Loading alternative title

HƏRBİ

  • alternative title

    Cəbhə xəttində gərginlik: Pulemyotlar işə düşdü

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   10:45     20-Apr-2020     1175
  • alternative title

    Serj Sarqsyan 2016-cı ilin aprel döyüşləri ilə bağlı sualları cavablandıracaq

    Keçmiş prezident Serj Sarqsyan Ermənistanda “Aprel müharibəsi” adlandırılan 2016-cı ilin aprelində Dağlıq Qarabağ münaqişəsi zonasında baş vermiş hərbi toqquşmalarla bağlı bütün sualları cavablandırmağa hazır olduğunu bildirib. Bunu hazırkı Baş nazir Nikol Paşinyan tərəfindən devrilən Sarqsyan aprelin 16-da parlamentə 2016-cı ilin aprelindəki hərbi toqquşmaların şəraitinin öyrənilməsi üçün yaradılmış müvəqqəti parlament komissiyasının iclasına yollanarkən jurnalistlərə açıqlamasında deyib. “Gizlədəcəyim bir şey yoxdur və bütün suallara həqiqətən cavab verməyə hazır olduğum vaxt gəlib çatıb. Fövqəladə vəziyyətin başa çatmasından sonra mənim iştirakımla iclas keçirilməsi üçün komissiyaya müraciət etdim. Çünki fövqəladə vəziyyət rejimi uzadılıb, mən sizi maraqlandıran bütün suallara cavab vermək imkanından məhrumam, bu isə elə geniş mövzudur ki, onu beləcə - ayaqüstə müzakirə etmək olmaz”, - Ermənistanda COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyətin başa çatmasından sonra mətbuat konfransı çağıracağına və yalnız “Aprel müharibəsi” ilə bağlı bütün sualları cavablandıracağına söz verən eks-prezident bildirib. Parlament komissiyası N.Paşinyanın 2019-cu ildə “Aprel müharibəsi”nin səbəblərini araşdırmağın lazım olduğuna dair açıqlamasından sonra yaradılıb. “Bizi narahat edən suallara cavab almaq üçün 2016-cı ilin “Aprel müharibəsi”nin şəraitinin öyrənilməsi ilə bağlı parlamentin istintaq komissiyasının yaradılmasının vaxtı çatdı”, - N.Paşinyan bildirib. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində Azərbaycanın bütün sərhəd mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmışdı. Təmas xətti yaxınlığında yerləşən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 6 mülki şəxs, o cümlədən 16 yaşdan kiçik iki uşaq həlak olub, 26 nəfər ağır yaralanıb. Həmçinin mülki infrastruktur da daxil olmaqla ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulub. 232 fərdi yaşayış evi, elektrik xətləri, üç yarımstansiya, su və qaz xətləri dağıdılıb. Erməni bölmələri sosial müəssisələrə, o cümlədən məktəblərə və xəstəxanalara idarə olunan raketlərlə zərbələr endirib. Məscidlərdən birinə ibadət zamanı iriçaplı artilleriya mərmisi düşüb. Erməni təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təcili və təxirəsalınmaz cavab tədbirləri görməyə qərar verib. Nəticədə dördgünlük döyüşlərin gedişində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsini azad edib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ərazisindəki yüksəklikləri, həmçinin Seysulan şəhərini boşaltdı. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən, strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik nəzarətə götürülüb. Həmçinin, aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yollarda nəzarəti təmin edib. Döyüşlərdə 30-a qədər erməni tankı, 15-dək artilleriya qurğusu və mühəndis-istehkam qurğuları məhv edilib. Bununla yanaşı düşmənin 320 hərbçisi məhv edilib, yaralıların sayı 500-dən çox olub. Aprelin 5-də, saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Döyüşlərin nəticələrinə əsasən, Azərbaycan Silahlı Qüvvələri 2000 hektardan çox ərazini erməni işğalından azad etdi, əməliyyat nöqteyi-nəzərindən daha böyük ərazi Azərbaycan ordusunun nəzarəti altına keçib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilən ərazilərdə möhkəmləndirmə işləri aparıb. Ümumilikdə aprel döyüşləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən orduya göstərilən diqqəti, Azərbaycan ordusunun yüksək döyüş hazırlığını, işğal olunmuş əraziləri hər an azad etmək imkanlarını nümayiş etdirdi. Aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasının başlanğıcı qoyuldu.

