Loading alternative title

SOSİAL

  • alternative title

    Biləcəri qəsəbəsinin mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir. AAYDA-dan bildirilib ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində təmir işləri aparılır. Sözügedən küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avtomobil yoluna, o cümlədən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir. Sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2.7 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirir. Artıq layihə çərçivəsində küçənin 1.1 kilometrlik hissəsində təmir işləri yekunlaşdırılıb. Hazırda küçənin qalan 1.6 kilometrlik hissəsində əsaslı təmir-tikinti işləri görülür. Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, köhnə səki daşları sökülərək 3.2 km uzunluğunda yeni səki daşları ilə əvəz edilir, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır, əks-dolğu işləri görülür və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işləri ümumilikdə 20 min kvadratmetrə yaxın sahəni əhatə edir. Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunur, yeni yağış barmaqlıqları quraşdırılır, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunur, yol birləşmələri təmir edilir. Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yol-göstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək. Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

    Ətraflı   15:14     06-Jul-2020     8029
  • alternative title

    “Azərbaycan” İstilik Elektrik Stansiyası istifadəyə verildi

    “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.

    Ətraflı   14:06     25-Jun-2020     8601
  • alternative title

    Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı - RƏSMİ

    Azərbaycanda nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı - RƏSMİ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlanıb. Qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin səkkiz əməkdaşı COVID-19-a yoluxub. “Onlardan yeddisi kişi, biri qadındır. Əməkdaşlarımız sosial izolyasiya rejimində müalicələrini davam etdirirlər”. Qeyd edək ki, bir neçə gün öncə nazirliyin üç əməkdaşında koronavirus aşkarlanmışdı.

    Ətraflı   18:43     19-Jun-2020     8096
  • alternative title

    Bakıətrafı qəsəbələrdə içməli su çatışmazlığı aradan qaldırılır

    Bakıətrafı qəsəbələrdə içməli su çatışmazlığı aradan qaldırılır “Azərsu” ASC tərəfindən yay mövsümündə Bakıətrafı qəsəbələrdə içməli su çatışmazlığından əziyyət çəkən yaşayış massivlərinin su təchizatının gücləndirilməsi məqsədilə Təxirəsalınmaz Tədbirlər Planı çərçivəsində layihələr icra olunur. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, hazırda Binəqədi rayonunun Gülüstan yaşayış massivi və 1-ci mədən 18-ci korpus adlanan ərazisində, Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev, Q.Vəzirov, Zabrat qəsəbəsi Frunze küçələrində, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisində, Suraxanı rayonu S.Əliyev küçəsində yeni xətlər çəkilir. Gülüstan yaşayış massivi və Binəqədi qəsəbəsinin bir hissəsinin içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə Ceyranbatan-Zirə magistral kəmərindən yeni birləşmə verilib. Eyni zamanda yaşayış massivində suyun bərabər paylanması məqsədilə şəbəkədə tənzimləmə işləri də aparılır. Binəqədi rayonunun 1-ci mədən 18-ci korpus adlanan ərazisində isə içməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına uyğun gəlməyən şəbəkələr hesabına aparılır. Bu şəbəkələr yay aylarında bəzi abonentlərin su təminatında problemlər yaradırdı. Bütün bunlar nəzərə alınaraq 18-ci korpus ərazisində ilkin mərhələdə 1,2 km uzunluğunda yeni su şəbəkəsi yaradılır. Yeni şəbəkədən bütün evlərə birləşmələr veriləcək və köhnə xətlər ləğv olunacaq. Yeni şəbəkə DSK yolundan keçən magistral su xəttindən qidalanacaq. Bununla da ərazidə su təchizatında dayanıqlıq təmin ediləcək. Sabunçu və Suraxanı rayonlarının adıçəkilən ərazilərində tikiləcək daşıyıcı xətlər yay aylarında suya tələbatın artdığı vaxtlarda Sabunçu qəsəbəsi E.Mehdiyev, Q.Vəzirov, Zabrat qəsəbəsi Frunze küçəsi, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisi, Suraxanı rayonu S.Əliyev küçəsinin dayanıqlı su təminatına imkan verəcək.

