Loading alternative title

İDMAN

  • alternative title

    “Pekin-2022”nin iştirakçılarına yüksək keyfiyyətli tibbi xidmət göstəriləcək

    2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının iştirakçılarına yüksək keyfiyyətli tibbi xidmət göstəriləcək. QALANEWS xarici KİV-lərə istinadla xəbər verir ki, Pekinin şəhərətrafı ərazisində Oyunlar üçün inşa edilən tibb mərkəzində bütün işlər bu ilin sonunadək başa çatdırıla bilər. Belə ki, Pekin Universiteti xəstəxanasının binası və tibb hissəsinin yenidən qurulması artıq başa çatıb. Fasad işlərinin təxminən 95 faizi tamamlanıb. Mərkəzdə ən yüksək beynəlxalq tibbi standartlara cavab verən müasir avadanlıq da mövcuddur. Xəstəxanada rahat palatalar, əməliyyat otaqları və 18 şöbə var. Olimpiya Oyunlarından sonra klinikanın bazasında qış idman növlərində zədələrin qarşısının alınması, idmançılar üçün ilk yardım, diaqnoz və reabilitasiya ilə bağlı araşdırmalar aparılacağı gözlənilir. Qeyd edək ki, Qış Olimpiya Oyunlarının Pekində 2022-ci il fevralın 4-dən 20-dək keçirilməsi planlaşdırılır.

    Ətraflı   18:40     04-Jun-2020     1098
  • alternative title

    FIFA Rusiya klubuna transfer qadağası qoyub

    FIFA Rusiyanın “Rubin” futbol klubuna transfer qadağası qoyub. QALANEWS “TASS”a istinadla xəbər verir ki, Kazan təmsilçisi 2018-ci ildə Sloveniyanın “Olimpiya” klubundan Filip Uremoviçin transferi zamanı qaydaları pozduğu üçün bu cəzanı alıb. “Rubin” nəzərdə tutulan məbləği qarşı tərəfin hesabına gec köçürdüyü üçün yaranan cəriməni ödəməyib. Buna görə də “Olimpiya” FIFA-ya müraciət edib və Rusiya klubu cəzadan yayına bilməyib. Qeyd edək ki, Filip Uremoviçin hazırda “Rubin”də çıxış edir və 2024-cü ilin yayınadək müqaviləsi var.

    Ətraflı   18:39     04-Jun-2020     366
  • alternative title

    Tibo Kurtua, Canluici Donnarumma və Emerik Laport Bakıdakı virtual Qran-Pridə - FOTO

    Pyer Qasli və Serxio Peres iyunun 7-də start götürəcək virtual “Formula-1” Azərbaycan Qran-Prisində iştirak edəcəklər. F1news.ru xəbər verir ki, adıçəkilən pilotlardan başqa yarışda “Formula-1”in hazırkı iştirakçılarından Şarl Lekler, Antonio Covinatsi, Aleks Albon, Lando Norris, Corc Rassell və Nikolas Latifin də iştirakı gözlənilir. Yarışda iştirak üçün müraciət edən pilotlar arasında Esteban Qutyerres, Pyetro Fittipaldi, Enso Fittipaldi, Lui Deletraza, Oskar Piastri, Entoni Devidson və motosikletçi Mattias Uoker də var. Pilotlarla yanaşı, tanınmış futbolçulardan Belçika millisinin qolkiperi Tibo Kurtua, “Milan”nın qapıçısı Canluici Donnarumma, “Mançester Siti” klubunun müdafiəçisi Emerik Laport virtual Qran-Pridə güclərini sınayacaq. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək virtual yarış “Formula-1”in rəsmi “YouTube”, “Twitch” və “Facebook” kanallarında canlı yayımlanacaq.

