futbolçusunun və bir klub nümayəndəsinin koronavirusa yoluxduğu məlum olandan sonra klub gənc futbolçuları müşahidə altına alıb. Klub məşqləri müvəqqəti olaraq dayandırıb. Rəhbərliyin yaydığı bəyanatda qeyd olunur ki, karantin müddətindən altı gün keçməsinə baxmayaraq, heç bir futbolçunun sözügedən virusa yoluxduğu müşahidə olunmayıb.

    Ətraflı   16:14     02-Mar-2020     2652
  • alternative title

    Nurlan Novruzovun viza problemi həll olundu, Estoniyada “gümüş” qazandı

    Azərbaycanlı futbolçu Nurlan Novruzovun Estoniyada üzləşdiyi işçi vizası problemi həll olunub. QALANEWS xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində Estoniyaya işçi vizası alan N.Novruzov ötən gün Superkubok matçında iştirak edə bilib. Sabah 27 yaşını qeyd edəcək futbolçu yeni qoşulduğu Narva şəhərinin “Trans” komandası ilə paytaxtın “Flora” klubuna qarşı çıxış edib. O, 52-ci dəqiqədə Estoniyada debütünü reallaşdırıb. Bununla belə, N.Novruzovun komandası 0:2 hesabı ilə uduzub. Son kubokun qalibi “Trans”a gümüş, çempion “Flora”ya isə qızıl medallar və kubok verilib.

    Ətraflı   14:39     02-Mar-2020     3129
  • alternative title

    FHN-in əməkdaşı Açıq Respublika Qış çempionatında iki medal qazanıb - FOTO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı üzgüçülük üzrə Açıq Respublika Qış çempionatında qalib gəlib. FHN-dən verilən xəbərə görə, Su İdmanı Sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Açıq Respublika Qış çempionatı keçirilib. Yarışda üç ölkədən – Azərbaycan, Rusiya və Gürcüstandan olan 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb. FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşı, İdman-Təlim şöbəsinin inspektoru Boris Kirillov yüksək nəticə göstərərək, kişilər arasında 50 metr arxası üstə üzmədə birinci və 50 metr sərbəst üzmədə üçüncü yerə layiq görülüb. Qalibə Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomu təqdim olunub.

    Ətraflı   14:01     02-Mar-2020     2847
  • alternative title

    Cəbrayıl Həsənov Budapeştdəki lisenziya turnirində olmayacaq: “Müalicə alıram”

    Sərbəst güləş üzrə üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov 19-22 mart tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Olimpiadaya lisenziya verən Avropa təsnifat turnirini buraxacaq. Bu barədə Olimpiya mükafatçımızın özü məlumat verib. 30 yaşlı idmançımız Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Dünya təsnifat turniri vasitəsilə Olimpiadaya lisenziya qazanmağa çalışacağını bildirib: “Mən, əslində, ötən ay İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında iştirak etməməli idim. Bildiyiniz kimi, o yarış Olimpiadaya lisenziya qazandırmırdı. Ancaq millinin kapitanı kimi oraya getməli idim. 79 kq çəki dərəcəsində yarışdım və bürünc medal qazandım. Finala çıxmağıma ayağımda, xüsusən də boyun nahiyəmdə olan yırtıq mane oldu. Fənd edən kimi ağrı verir. Ona görə də müalicə götürməyi qərara aldım. Hazırda da müalicə alıram. Məhz bu səbəbdən komanda ilə Kislovodskdakı təlim-məşq toplanışında iştirak etmədim. Təəssüf ki, mən Budapeştdəki turniri buraxacağam. Amma Sofiyada keçiriləcək turnirdə iştirak edəcəyəm. İnşallah, Bolqarıstanda Olimpiadaya vəsiqə qazanaram. Sofiyada 86 kq-da çıxış edəcəyəm”. Qeyd edək ki, sərbəst güləş üzrə millimizin digər üzvü Hacımurad Hacıyev də Budapeştə gedə bilməyəcək. Gənclər arasında dünya çempionumuzun sağ qolu son qitə birinciliyinin 1/8 finalında İtaliyanı təmsil edən kubalı Frank Çamiso ilə görüşdə qırılıb. İkiqat dünya çempionu, Olimpiya mükafatçısı dördüncü Avropa çempionluğuna gedən yoldakı görüşdə fənd edərkən, Dağıstandan olan legionerimiz döşəyə sağ qolu üstə düşüb. Bu səbəbdən Hacımurad Hacıyevin 74 kq çəki dərəcəsində Azərbaycanı Olimpiadada təmsil etməyəcəyi dəqiqdir. Budapeştdə 74 kq-da Azərbaycanı Olimpiya və Avropa çempionumuz Toğrul Əsgərov təmsil edəcək. Avropa təsnifat turniri onun uzun fasilədən sonra ilk ciddi sınağı olacaq.

