Loading alternative title

HƏRBİ

  • alternative title

    Müdafiə naziri müasir Dalğıc Təlim Poliqonunun açılışında iştirak edib - VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən QALANEWS-a bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HDQ-nin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektlərinin açılışında iştirak edib. Müdafiə naziri hərbi hissənin ərazisindəki bina, qurğu və avadanlıqlara baxış keçirib. Sonra Müdafiə naziri yenidən bərpa olunmuş müasir standartlara cavab verən Dalğıc Təlim Poliqonunda olub. Məruzə olunub ki, poliqon xüsusi təyinatlıların dalğıc hazırlığı üzrə normativləri və sualtı döyüşün aparılması vərdişlərini məşq etdirmələri üçün nəzərdə tutulub. İnfrastruktura baxış keçirən Müdafiə naziri ərazidə yenidən qurulan hovuz, gəmi və qayıq avadanlıqları kompleksi, barokamera otağı, dalğıc cihazlarına texniki qulluq emalatxanası, suyadalma üçün universal qüllə və müxtəlif məqsədli sinif otaqlarında yaradılmış şəraitlə də tanış olub. Ərazidə yeni inşa edilən müxtəlif məqsədli çoxsaylı maneələrdən ibarət maneə zolağı hərbi qulluqçuların döyüş və fiziki hazırlığı, eləcə də peşə bacarıqlarının artırılması üçün nəzərdə tutulub. Xüsusi təyinatlıların nümunəvi çıxışlarını izləyən Müdafiə naziri tapşırıqların daha keyfiyyətli icra edilməsi ilə bağlı komandanlığa müvafiq göstərişlər verib.

    Ətraflı   11:22     01-Feb-2020     3847
  • alternative title

    VİDEO - Dövlət Komitəsi tərəfindən Gənclər günü münasibəti ilə fləşmob və gənc əsgərlərlə görüş keçirilib

    Yanvarın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunda 2 fevral – Gənclər gününə həsr edilmiş “Əsgərə salam” adlı fləşmob təşkil edib. Ağdam Rayon İcra Hakimiyyətinin dəstək verdiyi bu kütləvi tədbirdə 1200 nəfər yerli gənc iştirak edib. Məlumat verildiyi kimi, Dövlət Komitəsi yanvarın 17-də “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasına başlayıb. Aksiyanın məqsədi, könüllülüyün həm də vətənpərvərlik məktəbi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğunu nəzərə alaraq, “Könüllülər ili”ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir. Ağdamda kütləvi tədbirin iştirakçıları tərəfindən hərbi salam verən əsgər siluetindən və “Əsgərə salam” sözlərindən ibarət fləşmob nümayiş etdirilib. Fləşmobdan sonra rayon ərazisindəki hərbi hissədə xidmət edən əsgər və zabitlərlə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin nümayəndələri, məcburi köçkün fəallar və musiqiçilər iştirak ediblər. Eyni zamanda, “Əsgərə salam” aksiyası çərçivəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, məcburi köçkünlər tərəfindən Azərbaycan əsgərinə ünvanlanmış istək və arzuların əks olunduğu xüsusi qeyd kitabşası hərbi hissəyə hədiyyə olunub. Gənclər günü başa çatdırılması nəzərdə tutulan aksiya çərçivəsində ərazisi işğal olunmuş rayonların icra hakimiyyətləri, müxtəlif dövlət qurumları, universitet, məktəb, bağça, idman federasiyaları, xaricdə təhsil alan tələbələr və fərdi şəxslər tərəfindən əsgər salamı vəziyyətində çəkilmiş yüzlərlə şəkil sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqləri ilə paylaşılıb.