    Ətraflı   18:30     19-Jun-2020     7763
  • alternative title

    “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatının yeni istiqamətləri müzakirə olunub

    “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatının yeni istiqamətləri müzakirə olunub “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatına qoşulmuş bir sıra mətbuat xidmətləri rəhbərlərinin iştirakı ilə bu gün video-konfrans keçirilib və yeni istiqamətlər müzakirə olunub. Mətbuat katibləri virusdan qorunmağın zəruriliyi, karantin rejiminin tələblərinə riayət edilməsinin geniş təbliği barədə fikirlərini bölüşərək, çağırışların davamlı olmasının zəruriliyini bildiriblər. COVID-19 virusunun sürətlə yayıldığı, vətəndaşların daha ehtiyatlı və məsuliyyətli davranmaları, risklərdən maksimum uzaq olmaları üçün əlavə maarifləndirici tədbirlərə ehtiyac duyulduğu dönəmdə həmrəylik nümayiş etdirən sözçülər “Biz birlikdə güclüyük” və “Özünü qoru, çevrəni xilas et” heşteqləri altında maarifləndirici yazıların, müxtəlif videoçarxların və digər təbliğat vasitələrinin ictimailəşdirilməsinin vacibliyini vurğulayıblar. Media hərəkatında birləşən mətbuat katibləri, həmçinin, sosial şəbəkələrdə bu çətin vəziyyətlə mübarizədə vətəndaşları məsuliyyətli olmağa, biganəliyə yol verməməyə, maska taxmağa, sosial məsafəni gözləməyə və gigiyenik vasitələrdən istifadə edərək yeni qaydalarla yaşamağı öyrənməyə çağıran paylaşımlar etmək barədə də yekdil rəyə gəliblər. Qeyd edək ki, bu hərəkat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın təşəbbüsü ilə baş tutub.

    Ətraflı   18:28     19-Jun-2020     4614
  • alternative title

    “ASAN Viza” vasitəsilə 2 milyona yaxın viza verilib

    “ASAN Viza” vasitəsilə 2 milyona yaxın viza verilib "ASAN Viza" sisteminin fəaliyyətə başladığı 2017-ci ildən indiyə qədər 2 milyona yaxın viza verilib. Bunun 681 mini hava limanlarına alınıb. “Report” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") “ASAN Viza” departamentinin rəhbəri İsmayıl Əbdüləzimov “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində vebinar təlimində bildirib. Onun sözlərinə görə, ölkə prezidentinin 1 iyun 2016-ci il tarixli fərmanı ilə Agentliyin reallaşdırdığı bu sistem turizmin inkişafına töhfə verir: “ASAN Viza” vasitəsilə 94 ölkədən olan əcnəbilər, o cümlədən hava limanlarında 14 ölkənin vətəndaşları viza ala bilərlər. Sistemin internet portalı və aeroportlardakı özünəxidmət terminalları Azərbaycan, İngilis, Fransız, İspan, Alman, İtalyan, Ərəb, Fars və Rus dillərində fəaliyyət göstərir".

    Ətraflı   18:06     19-Jun-2020     4054
  • alternative title

    İmtahanlar ləğv olundu

    İmtahanlar ləğv olundu Azərbaycanda iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək imtahanlar keçirilməyəcək. "Report"un məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda əksini tapıb.

    Ətraflı   18:04     19-Jun-2020     3375
  • alternative title

    Monitorinq piyada keçidində dəqiqəyə 4 qayda pozuntusu aşkarladı

    Monitorinq piyada keçidində dəqiqəyə 4 qayda pozuntusu aşkarladı “Xətai” metro stansiyası önündə yerləşən 2 piyada keçidində orta hesabla dəqiqədə 4 qayda pozuntusu aşkarlanıb. Report Media Məktəbi tələbələrinin keçirdiyi 4 günlük monitorinq zamanı 2 963 belə hal qeydə alınıb. Monitorinqin ilk 2 günü sosial izolyasiya tədbirlərindən öncə martın 11-i və 12-nə, 2 günü isə iyunun 8-i və 10-na təsadüf edib. Monitorinq qrupu piyadaların qırmızı işıqda yolu keçməsi, qaydanı bilərəkdən pozması hallarını hesablayıb.

