Loading alternative title

İQTİSADİYYAT

  • alternative title

    SOCAR tender elan edib - SİYAHI

    SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Qaz emalı zavodu tərəfindən “Qaz emalı zavodunun istehsalat sahələrində istismar olunan istilik avadanlıqlarına texniki xidmət və təmir işləri”nin satın alınması üzrə müsabiqə elan edir. Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 02.04.2020-ci il (ən geci müsabiqə təkliflərinin təqdim olunmasının son tarixindən yeddi iş günü əvvəl), saat 16:30-dək Azərbaycan dilində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır. SOCAR-ın “Azneft” İstehsalat Birliyi qazma baltalarına olan tələbatını təmin etmək məqsədilə 11036AM-20 saylı açıq satınalma müsabiqəsi elan edir. Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 24.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır. SOCAR-ın “Azneft” İstehsalat Birliyi nasos kompressor borusuna olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir. Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 16.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan və ya rus dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır. SOCAR-ın “Neftqaztikinti” tresti polad abraziv materialına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir. Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 14.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. SOCAR-ın “Kompleks qazma işləri” tresti muftalı qoruyucu borulara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə zərflərin açılışı tarixinin uzaldıldığını elan edir. Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 29.03.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. SOCAR-ın “Neftqaztikinti” tresti yanğınsöndürmə balonlarının təmiri, təkrar doldurulması və yanğınsöndürmə vasitələrinin alınmasına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir. Müsabiqədə iştirak haqqında müraciət iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 16.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır. SOCAR-ın “Neftqaztikinti” tresti qaynaq aparatlarına olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir. Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 14.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın ünvanında təqdim olunmalıdır. SOCAR-ın “Neftqaztikinti” tresti düztikişli elektrik qaynaqlı 530x12mm ölçülü polad boruya olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi elan edir. Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 14.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. SOCAR-ın “Qaz İxrac” İdarəsi odarant qurğularının ehtiyat hissələrinə olan tələbatı təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə müvafiq tarixlərin dəyişdirilməsini elan edir. Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 03.04.2020-ci il, saat 17:30-a qədər Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. Bütün tenderlər üzrə göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətlərə baxılmayacaq.

    Ətraflı   12:17     28-Mar-2020     2330
  • alternative title

    Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait daxil olub?

    Bu zamana qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan ianələrin məbləği açıqlanıb. Fonda 91 milyon 230 min 153 manat vəsait daxil olub. Hüquqi şəxslər ümumilikdə 67 milyon 125 878 manat, fiziki şəxslər 4 milyon 104 min 273 manat ianə edib. Qeyd edək ki, martın 19-da Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Ölkə başçısının həmin tarixdə imzaladığı sərəncamla Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

    Ətraflı   11:57     28-Mar-2020     588
  • alternative title

    SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub - FOTO

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) olub. Qurumun məsul şəxsləri koronavirus pandemiyasının əməkdaşlara yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlərlə yerində tanış olublar. Bu barədə SOCAR-dan bildirilib. Şirkətin rəhbəri ölkəmizin həyat təminatlı obyektlərindən biri olan H.Əliyev adına NEZ-in fasiləsiz işinin etibarlı təminatının təmin olunması üçün görülən qabaqlayıcı tədbirlərlə tanış olub. O, həyata keçirilmiş tədbirlərdən razı qaldığını qeyd edib. Qeyd edək ki, şirkətin istehsalat sahələrində və inzibati binaların giriş hissələrində daxil olan şəxslərin hərarəti ölçülür. Həmçinin, ilkin həkim müayinəsi üçün şərait yaradılıb. SOCAR-ın digər istehsalat müəssisələrində olduğu kimi Heydər Əliyev adına Neft Emalı Zavodunda da mütəmadi dezinfeksiya işləri aparılır, işçilərin bir-biri ilə təması məhdudlaşdırılır. İşçilərin gigiyenik davranış qaydalarına əməl etmələri üçün maarifləndirici materiallar hazırlanıb. Bu materialların işçilər, eləcə də onların ailə üzvləri arasında yayılması üçün tədbirlər görülüb. Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən operativ qərargahın yaydığı məlumatda qeyd olunduğu kimi, bir çox digər qurumlarla yanaşı, SOCAR-ın müəyyən olunmuş işçiləri, xüsusi ilə də rəhbər işçiləri Novruz bayramındakı bütün qeyri-iş günlərində tam iş günü ərzində işlərə cəlb edilib. Beləliklə, bayram günlərində də şirkət üzrə epidemiyanın yayılmasına qarşı görülən tədbirlərə nəzarət təmin olunub.

