Loading alternative title

İDMAN

  • alternative title

    “Mançester Yunayted”in əfsanəvi futbolçusu Bakıda - FOTO

    AVRO-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir. QALANEWS xəbər verir ki, “Mançester Yunayted”in əfsanəvi futbolçusu, Uels millisinin hazırkı baş məşqçisi Rayan Qiqz, Media və Marketinq meneceri Yan Quiyn Hyucz, Təhlükəsizlik departamentinin rəisi Qrant Eşton Briqz və kit menecer Deyvid Tyudor Qrifitsin daxil olduğu nümayəndə heyəti hotellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaq. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels millisinin baş məşqçisi Rayan Qiqzlə görüşüb. Görüşdə AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılaşmaların yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub. Xatırladaq ki, Elxan Məmmədov bir müddət əvvəl Bakıda səfərdə olmuş Türkiyə millisinin baş məşqçisi Şenol Güneşlə də görüşmüşdü.

    Ətraflı   11:44     24-Feb-2020     954
  • alternative title

    Azərbaycan cüdoçuları Almaniyada nüfuzlu yarışda dörd medala sahib olublar – FOTO

    Cüdo üzrə Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" beynəlxalq turnurində aktivinə daha üç medal yazdırıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata əsasən, Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) gümüş, Zelim Kotsoyev (-100 kq) isə bürünc medala sahib olub. Beləliklə Azərbaycan cüdoçuları Almaniya yarışını dörd medalla başa vurublar. Xatırladaq ki, "Böyük Dəbilqə"nin ikinci günündə Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb. Milli komandamız medalların əyarına görə 115 ölkə arasında ümumi komanda hesabında altıncı, qadınların yarışında beşinci, kişilər arasında isə dördüncü yeri tutub.

    Ətraflı   10:54     24-Feb-2020     135
  • alternative title

    “Fənərbağça”nın baş məşqçisi istefa xəbərlərini təkzib etdi - YENİLƏNİB

    “Fənərbağça”nın baş məşqçisi Ərsun Yanal istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Mütəxəssis Super Liqanın XXIII turunda “Qalatasaray”a 1:3 hesablı məğlubiyyətdən sonra istefa ərizəsini rəhbərliyə təqdim etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Ə.Yanal “Fənərbağça”dan ayrılmaq niyyətində olmadığını bildirərək, sona qədər mübarizə davam etdirəcəyini deyib.

    Ətraflı   10:33     24-Feb-2020     1014
  • alternative title

    Ali Koç ağır təhqirə dözmədi, azarkeşlərin içinə atıldı - VİDEO

    Bu gün baş tutan “Fənərbağça” - “Qalatasaray” oyunundan (1:3) sonra meydan sahiblərinin prezidenti Ali Koçla azarkeşlər arasında əlbəyaxa dava düşüb. Türkiyə mətbuatının məlumatına görə, klub prezidenti tribunalardan ona yağdırılan ağır təhqirlərə dözməyib və maneəni keçərək, azarkeşlərin üzərinə atılıb. Həmin görüntüləri sizə təqdim edirik:

    Ətraflı   10:32     24-Feb-2020     1430
  • alternative title

    İngiltərə Premyer Liqası: “Çelsi” 27-ci turun açılış matçında “Tottenhem”i məğlub edib

    Fevralın 22-də “Çelsi” – “Tottenhem” oyunu ilə İngiltərə Premyer Liqasının 27-ci turuna start verilib. AZƏRTAC xəbər verir ki, London derbisi meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 14-cü dəqiqədə “Çelsi”nin fransalı hücumçusu Olivye Jiru açıb. Fasilədən sonra Frenk Lampardın yetirmələri hesab arasındakı fərqi iki topa çatdırıblar. Markos Alonso komanda yoldaşı Ros Barklinin ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 2:0. Lakin qonaqlar matçın son dəqiqələrində təsəlli qolunu vura biliblər. Görüşün 89-ci dəqiqəsində Erik Lamelanın cinah ötürməsindən sonra top “Çelsi”nin müdafiəçisi Antonio Rudigerin ayağına toxunaraq qapıdan keçib. Beləliklə, “Çelsi” dörd oyundan sonra qələbə qazanıb. “Tottenhem” isə yeddi oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirə bilməyib. Bu qələbədən sonra “Çelsi” 44 xalla turnir cədvəlində dördüncü, “Tottenhem” isə 40 xalla beşinci yerdə qərarlaşıblar. Turun digər oyunları bu gün və fevralın 23-də keçiriləcək.