    Ətraflı   17:20     19-Jun-2020     3760
  • alternative title

    Allahşükür Paşazadənin Donald Trampa ünvanladığı məktuba cavab gəlib

    Allahşükür Paşazadənin Donald Trampa ünvanladığı məktuba cavab gəlib Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam A. Paşazadənin ABŞ Prezidenti Donald Trampa İranda koronavirus pandemiyasının və mövcud sanksiyaların yaratdığı humanitar problemlərlə bağlı ünvanladığı məktuba ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Örl Litzenberqer iyunun 11-də rəsmi cavab verib. İdarədən "Report"a verilən məlumata görə, məktubda QMİ sədrinin məsələ ilə əlaqədar narahatlığını ifadə edən mövqeyi dəyərləndirilərək Birləşmiş Ştatlar tərəfindən bu narahatlığın bölüşüldüyü bildirilib. Məktubda A.Paşazadənin humanitar böhran dövründə insan həmrəyliyinin önəminin artdığına dair fikirləri ilə bağlı deyilir: "Biz İran xalqı üçün dünya ictimaiyyətinin narahatlığını bölüşürük. Prinsip olaraq sanksiya proqramlarımız İranla xoşniyyətli, humanitar sahə ilə bağlı ticarət, yardım və fəaliyyətləri hədəf almır və ya hansısa şəkildə məhdudlaşdırmır". Məktubda həmçinin Birləşmiş Ştatların Azərbaycanın öz müstəqilliyini əldə etdikdən sonra onu dəstəklədiyi və gələcəkdə də tərəfdaşlığın davam etdirilməsində maraqlı olduğu vurğulanıb.

    Ətraflı   17:03     19-Jun-2020     3340
  • alternative title

    Azərbaycan və İsrail gimnastları arasında qarşılaşma keçirildi

    Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandalarının onlayn yarışması keçirilib. "Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, "Battle” adlanan yarışa hər iki ölkənin Tokio-2020 Olimpiya Oyunlarına lisenziya qazanan komandaları qatılıb. Yarışmadan öncə hər iki komanda bir-birinə təqdim olunub. Azərbaycanın “Paxlava”, İsrailin isə “Bamba” komandasının üzvləri bir-birilərinə uğurlar arzulayıb. Daha sonra yarışmanın qaydaları haqqında məlumat verilib. Yarış 3 hissədən ibarət olub və təxminən 3 saat davam edib. Estafet oyunları ilə başlayan turnirdə gimnastlar müəyyən vaxt ərzində oyunu tamamlamalı olublar. Bundan başqa, onlar həm də alətlərlə verilən müxtəlif tapşırıqları yerinə yetiriblər. İcra edilən tapşırıqlara görə komandalar hakimlər tərəfindən qiymətləndirilib. Sonda isə hər iki komanda üzvləri bədii gimnastikaya aid sualları cavablandırıblar. Yarışda hesab qeydə alınsa da, hər iki komanda qalib elan olunub. Elə yarışın da məqsədi karantin günlərinin davam etdiyi və gimnastika yarışlarının olmadığı dövrdə gimnastlara yarış əhval-ruhiyyəsini yenidən yaşatmaq, onlayn da olsa, birgə maraqlı zaman keçirərək əylənməkdən ibarət olub. “Paxlava” komandası bildirib ki, İsrail komandası ilə ilk canlı görüşdə onlara paxlava təqdim olunacaq. Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva isə dostluq və əməkdaşlıq üçün İsrail yığmasına təşəkkürünü bildirib və hər kəsə sağlamlıq arzu edərək, tezliklə yenidən yarışlarda görüşəcəklərindən ümidvar olduğunu qeyd edib. İsrail komandasının məşqçisi Raxel Faiqa da belə yarışın təşkili və iştirak üçün Azərbaycan yığmasına təşəkkürünü çatdırıb və komandaya uğurlar arzulayıb.

    Ətraflı   16:54     19-Jun-2020     3114
  • alternative title

    Rəşad Mahmudov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Xroniki xəstəliklərlə əlaqəsi yoxdur”

