Loading alternative title

HƏRBİ

  • alternative title

    Şəhid əsgərimiz dəfn edildi - YENİLƏNİB

    Ötən gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu bu gün Cəlilabad rayonunda dəfn edilib. Mərasimə şəhidin yaxınları, rayon ictimaiyyəti, DSX rəsmiləri və rayon əhalisi qatılıb.

    Ətraflı   12:11     06-Mar-2020     3642
  • alternative title

    XİN: Sərhəddə baş verən bu cinayətə görə tam məsuliyyət işğalçı ölkə Ermənistanın üzərindədir

    Bu ilin 5 mart tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozub. Düşmən qüvvələrin snayperdən açdığı atəş nəticəsində Qazax rayonu Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsindəki sərhədçi əsgərimiz Orxan Nazim oğlu Paşazadə qətlə yetirilib. Bu barədə AR XİN Mətbuat Xidməti idarəsi insidentlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, baş verən bu qanlı insident məqsədyönlü təxribat xarakteri daşıyır və bu cinayətə görə tam məsuliyyət işğalçı ölkə Ermənistanın üzərindədir. “Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan hərbi qulluqçumuzun qətlə yetirilməsi işğalçı Ermənistanın münaqişənin sülh yolu ilə həlli çağırışlarının yalan və riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirir. Məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu kimi cinayətkar və dağıdıcı fəaliyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə və beləliklə də ATƏT-in Minsk Qrupunun həmsədrləri simasında beynəlxalq ictimaiyyətin səylərinə birbaşa maneə törədir”, - deyə açıqlamada qeyd olunub. Allah şəhidimizə rəhmət eləsin.

    Ətraflı   10:39     06-Mar-2020     2612
  • alternative title

    Şəhid əsgərimiz bu gün dəfn ediləcək - FOTO

    Ötən gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu bu gün Cəlilabad rayonunun Cəfərxanlı kəndi qəbiristanlığında dəfn ediləcək. Martın 6-da şəhidlə ailəsinin yaşadığı kənddə vida mərasimi keçiriləcək. Mərasimdən sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılacaq. Hazırda şəhidin nəşi doğulduğu kəndə aparılır. Qeyd edək ki, ötən gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. O.Paşazadə Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.

    Ətraflı   10:37     06-Mar-2020     2259
  • alternative title

    Ermənistan ordusunda koronavirus kütləvi şəkildə yayılıb

    Ötən gündən başlayaraq Ermənistan ordusunda şəxsi heyətin koronavirusa yoluxma halları baş verir. QALANEWS bu barədə Gürcüstan KİV-i təmas xəttində olan mənbələrə istinadən məlumat yayıb. “Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən erməni hərbi bölmələrində kütləvi xəstəlik yayılıb. Mən düşünürdüm ki, bu, hansısa infeksion xəstəlikdir. Ancaq dünən təxminən saat 09:00-dan 13:00-a kimi Ağdam və Tərtər rayonu arasında yerləşən ön xətt bölmələrində oldum. Müşahidələrim onu göstərdi ki, təkcə bu müddət ərzində Ağdamdan 2 hərbi tibbi maşın 14 dəfə, Tərtərdən 3 hərbi tibbi maşın 9 dəfə sürətli şəkildə ərazidən əsgər daşıyırdılar”, - mənbə bildirir. Erməni əsgərlərinin Ağdərə və Xankəndində yerləşən hospitallara aparıldığı bildirilir: “Xəstələnmiş erməni əsgərləri Ağdərə və Xankəndində yerləşən hospitallara aparılıblar. Xəstələrin əsas əlamətləri halsızlıq və kəskin hərarətdir. Müşahidələrə əsasən, demək olar ki, Ermənistan ordusunda koronavirus yayılıb, lakin Ermənistan hökuməti hələ ki itkiləri gizlədir”.

    Ətraflı   10:28     06-Mar-2020     2786
  • alternative title

    Gürcüstanın Müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayır

    Martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin ölkəmizdə bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub. Səfər martın 6-dək davam edəcək.

