Loading alternative title

HƏRBİ

  • alternative title

    İki uşağı olanlar hərbi xidmətə çağırılmasınlar – Deputat məsələ qaldırdı

    Milli Məclisin iclasında deputat Siyavuş Novruzov üç uşaq atasının hərbi xidmətə çağırılmamasından danışıb. QALANEWS-un məlumatına görə, S.Novruzov bildirib ki, indi iki uşağı da saxlamaq çətindir. “Qanuna görə, üç uşağı olan atalar hərbi xidmətə aparılmırlar. Lakin indi iki uşağı saxlamaq da asan deyil. Təsəvvür edin, kişi iki uşağını və həyat yoldaşını qoyub hərbi xidmətə gedir. Qanuna dəyişiklik edilməlidir ki, iki uşağı olan atalar hərbi xidmətə çağırılmasınlar”, - deyə S.Novruzov əlavə edib. S.Novruzov onu da bildirib ki, Azərbaycanda alternativ hərbi xidmət haqqında da qanun qəbul edilməlidir.

    Ətraflı   15:22     30-Mar-2020     3087
  • alternative title

    Parlament hərbi xidmətə çağırışın müddətinin uzadılmasına “HƏ” dedi

    Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır. Milli Məclisin iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə bu müddətin mayın 31-dək uzadılması təklif edilir. Layihə səsverməyə qoyularaq qəbul edilib.

    Ətraflı   15:15     30-Mar-2020     2625
  • alternative title

    Parlament bu gün həqiqi hərbi xidmətə çağırış vaxtının uzadılmasını səsə qoyacaq

    Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. QALANEWS-un məlumatına görə, parlamentin iclasının gündəliyinə 16 məsələ daxildir. Deputatlar “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsini də müzakirə edəcəklər. Qeyd edək ki, həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması koronavirus infeksiyası ilə əlaqədardır. Layihədə bu müddətin mayın 31-dək uzadılması təklif edilir.

    Ətraflı   13:46     30-Mar-2020     1620
  • alternative title

    DSX: Düşmən təxribatının qarşısı alındı

    27 mart tarixində saat 12:00 radələrindən başlamaqla, Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.

    Ətraflı   13:02     27-Mar-2020     2982
  • alternative title

    Şamil Sabiroğlu: “Koronavirusla əlaqədar orduda bütün qabaqlayıcı tədbirlər görülüb”

    “Aldığım məlumatlardan sonra əmin oldum ki, Müdafiə Nazirliyinin aidiyyəti idarələrinin rəhbərliyi ilə Azərbaycan Ordusunda koronavirusa qarşı yüksək səviyyədə dezinfeksiya işləri aparılıb, bütün qabaqlayıcı tədbirlər görülüb”. Bunu Qarabağ qazisi, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu deyib. O, koronavirusla mübarizədə aparılan qabaqlayıcı tədbirləri, dezinfeksiya işlərini yüksək qiymətləndirib: “Belə bir deyim var ki, öz ordusunu yedirtməyən xalq özgə ordusunu yedirtməyə məhkumdur. Bizim ordumuza diqqət yüksək səviyyədədir, ordunun bütün tələbatı təmin olunur. Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir. Mən bir neçə gün öncə düşünürdüm ki, görəsən, orduda vəziyyət necədir? Çünki son 20 gündür ki, ordu ilə əlaqəm yox idi. Sonra əmin oldum ki, vəziyyət düşündüyümdən də yaxşıdır. Koronavirusla əlaqədar bütün qabaqlayıcı tədbirlər görülüb, dezinfeksiya işləri aparılıb. Bunlar təqdirəlayiq addımlardır. Bizim ordumuz böyükdür. Hazırda cəmiyyətdə söz gəzir ki, guya aprel çağırışı təxirə salınacaq. Mən isə əminəm ki, bu halda belə ordumuz çətinlik çəkmədən vəzifəsini əminliklə icra edəcək. Çünki Azərbaycan Ordusunun şəxsi heyəti kifayət qədərdir. Hətta həqiqi hərbi xidməti bitirənlər evə buraxılsalar da, bu heyət bəs edəcək saydadır. Ordumuz böyükdür. Bütün hərbi qulluqçular bizim qanımızdır, canımızdır. Buna görə dezinfeksiya işləri məhz onların sağlamlığını qorumaq üçün aparılır. Mənim aldığım məlumata əsasən, Ermənistan ordusunda koronavirusa yoluxanların sayı 1000-ə yaxınlaşıb, ölənlərin sayı 180 nəfərdən çoxdur. Çünki orduda nəzarət sistemi zəifdir, dezinfeksiya işləri yüksək səviyyədə aparılmır, pərakəndəlikdir. Hələlik rəsmi rəqəmlər bunu deyir”.