    Rəşad Mahmudov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Xroniki xəstəliklərlə əlaqəsi yoxdur” Azərbaycan xalqı Əməkdar artist Bəhram Bağırzadənin səhhətindən nigarandır. Təəssüf ki, müsbət dinamikaya baxmayaraq, o, hələ də ağır vəziyyətdədir. “Bəhram Bağırzadənin ekstrakorporal membran oksigenləşdirmə cihazına (ECMO) bağlı müalicəsi davam edir. Onun vəziyyəti stabil, lakin ağırdır, hələ ki, ağciyərin funksiyasının bərpası prosesində istənilən effekti əldə etmək mümkün deyil”. Bunu Milli Məclisin deputatı, Əməkdar artist Bəhram Bağırzadənin koronavirusdan müalicə edildiyi Mərkəzi Gömrük Hospitalı Elmi Təcrübə və Təlim Mərkəzinin rəhbəri Rəşad Mahmudov Media.Az-a bildirib. Onun sözlərinə görə, ECMO aparatı sayəsində orqanizmin oksigen təminatının səviyyəsi normal həddədir, bütün digər orqanları (ağciyərlərdən başqa) normal işləyir: “Onun zəruri müalicəsi aparılır. Düşünürəm ki, 10-14 gün ərzində bədənin reaksiyasını görəcəyik, xəstəliyə qarşı necə mübarizə apardığını anlayacağıq. Təəssüf ki, orqanizm müsbət cavab verməzsə, əlimizdən bir şey gəlməyəcək. Adam ECMO cihazına bir ay, maksimum ay yarım qoşulu qala bilər”. Həkimin sözlərinə görə, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi bilavasitə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir. “Həkimlər hər xəstənin həyatı üçün mübarizə aparırlar. Bəhram Bağırzadə uğrunda qalib gələcəyimiz sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, müalicəyə müsbət reaksiya verəcək və onu ayağa qaldıra biləcəyik. Təcrübəmizdə elə hal olub ki, xəstəxanada quş qripi, xüsusilə kəskin tənəffüs çatışmazlığı sindromu (ARDS) nəticəsində ağırlaşmaları başlayan xəstədə pnevmoniyanın ağır forması müşahidə edilib. O xəstəni ECMO-ya qoşmaqla 20 gün ərzində ağciyərlərin funksiyasını bərpa edə bildik. Bir həftədən 10 günə qədər xəstəliyin inkişaf dinamikasını müşahidə edərək, Bəhram Bağırzadənin ağciyərlərinin hansı reaksiya verəcəyi məlum olacaq”, - deyə o bildirib. Həkim qeyd edib ki, xəstəxanaya yerləşdirilməzdən bir qədər əvvəl - Bəhram Bağırzadə koronavirusa yoluxduqdan sonra kompüter tomoqrafiyası onun ağciyərlərinin yalnız 5%-nin zədələndiyini göstərib. Lakin qısa müddət ərzində fəsadlaşma başlayıb və sənətçinin ağciyər toxumalarının zədələnməsi 90%-dən çox olub: “Çox adam xroniki xəstəliklərdən danışır, amma Bəhram müəllim COVID-19 səbəbindən belə ağır vəziyyətə düşüb. Bunu bir həkim kimi deyirəm”. Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə 13 iyun 2020-ci il tarixdə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Yeni komrüter tomoqrafiyası ilə əvvəlki mərhələyə nisbətən xəstəliyin ciddi mənfi gedişatı müəyyən edilib. Sənətkarın ağciyər toxumasının 90%-dən çoxuna zərər dəydiyi ortaya çıxıb. Süni ağciyər ventilyasiyası (ALV) ilə intensiv müalicəyə baxmayaraq, saturasiyanın (qanın oksigenə doyması) artmasına nail olunmayıb. Gün ərzində doyma nisbəti 50% daxilində qaldığına görə, konsilium keçirilib və xəstəni ECMO cihazına bağlamaq qərarı verilib. ECMO - xəstənin həyatına və orqanizminin fəaliyyətinə müvəqqəti dəstək vermək üçün süni ürək və ağciyərin istifadəsi tətbiq olunan xüsusi müalicə metodudur. Xəstəni Mərkəzi Gömrük Hospitalında ECMO cihazına bağladıqdan sonra vəziyyəti nisbətən sabitləşib və saturasiya 95 faizə qədər yüksəlib.

