Loading alternative title

HƏRBİ

  • alternative title

    Zakir Həsənov Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxladı - FOTO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi yanvarın 2-də Hava Hücumundan Müdafiə bölmələrindən birində olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm obyektlərin mühafizəsi və digər fəaliyyətləri məşq etdirilib. Hava Hücumundan Müdafiə bölmələrinin döyüş texnikası və vasitələrinə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirib. 2020-ci ildə şəxsi heyətə yeni uğur və nailiyyətlər arzulayan Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, eləcə də hava hücumundan müdafiə ilə bağlı cari ildə keçiriləcək tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar verib.

    Ətraflı   16:16     02-Jan-2020     2675
  • alternative title

    Hərbi xidmətə çağırış başladı

    Prezidentin sərəncamına görə proses yanvarın 30-na kimi həyata keçiriləcək Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb. çağırış Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncama uyğun olaraq həyata keçirilir. Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları bu gündən başlayaraq yanvarın 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da bu gündən başlayaraq yanvarın 30-dək ehtiyata buraxılacaqlar.

    Ətraflı   12:13     02-Jan-2020     2540
  • alternative title

    Ermənilər atəşkəs rejimini 30 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Əsrik Cırdaxan kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Novruzlu, Mərzili, Füzuli rayonunun Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   11:44     02-Jan-2020     2392
  • alternative title

    VIDEO - Belarusiya Prezidenti Tovuz sakininə medal göndərib

    Belarusiya prezidenti Aleksandr Lukaşenko Böyük Vətən müharibəsi veteranı , Belaruiyanın müdafiyəsi uğrunda döyüşən 95 yaşlı Tovuz sakini Rüstəm Eyvazova şəxsən təşəkkür məktubu ünvanlayıb və onu medalla təltif edib. Onun medalı rayonun ucqar dağ kəndi olan Çataq kəndində özünə təqdim edilib. Maraqlısı budur ki, Rüstəm kişi özü də Aleksandr Lukaşenkoya məktub yazıb. 95 yaşlı Böyük Vətən müharibəsi veteranı Belarusiya uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə yenidən mükafatlandırılıb. Tovuz rayonunun ucqar dağ kəndi olan Çataq kənd sakini Rüstəm Eyvazov Belarusiya prezidenti Aleksandr Lukaşenko tərəfindən təşəkkür məktubu və qələbənin 75-ci il dönümü ilə əlaqədər tərtib olunan medalla təltif edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəhbərliyi medal və məktubu onun yaşadığı kənddə evində özünə təqdim ediblər. Rüstəm Eyvazov Taqanroq atıcı diviziyasının tərkibində Ukrayna və Belarusiya uğrunda gedən döyüşlərdə şücaət göstərib. Onun almanlara vurduğu sarsıdıcı zərbə şəhər uğrunda gedən döyüşlərdə əsaslı dönüş yaradıb. Ayağından aldığı ağır xəsarətə baxmayaraq yenidən döyüşlərə davam edib. RÜSTƏM ETVAZOV BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANI 95 yaşlı veteran onu qələbənin il dönümündə unutmayan Belarusiya prezidenti Aleksandr Lukaşenkoya təşəkkür məktubu da yazıb. Qələbənin il dönümündə keçiriləcək parad üçün iştirak etmək istəyini də məktubuna əlavə edib.

    Ətraflı   23:30     30-Dec-2019     8617
  • alternative title

    Müdafiə naziri TAPŞIRIQ VERDİ - Bayrama görə...

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı günü" keçirilir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. "Açıq qapı günü" çərçivəsində Müdafiə naziri, nazir müavinləri və qoşun növü komandanlarının valideynlərlə keçirilən görüşlərində hərbi xidmətlə bağlı məsələlər müzakirə ediləcək və ziyarətçiləri maraqlandıran suallar cavablandırılacaq. Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək və bayram sovqatları təqdim ediləcək.

    Ətraflı   17:28     30-Dec-2019     3178
  • alternative title

    Cəbhəboyu zonada növbəti yeni hərbi hissənin açılışı olub - VİDEO

    Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş növbəti hərbi hissənin açılışında iştirak edib. Nazirlikdən verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissədə olaraq əsgər yeməkxanasına, əsgər yataqxanasına, silah və ideoloji otaqlara, ərzaq, meyvə-tərəvəz anbarlarına baxış keçirib. Bildirilib ki, yeni tikilən hərbi hissədə inzibati, xidməti və iş otaqları mərkəzləşdirilmiş istilik sistemi, işıq, su, qaz və kommunikasiya xətləri, soyuducular, lazımi mebel avadanlıqları ilə tam təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib. Burada yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.