    Ətraflı   14:51     05-Mar-2020     1366
  • alternative title

    Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib

    Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına uyğun olaraq, döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılıb və Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.

    Ətraflı   11:21     03-Mar-2020     2510
  • alternative title

    Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

    Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il martın 2-dək 108.221.167,74 AZN, 213.577,88 ABŞ dolları, 17.566,0 avro və 5000,0 rubl vəsait daxil olub. Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb.

    Ətraflı   13:03     02-Mar-2020     2268
  • alternative title

    Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı

    Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.

    Ətraflı   12:41     02-Mar-2020     3013
  • alternative title

    Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır

    Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq martın 2-də Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçiriləcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin, heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq. Təlimlərin hər bir mərhələsində döyüşə hazırolmanın yüksəldilməsi nəzərə alınmaqla, qoşunların vaxtında və hərtərəfli, o cümlədən, informasiya təminatının həyata keçirilməsi ilə qoşunların və silahların ən müasir idarəetmə üsullarının tətbiqi planlaşdırılaraq, vəziyyətin inkişafının ən vacib məsələləri diqqətlə nəzərdən keçiriləcək. Təlimlər martın 6-dək davam edəcək.

    Ətraflı   12:00     29-Feb-2020     2678
  • alternative title

    Hərbi qurumun baş katibindən Qarabağ AÇIQLAMASI: “Lazım gəlsə, mövqeyimizi bildirəcəyik”

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi daim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) diqqət mərkəzindədir. QALANEWS-un məlumatına görə, bunu Yerevanda səfərdə olan KTMT-nin baş katibi Stanislav Zas erməni jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, KTMT münaqişə ilə bağlı quruma üzv dövlətləri məlumatlandırmaq üçün yaxşı sistem qurub. Baş katibin sözlərinə görə, KTMT-yə üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunur. “Lazım gələrsə, KTMT münaqişə ilə bağlı mövqeyini bildirəcək. Dövlət başçılarının və xarici işlər nazirlərinin açıqlamaları ictimaiyyət üçün açıqdır. Mən bunları şərh etməyəcəyəm”, - deyə S.Zas bildirib. O qeyd edib ki, qurum münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. “Problemin həllinin yalnız bir yolu var – bu, siyasi yoldur. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gördüyü işlər beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır”, - deyə S.Zas bildirib. Qeyd edək ki, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür.

    Ətraflı   15:33     28-Feb-2020     4967
  • alternative title

    MN rəsmisi: “Türkiyənin müasir silah-sursat və hərbi texnikası Azərbaycana tədarük olunacaq”

    Fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar arasında hərbi-maliyyə əməkdaşlığına dair saziş və maliyyə yardımı haqqında protokol imzalanıb. QALANEWS xəbər verir ki, bunu fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin iki ölkə arasında hərbi əlaqələrə müsbət təsirini şərh edərkən Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı qeyd edib. Onun sözlərinə görə, bu sənədlərə əsasən, azərbaycanlı zabit və kursantlar Türkiyənin hərbi-təhsil müəssisələrində təhsil ala biləcək və bu ölkədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini artıracaq müasir silah-sursat və hərbi texnika ölkəmizə tədarük olunacaq: “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında bir çox sahəni əhatə edən mühüm sənədlərin imzalanması mərasimi keçirilib. Xüsusilə hərbi və hərbi-maliyyə sahəsində əməkdaşlığa dair imzalanan müqavilələr iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına müsbət töhfə verəcək”.

