Loading alternative title

MUSAHİBƏ

  • alternative title

    "Bədii şura gözlərini bərəldib, elə məni görürdü" - Mehriban Xanlarova

    Allah məni pis gözlərdən qorusun. QALANEWS.COM bildirir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Mehriban Xanlarova deyib. O, yay aylarında keçirdiyi dəhşətli qəzadan danışaraq, məsələnin onun xeyrinə həll olunduğunu bildirdi: "Məhkəmə olmadı. Avtomobilim sığortalı idi. Sığorta şirkətinin nümayəndələri evə gəldi, vəziyyətimə baxdı və məsələni mənim xeyrimə həll etdi". Uzun zamandır efirlərə çıxmayan sənətçi məsələyə bu cür don geyindirdi: "Emosional insanam. Bunu hamı bilir. Qərara gəldim ki, bir müddət proqramlara çıxmayım. Haqsızlıq olanda özümdən çıxıram. Məndən asılı deyil, haqsızlığı götürmürəm. Özümü də cilovlaya bilmirəm". Bir neçə ay öncə Space TV-də yayımlanan aparıcı Kamran Həsənlinin müəllif verilişində qonaq olub, açılan mövzu ətrafında aparıcı ilə sözü çəp gələn aktrisa, canlı efirdə yaşananlarla bağlı açıqlama verdi: "Kamranın verilişinə çıxdım. Üstündən bir neçə dəqiqə keçmədi ki, aləm dəydi bir-birinə. Konkret sözümü çatdırıb, proqramı tərk etdim. Bunu orada da dedim, əgər mənim istedadım yoxdursa, məni lap apar Amerikada oxutdur, içim boşdursa, demək, boş da qalacaq. Notları bilsəm də, oxumağa səsim olmayandan sonra notlar mənim nəyimə gərəkdir? Notu bilməyən o qədər müğənnilərimiz var ki, amma görün, necə gözəl ifa edirlər. Oxuyanda da bəh-bəhlə onları tərifləyirik. Əsas istedaddır. İstedad olandan sonra heç kim sərhəd çəkə bilməz. Verilişdən normal şəkildə ayrıldım. İstəmədim ki, aramızda olan pərdə götürülsün. İndi də Kamranla görüşsəm, salamını alaram. Əgər almasa, özü bilər. Salam Allah salamıdır". "Kanalların birində veriliş açıb, yenidən aparıcılıq edəcəksiniz?" sualına M.Xanlarova bu cür reaksiya bildirdi: "İndi bütün məsələlər sponsorun gücü ilə həll olunur. Veriliş açmaq üçün ya gərək pulun olsun, ya da ki, yaxşı sponsor tapasan. Beynimdə maraqlı bir layihə var. Çox istərdim onu həyata keçirim. Bunu da zamanın axarına buraxmışam. Televiziyaların özündən təkliflər alıram". "Aparıcı olduğunuz "Canım sizə desin" proqramında qonağınız ilə birgə şpaqat açaraq "Azəri Vandamı" təqlid etməniz ARB kanalının Bədii şurası tərəfindən labüd sayılmayaraq, bağlandı" şərhinə əməkdar artist od püskürdü: "Telekanalda olan Bədii şura gözlərini bərəldib, elə məni gördü. Guya verilişimdə qlobal və qalmaqallı bir şey olmuşdu, ona görə qərara gəldilər ki, Mehribanın verilişi bağlanılmalıdır. O biri verilişlərə də gözlərini "şpilka"lıyıb diqqətlə baxıb, izləsinlər. Görsünlər, efirlərdə nələr baş verir".

    Ətraflı   15:09     16-Jan-2020     582
  • alternative title

    İqor Ponomaryov: “... uğursuz alındı” - MÜSAHİBƏ

    "Sabah"ın Müşahidə Şurasının üzvü, sabiq çalışdırıcısı İqor Ponomaryovun apasport.az saytına müsahibəsi - "Sabah" çempionatın ilk yarısını turnir cədvəlinin altıncı pilləsində başa vurdu. Ölkə kubokunda isə "Qəbələ"yə uduzdu. Çempionatın ilk yarısını "Sabah" üçün uğursuz hesab etmək olar? - Çempionatın ilk yarısı "Sabah" üçün hardasa uğursuz alındı. Amma komandanın turnir cədvəlində yüksəlməsi üçün istəyi və ümidi var. "Sabah"ın mövsümü turnir cədvəlində layiqli yerdə bitirməsi üçün istəyi çoxdur. Ümidvaram ki, belə də olacaq. - Komandada bir neçə dəfə baş məşqçi dəyişikliyi baş verdi. Bunun çıxışınıza nə dərəcədə təsiri oldu? Çoxları deyirdi ki, Ponomaryov baş məşqçi postunda qalsaydı, komanda daha yaxşı nəticələr verərdi. Sizcə, doğurdan belə olardı? - Əlbəttə ki, baş məşqçi dəyişiklikləri asan məsələ deyil. Bu futbolçular üçün də müəyyən çətinliklər yaradır. Amma bu, artıq baş verib. Mənim baş məşqçi postunda qalıb-qalmamağıma gəlincə, razılığımız olmuşdu ki, yeni baş məşqçi tapılana qədər komandaya kömək edəcəm. Həmin dövrdə gördüyüm işlər barədə yaxşı rəylər almaq, yaxşı fikirlər eşitmək məni məmnun edir. - Mövsüm əvvəlində böyük ümidlərlə transfer olunan Hendrik Ekşteyn və Rocer Roxas komandadan göndərildi. Siz də onlarla işləmişdiniz. Bu futbolçular həqiqətənmi, getməli idi? - Roxasın komandada özünü tapa bilməməsinə görə hamımız təəssüflənirik. Çünki onu komandaya qol vuran hücumçu kimi gətirmişdik. Ekşteynə gəlincə, özünün də dediyi kimi, adaptasiya onun üçün çətin alındı. Ona görə o, özünü ən yaxşı tərəfdən göstərə bilmədi. Bu mənada Roxas və Ekşteynin komandadan gedişi məntiqlidir. - "Sabah"ın fasilədən sonra uğurlu çıxış etməsi üçün nə lazımdır? Komandanın çox dəyişikliyə, transferə ehtiyacı var? - Bu suallar artıq mənə aid deyil. Nəsə deməyim düz olmaz. - Bəs yeni baş məşqçi Jelko Sopiç "Sabah"a kömək edə biləcək? O, gəldiyi gündən ancaq futbolçulardan şikayətlənir... - Mən heç vaxt digər məşqçiləri müzakirə etmirəm. Əslində, bunu öz həmkarlarıma qarşı düzgün saymıram. Fərqi yoxdur, Sopiç və ya başqası. Məncə, düzgün deyil. - Uzun illər sonra qısamüddətli olsa da, baş məşqçi kimi fəaliyyət göstərdiniz. Maraqlıdır, "Sabah"dakı fəaliyyətinizdən sonra sizi baş məşqçi postuna dəvət edən komanda oldu? - Xeyr, heç kim mənimlə danışıq aparmayıb. - "Dinamo" Ramil Şeydayevlə yollarını ayırdı. Forvardın dediyinə görə, Azərbaycanda oynamaq variantı da var. Sizcə, Şeydayev Azərbaycanda, "Neftçi" və "Sabah" kimi komandalarda oynasa yaxşıdır, yoxsa Rusiyada qalmalıdır? - Ramil güclü çempionatda inkişaf etməlidir. Ona özünü ən yaxşı tərəfdən göstərəcəyi, yaxşı və doğru komanda seçməsini arzulayıram. Bu, başqa çempionatlar da ola bilər. Əsas odur ki, özü üçün tramplin sayılacaq ölkələrdə oynayıb, Avropanın daha yaxşı liqalarına yollansın.

    Ətraflı   14:34     15-Jan-2020     902
  • alternative title

    "Oğlumu Tapqaraqoyunluda ən soyuq havada səngərə də aparmışam"-Tural Müseyibovla MÜSAHİBƏ

    Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov QALANEWS-un suallarını cavablandırıb. -Öncə istərdik ki, oxucularımız Tural bəy haqqında daha ətraflı məlumat əldə etsinlər. Odur ki, bir qədər özünüz barədə danışmağınızı xahiş edirik. -1980 – ci il avqustun 23-də Bakı şəhərində doğulmuşam. Ailədə 2 qardaşıq. Qardaşım məndən 8 yaş balacadır. Əvvəllər qardaşım da mətbuat sahəsində çalışıb. Lider TV, İTV-də işləyib. İTV-də xəbər aparıcısı olub. Hazırda başqa bir sferada çalışır. Atamı 2 ildir itirmişəm. Atam SSRİ dövründə Mənzil Kommunal Təsərrüfat Nazirliyində baş müfəttiş, nəzarət-təftiş şöbəsinin rəhbəri olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun illər Bakı Şəhər İcra Hakimiyyətində Mənzil-Kommunal Təsərrüfatı Departamentində baş müfəttiş, nəzarət təftiş şöbəsinin müdiri, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində sektor müdiri, FHN Layihə İnstitutunda direktor müavini vəzifələrində çalışıb. Atam maliyyəçi olub. O, hər zaman çalışıb ki, mən də bu sahədə çalışım. Hər zaman dostlarına da deyirdi ki, Tural sizin yanınızda olsun, maliyyə ilə maraqlansın. Amma mən o sahəyə bağlana bilmədim. Mənim diqqətimi mətbuat və televiziya çəkdi. Anam evdar qadındır. Mən Nəsimi rayonunda yerləşən Abdulla Şaiq adına 54 saylı orta məktəbdə oxumuşam. Məktəbdə oxuduğum zaman bədii tədbirlərin aparıcısı olmuşam. Mənim məktəb illərim keşməkeşli dövrə təsadüf edib. 1989-ci ildə artıq Topxana meşələrinin dağıdılması, erməni fitnə fəsadı barədə mütəmadi söhbətlərin şahidi olurdum. 1990-cı il yanvar hadisələrini evimizin içində hiss etdik. Fərizə, İlham və bir çox şəhidlərimiz 54 saylı məktəbin məzunu olmaqla yanaşı həm də bizə çox yaxın ərazidə yaşayırdılar. Evimiz 20 yanvar qırğınlarının baş verdiyi "Şamaxinka" deyilən ərazinin bir neçə addımlığında idi. Yanvarın 20 – si səhər atam əlimdən tutub mənə qanlı küçələri göstərdi. Bu günə kimi güllələnən binaları, dağılan əraziləri, o zaman "Şamaxinka"da yol ayrıcında dayanan tankları, əsgərləri, əzilən maşınları, Təcili Tibbi Yardım avtomobilləri ilə daşınan şəhidlərimizi xatırlayıram. Hər yer qan içində idi. Atam dedi ki, hadisəni gör və unutma. Unutma ki, illər sonra övladlarına bu hadisəni kitablarla yox canlı şahid kimi təbliğ edəsən. Atam risk edirdi. Ara sıra atəş səsləri eşidirdik. Amma o gün bir başqa idi. Heç kim qorxmurdu. Düşmən əsgərinin üzünə nifrətlə baxırdı hamı. 10 yaşı tamam olmayan övladı ilə əsgərlər arasında açıq aşkar, gizlənmədən, qorxmadan düşmənə nifrət təbliğ edə biləcək qədər güclü idi insanlar. Biz bu cür böyüdük. Məktəblərdə dərs yox idi. Məktəbə gəlib pioner qalstuklarına od vurduq. Daha sonra isə hakimiyyət çevrilişləri, torpaq itkiləri. Çox ağrılı bir uşaqlıq yaşamışıq. Məktəbimizdə keçirilən mühüm tədbirlərin aparıcısı olmuşam. Az yaşlarımda o zaman fəliyyət göstərən Qazax Xeyriyyə Cəmiyyətinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirinin də aparıcısı olmuşam. 1993-1994 cü illər olardı. Bakıda 46 saylı məktəbdə keçirilən Ümumrespublika şeir müsabiqəsində 1 – ci yerə layiq görüldüm. Mən və Xocalıdan olan bir qız qalib oldu. Xatirimdədir bizə 500 rubl pul mükafatı da verdilər. İndi də bəzən olur şeir yazıram. Vahid Əziz və Nəriman Həsənzadə ilə çox yaxşı münasibətlərim var. Bir şeirimə Əməkdar artist Aygün Bəylər mahnı bəstələyib. Ailəliyəm, 3 övladım var. Övladlarımı vətənpərvər böyütməyə çalışıram. Növbədənkənar Prezident seçkilərində oğlum Turxan onu da səsverməyə aparmağımı istədi. Mən ona səsvermə yaşının çatmadığını söylədim. Oğlum inadla cənab Prezident İlham Əliyevə səs vermək istədiyini bildirdi. Bu zaman dedim ki, videoçarx hazırlayaq. Sən də ürək sözlərini de. İlk video belə alındı. Başqa videoçarxları isə ordumzun, bayrağımızın 100 illiyinə həsr etdik. Mənim gözləmədiyim halda videoçarxlar Türkiyə xəbər saytları və televizyalarında yayımlandı. Mən istəyirəm ki, uşaqlarım düşmənlərini tanısın. Böyük oğlum Turxanı Tapqaraqoyunlu ərazisində bir neçə dəfə ən soyuq havada səngərə də aparmışam. Reallığı görmək vacibdir. Gələcəkdə hər biri bilməlidir ki, harada və hansı peşənin sahibi olmalarından asılı olmayaraq erməniyə düşmən münasibəti bəsləməyə borcludurlar. Bu mənim fikrimdir. ermənilərə inanmaq olmaz. Ən yaxşı erməni ölü ermənidir. Onlar bizim əbədi və əzəli düşmənlərimizdir! - İstərdik ki, məktəb illərinizdən danışaq. Məktəbdə ən çox sevdiyiniz müəllim və fənn hansıdır? -Mən daha çox ibtidai sinif müəlliməm Zöhrə xanıma bağlı olmuşam. Bu günə qədər də Zöhrə müəllimə ilə görüşürəm, danışıram. Onun zəhmətlərini heç vaxt unuda bilmərəm. Çünki mənim və sinif yoldaşlarımın sərbəst böyüməsində Zöhrə müəlliməmin böyük əziyyətləri olub. Bizi heç vaxt incitmirdi. Ədəbiyyata və şeirə bağlılığı mənə Zöhrə müəllimə aşılayıb. Şagirdlərini önə çəkib, həvəsləndirib. Zöhrə müəlliməmə "Pioner" uşaq jurnalında şeir həsr etmişdim. Fənn olaraq da ədəbiyyata bağlı olmuşam. - Tural bəy elə şagird yoxdur ki, bir dəfə də olsun dərsdən qaçmasın. Bəli olub. Amma o dövrdə mobil telefon olmasa da atam dərsdən qaçdığımı bilmişdi və nəticəsi ağır olmuşdu. - Bir çox gənclərin ilk sevgiləri məktəb illərindən başlanır. Bəs sizin məktəb sevginiz olubmu? -Uşaqlıq illərində yaşanan hər hadisə xoş xatirədir. - Bildiym qədərilə televiziyaya gəlişiniz tələbəlik illərinə təsadüf edib. Neçə keçib o illər? -Mən bir qədər əvvəl də qeyd elədiyim kimi atam, mənim maliyyəçi, iqtisadçı olmağımı istəyirdi. Təhsil və peşə seçimimi də demək olar ki, özü yönəldirdi. Amma mən iqtisadiyyat peşəsi üzrə təhsil alsam da həvəsim və məqsədim jurnalistika olub. Deyim ki, tələbəlik illərim pis keçib, nəyinsə həsrətini çəkmişəm yalan olar. Bir neçə tələbə yoldaşlarımla indi də əlaqəm var. O dövrlərdə Azərbaycan yeni-yeni müstəqillik əldə edirdi, insanlarımızın rifah halı yaxşılaşmağa doğru gedirdi. Tələbəlik illərində mən atamdan xəbərsiz "Sara" televizyasında işə düzəlmişdim. Atam xəbər tutan kimi məni televizyadan uzaqlaşdırdı. Amma yenə getdim tv sahəsinə. Öyrəndim ki, yeni fəaliyyətə başlayan "Space" Teleradio Kompaniyasında müsabiqə keçirilir. Sənədlərimi verdim. Müraciət edən 400 nəfərin içərisindən çox az seçim oldu. Seçilənlərdən biri də mən idim. Nərgiz xanım Cəlilova dedi ki, mətn verin oxusun. Mən mətni oxuyandan sonra Nərgiz xanım bildirdi ki, bu cavan oğlanı xəbərlərə yönəldin. Və mənim peşəkar telejurnalistika fəaliyyətimə start verildi. Qeyd edim ki, mənim hər zaman televizyaya və aparıcılığa marağım olub. 90-cı illərdə yeni yeni istifadə edilməyə başlayan o zaman üçün müasir olan "Panasonic M3000 – M3500" kamerası var idi. Atam gördü həvəsim var. Mənə kamera aldı. Mən də çəkilişlər edirdim. Videolar hazırlayırdım. Amma indiki kimi yayımlamaq imkanları məhdud idi. - Jurnalist kimi fəaliyyət göstərdiyiniz dövrdə hansı maraqlı hadisələrlə qarşılaşmısınız? -Bəli bu günə kimi xatırladığım hadisələr olub. 8 ilə yaxın Xəbərlər Departamentində çalışmışam. İlk efir günümdən, hazırladığım reportajı efirdə izlədiyim ana qədər hər biri mənə çox doğmadır. Unudulmazdır. "Space" televiziyasında yeni çalışmağa başladığım dövrlərdə Prezident Administrasiyasında akkreditasiya olma məsələsi gündəmə gəlmişdi. Mənim adım Prezident Administrasiyasına verildi və təsdiqləndi. Bununla da həyatımda yeni bir səhifə açıldı. Mən Ümumilli Lider Heydər Əliyevlə bərabər səfərlərə getdim. Prezidentin rəsmi görüşlərini işıqlandırdım, qəbullarında iştirak etdim. 18-19 yaşında olan bir gənc üçün bu böyük bir hadisə idi. Eyni zamanda Prezident Cənab İlham Əliyevin seçki təbliğatını işıqlandırmaq da qismətim olub. Daha sonra isə Cənab Prezidenti ölkə daxili və xarici səfərlərdə müşaiət etmişəm, rəsmi görüşlərini, qəbullarını işıqlandırmışam. Bu illər mənim ömür tariximə qızıl hərflərlə yazılan illərdir. - Ulu Öndər Heydər Əliyevin dövründə fəaliyyət göstərən jurnalistlərdən birisiniz? Ulu öndərlə bağlı xatirələrinizi bizimlə bölməyinizi istərdik. -Ulu Öndərlə bağlı xatirələrim çoxdur. Ulu öndər Heydər Əliyev onunla səfərə gedən, görüşlərdə iştirak edən jurnalistləri şəxsən tanıyırdı. Fövqəlgücə sahib dövlətlərin marşal və generalları Heydər Əliyevlə görüşən zaman dedilər ki, Cənab Prezident bizim Prezidentin sizin məsləhətinizə ehtiyacı var. Heydər Əliyev böyük və miqyaslı siyasətçi, şəxsiyyət idi. Biz hər zaman Heydər Əliyevlə fəxr etmişik. Biz jurnalistlər Ulu Öndər Heydər Əliyevin diqqətinin, rəğbətinin və xüsusi münasibətinin şahidi olmuşuq. Bu da təbii ki, bizə güc verib. O güc bizə fəaliyyətimizdə çox böyük stimul olub. Ən önəmlisi isə Heydər Əliyev vətənini sevən lider olub. Naxçıvanda Azərbaycan-Ermənistan prezidentləri arasında görüş keçirilirdi. Jurnalistlər üçün ağ çadır qurulmuşdu. Orada biz erməni jurnalistləri ilə birlikdə oturmuşduq. Görüşlə bağlı ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri bəyanat verməli idi. Jurnalist sayı çox idi. Müsahibə alınacaq məkan isə geniş deyildi. Belə razılaşdıq ki, ermənistan xarici işlər nazirindən biz, Azərbaycan Xarici İşlər Nazirindən isə ermənilər müsahibə alar. erməni nazirin mətbuat konfransında yalnız biz iştirak etdik. Dünyaya bu bəyanat Azərbycan mediası vasitəsilə yayıldı. ermənilərin xəbər vermə arzusu ürəklərində qaldı. Bizim Xarici İşlər Naziri mətbuat konfransı keçirəndə isə ermənilər həvəslə "indi bizim növbəmizdir" deyəndə razılaşdıq, amma.... Amma onlarla birgə mətbuat konfransına TRT-nin jurnalisti də getdi. Axı o Beynəlxalq jurnalist sayılırdı. Bu dəfə də ermənilər uduzdu. Mətbuat Konfransında səslənən bəyanatı TRT müxbiri vasitəsilə ilk olaraq biz yaydıq. ermənilər isə tində bucaqda telefonlarının işləməməsindən narazılıq edib öz hallarına acıyırdılar. Bu bizim üçün kiçik də olsa yadda qalan Qələbə idi. - Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xitmətinin rəisi, FHN Muğan Regional Mərkəzinin rəis müavini, bu gün isə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırsınız. Sizcə mətbuat xidmətinin rəhbəri təmsil etdiyi qurumun qarşısında yoxsa ictimaiyyətin qarşısında daha çox məsuliyyət daşıyır? -Mən 2006 – cı ildə "Space" televiziyasından ayrıldıqdan bir neçə ay sonra Fövqəlada Hallar Nazirliyində mətbuat xidməti rəhbəri vəzifəsinə təyin edildim. Mən nazirlikdə mətbuat xidmətinin rəhbəri olaraq 8 il çalışdım. Daha sonra Fövqəlada Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışmışam. Hər iki vəzifədə çalışan zaman mətbuata daha çox bağlı olmuşam. Bütün görülən işlərimizin mətbuatda işıqlandırılmasının tərəfdarı olmuşam. Bu işdə mənə dəstək verdiklərinə görə həmkarlarıma bir daha təşəkkür edirəm. Bildirmək istəyirəm ki, mətbuat katibi çalışdığı qurumun rəhbəri, həm də ictimaiyyət qarşısında məsuliyyət daşıyır. Zamanında məni tənqid edən həmkarlarımla da xoş və səmimi münasibətlərim var. Çox razıyam onlardan. - Bu gün bir çox mətbuat xidmətinin sahib olmadığı sevgiyə və hörmətə sahibsiniz. Sizə görə mətbuat xidmətinin rəhbəri necə olmalıdır? -Hər bir qurumun fərqli xüsusiyyətləri var. Dövrün, zamanın tələbi var. 2006-cı illə bu gün arasında böyük fərq var. Bu gün sevinirəm ki, bir çox peşəkar jurnalistlər mətbuat xidmətinin rəhbəri təyin olunur. Onlar jurnalistikaya bağlı insan olaraq, mətbuat xidməti rəhbərinin hansı yükü daşıdığını yaxşı hiss edir. Heç bir mətbuat xidmətinin rəhbəri istəməz ki, ona edilən zənglərə cavab verməsin. Amma bəzi xəbərlər var ki, bu xəbəri yayarkən ehtiyatlı olmaq lazımdır. Hər bir məlumat dəqiqləşdirilməlidir. Şübhəsiz ki, mətbuat xidmətinin rəhbəri baş verən hər hansı hadisə ilə bağlı operativ cavab verməyə də hazır olmalıdır. Nə qədər peşəkar, işini bilən şəxs olsan sənin cavabın təmsil etdiyin qurumun mövcud vəziyyətinə öz müsbət təsirini gösətrmiş olur. - Sizin və yaxud da sizdən inciyən jurnalistlər olubmu? -Mən Fövqəlada Hallar Nazirliyində mətbuat xidmətinin rəhbəri olan zaman bəzi həmkarlarım məni suallara cavab verməyən mətbuat xidmətinin rəhbəri hesab edirdi. Bəzi jurnalistlərin bu yanaşmasından isə heç zaman inciməmişəm. Onlar öz vəzifə borclarını yerinə yetiriblər. Zamanla məni də anlayıblar. Həmin jurnalistlərlə bu gün çox yaxşı münasibətimiz var. Bəzən olub ki, düzgün suallar ünvanlanmayıb. Hətta mənə sual veriblər ki, nazir işdədir? Mən bu suala necə cavab verməli idim axı? Nazirliyin fəaliyyətindən çox dedi qodulara, əsassız söz söhbətlərə münasibət bildirməyimi istəyirdilər. Mən də cavabsız qoyurdum. Rəsmi xəbərlər heç zaman ara söhbətlərinə əsaslana bilməz. Şər, böhtan, uydurma fikirlərə mətbuat katibi nə desin? - Son dövrlər dövlət qurumlarına mətbuat xidməti təyin olunanların bir çoxu məşhur aprıcılardır. Bu sizcə təsadüfdür? İstənilən rəhbər işi peşəkara həvalə etmək istəyir. Düşünürəm ki, hər işi öz bilicisinə tapşırmaq lazımdır. Eyni zamanda mətbuat katibinin jurnalistlərlə xoş dostluq münasibətləri varsa bu həm də onun təmsil etdiyi qurumun xeyrinədir. Reallıq budur ki, münasibətlər çox böyük rol oynayır. - Elə olubmu ki, televizyada işlədiyiniz zaman canlı yayımda çıxılmaz vəziyyətdə qalasınız? İnanın səmimiyyətimə heç zaman çıxılmaz vəziyyətdə qalmamışam. - Bu gün bir çox televiziya aparıcıları tənqid olunur. Siz hansı aparıcıların təqdim etdiyi verlişlərə baxırsınız? -Siz AzTV – də qulaq deşən səsə, səhv nitqə, insanda ikrah doğuracaq görüntüyə rast gələ bilməzsiniz. Orada hər şey yerindədir. AzTV – də səliqə, balans qorunur, peşəkarlıq öz sözünü deyir. Aparıcı efirə çıxan zaman tamaşaçı ilk öncə onu gözü ilə sevir. Qısa müddətdən sonra ona qulaq asmağa başlayır. Səslə görüntü üst-üstə düşmədikdə tamaşaçı kanalı dəyişir. Azərbaycanda özəl tv-rin yaranmasının kökündə AzTV dayanır. İstənilən kanalda Azərbaycan Televiziyasında illərlə zəhmət çəkmiş şəxslərə rast gələ bilərsiniz. AzTV böyük məktəbdir. Azərbaycan radiosu da həmçinin. Şübhəsiz ki, özəl tv hamısı bərbad vəziyyətdə deyil. Çox yaxşı aparıcılar, reportyorlar var. Sadəcə ad çəksəm inciyəcəklər. Amma təəssüf ki, tənqid ediləsi "aparıcılar" hələ ki, çoxluq təşkil edir. İndi bəziləri hesab edir ki, əgər aparıcıdırsa o reportyor kimi çalışmamalıdır. Yalnız xəbərləri, reportyorların çəkdiklərini arda arda düzüb təqdim etməlidir. Bu diktorluqdur. Aparıcılıq deyil. Hər aparıcı təqdim etdiyi xəbərin nədən bəhs etdiyini bilməlidir. Bilirsiz mən "Hər Gün" İnformasiya Proqramının, "Rəsmi Gün" verilişinin aparıcısı olmuşam. Biz efirə çıxacağımız gün ən azı 2 reportaj hazırlayırdıq. Çəkilişlər edirdik. Axşam da efirlə məşqul olurduq. Bundan əlavə, çəkilişdən qayıdıb materialları hazır edən həmkarlarımızın videolarını, müsahibələrini izləyirdik, montaj prosesinə baxırdıq. Ən yaxşı məqamları aparıcı sözü olaraq özümüz yazırdıq. Təqdim etdiyimiz videoxəbər də bizim özümüzün məhsulu kimi doğma olurdu. Tamaşaçı da hiss edirdi ki, təqdimat süni deyil. Efirə dəvət etdiyimiz qonaqla bağlı kifayət qədər məlumatlı olurduq. Qonağa demirdik ki, ürəyiniz nə istəyir danışın, sualları da siz müəyyən edin. Biz işimizə sevgi ilə və ən əsasə peşəkarların nəzarəti ilə yanaşmışıq. Hər gün efirimiz yazılırdı və efirdən sonra monitorinq edirdik. Səhvlərimizi düzəldirdik. Efirdə lüzumsuz jestlər etmək olmaz. Sənin jestin çərçivədən kənara çıxmamalıdır. Aparıcılar nitqlərində çox ciddi səhvlərə yol verirlər. Danışıq və yazılış, xəbərin dinamikası fərqldir. Vurğular yanlış deyilir. Məncə bütün bunlar zamanla təmizlənəcək. Efirə çıxan aparıcının ilk öncə özünə inamı olmalıdır. Bu gün sosial şəbəkələr televiziyanın işinə çox mənfi təsir göstərir. Tamaşaçısını əlindən alıb. İndi Tv lər də daha fərqli layihələrlə tamaşaçıları cəlb etməyə çalışırlar. Amma yenə də sosial şəbəkənin imkanlarından istifadə etməli olurlar. - Təbiətən necə insansınız? -Mən təbiətçə həssas, dostcanlı insanam. Ailəmə, övladlarıma və dostlarıma bağlı insanam. - Bağışlamağı və üzr istəməyi bacarırsınızmı? -Bağışlamağı bacarıram. Əgər səhv edirsənsə üzr istəməyi bacarmalısan. Amma elə bir addım atmalısan ki, üzr istəməli olmayasan. - Bəs Sirr saxlamağı? -Əlbəttə. - İnsanlar üçün önəmli olan Vicdan, əxlaq və ya hüquq normaları var. Sizcə insanlar şəxsi həyatında və ya xidməti fəaliyyətlərində hansını rəhbər tutmalıdır? -Vicdan çox önəmlidir. İnsanın vicdanı həm də onun əxlaqını formalaşdırır. Sən vicdanın səsinə qulaq asmasan həm qanunu, həm də əxlaq normalarını poza bilərsən. Vicdan həm də Allaha bağlılıqdır. Əgər sənin vicdanın olsa heç vaxt əxlaqsızlıq edə bilməzsən. Bu işdə ailə, mühit, tərbiyə də rol oynayır. - Tural bəy bilirik 2 oğlul bir qız atasısınız. Övladlarınızdan jurnalist və ya aparıcı olmaq istəyəni varmı? -Hələ bu barədə fikir söyləyə bilmərəm. Çünki övladlarımın ən böyüyünün 12, ən kiçiyinin isə 6 yaşı var. Heç vaxt onların ixtisas seçiminə qarışmayacam. Övladlarım hansı peşəni seçəcəklərsə istəyirəm ki, o sahənin peşəkarı olsunlar. Hesab edirəm ki, ən yaxşı kapital övladın təhsilinə qoyulan kapitaldır. Mənim bu gün istədiyim tək şey övladlarımı əxlaqlı, savadlı, vicdanlı və vətənə bağlı böyütməkdir. Övladlardan söz düşmüşkən deyim ki, atamın arzusuna uyğun olaraq böyük oğlum qardaşımın (Turxan), qardaşımın oğlu isə mənim (Tural) adımı daşıyır. - İşlərinizin çoxluğundan övladlarınızın incidiyi olubmu? İşlərim nə qədər gərgin və çox olsa da onları diqqətsiz qoymuram. Çünki çalışıram ki, övladlarımın hər anlarında yanlarında olum ki, məndən inciməsinlər. Çünki nə onlar nə də mən bir də bu yaşda olmayacağıq. - Boş vaxtlarınızı necə dəyərləndirirsiniz? -Boş vaxtlarımı mən uşaqlarımla, dostlarımla, əzizlərimlə dəyərləndirirəm. Amma əsas uşaqlardı. Mənim boş vaxtım ola və onu övladlarım bilməyə. Bu mümkünsüzdür.