    Ətraflı   17:59     31-Jan-2020     3869
  • alternative title

    Polkovnik: Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir

    “Taktiki təlimlər döyüş hazırlığının ən yüksək zirvəsidir. Belə tədbirlər Azərbaycan Ordusunun hərbi qüdrətinin, fiziki imkanlarının artırılmasına xidmət edir”. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov deyib. Onun sözlərinə görə, təlimlər komandirlərdə, qərərgahlarda, şəxsi heyətdə müsbət vərdişləri möhkəmləndirir: “Bu, həmçinin, bölmələrin, əsgərlərin idarəolunmasından tutmuş, hədəflərin məhv olunmasına qədər döyüş hazırlığının bir analizidir. Hər bir taktiki təlim komandirlərin, qərargahların işini, fəaliyyətini mükəmməlləşdirir. Bunlar ordu üçün böyük məktəbdir. Hesab edirəm ki, təlimlərin əhəmiyyətini sözlə və rəqəmlə ifadə etmək mümkün deyil. Hər bir təlim qoşunların püxtələşməsində böyük rol oynayır”. Ehtiyatda olan polkovnik bildirib ki, bu gün Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir: “Bildiyiniz kimi, Azərbaycan Ordusunun tez-tez hərbi təlimləri keçirilir. Hesab edirəm ki, həmin təlimlərdə qarşıya qoyulan məqsədlərə tam şəkildə nail olunur. Şəxsi heyət həmin təlimlərdə böyük təcrübə qazanır. Bu nə qədər çox olarsa, bir o qədər yaxşıdır”. M.Cahangirov qeyd edib ki, bu gün Azərbaycanın çox güclü ordusu var: “Ordumuz döyüş qabiliyyətlidir, istənilən tapşırığı yerinə yetirməyə qadir və hazırdır”.

    Ətraflı   18:20     28-Jan-2020     3366
  • alternative title

    Qoşunların hazırlığının yoxlanılması davam edir

    Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində hərbi hissələrin zirehli, avtomobil və xüsusi texnikalarının vəziyyəti yoxlanılır və qiymətləndirilir. Müdafiə Nazirliyindən QALANEWS-a verilən məlumata görə, hərbi texnikanın vəziyyətinin qiymətləndirilməsi onun əsas sistem və aqreqatlarının fəaliyyətinin yoxlanılması ilə həyata keçirilir. Kompleks tədbirlər davam edir.

    Ətraflı   17:59     28-Jan-2020     3444
  • alternative title

    Azərbaycan Ordusunun hazırlığı yoxlanılır

    Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik, birləşmə və hissələrinin yeni tədris dövrünə hazırlığını yoxlamaq məqsədilə kompleks tədbirlərə başlanılıb. Madafiə Nazirliyindən QALANEWS-a bildirilib ki, yoxlamanın əsas məqsədi hazırlıq dövrü üçün tədbirlər planının icrasının effektivliyini müəyyən etməkdir. Bir həftə ərzində qərargahların qoşunların idarəedilməsi üzrə fəaliyyəti, döyüş və xüsusi texnikanın imkanları, qoşun xidmətinin aparılması, hərbi hissələrin tədris-maddi bazası, o cümlədən poliqonlar, təlim mərkəzləri, tankodromlar və digər hərbi obyektlərin yeni tədris dövrünə hazırlığı yoxlanılacaq. Bundan əlavə rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi, həmçinin döyüşə hazırlıq vəziyyəti yoxlanılacaq və bir sıra digər tədbirlər yerinə yetiriləcək.

    Ətraflı   15:23     27-Jan-2020     3866
  • alternative title

    Zakir Həsənov əsgər yeməkləri ilə bağlı tapşırıq verdi

    "Hərbi hissələrdə əsgərlərə şəraitə, şəxsi heyətin sayına və hərbi hissənin yerinə yetirdiyi vəzifələrin mahiyyətinə görə iki növ xidmət göstərilir: servis xidməti və özünəxidmət". Bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi polkovnik Eldəniz Yəhyayev bildirib. Onun sözlərinə görə, şəxsi heyəti çox olan hərbi hissələrdə servis xidmətinin tətbiqi məqsədəuyğun deyil: "Kifayət qədər çox sayda qab-qacaq istifadə olunur, masaların yeməyə hazırlanması və yığılması xeyli vaxt aparır ki, bu da günün nizam qaydalarına riayət edilməsinə mane olur. Digər tərəfdən, servis xidməti həm də şəxsi heyətin sayından asılı olaraq əlavə işçi qüvvəsi deməkdir. Özünəxidmətdə hər əsgər kombinə edilmiş sinidən istifadə edir ki, bu xidmətdə həm vaxta, həm də iş qüvvəsinə qənaət olunur. Bunlar yeməyin təşkilinin mexanizmidir. Etiraf olunur ki, əsgərlərimizin yeməkləri dadlı olur - ordu quruculuğunda həyata keçirilən islahatlardan sonra yeməkləri qadınlar, bir də ərzaq xidməti idarəsinin xətti ilə aşpazlıq kursu bitirən əsgərlər bişirirlər". E.Yəhyayev bildirib ki, ərzaq məhsulları, eləcə də konservləşdirilmiş məhsullar laboratoriyalarda ciddi yoxlanılır: "Ərzaq məhsulları, eləcə də konservləşdirilmiş məhsullar bizim struktura daxil olan, nəzarətimiz altında fəaliyyət göstərən laboratoriyalarda ciddi yoxlanılır. Laboratoriya yoxlamalarından əlavə baytarlıq yoxlamaları da aparılır ki, belə yoxlamalar ərzaq təminatının keyfiyyətini təmin edir".

