Loading alternative title

ŞOU-BİZNES

  • alternative title

    Azərbaycanlı bloqqer sərvətini nümayiş etdirdi - FOTO

    Rusiyada yaşayıb, orada videobloqqerlik fəaliyyəti ilə məşhurlaşan, iş adamı və xeyriyyəçi, əslən Azərbaycanlı Hüseyn Həsənov yeni paylaşımı ilə diqqətləri üzərinə çəkib. Bir çox məşhurlar qazanclarını gizlətdiyi bir vaxtda Hüseyn var-dövlətini telefonun kamerasına çəkərək “İnstagram” hesabının “Hekayə” bölümündə paylaşıb. Bloqqer dəstə-dəstə yüzlük avro, dollar və rubl əskinasları iş masasının üstünə səpərək “Səmimi qəlbdən arzu edirəm ki, hər biriniz səhər yuxudan oyananda bunları görün” sözlərini deyib. Məşhur daha sonra pullarını qucaqlayaraq, başını onların üstünə qoyub və “Bu pulları paylamağa başlayaq?”, - sualı ilə izləyicilərinə səslənib.

    Ətraflı   00:15     19-Jan-2020     3494
  • alternative title

    Röya qısa geyimi ilə gündəmdə - FOTO

    Xalq artisti Röya Ayxan açıq-saçıq paylaşımı ilə sükutu pozub. Yeni layihə haqqında izləyicilərini "Instagram" hesabından məlumatlandıran məşhur müğənni piano arxasında "Gəlmə yaxınıma" həştəqi ilə yayımladığı qısa şortdakı fotosu ilə özündən söz etdirib. Ağlı-qara, açıq-saçıq foto ilə diqqətləri üzərinə cəmləyən Röyaya sosial şəbəkə istifadəçilərinin mənfi və xoşagəlməz rəylərindən sığortalanmaq üçün paylaşımının rəy bölməsini bağlayıb. Xalq artistinin yayımladığı şəkilə 20 mindən çox bəyənmə gəlib.

    Ətraflı   23:45     18-Jan-2020     393
  • alternative title

    Rihanna ərəb şeyxindən ayrıldı - ŞOK SƏBƏB

    31 yaşlı Rihanna və milyarder Həsən Cəmil artıq sevgili deyil. Son müsahibələrində evlənmək planları və uşaq dünyaya gətirmək istəkləri barədə danışan müğənninin arzuları ürəyində qalıb. İddia olunur ki, 3 ilə yaxındır birlikdə olan cütlüyün ayrılma səbəbi milyarderin münasibətlərini rəsmiləşdirməyə isti baxmaması olub. Məlumat üçün bildirək ki, Həsən Cəmil Səudiyyə Ərəbistanında və Yaxın Şərqdəki digər ölkələrdə "Toyota" avtomobillərini satmaq hüququna sahib olan "Abdul Latif Jameel"in vitse-prezidentidir, lakin bu, onun böyük biznes sahələrindən sadəcə biridir. Həsən 2,2 milyard dollar sərvətinin varisidir. Ailəsi ən zəngin ərəb ailələri siyahısında 12-ci yeri tutur. Həsən Cəmil 2012-ci ildə tunisli sənətşünas Lina Lazarla evlənib, onlar 2017-ci ildə boşanıb (boşanma ilə bağlı məlumat dəqiq deyil -müəl.). Rihanna ilə münasibətdən əvvəl Həsən Cəmil supermodel Naomi Kempbell ilə görüşüb.

    Ətraflı   22:22     18-Jan-2020     1105
  • alternative title

    Fədayənin bacısından Tacirə sərt İTTİHAM: "İnsanın bir sifəti olar"

