Loading alternative title

İDMAN

  • alternative title

    AFFA-nın icraçı vitse-prezidenti UEFA-nın konqresində iştirak edir

    Niderlandın paytaxtı Amsterdamda UEFA-nın konqresi keçirilir. AZƏRTAC xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov konqresdə iştirak edir. Qeyd edək ki, tədbirdən sonra UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək.

    Ətraflı   18:15     03-Mar-2020     1717
  • alternative title

    Bakıdakı püşkatma təxirə salındı, ispaniyalı qonaq uçuşunu ləğv etdirdi

    Junior NBA Azərbaycan Liqasının püşkatma (draft) mərasimi təxirə salınıb. Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimovun verdiyi xəbərə görə, “Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” Nazirlər Kabinetinin 2 mart 2020-ci il sərəncamına müvafiq olaraq, martın 4-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilməsi planlaşdırılan mərasim başqa vaxt keçiriləcək. “Bunun üçün ciddi hazırlıq işləri görmüşdük. “CBC Sport” da canlı yayım verməli idi. Lakin Nazirlər Kabinetinin qərarından sonra Təhsil Nazirliyi bütün məktəblilərlə bağlı qərar verdi. Bu üzdən də püşkatma təxirə salındı. Liqanın püşkatma mərasimi üçün NBA-dan ispaniyalı koordinator da gəlməli idi. Kiyevdə olanda bu məlumatı ona çatdırdıq. Buna görə qonağımız Bakıya uçuşunu ləğv etdi. Əgər məktəblərdə tədris bərpa edilsə, püşkatmanın tarixini də müəyyənləşdirəcəyik”, - deyə V.Əzimov bildirib. Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası yanvarın 29-da NBA (Amerika Milli Basketbol Assosiasiyası) ilə müqavilə bağlayıb. Bu müqavilə əsasında Azərbaycanın 12-14 yaşlı məktəbli oğlan və qız basketbol komandaları yarışmalı idi.

    Ətraflı   17:58     03-Mar-2020     2389
  • alternative title

    Emil Balayev Norveçdən qayıtdı, Bakı klubu ilə anlaşdı - FOTO

    “Zirə” PFK yeni futbolçu ilə müqavilə bağlayıb. QALANEWS xəbər verir ki, Bakı komandası Emil Balayevlə anlaşıb. 25 yaşlı qapıçı ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb. Qeyd edək ki, Azərbaycan millisinin üzvü olan Balayev daha əvvəl “Neftçi”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Ayntraxt” (Almaniya, Frankfurt), “Səbail” və “Tobol” (Qazaxıstan) klublarının da şərəfini qoruyub. O, ötən ay Norveçin “Budö/Qlimt” klubunun düşərgəsində yer alsa da, maliyyə məsələlərində anlaşa bilməyərək, ölkəmizə qayıtmışdı.

    Ətraflı   17:50     03-Mar-2020     2612
  • alternative title

    Ronaldonun anası xəstəxanaya yerləşdirildi

    “Yuventus”un futbolçusu Kriştianu Ronaldo bəd xəbər alıb. QALANEWS-un məlumatına görə, portuqaliyalı superulduzun anası Mariya Doloreş duş Santuş Aveyru xəstəxanaya yerləşdirilib. Buna onun insult keçirməsi səbəb olub. 65 yaşlı Mariya Aveyrunun hazırda vəziyyətinin stabil olduğu bildirilir. Qeyd edək ki, Aveyru 2007-ci ildə xərçəng xəstəliyinə qalib gəlmişdi. Keçən il isə o, yenidən müalicə kursu keçdiyini açıqlamışdı.

    Ətraflı   17:29     03-Mar-2020     2434
  • alternative title

    Velotrekdə dezinfeksiya tədbirlərinə başlanıldı

    Koronavirus epidemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb. QALANEWS xəbər verir ki, bundan başqa martın 7-8-də keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə Bakı Kubokunun I mərhələsi də təxirə salınıb. Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.