    Ətraflı   15:36     25-Jan-2020     4676
  • alternative title

    Hərbi ekspert: 'Azərbaycan ordusunun silah və texnika parkı 80% yenilənib'

    “Azərbaycan Ordusu silahlanma siyasətini diversifikasiya edilmiş şəkildə aparır. Həm Rusiya və keçmiş SSRİ-nin əsas silah istehsalçıları olan Ukrayna və Belarusdan, həm Mərkəzi və Cənub Şərqi Avropa dövlətlərindən, həm də İsrail, Türkiyə və Pakistan kimi inkişaf etmiş müdafiə sənayesinə malik ölkələrdən silah sistemləri, müdafiə təyinatlı avadanlıq əldə edilir”. Bunu QALANEWS-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib. O qeyd edib ki, son 15 ildə təkcə İsrail və Rusiyadan üst-üstə 8 milyard ABŞ dolları məbləğindən çox silahlar alınıb. R.Süleymanov vurğulayıb ki, bura hava hücumundan müdafiə kompleksləri, artilleriya sistemləri, aviasiya vasitələri, zirehli maşınlar (tanklar, PDM və ZTR-lər, mühəndis texnikası), gəmilər, C4ISR sistemləri və s. daxildir: “Satınalmalarda son illər əsas yeri Rusiya tutub. Ötən 4 il ərzində Çexiya, İspaniya, Bolqarıstan, Slovakiya, İtaliya, Fransa və bir sıra Avropa dövlətləri Azərbaycana tətbiq edilən silah satışı embarqolarını ya tamamilə aradan qaldırıb, ya da yumşaldaraq müəyyən məhsulların satışını həyata keçiriblər. Hazırda adıçəkilən dövlətlərin hərbi sənaye kompleksinə daxil olan şirkətlərlə imzalanmış müqavilələrin icrası davam edir”. Ekspert bildirib ki, silahlanmaya ayırılan vəsaitin və satınalmaların həcminə görə, Azərbaycan postsovet və Cənub Şərqi Avropa regionunda ilk yerdə dayanır. Müdafiə Nazirliyinin rəsmi şəxslərinin açıqlamalarına əsasən, ordunun silah və texnika parkı 80% yenilənib: “Silahlanma üç istiqamətdə davam edir: - Xaricdən satınalmalar (hələ ki əsas ağırlıq) - Köhnəlmiş silah və texnikaların modernləşmə proqramları - Yerli istehsal. Əsas modernləşmə proqramları Türkiyə, Belarus və İsrail şirkətlərinin cəlbi ilə yerli dövlət və özəl şirkətlər tərəfindən aparılır”. Onun sözlərinə görə, 2018 və 2019-cu illərdə əvvəlki illərdə imzalanmış müqavilələr üzrə yeni silah və texnikaların Azərbaycan Ordusuna çatdırılması davam edib: “Silah və texnikalar ordunun cari və uzunmüddətli ehtiyacları öyrənilərək alınır və hər il haradasa yeni silah çıxıbsa, onun alınması barədə düşüncələr doğru deyil. Dəyişən hərbi və təhlükəsizlik təhdidləri ilə əlaqədar silahlanmaya təkrar baxılır, bu təhdidləri aradan qaldırmağa imkan verən yeni sistemlər incələnir, ehtiyaclardan asılı olaraq qərarlar qəbul edilir. Ötən illərdə Müdafiə Nazirliyi və DSX-nin nümayişlərindən göründüyü qədər diqqət daha çox radioelektron mübarizə sistemlərinin, kamikadze PUA-ların, radar sistemlərinin alınmasına yönəldilib”. R.Süleymanov hesab edir ki, Azərbaycan Ordusu arsenalında olan silahlara görə dünyanın qabaqcıl oduları ilə müqayisə oluna bilər: “Onu xüsusilə vurğulamaq istərdim ki, bu gün Azərbaycan Ordusunda mövcud olan kəşfiyyat və zərbə PUA-ları regionda Rusiya daxil olmaqla, heç bir dövlətin silahlanmasında yoxdur. Eləcə də hava hücumundan müdafiə sistemlərini, artilleriya vasitələrini misal göstərmək olar”.

