Loading alternative title

Covid-19

  • alternative title

    Monteneqro bütün koronavirus xəstələrinin sağaldığını açıqladı

    Monteneqro hökuməti ölkədə koronavirus diaqnozu qoyulmuş bütün xəstələrin sağaldığını açıqlayıb. Bu barədə TASS məlumat yayıb. “Ölkəmizdə artıq COVID-19-a yoluxmuş insan yoxdur”, - Monteneqro Nazirlər Kabinetinin açıqlamasında bildirilib. Xatırladaq ki, ölkədə koronavirusa ilk yoluxma halı martın 17-də aşkarlanıb. Buna qədər Monteneqro Avropada koronavirus aşkarlanmayan yeganə dövlət olub.

    Ətraflı   18:50     25-May-2020     1153
  • alternative title

    Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 36 min nəfəri ötüb

    Böyük Britaniyada son sutka ərzində 282 nəfər həyatını itirib. QALANEWS xəbər verir ki, krallıqda koronavirusdan ölənlərin sayı 36 min nəfəri ötüb. Ölkədə koronavirusdan bu günə qədər dünyasını dəyişən ən gənc şəxs 6 həftəlik körpə olub. Böyük Britaniya koronavirusdan ölənlərin sayına görə Avropada 1-ci yerdədir.

    Ətraflı   16:26     25-May-2020     259
  • alternative title

    Azərbaycanda daha 134 nəfər koronavirusdan sağaldı - RƏSMİ

    Azərbaycanda 134 nəfər müalicə olunaraq koronavirusdan sağalıb və evə buraxılıb. Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Ətraflı   16:24     25-May-2020     136
  • alternative title

    Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 149 yeni yoluxma - RƏSMİ

    Azərbaycanda 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 273.411 test aparılıb.

    Ətraflı   16:22     25-May-2020     710
  • alternative title

    Azərbaycanda icra hakimiyyətindən koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

    Xəbər verdiyimiz kimi Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlər çərçivəsində rayon icra hakimiyyəti əməkdaşlarının növbəti dəfə testdən keçirilməsi zamanı bir əməkdaşda testin nəticəsi müsbət olub. Bununla bağlı Şamaxı İcra Hakimiyyətindən açıqlama verilib. “Həmin əməkdaş müvəqqəti karantin zonasına yerləşdirilib”. Rayonun İcra hakimiyyətindən verilən məlumata görə, digər əməkdaşlar Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq sosial izolyasiya rejimində, əsasən, onlayn şəkildə işlərini davam etdirirlər.

    Ətraflı   16:09     25-May-2020     1445
  • alternative title

    Misirdə son sutkada COVID-19 virusundan 29 nəfər ölüb

    Misirdə COVID-19 virusundan ölənlərin sayı 764 nəfərə çatıb. Son sutka ərzində bu ölkədə daha 29 nəfər xəstəlikdən vəfat edib. QALANEWS xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi mayın 24-də ölkədə COVID-19 virusuna 752 yoluxma halının qeydə alındığını bildirib. Məlumatda koronavirusa yoluxanların ümumi sayının 17 min 265 nəfərə çatdığı qeyd olunub. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 179 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 4807 nəfər tam müalicə olunub. Misir hökuməti yoluxma hallarının artması ilə əlaqədar Ramazan bayramı günlərində karantin rejimini sərtləşdirib. Belə ki, marketlər, iaşə obyektləri tamamilə bağlanılıb, əyalətlər arasında gediş-gəliş məhdudlaşdırılıb. Bu qaydalar mayın 29-dək davam edəcək. Prezident Əbdülfəttah əs-Sisinin imzaladığı əfv fərmanına əsasən, Ramazan bayramı münasibətilə ölkənin cəzaçəkmə müəssisələrindən 5 mindən çox məhbus azadlığa buraxılıb.

    Ətraflı   16:06     25-May-2020     1100
  • alternative title

    Koronavirusla bağlı fəaliyyəti dayandırılan Kiyev metrosu şəhər sakinlərinin istifadəsinə verilib

    Koronavirusla bağlı uzun müddətdir fəaliyyəti dayandırılan Kiyev metrosu bu gündən şəhər sakinlərinin istifadəsinə verilib. QALANEWS xəbər verir ki, metroya yalnız maska ilə daxil olmağa icazə veriləcək və sosial məsafə tətbiq ediləcək. Metroya, həmçinin qoruyucu əlcəklə girmək tövsiyə olunur. “Metroda tətbiq ediləcək sosial və sanitar məsafəyə görə tıxac yarandığı halda giriş qapıları müvəqqəti olaraq qismən və ya tam bağlana bilər. Ona görə də əhalidən ən vacib hallarda metrodan istifadə etməyi xahiş edirik”, - deyə Kiyev şəhər Dövlət Administrasiyasının məlumatında qeyd edilir. Artıq Kiyev metrosunda qatarlar və sərnişin zonaları dezinfeksiya edilib. Metropoliten işçiləri qoruyucu vasitələrlə təmin olunub. Həmçinin mayın 25-də Xarkov şəhərinin metrosu da fəaliyyətini bərpa edib. Qeyd edək ki, ölkədə karantin müddəti iyunun 22-dək uzadılıb.