    Ətraflı   16:25     04-Jun-2020     1194
  • alternative title

    Parisdə keçirilməli olan və koronavirusa görə təxirə salınmış yarış Bakıya salındı

    Bu il Bakıda gimnastika üzrə daha bir yarış keçirilməlidir. QALANEWS xəbər verir ki, Avropa Gimnastika Federasiyasının İcraiyyə Komitəsi koronavirusa görə təxirə salınmış builki qitə çempionatları barədə qərar çıxarıb. 30 aprel – 3 may tarixlərində Fransanın paytaxtı Parisdə keçirilməli olan qadın idman gimnastları arasında Avropa çempionatı Bakıya salınıb. Bu yarış 17-20 dekabrda paytaxtımızda təşkil olunacaq. Bundan başqa, Bakıda 27-31 may tarixlərində keçirilməsi planlaşdırılmış kişi idman gimnastları arasında XXXIV Avropa çempionatı dekabrda baş tutacaq. Həmin yarışın yeni tarixi 9-13 dekabrdır. Həmçinin, Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatı 26-29 noyabrda təşkil olunacaq. Hər üç yarış Olimpiadaya lisenziya qazandıracaq. Bununla bağlı Avropa Gimnastika Federasiyasının azərbaycanlı prezidenti Fərid Qayıbovun açıqlamasını təqdim edirik: “Bu qərarlar milli federasiyalardan gələn hazırkı informasiyaya və Avropadakı vəziyyətə əsasən qəbul edilib. Hazırda düşünürük ki, bu tədbirləri payızda təşkil etmək mümkündür. Bununla belə, Avropa Gimnastika Federasiyası növbəti aylarda vəziyyəti qiymətləndirməyə davam edəcək. Həmin tarixdə vəziyyət daha təhlükəsiz hesab olunmasa, buna uyğun qərar verəcəyik. Gimnastların, məşqçilərin, tamaşaçıların sağlamlığı əsas narahatlığımız olaraq qalır”.

    Ətraflı   15:11     04-Jun-2020     1686
  • alternative title

    “Mançester Siti” klubu “Milan”ın əlcəzairli futbolçusu transfer etmək istəyir

    İngiltərənin “Mançester Siti” klubu İtaliyanın “Milan” komandasının əlcəzairli futbolçusu İsmael Bennaseri transfer etmək istəyir. QALANEWS xarici KİV-lərə istinadla xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola bu transferin gerçəkləşməsini şəxsən özü istəyib. Təcrübəli mütəxəssisin 22 yaşlı yarımmüdafiəçiyə zəng etdiyi və onunla transferlə bağlı danışdığı vurğulanıb. Qeyd edək ki, İ.Bennaserin təzminat qiymətinin 50 milyon avro olduğu bildirilir.

    Ətraflı   14:55     04-Jun-2020     388
  • alternative title

    SSKA-nın kapitanı “Milan”a üz tutub

    Avroliqada çempionat birdəfəlik dayandırıldığından komandalar artıq növbəti mövsümə hazırlaşırlar. Bununla yanaşı, bəzi basketbolçular cəlbedici təkliflər müqabilində gözlənilməz addımları ilə də yadda qalırlar. SSKA-nın kapitanı Kayl Hayns Moskva klubunu tərk etməyi qərara alıb. Otuz üç yaşlı basketbolçu növbəti mövsümdən karyerasını “Milan”da davam etdirəcək. İtaliya mətbuatının yazdığına görə, Lombardiya klubunun prezidenti və baş məşqçisi Ettore Messina amerikalı oyunçunun İtaliyaya yollanmasında daha böyük rol oynayıb. K.Haynsın yeni klubu ilə ikiillik müqavilə imzalayacağı gözlənilir. “Milan” Avroliqanın digər komandalarından fərqli olaraq növbəti mövsüm üçün büdcəsini artıq təsdiqləyib. İddiasını artırmaq istəyən Ettore Messinanın komandası səs-küylü transferlər həyata keçirməyi planlaşdırır. Xatırladaq ki, Kayl Hayns 2013-cü ildən SSKA-nın şərəfini qoruyur. Bu müddət ərzində o, Moskva klubu ilə Avroliqada 3, VTB Liqasında isə 6 dəfə qalib gəlib. Onun gedişini Andrey Vatutin də təsdiqləyib. SSKA-nın prezidenti amerikalı basketbolçunun keçidinə mane ola bilmədiklərini etiraf edib. O, Haynsa qarşıdakı karyerasında uğurlar arzulayıb.