    Ətraflı   16:18     30-Dec-2019     3090
  • alternative title

    VİDEO - Şəhid ailələrinə və Müharibə əlillərinə evlər verildi - AZƏRBAYCANDA

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə respublikamızın bölgələrində inşa edilən fərdi yaşayış evlərindən bir neçəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Ağcabədi rayonunda sahiblərinə təqdim edilib rayonun Yuxarı Qiyaməddinli, Aran, Şahsevən Təzəkənd, Kürdlər, Hacıbədəlli kəndlərində keçirilən mərasimlərdə çıxış edənlər, ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Bildirib ki, respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlar üçün indiyədək rayonda 16, 24 və 36 mənzilli yaşayış binaları, həmçinin 35 fərdi ev istifadəyə verilib. 2019-cu ildə isə rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 20 fərdi ev inşa edilib. Yeni fərdi yaşayış evi ilə təmin olunan müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, bayram ərəfəsində yeni mənzillə təmin olunmalarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonra mərasim iştirakçıları mənzillərdə yaradılan şəraitlə tanış olublar

    Ətraflı   15:44     30-Dec-2019     2554
  • alternative title

    Mədət Quliyev: Müasir növ silahlar, döyüş sursatları və hərbi texnika Silahlı Qüvvələrə təhvil verilib

    Müdafiə Sənayesi Nazirliyində 2019-cu ilin yekunlarına və qarşıda duran məsələlərə dair geniş müşavirə keçirilib. Nazirlikdən verilən məlumata görə, cari il ərzində Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin istehsal və təsərrüfat fəaliyyətinin yekunları, 2020-ci ildə bu sahədə qarşıda duran vəzifələr müzakirə edilib. Müdafiə Sənayesi naziri Mədət Quliyevin sədrliyi ilə keçirilən iclasda tabeçilikdə olan birlik və müəssisələrin 2019-cu il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edildi. Qeyd olundu ki, Silahlı Qüvvələrin silah, sursat və digər müdafiə təyinatlı məhsullarla təmin edilməsinin vacibliyi nəzərə alınaraq cari ilin iyun ayında ölkə başçısı tərəfindən Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti bərpa olunub və Ali Baş Komandan İlham Əliyev tərəfindən verilmiş tövsiyə və tapşırıqların həlli istiqamətində atılacaq addımlar müəyyənləşdirilib. Bildirildi ki, ölkə başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məhsullar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib. Milli Ordunu yeni nəsil silah növləri ilə təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən yeni layihələrin reallaşdırılması istiqamətində məqsədyönlü işlərin davam etdirildiyi də diqqətə çatdırılıb. Müşavirədə müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı ilə bağlı 2020-ci ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.

    Ətraflı   15:12     30-Dec-2019     2077
  • alternative title

    Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli və Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

    Ətraflı   10:38     30-Dec-2019     2091
  • alternative title

    FOTO - Tovuzda da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gün və Yeni il bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanılıb.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz rayon şöbəsinin kollektivi şəhid ailələrinin qonağı olub, onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıb. Şöbənin rəisi Ceyhun Əliyev şəhid ailələri ilə görüşdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailələrinə yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb. Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşündə onlara nə qədər yüksək dəyər verdiyi bir daha xatırlanıb. Dövlət başçısının Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbi qulluqçuların ailələrinə, vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında sərəncamı bu qayğının bariz nümunəsi kimi dəyərləndirilib. Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıyını yüksək qiymətləndiriblər. İşğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına və şəhidlərin qanının yerdə qalmaycağına əminlik ifadə edilib. Sonda şəhid ailələrinə bayram sovqatı təqdim edilib.

