Loading alternative title

HƏRBİ

  • alternative title

    Marneulidə Azərbaycan Ordusuna izdihamlı dəstək aksiyası keçirilib

    Oktyabrın 10-da Gürcüstanın Marneuli şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. AZƏRTAC xəbər verir ki, yüzlərlə insanın iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi ehtiramla anılıb. Əllərində Azərbaycanın, Gürcüstanın və Türkiyənin bayraqlarını, eləcə də “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!” yazılan şüarlar əks olunan plakatları tutan nümayişçilər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarını yüksək qiymətləndirib, Azərbaycan dövlətinin, onun Prezidentinin ətrafında sıx birləşdiklərini bəyan ediblər. Çıxışlarda Azərbaycan Prezidentinin xalqa müraciəti zamanı səsləndirdiyi fikirlərin Gürcüstanda yaşayan soydaşlarımızda ruh yüksəkliyi yaratdığını bildiriblər. Qeyd olunub ki, Gürcüstanda yaşayan soydaşlarımız hər zaman Azərbaycan uğrunda döyüşməyə hazırdırlar. Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, siyasətçilər, elm adamları çıxışlarında Azərbaycan Ordusunun haqq uğrunda mübarizə apardığını, öz torpaqlarını işğaldan azad etdiyini, eyni zamanda, Qarabağda yaşanan gərginliyə və müharibəyə görə təcavüzkar Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını xüsusi qeyd ediblər. Vurğulanıb ki, xarici havadarlarının köməyi və dəstəyi ilə Azərbaycan və Gürcüstan torpaqlarını işğal edən Ermənistanın sonu çatıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qələbəsi Gürcüstan torpaqlarının azad olunması üçün imkan yaradacaq. Aksiyada “Qarabağ bizimdir, bizim olacaq!”, “Yaşasın Azərbaycan!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndiriblər. Qeyd edək ki, aksiyada Marneuli ilə yanaşı, paytaxt Tbilisi, Rustavi şəhərindən, Qardabani, Bolnisi, Dmanisi, Saqareco, Kaspi və digər rayonlardan soydaşlarımız iştirak ediblər. Gürcüstanın başqa şəhər və rayonlarından gələn soydaşlarımız avtomobil karvanı ilə Azərbaycan, Türkiyə və Gürcüstan bayraqlarını dalğalandırıblar.

    Ətraflı   17:51     10-Oct-2020     1081
  • alternative title

    Türkiyədə çalışan 45 azərbaycanlı həkim hərbçilərimizə tibbi yardım göstərmək üçün Azərbaycana yola düşüb

    Türkiyədə tibbi təhsilini bitirərək qardaş ölkədə işləyən 45 azərbaycanlı həkim könüllü olaraq cəbhə bölgələrində hərbçilərimizə tibbi yardım göstərmək üçün Vətənə yola düşüb. Azərbaycanlı həkim heyəti oktyabrın 10-da Ankaranın Esenboğa Hava Limanından yola salınıblar. Qeyd edək ki, həkim soydaşlarımızın Azərbaycanın belə taleyüklü günündə Vətənimizə dönməsi Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin təşkilatçılığı və Azərbaycanın Ankaradakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bundan başqa qardaş ölkədə toplanan 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə göndərilib. Gənc həkimlərimiz böyük ruh yüksəkliyi ilə Azərbaycana döndüklərini üç rəngli bayrağımıza bürünərək Esenboğa Hava Limanında təntənəli şəkildə yola çıxmaları ilə də nümayiş etdiriblər.

    Ətraflı   17:16     10-Oct-2020     613
  • alternative title

    Kocaeli vilayətində Azərbaycana dəstək aksiyası keçirilib - FOTO

    Kocaeli vilayətinin Gölcük bələdiyyəsi tərəfindən Azərbaycana dəstək aksiyası keçirilib. Aksiyada bələdiyyə, icraiyyə komitələrinin sədrləri iştirak edib. Aksiya iştirakçıları Azərbaycanın yanında olduqlarını bildiriblər: “Azərbaycanlı qardaşlarımıza hər zaman dəstək olacağıq”.

    Ətraflı   16:38     10-Oct-2020     377
  • alternative title

    Teatr Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

    Torpaqlarımızın qaytarılması uğrunda rəşadətlə döyüşən ordumuza dəstək hər bir azərbaycanlının borcudur. Bu gün işğalçı erməni ordusu üzərində qazanılan hər zəfər bizi Böyük Qələbəyə bir addım da yaxınlaşdırır. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi vətənimizin bütövlüyü, suverenliyi uğrunda döyüşən ordumuzla fəxr edir. Igid əsgərlərimizə dəstək məqsədilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Silahlı Qüvvələrə Yardım Fonduna muzeyin əməkdaşlarının könüllü iştirakı ilə ianə edib.