    Ətraflı   15:49     14-Jan-2020     300
  • alternative title

    "Neftçi" üçün canımı belə qoymağa hazıram - Mamadu Kane ilə MÜSAHİBƏ

    "Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane klubun rəsmi saytına müsahibə verib. QALANEWS.COM saytının məlumatına görə, təlim-məşq toplanışını dəyərləndirən 22 yaşlı qvineyalı futbolçu onun üçün "Neftçi”də ən yaddaqalan hadisə ilə bağlı da danışıb. - Bu artıq sizin "Neftçi”nin heyətində qatıldığınız üçüncü təlim-məşq toplanışıdır. Təəssüratlarınız necədir? - Bundan əvvəlki toplanışların ikisi də fərqli olub. Hər iki hazırlıq prosesi yaxşı təşkil olunmuşdu. Hazırkı təlim-məşq toplanışımız da çox yaxşı davam edir. Toplanışdan-toplanışa daha da inkişaf etdiyimi hiss edirəm. - Artıq bir ildən çoxdur "Neftçi”dəsiz. Sizin üçün burada ən yaddaqalan hadisə hansı olub? - Mənim üçün "Neftçi”də bu günədək ən yaddaqalan hadisə Tula "Arsenal”ı ilə Avroliqa oyunlarıdır. Hər iki matçı yüksək səviyyədə keçirdik. Çox güclü rəqibə qarşı gözəl oyun nümayiş etdirərək qalib gəldik. Bu, mənim karyeramda ən yaddaqalan hadisə olub. Çünki özümü yaxşı tərəfdən göstərib, komandaya faydalı oldum ki, nəticədə növbəti mərhələyə adladıq. Bundan əlavə, "Qarabağ”la qolsuz heç-heçə ilə nəticələnmiş matçı da yaddaqalan hesab edirəm. Çox yaxşı oynamışdıq. Qalib gəlməsək də, qələbəyə layiq idik. - Adətən, deyirlər ki, toplanış çərçivəsində keçirilən sınaq matçlarındakı nəticələr vacib deyil. Bəs siz necə düşünürsüz? - Hazırda komanda şəklində toplanışdakı ilk yoxlama oyununa hazırlaşırıq. Çox şadam ki, bu hazırlıq yüksək əhval-ruhiyyədə keçir. Həm komanda yoldaşlarım, həm məşqçi heyəti, həm də klubda çalışanlar işlərinə çox yaxşı kökləniblər. Bu da məni çox sevindirir. Sınaq matçlarının hər biri bizim üçün çox vacibdir. Çünki belə oyunlarda səhvlərimiz üzə çıxır və onların üzərində işləyirik. Yoxlama görüşləri komanda halında inkişafımıza da fayda verir. - "Neftçi”yə gəldiyin ilk gündən azarkeşlər sənin komandadakı vəziyyətinlə maraqlanıblar. Onlara sözün varmı? Ümumiyyətlə, komandanın əsas üzvlərindən birinə çevriləcəyini təsəvvür edirdin? - "Neftçi” öz oyunumu Avropada göstərmək üçün mənə şərait yaratdı. Mənə inandıqları üçün əvvəlcə klub rəhbərliyinə, məşqçi heyətinə və komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki bunadək vətənimdən başqa ölkədə futbol oynamamışdım. Buna ilk dəfə "Neftçi” ilə nail oldum. Azarkeşlərə də xüsusi minnətdarlığımı bildirirəm. Onların dəstəyini daim hiss etmişəm. Fanatlarımız hər oyunda həm komandanı, həm də məni dəstəkləyiblər. Bu məni həm çox sevindirir, həm də daha yaxşı oynamaq üçün ürəkləndirir. "Neftçi”nin layiq olduğu yerə yüksəlməsi üçün canımı belə qoymağa hazıram. Azarkeşlərimizin də dəstəyi ilə buna nail olmağa çalışacağıq.

    Ətraflı   14:18     14-Jan-2020     305
  • alternative title

    "Mənim ən bahalı saatımın qiyməti 1500 manatdır"- Millət vəkili ilə SƏMİMİ SÖHBƏT

    Deputat deputat Nəsib Məhəməliyev QALANEWS-un suallarını cavablandırıb. -Nəsib bəy bilirsiniz ki, ötən ilin noyabrında itkin düşən Nərmin Hüseynovanın cəsədi yanvarın 6-da evlərinin qarşısına atılaraq yandırılıb. Təəssüf ki, son dövrlər az yaşlılara qarşı zorakılıq halları artıb. Yeni formalaşacaq Milli Məclis azyaşlılara hər hansı cinayət törədənlərə qarşı cəzaları sərtləşdirə bilərmi? - Zamana və gedən proseslərə uyğun olaraq qanunlar da dəyişdirilir, təkminləşdirilir. Dövlətin və xalqın mənafeyinə uyğun olaraq yeniləri qəbul edilir. Bu hər zaman belə olub. Bilirsiniz ki, bıçaqla törədilən silsilə hadisələrlə bağlı Milli Məclisin plenar iclasında bu cinayətlərə görə cəzanın sərtləşdirilməsi təklifi ilə çıxış etmişəm. Düşünürəm ki, gələcəkdə bu tipli cinayətlərin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi üçün cəzalar sərtləşdirilməlidir. 10 yaşlı Nərminin başına gətirilən bu cinayət hər bir normal təfəkkürə sahib olan insanı şoka saldı. Hesab edirəm ki, bu tipli cinayətlərə görə cəzalar daha da sərtləşdirilməlidir. Növbəti formalaşacaq Milli Məclisdə hesab edirəm ki, millət vəkilləri bu məsələyə qayıda bilər. -2019-cu ildə hər kəsin yaddaşında islahatlar ili kimi yadda qaldı. Cənab prezidentimiz tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması üçün çox ciddi addımlar atıldı. Bu islahatlar 2020-ci ildə də davam edəcəkmi? -2019-cu ilin əvvəlində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi iki sosial paket nəticəsində minumum əmək haqqları, pensiyalar və müavinətlar artırıldı. Qeyd edim ki, minumum əmək haqlarının qaldırılması yalnız dövlət müəssisələrində çalışanlara deyil, həm də özəl sektorda işləyənlərin maaşlarına da təsir etdi. Bütövlükdə 4.2 milyon əhalini əhatə edəcək paketlər qəbul olundu. Təbii ki, bu tədbirlər hər bir azərbaycanlı ailəsinə müsbət təsir göstərdi. Bu proses davam edir. Xalqımız bu qərarları çox yüksək səviyyədə qiymətləndirdi. Dövlətmizdə gedən ictimai, siyasi proseslər də gəstərdi ki, xalq cənab prezidentimizin siyasətini tam dəstəkləyir və alqışlayır. Cənab prezident iqtisadi blokun rəhbərləri ilə keçirdiyi müşavirədə növbəti illərdə də sosial islahatların aparılacağı anaonsunu verdi. Təbii ki, bu bütövlükdə dövlətin apardığı sosial siyasətin nəticəsidir. Hörmətli Mehriban xanım Əliyeva Birinci Vitse-Prezident təyin olunduqdan sonra bilavasitə sosial sahəyə rəhbərlik etməyə başladı. Çox böyük rəqəmlərlə əhatə olunan sosial layihələr icra olundu. Minlərlə qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin edildi. Onların mənzil şəraitinin yaxşılaşdırılması xalqımız tərəfindən alqışlandı. Eyni zamanda Qarabağ əlilləri və şəhid ailələri minlərlə avtomobillə təmin edildi və birdəfəlik 11 min manat yardım verildi. Ərazilərimizin bütövlüyü uğrunda vuruşmuş insanların müalicəsi dövlət tərəfindən həm ölkə daxilində, həm də xaricdə aparıldı. Təbii ki, görülən bu işlər hər bir azərbaycanlının ürəyincədir. - Təəssüf ki, maaş və pensiya artan kimi bəzi işbazlar bazarlarda qiyməti artırırlar. Bu da haqlı olaraq narazıçılğa səbəb olur? Həmin işbazlara qarşı tədbirlər görülməlidir? -Cənab prezidentin bununla bağlı çox ciddi tapşırığı var. O, hər zaman vurğulayıb ki, artırılan əmək haqqları, pensiyalar və müavinatlar infilasiyaya qurban verilməməlidir. Süni qiymət artımının qarşısı mütləq şəkildə alınmalıdır. Qiymətlər bazar iqtisadiyyatına uyğun şəkildə formalaşmalıdır. Çünki dövlət əsasən sahibkarlıqlarla bağlı məsələlərə o qədər də müdaxilələr etmir. Ancaq qanuni yollarla süni qiymət artımının haqsız rəqabətin aradan qaldırılması üçün dövlət tənzimləmə prosesini həyata keçirir. Düzdür, müəyyən vaxtlarda bundan sui-istifadə edən işbazlar olur. Onlar da tam nəzarətdədir. Artıq bəzi istehlak malları əvvəlki qiymətindən də aşağı satılır. Biz bir dəfə monitorinq keçirmişdik. Gördük ki, bir çox məhsullar cənab Prezidentin tapşırığı ilə əvvəlkindən də ucuz qiymətə əhaliyə təklif edilir. Yəni dövlət imkan vermir ki, süni şəkildə qiymətlər qaldırılsın. Ənənəvi bazarlardan əlavə yaradılmış yarmarkalar da bu məqsədi daşıyır. - Bilirsiniz ki, 2018-ci ildən başlayaraq cənab Prezidentimiz tərəfindən köklü struktur islahatları aparılmaqdadır. Gəncləşmə siyasəti ölkəmizə nələri qazandıracaq? -Ümumiyyətlə bütün sahələrdə nəsillərin əvvəzlənməsi prosesi təbii yolla getməlidir. Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yaşlı nəsilin gedib, gənclərin gəlməli olduğu ilə bağlı fikirlərə rast gəlirik. Bu mövzu süni şəkildə gündəmdə saxlanılır. Ancaq aparılan islahatlar təkamül yolu ilə aparılmalı və hədəflər düzgün seçilməlidir. Yəni, kampaniya xarakterli olmamalıdır. Uzun illər dövlət idarəetmə sistemində çalışmış 65-70 yaşında insan həyatının müdriklik dövrünü yaşayır. Müəyyən həyat təcrübəsi var. Belə insanlar gənclərə örnək olmalıdır. Bu insanların kütləvi şəkildən işdən atılması təbii ki, ümimi işə zərər ola bilər. Gənclərin yetişdirilməsi də təkamül yolu ilə aparılmalıdır. Yəni, mərhələli şəkildə olmalıdır. Təxminən 3 il bundan öncə Milli Məclisdə respublika üzrə kadr bankının yaradılması ilə bağlı təkliflə çıxış etmişdim. Çox yaxşı oldu ki, cənab Prezident kadr bankının yaradılması ilə bağlı sərəncam verdi. Bu sahədə iş aparılır. Son dövrlər gənclər məsul vəzifələrlə irəli çəkilirlər. Bir çox hallarda da vəzifəyə təyin olunan gənclər özlərini doğruldurlar. Gənclik müasir dövrdə baş verən prosesləri operativ şəkildə dərk edir, görür və müsbət olanları, rəhbərlik etdiyi sahələrədə tədbiq edir. İnsanlar səhv etdikcə yetişir, kamilləşir və ən önəmlisi isə peşəkarlaşaraq dövlətinə, xalqına xidmət edir. Bu normaldır. Bu sahədə cənab Prezidentin apardığı siyasət hesab edirəm ki, gələcəyə hesablanmış addımdır. Gələcək gənclərindir. Bu dövləti gənclər idarə etməlidir. - Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs edilib. Bu həbs az da olsa insanları incidən vəzifəsindən sui-istifadə edən məmurlara dərs olacaqmı? Başqa hansı İcra başçıların işdən çıxarılması gözlənilir? - Mütləq dərs olacaq. Mən də uzun illər İcra başçısı işləmişəm. Bu hal dövlətçiliyimizə, xalqımıza təhqir və ləkədir. Sosial baxımdan imkansız ailələrin normal yaşaması üçün prezidentin humanistliyi ilə verilən müavinətın imkanlı məmurlar tərəfindən mənimsənilməsi ləkə olmaqla yanaşı həm də ağır cinayətdir. Bu hadisə böyük siqnal oldu. Hesab edirəm ki, bir çox icra başçıları öz fəaliyyətlərinə fərqli yanaşacaqlar. Cənab prezident Yevlax və Xaçmaz rayonlarına icra başçısı təyin eləyəndə onların qarşısında bu məsələləri qoydu. Digər rəhbər işçiləri qəbul edəndə də cəmiyyətə mesaj verdi. Cənab prezidentin mesajı tək yeni təyin olunanlara deyildi. Bütün xalqa və digər struktur rəhbərlərinə, icra başçılarına idi. Təəssüf ki, bu insanlar köhnə əməllərindən əl çəkmədilər. Nəticəsi də çox ağır və biabırçı oldu. İcra başçılarının vəzifəyə təyin və azad olunması müstəsna olaraq Prezidentin səlahiyyətinə aiddir. Daha kimlərin azad olunması barədə heç nə deyə bilmərəm. -Cənab prezident hər zaman xalqla iç-içə olub. O, heç bir zaman xalqla görüşən zaman cangüdənlərini qabağa verməyib. Amma bəzi məmurlar və icra başçıları insanlarla görüşən zaman cangüdənlərini qabağa verərək insanların onlara yaxın durmasına icazə vermir. Bu nə qədər doğrudur? - Heç bir İcra başçısının, məmurun cangüdənə ehtiyacı yoxdur. Azərbaycanda ictimai-siyasi sabitlik təyin olunub. İnsanlar gecə-gündüz qorxmadan, sərbəst şəkildə gəzə bilirlər. 10 il bundan öncə məmurlardan biri məni şəhərdə gəzdiyimi görən zaman, niyə tək gəzdiyimi soruşmuşdu. Mən heç vaxt cangüdən gəzdirməyin tərəfdarı olmamışam. Məmur xalqdan ayrılmamalı, çəkinməməli və qorxmamalıdır. Hesab edirəm ki, məmurla vətəndaş arasında heç bir baryer olmamaldır. Əgər məmurlar və vətəndaşlar qanuna uyğun davransalar neqativ hallar baş verməz. Bu gün informasiya, komunikasiya, tenxologiya sahəsi o dərəcə də inkişaf edib ki, hər bir vətəndaşın evdə oturub məmura müraciət etmə imkanı olmalıdır. Bunun üçün də hər bir məmurun sosial şəbəkədə səhfəsi açıq olmalıdır. Hesab edirəm ki, bu məmur üçün də yaxşıdır. İnsanlar saatlarla icra hakimiyyətlərinin, məmurların qapısında dayanmamalıdır. Belə olan halda onlar bəzən qeyri-qanuni tələblər irəli sürürlər. Məmur və vətəndaş münasibətləri nə qədər şəffaf olarsa, cəmiyyət bundan müsbət enerji alar. -Bəzi məmurların övladları sosial şəbəkələrdə özlərin lüks həyatlarını nümayiş etdirirlər. Buna münasibətiniz necədir? - Məmur övladlarının ərköyün və lyuks həyatlarını sosial şəbəkələrdə nümayiş etdirmələri həmin ailələrdə verilmiş tərbiyə məsələsidir. Uşaqlıqdan tərbiyə o səviyyədə qurulmaldır ki, məmur övladı deməsin ki, mən flankəsin oğlu və ya qızıyam və xüsusi imtiyazlara malikəm. Bu qəti yolverilməzdir. Xoşbəxtəm ki, övladlarım bu düşüncə tərzindən qəti uzaqdırlar. Bizim ailədə heç vaxt fılankəsin övladı söhbəti olmayıb. Kimliyindən asılı olmayaq sosial məsuliyyəti aşağı olan insanları qəbul etmirəm. Məncə məmur övladları digərləri üçün yaxşı nümunə olmalıdır. Belə olarsa cəmiyyətdə mənəvi saflıq olar. -Nəsib bəy 2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmısınız. Həmin rayonların sakinləri daha çox sizə hansı problemlə bağlı müraciət edirdilər? -Yerli icra hakimiyyəti başçısı elə vəzifədir ki, cəmiyyətin bütün sahələrini əhatə edən strukturlarla işləyir və onları koordinasiya edir. Əvvəllər daha çox torpaq, əmlak, komunal qaz, işıq içməli su, tikinti maddi yardım və digər problemlərlə bağlı müraciətlər olurdu. Elə müraciətlər də olurdu ki, icra hakimiyyətinin səlahiyyətlərinə aid deyil. Belə olanda da aidiyyəti qurumlar qarşısında məsələləri qaldırırdıq. İşimizi mövcud qanunlara və sosial ədalət prinsiplərinə uyğun qururduq ki, vətəndaşlar dövlətdən narazı qalmasınlar. -Cəzalandırdığınız işçi olubmu? -Təbii ki, cəzalandırdığım işçilərim olub. Bunsuz olmaz. Amma kimi cəzalandırmışamsa onları səhv etdiklərinə inandırmışam. Əksəriyyəti qəbul edib ki, qanunu pozduqlarına və yaxud vəzifənin öhdəsindən gəlmədiklərinə görə işdən uzaqlaşdırılıblar. -Bəs deputatlığınız dövründə seçicilərinizin müraciətləri hansı istiqamətlərdədir? -Təəssüf ki, əhalidə deputatların vəzifəsi və öhdəlikləri ilə bağlı məlumat olduqca çox azdır. Düşünürlər ki, deputat yol çəkməli, körpü tikməli, məktəb və evlər təmir etməlidir. İmkanım daxilində hər zaman çalışmışam ki, mənə müraciət edən insanlara kömək edim. Yol, körpü, məktəb, xəstəxana, fərdi ev, uşaq bağçası, sahil bərkidici bəndlərin tikintisindən tutmuş, məscidlərin təmiri, bərpası, fasiləsiz elektrik enerjisinin verilməsi, təhsil haqqlarının ödənilməsi, cərrahiyyə əməliyyatları, içməli su, subartezian quyularının qazılması, işə düzəlmə, məhkəmə, maddi yardımlar, pensiya təminatı, əlillliyin müəyyən edilməsi, az təminatlı ailələrin uşaqlarına məktəbli formalarının verilməsi, sahibkarlıq, bank kreditləri və digər sahələrlə bağlı müraciətlər olmuşdur. - Elə olubmu ki, seçicilərinizin şikayəti ilə bağlı dövlət orqanlarına müraciət etmisiz, amma cavabsız qalıb? -Təəssüf ki, olub. Müəyyən məsələlərlə bağlı nazirlərə məktub yazmışam. Bəzi vaxtlarda heç bir reaksiya olmayıb və yaxud da cavab qane etməyib. Elə hal olub ki, nazirə müraciət etsəm də reaksiya olmayıb, sonra həmin problemləri Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi müşavirədə qaldırmışam. Bir müddət sonra cənab Prezident sərəncam verərək həmin problemləri həll edib. Bununla bağlı hətta sosial şəbəkədə də yazmışam. - Bir çox gənclər iddia edir ki, bölgələrdə iş yoxdur. Ona görə də iş üçün Bakıya üz tuturlar. Bu iddia nə qədər doğrudur? -Bu məsələyə birmənalı yanaşmaq doğru olmaz. Bazar iqtisadiyyatı şəraitində dövlətin əsas funksiyası vətəndaşlar üçün münbit şəraitin yaradılmasıdır. Gənclərin işlə təmin edilməsi məsələsi, onların savadından, peşəsindən, peşəkarlığından, əməksevərliyindən, öz üzərində çalışmasından, regionda və dünyada baş verən hadisələri qavrama qabiliyyətindən asılıdır. Azərbaycanın hər rayonunun özünə məxsus xüsusiyyətləri var. Çalışqan və əməksevər gənc özünə yol tapır. Balakən rayonunda yaşayan İbrahim adlı bir gənci "Facebook" vasitəsi ilə aşkar etdim. 25 yaşlı həmin gənc özünə 2 sayt açıb. Köməkçimə 3-4 ay bundan öncə tapşırdım ki, o gənci tapsın. O gənc çox gözəl proqramist, intellekt sahibidir. Təklif etdim ki, o buraya gəlib işləsin. Təşəkkür edib bildirdi ki, mən evdə oturmaqla ailəmi təmin edirəm. Bu gün qloballaşma o səviyyədə gedir ki, Balakən rayonunun ucqar kəndində oturub müxtəlif ölkələrlə əlaqə qurmaq mümkündür. Kənd təsərrüfatına cənab Prezident çox böyük diqqət ayırır. Subsidyalar verilir. İslahatlar nəticəsində o zamanlar ulu öndər Heydər Əliyev tərəfindən torpaqlar, əmlak insanlara pulsuz paylandı. Hazırda kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə pulsuz gübrələr paylanılır. Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət quluğu ilə bağlı tez-tez müsabiqələr keçirilir. Əmək bazarına minlərlə vakant yerlər çıxarılır. Sadəcə gənclərə öz üzərlərində işləyərək biliklərini artırmaq lazımdır. Çox təəssüf ki, bəzi gənclər sosial şəbəkələrin verdiyi imkandan lazımsız istiqamətdə istifadə edirlər. Bəziləri hətta uğur qazanan insanlara qarayaxmaqla məşğuldurlar. Bu gün gənclər istənilən kənddə oturub distand təhsili ala bilərlər. Əgər gənc özünü həyata hazırlayırsa, ciddidirsə, qarşsına qoyduğu məqsədə nail olmağa çalışırsa o heç vaxt işsiz qalmayacaq. İşləmək istəyənə hər yerdə iş var. Olduqca aktual bir məsələni də vurğulamaq istərdim. Bir çox gənclər peşə seçimlərində yanlışlığa yol verərək, fərqinə varmadan nəyin bahasına olur olsun, ali təhsil almaq üçün zərurət olmayan ixtisas seçirlər. Nəticədə aldıqları ixtisasa uyğun iş tapmaq çətin olur. Çox yaxşı olar ki, gənclər ixtisas seçimində müasir dövrün tələblərini dərk etsinlər. Təhsil aldıqdan sonra bilikləri həyatda tətbiq edə bilsinlər. -Bəzi deputatlar jurnalistlərlə əməkdaşlıqdan qaçır. Sizcə, bu nədən qaynaqlanır? - Hesab edirəm ki, istənilən ictimai, siyasi cəhətdən üzdə olan insan mətbuata açıq olmalıdır. Tam məsuliyyətlə deyə bilərəm ki, bu günə kimi heç bir jurnalistin sualından qaçmamışam. Yaxşı olar ki, jurnalist verdiyi sualın mahiyyətini dərk etsin. Kiminsə sifarişi, yaxud tapşırığı ilə deyil, daha çox cəmiyyəti maarifləndirən və məlumatlandıran suallar versin. Deputat və digər şəxslərin verəcəyi cavabın cəmiyyət üçün bir xeyri olmaldır. -Nəsib bəy bilirik ki, gərgin iş rejimində çalışırsınız. Övladlarınızın sizdən incidiyi vaxtlar olubmu? -Bizim ailədə heç bir zaman belə bir şey olmayıb. Onlar işimə anlayışlı yanaşıblar. Bəzən olub ki, gecə saat 1-ə kimi işləyib, səhər yenidən işə qayıtmışıq. Ailədə hamı anlayışlı olub. Amma hər zaman çalışmışam ki, işim nə qədər çox olsa da ailəmə və övladlarıma zaman ayırıb, onların tərbiyyəsi ilə məşğul olum. -Bəs övladlarınızın ixtisas seçiminə təsir etmisinizmi? -Mənim 2 oğlum, bir qızım var. Bir dəfə cəhd etdim ki, qızımın ixtisas seçiminə təsir edim. Amma sonra anladım ki, səhv edirəm. Bizim ailədə çox demokratik mühit var. Ailə qurmaq, ixtisas seçimi və harda işləmələri ilə bağlı mən onlara ancaq məsləhət verə bilərəm. Düşünürəm ki, hər kəs öz həyatını yaşayır və kiminsə şəxsi həyatına müdaxilə etmək xasiyyətimə ziddir. - Ən bahalı saatınızın neçədir? - Mənim ən bahalı saatım 1500 manat olub. O saatı da mənə hədiyyə ediblər. - Asudə vaxtınızı necə keçirirsiniz? -Dostlarla görüşməyi, idmanla məşğul olmağı, kitab oxumağı, xizək sürməyi, tüfəng atmağı sevirəm. Əvvəllər tez-tez qolf oynayırdım. Arada özüm üçün şəkillər çəkirəm. Vaxt tapdıqca ingilis dilini öyrənirəm.