    Ətraflı   11:28     24-Jan-2020     4541
  • alternative title

    Yaralanan ABŞ hərbçilərinin sayı 11 nəfərdən çoxdur - RƏSMİ AÇIQLAMA

    ABŞ ordusunun Mərkəzi Komandanlığı İran ordusu tərəfindən İraqda yerləşən ABŞ hərbi bazasına hücum zamanı xəsarət almış hərbçilərin bu ölkənin Almaniyada yerləşən tibb müəssisinə müalicəyə göndərildiklərini açıqlayıb. Daha öncə verilən məlumatda “Eynül Əsəd” bazasına endirilən hava hücumları nəticəsində 11 ABŞ hərbçisinin yaralandığı bildirilirdi. Almaniyaya göndərilənlərin isə yeni hərbçilər olması yaralıların sayının göstəriləndən artıq olmasına dəlalət edir. Yaralıların dəqiq sayı haqqında məlumat yoxdur. Mərkəzi komandanlığın nümayəndəsi hərbçilərin Almaniyaya müalicəyə göndərilməsini “ehtiyat tədbiri” kimi qiymətləndirib. Məsul şəxs bildirib ki, müayinə zamanı hərbçilərdə yeni xəsarətlərin aşkar olunacağı da istisna deyil. Xatırladaq ki, yanvarın 3-nə keçən gecə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb. Yanvarın 8-ə keçən gecə isə İslam İnqilabı Keşikçiləri Korpusu Vaşinqtona cavab verib. Belə ki, ABŞ-ın İraqda yerləşən iki hərbi bazasına raket zərbələri endirilib.

    Ətraflı   12:37     22-Jan-2020     3087
  • alternative title

    Zakir Həsənov Gürcüstana səfər edib

    Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyindən QALANEWS-a verilən məlumata görə, səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

    Ətraflı   12:43     21-Jan-2020     2730
  • alternative title

    Rusiya Türkiyəyə S-400 üçün 120-dən çox raket tədarük edib

    Rusiya Türkiyəyə S-400 “Triumf” zenit-raket sisteminin rejimli dəsti ilə birlikdə 120-dən çox zenit idarəedici raket tədarük edib. QALANEWS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın hərbi-diplomatik mənbəsi açıqlama verib. "Türkiyə Rusiyadan iki S-400 diviziyası, 120-dən çox zenit raketi, həmçinin köməkçi avadanlıqlar, ehtiyat hissələri və alətlər alıb", - məlumatda bildirilib. Mənbə qeyd edib ki, iki ölkə arasında imzalanan müqavilənin şərtlərinə görə, texnologiyanın Türkiyə tərəfinə təhvil verilməsi nəzərdə tutulmurdu. Qeyd edək ki, sözügedən müqavilənin qəbul aktı Türkiyə və Rusiya nümayəndələri tərəfindən 2019-cu il dekabrın əvvəlində Ankarada imzalanıb. Sənədin imzalanması ilə Rusiya tərəfindən sistemlərin 20 aylıq zəmanətlə çatdırılması nəzərdə tutulub. “Rosoboroneksport” mənbənin verdiyi məlumatla bağlı heç bir şərh verməyib.

    Ətraflı   11:51     21-Jan-2020     3022
  • alternative title

    Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib - FOTO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidməti, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir. Bu barədə QALANEWS-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi hissələrdən birində olub. Məruzə edilib ki, tikintisi qısa müddətdə sona çatdırılacaq qərargah binası, əsgər yataqxanaları, tibb məntəqəsi və digər obyektlər hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün nəzərdə tutulub. Hərbi hissədə aparılan tikintinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

    Ətraflı   17:30     16-Jan-2020     2693
  • alternative title

    Paşinyanın 49 hərbçi itkisini normal sayması Ermənistanı qarışdırdı – “bu sadəcə fəlakətdir...”