    Ətraflı   14:54     04-Jun-2020     305
  • alternative title

    Formula 1 2020-ci il mövsümündə azı 15 yarış təşkil edəcək

    Formula 1 üzrə dünya çempionatı çərçivəsində 2020-ci il mövsümündə ən azı 15 yarış təşkil ediləcək. Bu barədə Formula 1-in mətbuat xidməti rəsmi açıqlamasında məlumat verib. Məlumatda bildirilir ki, koronavirus pandemiyasına görə, beynəlxalq səviyyədə davam edən qeyri-müəyyənlik səbəbindən Formula 1 daha geniş təqvimin detallarını dəqiqləşdirərək yaxın həftələrdə yayımlayacağını düşünür. Formula 1 rəhbərliyi bu ilin dekabrına, mövsümün sonunadək 15-18 yarış keçirə biləcəyinə ümid edir. Qeyd edilib ki, hazırda start yarışları tamaşaçısız keçirilməsi planlaşdırılsa da, vəziyyət təhlükəsiz olarsa, azarkeşlər yenidən tribunaya qayıda biləcəklər. Xatırladaq ki, bundan əvvəl Formula 1 rəhbərliyi 2020-ci il mövsümünün ilk səkkiz mərhələsinin cədvəlini təqdim etmişdi. Onların hamısı Avropada keçiriləcək.

    Ətraflı   14:53     04-Jun-2020     1359
  • alternative title

    Tokio Olimpiya və Paralimpiya Oyunları sadələşdirilmiş variantda keçirilə bilər

    Yaponiya hökuməti və Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları bütün dünyada yayılmış koronavirus pandemiyasına görə yarışların sadələşdirilmiş variantda təşkilini müzakirə edirlər. Bu barədə iyunun 4-də Tokionun qubernatoru Yuriko Koike bildirib. “Biz müxtəlif variantları müzakirə edirik, onların arasında rasional və sadələşdirilmiş format da var. Bununla bağlı vətəndaşlarımızın razılığını almaq niyyətindəyik”, - deyə xanım qubernator bildirib. Qeyd edək ki, bu ərəfədə nüfuzlu “Yomiuri shimbun” qəzeti hökumətin yarışları tam formatda keçirmək niyyətində olduğunu, lakin hələ də davam edən koronavirus pandemiyasına görə oyunların sadələşdirilmiş variantda təşkilinin müzakirə edildiyini bildirib. Bununla əlaqədar stadionlardakı tamaşaçıların sayının azaldılacağı da qeyd edilib. Əlavə olaraq bildirilir ki, Yaponiya tərəfi yalnız idmançılar və komandaların digər üzvləri üçün deyil, həmçinin tamaşaçıların da testdən keçirilməsini planlaşdırır. Bununla yanaşı, idmançıların yaşayacağı Atletlər Kəndi daxilində hərəkətin məhdudlaşdırılması da nəzərdə tutulur. Xatırladaq ki, “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları cari il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışların vaxtı gələn ilə dəyişdirilib.

    Ətraflı   14:52     04-Jun-2020     1022
  • alternative title

    Kikboksçularımız məşqləri davam etdirirlər

    Kikboksçularımız artıq bir neçə gündür məşqlərə başlayıblar. Məşqlər açıq havada olsa belə, karantin qaydalarına tam əməl edirik. Sosial məsafənin gözlənilməsi, məşqlərin kiçik qruplar şəklində keçirilməsi və digər qaydalar diqqət mərkəzindədir. Çalışırıq ki, idmançılarımızın sağlamlığını qoruyaq. Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının məşqçisi Muxtar Allahyarov AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, koronavirus pandemiyası səbəbindən məşqlərdə və yarışlarda yaranmış fasilələr kikboksçuların idman formasına mənfi təsir göstərib. Qısa müddətdə məşqlər vasitəsilə təmsilçilərimizin idman formasını bərpa etmək üçün səylə çalışırıq. İdmançılarımız məşqlərə böyük həvəslə gəlirlər. Əminik ki, pandemiya tezliklə başa çatacaq və həyat normal axarına düşəcək”.