    Ətraflı   18:53     22-Feb-2020     1656
  • alternative title

    “Mançester Yunaytde”in futbolçunun itini zəhərlədilər - FOTO

    “Roma”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in futbolçusu Kris Smollinqin ailəsi bədbəxs hadisə ilə üzləşib. QALANEWS xarici KİV-ə istinadla bildirir ki, futbolçunun iti ölüb. Kris və onun həyat yoldaşı ailənin sevimlisi olan Maylinin siçan zəhəri yedikdən sonra ölməsindən şübhələnirlər. Ailənin saxladığı digər iki it də xəstələnsə də, onlar sağ qalıblar. Smollinq və həyat yoldaşı Sem Romadakı evlərinin yaxınlığına kimlərinsə siçan zəhəri atmasından şübhələnirlər. Həyətdə dolaşan itlərin də həmin zəhəri yeyərək zəhərləndiləri ehtimal olunur.

    Ətraflı   18:29     22-Feb-2020     1549
  • alternative title

    Ağır atletika üzrə ölkə çempionatı: 89 kiloqram çəki dərəcəsində yarışın qalibi Sənan Mirzəyev olub

    Şüvəlandakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatında 89 kiloqram çəki dərəcəsində qızıl medalın sahibi müəyyənləşib. Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, yarışda toplam 300 kiloqramı (140+160) ram edən Sənan Mirzəyev qızıl medala layiq görülüb. İkinci pilləni 292 kiloqram (131+161) nəticə ilə Elşad Şərifov, üçüncü pilləni isə 247 kiloqram (117+130) nəticə ilə Samir Əsgərzadə tutublar.

    Ətraflı   18:17     22-Feb-2020     1429
  • alternative title

    “TRT Spor”un məşhur aparıcısı: “O vaxt Azərbaycan çempionatına baxanda stadionlarınız yaxşı deyildi”

    “Burada oynamaq çox gözəldir. Ev sahibi azarkeşlərini nəzərə alsaq, stadionun yarıdan çoxunda biz olacağıq. Azərbaycanın hər sahədə Türkiyəyə göstərdiyi maraq göz önündədir. Onlar Türkiyə yığmasına öz milliləri kimi baxırlar. Burada öz evimizdə oynayacağıq”. QALANEWS xəbər verir ki, bunu “TRT Spor”un şərhçisi Ərdoğan Arıkan deyib. Bakıya seminar üçün gələn Ərdoğan Arıkan mətbuat konfransı keçirib. O bildirib ki, Nihat Kahveci kimi Türkiyənin ən məşhur futbolçularından biri ilə mətbuat konfransını bölüşmək qürurludur: “Onunla bağlı mənim yaxşı xatirəm var. 2008-ci Avropa çempionatında Çexiya yığmasına qələbə qolunu vurmuşdu. Həmin oyunu mən şərh etmişdim. Bakıya ilk dəfə gəlirəm. Heç vaxt sizin ölkəyə gəlmək qismət olmamışdı. Amma belə bir deyim var: “Gec olsun, güc olmasın”. Şəhərinizi gəzməyə çıxacağıq. Azərbaycan çempionatını son vaxtlar izləmək imkanım olmayıb. Amma Mustafa Dənizli, Oğuz Çətin Azərbaycanda işləyəndə, Oktay Dərəlioğlu burda futbol oynayanda bəzi matçlara baxmışdım. O vaxt stadionlarınız o qədər də baxımlı deyildi. “Qarabağ”ın inkişafda olduğunu bilirəm. Bir ara “Neftçi” də yaxşı çıxış edirdi”. O, Azərbaycanda digər idman növlərinin futbola nisbətən daha yaxşı inkişaf etdiyini bildirib: “Futbol sizdə sanki digər idman növlərinin kölgəsində qalıb. Azərbaycanda fərdi idman növlərinin daha yaxşı olduğunu bilirəm. Məncə, futbolun sizdə durğunluğu iqtisadi məsələlərlə bağlıdır. Azərbaycanda sovet dövründə yaxşı futbolçular olub. İndi Rusiya millisindən yaxşı azərbaycanlı futbolçular çıxır. Ötən dünya çempionatında Aleksandr Səmədov Rusiya millisində idi. Ümid edirəm ki, sizdə də futboldakı vəziyyət düzələcək. Azərbaycanlı gənc jurnalistlər üçün seminar keçirmək təklifi gəlsə, böyük məmnuniyyətlə bunu qəbul edərəm. Şərt deyil ki, burada mən bildiklərimi kiməsə öyrədim. Mən özüm də bura gəlməklə bilmədiklərimi öyrənə bilərəm. Hər şey qarşılıqlı olmalıdır”.