    Ətraflı   11:55     28-Mar-2020     1887
  • alternative title

    Tramp koronavirusdan ziyan çəkən vətəndaşlarına 1200 dollar verəcək

    ABŞ Prezidenti Donald Tramp koronavirus səbəbi ilə ölkə iqtisadiyyatına lazım olan iki trilyon dollar məbləğində maliyyə dəstəyi haqqında qanun imzalayıb. Bu barədə CNN məlumat yayıb. Qanun daha əvvəl ABŞ Nümayəndələr Palatasının dəstəyini almışdı. Daha sonra Ağ Evlə bir neçə günlük razılaşmadan sonra, bu sənəd ABŞ Senatı tərəfindən təsdiqləndi. Məlumata görə, maliyyə yardımı paketi ABŞ tarixində ən böyük iqtisadi dəstək tədbiri hesab olunur. Qanun layihəsinə görə, xüsusilə il ərzində 75 min dollara qədər gəliri olan amerikalılara 1200 ABŞ dolları məbləğində nağd ödəmələr, 367 milyard dollar məbləğində kiçik sahibkarlığa dəstək proqramının yaradılması, habelə müxtəlif sənayelərin maliyyələşdirilməsi, şəhər və ştatlara dəstək üçün 500 milyard dollar ayrılması nəzərdə tutulur.

    Ətraflı   10:46     28-Mar-2020     1219
  • alternative title

    "Manat stabil qalacaq" - Beynəlxalq agentlik

    "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi dəyişkən neft qiymətləri mühitinə baxmayaraq, Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə stabil qalaraq 1,7 səviyyəsində olacağını gözləyir. Bu stabillik, Azərbaycanda valyuta bazarına müntəzəm olaraq dövlət müdaxilələrinin dəstəyi ilə təmin ediləcək. Agentliyin gözləntilərinə əsasən, neftin qiymətiuzun müddət aşağı olarsa, ölkə valyuta ehtiyatlarının 2015-ci ildəki kimi bənzər bir itkisinin qarşısını almaq üçün məzənnəni tənzimlənməyə bilər. Qeyd edək ki, "S&P" bundan əvvəlki qiymətləndirilməsində manatın məzənnəsini dövri fiksasiya ilə çevik məzənnə rejimi kim təsvir etmişdi.