    "Fədayənin Tacirlə bir araya gəlməsini istəmirdim. Amma duet oxudular. Xasiyyəti bizim ailəyə uyğun deyil". QALANEWS.COM xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda "Səhər-səhər" verilişində deyib. Bacısı Fədayə Laçının Tacir Şahmalıoğlu ilə işbirliyindən danışan ifaçı iradını bildirib. İlahə Tacirin yeni doğulan övladı ilə efirlərə qatılmasını tənqid edib: "Biz tərəfdə 40-45 yaşlı kişilər övladlarının adını da çəkmirdilər. Bir oğlu olub. Gah hamamda lüt video çəkdirir yayır, gah nə edir. Nə olub? Kimə nəyi sübut edirsən? Xasiyyəti də yoxdur. Bacım həbsdə olanda çıxdı iyrənc açıqlamalar verdi. Sonra deyir bacısı qoymadı Fədayənin yanına gedirdim. Mən niyə qoymadım? İnsanın bir sifəti olar. Ona görə də həmin adamdan xoşum gəlmir. Fədayə ilə məclislərdə duet oxuyurlar. Pul qazanmaq üçün oxusunlar. Sevmirəm onu, Azərbaycanla, gördüyümüz tərbiyyə, adət-ənənələr uyğun biri deyil".

    Ətraflı   17:12     18-Jan-2020     1715
  • alternative title

    Müğənni Sevda yeni sevdaya düşüb

    Müğənni Sevda Sanəliyeva da son günlər şou-biznes nümayəndələri arasında yayılan ənənəyə qoşulub. QALANEWS.COM xəbər verir ki, sənətçi sevgilisi ilə foto paylaşıb və onun üzünü ürək işarəsi ilə bağlayıb. Sevda fotoya da ürək emojisi qoyub. İzləyiciləri də sənətçiyə sevgilisi ilə bağlı suallar ünvanlayıb. Qeyd edək ki, Sevda iki dəfə ailəli olub. Onun iki övladı var.

    Ətraflı   16:46     18-Jan-2020     1030
  • alternative title

    "Biz doğma bacı deyilik" - Fədayənin bacısından ŞOK AÇIQLAMA

    Atamı anamın əlindən alıblar. Ailə qurduqdan 4 il sonra bu baş verib. Mən onda 2 yaş yarımlıq idim. Onda Fədayə də hələ anamın bətnində idi. QALANEWS.COM xəbər verir ki, müğənni Fədayənin bacısı İlahə Fədanın "Zaurla Günaydın"da verdiyi bu açıqlama hər kəsi məəttəl qoyub. Zaur Baxşəliyevin "Bəs onda o biri bacıların necə olub?" sualına İlahənin verdiyi cavab daha da təəccübləndirib: "Bu hadisənin üstündən 7-8 il keçəndən sonra mənim anamı başqa bir kişiyə ərə veriblər. O vaxtı sən də qarabağlısan bilirsən, bizdə belə şeylər var idi ki, "dul gəlindir. Adına söz çıxmasın. Namus əldən gedər birdən". Ona görə də anamı başqa bir kişiyə ərə verdilər. Ondan da o biri iki bacım doğulub. O biri iki bacım anamın ikinci ailəsindən dünyaya gəlib".

    Ətraflı   16:19     18-Jan-2020     3378
  • alternative title

    Aygünlə Röya arasında nə baş verir?

    Uzun illər küsülü olan Xalq artistləri Aygün Kazımova və Röya Ayxan arasında sular durulmağa başlayıb. QALANEWS.COM xəbər verir ki, Aygün Röyanın "Altın kelebek" mükafatlandırma gecəsi ilə bağlı paylaşımına "like" qoyub. Bu isə müğənnilər arasındakı barışıq addımı kimi qiymətləndirilib. Maraqlısı isə odur ki, ifaçılar İnstaqramda bir-birini izləmir. Qeyd edək ki, Aygünlə Röya arasında uzun illərdir qalmaqal yaşanır. Bir neçə il əvvəl müğənnilərin məclislərin birində barışdığı iddia olunsa da, onlar heç vaxt bir arada görüntülənməyiblər.

    Ətraflı   12:11     18-Jan-2020     1054
  • alternative title

    Məşhur aktyorun qatilinin illər əvvəl dediyi sözlər ŞOK ETDİ

    Türkiyəli aparıcı və aktyor Vətən Şaşmazı hotel otağında güllələdikdən sonra intihar edən keçmiş model Filiz Akerin illər öncə verdiyi şok müsahibəsi ortaya çıxıb. QALANEWS.COM Türkiyə mətbuatına istinadla xəbər verir ki, Aker 1993-cü ildə jurnalist Sema Denkerə verdiyi müsahibədə "Çox qısqancam, sevdiyim adamı başqası ilə görsəm, rəhm etmərəm, gəbərdərəm" deyib. Sosial şəbəkədə yayılan bu görüntülər göstərir ki, modelin öncədən psixoloji problemləri olub.