    Ətraflı   16:13     22-Feb-2020     1599
  • alternative title

    Nihat Kahveci: “Bakıya Kovaçeviçi gətirə bilərəm”

    “Bu gün Bakıya gəlmişəm. Burada həm futbolçu kimi, həm də ötən il Avropa Liqasının finalında veteran oyunçu kimi olmuşam”. QALANEWS xəbər verir ki, bunu Türkiyə millisinin əfsanəvi futbolçusu Nihat Kahveci deyib. O, Bakıda keçiriləcək Fərdi İnkişaf Zirvəsi çərçivəsində seminar deyəcək. Nihat Kahveci burda Avro-2020 üçün yenidən ulduzlar oyununda iştirak etmək istədiyini bildirib: “Darko Kovaçeviçlə “Real Sosyedad”la tandemimiz məşhurdur. Sevinirəm ki, Azərbaycanda bu cütlüyü yaxşı xatırlayırlar. Kovaçeviçlə münasibətlərim qalır. O indi Yunanıstanda işləyir. Ötən il olduğu kimi, bu il də Avropa çempionatının ulduzlar oyunu ilə bağlı dəvət alsam, onu da bura çağıra bilərəm. O, özü də burda iştirak etməkdən zövq alar. Bakıda 68 minlik stadionda Türkiyə millisi oynayacaq. Azərbaycanda oynayacağımızı eşitdikdə çox sevindik. Çünki xaricdə yox, öz meydanımızda oynayacağıq. Qismət olsa, Avro-2020 oyunları üçün də Bakıya gələrəm. Maykl Esyen də mənimlə birgə Bakıya gəldi. Amma o qaldı. Görünür, o, Bakını, buranın xörəklərinin dadını bəyəndi ki, burda oynamağa qərar verdi. Amma 40 yaşım var deyə, mən indi oynamaq yox, məşqçi kimi işləmək barədə düşünərəm. Millinizin baş məşqçisi postunun boş olduğunu bilirəm. Azərbaycan millisi çox yaxşı komandadır, niyə də təklif olsa dəyərləndirməyim ki?! Abdullah Avcı təcrübəli məşqçidir. Onun da uğurlu və uğursuz dönəmi oldu. Amma Azərbaycan millisinə gəlsə, uğur qazana bilər”.

    Ətraflı   15:42     22-Feb-2020     1416
  • alternative title

    “Mercedes”in pilotu Valtteri Bottas “F1 Joburg Festival”ında iştirak edəcək

    Martın 29-da Cənubi Afrika Respublikasında cari ildə birinci Formula 1 festivalı keçiriləcək. “F1 Joburg Festival” Yohannesburq şəhərində üç komanda – “Mercedes”, “Red Bull Racing” və “Renault”ın iştirakı ilə təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, tədbirdə çempion komanda “Mercedes”i Valtteri Bottas, “Red Bull Racing”i Devid Kulthard təmsil edəcək. Festivalda Codi Şekterin də iştirakı təsdiqlənib. 1979-cu ilin dünya çempionu qalib gəldiyi “Ferrari” bolidi ilə Yohannesburq küçələrində sükan arxasına keçəcək.

    Ətraflı   15:17     22-Feb-2020     1890
  • alternative title

    Füqan Əliyev ağır atletika üzrə Azərbaycan çempionu olub

    Şüvəlandakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatı davam edir. Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin və AAAF-ın birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır. Çempionatda 81 kiloqramadək çəki dərəcəsində kişilərin yarışında Füqan Əliyev toplam 273 kiloqram (123+150) nəticə ilə çempion adını qazanıb. Nurlan Rəsulov toplam 269 kiloqram (118+151) nəticə ilə ikinci, Kənan Əliquliyev isə toplam 267 kiloqram (117+150) nəticə ilə üçüncü yeri tutublar. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