    Ətraflı   16:48     19-Jun-2020     4974
  • alternative title

    Deputat: “Vətəndaşlara sərt karantin rejimində sosial müavinətlər verilə bilər”

    Deputat: “Vətəndaşlara sərt karantin rejimində sosial müavinətlər verilə bilər” “Sərt karantin rejiminin uzadılması ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını ala bilməməklə əlaqədardır”. Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. O bildirib ki, hökumətin təcridlə bağlı addımları məcburiyyətdən doğur.Millət vəkili hesab edir ki, sərt karantin rejimi olmasa, daha böyük problemlər yaşana bilərdi. “Ancaq qapanmaya gedəndən sonra da vətəndaşların sosial problemləri başlayacaq. Çünki insanların gündəlik xərcləri var. Düşünürəm ki, hökumət bunu da nəzərə alacaq və müvafiq qərarlar qəbul ediləcək. Təcridə keçdikcə, sərt karantin rejimində vətəndaşlara sosial müavinətlər verilə bilər”, - deyə R.Nurullayev əlavə edib. O düşünür ki, hökumət vətəndaşların rifahı üçün əlindən gələni edəcək. Koronavirus pandemiyası ilə əlaqədar iyunun 21-i saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək.

    Ətraflı   16:41     19-Jun-2020     3239
  • alternative title

    Əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulur

    Əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulur Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində yeni və müasir metodlar hazırlanır. Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə və əmək sahəsində məsələlərin müzakirəsinə həsr olunmuş video formatında keçirilən iclasda deyib. Nazir qeyd edib ki, əsas hədəflərdən biri kimi, əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulmaqdadır: “Nəzarətlə əlaqədar elektron protokolların tərtib edilməsi və elektron qərarın qəbul edilməsi “Monitorinq” altsistemi vasitəsilə həyata keçiriləcək. Hazırda bunun üçün həmin altsistemin müvafiq funksional imkanlarının formalaşdırılması prosesi gedir”. O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq pandemiya dövründə reallaşdırılan sosial dəstək tədbirlərinin mühüm istiqaməti kimi, iş yerlərinin, muzdla çalışan 1 milyon 665 minədək işçinin iş yeri və əməkhaqqı gəlirlərinin qorunması işləri davam edir. “Əmək müqaviləsi bildirişi” altsistemində bununla bağlı işəgötürənlərə xəbərdarlıqlar yerləşdirilib. Həmçinin, e-sistem üzərindən bu istiqamətdə gündəlik nəzarət aparılır, e-sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə dərhal əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda, həmin işçilərin işə bərpası təmin edilir. Karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkətinə şərait yaratmaq üçün e-sistemə real olmayan əmək müqaviləsi bildirişləri daxil etdiklərinə əsaslı şübhələr yaranan işəgötürənlərlə bağlı məlumatlar da hüquq-mühafizə orqanlarına təqdim edilir”. Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin davam etdirildiyini deyən S.Babayev “Qeyri-formal məşğulluğa nəzarət” Vahid İnformasiya Sisteminin yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb. O bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə əməkdaşlıqda əmək müfəttişliyinin müasir metodologiya üzrə və risk əsaslı nəzarət mexanizminin yaradılması işləri da davam edir. İclasda “Əmək müqaviləsi bildirişi” və “Məşğulluq” altsistemlərinin, fərdi uçot sisteminin müqayisəli təhlilllərinin aparılması, həmçinin İcbarı Sığorta Bürosunun informasiya sistemi ilə müqayisəli təhlil aparılmaqla sığorta müqaviləsi bağlamamış işəgötürənlərin müəyyənləşdirilməsi üçün görüləcək işlər nəzərdən keçirilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs olunub. Xidmətin Mərkəzi Laboratoriyasının bazasında Əməyin Mühafizəsi Mərkəzinin yaradılması, Xidmətin kadr potensialının artırılması və işəgötürənlər üçün maarifləndirmə işlərinin təşkili, risk əsaslı yoxlama mexanizminin və əməyin mühafizəsi üzrə standart, norma və qaydaların mənimsənilməsi üçün müfəttişlərin iştirakı ilə treninqlərin təşkili, əməyin mühafizəsi sahəsində iqtisadi fəaliyyət sahələri üzrə norma və standartların hazırlanması və s. məsələlər müzakirə edilib.