    Ətraflı   16:04     25-May-2020     882
  • alternative title

    İndoneziyada koronavirusa yoluxanların sayı 22 mini keçib

    İndoneziyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Bu barədə İndoneziya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 526 nəfər artaraq 22 min 271 nəfərə çatıb. Bununla yanaşı, İndoneziya üzrə koronavirusa yoluxmuş xəstələr arasında sağalanların sayının da artdığı bildirilir. Nazirlikdən verilən məlumata görə, belə xəstələrin sayı 153 nəfər artaraq 5402-yə çatıb. Həmin dövrdə daha 21 nəfərin vəfat etdiyi qeyd edilir. Bununla da ölkə üzrə koronavirusdan ölənlərin ümumi sayı 1372 nəfər təşkil edib.

    Ətraflı   16:02     25-May-2020     1052
  • alternative title

    Tacikistanda koronavirusdan 1301 xəstə sağalıb

    Tacikistanda COVID-19-dan 1301 xəstə sağalıb. QALANEWS xəbər verir ki, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 191 nəfər artıb və 2929-a çatıb. Bildirilir ki, indiyədək Tacikistanda COVID-19-dan 46 nəfər ölüb. Hazırda 2772 nəfər karantindədir.

    Ətraflı   16:00     25-May-2020     1222
  • alternative title

    Ukraynada koronavirusa yoluxanların sayı 21 mini ötüb

    Ukraynada son sutkada 259 nəfər koronavirusa yoluxub, 6-sı isə ölüb. QALANEWS xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 21 mini ötüb. Onlardan 1546-sı uşaq, 4112-si isə tibb işçisidir. Virusdan ölənlərin sayı 623 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 6585-i tam müalicə olunaraq evlərinə buraxılıb. Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.

    Ətraflı   15:59     25-May-2020     950
  • alternative title

    Pakistanda son sutkada 2164 nəfər koronavirusa yoluxub

    Son 24 saat ərzində Pakistanda COVID-19-a yoluxanların sayı 2164 artaraq 54 min 601 nəfərə çatıb. QALANEWS xəbər verir ki, Sind əyalətində 21 min 645, Pəncabda 19 min 557, İslamabadda ümumilikdə 1592 nəfər koronavirusa yoluxub. Xayber-Paxtunxva, Bəlucistan və digər əyalətlərdə də virusa yoluxanların sayı durmadan artır. Bildirilir ki, indiyədək ölkədə koronavirusdan 17 min 198 nəfər sağalıb. Son sutkada 32 nəfər həyatını itirib və ölənlərin sayı 1133 nəfərə çatıb.

    Ətraflı   15:57     25-May-2020     1027
  • alternative title

    Moldovada koronavirusdan ölənlərin sayı 256-ya çatıb

    Moldovada koronavirus infeksiyasından ölənlərin sayı 256 nəfərə çatıb. QALANEWS xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 7093-dür, 275 nəfərin vəziyyəti ağır, 591-nin isə orta ağır qiymətləndirilir. 3802 nəfər isə tam sağalaraq evə buraxılıb. Ümumilikdə Moldovada koronavirusla bağlı 30 mindən çox test keçirilib.

    Ətraflı   15:56     25-May-2020     1061
  • alternative title

    Özbəkistanda COVID-19-a yoluxanların sayı 3180 nəfərdir

    Özbəkistanda koronavirusa yoluxanların sayı 3180 nəfərdir. QALANEWS xəbər verir ki, indiyədək ölkədə koronavirusdan 2565 nəfər sağalıb, 13-ü ölüb. Səhiyyə nazirinin birinci müavini Baxadır Yusupaliyev jurnalistlərə bildirib ki, virusa yoluxanların sayı gübəgün artır. Hər gün təxminən 60 nəfər virusa yoluxur, əgər bu rəqəm azalmasa, onda biz karantin rejimini gücləndirməyə məcbur olacağıq. Bildirilib ki, Özbəkistan hava yolları bu gündən iyunun 7-dək xarici ölkələrdən ölkə vətəndaşlarını Daşkəndə gətirəcək. Ümumiyyətlə 17 çarter reysi həyata keçiriləcək və bunun da 13-ü Rusiya şəhərlərindən təşkil olunacaq.