    Ətraflı   15:14     22-Feb-2020     1415
  • alternative title

    Həmyerlimiz İsveçdə ən yaxşı taekvondo hakimi adına layiq görülüb

    İsveçin Helsinqborq şəhərində təşkil olunan taekvondo üzrə beşinci “Prezident Kuboku” beynəlxalq yarışı başa çatıb. AZƏRTAC xəbər verir ki, fevralın 18-da start verilən yarışlarda ölkəmizi layiqincə təmsil edən, idarə etdiyi döyüşlərdə ədalətli qərarlarına görə Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev yarışın “Ən yaxşı hakimi” adına layiq görülüb. Azərbaycan taekvondoçuları həmin turnirdə bir qızıl və üç bürünc medal qazanıblar. “Prezident Kuboku” yarışının ardınca bu gün “Helsinqborq Open” beynəlxalq turnirinə start veriləcək. Milli komandanın üzvləri bu yarışa da qatılaraq qüvvələrini sınayacaqlar.

    Ətraflı   15:04     22-Feb-2020     1312
  • alternative title

    Futbol üzrə “Könüllülər kuboku” təşkil olunacaq

    AFFA 2020-ci il “Könüllülər ili”nə həsr olunmuş futbol üzrə “Könüllülər kuboku” təşkil edəcək. AZƏRTAC xəbər verir ki, “Avro-2020”nin Bakıda keçiriləcək 4 oyunu üçün seçilən 2020 könüllü arasında martın 7-dən start götürəcək yarış Avropa çempionatı çərçivəsində təşkil olunan maraqlı idman tədbirlərindən biri olacaq. “Könüllülər kuboku”nun keçirilməsində məqsəd həm Bakının ev sahibliyi edəcəyi “Avro-2020” oyunlarında iştirak edəcək könüllülər arasında sağlam həyat tərzini təbliğ etmək, həm də çempionat barədə onları ətraflı məlumatlandırmaqdır. AVRO-2020-də könüllü olmaq şansını qazanan hər kəs https://euro2020.affa.az/az/volunteers-cup/ keçidinə daxil olub, fərdi şəkildə qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün son tarix martın 2-sidir. Qeyd edək ki, Bakıda könüllülərin qeydiyyat mərhələsinə 2019-cu ilin iyun ayından etibarən start verilib. Beş ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib və müraciət sayına görə Bakı Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir.

    Ətraflı   15:00     22-Feb-2020     1223
  • alternative title

    MMA döyüşçümüz Vüqar Kərəmovun “Rizin 21” turnirində debütü uğurlu olub

    Fevralın 22-də MMA (qarışıq döyüş növləri) üzrə idmançımız Vüqar Kərəmov Yaponiyada birinci döyüşünü keçirib. AZƏRTAC xəbər verir ki, 28 yaşlı idmançımız Yaponiyanın Hamamatsu şəhərində keçirilən “Rizin 21” turnirində Quam təmsilçisi Kayl Aquonu məğlub edib. Görüşdə idmançımız sağ qaşından zədə alsa da, hakimlərin yekdil qərarına əsasən qalib elan edilib. Qeyd edək ki, V.Kərəmov Rizin Qran-prisində debüt edib. O, bundan əvvəl “Bellator”da mübarizə aparıb. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının uşu-sanda yarışlarında gümüş medala layiq görülən V.Kərəmov karyerası ərzində 17 döyüş keçirib, 14-də qələbə qazanıb, 3-də isə məğlub olub. K.Aquon isə 21 döyüşün 13-nü qələbə, 8-ni məğlubiyyətlə başa vurub.

    Ətraflı   14:50     22-Feb-2020     1637
  • alternative title

    Ölkəmizdə əlil arabasında basketbol idmanının inkişaf etdirilməsinə başlanılıb

    Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) əlil arabasında basketbol idman növünün inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərə başlayıb. AMPK-dan AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar milli komandaya idmançıların seçiminə start verilib. İdmanın bu növü üzrə milli komandaya əzələ gücünün və hərəkət diapazonunun zəifliyi, minimum bir ayağın atetozu və ya ataksiyası, aşağı ətrafların hər hansı hissəsinin amputasiyası və ayaqların uzunluğunda fərq olan şəxslər müraciət edə bilərlər.