    Ətraflı   16:30     19-Jun-2020     3158
  • alternative title

    DİM: Hərarəti olan 3 şagird imtahana buraxılmayıb

    DİM: Hərarəti olan 3 şagird imtahana buraxılmayıb Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 19-da ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib. DİM-dən "Report"a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən, 3 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

    Ətraflı   16:07     19-Jun-2020     2891
  • alternative title

    Müdafiə Nazirliyinin nümayəndələri Mübariz İbrahimovun məzarını ziyarət edib

    Müdafiə Nazirliyinin nümayəndələri Mübariz İbrahimovun məzarını ziyarət edib Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin nümayəndə heyəti igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Bu barədə "Report"a Nazirlikdən məlumat verilib. Anma mərasimində Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini deyən polkovnik Elvin Əzizov Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissinin yüksək olduğunu vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb. Qeyd olunub ki, qəhrəmanımız qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib. Digər çıxış edənlər də şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazan qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar. Xüsusi qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

    Ətraflı   16:00     19-Jun-2020     3422
  • alternative title

    Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu

    Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu Azərbaycanda daha bir həkimin COVID-19 testi müsbət çıxıb. BakuPost-un məlumatına görə, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin həkimi Balağa Pənəliyevin analiz nəticələri bu gün səhər saatlarında açıqlanıb. Həkim karantinə götürülüb. Bildirilib ki, B.Pənəliyev həmin xəstəxananın virusa yoluxan ikinci terapevtidir.

    Ətraflı   15:27     19-Jun-2020     3198
  • alternative title

    DİM-dən dövlət qulluğuna müsahibələrdə iştirak edəcək namizədlərə MÜRACİƏT

    DİM-dən dövlət qulluğuna müsahibələrdə iştirak edəcək namizədlərə MÜRACİƏT Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi nəzərə alınaraq, vətəndaşların dövlətin idarə edilməsində iştirak hüququnun təmin edilməsi və dövlət orqanlarının kadr tələbatının ödənilməsi, eyni zamanda müsahibələrdə insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək məqsədilə 18 mart 2020-ci il tarixindən təxirə salınmış müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar. 17.09.2019 və 13.01.2020-ci il tarixli müsabiqədə müsahibələri təxirə salınmış namizədlər 25 iyun saat 18:00-dək bu linkə daxil olmaqla DİM-in onlara uyğun olan müvafiq regional bölməsini seçməlidirlər. Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcək. Müsahibələrin keçirilmə qrafiki beş gün əvvəl Mərkəzin internet portalında yerləşdiriləcək. Müsahibələrin onlayn qaydada təşkili ilə bağlı “Təlimat” hazırlanıb. Təlimata uyğun olaraq, namizədlər müsahibəyə gələrkən şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, müsahibə binasına tibbi maska ilə gəlməli, əllərini girişdə yerləşdirilmiş tibbi spirt və ya dezinfeksiyaedici vasitə ilə təmizləməli, buraxılış rejimi zamanı digər namizədlərlə iki metrlik məsafə saxlamalıdırlar.

    Ətraflı   15:23     19-Jun-2020     3288
  • alternative title

    “Azərsu” rəsmisindən su problemi ilə bağlı AÇIQLAMA

    “Azərsu” rəsmisindən su problemi ilə bağlı AÇIQLAMA “Susuz deyilik, sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də verdiyi məlumatlara görə, hər il ölkədə su ehtiyatlarında azalma dinamikası müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə (iyun ayının ilk 10 günü - red.) bu il suya tələbat 38 faiz artıb”. Oxu.Az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib. O bildirib ki, bu gün su ehtiyatları az olsa da, ölkədə su ilə bağlı yarana biləcək ciddi təhlükənin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilib: “Martın əvvəllərində “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Eyni zamanda, Şəmkirçay ilə yanaşı, Taxtakörpü su anbarı da tikilib. Əgər Taxtakörpü su anbarı bir neçə il bundan əvvəl tikilməsəydi, keçən ilin yay aylarında Bakı şəhərində su qıtlığı yarana bilərdi. Ötən həftə paytaxtın bir sıra ərazilərində yaşanan su problemi isə obyektiv səbəblərlə bağlı idi. Bilirsiniz ki, Kür çayında suyun səviyyəsi aşağı düşüb və bununla əlaqədar çaydan suyu götürərək emala göndərən üzən nasos stansiyalarında çətinlik yaranıb. Lakin bir həftə ərzində xüsusi texnika ilə həmin ərazidə əməkdaşlarımız işlər gördü, nasosların ətrafı lildən təmizləndi. “Azərsu” ASC Kürdən Bakıya saniyədə bir kubmetrdən az su verirdi. Havaların istiləşməsi ilə suya tələbat da artdı. Mövsümlə əlaqədar bağ sahələrində hovuzlar, suvarma məsələləri rejimlərimizdə kiçik çətinliklər yarandı. Suyun təzyiqini artırsaq da, xətlərdə problemlər meydana gəlirdi. Problemlərin böyük əksəriyyəti şəhərin şərq hissəsində - Xəzər, Suraxanı, Sabunçu, Abşeron rayonları və Bağlar massivində hiss olundu”. A.Cəbrayıllı onu da əlavə edib ki, şəhərin qərb hissəsində də kiçik problemlər hiss olunsa da, qısa zaman ərzində aradan qaldırılıb: “Suya tələbatın artması hidrovlik rejimlərimizdə dalğalanmalara səbəb olurdu. Şəhərin qərb hissələrində - Yasamal, Qaradağ, Nəsimi, Nərimanov, Nizami rayonlarında, eləcə də Sumqayıtda çox cüzi hiss olundu. Qurumun əməkdaşlarının 24 saat suyun verilmə rejimlərinə ciddi nəzarət etməsi ilə problemi aradan qaldıra bildik. Bu gün bəzi ərazilərdə lokal problemlərimiz qalıb. Buna həm də ölkədə mövcud olan pandemiya dövrünün də təsiri olub”.