    Ətraflı   16:35     10-Oct-2020     376
  • alternative title

    Beynəlxalq Muğam Mərkəzi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

    Bu gün kiçikdən böyüyə hər bir azərbaycanlı Qarabağın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyir. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciət etdiyi ilk gündən respublikanın hər bir vətəndaşı böyük şərəf hissi ilə ordu sıralarına qatılmağa hazır olduğunu bir daha sübuta yetirdi. Cəbhədə Azərbaycan Ordusunun qazandığı qələbələr xalqımızda ruh yüksəkliyi yaradır. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin kollektivi şanlı ordumuza dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb. Kollektivimiz ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixin ədalətin bərqərar edilməsi uğrunda mətin mübarizəsini alqışlayır və böyük zəfər günümüzün yaxında olduğuna inanır. BMM-in direktoru, Xalq artisti Murad Hüseynov bildirib ki, ordumuza dəstək hər bir azərbaycanlının borcudur. Bu gün hər birimiz qürurlu və eyni zamanda, məsuliyyətli günlər yaşayırıq: “Vətənin bu günlərində heç kim kənarda qalmamalı, hər kəs dövlətimizə və ordumuza əlindən gəldiyi qədər dəstək verməlidir. Biz mədəniyyət və sənət adamları da hər zaman Ali Baş Komandanın və ordumuzun yanındayıq. Şanlı ordumuzun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması, həmçinin işğal altındakı bir sıra əraziləri, strateji yüksəklikləri azad etməsi bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir”.

    Ətraflı   16:30     10-Oct-2020     338
  • alternative title

    “Shirvan Steel” MMC Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

    Azərbaycan Milli Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti təxribat xarakterli hücumlarına layiqli cavab verərək, Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızı erməni hərbi birləşmələrindən təmizləməsi “Shirvan Steel” MMC əməkdaşlarının da qəlbində böyük sevinc və iftixar hissi oyadıb, erməni işğalı altında olan bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən tezliklə azad ediləcəyinə inamı daha da artırıb. AZƏRTAC xəbər verir ki, “Shirvan Steel” MMC ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat vəsait köçürüb. Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Qarabağ Azərbaycandır!

    Ətraflı   16:12     10-Oct-2020     503
  • alternative title

    Auditorlar Palatasının sədri işğalçı Ermənistanın növbəti təxribatı ilə bağlı xarici həmkarlarına müraciət edib

    Auditorlar Palatasının sədri Vahid Novruzov işğalçı Ermənistanın ölkəmizə qarşı növbəti təxribatı və Azərbaycan Ordusunun erməni silahlı qüvvələri üzərində uğurları ilə bağlı öz xarici həmkarlarına müraciət edib. Palatadan bildirilib ki, sülhsevər xalqımızın haqq yolunda olduğu, Ermənistanın məkrli və onilliklər ərzində yeritdiyi işğalçılıq siyasəti, ölkəmizdə həyata keçirilən uğurlu islahatların Azərbaycanın iqtisadi və hərbi gücünün artmasına zəmin yaratdığı və regionda lider dövlətə və əmin-amanlıq diyarına çevrilməsi, Azərbaycan Prezidenti ətrafında yaranmış monolit vətəndaş həmrəyliyi ölkəmizin cəlb olunduğu mübarizədə öz doğma və tarixi torpaqlarını azad etmək əzmində olduğu 30-a yaxın beynəlxalq və xarici audit və mühasibatlıq qurumlarına, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyasına (EFAA) və İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasına (ACCA) oktyabrın 9-da ünvanlanan müraciətdə öz əksini tapıb.

    Ətraflı   16:08     10-Oct-2020     478
  • alternative title

    Müvəqqəti atəşkəs hansı müddəti əhatə edəcək? - XİN rəhbərindən AÇIQLAMA

    “Müvəqqəti atəşkəsin hansı müddəti əhatə edəcəyi barədə məlumat göstərilməyib. Əsas prinsip odur ki, bu Qırmızı Xaç Komitəsi tərəfindən həyata keçiriləcək”. QALANEWS-un məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyət bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov Moskvada keçirilən danışıqlarda Azərbaycana zəmanət verilib-verilməməsi barədə sualı cavablandırarkən deyib. O bildirib ki, Moskva bəyanatının üçüncü bəndində baza prinsiplərinin əksini tapması, əslində, işğal olunmuş torpaqlardan qoşunların çıxarılması cədvəlini özündə ehtiva edir: “Həlak olan hərbçilərin meyitlərinin dəyişdirilməsi prosesinin hansı müddət ərzində başa çatacağını əvvəlcədən demək çətindir. Bu barədə Qırmızı Xaç Komitəsi mövcud hərbi vəziyyət imkan verdikdə və bu əməliyyatlar başlandıqdan sonra dəqiq məlumat verə bilər”.