    Ətraflı   11:39     18-Jan-2020     1581
  • alternative title

    Özcanın 2 yaşlı oğluna 2 milyonluq təklif

    Türkiyəli müğənni-aktyor Özcan Dənizin 2 yaşlı oğlu Kuzeyə reklam təklifi gəlib. QALANEWS.COM bildirir ki, Ö.Dəniz ötən il yataq firmalarından birinin siması olmuşdu. Şirkət bu il reklamda eyni zamanda aktyorun oğlunun da rol almasını istəyib. Ötən il çəkilişdən 4 milyon lirə (təxminən 1 milyon 157 min manat) qazanan aktyora oğlu Kuzey üçün 2 milyon lirə (təxminən 579 min manat) təklif olunub. Ö.Dənizin təklifi qəbul etdiyi, məvacibi oğlunun gələcəyi üçün bank hesabına yatırmaq istədiyi iddia edilir. Xatırladaq ki, aktyor Burak Özçivitə də, oğlu Karanın reklamda rol alması üçün 1 milyon lirə (təxminən 289 min manat) təklif olunmuşdu, amma o qəbul etməmişdi.

    Ətraflı   11:37     18-Jan-2020     1051
  • alternative title

    "Vaxtı gələndə biləcəksən ki, anan sənin üçün..." - Gülay hər şeyi etiraf etdi

    "Həyatda özümü ən çox günahlandırdığım amil odur ki, istədiyim qədər qızıma vaxt ayıra bilmirəm. Amma təsəllim odur ki, uşağımın gələcəyi üçün çalışıram". QALANEWS xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Ona qalsa" verilişində deyib. Qızı Sahilə ilə bağlı sualları cavablandıran sənətçi ona az vaxt ayırdığını etiraf edib. İfaçı həyat yoldaşı, idmançı Kamil Zeynallının qızına daha çox vaxt ayırdığını bildirib: "Sevinirəm ki, övladımın o cür atası var. Hər kəs əlindən gələni edir. Elə insanam ki, Sahilə üçün ürəyim yanır. Amma istəyimi tam göstərə bilmirəm. Onu içimdə sevirəm. Gecə yatanda qızımı qucaqlayıram, öpürəm, deyirəm ki, səninlə nəfəs alıram. Amma vaxtı-zamanı gələndə biləcəksən ki, anan sənin üçün çalışır. Ona görə vaxtım qalmır ki, bu gün sənə görə çalışırdım".

    Ətraflı   17:47     17-Jan-2020     3723
  • alternative title

    Özcanın 2 yaşlı oğluna 2 milyonluq təklif

    Türkiyəli müğənni-aktyor Özcan Dənizin 2 yaşlı oğlu Kuzeyə reklam təklifi gəlib. Ö.Dəniz ötən il yataq firmalarından birinin siması olmuşdu. Şirkət bu il reklamda eyni zamanda aktyorun oğlunun da rol almasını istəyib. Ötən il çəkilişdən 4 milyon lirə (təxminən 1 milyon 157 min manat) qazanan aktyora oğlu Kuzey üçün 2 milyon lirə (təxminən 579 min manat) təklif olunub. Ö.Dənizin təklifi qəbul etdiyi, məvacibi oğlunun gələcəyi üçün bank hesabına yatırmaq istədiyi iddia edilir. Xatırladaq ki, aktyor Burak Özçivitə də, oğlu Karanın reklamda rol alması üçün 1 milyon lirə (təxminən 289 min manat) təklif olunmuşdu, amma o qəbul etməmişdi.