    Ətraflı   10:33     30-Dec-2019     1886
  • alternative title

    ABŞ-ın Yaponiyadakı hərbi bazasına hücum olub

    ABŞ Hərbi Polisi Cənubu Afrika vətəndaşını Okinava adasında yerləşən hərbi bazaya daxil olmağa cəhd edərkən saxlayıb. ABŞ hərbçiləri tərəfindən saxlanılan şəxs Yaponiya tərəfinə təhvil verilib. Saxlanılanın şəxsiyyəti də müəyyənləşib. O, 24 yaşlı Conatan Edvardsdır. İlkin sorğu-sualda saxlanılan şəxs Honşu adasında ingilis dili müəllimi işlədiyini bildirib. Qeyd edək ki, ABŞ-ın Yaponiyanın ən böyük adası olan Okinavada bu ölkədə fəaliyyət göstərən hərbi bazalarının 70 faizi yerləşir

    Ətraflı   14:16     29-Dec-2019     3490
  • alternative title

    Qərargah və Təlim Məşq Mərkəzinin yeni inzibati binalarının açılışı olub -VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir. Dekabrın 28-də hərbi hissələrdən birində qərargah və Təlim Məşq Mərkəzinin yeni inzibati binalarının açılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Mərkəzin fəaliyyəti barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənova brifinq təqdim edilib. Məruzə olunub ki, mərkəz müasir və yüksək texnologiyalı simulyator qurğuları quraşdırılmış sinif, bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir. Bildirilib ki, mərkəzdə xüsusi kompüter proqramları ilə təmin olunmuş avadanlıqlar və trenajorlar şəxsi heyətin bilik və bacarıqlarının lazımi səviyyədə saxlanılmasına, tapşırıqlarının real döyüş şəraitinə uyğun, vaxtında və dəqiq yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirilməsinə imkan verir. Təlimatçılar tərəfindən hər bir öyrədilənin ixtisasına uyğun olaraq şərti tapşırıqlar qoyulur, onların tapşırığı yerinə yetirməsi prosesi elektron xəritələrdə izlənilir və qiymətləndirilir. Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub.

    Ətraflı   17:27     28-Dec-2019     2230
  • alternative title

    İraq ordusu, İŞİD terror təşkilatının intensivləşən hücumları ilə əlaqədar Kərkükün cənubuna ordu göndərib

    İraq ordusu, İŞİD terror təşkilatının intensivləşən hücumları ilə əlaqədar Kərkükün cənubuna ordu göndərib. Kərkükdə əməliyyat komandanı olan general-leytenant Saad Harbiya verdiyi açıqlamada 34-cü İraq ordusunun Kərkükə doğru yol aldığını, briqadaların, qoşunların çoxsaylı tankları və ağır silahları şəhərin cənubuna göndərildiyini bildirib. Harbiya, bu qüvvələrin, xüsusilə də şəhərin cənubundakı kənd yerlərində İŞİD hücumlarının qarşısını almaq üçün mövqe alacağını vurğulayıb. Son günlər Kərkükdə hücumlarını artıran İŞİD terror təşkilatının bu gün ABŞ-ın K1 hərbi bazasına raket hücumu etdiyi bildirilir. İŞİD terror təşkilatı 2014-cü ilin iyununda İraqın Mosul, Salahəddin və Enbar əyalətlərini, eləcə də Diyal və Kərkük əyalətlərinin bir hissəsini ələ keçirib və bu rayonlar uzun mübarizədən sonra İŞİD terror təşkilatından geri alınmışdı. Keçmiş baş nazir Haydar əl-İbadi İŞİD üzərində 9 dekabr 2017-ci ildə qələbəni elan etmişdi. İraqın artıq 2 ildir İŞİD dən təmizlənməsinə baxmayaraq, təşkilat həmin vilayətlərin kənd və rayonlarına hücumlarını davam etdirir

    Ətraflı   11:19     28-Dec-2019     3831
  • alternative title

    Heydər Əliyev adına AAHM-də yeni kursant yataqxanası istifadəyə verilib - VİDEO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) yeni istifadəyə verilən dördmərtəbəli kursant yataqxanasının açılışında iştirak edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi hərbi məktəbin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib. Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti yeni kursant yataqxanasının açılışını ediblər. Müdafiə nazirinə məlumat verilib ki, müasir tələblərə cavab verən yeni dördmərtəbəli bina şəxsi heyətin əşyalarının saxlanması üçün anbardan, silah, ideoloji, dəftərxana, məişət və digər otaqlardan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb.