    Ətraflı   16:48     03-Mar-2020     2533
  • alternative title

    Karate üzrə 11-ci beynəlxalq “Baku open” turniri keçiriləcək

    Martın 5-8-də Bakı Boks Mərkəzində karate üzrə 11-ci beynəlxalq “Baku open” turniri keçiriləcək. AZƏRTAC xəbər verir ki, ənənəvi turnir bu dəfə dünya şöhrətli Azərbaycan karateçisi Rafael Ağayevin 35 illik yubileyinə həsr olunur. Yarışlarda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran karateçilər iştirak edəcəklər. Fərdi və komanda yarışlarında karateçilərimizlə yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan da daxil olmaqla, 10-dək ölkədən min idmançının iştirakı gözlənilir. Martın 5-də böyüklər və veteranlar, ertəsi gün gənclər güclərini sınayacaqlar. Martın 7-də yeniyetmələr, bazar günü isə uşaqlar mübarizə aparacaqlar. Turnirin açılış mərasimi martın 6-da olacaq.

    Ətraflı   16:25     03-Mar-2020     2853
  • alternative title

    FIDE-yə üzv olan ölkələrin sayı artıb

    Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FIDE) növbəti konqresində daha altı federasiya ali quruma üzv qəbul olunub. AZƏRTAC xəbər verir ki, bunlar Sent Kits və Nevis, Ekvatorial Qvineya, Kayman adaları, Qrenada, Sent-Lyusiya, Çad ölkələrinin federasiyalarıdır. FIDE-yə üzv ölkələrin sayı 195-ə çatıb. Beləliklə, üzv olan ölkələrin sayını 195-ə çatdırmaqla, FIDE hazırda dünyada ən çox üzvü olan dördüncü idman federasiyası olub.

    Ətraflı   16:24     03-Mar-2020     2853
  • alternative title

    Salyanda sərbəst güləş üzrə açıq ölkə turniri keçirilib

    Salyan Olimpiya İdman Kompleksində məşhur Azərbaycan güləşçilərinin və məşqçilərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə açıq ölkə turniri keçirilib. AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin baş məsləhətçisi, Əməkdar məşqçi Tofiq Eyvazov, Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev və digərləri iştirak ediblər. Turnirdə iştirak edən idmançılar güləş marşının sədaları altında arenaya daxil olublar. Çıxış edənlər turnirin keçirilməsində əsas məqsədin Azərbaycan güləşçilərinin və məşqçilərinin xatirəsini yad etmək, sərbəst güləş idman növünün yeniyetmələr arasında kütləviliyini artırmaq, yeniyetmə güləşçilər arasında dostluq əlaqələrini möhkəmləndirmək, yeniyetmə idmançıların vətənpərvərlik ruhunda tərbiyə olunması, sərbəst güləş idman növü üzrə perspektivli idmançıları üzə çıxarmaq olduğunu deyiblər. Turnirdə ümumilikdə 178 idmançı birincilik uğrunda mübarizə aparıb. Yarışda komanda hesabında Salyan güləşçiləri birinci olublar. Cəlilabad idmançıları yarışı ikinci, ROİL təmsilçiləri isə üçüncü yerdə başa vurublar. Turnirdə qalib olmuş idmançılar diplom, medal və hədiyyələrlə təltif ediliblər.

    Ətraflı   16:22     03-Mar-2020     2579
  • alternative title

    Azərbaycan qılıncoynadanı Macarıstan Qran-Pri yarışlarında iştirak edəcək

    Martın 6-8-də Macarıstanın paytaxtı Budapeştdə qılıncoynatma üzrə Qran-Pri yarışları keçiriləcək. Turnirdə ölkəmizi kişilərdən ibarət şpaqa üzrə milli komandamızın üzvü Kənan Əliyev təmsil edəcək. İdmançımız baş məşqçi Çingiz Mustafayevin rəhbərliyi altında qüvvəsini sınayacaq. Qeyd edək ki, turnirdə 63 ölkədən 313 idmançı birincilik uğrunda yarışacaq.

