Loading alternative title

HADİSƏ

  • alternative title

    Sumqayıtda baldızın bıçaqlanmasının TƏFƏRRÜATI: Nəvəsinin hücuma məruz qalmasına şahidlik edən qadın öldü

    Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Ramilə Quliyevaya iyulun 9-da məişət zorakılığı zəminində dördü daxilə nüfuz edən 12 bıçaq zərbəsi vurulub. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Baş verən cinayətin təfərrüatı məlum olub. Saat 21:00 radələrində Anar Əlizadə (1988-ci il təvəllüdlü) H.Z.Tağıyev qəsəbəsində yaşayan baldızı R.Quliyevanın evinə gedərək, qalmaqal salıb. A.Əlizadə baldızını onun ailəsini dağıtmaqda günahlandırıb. Tərəflər arasında münaqişə R.Quliyevanın əri tərəfindən təhqirlərə məruz qalan bacısını öz evində saxlamasından sonra başlayıb. Məlumata görə, A.Əlizadə narkotik maddə aludəçisi olduğundan, həyat yoldaşı ilə aralarında tez-tez münaqişələr baş verib. Bu məsələni həll etmək qərarına gələn R.Quliyeva bacısını öz evinə aparıb. İnsident zamanı A.Əlizadə R.Quliyevaya bıçaqla zərbələr endirməyə başlayıb və zərərçəkənin nənəsi Minayə Quliyeva (1937-ci il təvəllüdlü) bunun şahidi olub. Gözünün qarşısında baş verənlərə dözməyən M.Quliyevanın ürəyi dayanıb və o vəfat edib. Hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri üzrə cinayət işinə başlanılıb.

    Ətraflı   13:47     10-Jul-2020     1221
  • alternative title

    Bakıda ağır qəza: Avtomobillərdən biri dövlət idarəsinin binasına çırpıldı

    Bakıda iki minik maşını toqquşub. Hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, Dilarə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib. Qəza zamanı 10-HU-530 dövlət nömrə nişanlı BMW və 99-AZ-266 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobillər toqquşub. Qəzadan sonra “Volkswagen” Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin binasına, BMW isə dövlət idarəsinin yaxınlığındakı mühafizə xidmətinə məxsus köşkə çırpılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.

    Ətraflı   13:43     10-Jul-2020     994
  • alternative title

    Zaqatalada oğurluq etdikləri evi yandıran “dost”lar tutuldu - FOTO

    Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndində yerləşən evlərin birindən oğurluq edildiyi və daha sonra həmin evin yandırılması barədə müraciət daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri bilinən istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Çobankol kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov saxlanılaraq, istintaqa təqdim edilib. Evdən müxtəlif məişət əşyaları və spirtli içkilər oğurladıqdan iki gün sonra sərxoş vəziyyətdə olan “dost”lar etdikləri cinayət əməlini gizlətmək məqsədilə onu yandırıblar. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

    Ətraflı   12:28     10-Jul-2020     555
  • alternative title

    Türkiyədə Azərbaycan əsilli sevgilisini öldürən şəxsə AĞIR CƏZA

    Türkiyənin Konya şəhərində Azərbaycan əsilli qadını öldürməkdə ittiham olunan şəxsə 15 il 6 ay müddətinə həbs cəzası verilib. Bu barədə Haberler.com məlumat yayıb. Beşinci Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Rahim Aracı və onun qaçmasına kömək etdiyi iddia olunanlar qatılıb. Məhkəmənin qərarı ilə hadisəni törədən Rahim Aracı 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, Aracıya “6136 saylı Qanuna müxaliflik” ittihamı ilə 1 il 6 ay həbs cəzası da verilib. Müttəhimin vəkili, hadisədən sonra ona yardım etdiyi qeyd olunan Selahattin Eyyubi 10 ay həbsə məhkum edilsə də, cəzası təxirə salınıb. Eyni ittihamla mühakimə olunan Ali Dalkıç və Erol Gümüş də 7 ay 15 gün müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, hadisə ötən il iyulun 24-də Konyanın Fevzi Çakmak məhəlləsində baş verib. Daha əvvəl ərindən boşanan, üç uşaq anası Sahibə Yükselir hadisədən bir gün əvvəl - iyulun 23-də evli olan “sevgilisi” Rahim Aracının iş yerinə gedib. Orada Yükselir və Aracı arasında mübahisə olub. Tezliklə davaya çevrilən mübahisəyə polislər müdaxilə edib. Hadisə yerində tərəflər heç biri şikayətçi olmayıb və barışdıqlarını deyib. Lakin bir gün sonra Rahim Aracı avtomobili ilə iş yerinə gələrkən avtomobildə yenə S.Yükselirlə mübahisə edib. R.Aracı tapançasını çıxararaq, qadına səkkiz güllə vurub, onu yaralı halda avtomobildən ataraq qaçıb. Hadisə yerinə gələn polislərə Sahibə “Məni Rahim vurdu” deyib. Qadın xəstəxanada keçinib.

