Loading alternative title

HƏRBİ

  • alternative title

    Daha bir erməni təxribatı - DSX məlumat yaydı

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir. DSX-dən QALANEWS-a verilən məlumata görə, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa isti­qa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz Ermənistan Res­­­publikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub. Bütün hallarda düşmən təxribatlarının qarşısı alınIB, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

    Ətraflı   16:00     11-Jan-2020     3587
  • alternative title

    Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışı olub

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışında iştirak ediblər. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən QALANEWS-a verilən məlumata görə, Müdafiə nazirinə inzibati və texniki ərazilərdə mövcud olan tikililər və inkişaf planı haqqında məlumat verilib. Bildirilib ki, burada quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz olunmuş hər biri 500 tonluq bir neçə yeni anbar inşa edilib. Bundan başqa Müdafiə nazirinə cəbhəboyu zonaya yaxın ərazilərdə də ərzaq anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

    Ətraflı   10:50     11-Jan-2020     2628
  • alternative title

    "Biz raket zərbələrinə davam edərək, ABŞ-nı bölgədən uzaqlaşdıracağıq" - İsmayıl Kaani

    İran İnqilab Ordusunun Qüds qüvvələri komandanı, general Qasım Süleymaninin yerinə vəzifəyə gətirilən general İsmayıl Kaani ABŞ-nı təhdid edib. O, ABŞ-nı bölgədən uzaqlaşdıracaqlarını bildirib.İranın raket zərbələrini davam etdirirək buna nail olacağını bildirib. "Biz raket zərbələrinə davam edərək, ABŞ-nı bölgədən uzaqlaşdıracağıq" deyə İsmayıl Kaani bildirib. Xatırladaq ki, İsmayıl Kaani yanvarın 2-dən 3-nə keçən gecə İraqın paytaxtı Bağdadda öldürülən, Qüds qüvvələrinin komandanı general Qasım Süleymaninin postuna təyin edilib.Kaani, Süleymaninin köməkçisi olub.

    Ətraflı   18:51     10-Jan-2020     4208
  • alternative title

    ABŞ Hizbullah qruplaşmasının Suriyadakı bölmələrini bombaladı

    ABŞ-ın Suriyada İŞİD-ə qarşı fəaliyyət göstərən qüvvələri, İranyönlü Hizbullah qruplaşmasının bölmələrinə qarşı əməliyyat keçirib. Əməliyyatın Suriyanın Deyrəzor bölgəsində keçirildiyi və Hizbullahın mövqelərinə zərbələr endirildiyi bildirilir. Gerçəkləşdirilən hava hücumu nəticəsində qruplaşmanın mövqeləri bombardman edilib. Qasım Süleymaninin öldürülməsindən sonra, Hizbullah lideri Həsən Nəsrullah ABŞ-nı təhdid etmişdi. Bu gün endirilən hava zərbələri nəticəsində Hizbullaha aid bir neçə döyüş mövqeyi və 4 tankın məhv edildiyi bildirilib.

    Ətraflı   15:56     10-Jan-2020     6259
  • alternative title

    Ermənistan silahlı bölmələri atəşkəs rejimini 22 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Bu barədə Qalanews-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusuinun mövqeləri atəşə tutulub

    Ətraflı   10:15     10-Jan-2020     2922
  • alternative title

    İranlı general: Niyyətimiz ABŞ əsgərlərini öldürmək deyildi

    İranlı general Əmir Əli Hacızadə ABŞ-ın İraqdakı bazasına hücumlar zamanı qurbanların olmamasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, Tehran raket hücumlarını amerikalı əsgərləri öldürmək üçün etməyib. Hacızadə bəyan edib ki, İran Vaşinqtonun hərbi maşınına zərər vurmaq istəyib. General əlavə edib ki, raket zərbələri bütün regionda ABŞ bazalarına hücumlar seriyasının başlanğıcı olub. O, vurğulayıb ki, iranlı general Qasım Süleymaninin öldürülməsinin əsl qisası ABŞ-ın Yaxın Şərq regionundan qovulması olacaq. Xatırladaq ki, yanvarın 8-nə keçən gecə İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket hücumu həyata keçirib. Əmir Əli Hacızadə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin və HHQ-nin komandanıdır.