    Ətraflı   14:51     04-Jun-2020     251
  • alternative title

    Danilo Petruççi cari ilin sonunda “Ducati”dən ayrılacaq

    İtaliyalı motoyürüşçü Danilo Petruççi cari ilin sonunda “Ducati” komandasından ayrılacaq. QALANEWS xəbər verir ki, növbəti mövsümdən “Ducati”nin şərəfini avstraliyalı Cek Miller qoruyacaq. “Ducati”nin digər üzvü Andrea Dovitsiozonun isə gələn il komandada çıxış edəcəyi sual altındadır. D.Petruççi deyib: “Ducati” ilə əməkdaşlığa gələn il son qoyacağam. Ancaq mən MotoGP yarışlarında gücümü sınamaq istəyirəm. Bir il öncə mən ilk qələbəmi qazandım və uğurları davam etdirmək niyyəntindəyəm”. Qeyd edək ki, növbəti mövsüm D.Petruççinin “Aprillia” komandasında çıxış edəcəyi gözlənilir.

    Ətraflı   14:50     04-Jun-2020     308
  • alternative title

    Bədii gimnastika üzrə Avropa çempionatının keçiriləcəyi tarix müəyyənləşib

    Bədii gimnastika üzrə Avropa çempionatının keçiriləcəyi tarix müəyyənləşib. AZƏRTAC xəbər verir ki, “Avropa Gimnastikası” təşkilatı çempionatın noyabrın 26-29-da Kiyevdə təşkil olunacağını açıqlayıb. İlk öncə yarış mayın 21-24-də keçirilməli idi. Ancaq koronavirus pandemiyasına görə çempionat qeyri-müəyyən vaxta təxirə salınmışdı.

    Ətraflı   14:49     04-Jun-2020     884
  • alternative title

    Milli Basketbol Assosiasiyası mövsümün bərpa olunacağını elan edib

    Milli Basketbol Assosiasiyasının (MBA) rəhbərliyi 22 klubun qatılacağı və koronavirus pandemiyası səbəbi ilə dayandırılmış mövsümün bərpa olunacağını elan edib. QALANEWS xəbər verir ki, bu barədə "Gazeta.ru" ESPN kanalına istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, müntəzəm mövsüm 22 komandanın iştirakı ilə başa çatacaq. Bütün oyunların Orlando şəhərində (Florida, ABŞ) yerləşən “Disney World” əyləncə parkında keçirilməsi planlaşdırılır. Mövsüm iyulun 31-dək davam etməlidir və son seriyada yeddi qarşılaşma baş tutarsa, oktyabrın 12-də başa çatacaq.

    Ətraflı   14:48     04-Jun-2020     241
  • alternative title

    Futbol üzrə Rumıniya çempionatının bərpa tarixi müəyyənləşib

    Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə Rumıniya çempionatının bərpa tarixi müəyyənləşib. AZƏRTAC xəbər verir ki, çempionat iyunun 12-də qaldığı yerdən davam etdiriləcək. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Oyunların azarkeşsiz keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Avropanın digər ölkələrində olduğu kimi, Rumıniyada da martın əvvəlindən çempionat dayandırılıb.