    Ətraflı   16:19     03-Mar-2020     2326
  • alternative title

    İtaliya A Seriyası: “Yuventus”–“İnter” oyunu martın 9-da keçirilə bilər

    İtaliya A Seriyasının 26-cı turunun koronavirusa görə təxirə salınmış “Yuventus”–“İnter” qarşılaşması martın 9-da keçirilə bilər. QALANEWS TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu haqda İtaliya Futbol Federasiyası (İFF) öz saytında bəyanat yayıb. Həmçinin bildirilib ki, “Milan”-“Genoa”, “Parma”- SPAL, “Sassuolo”-“Breşiya” və “Udineze”-“Fiorentino” oyunları martın 7-dən 9-dək keçirilə bilər. Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı min nəfəri ötüb.

    Ətraflı   16:18     03-Mar-2020     2410
  • alternative title

    Qismət Alıyev Azərbaycan çempionatının XIX turunun ən yaxşı futbolçusu seçilib

    Azərbaycan Premyer Liqasında XIX turun ən yaxşı futbolçusu müəyyənləşib. QALANEWS Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XIX turunun ən yaxşı futbolçusu “Qəbələ”nin müdafiəçisi Qismət Alıyev seçilib. Region təmsilçisinin müdafiəçisi “Zirə”yə qarşı görüşdə (1:2) 90 dəqiqə meydanda olub. Q.Alıyev XIX turun rəmzi komandasında da yer alıb.

    Ətraflı   16:16     03-Mar-2020     2454
  • alternative title

    Azərbaycanda velosiped bölmələrində məşq və tədris prosesi dayandırılıb

    Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb. AZƏRTAC xəbər verir ki, tədbirlər koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirə salınıb. Bundan əlavə, martın 7-8-də keçirilməsi nəzərdə tutulan şose velosipedi üzrə Bakı kubokunun 1-ci mərhələsi də təxirə salınıb. Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

    Ətraflı   16:14     03-Mar-2020     2610
  • alternative title

    Azərbaycan Premyer Liqasının XIX turunun rəmzi komandası açıqlanıb

    Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun rəmzi komandası müəyyənləşib. AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlili əsasında müəyyənləşən rəmzi komandanın heyətinə “Sumqayıt”dan 4, “Qarabağ”dan 4, “Qəbələ”dən 2 və “Sabah”dan 1 futbolçu daxil edilib. Rəmzi heyətdə Saşa Stamenkoviç (“Sabah”), Qismət Alıyev, İviça Juniç (“Qəbələ”), Maksim Medvedev (“Qarabağ”), Camaləddin Xocaniyazov, Aleksey İsayev, Rəhim Sadıxov (“Sumqayıt”), Abdulla Zubir, Xayme Romero, Kvabene Ovusu (“Qarabağ”) və Peyman Babayi (“Sumqayıt”) yer alıblar. Qeyd edək ki, 19 turdan sonra turnir cədvəlinə 42 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 34 xal olan “Neftçi” ikinci, 30 xalı olan “Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (23), “Sabah” (21), “Zirə” (20), “Səbail” (20) və “Qəbələ” (16) yer alıblar. Turun növbəti oyunları martın 7-8-də keçiriləcək.

    Ətraflı   16:12     03-Mar-2020     2680
  • alternative title

    Futbol üzrə I Divizionda “Turan Tovuz” – MOİK görüşü təxirə salınıb

    Azərbaycan Peşəkar Futbol Liqasının I Divizionunda martın 6-da keçirilməli olan “Turan Tovuz”–MOİK görüşü koronavirusa görə təxirə salınıb. AZƏRTAC xəbər verir ki, MOİK klubunun rəhbərliyi martın 3-də PFL-ə müraciət edərək XVIII turda keçirilməli olan görüşü təxirə salınmasını xahiş edib. PFL rəhbərliyi müraciəti nəzərə alaraq həmin oyunu təxirə salıb. Görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Qeyd edək ki, Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb.