    Ətraflı   20:35     09-Jan-2020     5511
  • alternative title

    DÜNƏN TERROR HÜCUMU NƏTİCƏSİNDƏ ŞƏHİD OLAN 4 TÜRK ƏSGƏRİ DƏFN EDİLİB - FOTO

    Dünən Şanlıurfa ilə sərhəd ərazi hesab olunan Suriyanın Rəsulayn vilayətində partlayıcı quraşdırılmış avtomobillə etdikləri hücum zamanı, 4 türk hərbiçisi şəhid olub. Dünən Türkiyənin Şanlıurfa vilayəti ilə sərhəd zonada yerləşən Suriyanın Rəsulayn bölgəsində terror hücumu nəticəsində şəhid olan 4 türk əsgərinin dəfn mərasimi keçirilib. Şəhid olan əsgərlərin cənazəsi Şanlıurfanın Ceylanpınar rayonuna gətirilib. Daha sonra dəfn üçün hazırlıq işlərinə başlanılıb. Şəhid olan əsgərlərinin valideynləri övladlarını qürurla son mənzilə yola salıblar. Şəhidlərin dəfn mərasimində, yüksək rütbəli hərbiçilər, hökumət nümayəndələri və yaxınları iştirak edib.Fəxri qarovul dəstəsi şəhidlərin şərəfinə havaya atəş açıb.

    Ətraflı   17:28     09-Jan-2020     8429
  • alternative title

    QASIM SÜLEYMANİNİN YERİNƏ TƏYİN OLUNAN GENERAL - "İRAN DƏRS VERMƏYƏ DAVM EDƏCƏK" XÜSUSİ ARAŞDIRMA

    İran İnqilab Ordusunun Qüds qüvvələri komandanı Qasım Süleymaninin öldürülməsinin ardından ard-arda açıqlamalar verən İran hökuməti, onun vəzifəsini yerinə yetirəcək şəxsin adını açıqlayıb. Ölkənin ali dini lideri Əli Xamneyi bu vəzifəyə Qasım Süleymaninin köməkçisi general İsmail Kaanini təyin edib. Qasım Süleymani aramızdan getsə də, apardığımız mübarizə dayanmayacaq sözlərini işlədən Əli Xamneyi bu vəzifəyə onun köməkçisi, qoşun generalı İsmail Kaanini təyin edib. Bəs İsmail Kaani kimdir? O, İran-İraq müharibəsində iştirak etmiş təcrübəli, uzaqgörən bir şəxsdir. Ekspertlər onun heç də, Qasım Süleymanidən fərqlənmədiyini, onun kimi biliklərə, strateji gedişlər yaratmağı bacaran hərbi biliyə malik olduğunu bildirir. İsmail Kaani İran-İraq müharibəsində Nəsr-5 və İmam Rza -21 alaylarının komandiri olub.Təcrübəli bir kadrdır.Yaxın şərqi əla tanıyır.Suriya,Liviya, İraq, Yəmən kimi dövlətlərin quruluşu, ərazisi və relyefi barədə məlumatlıdır. Döyüş planı hazırlamağı, icra etməyi, ekstrimal qərarlar qəbul etməyi, qrup üslubunda döyüş aparmağı bacarır. Elə bu gün verdiyi açıqlamada general İsmail Kaani "İran dərs verməyə davam edəcək" sözləri ilə ABŞ-a "baş ağrısı" olacağı barədə mesaj verib. YAZI MÜƏLLİFİ: MİRZƏ HÜSEYNOV

    Ətraflı   15:23     09-Jan-2020     8048
  • alternative title

    Ermənistan atəşkəs rejimini 23 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Acarlı, Yusifcanlı, Füzuli rayonunun Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

    Ətraflı   10:23     09-Jan-2020     3600
  • alternative title

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

    Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il yanvarın 8-dək daxil olan vəsait açıqlanıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna bu il yanvarın 8-dək 106.891.365,09 AZN, 213.577.88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.