    Ətraflı   14:47     04-Jun-2020     322
  • alternative title

    Toto Volf: Fettel kimi dördqat dünya çempionuna “yox” demək mümkün deyil

    Sebastyan Fettel özü açıqlama verməyənə qədər onun karyerasının gələcəyi haqqında rəy söyləmək mümkün olmayacaq. Heç Formula 1 komandalarının rəhbərləri də konkret qərara gələ bilməyəcək. Bir müddət əvvəl “Mercedes”in icraçı direktoru Toto Volfun almaniyalı pilotu öz heyətlərində görmək istəməsi ilə bağlı məlumat yayılsa da, deyəsən vəziyyət dəyişmək üzrədir. AZƏRTAC xəbər verir ki, T.Volf mövsümün sonunda “Ferrari”dən getməyə hazırlaşan Sebastyan Fettellə razılığa gələcəklərini istisna etməyib. Amma o, ehtiyat variant kimi Corc Rassellə də göz qoyduqlarını söyləyib: “Təbii ki, Fettel kimi dördqat dünya çempionuna “yox” demək mümkün deyil. Hər şeyi fikirləşmək lazımdır. Amma digər tərəfdən biz hər iki sürücümüzdən və ehtiyatda saxladığımız Corc Rasselldən razıyıq. Sadəcə, indiki məqamda heç nəyi istisna etmək olmaz. Sabah pilotlardan biri çıxıb “mən yarışmaq istəmirəm” deyə bilər. Belə olduqda komandada yerlərdən biri avtomatik boşalacaq. Ona görə də mən indi deyə bilmərəm ki, Sebastyanın bizim komandada çıxış etmək imkanı yoxdur. Belə açıqlama verməklə, Fettel kimi pilota kobudluq etmiş olarıq. Bəzən hamının başına gözlənilməz hadisələr gələ bilər. Yəqin ki, Niko Rosberqin komandamızı qəfil tərk etməsini unutmamısınız. Ona görə də biz digər variantları da nəzərdən keçiririk. Amma ilk növbədə biz öz pilotlarımız haqda fikirləşirik”. Xatırladaq ki, bir müddət əvvəl Avropa mətbuatı “Mercedes” rəhbərliyindən Fetteli komandaya cəlb etməsinə dair “Daymler” şirkətinin tələbi ilə bağlı xəbərlər yaymışdı. Deyilənə görə, məhz T.Volf ilə Luis Hamilton “Ferrari” pilotunun bu komandaya keçməsinin əleyhinədir.

    Ətraflı   14:46     04-Jun-2020     210
  • alternative title

    Futbol üzrə Macarıstan kubokunun sahibi müəyyənləşib

    Futbol üzrə Macarıstan kubokunun sahibi müəyyənləşib. AZƏRTAC xəbər verir ki, həlledici matçda “Honved” və “Mezokovesd” klubları qarşılaşıblar. Görüş “Honved”in 2:1 hesablı qələbəsi ilə bitib. Görüşü 10 minədək azarkeş izləyib. Bununla da, Budapeşt təmsilçisi tarixində səkkizinci dəfə kuboku qazanıb.

    Ətraflı   14:45     04-Jun-2020     209
  • alternative title

    “Neftçi Esports” E Milli Liqaya qələbə ilə başlayıb

    “Neftçi Esports” futbol üzrə E Milli Liqaya qələbə ilə başlayıb. AZƏRTAC xəbər verir ki, “Qoşqar” klubu ilə birinci görüşdə 6:1 hesabı ilə qalib gələn Bakı təmsilçisi cavab matçında rəqibin qapısından 5 cavabsız top keçirib. Bununla da ümumi hesab 11:1 olub. “Neftçi Esports”un mübarizə apardığı E qrupunun digər matçda isə “Ağsu” “Ərkivan”ı 8:6 (6:2, 2:4) hesabı ilə məğlub edib. “Neftçi Esports” birinci turdan sonra qrupda birinci pillədə qərarlaşıb. Qeyd edək ki, 7 qrupdan ibarət olan və 28 komandanın qatıldığı turnirin qrup mərhələsində ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı üçüncü olan 2 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.