    Ətraflı   15:54     13-Jan-2020     1121
  • alternative title

    M.Əliyev: Ordu quruculuğu məsələləri Prezident, Ali Baş Komandan İlham Əliyevin ciddi nəzarətindədir

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev son illərdə ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin, şəxsi heyətinin peşəkarlığının və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə QALANEWS-a müsahibə verib. Müsahibəni təqdim edirik. – Əvvəlcə, Sizi yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Zəhmət olmasa, əmək fəaliyyətiniz barədə qısaca məlumat verərdiniz. – Xoş sözlərə görə Sizə təşəkkür edirəm. Xidməti fəaliyyətim haqqında geniş danışmağa ehtiyac görmürəm. Lakin oxucuların marağını nəzərə alaraq, məlumat vermək istərdim ki, 1973-cü ildən 2007-ci ilədək polis orqanlarında xidmət etmişəm, Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon polis idarələrində rəhbər vəzifələrdə çalışmışam. 1993-cü ildən 2007-ci ilədək Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişəm. 2007-2011-ci illərdə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışam. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, 2017-ci ildə Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini vəzifələrinə təyin edilmişəm. Cari il noyabrın 29-da Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşam və mənə “general-polkovnik” ali hərbi rütbəsi verilib. Onu da qeyd etmək istərdim ki, bu illər ərzində hansı sahədə çalışmağımdan asılı olmayaraq, dövlətçiliyimizin möhkəmlənməsi üçün bilik və bacarığımı əsirgəməmiş, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən hər zaman qürur duymuşam. – Bu vəzifəyə təyin edilərkən Silahlı Qüvvələrin Ali Baş Komandanı qarşınızda hansı tapşırıqları qoyub? - Öncə qeyd etdiyim kimi, Ali Baş Komandanın mənə göstərdiyi etimadı doğrultmağı özüm üçün ən vacib vəzifə hesab edirəm. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçularla son görüşlərinin birində qeyd etdiyi kimi, “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır... Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”. Ali Baş Komandanın bu sözləri Silahlı Qüvvələrimizin inkişafının və möhkəmlənməsinin əsas istiqamətlərini və hədəflərini tam ifadə edib. Bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, qüdrətli ordu quruculuğunun həyata keçirilməsi, müdafiə sənayesinin genişləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsal edilməsi, Azərbaycan Ordusu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yüksəldilməsi kimi tapşırıqlar durur. Son illər ərzində Silahlı Qüvvələrdə bu istiqamətdə çox ciddi və əhəmiyyətli işlər görülüb, müdafiə qabiliyyətimizin artırılması, şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, yeni hərbi hissə komplekslərinin istifadəyə verilməsi, hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması sahəsində böyük nailiyyətlər əldə olunub. 2016-cı ilin aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində əldə olunmuş Günnüt zəfəri, həmçinin Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda Babakar istiqamətində əldə etdikləri ciddi uğurlar Silahlı Qüvvələrimizin real qüdrətinin mühüm nümayişi olubdur. Hesab edirəm ki, bundan sonra da bu işlər daha yüksək müstəvidə davam etdiriləcək, Ali Baş Komandanımızın hər bir əmrini icra etmək üçün Silahlı Qüvvələrimizin daimi döyüş hazırlığı tam təmin olunacaqdır. – Xidməti fəaliyyətinizə başladıqdan sonra hansı qurumlarla görüş keçirmisiniz? – Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin illik hesabat müşavirəsində iştirak etmişəm. Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətini komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev geniş məzmunlu hesabat məruzəsi ilə çıxış edib. Müşavirədə dövlət sərhədlərinin etibarlı mühafizəsi, dəniz sərhədlərinin təhlükəsizliyinin və sərhəd sularında sərhədboyu rejimin təmin edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində effektiv sərhəd nəzarətinin həyata keçirilməsi, hərbi hissə və birləşmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində görülmüş işlər təhlil olunub, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi tədbirləri geniş müzakirə edilib. Qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan Ordusu ilə bərabər Dövlət Sərhəd Xidmətində ciddi inkişaf prosesləri həyata keçirilib, struktur islahatları aparılıb, peşəkar sərhədçi kadrların hazırlanması, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizə imkanlarının genişləndirilməsi, dənizdə sərhəd təhlükəsizliyinin təminatı və karbohidrogen ehtiyatlarının hasilatı və daşınması infrastrukturun mühafizəsi, çevik qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir silah və döyüş texnikası ilə təmin edilməsi, sərhəd keçid məntəqələrində sərhədkeçmə prosedurlarının sürətləndirilməsi istiqamətlərində önəmli nailiyyətlər əldə olunub. Eyni zamanda, hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Ermənistan Respublikası ilə dövlət sərhəd xəttinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin müdafiə və mühafizə altına götürülməsi hesabat ili ərzində Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti üçün ən vacib hadisə olub. Azərbaycan sərhədçiləri Ali Baş Komandanın bu tapşırığını böyük ruh yüksəkliyi ilə icra etmiş və təmas xəttində ciddi uğurlar əldə ediblər. – Dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının inzibati ərazilərindən keçən hissəsinin mühafizəsinin Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi məsələsinə münasibətinizi bilmək maraqlı olardı. – Qeyd etdiyiniz istiqamətdə dövlət sərhədinin keçdiyi təmas xəttində xidməti-döyüş fəaliyyətinin həyata keçirilməsi vəzifəsinin Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəbul olunub. Ali Baş Komandanın qərarı isə müzakirə edilmir, mütləq qaydada icra olunur. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi ilə Azərbaycan sərhədlərinin tam mühafizə altına götürülməsinin, yəni, işğaldan azad edəcəyimiz Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən keçən Azərbaycan–Ermənistan dövlət sərhəd xəttində, həmçinin Fizuli, Cəbrayıl və Zəngilan rayonları ərazisindən keçən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsində üçrəngli dövlət bayrağımızın ucaldılması prosesinə başlanılıb. Həmçinin bu qərar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəlib. Bu istiqamətdə görülən bütün işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarətindədir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində “Qazax” əlahiddə sərhəd diviziyasının yaradılması isə bu sahəyə verilən önəmin daha bir göstəricisidir. Hazırda Qazax və Ağstafa rayonları ərazisində dövlət sərhədinin müdafiəsi və mühafizəsinin təşkili, müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması istiqamətində mühüm işlər görülür. Hesabat müşavirəsində bu işlər ətraflı müzakirə olunub, həmçinin ictimaiyyətə bu barədə geniş məlumat verilib. Təkcə onu qeyd etmək kifayətdir ki, çox qısa müddət ərzində bütün sərhəd döyüş məntəqələri tam yenidən inşa olunub, 3 yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün yeni təhlükəsiz sədlər və yollar salınıb, şəxsi heyətin xidməti və yaşayış şəraitinin yaxşılaşdırılması üzrə ciddi işlər görülüb. Düşmən təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 kilometr məsafədə irəli çəkilməsinə, nəticədə Gürcüstandan Ermənistana gedən qaz xəttinin, həmçinin qaz kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub. Həmçinin qeyd etməliyəm ki, “Qazax” əlahiddə sərhəd diviziyasında həyata keçirilən təmir-tikinti işlərinə baxış keçirmək, şəxsi heyət üçün yaradılan şərait və xidmətin xüsusiyyətləri ilə tanış olmaq məqsədilə Hərbi məsələlər şöbəsinin bir qrup əməkdaşları dəfələrlə həmin əraziyə ezam olunublar. Bütün bu istiqamətdə görülən müsbət işlər Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə olunub. – Sonda bir hərbi qulluqçu kimi Silahlı Qüvvələrə nə arzu edərdiniz? – Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsin heyətini, onların ailə üzvlərini və yaxınlarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında böyük qələbə sevincini yaşamalarını arzulayıram.

    Ətraflı   10:29     13-Jan-2020     1778
  • alternative title

    “Ermənilər onun başına 50 min dollar pul qoymuşdular” - Şəhid Rövşən Camalovun SON GÜNÜ