    Ətraflı   14:55     27-Mar-2020     1400
  • alternative title

    Dünya Bankı ədliyyə sistemindəki islahatlar üçün Azərbaycana kredit ayırır

    Dünya Bankının (DB) İcraçı Direktorlar Şurası bu gün “Məhkəmə Xidmətləri və Ağıllı İnfrastruktur Layihəsi” üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından Azərbaycana 50 milyon ABŞ dolları məbləğində kredit ayrıldığını təsdiqləyib. Bu barədə Devdiscourse.com məlumat yayıb. Kredit dörd ili güzəştli olmaqla, 11,5 il müddətinə verilib. Layihənin icrası dörd il müddətinə nəzərdə tutulub və ümumi dəyəri 70 milyon dollar təşkil edir. 50 milyon DB-nin təqdim etdiyi vəsait, 20 milyon isə Azərbaycan hökumətinin payıdır. Kredit ehtiyatlarından bir neçə istiqamətdə istifadə olunacaq - layihə məhkəmə xidmətlərinin təkmilləşdirilməsi, təsisat potensialının və səmərə dərəcəsinin yüksəldilməsi, məhkəmə infrastrukturunun genişləndirilməsi və yenilənməsi, məhkəmə sisteminin daha səmərəli işləməsi üçün yüksək texnologiyaların tətbiq edilməsi. “Layihə Azərbaycanda məhkəmə sisteminin səmərəliliyini artırmaq və xüsusilə, şəhər və kənd yerlərində əhalinin ən həssas təbəqələri üçün ədalətə çıxış imkanlarını genişləndirməyə yönəldilib. Məqsəd şəffaflıq və əsas hüquqi xidmətlərə çıxış əldə etmək, elektron məhkəmə xidmətlərinin, idarəetmə sistemlərinin gücləndirilməsidir”, - deyə press-relizdə qeyd olunur. DB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Nəqvi deyib ki, məhkəmə islahatı iqtisadi artım üçün əlverişli mühitin yaradılması, vətəndaşlara və müəssisələrə səmərəli xidmət göstərməyin açarıdır. Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. İndiyə qədər DB Azərbaycana 50-dən çox layihənin həyata keçirilməsi üçün 3,5 milyard dollar kredit ayırıb.

    Ətraflı   14:11     27-Mar-2020     1455
  • alternative title

    KOBİA-nın dəstəyi ilə “Kristall Plus” QSC tibbi spirt istehsalına başladı

    “Kristall Plus” QSC tibbi spirt istehsalına başlayıb. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən şirkətə bu istiqamətdə müvafiq dövlət dəstəyi göstərilib. “Kristall Plus” QSC-nin istehsalı olan tibbi spirt müxtəlif ölçülərdə qablaşdırılıb və artıq satışdadır. Müəssisə gündə 20 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal yerli xammala əsaslanır. Koronavirus pandemiyası ilə bağlı əhalinin tibbi spirtə artan tələbatının daha dolğun ödənilməsi üçün bir sıra yerli istehsalçılar tibbi spirt istehsalına başlamaq üçün KOBİA-ya müraciət ediblər. Agentlik özəl sektorun sosial məsuliyyəti bölüşmək təşəbbüsünü yüksək qiymətləndirir və bu istiqamətdə sahibkarlıq subyektlərinə konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və digər istiqamətlərdə dəstək göstərir. Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Kristall Plus” QSC tərəfindən müxtəlif növ şərablar və spirtli içkilər istehsal edilir.

    Ətraflı   12:45     27-Mar-2020     1306
  • alternative title

    Yeni OPEC+ sazişi bağlana bilər

    Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev yeni OPEC+ sazişinin bağlanması ehtimalı haqqında danışıb. “Reuters”ə açıqlama verən Dmitriyev digər ölkələrin də qoşulacağı təqdirdə, neft bazarını tarazlaşdırmaq və koronavirusun iqtisadiyyata təsirini azaltmaq məqsədilə sazişin mümkün olduğunu bildirib. O, qlobal iqtisadiyyata nəzarət etmək üçün ölkələrin birlikdə hərəkət etmələrinə ehtiyac olduğunu qeyd edib: “Birgə hərəkət OPEC+ (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilat xaricində olan dövlətlərdən ibarət qrup) sazişi çərçivəsində də mümkündür. Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrlə danışıqlar aparırıq. OPEC+ üzvlərinin sayının artması və digər ölkələrin də birləşməsi baş tutarsa, neft bazarında tarazlığa nail olmaq üçün ortaq məxrəcə gəlmək mümkündür”. Dmitriyev yeni sazişə hansı dövlətlərin daxil olacağını və ya hansıların daxil olmasının lazım olduğunu açıqlamayıb.