    Ətraflı   11:33     17-Apr-2020     1099
  • alternative title

    Azərbaycan Ordusunun artilleriya bölmələri döyüş atışları icra edir

    Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən, ümumqoşun poliqonlarında artilleriya bölmələrinin döyüş atışlı məşqləri keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hazırlıq məşqlərinin məqsədi artilleriya bölmələrinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və onların döyüş uzlaşmasının səviyyəsinin artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

    Ətraflı   14:50     14-Apr-2020     1256
  • alternative title

    Hərbi cinayətlərlə bağlı qərarlarda yenilik olacaq

    Hərbi xidmət əleyhinə olan cinayətlərə görə müəyyən edilən cəzalar yüngülləşdirilir. QALANEWS-un məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Cinayət Məcəlləsində dekriminallaşdırılan əməllərə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən ediləcək. Qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

    Ətraflı   12:11     14-Apr-2020     1296
  • alternative title

    HDQ-nin Dalğıc Təlim Poliqonunda hazırlıq məşqləri keçirilir

    Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dalğıc Təlim Poliqonunda dalğıcların hazırlıq məşqləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Döyüş koordinasiyasına nail olmaq məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçular dalğıc təhsili proqramı çərçivəsində müxtəlif spesifik məşqləri icra edir, dalğıc hazırlığı üzrə normativlər verir və sualtı döyüşün aparılması vərdişlərini təkmilləşdirirlər. Hərbi qulluqçular müxtəlif təyinatlı maneələr zolağında döyüş, fiziki və peşə hazırlıqlarını artırırlar.

    Ətraflı   12:49     13-Apr-2020     1336
  • alternative title

    Ermənistanda hərbçi özünü asdı

    Ermənistanda 32 yaşlı hərbi qulluqçu intihar edib. “News Armenia” xəbər verir ki, onun meyiti ağacdan asılmış şəkildə tapılıb. İntihar edən şəxs Ararat rayon sakini 32 yaşlı A.Rafikdir. Onun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb. A.Rafik Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində müqaviləli hərbi qulluqçu kimi xidmət edirmiş.

    Ətraflı   10:52     13-Apr-2020     1329
  • alternative title

    Ermənistan snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   10:29     13-Apr-2020     1307
  • alternative title

    Hərbi Hava Qüvvələrinin helikopter bölmələri uçuş məşqləri keçirir

    Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri uçuş məşqləri keçirir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv edir. Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

    Ətraflı   12:14     11-Apr-2020     3095
  • alternative title

    MiQ-29 və Su-25 təyyarələrinin ekipajları ilə taktiki-uçuş təlimi keçirilib

    Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin MiQ-29 və Su-25 təyyarələrinin cəlb olunması ilə taktiki-uçuş təlimi keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim zamanı qarışıq aviasiya qrupları tərəfindən yerüstü hədəflərin məhv edilməsi, hava hədəflərinin ələ keçirilməsi, hava hücumundan müdafiə səddinin aşılması və radioelektron mübarizə vasitələrindən istifadə olunmaqla şərti düşmənin hava hücumunun dəf edilməsi kimi tapşırıqlar məşq etdirilib. Pilotlar yeni və modernizə olunmuş radioelektron mübarizə vasitələri ilə yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin susdurulması imkanlarını yoxlayıb, eləcə də aviasiya vasitələrinin tətbiqi bacarıqlarını təkmilləşdiriblər.

    Ətraflı   12:17     10-Apr-2020     1878
  • alternative title

    Elçin Quliyev təmas xəttinə yollandı - FOTO

    Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi, gene­ral-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rində xidməti-döyüş fəaliyyətinin təşkilini yox­layıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttindəki döyüş mövqelə­rində xidmət­də olan sərhədçilərlə görüş keçirilib, onların xidməti və yaşayış şəraitlərinə baxış keçi­rilib. “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması, zəruri sərhəd mü­ha­fizə və müdafiə infra­struk­tu­runun yaradılması üzrə görülən təd­birlər nə­zərdən keçirilib. Eyni zamanda, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxu­nul­­mazlığının və şəxsi heyətin təh­­lü­kə­siz­liyinin təmin edil­məsi istiqa­mətin­də zəruri göstərişlər veril­ib.

    Ətraflı   10:32     10-Apr-2020     1388
  • alternative title

    Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır

    Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə snayperlərin hazırlığı yoxlanılır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazi kəşfinin aparılması, yanlış snayper mövqelərinin qurulması, müxtəlif məsafələrdəki hədəflərə fərdi və qrup halında atışlar icra edirlər.

    Ətraflı   13:53     08-Apr-2020     1386
  • alternative title

    Dövlət Xidməti: “Çağırışçıların təyin olunduğu xidmət yerləri barədə məlumat veriləcək”

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib. Müraciətdə qurum çağırışçıları koronavirus infeksiyasına qarşı mübarizədə məsuliyyətli olmağa səsləyir. Müraciətdə deyilir: “Əziz çağırışçılar! Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilib və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində sizin sağlamlığınızla bağlı mümkün risklərin aradan qaldırılması məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılıb. Hörmətli çağırışçılar, xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə ciddi riayət edərək, siz əsl vətənpərvərlik nümunəsi göstərə bilərsiniz. Mövcud vəziyyətdə hər biriniz gələcəyin əsgəri kimi hərbi xidmətin təməl prinsiplərindən olan nizam-intizamlı olmaqla müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyinə, milli həmrəyliyə və yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə çağırır. Hörmətli çağırışçı, “Özünü qoru ki, Vətəni qoruya biləsən!” Sizin müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduğunuz xidmət yerləri barədə məlumat veriləcək. Hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən çağırıldığınız halda aidiyyəti üzrə gəlməniz zəruridir”.