    Qalanews saytında şəhidlərimizlə bağlı olan “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır. Rubrikanın növbəti təqdimatı Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Camalova həsr olunur. Məlumdur ki, Birinci Qarabağ Müharibəsi zamanı insanların mobil telefondan aktiv istifadəsi yox idi. Həmin dövrlərdə əsgərlər ailələri ilə məktub vasitəsi ilə əlaqə saxlayıb, amma bəzən bu belə mümkün olmayıb. Məhz buna görə də Rövşən Camalovun son günü, ailəsi ilə son xatirələrindən danışacağıq. Rövşən Saleh oğlu Camalov 1973-cü ildə Ağdam rayonu, seyidli kəndində anadan olub. Seyidli kənd orta məktəbini bitirdikdən sonra Ağdam peşə məktəbinə qəbul olub. O, Qarabağda baş verən hadisələrə biganə qala bilmədiyi üçün təhsilini yarımçıq qoyub canından artıq sevdiyi vətəninin müdafiəsinə qalxıb. Rövşən Camalov Şelli kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq, yaralı döyüş yoldaşının həyatını xilas edə bilib. Rövşən yarası tam sağalmamış yenidən silahdaşlarının yanına qayıdıb, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edib. Rövşən Camalov 31 dekabr 1993-cü ildə Qaraqaşlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il fərmanı ilə Rövşən Camalov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Rövşən Camalovla bağlı suallarını şəhidin anası Fatma Camalova, qardaşı və eyni zamanda döyüş yoldaşı, hansı ki, o döyüşdə iki ayağını vətən uğrunda fəda edən Bəhruz Camalov cavablandırıb. Şəhidin anası Fatma xanım: “Rövşən 1973-cü ilin 31 mart tarixində anadan olub. Xasiyyətcə çox sakit uşaq idi, amma mənim sözümə baxmırdı. Qarabağ müharibəsi başlayanda Rövşən hələ məktəbli idi, 16 yaşındaydı. Uşaqlıqdan vətənə bağlı oğul olub. İndi də deyirəm, Rövşən mənim sözümə baxmadı. “Sənin yaşın müharibəyə düşmür, bala, getmə” dedim, sözümə qulaq asmadı. İkinci oğlum Bəhruz həmin ərəfələrdə Rusiyada yaşayırdı. Müharibənin başladığnı eşidən kimi ailəsini də götürüb bura gəldi. Bəhruz əslində vaxtında hərbi xidmətini başa vurmuşdu, amma yenə də müharibəyə yollandı”. 1992-ci ilin iyun ayı… Fatma xanım dərin yanğı hissi ilə ikinci oğlu Bəhruzun yaralandığı anları xatırlayır: “İyun ayının 13-də Bəhruz iki ayağından oldu, hospitalda yatırdı. Bəhruzdan sonra ürəyimə lap böyük qorxu düşdü. Dəfələrlə Rövşənə dedim ki, bala Vətən uğrunda bir balamın iki ayağını verdim, gəl mənə insaf elə, qayıt evinə. Deyirdi ki, ölənə qədər vuruşacam, ana! Mən belə dedikcə Rövşən evə heç gəlmirdi. Nə qədər özümə söz verirdim ki, Rövşən gələndə ağlamayım, amma özümü saxlaya bilmirdim”. Fatma ana o anları xatırladıqca dərin bir “ah” çəkib, özünə gəlməyə çalışırdı. Lakin iki ayağından olmuş Bəhruzunu, vətən yolunda şəhid verdiyi Rövşənin xatırladıqca, çəkdiyi “ah” sanki yeri-göyü inildədirdi. “Bəhruzun yaralanmasından bir ay keçməmiş Rövşən güllə yarasıyla “Semaşko” xəstəxanasına yatırıldı. Bəhruz onda Papanindəki Mərkəzi Hərbi Klinik Hospitalda yatırdı. Qızım “Semaşko” xəstəxanası ilə Papanindəki hospital arasında qalmışdı, gah Bəhruzun, gah da Rövşənin yanına gedirdi. İyul ayı idi…Güllə Rövşənin çənəsinin altından girib, yanağından çıxmışdı. Balam nə yemək yeyə, nə də su içə bilirdi. Rövşənə yeməyi, suyu boru vasitəsilə verirdik”. Rövşən Camalov döyüş yoldaşları arasında “Peka Rövşən” ləqəbi ilə tanınıb “Rövşənin evə gələndə üstündə gəzdirdiyi “Peka”nın (Pulemyot - red.) mərmi darağını əlimə alanda oturub zülm çəkərək ağlayır, “Ay bala, sən bunu üstündə necə daşıyırsan?” deyirdim. Deyilənə görə, ermənilər Rövşənin adını “Rembo” qoyublarmış. Döyüş yoldaşları isə ona “Peka Rövşən” deyiblər. Yoldaşlarından aldığım məlumata görə, ermənilər Rövşənin başına 50 min dollar pul qoyublar. Rövşən ermənilərin girov götürdüyü döyüş yoldaşı Fəxrəddin Abışovu 6 ay sonra erməni leytenantla dəyişdi. Hansı ki, həmin erməni leytnantı Rövşən vurmuşdu. Meyiti neytralda qalan ermənini nə bizimkilər, nə də düşmən götürə bilirdi. Lakin 3 gün sonra Rövşən həmin meyiti götürüb Fəxrəddinlə dəyişdi. Rövşən Fəxrəddini ermənilərin əlindən alan kimi aparıb evlərinə özü təhvil verdi”. Rövşən Camalovun qardaşı və çiyin-çiyinə vuruşduğu döyüş yoldaşı Bəhruz Camalov: “Rövşən xaraktercə çox sakit idi, lakin döyüşdə onu görənlər sakit olduğuna inanmazdı. 1992-ci ildə; müharibənin ən qızğın vaxtlarında Rövşəngilin dəstəsi erməninin Xoranbot kəndini almışdılar. Lakin 3 gün sonra ermənilər ora hücum etdilər”. Rövşən həmişə canından əvvəl, vətənini düşünüb. Çənə sümüyündən güllə yarası aldığı vaxt o, xəstəxanada qala bilmir, tək düşündüyü müharibəyə getmək idi. 1993-cü ilin may ayında rayonumuzun Abdal-Gülablı və digər kəndlərinin alındığını eşidən kimi Rövşən müalicəsini yarımçıq qoyub döyüşə yollandı. Döyüşdə Rövşənin yoldaşlarından biri mərmi darağına ilişib, vurulubmuş. Rövşən mərmi darağını açıb yoldaşını çıxarmaq istəyəndə düşmən mərmisinə tuş gəlib”. Şəhidin anası: “Rövşən şəhid düşəndə bizim xəbərimiz yox idi. Döyüş yoldaşları Rövşənin nəşini çiyinlərində küçədə gəzdiriblər, lakin ailəsinin harda məskunlaşdığından xəbərsiz olublar. Səhərə yaxın bildim ki, balam şəhid düşüb”. Şəhid Rövşən Camalov 31 mart Soyqırım günü doğulub, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü şəhid olub. Ürəyindəki yanğı səsindəki titrəmədən hiss olunan Fatma ana oğluna Milli Qəhrəman adı verilmədiyi üçün məyusluğunu gözlərindəki yaşla bəlli etsə də, məğrurcasına “mənim oğlum xalqın qəhrəmanıdır” deyir. “1994-cü ildə Ümumilli liderimiz Heydər Əliyev mənə dedi ki, Ağdam alınanda oğluna Milli Qəhrəman adı veriləcək. Mən və həyat yoldaşım hazırda Bərdədə Pambıqçılıq Texnikomu yataqxanasında yaşayır”. Fatma xanım Rövşən Camalovun evdə həvəskar olaraq istifadə etdiyi nağarasından tutmuş, bütün şəkillərinə qədər hər şeyini Bakının Tarix muzeyinə verib. “Onsuz mənim daimi yaşanılacaq evim-eşiyim yoxdur. Ona görə də Rövşənə aid hər şeyi muzeyə verməyi məntiqli hesab etdim”.

    Ətraflı   12:26     09-Jan-2020     337
  • alternative title

    Sərdar Cəlaloğlu: Tapşırıqları Əli Həsənovdan alırdım

    Azərbaycan Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov uzun illər ərzində fəaliyyətimlə bağlı tezislər, tapşırıqlar ötürürdü. Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. O uzun illər bu fəaliyyətin gizlin saxlanılmasının da səbəbini açıqlayıb: "Bir partiya funksioneri kimi Əli Həsənovun müvafiq tapşırıq və tövsiyyələri ilə bizim fəaliyyətimizi istiqamətləndirib. Bir çox vaxt ölkədə baş verən bəzi hadisələrə radikal mövqe nümayiş etdirmək üçün məhz mən seçilirdim. Çünki, bu işdə daha çox fəallıqla fərqlənmişəm. İndiki halda bunu o səbəbdən açıqlayıram ki, artıq əvvəlki sistemlə işləməyə ehtiyac yoxdur, mənə də həmin tezislər daha gəlmir". Partiya sədri bu məsələləri çoxdan açıqlamaq istədiyini vurğulayıb. Sərdar Cəlaloğlu əlavə edib: "Əvvəl də bunu açıqlamaq istəmişəm, amma müvafiq şöbənin fəaliyyətinə kölgə düşəcəyindən ehtiyyat edirdim. İndi isə artıq Administrasiyada həmin şöbə ləğv olunub, açıq şəkildə bəyan etmək mümkündür. Kimsə Əli Həsənovun sosial şəbəkədə trolu funksiyasını yerinə yetirirdi, qardaşım Qurban Məmmədov xaricdən bu işə dəstək verirdi, mən isə birbaşa aktual məsələlərə şərh bildirməklə öz funksiyamı yerinə yetirmişəm və bunu deməkdən çəkinmirəm".

    Ətraflı   12:46     07-Jan-2020     577
  • alternative title

    Rəqqasə Renka: "Uşaqlarıma deyirəm ki, evə yeni "papa" gətirəcəm"

    Oriental rəqslərin ifaçısı, rəqqasə Rəna Ağamuradovanın (Renka) müsahibəsini təqdim edir: - Boxçanızda gizlətdiyiniz yeni layihənizi tamaşaçılar nə zaman görəcək? - Çox maraqlı bir klip gəlir. Bir az açıq-saçıq olacaq. İndiyə kimi kliplərimdə o qədər də açıq-saçıqlığa yol verməmişəm. Klipi Bakıda çəkməyəcəyik. Qeyri-adi bir məkanda lentə alacağıq. - Rusiyanın nəhəng ulduzlarının çəkildiyi "Jara" filmində epizodik rolda çıxış etdiniz. Həmin səhnəcik çox müzakirələrə səbəb oldu. O obraz da açıq-saçıq oldu. Rəna bu qədər açıq-saçıqlığa niyə can atır? - Kənardan çox ehtiraslı görünürəm. Adi həyatda isə çox sadəyəm, maraqlı da deyiləm. Aktrisa kimi işləsəm, mənə sırf açıq-saçıq rollar verərlər. Rola girdimsə, dərhal üz ifadəm dəyişir, oluram çox seksual bir xanım. Mənə deyirlər ki, "siz çox ehtiraslı qadınsınız". Cavab olaraq deyirəm ki, "Sizin məndən xəbəriniz yoxdur. Bütün günü yorğun, bitkin bir vəziyyətdəyəm". Filmlə bağlı kastinq keçirildi. Mən də yenicə "sinə əməliyyatı"ndan çıxmışdım. Daxil oldum kastinqə, üstündə "çupa-çups" sözü yazılan qısa "top" geyinmişdim. İçəri girən kimi, mənə dərhal dedilər ki, "Qəşəng çupa-çupslardır, götürürük". Çəkiliş o qədər peşəkar səviyyədə keçdi ki, böyük həzz aldım. - Keçirdiyiniz "mamoplastika", yəni sinə böyütmə əməliyyatı izləyicilər tərəfindən birmənalı qarşılanmadı. Onlar sizi tənqid etdilər. - Lazım oldu ki, elədim də, mənim işim budur. Mənim rəqs kostyumlarımı görmürsünüz? Deyim ki, sinəmi böyüdəndən sonra kənardan bu abartılı və ya vulqar görünür, xeyr. Bu əsla belə deyil. Normal görünür. Burnumu əməliyyat etdirəndə heç kimin xəbəri belə olmadı. Standart bir şey olmadı. - Hələ də bizim cəmiyyət "oriental" rəqqasələrin işinə dırnaqarası baxır və onları birmənalı qəbul etmirlər. Çox zaman isə sosial şəbəkə istifadəçiləri tənqidləri təhqirlərlə əvəz edirlər. Bütün bunlara Rəna necə sinə gərir? - Oynadığım oriental rəqsi hər zaman və hər yerdə qınanılır. Oriental qəlizdir. Ən böyük arzum bir ilə səhifəmi bağlamaq, heç bir sosial şəbəkədən istifadə etməməkdir. Düzdür, anlayıram ki, bunu edə bilməyəcəm. Çünki bu işlə pul qazanıram. Hələ tezdir bu işdən getmək. Amma yorulmuşam söz-söhbətlərdən, ardı-arası kəsilməyən telefon zənglərindən. İstəyirəm kənd yeri olsun, gedib orada heç olmasa bir ay dincəlim. Başqa bir baş və fikirlərlə yenidən qayıdım. Amma hələlik bütün bunlara dözürəm. Əvvəllər heç olmasa ağlayırdım, indi ağlaya da bilmirəm. Depressiya mənim hər zaman içimdədir. Heç kim mənim göz yaşlarımı silmir. Çünki heç kimin önündə ağlamıram. Gedirəm evə, ağlamalı hind filmini izləyib, gəşəng ağlayıb, sonra da özümə gəlirəm (gülür). - İki övladınız var. Hər ikisi orta məktəbdə təhsil alır. Sinif yoldaşları onların analarının rəqqasə Renka olduğunu bilirlər? Təhsil ocağında buna görə uşaqlarınıza qarşı hər hansı təzyiqlər olur? - Yolda durmamışam ki... Oynayıram da. Niyə hamıya bu qədər maraqlıdır ki, uşaqlarım mənə görə xəcalət çəkir, utanır, ya yox? Niyə? Mən özümü satıram? Neyləyirəm axı? Rəqs edirəm də... Mən sevirəm öz işimi. Bu işlə də pul qazanıb, evimə çörək aparıram. Uşaqlarım mənimlə fəxr edir. Hər zaman onların özlərinə də deyirəm, kimsə sizə nəsə desə, mənə zəng vurun, ona özüm başa salaram. Onların oxuduğu sinifdə hamı məni çox istəyir. Məktəblərinə gedəndə, hamı mənimlə şəkil çəkdirir. Uşaqlarıma yaxın gələni "yaşatmaram". İstəyir analı-atalı olsun. "Yaşatmaram", pis günə qoyaram. Mən uşaqlarıma həm atalıq, həm də analıq edirəm. Sevgim o qədərdir ki, onların hər ikisinə bəs edir. Hamı məni işimə görə tənqid edir. Amma mən bir gün evə pul aparmayanda başıma hava gəlir. Çox qorxuram. Səhərə kimi gözümə yuxu getmir. Yanımda heç kim yoxdur. Bu rəqsdən getdikdən sonra da kim yanımda olmayacaq. Heç kim də qapımı döyüb, deməyəcək ki, "bəlkə, sənə nəsə lazımdır?". Bir ay "Instagram"dakı səhifəmi bağlayım, heç kimin yadına belə düşməyəcəm. Hərdən bir uşaqlarıma deyirəm ki, evə yeni "papa" gətirəcəm. Mənə qəribə baxışlarla baxıb, "Bizdə sənin bu sözlərinə inandıq" deyirlər. Hər zaman belə zarafatlaşıram. Mən bundan sonra ailə həyatı qurmağı düşünmürəm də. Bu gün-sabah oğlum evlənəcək. Gedim ailə həyatı qurum, uşaq dünyaya gətirim. Vay-vay, biabırçılıq. Mən rəqqasəyəm, kim mənimlə ailə həyatı qurar? Kefdən danışırsınız (gülür). Mentalitet var. Kişilər mənimlə nəinki evlənmək, hətta münasibət belə qurmaq istəmirlər. Mənə heç nə lazım deyil, sadəcə qayğı istəyirəm. Kişilər ağıllı qadınlardan qorxurlar. Onlara zəif, sözlərinə qulaq asan qadın lazımdır. Mən "yekəbaşam". Heç kimin sözü ilə oturub-duran deyiləm. Mən öz bildiyimi edirəm. Çox sərt və kobud insanam. Çox pis cavab qaytarıram. Heç kimdə də günah axtarmıram. Günahı yalnız özümdə görürəm. Normal münasibət qura bilmirəm. Hər şey ehtiras üzərində deyil, sevgi, qayğı, hörmət üstündə qurulmalıdır. Sevgili tapan kimi sənə dərhal xəbər verəcəm. Gəlib məndən müsahibə alarsan (gülür). Amma olmayacaq, heç o barədə düşünmürəm də. Bir də görürsən ki, yazırlar "Gəl gedək kinoya". Cavab verirəm ki, "gecə saat 12-yə kimi banketdəyəm". Mən belə kimə maraqlıyam? Mənim işim budur. Kiməsə görə işimdən qalası deyiləm".

