Loading alternative title

HƏRBİ

  • alternative title

    Ötən gecə cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   10:02     07-Jan-2020     3399
  • alternative title

    Keniyada ABŞ hərbi bazasına hücum olub - 3 hərbiçi ölüb

    Keniya Silahlı Qüvvələrinin "Menda Bey" hava limanının yaxınlığında yerləşən ABŞ hərbiçilərinində fəaliyyət göstərdiyi “Camp Simba” hərbi bazasına hücum baş verib. Yaxın şərqdəki gərginliyin fonunda, ABŞ bazalarına olan hücumların sayı artmaqda davam edir.Keniyanın paytaxtı Nayrobi yaxınlığında İranyönlü “Əş-Şabab” qruplaşmasının hücumu nəticəsində 3 ABŞ hərbiçisi öldürülüb.Məlumatda daha iki hərbiçinin yaralandığı qeyd olunur. Qeyd edək ki, ABŞ hərbi bazalarına hücumlar, İraqda Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən sonra başlayıb.

    Ətraflı   14:17     06-Jan-2020     3630
  • alternative title

    Müdafiə Nazirliyi: Ermənistan atəşkəs rejimini 23 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

    Ətraflı   09:50     06-Jan-2020     2412
  • alternative title

    Xəlifə Haftarın ordusu Tripolidə hərbi məktəbə hücumda iştirakı inkar edib

    “Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) Tripolidəki hərbi məktəbə hücumda iştirak etməyib”. Bunu LMO-nun rəsmi nümayəndəsi Əhməd əl-Mismari bildirib. “Faktlar onu göstərir ki, kursantlara qarşı terror aktı törədilib. Bəlkə də bu, mina olub, havadan zərbə deyil”, - əl-Mismari belə deyib. O, həmçinin bu insidentin BMT-nin beynəlxalq təhqiqatçılarının iştirakı ilə araşdırılmalı olduğunu bildirib. Qeyd edək ki, Tripolidə hərbi təlim məktəbinə endirilmiş aviazərbə nəticəsində 30 kursant ölüb, daha 33 nəfər yaralanıb.

    Ətraflı   23:39     05-Jan-2020     2744
  • alternative title

    Rəsmi Tehran nüvə sazişindən imtinanın 5-ci mərhələsinə başlayıb

    İran nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 5-ci (sonuncu) addımı atıb. İran dövləti bəyanat yayaraq elan edib ki, nüvə proqramının icrası ilə bağlı bundan sonra heç bir məhdudiyyət tətbiq etməyəcək. Bəyanatda bildirilir ki, "İran İslam Respublikası nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində beşinci addımı atır. Belə ki, sentrifuqların sayında məhdudiyyəti ləğv edib. Bundan sonra uranın zənginləşdirilməsində, zənginləşdirilmənin faizində, zənginləşdirilmənin miqdarı, araşdırılması və inkişaf etdirilməsinə heç bir məhdudiyyət tətbiq etməyəcək". Bəyanatda, həmçinin qeyd olunur ki, İran nüvə proqramını öz ehtiyacları əsasında inkişaf etdirəcək: "İran MAQATE ilə əməkdaşlığını öncədən olduğu kimi davam etdirəcək. Əgər sanksiyalar götürülərsə, İran öz mənafeyinə uyğun olaraq Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərini icra edəcək".

    Ətraflı   23:36     05-Jan-2020     3463
  • alternative title

    ABŞ ORDUSU İRAQI TƏRK EDƏCƏK-İRAQ PARLAMENTİ QƏRAR VERDİ

    İraq parlamenti, növbədənkənar iclas keçirib.İclasda, böyük səs çoxluğu ilə ABŞ ordu qüvvələrinin ölkəni tərk etməsi qərarı alınıb. 329 millət vəkili ilə təmsil olunan İraq parlamentində şiə millət vəkilləri iclasdan öncə əllərində "Amerikaya yox" sloqanları tutublar. Parlamentim növbədənkənar iclasında, bütün kənar qüvvələrin ölkəni tərk etməsi barədə qərar alınıb. Beləliklə, ABŞ məcburi şəkildə İraqdakı bazalarının fəaliyyətini dayandırmalı olacaq.