    Orduya laqeyd münasibətin davam etməsi Ermənistanda bu gün ən böyük narazılıq yaradan faktorlardan biri olaraq qalmaqdadır. Elə bundan irəli gəlir ki, düşmən ordusunun istər döyüş, istərsə də qeyri-döyüş şəraitində itkiləri artmaqda davam edir. Xüsusən də Azərbaycanın işğal olunan ərazilərində xidmət edən Ermənistan ordusunun əsgərləri böyük problemlər içərisindədir. Ermənistan cəmiyyətini, ailələrini yenə narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Bu fonda isə Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında itkilərə səbəb olur. Özü də bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədənkənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artır. Məhz belə bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə orduda cəmi 49 nəfər itki olması ilə öyünməsi cəmiyyətdə növbəti narazılığa rəvac verib. Erməni mediası yazır ki, baş nazirin belə bir açıqlaması və itkilərin azılığı ilə fəxr etməsi sadəcə biabırçılıqdır. Məhz bu fonda orduda problemlər yenidən gündəmi zəbt etməyə başlayıb. Ermənistanda fəaliyyət göstərən “Navur” ictimai təşkilatının sədri, hüquq müdafiəçisi Aram Nikoyan bildirir ki, ordunun problemləri əvvəlki kimi qalmaqdadır. O bildirir ki, orduda ölən erməni əsgərlərin çoxu yoxsul ailələrin uşaqlarıdır. Erməni gəncliyinin məhvə getdiyini deyən Nikoyan Ermənistan ordusundakı rüşvətxorluq və cinayət hallarını qeyd edib. O vurğulayıb ki, Dağlıq Qarabağda xidmətdə olan erməni əsgərlərin maddi-texniki imkanları yox dərəcəsindədir: “Onların qidalanmasında problemlər var. Ordudakı ağır vəziyyət Ermənistan gənclərini qorxudur. Orduda kadr çatışmazlığı isə ciddi problemlərə yol açır. Ermənistan ordusunda gizir və çavuşların azlıq təşkil etməsi səbəbindən hərbi tapşırıqlar azyaşlı əsgərlərə həvalə olunur”. Erməni vəkil Norayr Norikyan da vəziyyətin ağır olduğunu bildirir: “Ermənistan Silahlı Qüvvələrinin ən dərin faciələrindən biri budur ki, insan taleləri statistika obyekti hesab olunur və statistik məlumatların yaxşılaşmasının göstərilməsinə cəhd edilir”. O qeyd edib ki, qeyri-döyüş şəraitində ən azı bir itkinin olması Ermənistan silahlı qüvvələri üçün rüsvayçılıqdır: “Mən hesab edirəm ki, dərin təhlillər, araşdırmalar həyata keçirilməlidir və bu say sıfıra çatdırılmalıdır. Təqdim olunan saylara gəlincə, ötən il orduda itkilərin sayı 49 olub. Bu sayı aylara bölsən, bu o deməkdir ki, hər ay 3-4 itki veririk. Bizim kiçik ölkəmiz üçün bu sadəcə fəlakətli saydır”. Norikyan bildirib ki, Ermənistan silahlı qüvvələrində faciələrin böyük hissəsi kriminal davranışların mövcudluğu məsələsidir: “Mən sual vermək istəyirəm. Ölmüş əsgərlərin valideynlərinin məsələlərinə yekun həll vermək olar? Müxtəlif komissiyalar yaratmaqla, monitorinqlər həyata keçirməklə biz bu problemi həll etməyəcəyik. Cinayət işlərinin sahibi İstintaq Komitəsi və prokurorluqdur. Bu iki orqan sadəcə gözlərini bağlamağa, işin kimlə əlaqədar olduğunu görməməyə və obyektiv istintaq həyata keçirməyə borcludur. Müəyyən olunsa ki, həqiqətən də günahkarlar var, tutduğu vəzifədən, kim olmağıdan asılı olmayaraq onları məsuliyyətə cəlb etmək lazımdır. Qırmızı xətt çəkmək lazımdır ki, insan qanının, əsgər qanının qiyməti yoxdur. Əsgər qanına görə heç kim məsuliyyətdən yayına bilməz, vəssalam”. Media isə yazır ki, Ermənistan silahlı qüvvələri aztəminatlı ailələrin uşaqlarının ölümü üçün mövcuddur. Yüksəkvəzifəli şəxslərin övladları isə orduda xidmət etməkdən çəkinirlər. Bu səbəbdən onlar Ermənistanda yox, xaricdə yaşayırlar. Bu ölkənin ordusu əvvəlki qaydada xaos və cinayət mənbəyi sayılır. Erməni mediası isə məsələnin daha bir maraqlı tərəfinə diqqət çəkərək yazır ki, krminal ünsürlərin sayının orduda davamlı şəkildə artması da prosesə əsaslı surətdə təsir edir. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbçilər arasında alçaltma, fiziki və cinsi təzyiqlərə məruz qalma, özbaşınalıq nəticəsində baş verən cinayət hadisələrinin sayının durmadan artmasının bir səbəbi də məhz cinayətkarların orduya yol tapmasıdır. Görünən həm də budur ki, yaxın dövr ərzində erməni ordusunda acınacaqlı vəziyyət daha da pisləşməyə doğru gedəcək. Orduda cinayət hallarının sayının durmadan artması, qeyri-döyüş şəraitində itkilər, yüksək çinli hərbçilərin orduya sadəcə gəlir mənəbyi kimi yanaşması və digər belə hallar da qeyd olunanların təsdiqidir. Təbii ki, bu şəraitdə ermənilərin Azərbaycan ordusu qarşısında duruş gətirməsi sadəcə mümkünsüzdür. Elə bu səbəbdən Qarabağ münaqişəsinin hərbi həlli gündəmə gəldiyi halda erməni tərəfi hansı böyük zərbələri alacağını yaxşı bilir. Real vəziyyətdə Azərbaycan ordusunu istər şəxsi heyət, istərsə də hərbi texnika ilə təminat baxımından gücləndirdiyi halda, Ermənistanda bütün bunların tam əksi yaşanır. Görünən budur ki, qarşıdakı dövr ərzində erməni ordusunun probleməlri sadəcə dərinləşməkdə davam edəcək.