    Ətraflı   12:34     27-Mar-2020     3538
  • alternative title

    Rövnəq Abdullayev: “SOCAR-ın idarə və obyektlərində koronavirusun yayılmaması üçün tədbirlər görülür”

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarələrində, dəniz obyektlərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülür. Bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. O qeyd edib ki, bununla bağlı profilaktik işlər həyata keçirilir, maarifləndirmə aparılır.

    Ətraflı   11:02     27-Mar-2020     1224
  • alternative title

    Bakıdan yalnız iki beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetiriləcək

    Bu gündən etibarən “Azərbaycan Hava Yolları” aviaşirkətinin beynəlxalq istiqamət üzrə reysləri yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcək. Bu barədə AZAL-dan məlumat verilib. Bildirilib ki, Bakı-Moskva reysi həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı – 10:40 (Bakı vaxtı ilə), Moskvadan uçuş vaxtı – 13:50 (Moskva vaxtı ilə) nəzərə alınıb. Bakı-London marşrutu üzrə reys də həmçinin həftənin cümə axşamı günləri həyata keçiriləcək. Bakıdan uçuş vaxtı – 19:05 (Bakı vaxtı ilə), Londondan uçuş vaxtı – 22:05 (London vaxtı ilə) nəzərdə tutulub. Bundan əlavə, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə AZAL-ın aviabilet satış ofisləri bağlı olacaq, aviabiletləri AZAL aviaşirkətinin saytından əldə edə bilərsiniz (www.azal.az). Xüsusilə qeyd etmək istərdik ki, Bakıya uçub gəlməyə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına icazə verilir. Uçuşlar 2-ci Terminaldan/2-ci Terminala yerinə yetiriləcək. Yalnız adlarına aviabilet əldə olunmuş sərnişinlərin aerovoğzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/yola salan) şəxslərin aerovoğzal binasına girişi qadağandır. Bir daha xatırladırıq ki, Azərbaycana qayıdan hər bir vətəndaş tibbi müayinədən keçirilir və karantinə yerləşdirilir. AZAL aviaşirkəti, vətəndaşları ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahət etməməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

    Ətraflı   10:53     27-Mar-2020     1523
  • alternative title

    İsveçdə koronavirus səbəbindən 1,7 milyon insan işsiz qala bilər

    Koronavirus səbəbindən yaranan böhran səbəbindən İsveçdə 1,7 milyon vətəndaş işini itirə bilər. QALANEWS İsveç KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin Maliyyə naziri Maqdalena Andersson bildirib. Nazirin sözlərinə görə, yaranmış böhran İsveç hökumətini mövcud vəziyyətə uyğun olaraq büdcədə dəyişiklər etməyə və qəti addımlar atmağa vadar edir. Belə ki, böhranın İsveç iqtisadiyyatına təsirini azaltmaq üçün əvvəlcədən atılmış addımlarla yanaşı, əlavə tədbirlər planı da hazırlanıb. İsveç Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, son iki həftə ərzində ölkədə rekord sayda insan işdən çıxarılıb. Qurumun məlumatına əsasən, bu, ölkənin son maliyyə böhranı zamanı üzləşdiyi problemin miqyasından bir neçə dəfə çoxdur. Dövlət Məşğulluq Xidməti iddia edir ki, bu ilin martında ölkədə 18 min 397 nəfər işdən çıxarılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 5 dəfə çoxdur. Maliyyə naziri Maqdalena Andersson yaranmış vəziyyətin Krallığın müasir tarixdə qarşılaşdığı ən dərin böhran olduğunu bildirib.