    Ətraflı   14:48     22-Feb-2020     1375
  • alternative title

    London və İstanbulda derbilər olacaq

    Avropada bu həftə yenə maraqlı futbol qarşılaşmaları olacaq. QALANEWS xəbər verir ki, maraqlı görüşlər arasında London və İstanbul derbiləri var. Həmin matçlardan ən maraqlı olanlarını təqdim edirik: 22 fevral 16:30 “Çelsi” – “Totenhem” 21:00 “Beşiktaş” – “Trabzonspor” 21:30 “Lester” – “Mançester Siti” 21:30 “Şalke” – “Leypsiq” 23:45 “Forentina” – “Milan” 23 fevral 20:00 “Fənərbaxça” – “Qalatasaray” 21:30 “Xetafe” – “Sevilya” 00:00 PSJ – “Bordo”

    Ətraflı   14:36     22-Feb-2020     1496
  • alternative title

    Vüqar Kərəmov Yaponiyada zədələnsə də, qələbə qazandı - FOTO

    Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmovun “Rizin” turnirində debütü uğurlu alınıb. QALANEWS-un xəbərinə görə, 28 yaşlı idmançımız Yaponiyanın Hamamatsu şəhərində keçirilən “Rizin 21” turnirində özündən iki yaş böyük Quam (ABŞ) təmsilçisi Kayl Aquondan üstün olub. Görüş əsnasında sağ qaşından zədə alsa da, idmançımız hakimlərin yekdil qərarına əsasən qalib elan edilib. Bu, onun peşəkar MMA karyerasında 15-ci qələbəsi olub. Həmçinin, bu döyüşlə V.Kərəmov ardıcıl 11-ci qələbəsini qazanıb.

    Ətraflı   12:47     22-Feb-2020     1281
  • alternative title

    Dünyanın ən güclü qapıçısından kobud səhv

    Almaniya millisinin və “Bayern”in qapıçısı Manuel Noyer Bundesliqanın XXIII turu çərçivəsində “Paderborn”la görüşdə kobud səhvə yol verib. QALANEWS xəbər verir ki, Almaniya çempionatının lideri ilə autsayderi arasında keçirilən görüş Münhendə baş tutub. Buna baxmayaraq, “Bayern” sonuncu pillədə olan komanda ilə görüşdə yalnız 88-ci dəqiqədə qələbə topunu vurub. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Matçda daha çox söz-söhbətə səbəb isə dünyanın ən güclü qapıçılarından sayılan Manuel Noyerin kobud səhvi olub. 33 yaşlı qapıçı öz cərimə meydançasını tərk edərək topa tez toxunmaq istəsə də, istəyi baş tutmayıb. Belə ki, “Paderborn”un hücumçusu Denis Zrbeni ondan topu oğurlayaraq hesabı bərabərləşdirib – 1:1. Qeyd edək ki, “Bayern” 49 xalla çempionata başçılıq edir. “Paderborn” isə 16 xalla XVIII sıradadır.

    Ətraflı   12:29     22-Feb-2020     1247
  • alternative title

    Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi

    İsveçin Helsinqborq şəhərində təşkil olunan taekvondo üzrə “Prezident Kuboku”nda təkcə idmançılarımız yaxşı çıxış etməyib. QALANEWS xəbər verir ki, 18 fevral tarixində start verilən yarışda ədalətli qərarlarına görə Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev yarışın “ən yaxşı hakimi” adına layiq görülüb. Qeyd edək ki, bu yarışda Azərbaycanın böyüklərdən ibarət komandası bir qızıl və dörd bürünc medal qazanıb.

    Ətraflı   12:11     22-Feb-2020     1222
  • alternative title

    Azərbaycan millisi İranla qarşılaşacaq?

    Azərbaycanın futzal millisi İranla yoldaşlıq görüşü keçirəcək. QALANEWS İran mətbuatına istinadən xəbər verir ki, bu matç fevralın 26-dək baş tutmalıdır. Lakin bu matçın harada və hansı tarixdə baş tutacağı bildirilmir. Məlumatı İran millisinin baş məşqçisi Məhəmməd Nazemoşaria açıqlayıb. O bildirib ki, bu matç 26 fevral-8 mart tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Asiya çempionatına hazırlıq xarakteri daşıyacaq. Eyni zamanda, Azərbaycan Futzal Federasiyasından bildirilib ki, yaxın günlərdə İranla belə bir qarşılaşmanın keçirilməsi nəzərdə tutulmayıb.

    Ətraflı   12:02     22-Feb-2020     1490

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 11:59     24-Feb-2020     865
  • alternative title 11:54     24-Feb-2020     1121
  • alternative title 11:37     24-Feb-2020     324
  • alternative title 17:38     22-Feb-2020     1724
  • alternative title 17:13     22-Feb-2020     1564
image title here

Some title