    Ətraflı   15:48     25-May-2020     1093
  • alternative title

    Qırğızıstanda koronavirusa yoluxanların sayı artıb

    Qırğızıstanda COVID-19-a yoluxanların sayı 1433 nəfərə çatıb, onların 280-i tibb işçisidir. QALANEWS xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə nazirinin müavini Norbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə deyib. Bildirilib ki, indiyədək virusdan 992 xəstə sağalıb, 16 nəfər ölüb. Nazir müavini qeyd edib ki, dünən Qırğızıstan Parlamentinin sabiq sədri, ictimai xadim Mukan Çolponbayev 70 yaşında koronavirusdan dünyasını dəyişib. Qırğızıstanın Baş Nazirinin birinci müavini Kubatbek Boronov isə mətbuat konfransında deyib ki, bu gündən ölkədə ictimai nəqliyyat, teatr, muzey, sərgi salonları və kitabxanalar fəaliyyətini bərpa edir.

    Ətraflı   15:46     25-May-2020     926
  • alternative title

    Rusiyada iki mindən çox hamilə qadın koronavirusa yoluxub

    Rusiyada hazırda koronavirusa yoluxmuş 2 561 hamilə qadın var. Bu barədə TASS məlumat yayıb. Koronavirusa yoluxmuş bu qadınların 2 035-də xəstəlik bütün testlər üzrə təsdiqlənib. Yalnız paytaxt Moskva şəhərində 816 hamilə qadında koronavirus aşkarlanıb.

    Ətraflı   15:44     25-May-2020     1510
  • alternative title

    Monteneqro Prezidenti ölkəsinin koronavirusa qalib gəldiyini bəyan edib

    Monteneqro koronavirusa qalib gəlib, ölkədə yeni yoluxma halı aşkarlanmayıb. Bu barədə Monteneqro Prezidenti Milo Cukanoviç özünün Twitter səhifəsində yazıb: “Monteneqro koronavirusa uğurla qalib gəlib. Daha xəstə qalmayıb. Ən mühüm dəyər olan insan həyatı uğrunda böyük mübarizənin bu mərhələsi uğurla yekunlaşıb”. Monteneqro ictimai sağlamlıq institutunun bazar günü yaydığı məlumata görə, 68 gün ərzində ölkədə ilk dəfə olaraq heç bir yoluxma halı aşkarlanmayıb, müalicə olunanların hamısı sağalıb. Ölkənin Səhiyyə Nazirliyi bildirir ki, epidemiyanın əvvəlindən bəri ümumilikdə 324 nəfər xəstələnib, 9 nəfər həyatını itirib.

    Ətraflı   15:39     25-May-2020     896
  • alternative title

    Lukaşenko xəbərdarlıq etdi: “Koronavirusun ikinci dalğasına hazırlaşın”

    Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəni koronavirusun ikinci dalğasına hazırlaşmağa çağırıb. Bu barədə “BelTA” agentliyi məlumat yayıb. “Biz ikinci dalğanı ağlımızda tutmalıyıq. Ola bilər ki, bu bəla da keçər. Ancaq rahatlaşmaq olmaz”, - deyə A.Lukaşenko bildirib. Prezident, həmçinin, ölkədə koronavirusla bağlı vəziyyətin yaxşılaşdığını qeyd edib.

    Ətraflı   15:33     25-May-2020     1720
  • alternative title

    Azərbaycanda yüksək vəzifəli məmur koronavirusa yoluxdu - YENİLƏNİB

    Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Elxan İbrahimov xəstəxanaya yerləşdirilib. Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb.

    Ətraflı   15:01     25-May-2020     315
  • alternative title

    Qonşu ölkədə sutka ərzində koronavirusa cəmi bir yoluxma qeydə alındı

    Gürcüstanda ötən sutka ərzində koronavirus infeksiyasına cəmi bir yoluxma halı qeydə alınıb. Bu barədə “RİA Novosti” məlumat verib. Ölkədə, ümumilikdə, yoluxma hallarının sayı 731-ə bərabərdir. Bunlardan 526 nəfəri sağalıb. Qonşu ölkədə koronavirus epidemiyasından ölənlərin sayı 12 nəfərdir.

    Ətraflı   12:29     25-May-2020     2168
  • alternative title

    Rusiyada daha bir yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

    RF-in Tuva Respublikasının başçısı Şolban Kara-ool COVID-19-a yoluxduğunu bildirib. TASS xəbər verir ki, bu barədə o, “VKontakte” səhifəsində yazıb. “Xəstələnə biləcəyimizi bilirdik, amma kimsə çalışmalı, məsuliyyət daşımalı idi”, - Ş.Kara-ool qeyd edib. Resbublikanın rəhbəri əlavə edib ki, virus çox qorxuludur, sağlamlığa ciddi ziyan vurur: “Şiddətli başağrıları olur, xəstələrin çoxu sətəlcəmdir”. Qeyd edək ki, Rusiya koronavirus pandemiyasına yoluxan əhalinin sayına görə (344 481 nəfər) dünya ölkələri sırasında ilk üçlüyə daxildir.

    Ətraflı   12:08     25-May-2020     1354

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 15:55     25-May-2020     1384
  • alternative title 12:59     25-May-2020     1143
  • alternative title 12:54     25-May-2020     349
  • alternative title 12:19     25-May-2020     1013
  • alternative title 12:02     25-May-2020     1129
image title here

Some title