    Ətraflı   15:33     04-Jan-2020     4482
  • alternative title

    “4-cü sinifdə xoşuma gəldi, bunu özünə 10-cu sinifdə dedim” - Səfir Hidayət Orucovla MÜSAHİBƏ

    Jurnalist Səfurə Çərkəzqızının şair və dramaturq, nasir və publisist, tərcüməçi, Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Hidayət Orucovdan aldığı müsahibəni təqdim edir. Jurnalistin arxivində yer alan bu müsahibə ilk dəfədir internet mediada yayımlanır. *** “Anam hələ də mənə sirr kimi qalır” Açığı, dövlət məmurlarının o qədər də həvəsi olmayan bu söhbətçün Hidayət Orucovu seçməyimin əsas səbəbi qələm əhli olmağıydı. “Mütləq, dil taparıq” –dedim. Tapdıq da. Amma... Bəzən söhbətimizin hərlənib-fırlanıb yenə çərçivəyə girməsi ya iş otağının ab-havasından, ya da müsahibimin daha çox rəsmi adam olmağından qaynaqlanırdı. Əlbəttə, onunçün sözlərin ütüsünü pozmaq biz bildiyimiz qədər də asan iş deyil. Beləcə, yazını qənşərinizə çıxarmaq, dada-tama gətirməkçün istiotunu, duzunu qatmaq mənim boynuma düşdü... - Hidayət müəllim, uşaqlığınız yadınızdadı? Deyəsən, sualımdan həm xoşhal oldu, həm də rahatsız. Dodağı qaçdı. Sonra ciyərdolusu köks ötürüb yerində qurcalandı. - Uşaqlığım maraqlı, itirilmiş, amma həmişə mənimlə olan dünyamdı. Təəssüf ki, o illəri nə publisist, nə də bədii yazılarımda verə bilmişəm. Nə vaxt olub, nə də... Əvvəllər heç maraqlanmırdım da. Amma zaman keçdikcə görürəm ki, bir insan kimi formalaşmağımda o dövrün rolu böyükdü. - Uşaqlıqda ən xırda detal, təsadüfi bir kəs belə həyatımızın səmtini dəyişə bilir. Biri dağ başında quzu otarmağın “bəlasına” düşüb şair olur, biri... - Quzu otarmaqdan da, fəhlə işləməkdən də, ot biçməkdən də təsirlənmişəm. Daha geniş mənada götürəndə o təbiət, tarixi incilər, hadisələr, canlı insanlar- hamısı mənim mən olmağıma səbəbdi. Amma hamıdan, hər şeydən daha çox məni anam heyrətləndirib. Ağlıyla, hadisələrə düzgün qiymət verməyiylə, həm ata, həm ana olmağı bacarmağıyla. Anam hələ də mənə sehr, sirr kimi qalır. Savadsız bir insanda o qədər informasiya, düşüncə, dərinlik hardanıydı?! Atamı itirəndə heç birinci sinfə də getmirdim. O, bir yuxu kimi yadımda qalıb. Hətta bədii əsərlərimin birində yazmışam ki, kaş möcüzə baş verə, biz görüşək. Görəsən, mən onu tanıyaram? Əminəm ki, o tanıyar. - Uşaqlıqda heç döyülmüsüz? - Bir dəfə böyük qardaşım bərk əsəbiləşib, sillə vurub. - Bircə bu? - Başqa yadıma gəlmir. - Yəqin sözəbaxan olmusuz... - Nə sakitiydim, nə də dəcəl. - Uşaq vaxtı adam bəzən çox dəymədüşər olur. Kimsə xətrinə dəyəndə onu cəzalandırmaqçün evdən qaçıb getmək istəyir. Sizdə belə şeylər olub? - Həə, uşaqlarda olur belə şeylər. Amma mən evin sonbeşiyi olmuşam, hamının diqqəti məndəydi. Çox da küsəyən deyildim. Bircə dəfə küsmüşəm, düz 7 gün heç kimi danışdırmamışam. O vaxt oxuduğum məktəbin yataqxanasında qalırdım. Hər həftənin sonu evə gəlirdim. Ailəmizin maddi vəziyyəti ağır idi. Evdən təkid eləyirdilər ki, bir il məktəbdən ayrılıb işləyim. Gələn il qonşu kənddə orta məktəb açılacaq, ora gedim. Onda hamıdan küsdüm, həmin həftə acığımdan evə gəlmədim. - Yəqin ki, futbol oynamısız... - Futbol, voleybol, şahmat...Amma peşəkar futbolçu olmamışam. Orta məktəbdə voleybol yarışlarında oynamışam. - Uşaqlıqda məftildən araba düzəldib sürməmisiz? Gülür. Sonra düşünür. Bu dəfə, deyəsən, lap sarı simə toxundum. - Rəhmətlik İsa İsmayılzadənin bir şeiri var: Mənim oyuncağım olmayıb heç vaxt Hərdən kövrəkləşib uşaqlaşanda, Təmkindən, qürurdan, nə bilim, nədən, Bircə addımlığa uzaqlaşanda Özümə oyuncaq almağım gəlir... Mənim də uşaqlıqda bircə oyuncağım olub. Bacım almışdı. Yerində fırlanırdı. Sonra mən də qızıma həmin oyuncaqdan aldım. - Tələbəliyinizi necə xatırlayırsız? - Universitetin filologiya fakültəsində oxuyurdum, birinci kursdan sonra ailə vəziyyətimlə bağlı qiyabiyə keçdim. İşləməyə başladım. - Onda ailə qurmuşduz? - Yox, anamgilin vəziyyəti yaxşı deyildi. Sonra məni “Sovet Ermənistanı” qəzetinə işə dəvət elədilər. İnstitutu bitirən kimi də İrəvan Dövlət Azərbaycan Teatrına direktor təyin olundum. O vaxt 24 yaşımdaydım. Gəncliyimin iki ili redaksiyada, on altı ili teatrda, doqquz ilisə “Gənclik” nəşriyyatında keçdi. - Deməli, müxbir də işləmisiz? - Həə, o vaxt müxbir yox, ədəbi işçi deyirdilər. Oçerklər, reportajlar yazırdım. Redaksiyaya gedəndə 22 yaşımdaydım. Məndən başqa ən cavanının qırx yaşı vardı. Hamısı təcrübəli jurnalistləriydi. Müəyyən baryerlər də qoyulurdu, mən onları keçib gəlmişəm. - Nə vaxt ev almısız? - Ev almışam? - Həə, rayondan gələnlər şəhərdə özünə ev-eşik düzəldənə qədər qocalarımız demişkən, kirpiyi ilə od götürür. Deyirəm, yəni arxa duran, əlinizdən tutan olub, yoxsa..? - Hər şeyi özüm düzəltmişəm. Əvvəllər kirayədə qalırdım. Hətta teatrın direktoru təyin olunanda da. Sonra ikiotaqlı, daha sonrasa üçotaqlı mənzil verdilər. Həmin evi dəyişib Bakıya gəldim. - Hamıdan gizli saxladığınız bir sevdanız varmı? - Yoxdu elə şey. Susur. Sonra: - Həyatım elədi ki...sevdam ailəmdi, cəmiyyətdi, Azərbaycandı. - Onda icazə verin, ayağımı evinizin kandarından “içəri basım”. - Buyurun. - Sizcə, evinizdə ilkin duyulanlar nələr olar? - Dədə-babadan qalan ənənələr, böyük-kiçik yeri. Bizdə əsas meyar mənəvi dəyərlərdi. - Bizim ailələrdə, adətən, liderlik kişilərin qismətinə düşür. Sizin evdə necədi? - Əlbəttə, ailədə kişinin nüfuzu kifayət qədər yüksək olmalıdı. Təkcə kişi olduğuna görə yox. Dəyərlərinə, səviyyəsinə, kişilik borcuna, vəzifəsinə görə. Qadının məsuliyyətisə daha çoxdu. Çünki ev-eşiklə daim ünsiyyətdə olur. - Hər şeydən: işdən, gücdən yorulduğunuz vaxt başınızı götürüb harasa dincəlməyə gedirsiz? - Ancaq evdə dincələ bilirəm. - Vəzifəli kişilər vaxt azlığından bəzən xanımlarına yetərincə diqqət, zaman ayıra bilmir. Sizdə belə bir problem yaşanmır ki? - Məncə, kişi hansı vəzifədə olursa, olsun, ailəsinə diqqət yetirməlidi. Lap öz istirahəti bahasına. Həmişə çalışmışam ki, işdən nə qədər gec çıxsam da, ezamiyyətlər başımı qatsa da, evin problemləriylə özüm məşğul olum. - Bazar-dükana kim gedir? - Uşaqlar da, yoldaşım da. - Maraqlıdı, xanımınızla necə tanış olmusuz? - Dördüncü sinifdə oxuyurduq. 13 yaşım təzəcə tamam olmuşdu. 9 yaşımda birinci sinfə getmişəm axı... Xoşuma gəldi. Amma bunu ona onuncu sinifdə oxuyanda dedim. - Nə cavab verdi? - Məmnuniyyətlə qəbul elədi. Hiss eləmişdi. Bilirdi ki, ona marağım var. Ona görə də deyəndə müəyyən qədər hazır idi. - Toyu nə vaxt elədiz? - Orta məktəbi bitirəndən 7 il sonra. - Hidayət müəllim, sizcə, kişilər niyə qadınların azadlığını əlindən alır? - Azadlıq məfhumu çox genişdi. Ən azad ailənin də öz qadağaları var. “Hər ailə kiçik bir dövlətdi”-desək, onda bu dövlətin də öz qanunları mövcuddu. Bu qanunlara kişi də, qadın da əməl eləməlidi. Bu baxımdan qadın həm azad, həm də kişinin nəzarətində olmalıdı. Ümumiyyətlə, ailədə mütləq azadlıq yoxdu. Əgər varsa, onun adı azadlıq yox, anarxiyadı. - Amma qadınlardan fərqli olaraq, adətən, kişilərin çoxu evə gec gələcəklərini, ya da başqa bir yerdə gecələyəcəklərini xanımına xəbər verməyi özlərinə borc bilmirlər? Bu, qanunların pozulması deyil? - Mən hardayamsa, yoldaşım da, uşaqlarım da bilir. Zəng vurub özüm deyirəm. - Xanımınızın biş-düşündən, mətbəx səliqəsindən razısız? - Razıyam. Elə yeməklər var ki, onları heç kəs onun kimi bişirə bilməz. Qohum-qardaş bizə gələndə xahiş eləyirlər ki, həmin yeməklərdən bişirsin. - Bəs siz ən çox hansı xörəkləri xoşlayırsız? - Mənim xüsusi menyum yoxdu. Sadəcə, bəzi yeməklər var ki, onları sevmirəm. Məsələn, lobyanı, sarımsaqlı xörəkləri... Vəssalam. Heç nəylə, heç kəslə hesablaşmayan vaxt axarı söhbətimizi yedəyinə alıb apardı. Yaddaşınızda nə qaldısa, artıq sizinkidi... 1999 “Sevdalılar” *** Redaksiyadan: Şair və dramaturq, nasir və publisist, tərcüməçi və ictimai xadim Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Muğru bölgəsindəki Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir müddət kənddə müəllim, “Sovet Ermənistanı” qəzetində ədəbi işçi işləyib, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru təyin olunub, fasiləsiz olaraq 16 il Azərbaycanın bu qədim sənət ocağına başçılıq edib. Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. Hidayətin həyatının İrəvan dövründə poeziya, publisitika, nəsr, tərcümə kitabları nəşr edilib, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulub. Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafındakı xidmətlərinə görə ona Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilib (1978), Sovetlər Birliyi dönəmində «Əməkdar igidliyə görə» medalı (1970), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib (1978). Hidayət Orucov 1989-cu ildə ermənilərin ölkəmizə və xalqımıza növbəti təcavüzə başlamalarına etiraz əlaməti olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib. Azərbaycan Respublikasının «Şöhrət» ordeni, Gürcüstan və Dağıstanın ən yüksək dövlət mükafatları – «Ləyaqət» ordeni və Dağıstan Respublikasının Fəxri fərmanları ilə təltif olunub. Çuvaşstan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beyənlxalq Ədəbi Mükafatı laureatıdır. 1984-cü ildə Bakıya köçərək “Gənclik” nəşriyyatının baş redaktor müavini (mart 1984, mart 1986), sonra da baş redaktoru (1986-1992-ci illər) vəzifələrində işləyib. Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mədəni dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Yazıçının otuzdan çox poeziya, nəşr, tərcümə kitabı nəşr olunub. «Məni səsləyəndə» /1970/, «Məhəbbət qocalmır» /1973/, «Bir az gözləyin məni» /1975/, «Zirvə çağırır» /1977/, «İrəvanda xal qalmadı» /1984/, «Dənizi harayladım» /1978/, «Eviniz analı olsun» /1980/, «Sabaha çox var» /1990/, «Mən belə yaşayıram» /1991/, «Doxsanıncı il» /1992/, «Həsrət» /1995/, «Sözün vaxtı» /1999/, «Ömrümün çəlimləri» /2003/, «Burdan min atlı keçdi» /2004/ və s. kitabları oxuculara yaxşı tanışdır. U. Şekspirin «Sonu yaxşı bitən hər şey yaxşıdır» pyesini, H. B. Stounun «Tom dayının daxması» romanını, XIX əsrin ingilis, island poeziyasından nümunələri və bir sıra görkəmli rus və başqa xalqların yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirib. Hidayətin xarici dillərdə nəşr olunmuş «Mən belə yaşayıram» (rus dilində), «Axtariş», «Sənsiz» (gürcü dilində), «Sabaha çox var» (Dağıstan dillərində) və s. kitabları maraqla qarşılanıb. Əsərləri iyirmidən çox dilə çevrilib. H.Orucovun pyesləri hal-hazırda Akademik Milli Dram Teatrında, S.Vurğun adına Rus Dövlət Dram Teatrında və başqa teatrlarda tamaşa qoyulur. Hidayət Orucov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olub, 1993-2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri işləyib. 2005-2006-cı illərdə Milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri işləyib. 25 iyul 2006-cı ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. 31 may 2012-ci ildə həmin vəzifədən azad edilib.. 27 dekabr 2012-ci ildə ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Hazırda da səfir vəzifəsində çalışır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir. Ailəlidir, üç övladı var

    Ətraflı   12:30     04-Jan-2020     336
  • alternative title

    VİDEO - Enerji içkisi ziyandır amma reklam edirik - Marketoloq ve sahibkar Müşviq Hüseynovla müsahibə

    VİDEO - Enerji içkisi ziyandır amma reklam edirik - Marketoloq ve sahibkar Müşviq Hüseynovla müsahibə

    Ətraflı   18:53     03-Jan-2020     1165
  • alternative title

    VİDEO - Marketoloq ve Sahibkar Müşviq Hüseynovla - Tam müsahibə

    Marketoloq ve Sahibkar Müşviq Hüseynovla - Tam müsahibə

    Ətraflı   13:12     03-Jan-2020     16750
  • alternative title

    Sevginin hesabı... neçədi? - Bir dam altında yaşayan iki idmançı - Futbolçu Yaşar, həndbolçu Esmira Vahabzadələr