    Ətraflı   10:05     28-Dec-2019     2957
  • alternative title

    "Xəlifə Xəftər qələbə çalıb Tripolini ələ keçirsə Aralıq dənizində anti-türk bloku böyüyəcək"-RƏY

    Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Liviya ərazisi bir sıra ölkələrin muzdlularının sığınacağına çevrilib. Peskov deyib ki, Rusiya vətəndaşlarının güc dünyasında bu cür qarşıdurmalarda iştirak etməsi ölkə rəhbərliyini narahat etsə də, hökumətin bütün vətəndaşların hərəkətlərinə nəzarət etməsi mümkün deyil. Məsələ ondadır ki, Liviyada Rusiyanın "Vagner" təhlükəsizlik şirkətinin mövcudluğunu Türkiyə prezidenti dilə gətirib. Bundan əvvəl isə "Vagner"in Suriyada artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərdiyi bildirilir. Hazırda Ukrayna, Yaxın Şərq və Afrikada "Vagner" muzdlularının olduğu iddiaları var. Bundan əvvəl isə ABŞ-ın Əfqanıstan və İraq müharibələri zamanı "Blackwater" Amerika təhlükəsizlik şirkəti dövlət sifarişi əsasında münaqişə bölgələrində təhlükəsizliyin təmin olunması məqsədi ilə iştirak edib. Lakin sonradan muzdluların qəddar davranışları səbəbindən şirkəti geri çəkib və daha sonra ümumiyyətlə, "Blackwater" adını dəyişib başqa adlı fəaliyyətə başlayıb. Lakin ümumiyyətlə, 21-ci əsrin müharibələrində təhlükəsizlik şirkəti və ya başqa sözlə muzdlu döyüşçülərin xidmətindən daha çox istifadə olunmağa başlayıb. Çünki nizami ordudan fərqli olaraq muzdluların fəaliyyətləri üçün dövlətlər birbaşa məsuliyyət daşımır, döyüş itkiləri və ya cəbhədə baş verən qanunsuzluqlara görə sonradan hökumətlər yaxalarını qırağa çəkə bilirlər. Ancaq muzdlu döyüşçülər həm də qəddar savaşçı, bir çox hallarda müharibə qanunlarını nəzərə almayan amansız savaşçılar kimi tanınır. Bu da müasir mühairbələrin daha da qəddarlaşmasına səbəb olur. Yeni müharibələrin əsas silahı məhz bu cür muzdlu əsgərlərdir. Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu açıqlama verib. O, bildirib ki, "Vagner" silahlı qrupu Putinin dostu, keçmiş aşpazı Qriqorinə məxsusdur. "Vagner" ölkələrdə, müxtəlif sifarişlər yerinə yetirir. Aydındır ki, o Moskvanın, Kremln dəsti-xətti ilə ölkələrə göndərilir, yəni özbaşına gedə bilməz. Moskvanın maraqları olduğu üçün ora göndərilir və xidmət keçirlər. Onlar Suriyada Bəşər Əsədə, Liviyada general Xəlifə Xəftər və yaxud Afrikanın başqa ölkələrinə dəstək verirlər. Ona görə düşünürəm ki, indi Vaqnerlə bağlı Türkiyə və Rusiya arasında da mübahisə yaranıb. Çünki Türkiyə prezidenti Liviya hökumətinə dəstək verməyə hazırlaşır və mümkündür ki, yaxın günlərdə Liviyaya Türkiyə ordusu göndərilsin. Çünki Liviyada Xəlifə Xəftər qələbə çalıb Tripolini ələ keçirsə, Liviya Aralıq dənizində anti-türk blokuna qoşulacaq və anti-türk bloku böyüyəcək. Orada İsrail, Yunanıstan, Yunan-Kipr, Misir var və Liviyada bura qoşulsa Türkiyə təklənəcək. Ona görə də Türkiyə təklənməmək üçün Liviyada Tripolidəki hökumətə dəstək verir. Amma görürük ki, bu məsələdə Rusiya ilə fikir ayrılığı var, çünki "Vagner" Xəlifə Xəftərə dəstək verir. Məlumdur ki, Putinin bundan xəbəri var. Putin bu açıqlamanı niyə verir? Çünki Putin Türkiyəyə göstərmək istəyir ki, guya Rusiyanın maraqları ilə "Vagner" in maraqları tərs, üst-üstə düşməyə bilər. Halbuki, bu inandırıcı deyil. Düşünürəm ki, Rusiya prezidenti yanvarın 8-də İstanbula gələcək və bu məsələ bir daha müzakirə ediləcək. Rusiya ilə Türkiyə arasında müəyyən mübahisəli məsələlər olsa da, iki ölkə arasında Suriya istiqamətində əməkdaşlıq var. Rusiya ilə Türkiyə arasında strateji tərəfdaşlıq, hərbi əməkdaşlıq və enerji layihələri gündəmdə olsa da, belə mübahisələr də olur. Mübahisələrdən biri Vagnerdir. Vaqnerlə bağlı Liviya məsələsində də bu mübahisə ortadan qaldırılmalıdır. Düşünürəm ki, ortaq məxrəcə gəlməyə çalışacaqlar. Amma Xəlifə Xəftəri tək Vaqner deyil, eyni zamanda böyük dövlətlər-Amerika, Fransa , qonşu Misir də dəstəkləyir. Bu baxımdan Liviyada vəziyyət qarışıqdır. Amma bütün hallarda Türkiyə çalışacaq ki, Xəlifə Xəftər tam ölkəni nəzarətə götürə bilməsin. Bir daha qeyd edirəm ki, Xəlifə Xəftər Liviyanı tam nəzarətə götürsə, bu Türkiyənin mövqeyinə mənfi təsiri olacaq.