    Ətraflı   15:31     26-Mar-2020     1562
  • alternative title

    Ekspertdən koronavirusun iqtisadiyyata təsirlərinin azaldılması üçün TƏKLİF

    “Azərbaycanda koronavirus infeksiyasının iqtisadiyyata mənfi təsirlərinin minimuma endirilməsi üçün kiçik və orta sahibkarlıq subyektləri dövlət tenderlərinə daha aktiv şəkildə cəlb olunmalıdır”. Bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib. O bildirib ki, kiçik və orta sahibkarların dövlət tenderlərində fəal iştirak etməsi müsbət nəticələr verəcək. “Bu, son nəticədə kiçik və orta sahibkarlıq müəssisələrinin öz imkanlarını artırmasına gətirib çıxara bilər”, - deyə, Rəşad Həsənov əlavə edib. İqtisadçı söyləyib ki, sahibkarların tender prosesinə cəlb edilməsi onların bazarlarının genişləndirilməsinə, inkişaf strategiyalarının daha dolğun olmasına şərait yarada bilər. Ekspert bunu da vurğulayıb ki, dövlət satınalmaları zamanı şəffaflığın təmin edilməsi vacibdir. Qeyd edək ki, satınalma malların, işlərin və xidmətlərin qanuni üsullarla dövlət vəsaiti hesabına əldə edilməsidir. Tender satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədilə keçirilən müsabiqədir. Xatırladaq ki, Prezident İlham Əliyev sahibkarlığa dəstək məqsədilə Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrılması barədə sərəncam imzalayıb.

    Ətraflı   15:11     26-Mar-2020     762
  • alternative title

    Neft yenidən ucuzlaşdı

    ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 0,58% azalaraq 1 barelə görə 27,23 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,31% azalaraq 24,17 dollar təşkil edib.

    Ətraflı   12:56     26-Mar-2020     1330
  • alternative title

    “İpək Yolu Sığorta” şirkəti ölkə başçısının təşəbbüsünə dəstək oldu

    Azərbaycanın tanınmış sığorta şirkətlərindən olan və əsasən aviasiya sığortasında ixtisaslaşmış “İpək Yolu Sığorta” koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub. Belə ki, bu məqsədlə “İpək Yolu Sığorta” şirkəti tərəfindən ölkə başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrılıb.

    Ətraflı   11:02     26-Mar-2020     338
  • alternative title

    Əcnəbilərlə bağlı qanuna dəyişiklik edilir – Onlara da müvəqqəti yaşamaq hüququ veriləcək

    Azərbaycanda əcnəbi vətəndaşlara daha bir hüquq verilir. Bununla bağlı Miqrasiya Məcəlləsinə və “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir. Dəyişikliyə görə, əcnəbilər Azərbaycanın peşə təhsili məktəblərinə daxil olanda onlara Azərbaycanda müvəqqəti yaşamaq hüququ veriləcək. Bunun üçün illik rüsum isə 60 manat müəyyən edilib. Bu zamana qədər isə xarici vətəndaşlar yalnız ali və orta ixtisas məktəblərinə daxil olanda onlara bu hüquq verilirdi. Dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

    Ətraflı   10:59     26-Mar-2020     1314
  • alternative title

    KOBİA əməkdaşları sahibkarlara distant xidmət göstərir

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların müraciətlərinin cavablandırılması, eləcə də koronavirus (COVİD-19) pandemiyasının işgüzar mühitə təsirinin minimuma endirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər barədə sahibkarların məlumatlandırılması üçün bayram günləri də daxil olmaqla məsafədən (distant) xidmətlərin göstərilməsini davam etdirir. KOBİA-nın əməkdaşları (regionlar üzrə KOB dostları) telefon rabitəsi (012 404-04-01, “131” Çağrı Mərkəzi) və internet vasitəsilə (info@smb.gov.az və s.) sahibkarlara informasiya, məsləhət və digər istiqamətlərdə məsafədən xidmətlər göstərir, biznes subyektlərini maraqlandıran sualları cavablandırır. Eyni zamanda koronavirus pandemiyasının yerli sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər və qəbul olunan qərarlar barədə sahibkarların məlumatlandırılması, COVID-19 infeksiyasından qorunmaq üçün profilaktik tədbirlər barədə sahibkarların və vətəndaşların maarifləndirilməsinə dəstək göstərilməsi üçün KOBİA-nın rəsmi internet saytında (www.smb.gov.az) və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq məlumatlar və videoçarxlar yerləşdirilir.