    Ətraflı   16:02     10-Oct-2020     584
  • alternative title

    Ermənistan tibbi maşınını Komanda idarəetmə maşınına çevirib - FOTO

    Ermənistan tibbi maşınını Komanda idarəetmə maşınına çevirib. Buna səbəb isə mənfur düşmənin Azərbaycan ordusunun tibbi maşınlarına atəş açmadığını bilməsidir. Bunu sübut edən fotoları təqdim edirik:

    Ətraflı   15:48     10-Oct-2020     2061
  • alternative title

    Xarici İşlər Nazirliyində cəbhədəki son vəziyyət açıqlanır - CANLI YAYIM

    Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) mətbuat konfransı keçirilir. QALANEWS-un məlumatına görə, brifinqdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər naziri Ceyhun Bayramov iştirak edir. Konfransda cəbhədəki son vəziyyət və Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın XİN başçılarının görüşünün nəticəsi barədə məlumat verilir.

    Ətraflı   15:10     10-Oct-2020     1640
  • alternative title

    Qarabağ danışıqlarında tarixi dönüş: Bu dəfə şərtləri Azərbaycan diktə edir - TƏHLİL

    Sentyabrın 27-dən başlayaraq, Ermənistanın silahlı qüvvələri öz təcavüzkar və işğalçılıq siyasətini davam etdirmək üçün Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Bu təxribata layiqli cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirib. Həmin vaxtdan başlayaraq Azərbaycan xalqı yekdilliklə ordumuzun əks-hücum əməliyyatını dəstəkləyib. Döyüşlər başlayan vaxtdan on minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək, döyüşə getməyə hazır olduqlarını bildirib. 27 sentyabrdan başlanan müharibədə Azərbaycan ordusu uğurlu əks-hücum əməliyyatı keçirib, öz sözünü deyib və gücünü dünyaya nümayiş etdirib. Azərbaycan bir məqsədi var: öz torpaqlarını işğalçı qüvvələrin nəzarətindən azad etmək. Ötən gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü baş tutub. Nəticədə, Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib. Bildirilib ki, 2020-ci ilin 10 oktyabr, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar, tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər. 11 saat ərzində davam edən danışıqlar prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Təbii ki, humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində hərbi əməliyyatlar nəticəsində tam Azərbaycanın xeyrinə dəyişilmiş vəziyyət siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü. Azərbaycan işğalçı qüvvələri öz ərazimizdən çıxarmaqla haqq-ədaləti qoruyur və hüquqlarını bərpa edir. Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək, Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır. Təbii ki, hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Ermənistan bundan sonra yenə də öz siyasətini davam etdirəcək və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Burada mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur. Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi. Prezident İlham Əliyev hər zaman, o cümlədən, Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Ali Baş Komandan İlham Əliyev üçün ən ali dəyərdir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən, 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri Nikol Paşinyan artıq yeddi şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür. Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane edirdi. Nəticədə, Azərbaycan özü status-kvonu dəyişdi. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geosiyasi əhəmiyyəti vardır. İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad ediləcək, Azərbaycan bayrağı əzəli torpağımız olan Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər. Qarabağ Azərbaycandır!

    Ətraflı   14:59     10-Oct-2020     447
  • alternative title

    “Ailə TV”dən Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

    İKT sektorunda qabaqcıl televiziya və optik internet xidmətləri provayderi “Caspian Telecom” MMC (“Ailə TV”) Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Şanlı Ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat məbləğində vəsait köçürüb. “Ailə TV” qəhrəmancasına aparılan bu mübariz haqq savaşında hər bir ailəni həmrəy, Rəşadətli Ordumuzun yanında olmağa dəvət edir. “Ailə NET” fiber-optik internet xidmətinin istifadəçilərinin də hərbi vəziyyətlə əlaqədar xidmətin göstərilməsində yarana biləcək məhdudiyyətləri səbr və anlayışla qarşılayacağına inanırıq. Hər kəs üzərinə düşən bu məsuliyyəti dərk edib bir-birinə maddi və mənəvi dayaq olmalıdır. Allah Ordumuzu qorusun! Qarabağ Azərbaycandır!