    Ətraflı   00:11     16-Jan-2020     2854
  • alternative title

    Ekspertlər: "Azərbaycan ordusunda döyüş hazırlığı yüksək səviyyədədir və sosial problemlər həll olunub"

    "Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişinə əsasən, bütün hərbçilər mənzillərlə təmin olunacaqlar. Hazırda bununla bağlı işlər görülür". Bunu QALANEWS-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib. O bildirib ki, Azərbaycan Ordusunda xidmət edən şəxsi heyətin sosial-məişət problemləri öz həllini tapmaqdadır. Ş.Ramaldanov qeyd edib ki, ötən ilin sonunda Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə 436 ailəyə mənzil verilib: "Son iki ildə Azərbaycanda 2500-dən çox hərbçi ailəsi mənzillərlə təmin olunub. Bundan sonra da hərbçilər üçün evlərin tikintisi davam etdiriləcək". Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov: "Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttində düşmənlə üz-üzə yerləşən postlarda xidmət edən hərbçilərə xususi diqqət və qayğı ilə yanaşır". Ehtiyatda olan polkovnikin sözlərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttində düşmənlə üz-üzə yerləşən postlarda xidmət edən hərbçilərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onun fikrincə, bunun nəticəsidir ki, hələ yay aylarında qışa hazırlıq çərçivəsində Azərbaycan Ordusunun ön xəttdəki bütün postları yarım illik ərzaqla təmin edilir: "Azərbaycan Ordusunun döyüş postlarının xeyli hissəsi çətin relyefi olan dağlarda yerləşir. Həmin ərazilərdə qış çox sərt keçir, yolları qar bağlayır. Bütün bunlar nəzərə alınaraq həmin postlar yayda 6 aylıq təminatla təmin olunur. Ordu rəhbərliyi daim şəxsi heyəti diqqət mərkəzində saxlayır. Ön xətdə xidmət edənlər tez-tez ziyarət olunur, fərqlənənlər mükafatlandırılır. Onu da diqqətinizə çatdırım ki, keçən illə müqayisədə əsgərlərin tibb məntəqələrinə müraciəti 17 faiz azalıb. Bu da onu göstərir ki, əsgərlər sağlam qidalanır və məişət problemləri yüksək səviyyədə həll olunub. Hazırda bütün hərbçilər qış geyimi ilə tam şəkildə təmin edilib. Hərbçilərimizin geyiminin keyfiyyəti isə çox yüksəkdir". Ş.Ramaldanov deyib ki, Azərbaycan Ordusunun silahlanması ilə bağlı məsələ birbaşa olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir: "Azərbaycan Ordusu mütəmadi olaraq müasir və yüksək potensiala malik olan silah və texnikalarla təmin edilir. Bununla bağlı Rusiya, Belarus, Ukrayna, İsrail, Türkiyə, Pakistan, Çin və Fransa ilə müəyyən danışıqlar aparılır və hətta onların bəziləri yekunlaşıb. Bu gün ölkəmizdə də hərbi sənaye inkişaf edir. Azərbaycan öz ördusunu lazımi döyüş sursatları ilə təmin edə bilir". Ş.Ramaldanov qeyd edib ki, bu gün Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir: "Ordumuzda 15-20 min şəxsi heyətin cəlb edilməsi ilə irimiqyaslı təlimlər keçirilir. Həmin təlimlərdə qarşıya qoyulan məqsədlərə təlim iştirakçıları və təşkilatçılar tam şəkildə nail olublar. Şəxsi heyət həmin təlimlərdə böyük təcrübə qazanır. Bundan əlavə, Azərbaycan Ordusunun hərbçiləri beynəlxalq hərbi yarışlarda iştirak edirlər. Hərbçilərimiz həmin yarışlarda yüksək nəticələr qazanırlar. Bununla da göstərirlər ki, Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Ordumuzun döyüş hazırlığı daim yüksəlir. İldən-ilə hərbçilərimizin qarşısına daha mürəkkəb və ciddi tapşırıqlar qoyulur". O vurğulayıb ki, Azərbaycan Ordusunun şəxsi heyətinin 70 faizindən çoxu müqavilə əsasında müddətdən artıq xidmət edənlərdən ibarətdir: "İldə bir neçə dəfə MAXE, gizir, zabit kursları təşkil olunur. Həmin kurslar daim böyük kontingentlə təşkil olunur. Hərbçilərdə böyük əzmkarlıq hiss olunur. Azərbaycan Ordusu bizim qürur yerimizdir". Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə bildirib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasında 52-ci yeri tutur: "Azərbaycan Ordusunun fiziki, döyüş, mənəvi hazırlığı, təchizatı və təminatı ən yüksək səviyyədədir. Mən müxtəlif cəbhəyanı rayonlarda oluram və bunları şəxsi müşahidələrim əsasında deyirəm. Bu gün ordumuzun bütün sahələr üzrə hazırlığı ən yüksək səviyyədədir. Ordumuzun hər an başlaya biləcək müharibəyə və qələbə qazanmağa hazır vəziyyətdədir". Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov: "Müasir sialahlarla yükəsk səviyyədə davrana bilən, döyüş qabiliyyətli, taktiki təlimlərdə özünü təsdiq edə bilən, çox güclü və peşəkar zabit, qələbə ruhu olan əsgər heyətimiz var". Deputat həmçinin qeyd edib ki, Azərbaycan Ordusu çox yüksək səviyyəli hərbçilərdən formalaşıb: "Müasir sialahlarla yüksək səviyyədə davrana bilən, döyüş qabiliyyətli, taktiki təlimlərdə özünü təsdiq edə bilən, çox güclü və peşəkar zabit, qələbə ruhu olan əsgər heyətimiz var. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu hər an müharibəyə hazırdır. Ordumuz həmçinin ən müasir silahlarla təmin edilir. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu sahəyə daima ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Hesab edirəm ki, Ordumuzun torpaqlarımızı qorumaq, işğal edilən ərazilərimiz geri qaytarmaq və müdafiəmizi qorumaq üçün hər an hazır olmalıdır".