    Ətraflı   15:08     19-Jun-2020     3167
  • alternative title

    Koronavirusa görə bəzi dərmanların qıtlığı yaranıb

    Koronavirusa görə bəzi dərmanların qıtlığı yaranıb Koronavirusun müalicəsində effektli olduğu deyilən dərmanlara tələbat artıb. Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb. Həkim Mətanət Cəfərova bildirib ki, bu dərmanlar daha çox parasetamol, vitamin D, vitamin C və eyni zamanda, virus əleyhinə təsir göstərən müəyyən qrup preparatlardır. O qeyd edib ki, bu və digər dərmanlara tələbatın artması, insanların daha çox bu preparatları alması onların tükənməsinə səbəb olub. Bəli, hazırda əksər apteklərdə bu dərmanların qıtlığı müşahidə olunur. Hətta tapmaq belə mümkün deyil. Əczaçı isə bildirib ki, “parasetamol” yoxdur, gəlmir, amma tələbat çoxdur: “Virus əleyhinə olan “arbidol” da çox alınır, ona da tələbat artıb. Bəlkə gün ərzində 20 adam bizdən “arbidol” soruşur. Çünki son vaxtlar onun qutusunun üzərində koronavirusun şəkili var idi. Camaat onu konkret koronavirus üçün bilir”. Həkimlərin sözlərinə görə, koronavirusun simptomlarını hiss edən şəxslər əsasən parasetamoldan istifadə edirlər. Arbidol isə virusa qarşı mübarizdə effektli olduğu üçün insanlar daha çox onu axtarır.

    Ətraflı   14:48     19-Jun-2020     2996
  • alternative title

    İçməli su problemi Bilgəhdən də yan keçmədi - VİDEO

    İçməli su problemi Bilgəhdən də yan keçmədi Sabunçu rayonu Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində yaşayan sakinlər illərdir ki, içməli suya həsrətdirlər. Baku TV xəbər verir ki, burada yaşayanlar hazırda istifadə etdikləri suyu şəxsi vəsaitləri hesabına alırlar. Havaların gündən-günə istiləşməsi və virus təhlükəsinə görə tez-tez yuyunmaq ehtiyacı sakinlərin suya olan tələbatını bir neçə dəfə artırıb. Bu da, öz növbəsində, onların şəxsi büdcəsinə xeyli zərər vurur. Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirdilər ki, Bakıətrafı qəsəbələrdə hələ də mərkəzləşmiş içməli su şəbəkəsi qurulmayıb. Lakin gələcəkdə bütün qəsəbə və yaşayış massivlərində su şəbəkəsinin qurulması nəzərdə tutulur.

    Ətraflı   14:44     19-Jun-2020     3121

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 10:51     29-Oct-2020     534
  • alternative title 10:47     29-Oct-2020     1390
  • alternative title 11:16     28-Oct-2020     1726
  • alternative title 10:56     28-Oct-2020     526
  • alternative title 12:40     27-Oct-2020     1611
image title here

Some title