    Ətraflı   21:19     05-Jan-2020     4205
  • alternative title

    İran Trampın hədəsinə cavab verdi

    İran Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musəvi ABŞ Prezdenti Donald Trampın Tehranı hədələməsinə cavab verib. Ə. Musəvi ABŞ-ın İranda 52 obyektə zərbə endirməyə сəsarət etməyəcəyini vurğulayıb. Ə. Musəvi bildirib ki, gələcəkdə mümkün münaqişənin gedişində ABŞ-ın belə bir addım atmağa cəsarət edəcəyinə şübhə ilə yanaşır. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib. Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

    Ətraflı   16:26     05-Jan-2020     6196
  • alternative title

    SON DƏQİQƏ: XƏLİFƏ HƏFTARA AİD DÖYÜŞ TƏYYARƏLƏRİ HƏRBİ AKADEMİYANI BOMBALADI- ÇOXLU SAYDA ÖLƏN VƏ YARALANAN VAR

    Bir son dəqiqə məlumatına görə, Liviyanın paytaxtı Tripolinin Hadbe adlanan bölgəsində yerləşən hərbi akademiyaya hava zərbələri endirilib. Zərbə endirən döyüş təyyarələrinin Xəlifə Həftara aid olduğu bildirilir. Bombardman nəticəsində çoxlu sayda ölən və yaralanan var. Xəlifə Həftara məxsus döyüş təyyarələrinin həyata keçirdiyi bombardman nəticəsində xəsarət alan və ölənlərin əksəriyyəti kursantlardır.

    Ətraflı   01:21     05-Jan-2020     7295
  • alternative title

    VİDEO - İRAN İRAQDAKI ABŞ BAZALARINA ZƏRBƏLƏR ENDİRİR

    Bir son dəqiqə məlumatına görə, İraqda paytaxt Bağdadda ABŞ səfirliyinin yanına yaşıl zona adlanan əraziyə iki ədəd reaktiv mərmi düşüb. ABŞ ın Balad adlanan və İraqdakı ən böyük hərbi bazasına və Mosul şəhərindəki hərbi bazası olan "Kindi" hərbi bazasına zərbələr endirilib.Zərbələr həm raket sistemləri ilə həm də, artileriya sistemləri ilə endirilir.İndiyədək 5 nəfərin yaralandığı bildirilir. Hal hazırda İraq səmasında ABŞ helikopterləri uçur.

    Ətraflı   00:43     05-Jan-2020     5467
  • alternative title

    SON DƏQİQƏ: İRAN İRAQDAKI ABŞ BAZALARINA ZƏRBƏLƏR ENDİRİR FOTO

    Bir son dəqiqə məlumatına görə, İraqda paytaxt Bağdadda ABŞ səfirliyinin yanına yaşıl zona adlanan əraziyə iki ədəd reaktiv mərmi düşüb. ABŞ ın Balad adlanan və İraqdakı ən böyük hərbi bazasına və Mosul şəhərindəki hərbi bazası olan "Kindi" hərbi bazasına zərbələr endirilib.Zərbələr həm raket sistemləri ilə həm də, artileriya sistemləri ilə endirilir.İndiyədək 5 nəfərin yaralandığı bildirilir. Hal hazırda İraq səmasında ABŞ helikopterləri uçur.