    Ətraflı   12:10     28-Feb-2020     1616
  • alternative title

    Azərbaycan əsgəri qarlı dağlarda döyüş təlimi keçir - FOTO

    Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən, “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələrinin cəlb edildiyi təlim şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının və həyatda qalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyır. Taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar qarlı-şaxtalı havalarda, gündüz və gecə şəraitində şərti düşmən arxasında taktiki fəaliyyətləri icra ediblər. Taktiki fəaliyyətlər zamanı qarlı ərazilərdə şəraitə uyğun maskalanmış snayper cütlükləri şərti tapşırıqları yerinə yetiriblər. Qarlı-şaxtalı, çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları, döyüş vasitələri və ərzaqla təmin edilmiş hərbi qulluqçular təlim rayonunda hazırladıqları sığınacaqlarda gecələyiblər. Taktiki-xüsusi təlimdə şiddətli soyuqlarda qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi məşq etdirilib. Beynəlxalq xilasetmə kurslarında təcrübə qazanmış xilasedicilərin də cəlb edildiyi təlimdə qar uçqunları zamanı istifadə olunan xüsusi təyinatlı “Biper” aparatı və şuplar vasitəsilə axtarış-xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib. Dağlarda döyüş əməliyyatları aparan zaman ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə edərək yaralıların təxliyəsi qaydalarını, praktiki döyüşü mükəmməl mənimsəmiş xüsusi təyinatlı və xilasedici bölmələr təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olublar.

    Ətraflı   10:26     19-Feb-2020     3184
  • alternative title

    VİDEO - ABŞ və Taliban barışdı?

    ABŞ və Taliban barışıq barədə razılığa gəldilər" - Amerika mediası Qalanews.com ABŞ mediasına istinadən xəbər verir ki, adı açıqlanmayan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsinə əsaslanan Amerika mediasından gələn xəbərlərə əsasən 7 günlük atəşkəs razılaşmasının tezliklə qüvvəyə minəcəyi söylənilib. Sözü gedən xəbərlərdə hərtərəfli sülh danışıqlarının atəşkəs prosesindən dərhal sonra başlayacağı gözlənilir. Müqaviləyə əsasən Talibanın mina, raket və canlı bomba hücumlarını dayandıracağı qeyd edilərkən, ABŞ-ın 7 günlük müşahidə prosesindən sonra razılaşma ilə əlaqədar pozuntular olmadığı təqdirdə razılaşma mərhələsinə keçəcəyi vurğulanmışdır. Digər tərəfdən, sülh danışıqlarının çox təfərrüatlı olacağı və bütün Əfqanıstanı əhatə edəcəyi bildirilib. ABŞ prezidenti Donald Tramp isə razılaşmaya müsbət münasibət bildirib. Bununla yanaşı, ABŞ və Taliban arasında danışıqların planlaşdırıldığı davam edəcəyi təqdirdə, ABŞ əsgərlərinin 18 ay ərzində Əfqanıstandan çəkilməyə başlaması da təklif edilib. Qeyd edək ki, ABŞ prezidenti Tramp, 5 sentyabr 2019-cu ildə Əfqanıstandakı ABŞ qoşunlarına qarşı edilən hücumla əlaqədar ABŞ və Taliban arasında 2018-ci ilin dekabr ayından bəri aparılan sülh danışıqlarını ləğv etmişdi. Danışıqlar dayandırıldıqdan sonra, Taliban bu dəfə sülh danışıqlarını davam etdirmək üçün Rusiyadan kömək istəyərək paytaxt Moskvaya bir heyət göndərmişdi. Həftələrdir naməlum qalan sülh danışıqları, Talibanın girov götürdüyü 2 ABŞ vətəndaşını sərbəst buraxdıqda yenidən başlayıb.