    Ətraflı   12:26     10-Jul-2020     1333
  • alternative title

    Bakıda yük maşınının altında qalıb ölən şəxsin kimliyi müəyyənləşdi

    Bakıda yük maşınının vurması nəticəsində ölən şəxsin kimliyi müəyyənləşib. Hadisə iyulun 4-də Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Zakir Abbasovun idarə etdiyi yük avtomobili piyada olan 30-40 yaşlarında kişinin üstündən keçərək öldürüb. Faktla bağlı başlanmış cinayət işi üzrə Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, İstintaq Şöbəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zaman ölən şəxsin Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Məhəmməd Məmmədov olduğu müəyyən edilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Ətraflı   12:15     10-Jul-2020     1732
  • alternative title

    Azərbaycanda dəhşətli qətl: Qonşusunu bıçaqlayıb öldürdü

    İyulun 9-da saat 23 radələrində 1969-cu il təvəllüdlü İlqar Rzayevin Şirvan şəhəri ərazisində yaşadığı yataqxananın qarşısında bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Bununla bağlı Şirvan şəhər prokurorluğu məlumat yayıb. Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. İstintaqla hadisənin mərhumun qonşusu 1979-cu il təvəllüdlü Şamil Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamil Əliyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Şamil Əliyev cinayətin aləti olan bıçağı istintaqa təqdim edib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Ətraflı   11:52     10-Jul-2020     1216
  • alternative title

    Göygöldə ferma yanıb: Zərərçəkənlər var

    Göygöl rayonunda ferma yanıb. Hadisə rayonun Fikrət Əmirov qəsəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Hadisə nəticəsində iki nəfər tüstüdən zəhərlənib. Zəhərlənənlər FHN-in əməkdaşlarıdır. Onlardan biri Göygöl Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxs isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   11:50     10-Jul-2020     1162
  • alternative title

    Goranboyda iki maşın toqquşdu: Tonlarla qarpız yola dağıldı

    Bakı-Qazax avtomagistralında iki yük maşını toqquşub. Hadisə Bakı-Qazax avtomagistralının Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. Paytaxt istiqamətində hərəkətdə olan qarpızla yüklənmiş “QAZel” markalı avtomobil eyni istiqamətdə hərəkət edən iritonnajlı yük maşını ilə toqquşub. Zərbənin təsirindən “QAZel” idarəetmədən çıxaraq, yol kənarına düşüb. Daşıdığı qarpız isə magistral yolun hərəkət hissəsinə dağılıb. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, Samux sakininin əkib-becərdiyi üç tona yaxın qarpız yola dağılaraq, yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   11:46     10-Jul-2020     356
  • alternative title

    Bakıda avtomobil piyadanı vurub

    Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Nizami küçəsində qeydə alınıb. 1975-ci il təvəllüdlü Ənnağıyev Vüqar Aslan oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Təfərrüatlar araşdırılır.

    Ətraflı   11:34     10-Jul-2020     1119
  • alternative title

    Salyanda ikimərtəbəli evdə yanğın olub

    Salyan rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb. Yanğın zamanı ümumi sahəsi 128 kvm olan ikimərtəbəli evin yanar konstruksiyaları 48 kvm sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Ətraflı   11:24     10-Jul-2020     1093
  • alternative title

    Kür çayında batanlardan birinin meyiti tapıldı

    Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batanlardan birinin meyiti tapılıb. QALANEWS xəbər verir ki, çayda batanlardan biri - İsmayılova Nahidə Rəşadət qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Digərlərinin axtarışı isə davam edir. Qeyd edək ki, Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində həmçinin 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu atıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Ətraflı   11:05     10-Jul-2020     301
  • alternative title

    Gəncə-Şəmkir şosesində ağır yol qəzası baş verib

    Gəncə-Şəmkir şosesində ağır yol qəzası baş verib. Yük avtomobili “Mercedes”lə toqquşub. Hadisə nəticəsində xəsarət alanlar haqqında məlumat yoxdur. Faktla bağlı araşdırma başlanılıb.

    Ətraflı   11:02     10-Jul-2020     398
  • alternative title

    Ağsuda taxıl sahəsi yanır

    Ağsu rayonunun Nüydü kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğının yaxınlıqdakı əkin sahələrinə və meşə zolağına keçmə təhlükəsi yaranıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