    Ətraflı   14:55     10-Oct-2020     700
  • alternative title

    Mərmi altında yaşayan sakinlər

    Düşmən hədəfini dəyişməyərək mülki əhalini atəş altında qoymağa davam edir. Buna baxmayaraq, sakinlər düşməndən qorxmadan gündəlik həyatlarını yaşayırlar. Sakin: “Nədən qorxacağıq? Heç yerə gedən də deyilik. Ordumuza güvənib burada dururuq. Övladım da ordudadır. Özüm də Qarabağ qazisiyəm”.

    Ətraflı   14:48     10-Oct-2020     561
  • alternative title

    Dayanmaq bilməyən erməni təxribatı

    Ermənilər cəbhəboyu rayonları atəş altında saxlamağa davam edirlər. Sakinlər bildiriblər ki, nə qədər çətin vəziyyətdə yaşasalar belə öz doğma torpaqlarını tərk etmək fikirləri yoxdur. Sakin: “Toplar atsalar da biz buradayıq. Ordumuzun arxasındayıq. Heç yerə gedən deyilik. Bir qarış torpağımız belə erməniyə qalmayacaq”.

    Ətraflı   14:43     10-Oct-2020     641
  • alternative title

    Erməni işğalçıları atəşkəsi pozmağa davam edir

    Erməni işğalçı qüvvələri atəşkəsi pozmağa davam edir. QALANEWS Oxu.az-ın müxbirinin hadisə yerindən verdiyi məlumata istinadən xəbər verir ki, saat 13:16-da Füzuli rayonunun Zobudcuq kəndinin atəşə tutulması qeydə alınıb. Mərmilər çuğundur tarlasına düşüb. Xoşbəxtlikdən itki yoxdur.

    Ətraflı   14:28     10-Oct-2020     1685
  • alternative title

    Energetika naziri Ermənistanın təxribatları ilə bağlı beynəlxalq enerji təşkilatlarına müraciət edib

    Energetika naziri Pərviz Şahbazov sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycanda mülki əhalini və strateji əhəmiyyətli enerji infrastrukturunu hədəfə alan davamlı hərbi təxribatları barədə beynəlxalq enerji təşkilatlarına rəsmi müraciət ünvanlayıb. Müraciət Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC), Qaz İxrac edən Ölkələr Forumuna (GECF), Beynəlxalq Enerji Xartiyasına, Beynəlxalq Enerji Agentliyinə (İEA), Dünya Neft Şurasına (WPC), Dünya Enerji Şurasına (WEC) və Beynəlxalq Qaz İttifaqına (IGU) göndərilib. Energetika Nazirliyindən bildiriblər ki, müraciətdə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də 1949-cu il Cenevrə Konvensiyasına və onun Əlavə protokollarının tələblərinə məhəl qoymadığı qeyd edilib. Xüsusilə oktyabrın 4-də regionun ən böyük elektrik stansiyası olan Mingəçevir istilik elektrik stansiyası, oktyabrın 6-da isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin raket zərbələri ilə atəşə tutulması, həmçinin Cənubi Qafqaz Boru Kəməri, Qərb İxrac Boru Kəməri ətrafında təhlükəli vəziyyətin yaranması regional və beynəlxalq enerji təhlükəsizliyinə, bu layihələrdə təmsil olunan dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdləri kimi vurğulanıb. Bildirilib ki, Azərbaycan Ordusunun beynəlxalq səviyyədə tanınan ərazilərimizdə hazırda apardığı əks-hücum əməliyyatları məhz Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına, regionda təhlükəsizlik mühitinin bərqərar olmasına yönəlib. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə də bu işğala son qoyulmasını, Ermənistan qoşunlarının işğal altındakı ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Müraciətdə beynəlxalq ictimaiyyət və tərəfdaş ölkələrin Ermənistanın işğalçılıq siyasətinə, strateji əhəmiyyət daşıyan beynəlxalq layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini raket hücumlarının hədəfinə çevirməsinə sərt şəkildə reaksiya verməsinə çağırış edilib.