    Ətraflı   13:50     02-Mar-2020     2457
  • alternative title

    2020-ci il Yay Olimpiya Oyunları azarkeşsiz keçirilə bilər

    2020-ci il Yay Olimpiya Oyunları azarkeşsiz keçirilə bilər. Bu barədə “Daily Mail” məlumat yayıb. 2020-ci il Yay Olimpiya Oyunlarının azarkeşsiz keçirilməsinə səbəb koronavirus epidemiyasının yayılması ola bilər. Sözügedən qərar qəbul ediləcəyi halda Beynəlxalq Olimpiya Komitəsinin yayım şirkətləri ilə bağlanılan çoxmilyonluq müqavilələrini itirməməsi üçün oyunlar yalnız televiziya vasitəsilə yayımlanacaq. Xatırladaq ki, 2020-ci il Yay Olimpiya Oyunları 24 iyul-9 avqust tarixlərində Tokioda keçiriləcək.

    Ətraflı   13:14     02-Mar-2020     2234
  • alternative title

    UEFA bu gün Konqres keçirəcək: Koronavirus da müzakirə ediləcək

    UEFA bu gün keçirəcəyi Konqresdə koronavirusla bağlı məsələni də müzakirə edəcək. QALANEWS xəbər verir ki, bu gün qitə futbol qurumu Niderlandın paytaxtı Amsterdamda 44-cü Konqresini keçirəcək. Burada koronavirusla əlaqədar son durumla bağlı müzakirələr aparılacaq, çıxış yolları axtarılacaq. İtaliya, İsveçrə kimi çempionat oyunları təxirə salınmış ölkələrdəki vəziyyət təhlil ediləcək. Həmçinin, AVRO-2020-nin bəzi ev sahiblərinin dəyişdirilmə ehtimalı da gözdən keçiriləcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq və iki saat davam edəcək Konqresin gündəliyində aşağıdakı məsələlər yer alacaq: * UEFA-nın illik hesabatının təsdiqi; * UEFA-nın 2018/19 maliyyə hesabatının və 2020/21 büdcəsinin təsdiqi; * UEFA-nın komitələrinin işində yenilənmə. Həmçinin, UEFA İcraiyyə Komitəsinə və FIFA Şurasına üzvlərin seçkiləri keçiriləcək. UEFA İcraiyyə Komitəsi 2022-ci ilin Avropa Liqasının final, 2022 və 2023-cü ildə Super Kubok matçlarının ev sahibi olacaq şəhəri təsdiqləyəcək. 2020/21 mövsümü üçün Çempionlar Liqası, Avropa Liqası, UEFA Gənclər Liqası, qadınlar arasında Çempionlar Liqası, futzal üzrə Çempionlar Liqasının və bu il keçiriləcək UEFA Super Kubokunun qaydaları təsdiq üçün təqdim olunacaq.

    Ətraflı   12:43     02-Mar-2020     2971
  • alternative title

    Vinisius Messini geridə qoyaraq rekord qırdı

    Madrid “Real”ının hücumçusu Vinisius Junior 21-ci əsrdə “El-Klasiko”larda fərqlənmiş ən gənc oyunçu olub. Bu barədə Optasports.com nəşri məlumat yayıb. Forvard İspaniya çempionatının 26-cı turu çərçivəsində “Barselona” ilə qarşılaşmada fərqlənib. 71-ci dəqiqədə qapıya yol tapan hücumçu hesabı açıb. Vinisius Junior qarşılaşmada Messinin rekordunu qırıb. Belə ki, oyunda fərqlənən hücumçu 19 yaş 233 günündə olub. Daha əvvəl bu göstərici üzrə rekord 19 yaş 259 günlə Messidə olub. Xatırladaq ki, qarşılaşmanı “Real” 2:0 hesablı qələbə ilə başa vurub.