    Ətraflı   16:45     17-Jan-2020     1143
  • alternative title

    Vasif Məhərrəmli və Xatirə İslamı

    Əməkdar artist Vasif Məhərrəmli "Şou ATV" proqramında müzakirələrə səbəb olacaq addım atıb. QALANEWS.COM xəbər verir ki, həmkarı Xatirə İslamla qonaq olan ifaçı qeyri-etik ifadə səsləndirib. Belə ki, Vasif sosial şəbəkədə Xatirə ilə sevgili olması barədə rəylər yazıldığını qeyd edib. Müzakirə zamanı X. İslam heç vaxt belə bir şeyin olmadığını bildirib və Vasifin yanından bir az uzaqlaşıb. Bu zaman Əməkdar artist sənətçinin sözügedən addımına qeyri-etik ifadə ilə cavab verib. Məsələ ilə bağlı "Qafqazinfo" Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxlayıb. O, kadrlarla tanış olduqdan sonra açıqlama yayacağını qeyd edib: "İndi texniki uzlaşdırma aparırıq, görək efirə gedib, ya yox. Yoxlayırıq".

    Ətraflı   14:58     17-Jan-2020     979
  • alternative title

    Elnur qadın həmkarı ilə hamamda - "Bircə bu qalmışdı" - FOTO

    Müğənni Diana Hacıyeva (DiHaj) sosial media hesabında foto ilə diqqətləri cəlb edib. QALANEWS.COM bildirir ki, sənətçi həmkarı Elnur Hüseynovun görüntüsünü İnstaqramına yerləşdirib. Şəkildə ifaçının hamamda poz verdiyi nəzərə çarpıb. Sosial şəbəkə istifadəçiləri müğənniyə "Bircə bu qalmışdı", "Hamamdasınız" kimi rəylər yazıblar. Qeyd edək ki, hər iki müğənni tez-tez bir araya gəlir.

    Ətraflı   14:56     17-Jan-2020     2004
  • alternative title

    Tolik əməliyyat olundu

    Prodüser-aparıcı Tarix Əliyev (Tolik) plastik əməliyyat olunub. QALANEWS.COM xəbər verir ki, Tolik liposaksiya üsulu ilə sinə və qarın nahiyəsindəki artıq yağlardan xilas olub. İki saat davam edən əməliyyat zamanı ondan 5 litrdən çox piy sovurulub.

    Ətraflı   14:42     17-Jan-2020     756
  • alternative title

    Afaq Aslan əsəbləşdi: "Ombalarını şişirdib özlərini "broyler toyuq"larına oxşadırlar"

    "Namusdan xəbəri olmayan çıxır namusdan danışır". QALANEWS.COM bildirir ki, bu sözləri müğənni Afaq Aslan deyib. Şəxsi instaqram hesabında şou əhlinə əsəbləşən müğənni savadı və namusu olmayanları qınaq atəşinə tutub: "Görəsən bəzi karikaturlar kimi başları bədənlərindən böyük, qolları gödək, ombalarını şişirdib özlərini "broyler toyuq"larına oxşadan bir qism şou – biznes əhli müsahibə verdikdən sonra özlərini mavi ekran arxasından izləyirlərmi və kənardan necə gülünc göründüklərininin fərqindədirlərmi? Savadı olmayan çıxır savaddan danışır! Namusdan xəbəri olmayan çıxır namusdan danışır!" Afaq Aslan gündəmdə qalmaq istəyənlərin ünvanına demədiyi söz buraxmayıb. Belə ki, o, şou əhlini heç kimə lazım olmayan sənətləri ilə, atmacalarla gündəmdə qalmaqda günahlandırıb: "Bir-birinin ünvanına söz demək istəyəndə ad çəkməyə cəsarəti çatmır, ortalıqda yiyəsiz qalmış ucuz fahişələr kimi tumanını çəkir başına, çıxıb efirdə hozuluq edir, ona- buna xox gəlir! Heç kimə lazım olmayan sənəti ilə tutuzdura bilməyən çıxır kiminsə ünvanına atmacalar atır ki, bəlkə gündəmdə qala!"