    Ətraflı   12:13     27-Mar-2020     2235
  • alternative title

    VİDEO - Ağstafaçay Hidroqovşağının sağ sahil kanalının təmizlənməsi zamanı mərmi aşkar edilib

    Ağstafaçay Hidroqovşağının sağ sahil kanalının təmizlənməsi zamanı mərmi aşkar edilib

    Ətraflı   00:55     27-Mar-2020     2156
  • alternative title

    İcma sədrindən Dağlıq Qarabağda koronavirusa yoluxma halları ilə bağlı BƏYANAT

    “Son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri seçkili nümayəndə kimi mənə müraciət edib (təhlükəsizlik baxımından onların adlarını açıqlaya bilmirəm). Onlar Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmoniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verərək, Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər”. Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib. “Mən seçkili nümayəndə olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər”, - deyə T.Gəncəliyev bildirib.

    Ətraflı   15:10     25-Mar-2020     3798
  • alternative title

    Düşmən təxribat törətdi: Bir erməni hərbçi məhv edildi

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməyə cəhd göstərib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır. Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

    Ətraflı   12:27     24-Mar-2020     2900
  • alternative title

    Hərbi qulluqçuların ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulub? - RƏSMİ

    Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr və bununla əlaqədar əsgər valideynlərinin narahatlığını nəzərə alaraq, Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb. Nazirlikdən bildirilib ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.

    Ətraflı   15:18     23-Mar-2020     6202
  • alternative title

    Azərbaycanlı generallar cəbhə xəttində - FOTO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdən birində olublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra zirehli döyüş texnikası üçün saxlanclara, avtoparka, zabit və əsgər yataqxanalarına, qazanxana, camaşırxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirilib. Müdafiə nazirinin əmri ilə döyüş texnikasının təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılması tapşırığı uğurla icra olunub. Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən və bölmələrdəki vəziyyətlə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib. Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib. Ön xətdə olan Müdafiə naziri Lələtəpə istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın rəhbərliyi altında aparılan genişmiqyaslı hərbi islahatlar, həmçinin hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması barədə danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Sonda Novruz bayramı münasibətilə Ali Baş Komandanın təbrikləri şəxsi heyətə çatdırılıb, ön xətdə xidmət edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub və onlarla bayram süfrəsi arxasında söhbət aparılıb.

    Ətraflı   12:08     17-Mar-2020     2973
  • alternative title

    Ermənilər Qazaxda yaşayış evləri və mülki nəqliyyat vasitə­lərini atəşə tutdu - RƏSMİ

    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, martın 14-də saat 13:30-dan 14:00-dək Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub. Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub. Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

    Ətraflı   18:21     14-Mar-2020     3287
  • alternative title

    Zakir Həsənov düşmən təxribatlarının qarşısının dərhal alınması barədə əmr verdi

    Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə əmr verib. Z.Həsənov martın 14-də keçirilən xidməti müşavirədə cəbhədəki əməliyyat şəraitini təhlil edib. Z.Həsənov düşmənin ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması məqsədilə lazımi qüvvə və vasitələrdən istifadə edilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən ön xətdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat imkanlarının daha da genişləndirilməsi ilə bağlı komandir-rəis heyətinə əmr verib.

    Ətraflı   16:20     14-Mar-2020     2440
  • alternative title

    Ermənilər sərhəddəki kəndləri intensiv atəşə tutub

    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, martın 13-də saat 11:45 radələrindən başlamaqla, Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitə­ləri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərə­fin­dən iriçaplı si­lah­­lardan intensiv atəşə tutulub. Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub. Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

    Ətraflı   15:28     13-Mar-2020     2611
  • alternative title

    Ermənistan Naxçıvan cəbhəsində atəşkəsi pozdu: Cavab tədbirləri görülür

    Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əsasən, düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb. Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır. Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

    Ətraflı   17:17     12-Mar-2020     3078
  • alternative title

    Təxribata əl atan erməni hərbçi məhv edilib

    Ermənistan ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu təmas xəttində təxribat törətmək istəyərəkən məhv edilib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti hərbçinin öldüyünü təsdiqləyib. Qeyd edək ki, 1984-cü il təvəllüdlü sıravi Zohrab Sianosyan martın 10-da sinə nahiyəsindən aldığı güllə yarasından ölüb.