    Ətraflı   17:09     06-Apr-2020     1470
  • alternative title

    Dağlıq Qarabağda erməni hərbçisi yaralandı

    Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində erməni hərbçisi yaralanıb. Bu barədə “Sputnik Armeniya” xəbər yayıb. Hadisənin aprelin 5-i saat 17:30-da baş verdiyi bildirilir. Qeyd edilir ki, 20 yaşlı Araik Şahpazyan güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları araşdırılır.

    Ətraflı   13:48     06-Apr-2020     1267
  • alternative title

    Dağlıq Qarabağda erməni əsgər öldü

    Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ ərazisində erməni hərbçisi ölüb. Bu barədə “Sputnik Ermənistan” Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Mənbə bildirir ki, aprelin 3-ü, saat 00:35-də 2000-ci il təvəllüdlü Qaregin Babakexyan ölümcül güllə yarası alıb. Əsgərin ölüm səbəbinin müəyyən olunması üçün araşdırma aparılır.

    Ətraflı   15:18     03-Apr-2020     1167
  • alternative title

    Ermənilərin Qazaxda törətdiyi təxribatın qarşısı alındı

    Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, aprelin 3-də, saat 04:30-dan başlamaqla Qazax rayonunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Aygeovit kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub. Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

    Ətraflı   15:10     03-Apr-2020     1157
  • alternative title

    Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür

    2016-cı il aprelin birindən ikisinə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. 4 gün davam edən döyüşlər aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Aprel döyüşlərindən sonra - may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

    Ətraflı   10:48     02-Apr-2020     1280
  • alternative title

    Ermənilər Qazaxda kəndləri atəşə tutdu

    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, aprelin 1-də saat 12:25-dən başlamaqla Qazax rayonunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətində avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar Ermənistanın İcevan rayonunun Kirans kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrinə ziyan vurulub. Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

    Ətraflı   15:39     01-Apr-2020     1243
  • alternative title

    Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

    Silahlı Qüvvələrə Yardım Fonduna bu ilin aprelin 1-dək 109 milyon 288 min 116 AZN, 213 min 577 ABŞ dolları, 17 min 566 avro və 5000 rubl vəsait daxil olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə yaradılıb.

    Ətraflı   13:18     01-Apr-2020     2327
  • alternative title

    DSX: Ermənistana qarşı diversiyanın keçirilməsi barədə məlumat yalandır

    Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinin kəskin gərginləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törədilib. Təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimiz və kənd yollarında hərəkət edən mülki nəqliyyat vasitələri mütəmadi olaraq iri çaplı silahlardan və snayper tüfənglərindən davamlı surətdə atəşə tutulub. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən sərhəd-döyüş məntəqələrimizin dislokasiya yerlərinə basqın cəhdləri edilib, sərhədçilərin sayıqlığı nəticəsində düşmən təxribatlarının qarşısı alınıb və onlar itki verməklə geriyə qaçmaq məcburiyyətində qalıblar. Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraitinin ciddi gərginləşləşməsi barədə tərəfimizdən mütəmadi olaraq məlumat verilib, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı düşmən tərəfinin bütün təxribatlarına adekvat cavabların veriləcəyi və nəticədə baş verəcək bütün fəsadlara görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsi xüsusi qeyd olunub. Dünən erməni mətbuatında Ermənistanın Müdafiə Nazirliyinə istinad edilməklə yayılmış məlumatda guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozaraq, bu ölkənin Noyemberyan rayonunun Koti və Voskevan kəndlərini atəşə tutması nəticəsində 14 yaşlı mülki şəxsin, eyni zamanda, guya işğalçı ölkənin döyüş mövqelərinə qarşı diversiyanın keçirilməsi nəticəsində bir neçə hərbi qulluqçunun yaralanması qeyd olunub. Bununla əlaqədar olaraq bildiririk ki, Ermənistan Silahlı Qüvvələrindən fərqli olaraq, sərhəd döyüş məntəqələrimiz tərəfindən müqabil ərazidə yerləşən yaşayış məntəqələri istiqamətində atəş açılmır, düşmənin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulur. Həmçinin, düşmənin döyüş mövqelərinə qarşı sərhəd-döyüş məntəqələrimiz tərəfindən diversiyanın keçirilməsi barədə məlumat da həqiqətə uyğun deyildir. Düşmən tərəfinin atəşkəs rejimini pozmaqla törətdiyi təxribatının nəticəsi olaraq qarşılaşdığı döyüş itkilərini bu cür ictimailəşdirməsini Ermənistan cəmiyyətində özünə haqq qazandırmağa yönəlmiş uğursuz cəhd kimi dəyərləndiririk.

    Ətraflı   11:43     31-Mar-2020     1482
  • alternative title

    Sərhəddə təxribat: Ermənistan Silahlı Qüvvələri yaşayış evləri və mülki nəqliyyatı atəşə tutdu

    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 30 mart tarixində saat 17:30-dan başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub. Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub. Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır. Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumatları həqiqətə uyğun deyildir, bölmələrimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmamışdır.

    Ətraflı   10:51     31-Mar-2020     1272

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1001
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     999
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title