    Ətraflı   12:57     17-Jan-2020     1055
  • alternative title

    Azad Şabanovun xanımı ilə YENİ FOTOSU

    Tanınmış müğənni Azad Şabanov xanımı ilə yeni fotosunu paylaşıb. QALANEWS.COM xəbər verir ki, o hekayə bölməsində xanımı ilə fotosunu paylaşaraq "Mənim gözəlim" şərhini yazıb. Fotonu təqdim edirik:

    Ətraflı   12:41     17-Jan-2020     1041
  • alternative title

    Azərbaycanlı aktyor fransız sevgilisi ilə: “Sevgi bitmirmiş, Elsa” - FOTO

    Azərbaycan Dağınıq Oda Teatrının rəhbəri Elmin Bədəlov sosial şəbəkə səhifəsində paylaşımı ilə gündəmə səs salıb. QALANEWS.COM xəbər verir ki, aktyor sevgilisi, fransalı aktrisa Elsa Furtado ilə öpüşdüyü fotosunu yayımlayıb. O, şəklə “Sevgi bitmirmiş, Elsa, mən səni zamanla daha çox sevməyə başlayırmışam” şərhini verib. Elsa isə Elminə “Can Elmin. Məndə çox böyük sevgi var sənin üçün. Getmir ürəyim, hər zaman sənin üçün olacaq” sözlərini ünvanlayıb. Aktyorun sevgi, məhəbbət dolu paylaşımına dostları xoş söz yazıblar.

    Ətraflı   12:31     17-Jan-2020     1106
  • alternative title

    Məşhur aktrisa evində çılpaq gəzir?: “Kimə nə?!” - FOTO

    Evdə çılpaq şəkildə gəzmək kimi bir hobbim yoxdur. Bu sözləri məşhur türkiyəli aktrisa Berrak Tüzünataç “İbrahim Səlimlə bu gecə” proqramında deyib. Haqqında danışılanlara cavab verən aktrisa evində çılpaq şəkildə gəzməsi və pərdələri bağlamadığı üçün qonşuların narahat olması xəbərlərini yalanlayıb “Belə şeylər ayıb deyilmi? Deyək ki, evdə çılpaq oluram. Kimə nə? Problem evdən içəri baxanda deyilmi? Ancaq hər kəs belə bir hobbimin olmadığını bilsin”.

    Ətraflı   12:16     17-Jan-2020     1589
  • alternative title

    Tolik əməliyyat olundu

    Prodüser-aparıcı Tarix Əliyev (Tolik) plastik əməliyyat olunub. QALANEWS.COM xəbər verir ki, Tolik liposaksiya üsulu ilə sinə və qarın nahiyəsindəki artıq yağlardan xilas olub. İki saat davam edən əməliyyat zamanı ondan 5 litrdən çox piy sovurulub.

    Ətraflı   11:30     17-Jan-2020     928
  • alternative title

    Ləğv olunan konsertin pulunu əlil arabası daşıyanlardan istədi

    Müğənni Bülent Ersoy İstanbul hava limanında yaranan qalmaqalla bağlı açıqlama verib. QALANEWS xəbər verir ki, sənətçi İstanbuldan Antaliyaya getmək istədiyini, lakin onu aeroportda daşıyan əlil arabası xidmətinin əməkdaşlarının gecikməsi səbəbindən konsertə çatmadığını bildirib. Ersoy qeyd edib ki, 12 yanvarda təşkil olunan musiqili gecə ləğv olunub. Müğənni bu səbəbdən şirkəti məhkəməyə verdiyini, külli miqdarda ziyana düşdüyünü bildirib. Ersoy konsert ləğv olunduğu üçün itirdiyi zərərin ödənilməsini tələb edib. İfaçı, eyni zamanda, mətbuatda yazıldığı kimi şirkət əməkdaşlarını təhqir etmədiyini söyləyib: "Hava limanı böyük bir yerdir. Bir saata təyyarəyə gedə bilərsən. Əlil arabası istədim ki, tez çatım. Amma 45 dəqiqə gözlədim. İddia edirlər ki, təhqir etmişəm. Sübut etsinlər, mən heç kəsi söyməmişəm. Özüm haqlı olmasam, işi məhkəmə səviyyəsinə niyə çatdırım?"

    Ətraflı   18:12     16-Jan-2020     665

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 00:35     19-Jan-2020     2156
  • alternative title 00:26     19-Jan-2020     1307
  • alternative title 00:09     19-Jan-2020     1047
  • alternative title 00:04     19-Jan-2020     4452
  • alternative title 22:41     18-Jan-2020     1785

Sosİal

image title here

Some title