    Ətraflı   14:17     10-Oct-2020     468
  • alternative title

    “Bakı Metropoliteni” QSC Silahlı Qüvvələrə Yardım Fonduna 78 min manatadək ianə köçürüb

    “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 78 min manatadək ianə köçürüb. QSC-dən bildirilib ki, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə təxribatlar törətməsi, yaşayış məntəqələrimizi atəşə tutmasına layiqli cavab verən Azərbaycanın rəşadətli Ordusu əks-hücum əməliyyatlarına başlayaraq bir sıra ərazilər, strateji əhəmiyyətli yüksəklikləri düşmən tapdağından azad edib. Xalqın milli birlik və vəhdət nümayiş etdirdiyi bu günlərdə hər bir Azərbaycan vətəndaşı Milli Ordunun yanında olmağı özünə müqəddəs borc bilir. Bakı metropolitençiləri Silahlı Qüvvələrimizə Yardım Fondunun vəsaitlərinin artırılması təşəbbüsünü dəstəkləyərək bunu özlərinə vətəndaşlıq borcu hesab edirlər. “Bakı Metropoliteni” QSC-nin kollektivi Silahlı Qüvvələrə Yardım Fondunun hesabına 77 min 912 manat məbləğində ianə köçürüb. Metropolitençilər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Şanlı Ordumuzla qürur duyur. Qarabağ Azərbaycandır!

    Ətraflı   13:59     10-Oct-2020     888
  • alternative title

    Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası məhv edildi - VİDEO

    Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Ətraflı   13:50     10-Oct-2020     528
  • alternative title

    Ermənistanın son hərbi təxribatı Azərbaycanın kənd təsərrüfatında böyük itkilərə səbəb olur - BƏYANAT

    Kənd Təsərrüfatı Nazirliyi Ermənistanın Azərbaycan Respublikasına qarşı həyata keçirməkdə olduğu hərbi təxribatlarını qətiyyətlə qınayıb. Nazirlikdən verilən məlumata görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı şəhər və rayonlardakı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində 3-ü uşaq olmaqla, 31 mülki şəxs həyatını itirib, 168 nəfər yaralanıb. Bildirilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı rayonlarının təqribən 30 il ərzində işğalı və Ermənistan Respublikası silahlı qüvvələrinin hazırkı hərbi təxribatı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və bir milyondan çox qaçqın və məcburi köçkünün evlərinə qayıtmasını tələb edən 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə ziddiyyət təşkil edir. Məlumatda, həmçinin, Ermənistan təcavüzünün Azərbaycanın əkin sahələrinin 30 faizindən çoxuna, iş yerləri yaradan və kənd yerlərinin inkişafını təmin edən qida istehsalına və iqtisadiyyatın digər sahələrinə mənfi təsir göstərdiyi vurğulanıb. Əlavə olunub ki, bu cür qanunsuz hərəkətlərin fermerlərin ailələrini dolandırması, layiqli və təhlükəsiz həyat sürmə qabiliyyətini məhdudlaşdırır və “COVID-19” pandemiyası şəraitində əsas vəzifə kimi davamlı qida təhlükəsizliyi sisteminin qurulmasına dair dünya miqyasındakı çağırışları nəzərə alaraq regional ərzaq təhlükəsizliyi üçün ciddi bir təhlükə mənbəyidir. Hazırda, Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü intensiv məhsul yığımı dövrünə təsadüf edildiyi bildirilib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə 500 başdan çox iri və xırdabuynuzlu heyvan tələf edilib, fermerlərin yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası məhv edilib və suvarma sistemləri sıradan çıxarılıb. Yüz mindən çox fermerin həyatına təsir edən bu münaqişə Azərbaycanın kənd təsərrüfatı sektorunda böyük itkilərə səbəb olur. Qeyd edilib ki, Ermənistan tərəfindən törədilən bütün hərbi cinayətlər insan hüquqları, habelə beynəlxalq hüquq normalarına söykənən BMT-nin Davamlı İnkişaf Məqsədləri, FAO və Aİ-nin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə dair strategiyaları kimi qlobal sənədlərin əsaslandığı beynəlxalq norma və öhdəliklərin pozulmasının bariz sübutudur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi özünün beynəlxalq tərəfdaşlarına müraciət edərək Ermənistan Respublikası tərəfindən törədilən və ciddi humanitar fəlakətə səbəb olan, kənd təsərrüfatı fəaliyyəti üçün görünməmiş bir təhlükə yaradan, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ərzaq təhlükəsizliyi və aqrobiomüxtəlifliyini sarsıdan hərbi eskalasiyaları qətiyyətlə pisləməyə çağırıb.

    Ətraflı   13:39     10-Oct-2020     686
  • alternative title

    Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ

    Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur: “Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür”.

    Ətraflı   13:25     10-Oct-2020     2706

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 10:51     29-Oct-2020     534
  • alternative title 10:47     29-Oct-2020     1390
  • alternative title 11:16     28-Oct-2020     1726
  • alternative title 10:56     28-Oct-2020     526
  • alternative title 12:40     27-Oct-2020     1611
image title here

Some title