    Tanınmış jurnalist Səfurə Çərkəzqızının arxivindən növbəti yazını təqdim edir... Yazı Azərbaycan futbolunun önəmli adlarından biri olan, "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə və həyat yoldaşı, 80-lərin məşhur həndbolçusu Esmira Cavadovaya həsr olunub. Yaşar Vahabzadəsi və ömür-gün yoldaşı - həndbolçu Esmira Cavadova... Onlar sevgilərini sözə çevirənlərdən deyillər. Səssiz-səmirsiz sevirlər. Baxışlarıyla, gülüşləriylə... Yaşar: - Qəribə gəlir mənə. Biz hara, sevgi hara? - Niyə ki? - Yaşımız ötüb. - Sevginin yaşa nə dəxli? - ... - Özünüzü belə qoca hesab eləyirsiz? - Yox... Mənimlə heç kəs belə söhbət eləməyib axı. - Biz eləyərik. - Çətin. - Deyirsiz alınmaz? - Yox. - Onda deyilənlər doğrudur... - Nə deyirlər ki? - Deyirlər, idmançılar sevə bilmirlər. Deyəsən, qıcıqlandırmaq istəyim alınır. - Niyə? Onlar adam deyillər? İdmançılar da sevirlər, sevilirlər. Amma... məsələ bundadır ki, tələsmirlər. Fikirləşirlər ki, idmanda yer tutsunlar, sonra. - Sevmək, bəyəm, sifarişlədir? - Yox. Amma... Gərək qızla görüşə gedəsən, bulvara çıxasan. İdmançıların belə şeylərə vaxtları olmur. Məşqlərdən, yarışlardan başları açılır ki? O vaxt SSRİ dövrüydü, 1984-85-ci illər idi. Esmira da oynayırdı, mən də. Yarışlara gedirdik. Mən Bakıya qayıdanda eşidirdim ki, Esmira yola düşüb. Bir-birimizi əməlli-başlı görə də bilmirdik. Ancaq telefonla danışırdıq. - Bəs belə dar macalda necə tanış olduz? - ... (çiyinlərini çəkir) - Necə başa düşək? - Elə çətin suallar verirsiz ki... Esmira xanım özünü vaxtında yetirir. Bayaqdan başı iş-gücə qarışmışdı deyə söhbətimizə indi qoşulur: - 1983-cü iliydi. Həndbol Federasiyasının Kuboku uğrunda oyun gedirdi. “Neftçi”nin oyunçuları da gəlmişdi. Birdən onu gördüm. - Əvvəl tanış deyildiz? - Tanıyırdım, bilirdim ki, yaxşı oyunçudu. O da məni tanıyırdı. - Birdən-birə necə vurulduz? Cavab əvəzinə gülümsəyir, yanaqları azca allanır... Onun əvəzinə Yaşar cavab verir: - Həmişə oyunlarına baxırdım. Həndbolçu kimi xoşum gəlirdi. - Hələ sevmirdiz? - Yox. - Bəs sonra necə oldu? Çiyinlərini çəkir. Bu dəfə də suala Esmira xanım cavab verir: - Səhəri görüşdük. - Gərək bunları o vaxt soruşardız. İndi çox şey yaddan çıxıb. Oğlanları Fuadın cavabı daha maraqlı olur: - Mənim yadımda qalıb. 2 yaşım olanda atam deyirdi ki, ananı istəmişəm. Yaşar: - İstəmişəm də. (Bərkdən gülür) Görüşürdük, ordan-burdan söhbət eləyirdik. Sonra da gedib çıxdıq məhəbbətə. - Esmira xanım da tezcə “hə” dedi? - Yavaş-yavaş... - Gördüm yaxşı oğlandı-totuş-motuş. Qızımız-Nigar ona oxşayır. - O vaxtlar yaraşıqlıydım...Bir gün dedim ki, evdə deyərsən, bizimkilər sizə gələcək. - Evdə hamı bilirdi. - Hamı razılaşdı? - Toy günü xalasının əri bir az “kapriz” elədi. Bizimkilərin başı necə qarışmışdısa, molla kəbini kəsdirmək heç kəsin yadına düşməmişdi. Amma “ZAQS”a gedib gəlmişdik. Xalasının əri başladı ki, molla kəbin kəsməsə, qızı verməyəcəyik. Dəvətnamələr paylanmışdı, hamı bir yandan axışıb gəlirdi. Həm də gec idi, indən belə mollanı hardan tapacaqdıq? Nəysə, axırda birtəhər kişini yola gətirdik. - İki idmançı bir dam altında necə dolanır? - Yaxşı. - Bir-birimizi başa düşürük. Yaşar gəlib təəssüratlarını mənə deyir, mən də ona. - İdmançı qadına evdəki iş-güc yorucu, darıxdırıcı deyil ki? - Yox. - Deyirlər, idmançı qadınlar yavaş-yavaş incəliyini, xanım-xatınlığını itirir... Siz necə düşünürsüz? - Yalan sözdü, qadın elə qadındı da. - Mən “ştanqist” deyiləm ki, əzələlərim şişsin, ayaqlarım nazikləşsin. - Yadıma bir xatirə düşdü: 1985-ci iliydi, Moskvada oynayırdıq. Bir də gördüm 10-15 qız qışqırır: Yaşar! Yaşar! Qaldım məəttəl ki, bunlar kimdi? Sonra tanıdım. Esmiragilin yığma komandasının qızlarıydı. Esmira da onların arasındaydı. - Bakıdan gəlmişdilər? - Yox, Kiyevdən. Bircə günlüyə gəlmişdilər ki, oyuna “balet” eləsinlər. - Qızların belə “hücumu” tez-tez olurdu? - Yox, bizdə qadınları meydana buraxmırlar axı. -Yəqin ki, azarkeşləriniz arasında qadınlar da çox olub. Onların sizə diqqətini, marağını hiss eləyirdiz? Susur. - Yaraşıqlısız, üstəlik də ad-sanınız... - Nə deyim, bəlkə də çoxunun xoşuna gəlmişəm. Birdən narahat olur: - Bunların hamısını yazacaqsız? Vallah, futbolçular qəzeti oxuyub mənə güləcəklər. - Biz ki gülməli bir şey danışmırıq... - Siz bilmirsiz, idmançılar necə olur. Oturub söhbət eləyəndə birinin yadına düşəcək. Başlayacaq ki, Yaşar, yekə oğlansan, bu yaşda o nə sözdü demisən? - Çölə-bayıra çıxanda camaat sizi tanıyır? - Yaşarı çox tanıyırlar. Küçə ilə gedirik, bir də görürsən, bizə baxıb pıçıldaşırlar: Yaşar Vahabzadədi. Bazara gedir, hərə bir yandan başlayır ki, Yaşar, nə qulluq eləyək? Çox vaxt Yaşar olduğunu boynuna almır, deyir, ona oxşayıram. - Belə tanınmağı sizi narahat eləmir? - Yox. - Qısqanmırsız? - Hərdən olur, amma yaxşı mənada. - Yəni necə? -... - Bəlkə, üzə vuran deyilsiz? - Pis odu ki, evə gələndə başlayasan hardaydın, niyə gec gəlirsən? Mən heç vaxt belə eləməmişəm. Amma evə gəlib çıxana kimi narahat olmuşam. - Liftdən çıxan kimi görürəm qapı açılır... - Qulağım liftdə olur. O gələndə bunu hiss eləyirəm. Qapının ağzında gözləyirəm. Bu, onun xoşuna gəlir. Deyir, bilirəm ki, məni çox istəyirsən. - Hansınızın sevgisi daha güclüdü? -... -... Sakitcə baxışıb gülümsəyirlər. - Deyəsən, bir-birinizin yanında etiraf eləmək istəmirsiz... - Çətin sualdı. Qoy Esmira cavab versin. Esmira xanım da cavab əvəzinə ərinə oğrun-oğrun baxıb gülür. - Yəqin, Esmira, uşaqlar –üçü bir yerdə məni çox istəyərlər. - Evdə kimin sözü daha ötkəmdi? Yenə bir-birilərinə baxırlar. Deyəsən, heç kəsin cavab vermək fikri yoxdu. - Hansınız güzəştə gedənsiz? - Mən Yaşara həmişə güzəştə getmişəm. - Elə mən də. Belə olmasa, qırğın düşər ki! Oyun 2:2 bitər. 1998-ci il “Sevdalılar Redaksiyadan: Keçmiş SSRİ dönəmində Azərbaycanı təmsil edən qadınlardan ibarət “Avtomobilçi” həndbol komandası güclü ittifaq çempionatında daim medallar uğrunda mübarizə aparıb. “Avtomobilçi” xüsusən də 80-ci illərdəki çıxışı ilə idman azarkeşlərinin yaddaşında qalıb. O illərdə Azərbaycan təmsilçisi Avropa kuboklar kubokunu da qazanmağı bacarmışdı. “Avtomobilçi”nin heyətində çıxış edən məşhur həndbolçulardan biri də Esmira Vahabzadə (Əsgərova) idi. Əməkdar idman ustası Esmira Vahabzadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosentidir, orada müəlli işləyir. Yaşar Vahabzadə 1960-cı il aprelin 8-də Bakı şəhərində doğulub. Orta təhsilimi Yasamal rayonundakı 52 nömrəli məktəbdə alıb. Orta məktəbi başa vuranduğu 1977-ci ildə gənc futbolçu olaraq SSRİ çempionatının II dəstəsində oynayan Bakının “Avtomobilçi” komandasına dəvət alıb. 1982-ci ildən 1990-cı ilədək “Neftçi”də oynayıb. Sonradan Sumqayıtın “Xəzər”, Bakının “Nicat” və “Dinamo” (“Bakı”) komandalarında da çıxış edib. 2000-ci ildə 40 yaşında ikən Sumqayıtın “Kimyaçı” klubunun heyətində futbolçu karyerasını başa vurub. Daha sonra məşqçilik karyerası başlayıb, müxtəlif komandalarda çalışıb. Hazırda Gəncənin "Kəpəz" klubunun baş məşqçisidir.

    Ətraflı   11:05     03-Jan-2020     984
  • alternative title

    Ofeliya Sənani görün nə hala düşüb - VİDEO

    Space Tv-də Amil Xəlilin "Olar? Olmaz!" verilişində xalq artisti Ofeliya Sənani açıqlama verib. İllərdi heç kimə qapısını açmayan diktor müəmmalı məqamlara aydınlıq gətirib. O, niyə tək qaldığını teleaparıcı Amil Xəlilə açıqlayıb. Aparıcının niyə tək qalırsız? sualına o kövrək notlarla cavab verib. "Ola bilər ki, oğlum istəsin mənimlə qalmaq amma gəlin razı olmasın" deyə Ofeliya xanım bildirib. Səhətində ciddi dəyişikliş olan xalq artisti gileyləndiyi məqamları da danışıb.

    Ətraflı   15:22     02-Jan-2020     831
  • alternative title

    Əhməd bəy Ağaoğlunun nəticəsi: Edam əmri çıxdıqdan sonra Atatürk onu yanına çağırıb - MÜSAHİBƏ

    Əməkdar İncəsənət Xadimi, aktrisa Məlahət Abbasovanın dəvəti ilə "Məlahətli qonaqlar" proqramına qonaq gələn Azərbaycan ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun nəticəsi, "Kurtalan Ekspres" qrupunun baş gitaristi, dillər əzbəri olan "Gülpembe" mahnısının bəstəkarı Əhməd Güvənçin özəl müsahibə verib: - Bakıya ilk gəlişinizdirmi? - Dördüncü dəfədir Azərbaycana gəlirəm. İlk dəfə Barış Manço ilə gəlmişdik. Bakı gözəl şəhərdir. Amma ilk dəfə gələndə çox baxımsız idi. Hazırda ucaldılan göydələnləri isə heç bəyənmədim. Çünki Bakının qədimliyinə, tarixinə və mədəniyyətinə yaraşmayıb. Barış Manço ilə Bakıya gəldiyim zaman maraqlı bir hadisə yaşandı. Barış mənim azərbaycanlı olduğumu bilirdi. Bizim gəlişimizlə bağlı verilən yemək ziyafətində Barış ayağa qalxaraq mənim azərbaycanlı olduğumu qeyd etdi. O zaman Heydər Əliyev mənə "Ata evinə xoş gəlmisən" dedi. Bu çox gözəl söz idi. Ruhu şad olsun. Məzarını ziyarət edib, ruhuna dualar oxudum. - Adınızın Əhməd bəy Ağaoğlu ilə bağlılığı varmı? Adınızı kim qoyub? - Ailədə ilk nəvə olduğum üçün adımı Əhməd qoyublar. Əhməd bəy Ağaoğlunun şərəfinə bunu ediblər. - Əhməd bəy Ağaoğlu haqqında hansı məlumatlarınız var? - Nənəmim babasıdır. Onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü kimi Cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində yer aldığını və Cümhuriyyətin süqutundan sonra Bakıya qayıda bilmədiyini eşitmişəm. Mustafa Kamal Atatürklə də o zaman tanış olub. Azərbaycanda edam edilməsi əmri çıxdıqdan sonra Ankaraya gedib. Həmin vaxtı Atatürk onu yanına çağırıb. O, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub. 1918-ci ildə isə Nuri Paşa ilə Bakıya gəlib və millət vəkili seçilib. Hazırda məndə onun sürgün edildiyi Maltadan ailəsi üçün köhnə türkçə yazdığı məktublar var. Bütün məktublarda ailəsinə yaxşı olduğunu yazıb. Bilsəydim onları özümlə gətirərdim. - Əhməd Ağaoğlundan qalan nələrsə var? - Babamın Bakıdan gələrkən yanında özü ilə gətirdiyi böyük kəhrəba təsbehi hazırda məndədir. Sürəyya xalamın mənə əmanət etdiyi həmin təsbehə gözüm kimi baxıram. Malatyada sürgündən ailəsinə yazdığı məktubları da saxlayıram. Əvvəllər Türkiyədə Ağaoğlu villası var idi. 85 nəfərlik bütün ailə orada yığışırdı. İndi isə cəmi üç nəfər qalmışıq (kövrəlir). Ailəmdən öyrəndiyim ən önəmli şey şərtlər nə olursa-olsun, sonuna kimi inandığım hər şeyin arxasında durmaqdır. - Babanızın azərbaycanlılar tərəfindən bu qədər sevildiyini bilirdinizmi? - Əvvəllər məzarlığa getdiyim zaman babamın qəbri üstünə güllərin qoyulduğunu görürdüm. Öncə buna təəccüblənirdim. Amma sonradan o, gülləri Azərbaycandan gələn şəxslərin qoyduğunu öyrəndim. - Babanız Əhməd bəy Ağaoğlunun doğulduğu Şuşa şəhəri erməni işğalı altındadır. Şuşa haqqında nə bilirsiniz? - Əslində mən Şuşaya getməyi çox istərdim. Şuşa haqqında möhtəşəm şeylər eşitmişəm. Təəssüflər olsun ki, ora gedə bilmirəm. İnşallah bir gün hamımız Şuşaya gedərik. Konsertlər verərik. Bababımın da ruhu şad olar. - Barış Manço ilə yaxın dost olmusunuz. Hətta ölənə kimi birlikdə çalışmısınız. Onunla birlikdə işləmək necə bir hissdir? - Onunla 25 il birlikdə işləmişik. Hətta biz onunla o vaxt bacanaq idik. Hər gün birlikdə olurduq. Çox düzgün və qabiliyyətli bir insan idi. Heyf ki, dünyasını çox tez dəyişdi. - Cem Karaca ilə də birgə işləmisiniz? - Bəli. Hazırda onun və Barış Mançonun yolunu davam etdirirəm. İnanın ki, bir dəqiqə vaxtım yoxdur. Buraya da bir günlük gəlmişəm. Cem Karacanın da atası azərbaycanlı idi. Onunla Azərbaycan haqqında söhbətlər edirdik. - Azərbaycan musiqilərindən hansıları bəyənirsiniz? - Hamısını sevirəm. Həqiqətən də çox gözəl bəstəkarlarınız və sənətçiləriniz var. Türkiyədə bir çox Azərbaycan mahnıları dillər əzbəridir. Hər kəsin repertuarında o mahnılar var. - Hansı sənətçilərimizi tanıyırsınız? - Çoxunu tanıyıram. Musiqiçiniz cazmen Əzizə Mustafazadəni isə inanılmaz dərəcədə çox bəyənirəm. - "Gülpembe" və "Dönence" mahnılarının bəstəkarısınız… - Doğrudur. Mahnılarımın sevilməsi məni xoşbəxt edir. Amma mənim üçün ən yaxşı mahnılar kosmosda olur. - Övladınız var? - On səkkiz il ailəli olsam da, övladım yoxdur. Amma nə qədər türk uşağı varsa hamısı mənim övladımdır. - Azərbaycanda konsert vermək təklifləri var? - Yoxdur. Amma olmasını çox istərdim. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunur. Əhməd Güvənçin nənəsi Suna Gülər Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıranın övladıdır. Tezer Taşkıran Türkiyənin Qars bölgəsinin ilk qadın millət vəkili olub.