    Ətraflı   23:57     04-Jan-2020     7057
  • alternative title

    Çavuşoğlu ilə Pompeo görüşdü-TELEFON DİPLOMATİYASININ GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ

    Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, amerikalı həmkarı Mayk Pompeo ilə görüşüb. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə ,ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub. Diqqət yetirsək çox maraqlı bir məqama şahid ola bilərik.Mövlud Çavuşoğlu iki gün ərzində İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ilə, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla, İraq və Liviyalı həmkarları ilə telefon danışığı aparıb. Bu telefon diplomatiyasını isə ortaq cəhətlər təşkil edir.Türkiyənin Liviyada hərakata başlamasına az qalmış, ABŞ-ın bölgədə aktivləşməsi heç də, təsadüf deyil. Yazı müəllifi: Hərbi jurnalist - MİRZƏ HÜSEYNOV

    Ətraflı   22:21     04-Jan-2020     5644
  • alternative title

    Ermənistan ordusu mövqelərimizi atəşə tutub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   16:13     04-Jan-2020     3285
  • alternative title

    Türk ordusu Liviyaya daxil olmaq üçün hazır vəziyyətə gətirilib- HƏRAKAT BAŞLAYIR

    Türk ordusu Liviyaya daxil olmaq üçün hazırlıqlarını yekunlaşdırır. İki gün öncə Türkiyə Böyük Millət Məclisində qəbul edilən qərarla Türkiyə hökuməti, Liviyaya qoşun yeridilməsi üçün orduya rəsmən icazə verdi. Hal-hazırda bütün gözlər Türkiyə Silahlı Qüvvələrinin baş qərargahına yönəlib.Ehtimal edilir ki, qısa bir zamanda ordu öz hazırlıqlarını tamamlayaraq Liviyaya doğru yola düşəcək. Hələlik, personal sayının nə qədər olacağı, ilk növbədə hansı qoşun növündən istifadə ediləcəyi bilinmir. Lakin ekspertlərin fikrincə, bu hərakat, "Afrin" "Barış Pınarı" hərakatlarının təkrarı olacaq.Çünki hər iki hərakat Suriyada həyata keçirilib.Liviyanın coğrafi relyef quruluşu isə Suriyaya olduqca oxşardır.Düzənlik və səhralıq ərazi, yamaclar və strateji təpələr,yüksəkliklər. İlk növbədə Türkiyə Hərbi Hava Qüvvələrinin hərəkətə keçəcəyi, onun ardından, artileriya qoşunlarının əvvəlcədən aşkar edilmiş planlı hədəflərə zərbələr endirəcəyi gözlənilir.

    Ətraflı   12:36     04-Jan-2020     3381
  • alternative title

    ABŞ-nın döyüş təyyarələri İraqda hərbi konvoyu bombalayıb

    İraqda hərbi konvoya hücum nəticəsində 6 nəfər həlak olub. Yanvarın 2-si gecə İraqda general Qasım Süleymaninin raket hücumu nəticəsində öldürülməsindən sonra, dünən gecə Həşdi-Şəbi tərəfdarlarının olduğu konvoya daha bir hava hücumu gerçəkləşdirilib . Hücum barədə məlumatı İraqın Sumeriye televiziyası yayıb.Məlumatda qeyd olunur ki, İraqın paytaxtı Bağdadın Tac bölgəsində Həşdi-Şəbi tərəfdarlarının olduğu hərbi konvoya endirilən hava zərbəsi nəticəsində, 6 nəfər həlak olub. Əməliyyatla bağlı hələ ki, heç bir açıqlama verilməsə də, bəzi xəbər agentlikləri həyata keçirilən hücum nəticəsində Həşdi-Şəbi liderlərinin öldüyü bildirilib. Daha sonra bu məlumatın doğru olmadığı üzə çıxıb.Hücumun Bağdadın Tac bölgəsində, Tac stadionunun yaxınlığında gerçəkləşdirildiyi, ilkin olaraq 6 nəfərin öldüyü xəbəri öz təsdiqini tapıb. Bəzi məlumatlara görə hücum hərbi konvoya deyil, tibbi yardım heyətinə qarşı gerçəkləşdirilib. Digər ölən və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur.