    Ətraflı   12:29     02-Mar-2020     2862
  • alternative title

    “Real” “El-klasiko”nu qazanıb liderliyə yüksəldi

    İspaniya La Liqasının XXVI turunda “El Klasiko” baş tutub. QALANEWS xəbər verir ki, Madriddə keçirilmiş görüşdə “Real” “Barselona”nı qəbul edib. İki komanda arasında əzəli rəqabətdən əlavə turnir cədvəli baxımından da olduqca vacib əhəmiyyət daşıyan görüşün qalibi meydan sahibləri olub. Bu matça qədər 53 xalı olan və 55 xallı “Barselona”dan sonra ikinci pillədə qərarlaşan “Kral klubu” iki qollu qələbə ilə xalını 56-ya yüksəldib və liderlik mövqeyini ələ keçirib. Oyunda hesabı Vinisius Junior açıb. O, 71-ci dəqiqədə Toni Kroosun ötürməsini məntiqi sonluğa çatdırıb. Qarşılaşmaya əlavə olunmuş 2-ci dəqiqədə isə Mariano Diaz nəticəni elan edib. Bir dəqiqə əvvəl oyuna daxil olan və Dani Karvaxalın ötürməsindən sonra fərqlənən 26 yaşlı futbolçu hesabı 2:0-a çatdırıb.

    Ətraflı   11:21     02-Mar-2020     2805
  • alternative title

    Karateçimiz Avstriyada qızıl medal qazandı

    Avstriyada təşkil olunan Karate1 Premyer Liqa turnirinin son günündə medallar uğrunda görüşlər keçirilib. Azərbaycan karateçiləri sözügedən yarışda iki medal əldə ediblər. Qızıl medal ümidlərimizdən biri Rafiz Həsənov (67 kq) həlledici döyüşdə italiyalı Luka Mareskaya qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İrina Zaretska (68 kq) isə bürünc mükafata sahib çıxıb. O, üçüncülük mübarizəsində Linqlinq Tanqı (Çin) yolundan kənarlaşdırıb. Yarışın son günü bürünc medal üçün yarışan idmançılarımızdan Ayxan Mamayevlə (84 kq) Asiman Qurbanlı (+84 kq) isə şansı əldən veriblər. Ayxan Mamayev qazaxıstanlı Daniyar Yuldaşevə, Asiman Qurbanlı isə misirli Mahmud Tarekə uduzub. Qeyd edək ki, turnir karateçilərə dünya və olimpiya reytinqi xalları qazandırıb.

    Ətraflı   11:03     02-Mar-2020     2301
  • alternative title

    Cüdoçularımız Avropa kuboku turnirində 3 medal qazanıblar

    Antalyada fevralın 29-da start götürən Avropa kuboku turnirinin birinci günündə Azərbaycanın yeniyetmə cüdoçuları 3 medal qazanıblar. Oğlanlar arasında Murad Gülməmmədov (50 kq) gümüş, Seymur Məcidli (60 kq) bürünc medala layiq görülüblər. Qızların yarışında isə Lətifə Abbasova (48 kq) üçüncü yeri tutub. Azərbaycanı qitə yarışında oğlanların mübarizəsində 32, qızların yarışında isə 13 cüdoçu təmsil edir. Komandamızın heyətində bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları da yer alıb. On altı ölkədən beş yüzdən çox cüdoçunun iştirak etdiyi yarışlara bu gün yekun vurulacaq.

    Ətraflı   10:53     02-Mar-2020     2641

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 13:47     10-Jul-2020     1221
  • alternative title 13:43     10-Jul-2020     994
  • alternative title 12:28     10-Jul-2020     555
  • alternative title 12:26     10-Jul-2020     1333
  • alternative title 12:15     10-Jul-2020     1732
image title here

Some title