    Ətraflı   12:52     15-Jan-2020     2991
  • alternative title

    İraqın S-400 istəyinə ABŞ-dan REAKSİYA

    İraqın S-400 almaqla bağlı istəyi ona ABŞ sanksiyalarını aktivləşdirə bilər. QALANEWS.COM xəbər verir ki, bunu ABŞ Dövlət katibinin köməkçisinin birinci müavini Coi Hud deyib. "S-400-ün alışı sanksiyaların tətbiqinə səbəb ola bilər. Biz tərəfdaşlarımıza belə silah alışlarını məsləhət görmürük”, – deyə o bildirib.

    Ətraflı   12:12     15-Jan-2020     3319
  • alternative title

    İraqda yerləşən ABŞ bazasına raket zərbəsi endirildiyi bildirilir

    Amerika Birləşmiş Ştatlarının İraqdaki El-Tadjı bazasına raket zərbələri endirilib. Ölən və yaralanlar barəsində hələ bir məlumat verilmir. Qeyd edək ki Bazar günü çoxluğu Amerika kontigenti təşkil edən Balad hərbi bazasına raket zərbələri endirilmişdir.

    Ətraflı   00:18     15-Jan-2020     3507
  • alternative title

    VIDEO - Hərbi xidmətə çağırış təntənəli surətdə

    Şəmkir rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi keçirilib. Çağırışçıları hərbi xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının nümayəndələri eləcədə müharibə veteranları, valideynlər və gənclər yola salıblar. Çıxış edənlər gənclərə hərbi xidmətə yola düşmələri münasibətilə təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə ediblər. Vətən borclarını yerinə yetirən gənclərdə bu günü hec zaman yaddan cıxarmayacaqlarını deyirlər Çağırışçlar tədbir iştirakçılarını əmin ediblər ki, Azərbaycan əsgəri adını şərəflə daşıyacaq və torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının qisasını alacaqlar. Təntənəli mərasim geniş konsert proqramı ilə davam edib. Sonda gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