    Ətraflı   14:44     04-Jun-2020     229
  • alternative title

    Koronavirus dövründə “Instagram”da ən çox pul qazanan futbolçular

    Koronavirus pandemiyası dövründə məşhur futbolçuların “Instagram” sosial şəbəkəsindən əldə etdikləri qazancın məbləği məlum olub. “Daily Mail” yazır ki, üç məşhur futbolçu - Kriştianu Ronaldu, Lionel Messi və Neymar 12 mart - 14 may tarixlərində “Instagram” vasitəsilə bir milyon avrodan çox pul qazanıblar. Adları qeyd olunan futbolçuların hər biri iki ay ərzində sosial şəbəkə hesabında dörd reklam postu paylaşıb. Sözügedən vaxt ərzində sosial şəbəkədə reklam yerləşdirməklə əldə edilən ən yüksək qazanc Ronalduya (151 milyon izləyici) məxsusdur – 2,1 milyon avro. İkinci sırada 1,4 milyon avro gəlirlə argentinalı Lionel Messi (138 milyon izləyici) gəlir. Üçüncü sırada reklamdan 1,3 milyon avro qazanmış braziliyalı hücumçu Neymar (138 milyon izləyici) qərar tutub.

    Ətraflı   14:33     04-Jun-2020     381
  • alternative title

    “Qəbələ” ilə “Sabah” arasında daha bir anlaşma - RƏSMİ

    “Qəbələ”nin daha iki futbolçusu “Sabah” klubuna transfer olunacaq. Bunlar 18 yaşlı Samir Məhərrəmli və 19 yaşlı İdris İnqilablıdır. Yarımmüdafiəçilərin paytaxt klubuna keçidi ilə bağlı razılıq əldə olunub. “Qəbələ” və “Sabah” arasında razılaşma 2019/2020-ci illər mövsümünün ardından qüvvəyə minəcək. Həmin vaxtdan Samirlə İdris karyerasını Bakı təmsilçisində davam etdirəcək. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçilər Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvləridir. Hər iki oyunçu UEFA Gənclər Liqasında “Qəbələ”nin formasını geyinib. İ.İnqilablı cari mövsümdə əsas komandada da debüt edib. O, “qırmızı-qaralar”ın heyətində dörd matç keçirib. Xatırladaq ki, bir müddət öncə Amin Seydiyevin də cari mövsüm başa çatdıqdan sonra “Sabah”a transferi ilə bağlı razılıq əldə olunub.

    Ətraflı   14:11     04-Jun-2020     548
  • alternative title

    “Lion” Fransa hökumətini məhkəməyə verəcək: “Çempionat bərpa edilsin”

    “Lion” futbol klubunun prezidenti Jan-Mişel Ola ölkə çempionatının vaxtından əvvəl başa çatdırılması qərarı ilə bağlı Fransa hökumətini tənqid edib. Bu barədə “Goal” nəşri məlumat yayıb. Klub prezidenti məhkəməyə müraciət edərək, mövsümün bərpasını tələb edəcəklərini vurğulayıb. Onun sözlərinə görə, “Lion”la birlikdə bir sıra digər Fransa komandaları hökumətə qarşı məhkəmə iddiası qaldırmağa hazırdır. Xatırladaq ki, “Lion” komandası turnir cədvəlinin yeddinci pilləsində qərarlaşdığı üçün avrokuboklara vəsiqə qazana bilməyib.

    Ətraflı   12:17     04-Jun-2020     842
  • alternative title

    Azərbaycanda yeni futbol klubu yaradıldı - FOTO

    Azərbaycanda yeni klub yaradılıb. QALANEWS xəbər verir ki, yeni klub “Xəzər” adlanır. Bakı klubunun yaradılması barədə məlumatı idman jurnalisti, əvvəllər “Əlincə” və “Xocalı” kimi aşağı yaş qrupları üzrə klublarda işləmiş Mirələm Həsənli verib. Qeyd edək ki, daha əvvəl Lənkəranda və Bakıda belə adda klublar fəaliyyət göstərib. Bakıda fəaliyyət göstərən klub I divizionun qalibi olsa da, sahibi Emin Zeynalov pul maxinasiyasında əli olduğu üçün tutulub və komanda dağılıb.

    Ətraflı   12:12     04-Jun-2020     1241

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1021
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     1064
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title