    Ətraflı   14:32     08-Jan-2020     2990
  • alternative title

    VIDEO - İRAN ABŞ-ın HƏRBİ BAZALARINI BALLİSTİK RAKETLƏRLƏ VURDU

    Bu gün səhər saatlarında İran İnqilab Ordusu qüvvələri ABŞ-nın İraqda yerləşən Ərbil və Enbar şəhərlərindəki ABŞ hərbi Hava qüvvələrinin bazalarına raket zərbələri endirib. ABŞ-rı prezidenti Donald Tramp "Hər şey qaydasındadır" mesajını verərkən, İran tərəfi 80 ABŞ əsgərinin öldürüldüyünü, və hücum zamanı İraq əsgərlərinin itki vermədiyini açıqlayıb. Açıqlamada, İranın həmin hərbi bazalara ballistik raketlərlə zərbə endirdiyi bildirilir. İran hökuməti "Qasım Süleymaninin İntiqamı alındı " mesajını verərək, ABŞ-ın İraqdakı Əyn əl-əsad hərbi hava bazasına raket zərbələri endirdiyini bildirib. Pentaqon edilən hücumla bağlı, açıqlama verərək İraqda yerləşən ABŞ bazalarına 12 ballistik raketin atılıdığını və bu istiqamətdə iş apardıqlarını açıqlayıb.

    Ətraflı   12:19     08-Jan-2020     3928
  • alternative title

    İRAN ABŞ-ın İRAQDAKI HƏRBİ BAZALARINI BALLİSTİK RAKETLƏRLƏ VURDU

    Bu gün səhər saatlarında İran İnqilab Ordusu qüvvələri ABŞ-nın İraqda yerləşən Ərbil və Enbar şəhərlərindəki ABŞ hərbi Hava qüvvələrinin bazalarına raket zərbələri endirib. ABŞ-rı prezidenti Donald Tramp "Hər şey qaydasındadır" mesajını verərkən, İran tərəfi 80 ABŞ əsgərinin öldürüldüyünü, və hücum zamanı İraq əsgərlərinin itki vermədiyini açıqlayıb. Açıqlamada, İranın həmin hərbi bazalara ballistik raketlərlə zərbə endirdiyi bildirilir. İran hökuməti "Qasım Süleymaninin İntiqamı alındı " mesajını verərək, ABŞ-ın İraqdakı Əyn əl-əsad hərbi hava bazasına raket zərbələri endirdiyini bildirib. Pentaqon edilən hücumla bağlı, açıqlama verərək İraqda yerləşən ABŞ bazalarına 12 ballistik raketin atılıdığını və bu istiqamətdə iş apardıqlarını açıqlayıb.

    Ətraflı   11:30     08-Jan-2020     6566
  • alternative title

    Erməni tərəfi snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

    Ətraflı   10:41     08-Jan-2020     2851
  • alternative title

    ABŞ "Patriot"ları döyüşə hazır vəziyyətə gətirdi

    Yaxın Şərq regionunda yerləşdirilən ABŞ Hərbi qüvvələri və Patriot havadan müdafiə sistemləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. CNN-ə istinadən xəbər verir ki, qərara səbəb kimi Amerikan hədəflərinə hücum təhlükəsinin olması göstərilib.

    Ətraflı   23:43     07-Jan-2020     3139
  • alternative title

    Türkiyə hərbçiləri Liviyaya çatdı

    Türkiyənin Liviyaya göndərdiyi ilk hərbi birliklər paytaxt Tripoliyə çatıb. Bu barədə Liviya Milli Razılaşma Hökumətinin hərbi qüvvələrinin komandanlarından biri Nasir Əmmar deyib. “Türkiyə hərbi qüvvələrinin ilk əsgərləri Tripoliyə çatdıqdan sonra Liviya Milli Ordusunu böyük itkilərə məruz qoyacağıq”, - deyə Əmmar bildirib.