    Ətraflı   11:03     13-Jan-2020     2677
  • alternative title

    İranın general Qasım Süleymaninin qisasını almaq məqsədiylə raket zərbələri endirdiyi ABŞ-ın İraqdakı Ay el Esad bazası ilk dəfə yaxından görüntülənib - FOTOLAR

    İranın general Qasım Süleymaninin qisasını almaq məqsədiylə raket zərbələri endirdiyi ABŞ-ın İraqdakı Ay el Esad bazası ilk dəfə yaxından görüntülənib. Görüntüləri CNN telekanalı yayımlayıb. Məlumata görə, hadisə baş verən gün ABŞ əsgərlərinin bir çoxu hərbi bazanı tərk edib, qalanları isə raket hücumuna görə sığınacaqda gizlənib. Kanal müxbirini Arva Damonun sözlərinə görə, İranın hücum edəcəyi iki saat əvvəldən müəyyənləşdirilib. İranın hücum edəcəyi xəbərdarlığını isə ABŞ-ın Avropa üzrə səfirlərindən biri verib.

    Ətraflı   17:00     12-Jan-2020     5208
  • alternative title

    ABŞ DAHA BİR İRAN GENERALINA QARŞI ƏMƏLİYYAT KEÇİRDİ

    ABŞ-ın "Washington Post qəzeti", eyni gündə İran İnqilab Keşikçilərinin (SEPAH) öldürülən komandiri Qasım Süleymani ilə bərabər başqa bir iranlı general Əbdül Riza Şəhlaini öldürməyə çalışdığını yazıb. SEPAH generalının İraqın paytaxtı Bağdadda öldürülməsindən sonra bölgədəki gərginlik hər gün artır. Bu gərginlik fonunda Amerika mətbuatı daha bir maraqlı iddia ortaya atıb. "Washington Post" qəzetinin yazdığına görə, SEPAH komandiri Qasım Süleymaninin öldürüldüyü gün "İnqilab Keşikçiləri"nin Yəmən qolunun komandiri Abdul Rza Şəhlainin də öldürülməsi planlaşdırılıb. Uğursuz əməliyyat yazıda ABŞ-ın SEPAH-ın nüfuzlu şəxslərindən biri olan Şəhlaiyə qarşı əməliyyat təşkil etdiyi, lakin nəticəsiz qaldığı bildirilir. Qəzetin yazdığına görə, eyni gündə və saatda həyata keçirilən hər iki əməliyyat ABŞ ordusunun bundan sonra da həyata keçirəcəyi geniş planın yalnız bir hissəsidir.

    Ətraflı   14:02     12-Jan-2020     4107
  • alternative title

    Əfqanıstanda 2 ABŞ əsgəri öldü

    Əfqanıstanda partlayış nəticəsində iki ABŞ hərbi qulluqçusu həlak olub, daha iki hərbiçi isə yaralanıb. Bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı xəbər verib. Partlayışa səbəb NATO missiyasının tərkibindəki kontingentin hərbiçilərini daşıyan döyüş avtomobilinin Qəndahar əyalətində yola basdırılmış minaya düşməsi olub. Telekanal bildirib ki, "Taliban" radikal hərəkatı baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

    Ətraflı   22:40     11-Jan-2020     3496
  • alternative title

    Müdafiə naziri vəzifəli şəxslərə tapşırıq verdi

    Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qış mövsümü ilə əlaqədar əsgər yataqxanaları və digər obyektlərin qızdırılmasının təmin olunması, hərbi qulluqçular, o cümlədən gənc əsgərlərin daim tibbi nəzarətdə saxlanılması məqsədilə profilaktiki tədbirlərin görülməsi və şəxsi heyətin məişət şəraitinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib. QALANEWS-a xəbər verir ki, xəbər verir ki, bu barədə general-polkovnik Zakir Həsənov yanvarın 11-də keçirilən xidməti müşavirədə deyib. Cəbhədəki mövcud əməliyyat şəraitini təhlil edən Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordunun və düşmənlə təmas xəttində yerləşən digər hərbi hissələrin döyüş qabiliyyətini yüksək qiymətləndirərək cari ildə də bu istiqamətdə görüləcək tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun sərəncamında olan silahların düşmən üzərində qələbəni tam təmin etməyə imkan verdiyini qeyd edən nazir Ermənistan silahlı qüvvələrinin bölmələrinin ehtimal olunan aktivliyinin qarşısının dərhal və daha üstün silahların tətbiq edilməsi ilə alınması məqsədilə adekvat tədbirlərin görülməsini tapşırıb.

    Ətraflı   16:56     11-Jan-2020     3872

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1021
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     999
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title