    Ətraflı   10:27     26-Mar-2020     1038
  • alternative title

    KOBİA-nın rəhbər heyəti bir aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlayıb

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbər heyəti bir aylıq əməkhaqlarını koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb. Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər də könüllü ödəmələr edə bilər. Prezident İlham Əliyevin bu təşəbbüsünə qoşulmaq üçün Agentliyə sahibkarlar tərəfindən xeyli sayda müraciətlər daxil olub. KOBİA-nın əməkdaşları sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fondunun bank rekvizitləri barədə məlumatlandırıb.

    Ətraflı   14:29     25-Mar-2020     281
  • alternative title

    Sahibkarlara daha bir “yaşıl işıq”: Yeni vergilər, məcburi ödənişlər təxirə salınır

    Azərbaycan hökuməti sahibkarların fəaliyyətinə daha bir “yaşıl işıq” yandırır. Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə bununla bağlı strategiya açıqlanıb. Strategiya sahibkarların fəaliyyətini ağırlaşdıran yeni qaydalar, o cümlədən qanunvericilikdə yeni vergilər, məcburi dövlət ödənişləri ilə bağlıdır. Tərəflər bu sahədə müvafiq dəyişikliklər qəbul edilərkən onların bir il sonra qüvvəyə minməsi barədə müddəanın qanunvericiliyə əlavə edilməsinə nail olunması barədə öhdəlik götürüblər.

    Ətraflı   12:46     25-Mar-2020     1979
  • alternative title

    Koronavirusla bağlı yaradılmış İşçi qrup: “İqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gediləcək”

    Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib. Videokonfrans formatında aparılan iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkədə iqtisadi artımın davam etməsi üçün bir sıra addımlar atılacağını bildirib. Onun sözlərinə görə, ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək: “Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək”. İclasda qeyd olunub ki, dövlət ölkə vətəndaşlarının sağlamlığının qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə iqtisadiyyatın daralmasına səbəb ola biləcək iqtisadi aktivliyin azaldılması kimi məcburi addımlara gedəcək: “Dövlət bu prosesi qarşılamağa hazırdır və yaranmış şəraiti, həmçinin, pandemiyanın yayılmasının qarşısının alınmasından sonra iqtisadiyyatın yeni bir inkişaf xətti olaraq görməkdədir. Daxili tələbatı ödəyən və xarici idxalı əvəzləyən istehsal və emal sahələrinin, bu istiqamətlərdə yeni istehsalın qurulması təşviq ediləcək”.

    Ətraflı   12:40     25-Mar-2020     1222
  • alternative title

    Ağcabədi və Muxtar Respublika “beş” aldı - Yarım milyona yaxın əhalisi olan Naxçıvanda...

    Azərbaycanda məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayının ən az olduğu rayon açıqlanıb. QALANEWS Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən xəbər verir ki, Ağcabədi rayonunda 61 işsiz qeydiyyatdadır. Həmin şəxslərdən ikisi işsizlikdən sığorta ödənişi alır. 2020-ci ilin yanvarın 1-nə olan məlumata görə, Ağcabədinin 136 min 700 nəfər əhalisi var. 460 minə yaxın əhalisi olan Naxçıvan Muxtar Respublikası üzrə isə 82 işsiz qeydiyyatdadır. Onlardan heç biri işsizlikdən sığorta ödənişi almır. Qeyd edək ki, 2020-ci il martın 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 90 min 779 nəfər olub. Onların 37 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 338,9 manat olub.

    Ətraflı   12:39     25-Mar-2020     1435

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 18:36     28-Mar-2020     1286
  • alternative title 17:43     28-Mar-2020     2129
  • alternative title 17:34     28-Mar-2020     1869
  • alternative title 17:20     28-Mar-2020     1610
  • alternative title 17:14     28-Mar-2020     1227
image title here

Some title