    Ətraflı   16:10     03-Mar-2020     2869
  • alternative title

    Qadın güləş millimiz lisenziya turnirinə Minskdə hazırlaşacaq

    Qadınlardan ibarət güləş yığmamız növbəti təlim-məşq toplantısına start verir. Millimiz sabahdan etibarən martın 18-dək Belarusun paytaxtı Minskdə məşqlərini davam etdirəcək. Komandamız baş məşqçi Aslan Ağayevin rəhbərliyi ilə yerli yığma ilə birgə hazırlıq prosesi keçəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq toplantısı martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Bu üzdən Minskə olimpiya çəkilərində çıxış edən güləşçilərdən ibarət heyət yollanıb. Digər yığma üzvləri məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Bakıda Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir. Qeyd edək ki, yarışda qadınlar mübarizəyə martın 20-də start verəcək. Növbəti gün təsəlliverici və medal görüşləri keçiriləcək. Mariya Stadnik ötən il dünya çempionatında 50 kq-da lisenziya qazandığı üçün millimiz Budapeştdə 53, 57, 62, 68 və 76 kq-da Olimpiadaya vəsiqə əldə etməyə çalışacaq.

    Ətraflı   15:19     03-Mar-2020     2384
  • alternative title

    “Neftçi” məşqləri dayandırdı

    Koronavirus (COVID-19) epidemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər davam etdirilir. QALANEWS xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə “Neftçi” Futbol Akademiyası komandalarının martın 9-dək olan məşqləri ləğv olunub. Qeyd edək ki, eyni səbəbdən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 qızlar liqalarının, həmçinin “Coca Cola Məktəbli kuboku”nun iştirakçılarının müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları martın 10-dək təxirə salınıb.

    Ətraflı   15:06     03-Mar-2020     2572
  • alternative title

    Azərbaycan çempionatının bir oyunu təxirə salındı

    Azərbaycan I divizionunun Tovuzda keçirilməli olan görüşü təxirə salınıb. QALANEWS xəbər verir ki, Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti olaraq dayandırılıb. Buna görə də MOİK klubunun rəhbərliyi bu gün Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, 6 mart tarixində keçirilməli olan “Turan Tovuz” – MOİK görüşünün təxirə salınmasını xahiş edib. PFL rəhbərliyi müraciəti rəhbər tutaraq, qeyd olunan oyunu təxirə salıb. Qeyd edək ki, görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

    Ətraflı   14:54     03-Mar-2020     2670
  • alternative title

    Rövnəq Abdullayev UEFA Millətlər Liqasının püşkatma mərasimində

    Xəbər verdiyimiz kimi, bu gün Niderlandın paytaxtı Amsterdamda UEFA Millətlər Liqası turnirinin 2020/2021-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək. AFFA-dan verilən məlumata görə, Tədbirdə AFFA-nın prezidendi Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak edəcəklər. Püşkatma mərasimi yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.

    Ətraflı   14:44     03-Mar-2020     3338
  • alternative title

    AFFA hakimi döyən məşqçini cəzalandırdı

    Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda Premyer Liqanın XIX turunda baş verənlər müzakirə olunub Çempionatın sonuncu turunda keçirilən “Neftçi” – “Səbail”, “Zirə” – “Qəbələ” və “Sumqayıt – “Keşlə” matçlarında meydan sahiblərinin dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə olunub. Bundan başqa, U17 liqasında çıxış edən “Xəzər Lənkəran” komandasının baş məşqçisi Ağadadaş Həmidov sərt cəzalandırılıb. Belə ki, o, sözügedən görüşün 87-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan qovulub. Ancaq qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. Bu səbəbdən də Ağadadaş Həmidov 20 oyunluq cəzalanıb.

    Ətraflı   14:40     03-Mar-2020     2483
  • alternative title

    Azərbaycan basketbol liqası dayandırıldı

    Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb. Bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb. Bildirilib, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatına uyğun olaraq koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb. Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.

    Ətraflı   14:20     03-Mar-2020     2724

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 13:47     10-Jul-2020     1221
  • alternative title 13:43     10-Jul-2020     994
  • alternative title 12:28     10-Jul-2020     555
  • alternative title 12:26     10-Jul-2020     1333
  • alternative title 12:15     10-Jul-2020     1732
image title here

Some title