    Ətraflı   16:41     27-Dec-2019     6628
  • alternative title

    VİDEO - TOVUZDA ərazilər minadan təmizləndi

    TOVUZDA ərazilər minadan təmizləndi

    Ətraflı   15:05     27-Dec-2019     2510
  • alternative title

    Ötən gecə cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Ətraflı   10:41     27-Dec-2019     2770
  • alternative title

    Sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb

    NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Ətraflı   12:49     26-Dec-2019     2862
  • alternative title

    NATO Rusiya üzərində hərbi üstünlüyə malik deyil - General-mayor Sergey Lipovaya

    "Rusiya zabitləri" İctimai Təşkilatının Rəyasət Heyətinin sədri general-mayor Sergey Lipovaya bildirib ki, NATO Rusiya üzərində hərbi üstünlüyə malik deyil. Almaniyanın "Junge" qəzeti daha əvvəl bildirmişdi ki, NATO-nun "Avropanın müdafiəçisi 2020" təlimlərinə ABŞ-ın 20 min əsgər göndərəcəyi (bu son 25 ildə ABŞ hərbçilərinin Avropada ən böyük yerləşdirilməsidir) "Rusiyaya qarşı müharibə baş verəcəyi təqdirdə hücum" təşkil edəcək. Yazıda bildirilir ki, hərbçiləri Polşa və Baltikyanı ölkələrə "Rusiya sərhədinə mümkün qədər yaxın" göndərəcəklər. Lipovinin sözlərinə görə, NATO daim Şərqi Avropada və Baltikyanı ölkələrdə hərbi kontingent yerləşdirmək niyyətini irəli sürür , amma "bunun üçün pulu yoxdur".

    Ətraflı   16:39     25-Dec-2019     3775
  • alternative title

    İran, Rusiya və Çin birgə hərbi təlim keçirəcək

    Dekabrın 27-də İran, Rusiya və Çinin hərbi dəniz donanmaları Hind Okeanında birgə hərbi təlimə başlayacaqlar. Bu barədə məlumatı İranın Rusiyaya yeni təyin olunan səfiri Kazım Cəlali verib. O bildirib ki, hər üç dövlətin hərbi təlim keçirməkdə məqsədi terrorçuluğa və dəniz quldurlarına qarşı yönəlib. Hind Okeanında təhlükəsizliyin təmin olunması vacib məsələlərdən biridir. Təlimlər, həmçinin Fars körfəzi sularında da keçiriləcək. Səfir nəzərə çatdırıb ki, Hind Okeanı vasitəsi ilə İranın limanlarına daxil olan gəmilərin yükləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi olan dəmir yolu ilə Azərbaycan və Rusiya daşınacaq. Cənub–Şərqi Asiya dövlətləri Rusiya və Avropa ölkələri ilə ticarət əlaqələrini bu beynəlxalq dəhliz vasitəsi ilə qururlar və buna görə də Hind Okeanında təhlükəsizliyin təmin olunması əhəmiyyətli məsələdir.

    Ətraflı   16:08     25-Dec-2019     2884

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 17:37     04-Jun-2020     1001
  • alternative title 15:12     04-Jun-2020     1124
  • alternative title 14:36     04-Jun-2020     999
  • alternative title 12:53     04-Jun-2020     1629
  • alternative title 12:32     04-Jun-2020     1002
image title here

Some title