    Ətraflı   23:42     07-Jan-2020     3176
  • alternative title

    ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələri yüksək döyüş hazırlığına gətirilib

    ABŞ qoşunları, bütün Yaxın Şərq regionundakı hava hücumuna qarşı müdafiə üzrə raket batareyaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə CNN telekanalı iki ABŞ məmuruna istinadən bildirib. Telekanalın məlumatına görə, ABŞ hərbi qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi bununla bağlı ola bilər ki, ölkə kəşfiyyatı İranın pilotsuz təyyarələrini vurmağa hazırlaşır. Mənbənin sözlərinə görə, ABŞ kəşfiyyatı İran tərəfindən təhlükənin hansısa əlamətlərini qeydə alıb. İkinci mənbə əlavə edib ki, Yaxın Şərqdə ABŞ qüvvələri artıq "hücum təhlükəsi”nə hazırdır. Telekanal qeyd edib ki, ABŞ kəşfiyyatı son bir neçə gün ərzində pilotsuz təyyarələr və ballistik raketlər də daxil olmaqla, İranın hərbi texnikasının yerdəyişməsini müşahidə edib. İran hərbçilərinin yerdəyişməsi öz silahlarını ABŞ-ın mümkün zərbəsindən qorumağa və ya hücum hazırlanmasına cəhd də ola bilər. Foto - CNN

    Ətraflı   23:04     07-Jan-2020     2824
  • alternative title

    ABŞ Süleymanini öldürmə səbəbini açıqladı

    İran generalı Qasım Süleymani amerikalı diplomatlara və hərbçilərə sui-qəsd hazırlayırdı. Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayn deyib. “Sahib olduğumuz olduqca önəmli məlumatlara görə, Süleymani və birlikdə fəaliyyət göstərdiyi şəxslər qarşıdakı günlərdə xeyli sayda amerikalı diplomatı və əsgəri öldürməyə hazırlaşırdı”, - deyə amerikalı rəsmi bildirib. O'Brayn əlavə edib ki, Süleymaninin öldürülməsi prezident Donald Trampın prinsipləri ilə ziddiyyət təşkil etmir. Foto - Reuters

    Ətraflı   22:54     07-Jan-2020     3884
  • alternative title

    ABŞ İraqda B-52 strateji bombardmançıları üçün aerodrom tikəcək

    ABŞ İraqın Ənbar əyalətində B-52 strateji bombardmançıları üçün aerodrom inşa etmək niyyətindədir. Aerodromun Əyn əl-Əsəd avibazasında tikilməsi nəzərdə tutulur. Qeyd olunur ki, bazada fəaliyyət göstərən hərbçilər B-52 üçün uçuş-eniş zolağının salınması üçün aerodromun infrastrukturunu genişləndirib. Daha əvvəl Pentaqon Yaxın Şərqə 200 əlavə hərbçinin və 6 ədəd B-52 bombardmançısı göndərməyi planlaşdırdığını açıqlamışdı.

    Ətraflı   22:32     07-Jan-2020     3971
  • alternative title

    Sərhəddə erməni təxribatı: Hərbçimiz şəhid oldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədib. Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub. DSX-nin rəisi general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.

    Ətraflı   18:55     07-Jan-2020     2899
  • alternative title

    RUSİYANIN MÜDAFİƏ NAZİRİ SERGEY ŞOYQU İLƏ TÜRKİYƏ MİLLİ KƏŞFİYYAT İDARƏSİNİN RƏİSİ HAKAN FİDAN ARASINDA GÖRÜŞ OLUB

    Rusiyanın Müdafiə Naziri general - polkovnik Sergey Şoyqu ilə Türkiyə Milli Kəşfiyyat İdarəsinin Rəisi Hakan Fidan arasında telefon danışı baş tutub. Onlar görüş zamanı, son günlərin ən mühüm hadisəsi olan və getdikcə gərinliyin artdığı Yaxın şərq məsələsini müzakirə ediblər. Hər iki tərəfin telefon danışığı zamanı, Yaxın şərqdəki və Şimali Afrikadakı hadisələri müzakirə etdikləri və bunun fonunda fikir mübadiləsi apardıqları bildirilir. Görüş barədə nə Rusiya tərəfi nə də, Türkiyə rəsmiləri ətraflı məlumat verməyiblər.

    Ətraflı   18:03     07-Jan-2020     4024

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1021
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     1064
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title