    Ətraflı   18:49     09-Jul-2020     1965
  • alternative title

    Bakıda saxta içki hazırlayanlar ələ keçdi - RƏSMİ

    Ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, qida təhlükəsizliyi sahəsində şəffaflığın, effektiv nəzarətin təmin edilməsi məqsədilə strateji dövlət idarəetməsinin prinsiplərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş hüquqpozmalara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir. Həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında metanol tərkibli alkoqollu içkilərin istifadəsi nəticəsində ayrı-ayrı şəxslərin zəhərlənmələri və ölüm faktlarına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb. İstintaqla Vurğun İbadovun fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində yerləşən “Yaşıl bazar” ticarət mərkəzində əhaliyə meyvə-tərəvəz məhsullarının pərakəndə satışını həyata keçirərkən, tamah niyyətilə qabaqcadan əlbir olub gəlir əldə etmək məqsədi ilə fərdi sahibkar kimi qeydiyyatdan keçmiş vəzifəli şəxs olan Əzim Hüseynovdan mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmaqla, keyfiyyətinin normalara uyğun olmadığını qabaqcadan bilərək qida məhsulu olan spirtli içkiləri alıb ayrı-ayrı şəxslərə satıb, nəticədə insan həyatı üçün təhlükəli olan metil spirtli tərkibli həmin alkoqollu içkilərin Xəyyam Bağırov, Gəray Bağırov və Romel Bağırov tərəfindən istifadə edilməsi səbəbindən hər üçünün kəskin metanol zəhərlənməsinə məruz qalaraq Xəyyam Bağırovun sağlamlığına yüngül zərər vurulmasına, Gəray və Romel Bağırovların isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan qanunsuz əməllərə görə Vurğun İbadov və Əzim Hüseynov Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, o cümlədən, cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkar edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Ətraflı   16:09     09-Jul-2020     2983
  • alternative title

    Zaqatalada musiqiçi intihar edib

    Zaqatalada intihar hadisəsi baş verib. Hadisə rayon mərkəzinin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Yerli sakin Səlim Yaşar oğlu Hüseynov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, S.Hüseynov musiqiçi olub.

    Ətraflı   15:05     09-Jul-2020     2428
  • alternative title

    Bakı sakini küçədə bıçaqla hədələnərək qarət olundu

    Bakıda vətəndaşa qarşı küçədə quldurluq edilib. Paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini T. Zeynalovu bıçaqla hədələyərək, 500 manat pulunu quldurluq yolu ilə talayıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Teymur Şahlıyev tutulub. Faktla bağlı cinayət işi başlanıb.

    Ətraflı   12:51     09-Jul-2020     3473
  • alternative title

    Füzulidə 25 yaşlı kişi həmkəndlisini öldürdü

    İyulun 8-də saat 20 radələrində Füzuli rayonunun Mahmudlu-2 kəndi ərazisində 1993-cü il təvəllüdlü Məzahir Gəncallının üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Bununla bağlı Füzuli Rayon Prokurorluğu məlumat yayıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. İstintaqla hadisənin zərərçəkmişin həmkəndlisi, 1995-ci il təvəllüdlü Elşad Muradlı tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Ətraflı   12:47     09-Jul-2020     3723
  • alternative title

    Bakıda universitet yataqxanası qarət edildi

    Bakıda yataqxana qarət edilib. Hadisə paytaxtın Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən universitet yataqxanalarının birində baş verib. Həmin yataqxanada yaşayan qadının mənzilindən pəncərəni sındırmaq yolu ilə 15 min manat pul, 300 manat dəyərində velosiped və məişət əşyaları oğurlanıb. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Naib Abdullayev, 1993-cü il təvəllüdlü Mehman Əlixananov, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü İmran Əlixananov müəyyən olaraq tutulublar. Faktla bağlı cinayət işi başlanıb.

    Ətraflı   12:35     09-Jul-2020     1506
  • alternative title

    Bakıda gənc qız motosikletlə qəza törətdi

    Bakıda 28 yaşlı qadın sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Nizami rayonunda qeydə alınıb. Sürücü, 1992-ci il təvəllüdlü Qasımova Günay Ərəstun qızı “Koroğlu” metrostansiyasının yaxınlığında motosikletin sükanı arxasında olarkən nəqliyyat vasitəsinin idarəetməsini itirib. Nəticədə, o, hadisə yerində bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

    Ətraflı   12:26     09-Jul-2020     1407
  • alternative title

    Fişəng zavodunda partlayış

    Çində pirotexniki maddələr istehsal edən zavodda partlayış baş verib. İHA xəbər verir ki, hadisə Çinin cənub-qərbində yerləşən Sixuan əyalətində qeydə alınıb. Pirotexniki maddələr istehsal edən zavodda baş verən partlayışdan dərhal sonra yanğın başlayıb. Əraziyə 10 yarımstansiyadan 27 yanğınsöndürmə texnikası və 83 canlı heyət cəlb edilib. Partlayışın ardından başlayan yanğın nəticəsində ilkin olaraq ikisi ağır olmaqla, altı nəfərin yaralandığı bildirilib. Zavodda çalışan işçilər və ətraf ərazilərdə yaşayan sakinlər bölgədən təxliyyə edilib. Partlayışın başvermə səbəbləri araşdırılır.

    Ətraflı   12:22     09-Jul-2020     1226

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 13:47     10-Jul-2020     1221
  • alternative title 13:43     10-Jul-2020     994
  • alternative title 12:28     10-Jul-2020     555
  • alternative title 12:26     10-Jul-2020     1333
  • alternative title 12:15     10-Jul-2020     1732
image title here

Some title