    Ətraflı   23:19     16-Feb-2020     3868
  • alternative title

    VIDEO - 830 min insan məcburi köçkün vəziyyətinə düşüb

    Qalanews.com xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyanın İdlib şəhərində son 3 ayda 830 mindən çox insanın, son 3 gündə isə 143 min insanın didərgin düşdüyünü bildirib. BMT baş katibinin sözçüsü Stephane Dujarric mətbuat brifinqində İdlib, Hələb, Sarmin və Ataribdə davam edən qarşıdurmalar səbəbiylə yüz minlərlə insanın didərgin düşdüyünü qeyd edib. Evlərini tərk etmək məcburiyyətində qalanların 80 faizindən çoxunun qadınlar və uşaqlar olduğunu ifadə edən Dujarric, "Dekabr ayının əvvəlindən bəri, son 3 gündə yaşanan qarşıdurmalar səbəbiylə 830 mindən çox adam köçkün olub" deyə qeyd edib. Stephane Dujarric, çərşənbə axşamı günündən etibarən İdlib və Hələbdəki 72 xəstəxana və sağlamlıq mərkəzinin fəaliyyətini dayandırdığını bildirib. Bu hadisələr vətəndaş müharibəsinin başlanmasından bəri İdlibdəki ən böyük humanitar fəlakətlərdən biri kimi qeyd edilir. BMT Təhlükəsizlik Şurasına üzv olan 4 dövlətin, Belçika, Estoniya, Fransa və Almaniya və Polşanın İdlibdə verdiyi ortaq açıqlamada Suriyada vətəndaş müharibəsinin başladığı gündən bəri "insan mənşəli ən böyük fəlakətlərdən birinin yaşandığı" bildirilib. Şəhərdə milyonlarla insanın köməksiz qaldığını və sərt qış şəraitində təməl sığınacaq, qida və su ehtiyaclarını qarşılaya bilmədiyi, xüsusilə Suriya rejimi və tərəfdarlarının mülki şəxsləri və xəstəxanalarını hədəf alan missiyalarını dərhal bitirməyə çağırıldığı qeyd edilib. 1700-dən çox insan öldü Açıqlamada keçən ilin aprel ayından bəri baş verən qarşıdurmalarda 1700-dən çox mülki şəxsin öldüyü qeyd edilir. Qeyd edək ki, Bəşər Əsəd rejim qüvvələri və Rusiya silahlıları Astana və Soçi anlaşmalarına hələ də əməl etmir. Bu səbəbdən Suriyada minlərlə insan qaçqın vəziyyətinə düşüb.

    Ətraflı   22:09     16-Feb-2020     4006
  • alternative title

    VIDEO - Türkiyə Suriyada müdafiəsini gücləndirir

    Türkiyə Suriyada müdafiəsini gücləndirir Türk əsgərləri Hələb yaxınlığında keçid məntəqəsi qurmağa başlayıb. "Qalanews" xəbər verir ki, bu barədə məlumatı "Al Mayaden" telekanalı məlumat verib. Verilən məlumata görə, Türkiyə ordusu Hələbin qərbindəki Əl Atarib şəhəri yaxınlığında 2 müşahidə məntəqəsi yaradıb. Bildirilir ki, yeni istehkamlar hazırda Əl Atarib yaxınlığında davam edən Suriya ordusunun hücumuna müdaxilə etmək üçün hazırlanıb. Qeyd edək ki, Rusiya ilə müharibə edən tərəflərin uzlaşma mərkəzi Suriya ordusunun Türkiyə hərbçiləri tərəfindən İdlibdə atəşə tutulmasını rədd edib.

    Ətraflı   17:35     15-Feb-2020     2597
  • alternative title

    VIDEO - ONLAR VƏTƏNİN MÜDAFİƏSİNƏ BU CÜR HAZIRLANIR...