    Ətraflı   10:36     11-Mar-2020     2560
  • alternative title

    Ermənilər Moskvada Azərbaycana qarşı növbəti təxribata hazırlaşır

    Ermənilər Rusiyada Azərbaycana qarşı növbəti dəfə təxribata hazırlaşırlar. Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatı planlaşdırılır. Martın 11-də Vasilyevskaya küçəsində yerləşən kino evində təqdimatının keçirilməsi nəzərdə tutulan sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib. Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz "müstəqilliyi" və "azadlığı" uğrunda mübarizə aparmasından bəhs edilir. Qeyd edək ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd göstərib. Lakin Moskvadakı Azərbaycan İcmasının Rusiya hökumətinə müraciətindən sonra filmin nümayişi təxirə salınıb.

    Ətraflı   15:22     09-Mar-2020     2319
  • alternative title

    Azərbaycan ordusundakı xüsusitəyinatlı qadınlar - FOTO

    Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə Vətənin müdafiəsinə qalxaraq yurdumuzun təhlükəsizliyini hər şeydən üstün tutublar. Bu gün sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımız Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirirlər. Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində qadın hərbi qulluqçuların da fəaliyyəti üçün müasir xidmət şəraiti yaradılıb. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, qadın hərbi qulluqçularımızdan nümunəvi xidməti ilə seçilənlərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Heydər Əliyev adına Hərbi Liseylə yanaşı, Naxçıvan Qarnizonunun Hərbi Hospitalında və hərbi hissələrin xəstəxanalarında xidmət edən qadınlarımız zabit, gizir və əsgərlərin sağlamlıqlarının qorunması üçün əllərindən gələni əsirgəmirlər. Bu gün birləşmə və hissələrdə Vətənimizi qoruyan əsgərlərə dadlı, yüksək kalorili yeməkləri qadın hərbi qulluqçular hazırlayır. Plana uyğun olaraq qadın hərbi qulluqçularımız təlim-məşq toplantılarına cəlb edilir, sinif şəraitində hərbi-nəzəri dərslərdə, poliqonlarda isə praktiki məşğələlərdə biliklərini artırır və təlim-atış çalışmalarını yerinə yetirirlər. Artıq demək olar ki, bütün qoşun növlərində qadın hərbçilərimizin sayı günü-gündən artmaqdadır. Plana uyğun olaraq qadın hərbi qulluqçularımız təlim-məşq toplantılarına cəlb edilir, sinif şəraitində hərbi-nəzəri dərslərdə, poliqonlarda isə praktiki məşğələlərdə biliklərini artırır və təlim-atış çalışmalarını yerinə yetirirlər. Artıq demək olar ki, bütün qoşun növlərində qadın hərbçilərimizin sayı günü-gündən artmaqdadır. Yaradılan şəraitin nəticəsidir ki, hərbçi olmaq istəyən qadınlar Naxçıvan Qarnizonu qoşunlarında keçirilən kurslara cəlb edilir, təlimlərdə bilik, bacarıq və peşəkarlıq qazanırlar. Kurslarda müxtəlif ixtisaslar üzrə hazırlanan qadın hərbi qulluqçular birləşmə və hissələrdə ixtisaslarına uyğun vəzifələrə təyin edilirlər. Qadın hər nə qədər zərif cinsin nümayəndəsi olsa da, mətanəti və iradəsi ilə ciddi intizam tələb edən hərb sənətinin də öhdəsindən layiqincə gəlir. Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi və mülki qulluqçu qadınlarımız da öz hüquq və vəzifələrini dərk edərək xidmətlərini Nizamnamələrin tələbləri səviyyəsində yerinə yetirirlər.

    Ətraflı   11:15     09-Mar-2020     2892
  • alternative title

    Həlak olan hərbçimizin - FOTO

    Xəbər verdiyimiz kimi, bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonu­nun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd-döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əsgər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, əsgərimiz bu gün saat 15:00-da Bədrə rayonunun Qazıqurdalı kəndində torpağa tapşırılacaq. Həlak olan hərbçimizin fotosunu təqdim edirik:

    Ətraflı   14:01     07-Mar-2020     1744
  • alternative title

    Şəhid sərhədçimiz medalla təltif edildi

    Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib. Medal Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmisi tərəfindən şəhidin bu gün keçirilən dəfn mərasimində atasına təqdim edilib. Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyyə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Şəhid Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

    Ətraflı   14:05     06-Mar-2020     2347
  • alternative title

    DSX: “Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub”

    Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversi­ya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyil və real­lığı əks etdirmir. “Mart ayının 6-da səhər saatlarından başlamaqla, Qazax rayonunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub. Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub”, - deyə DSX-dan bildirilib.

    Ətraflı   12:14     06-Mar-2020     2420

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1021
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     1064
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title