    Ətraflı   12:26     04-Jan-2020     2950
  • alternative title

    Atəşkəs rejimi 22 dəfə pozulub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   09:46     04-Jan-2020     2074
  • alternative title

    SON DƏQİQƏ - İranlı generalın qətlindən sonra ABŞ Yaxın Şərqə 3500 əsgər göndərdi

    ABŞ-ın 82-ci Hava Hücum Diviziyasından Yaxın Şərqdə 3 min 500 əsgərin göndərildiyi iddia edilir. Bu barədə ABŞ-ın güc strukturlarına istinad edən NBC News televiziyası məlumat yayıb. Qoşunların harada yerləşdiriləcəyi ilə bağlı təfərrüatlar olmasa da, qüvvələrin əsasən Küveytə yerləşdiriləcəyi bildirilir. ABŞ Müdafiə naziri Mark Esper bundan əvvəl 82-ci Hava Hücum Diviziyasından Küveytə 750 hərbçinin yerləşdiriləcəyini elan etmişdi. Bu göndərmə ilə isə bütün 82-ci diviziya Yaxın Şərqə göndərilmiş olacaq.

    Ətraflı   22:59     03-Jan-2020     3926
  • alternative title

    ABŞ-rı İraqda əməliyyat keçirdi - İran generalı öldürüldü: FOTOLAR

    İraqın paytaxtı Bağdadda hava limanına endirilən raket zərbəsi nəticəsində Qüds Qüvvələrinin komandanı Süleymani və İranın "Həşdi-Şəbi" təşkilatının rəhbərinin müavini əbu Məhdi əl-mühəndisi qətlə yetirilib. Pentaqondan verilən açıqlamada, ABŞ prezidenti Donald Trampın göstərişi ilə İran inqilabı qvardiyasının Qüdsdəki komandiri olan Qasım Süleymaninin tərəflərindən öldürüldüyü bildirilib. İraqın dövlət televiziyasının yaydığı xəbərə görə, İran inqilabı qvardiyasının Qüdsdəki komandanı general Qasım Süleymani və "Həşdi - Şəbi" təşkilatınşın liderinin köməkçisi Əbu Mehdi-əl Mühəndisi hücum nəticəsində öldürüldüyü bildirilib. Televiziyanın yaydığı məlumatda Bağdad hava limanının ətrafına raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda insanın yaralandığı qeyd olunub. Pentaqon, əməliyyatın ABŞ prezidenti Donald Tramp-ın tapşırığı ilə gerçəkləşdirildiyini açıqlasa da, ABŞ prezidenti Donald Tramp bu barədə heç bir açıqlama verməyib. Lakin bir məqam gözdən qaçmayıb.Donald Tramp özünün Twitter hesabından Amerika bayrağının şəklini paylaşıb.

    Ətraflı   11:02     03-Jan-2020     5577
  • alternative title

    Prezidentin köməkçisi Ermənistanla sərhədə getdi

    2020-ci ilin 02 yanvar tarixində Azər­baycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mü­ha­fizə və müda­fiəsini həyata keçirən "Qazax" əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər ediblər. Dövlət Sər­həd Xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxlanılıb, Dünya azər­bay­canlılarının həmrəyliyi günü və Yeni il bay­ramları münasibətilə sərhəd döyüş mən­tə­­qələ­rində xidmət aparan hərbi qulluqçular təbrik edilib, sərhəd­çilərin xidməti və yaşayış şərait­lə­rinə baxış ke­çirilib. Dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi istiqamətin­də zəruri tapşı­rıqlar verilib.

    Ətraflı   10:35     03-Jan-2020     2440
  • alternative title

    Atəşkəs 23 dəfə pozulub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   09:58     03-Jan-2020     2222
  • alternative title

    "Qazax" diviziyasının hərbi hissə və bölmələrinə baxış keçirilib

    Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev DSX-nın Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər. DSX-dan verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları münasibətilə sərhəd döyüş məntəqələrində xidmət aparan hərbi qulluqçular təbrik edilmiş, sərhədçilərin xidməti və yaşayış şəraitlərinə baxış keçirilib. Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

    Ətraflı   18:13     02-Jan-2020     4015

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1021
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     1064
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title