    Hər bir vətəndaşın milli ruhda böyüməsi,vətənpərvər olması və ən əsası vətənin keşiyində dayanmaq üçün nəzəri və təcrübi biliklərə malik olması əsas şərtlərdəndir. Bu bilik və bacarıqlar isə tədris müəssisələrində öyrədilir. Gənclərin Çağırışa Qədərki Hazırlığı fənni bu gün məhz bu istiqamətdə tədris edilir. Orta məktəblərdə olduğu kimi peşə liseylərində də bu fənnin tədrisinə xüsusi yer ayrılır. Müharibə şəraitində yaşayan ölkəmizin cəbhə rayonu olan Tovuzda isə xüsusən hərb sənətini dərindən öyrənilir. Tovuz Peşə Liseyi də tələbələrə nəzəri bilikləri mənimsətməklə yanaşı əllərindəki əyani vəsaitlərlə şərti tapşırıqlar yerinə yetirib, döyüş anını əyani görürlər. Təhsil müəssisəsinin hərb müəllimi ehtiyyatda olan kapitan Nizami Cəfərov tələbələrin bu fənni xüsusi mənimsəməsi üçün əlindən gələni edir. Bu gün isə bu cür təlimlər əlamətdar günə düşüb. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı günə təsadüf edib. Qrumun Tovuz rayon şöbəsinin rəisi mayor Ceyhun Əliyev də tələbələrin göstərdiyi bilik və bacarıqları yaxından izləyib və onlara gələcək əsgəri həyatlarında uğur arzu edib, vətənin keşiyində mətin dayanmağı tövsiyyə edib. Tələbələrin bu günkü dərsi tank əlehinə minalar və düşmənin canlı qüvvəsini məhv etmək üçün qumbara atışlarını icra etməkdən ibarət olub. Bununla yanaşı TİR-dən yaxın məsafəyə atışlar da icra edilib. Eyni zamanda müxtəlif xəndəklər qazılıb və şərti düşmənin zirehli texnika və canlı qüvvəsini zərərsizləşdirmək yolları öyrədilib. Bundan əlavə ehtiyyatda olan hərbçilər də döyüş zamanı gördüklərini tələbələrlə bölüşüb onlara ani bir səhvin və yalnış verilən qərarın məğlubiyyət və ölümlə nəticələnəyini izah ediblər. Bilik və bacarıqlarını daha qabarıq və səlist nümayiş etdirən tələbələrə fəxri fərman və müxtəlif hədiyyələt təqdim edilib. Daha sonra tələbələr müxtəlif qruplara bölünüb. Hər bir qrupun adı isə bir şəhidin adı ilə bağlı olub. Yarışın ən maraqlı tərəflərindən biri də tələbələrin məlumay lövhəsinə yazdığı şüarlar olub. Onlar qeyd ediblər ki, bu yarışda uduzan yoxdur,qalib VƏTƏNDİR!!! Orduda xidmət etmək hər bir gəncin şərəf və BORCUDUR!!! Vətən sərhəddən BAŞLAYIR!!! Ən güclü silah VƏTƏNPƏRVƏRLİKDİR!!! Qəhrəman olmaya bilərsən, lakin layiqli vəətndaş OLMALISAN!!! Bəs sən , vətən üçün nə ETMİSƏN?! Qarabağ bizi ÇAĞIRIR!!!

    Ətraflı   12:07     14-Feb-2020     2872
  • alternative title

    Dağlıq Qarabağda erməni əsgərlər öldü

    Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində Ermənistan əsgərləri ölüb. Bu barədə “Sputnik Armeniya” xəbər yayıb. Bildirilir ki, bu gün yerli vaxtla saat 11:30-da 2000-ci il təvəllüdlü Tiqran Manvelyan odlu silahla yaralanaraq ölüb. Saat 13:00-da isə 2000-ci il təvəllüdlü Tiqran Mxoyan da odlu silah yarasından ölüb. Hər iki ölüm faktının başvermə səbəbi məlum deyil. Hadisələrin təfərrüatı araşdırılır.

    Ətraflı   18:12     12-Feb-2020     3641
  • alternative title

    Azərbaycan hərbçiləri Moskvada paradda iştirak edəcək

    Azərbaycan Ordusunun hərbi qulluqçuları mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak edəcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təntənəli mərasimdə ölkəmizi Azərbaycan Ordusunun bayraqdarları və 75 hərbi qulluqçudan ibarət heyəti təmsil edəcək.

    Ətraflı   14:37     05-Feb-2020     2549
  • alternative title

    Əgər sabah müharibə başlasa...

    “Sirr deyil ki, istər keçmiş SSRİ zamanında, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan hər zaman Ermənistandan bütün parametrlər üzrə üstün olub. Hərbi güclərin nisbəti üzrə də son illər biz davamlı şəkildə keçmiş MDB ölkələri arasında qonşularımızdan öndəyik”. Bunu ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. O vurğulayıb ki, bu fərq bir sıra parametrlər üzrə təyin edilir və şəxsən mənim üçün gözlənilən idi: “Ötən il də Azərbaycan bir sıra ölkələrlə müdafiə və təhükəsizliyimizi daha da gücləndirmək üçün danışıqlar aparıb və bu danışıqlar uğurla nəticələnib. Sözsüz ki, sabah ərazilərimizin işğalçılardan azad edilməsi üçün əmr verilsə, bu, özünü döyüş meydanında da mütləq göstərəcək. Əvvəlki illərdə biz bu barədə danışanda bədnam qonşularımız çalışırdılar ki, bu məsələni bir az önləsinlər. İndi isə dünyanın müxtəlif hərbyönümlü təşkilatları Silahlı Qüvvələr üzrə hesabatları müstəqil şəkildə aparır və dərc edirlər. Onların ortaya qoyduqları nəticələrə isə artıq qonşularımız heç bir halda mane ola bilmirlər. Düşünürəm ki, Ermənistan siyasi-hərbi rəhbərliyi bu məsələnin ciddi fərqindədirlər və havadarlarına arxalanıb hələ ki işğalçılıq siyasətlərini davam etdirirlər”. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, politoloq Emin Həsənli isə deyib ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur: “Ordumuzun kifayət qədər büdcəsi var. Bundan əlavə, dövlətimiz orduda xidmət edən şəxslərin sosial, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görür. Bütün sahələr üzrə Azərbaycan Ermənistandan dəfələrlə üstündür, hətta bizimlə onlar arasında müqayisə olunmaz fərq mövcuddur”. Politoloq bildirib ki, son illər hərbi hissələrdə yeni əsgər yataqxanaları tikilir, ərzaq məsələləri daha da yaxşılaşdırılır: “İstər silahlanmasına, istər hərbi hazırlığına, istərsə də orduda xidmət edən şəxsi heyətin sayına görə, ordumuz düşmən ölkənin ordusundan üstündür. Ermənistan ordusunda isə nizamnamədənkənar xeyli hallar baş verir. Xatırlayırsınızsa, 2016-cı ilin Aprel döyüşlərində ordumuz düşmən üzərində möhtəşəm qələbə qazandı. Ordumuzun bu qələbəsindən düşmən çox sarsıldı və 10-dan çox generalını işdən azad etdi. Ermənistan bu gün də Aprel döyüşlərindəki məğlubiyyətini unuda bilmir”. E.Həsənli deyib ki, Ermənistan işğalçı bir dövlətdir və havadarlarının hesabına Azərbaycan torpaqlarını işğal ediblər: “Onların gücü ancaq mülki və silahsız əhaliyə çatıb. Ermənilərin heç vaxt Azərbaycan Ordusuna gücü çata bilməz. Bu gün insanlar Ermənistanı tərk etməyə başlayıb. Ermənistanda əsgər anaları dəfələrlə Prezident Administrasiyasının, Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Hesab edirəm ki, “Ermənistan ordusu” ifadəsinin işlədilməsi belə doğru deyil. Çünki orada terrorçu xislətli, cinayətkar bir rejim var. Azərbaycanla Ermənistan heç bir sahə üzrə müqayisə oluna bilməz. Amma biz müharibə şəraitində olduğumuzdan onlarla bu müqayisələri, təhlilləri aparırıq. Azərbaycan Ordusu qısa bir zamanda öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Bunu Aprel hadisələri də bir daha sübut etdi. Hesab edirəm ki, Ordumuzun bu dəfə onlara cavabı daha ağır olacaq”.

    Ətraflı   17:23     04-Feb-2020     3680
  • alternative title

    Azərbaycan Cənubi Qafqazda hərbi gücünə görə liderdir

    “Global Firepower Index” 2020-ci il üzrə reyting cədvəlini açıqlayıb. Reytingdə 138 ölkə yer alıb. Siyahının hazırlanmasında 50 fərqli amil nəzərə alınıb. Azərbaycan siyahıda 63-cü yeri tutub. Reyting cədvəlində Gürcüstan 93-cü, Ermənistan 112-ci yerdə qərarlaşıb. Siyahıda birinci yeri ABŞ, ikinci yeri Rusiya, üçüncü yeri isə Çin tutub. Türkiyə reytingdə 13-cü, İran 14-cü pillədə qərarlaşıb. Sonuncu yerləri isə Bosniya və Hersoqovina, Liberiya və Butan tutub.

    Ətraflı   16:51     04-Feb-2020     3127

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1021
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     1064
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title