    Ətraflı   15:19     02-Jan-2020     948
  • alternative title

    Fərid Şəfiyev: “Prezidentin açıqlaması bu şayiələrə son qoydu” - MÜSAHİBƏ

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin müsahibəsi - Prezident İlham Əliyev yeni ənənələrin başlanğıcını qoyur. Yerli mediaya diqqəti artırır, işdən çıxarılan və yeni təyin olunan məmurlarla görüşləri media vasitəsilə cəmiyyətə çatdırır. Bu yeniliklər cəmiyyətdə informasiya boşluğunun qarşısını alacaqmı? - Mən daxili siyasətlə bilavasitə məşğul olmuram. Ancaq son vaxtlar Prezident İlham Əliyev təşəbbüsü ilə atılan bəzi addımlar, aparılan islahatlar beynəlxalq aləmdə də müsbət qarşılanır. Bu yaxınlarda Brüsseldə səfərdə idim. Həmin vaxt da aparılan islahatların Avropa Birliyində alqışlanmasının şahidi oldum. Ümumiyyətlə, ölkənin modernləşməsi istiqamətində görülən tədbirlər yaxından izlənilir. Müşahidələr və təhlillər də göstərir ki, Azərbaycan daim inkişaf edir və irəliləyir. Digər tərəfdən, dünya yeni çağırışlarla üz-üzədir. O çağırışlara cavab verən müvafiq kadrların olması əsas şərtdir. Bu kadrların yetişdirilməsi və uyğun vəzifələrə təyin olunması lazımdır. Bu sahədə də konkret addımlar atılır. Dövlət idarəetmə strukturlarının dəyişməsi və daha çevik olması bir sıra elementlərə bağlıdır. Başa çatmaqda olan il xüsusilə bu baxımdan səciyyələnir. - Ölkə başçısının yerli telekanallara verdiyi müsahibədə ilk sualın Azərbaycan və Avropa Birliyi münasibətləri ilə bağlı olması təsadüf idimi? - Yox, təsadüf deyil. Bu məsələ gündəmdədir. Xüsusilə, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetində Avropaya inteqrasiya ilə bağlı çıxışından sonra həm xaricdə, həm daxildə bəzi suallar meydana gəlmişdi. Bəzi fikirləri davam etdirməyə, açıqlamağa və şərh etməyə ehtiyac var idi. Prezident İlham Əliyev də bununla bağlı müvafiq şərh verdi. Bununla da Azərbaycanın Rusiyaya meyllənməsi, Qərblə əməkdaşlıqdan imtina etməsi ilə bağlı şayiələrə son qoydu. Prezidentin cavabından da bir daha məlum oldu ki, Azərbaycan Avropa Birliyi ilə tam bərabərhüquqlu əlaqələrin inkişafında maraqlıdır. - Ancaq Avropa Birliyi ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan ikitərəfli sazişlə bağlı müəyyən razılaşdırılmamış məsələlər qalmaqdadır. Prezident İlham Əliyev müsahibəsində bu müqaviləni ləngidən və mümkünsüz edən şərtləri detallı şəkildə açıqladı. 2020-ci ildə bu şərtlər dəyişə bilərmi? - Sazişin tamamlanması üçün danışıqlar davam edir. Ancaq ölkə başçısının da qeyd etdiyi kimi, burada enerji, ticarətlə bağlı bir neçə razılaşdırılmamış məqamlar var. Bu məsələlərin həllində Azərbaycanın iqtisadi vəziyyəti mütləq nəzərə alınmalıdır. Qaz məsələsi ilə bağlı problemin həlli daha asandır. Digər məsələ AB Azərbaycanın maraqlarını da başa düşməlidir. Çünki Azərbaycan üçün qaz ixracı vacib məsələdir. Ümumilikdə ticarət məsələsində isə Azərbaycan öz milli maraqlarına cavab verən tələblər irəli sürür. Digər məsələ - AB tərəfindən Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü tələb edilir. Açığı, 2020-ci ildə də Azərbaycanın bu təşkilata üzv olacağını düşünmürəm. Hər halda, bu istiqamətdə danışıqlar davam etsə də, təşkilatın öz daxilində vəziyyət mürəkkəb olaraq qalır. Qısası, AB bu məsələdə bizə qarşı olan tələbləri aradan qaldırmalıdır. Bu olsa, 2020-ci ildə saziş imzalana bilər. Amma Azərbaycanın bu iki məsələdə güzəştə getməsi qeyri-realdır. Digər tərəfdən AB ilə siyasi sahədə olan bütün problemlər həll olunub. Bəzən mətbuatda bu məsələləri yozurlar. Ancaq sazişdə siyasi məsələlərlə bağlı razılaşdırılmamış hər hansı bənd qalmayıb. - Azərbaycanın Rusiya ilə müsbət münasibətləri, eləcə də Avropa Birliyi ilə sazişin hələ də imzalanmaması AB-Azərbaycan münasibətlərinə hansısa formada təsir göstərirmi? - Belə bir fikir var ki, Rusiya keçmiş SSRİ-yə daxil olan ölkələrinin AB ilə əlaqələrinin inkişaf etdirilməsinə mane olur. Bununla bağlı xarici ekspertlərin də bəzi şərhləri var. Ancaq rəsmi Moskva da reallığı başa düşür ki, bu ölkələr artıq müstəqildir və müvafiq formada AB ilə tərəfdaşlıq münasibətləri qurulur. Azərbaycan da AB ilə əlaqələri inkişaf etdirmək istəyir. Burada Rusiya üçün daha həssas məsələ NATO-nun region ölkələrində genişlənməsidir. Doğrudur, Moskva MDB ölkələrinin AB-yə üzv olmasını istəmir. Amma digər formada tərəfdaşlıq və əməkdaşlıqların qurulması Moskva tərəfindən etiraza səbəb olmur. Hətta Ukrayna böhranından öncə Rusiya da AB ilə müəyyən formada əməkdaşlıq edirdi. Rusiyanın Qafqazda “forpostu” olan Ermənistan da AB ilə sənəd imzalayıb. Ona görə də Azərbaycanın AB ilə əməkdaşlıq formatı Moskvanın narazılığına səbəb olmur. Eyni zamanda, Azərbaycanın Rusiya ilə əlaqələrinin də inkişafını 2019-cu il üçün uğurlu hesab etmək olar. - Bəs Qərbin Qarabağ münaqişəsində qeyri-müəyyənlik nümayiş etdirməsi Azərbaycanın Qərbə inteqrasiyasına mane olmurmu? - Avropa Birliyi Dağlıq Qarabağ məsələsinin həll olunması ilə məşğul olmur. Bilavasitə bu problemin həlli AB-nin mandatına uyğun deyil. Son Brüssel səfərimdə də mənə bildirdilər ki, Brüssel Dağlıq Qarabağın həlli üçün platforma deyil. Bunu biz dərk edirik. Dağlıq Qarabağ probleminin həlli ilə ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olur. Lakin AB müəyyən iqtisadi mexanizmlərlə, nüfuzundan istifadə edərək, Ermənistana təsir göstərə bilər. AB Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Gələn il qondarma qurumda keçiriləcək “seçkilər”lə bağlı Brüsselin verdiyi bəyanat bunu bir daha təsdiq edir. Amma biz münaqişənin həllini Brüsseldə axtarmamalıyıq. Bu problem digər ölkələrlə həll olunmalıdır. Əslində isə problemin həllində əsas açar ölkə Rusiyadır. Problemin həlli bilavasitə Moskva ilə bağlıdır. O ki qaldı Ermənistan-Azərbaycan münaqişəsinin bizim Qərblə inteqrasiyasına mane olmasına, təbii ki, münaqişə bizim xarici siyasətdə güclü faktordur, amma Azərbaycan istənilən ölkə və qurumla əlaqələri inkişaf edir. - Münaqişənin həlli ilə ATƏT məşğul olur. 2019-cu ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində apardığı işləri necə qiymətləndirirsiniz? Bu işlər problemin həlli üçün yetərli idimi? - Bu münaqişənin həllində artıq illərdir irəliləyiş yoxdur. 2019-cu ildə ATƏT-in çərçivəsində aparılan danışıqlarla bağlı narazılıq yüksək formada həm ölkə prezidenti İlham Əliyev, həm də xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən ifadə edildi. 2019-cu ildə də həmsədrlər tərəfindən görüşlər keçirilib, müvafiq addımlar atılıb. Həmsədrlərin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən zirvə görüşü də uğursuz nəticələndi. Bratislavada da dekabr ayında olan görüş nəticəsiz başa çatdı. Ümumilikdə isə 2019-cu optimist çalarlarla başlasa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda nəticə əldə edilməsinə mane oldu. 2019-cu il Qarabağ münaqişəsinin həllində uğursuz il kimi yadda qaldı. Ancaq bununla belə, Minsk Qrupunun 2019-cu ilə fəaliyyəti ilə bağlı bir neçə məqamı qeyd etməliyik. Birincisi, Ermənistanın qondarma qurumu danışıqlara cəlb etmək cəhdi Minsk Qrupunun həmsədrləri tərəfindən rədd edildi. İkincisi, Minsk Qrupunun həmsədrləri avqust ayında Ermənistan baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” açıqlamasını, dolayısı ilə olsa da, pislədi. Üçüncüsü, ilk dəfədir ki, Dağlıq Qarabağın azərbaycanlı icması ilə Minsk Qrupu həmsədrlərinin görüşü keçirildi. - Yeri gəlmişkən, Dağlıq Qarabağın azərbaycanlı icmasının fəallığının artmasını bir çoxları icmaların da danışıqlara qoşulması kimi dəyərləndirir. - Danışıqlar Ermənistan və Azərbaycan arasında keçirilir. Bu format artıq 20 ildən çoxdur davam edir. ATƏT-in 1992-ci ildə qəbul etdiyi sənədlərdə bu məsələ öz həllini tapıb. Doğrudur, mətbuatda Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlara qoşulması ilə bağlı bəzi şərhlər verilir, amma bu, yanlışdır. Hazırkı mərhələdə biz Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlara qoşulmasına nail olmaq istəmirik. Azərbaycan və erməni icmalarının prosesdə iştirakı danışıqlarda tərəqqi əldə olunduqdan, münaqişənin həll olunmasında ilkin addımlar atılandan sonra mümkündür. 1992-ci il ATƏT-in sənədlərində də bu məqam öz əksini tapıb. Ancaq hələ ki, icmaların danışıqlara qoşulması üçün şərait yetişməyib. Azərbaycan hazırda Dağlıq Qarabağın erməni icmasının da danışıqlar formatına qoşulmasını qəbul etmir. Məqsəd indi Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu dünyaya tanıtmaqdır. Çünki dünya ictimaiyyəti Dağlıq Qarabağdan söhbət açanda orada yaşayan ermənilərlə bağlı müzakirələr aparır. Buna görə də Dağlıq Qarabağın azərbaycanlı icması özünü dünyaya tanıtmalıdır. - Bu il həmsədrlərin bölgəyə səfərlərinin və təmaslarının da azalması müşahidə edilir. Qarabağ münaqişəsinin həlli üçün başqa üsullardan istifadə edilməsi mümkündürmü? - Bəli, artıq həmsədrlərin səfərlərində və təmaslarında azalma müşahidə edilir. Həmsədrlər Ermənistana təzyiq göstərməlidir. Amma belə bir meyl müşahidə edilmir. - Ümumiyyətlə, böyük dövlətlər hansı şərtlər daxilində bizim kimi ölkələrin müqavimətini zəiflədən Qarabağ tipli məsələlərin həllində maraqlı olar? - Tarixən böyük güclər, imperiyalar kiçik ölkələri bir-biri ilə toqquşdurmağa, müstəmləkə siyasəti aparmağa çalışıblar. Hazırda vəziyyət müəyyən dərəcədə dəyişib, amma imperiya tipli xarici siyasət isə bəzi mərkəzlər tərəfindən davam etdirilir. Konkret olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın daxildən güclənməsindən asılıdır. Azərbaycanın müstəqil siyasət aparması güc mərkəzlərinin ürəyincə deyil. Reallıq budur ki, ölkəmiz artıq 90-cı illərdəki Azərbaycan deyil. Azərbaycanda müxtəlif ölkələrin təhlükəsizlik, iqtisadi və siyasi maraqları var. Biz bunu da nəzərə almağa çalışırıq, müəyyən ortaq əməkdaşlıq platforması yaradırıq. Hər bir güc mərkəzi Azərbaycanın öz xarici siyasətini onlara uyğunlaşdırılmasında maraqlıdır. Ancaq ölkəmiz öz milli maraqlarından çıxış edən siyasət yürüdür. Ölkəmizin daxildən güclü olması güc mərkəzlərinin ölkəmizə təsirinin sıfıra endirilməsi üçün çox vacibdir. Ölkəmiz xarici siyasətində düşünülmüş addımlar atmalıdır və atır. Dünyada qlobal səhnədə çox mürəkkəb proseslər gedir. Atdığımız addımlarda bu prosesləri və buradan irəli gələn təhdidləri nəzərə almalıyıq. - Yəni, 2019-cu ildə keçirilən islahatlar ölkəmizin daxildən gücləndirilməsi məqsədi daşıyırdı? Bu islahatlar beynəlxalq arenada ölkəmizə hansı diplomatik dividendlər gətirdi? - Azərbaycanın iqtisadi potensialı güclənir. Artıq bir çox ölkələr bizimlə iqtisadi sahədə əməkdaşlıq etmək istəyir. Bu islahatlar davam etdikcə Azərbaycana sərmayə qoymaqda maraqlı olan ölkələrin sayı artacaq. İqtisadi gücün artması siyasi və hərbin gücün artmasına şərait yaradır. Digər tərəfdən, beynəlxalq əlaqələrdə yumşaq güc (Soft Power) anlayışı var. Azərbaycanda aparılan bütün islahatlar ölkəmizin nüfuzunun artmasını göstərir. - Ətrafımızda olan Rusiya, İran kimi ölkələrdə gedən prosesləri nəzərə alsaq, gələn il islahatların davam etdirilməsində hansısa çətinliklərlə üzləşə bilərik? - Daxildə də bizdə bəzi qüvvələr var ki, onlar Azərbaycanda saf mühitin bərqərar olmasını, ölkənin güclənməsini istəmir. Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı aparılan mübarizə bəzi qüvvələrin, şəxslərin iqtisadi-maliyyə maraqlarına təsir göstərir. Bu baxımdan, islahatlara daxildən də təhdid ola bilər. Ən əsası, korrupsiyaya bulaşmış qüvvələr islahatlara müqavimət göstərə bilərlər. - Bəs bu təhdidlər islahatlara mane ola bilərmi? - Yox. Azərbaycan güclü dövlətdir. Ölkəmiz aparılan islahatlar nəticəsində iqtisadi, siyasi cəhətdən güclənməkdədir. - İslahatların sonunda Azərbaycanın xarici siyasətində hansısa dəyişikliklər olacaqmı? - Biz hazırkı siyasətimizi davam etdirəcəyik. Ölkəmiz üçün əsas prioritet Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Prezidentin özünün də qeyd etdiyi kimi, AB ilə aramızda olan müəyyən problemlər həll olunsa, əlaqələri daha da inkişaf etdirəcəyik. Digər tərəfdən, qonşu ölkələrlə əlaqələrimiz inkişaf edir və bu, davam etdiriləcək. Düşünürəm ki, ümumilikdə son illər aparılan xarici siyasət xəttində kəskin dəyişiklik müşahidə edilməyəcək. - Azərbaycanda islahatlar bir qədər fərqli modeldə aparılır. İslahatların bu cür təlatümlərsiz, sakit aparılmasına Prezident necə nail oldu? - İslahatlar iki yolla aparıla bilər: inqilabi və təkamül yolu ilə. Biz ikinci yolu seçmişik. İslahatların davamlı şəkildə aparılması ölkə prezidentinin vizyonu ilə də əlaqəlidir. Başqa tərəfdən, hər hansı rəhbərlik islahat apararkən xalqa arxalanır. Bu gün xalq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatları dəstəkləyir. 1990-cı illəri xatırlayaq. Həmin illərdə ölkə daxilində qarşıdurma yaşanırdı. Bu, ermənilərə şərait yaratdı ki, bizim torpaqları işğal etsin. Azərbaycanda yenidən belə vəziyyətin yaranması dövlətçiliyin sarsılmasına səbəb ola bilər. Digər tərəfdən, inqilablar, qarşıdurmalar ölkələrə heç bir fayda gətirmir. Hər bir cəmiyyətin, ölkənin öz tarixi ənənələri, geosiyasi vəziyyətinin xüsusiyyətləri var. Hansısa bir bölgədə tətbiq edilən bir modeli başqa bir bölgədə kortəbii şəkildə tətbiq etmək olmaz. Bunun effektiv nəticə verəcəyini gözləmək olmaz. Məsələn, Azərbaycan bazar iqtisadiyyatı modelini seçib və tam şəkildə bunu tətbiq etmək istəyir. Amma əsas məsələ bu modelə necə keçməyimizlə bağlıdır. Bazar iqtisadiyyatı İsveçdə də, ABŞ-da da, Fransada da var. Bu ölkələrin hər birində bazar iqtisadi modelinin müəyyən özəllikləri var. Azərbaycan da özünə uyğun şəkildə bu modelə keçəcək. Siyasətdə də belədir. Dünyada hazırda ən güclü model liberal modeldir. Liberal modelin olduğu ölkələr inkişaf etmiş ölkələrdir. Amma bu modelin tam tətbiqinə nail olma yolları müxtəlifdir. Hər bir ölkənin öz iqtisadi, siyasi, tarixi xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. ABŞ bəzi Yaxın Şərq ölkələrində birdən-birə Qərb liberal modelinin süni şəkildə tətbiq edilməsinə çalışırdı. Amma bunun nəticəsi göz qabağındadır. Mövcud olan modelin modifikasiyalarından istifadə edərək, həmin modeli ölkənin tarixi, siyasi və iqtisadi xüsusiyyətlərinə uyğunlaşdıraraq tətbiq etmək lazımdır. Azərbaycan hələ inkişafda olan ölkələr siyahısındadır. 10-20 il sonra ölkəmizin siyasi strukturu indikindən fərqli ola bilər. Ancaq buna inqilab yolu ilə deyil, təkamül yolu ilə nail olmalıyıq. Bu gün Azərbaycan ətrafında yaramış geosiyasi vəziyyət olduqca mürəkkəbdir. Atılan addımlarda bu mütləq nəzərə alınmalıdır. - Regionda baş verən proseslər ölkəmizin inkişafına necə təsir göstərəcək? - Sözsüz ki, bu proseslər Azərbaycan üçün də təhdidlər yaradır. Xüsusilə, ətrafımızda İran-ABŞ, Rusiya-Qərb qarşıdurması yaşanır. Burada olan sanksiyalar və s. ölkəmizin iqtisadiyyatına da mənfi təsirlər göstərir. Beynəlxalq güclər hər zaman bizdən tələb edirlər ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edək. Halbuki Azərbaycan BMT-nin Nizamnaməsinə əsasən torpaqlarını güc yolu ilə işğaldan azad edə bilər. Ona görə də biz indi dünyaya mesaj verməliyik ki, hər hansı qarşıdurma sülh yolu ilə həll olunsun. Amma bütün hallarda, ətrafımızda yaranmış geosiyasi vəziyyətin mürəkkəbliyinin bizə mənfi təsirləri ola bilər. Biz bu təsirlərə hazır olmalıyıq. Elə bizim mərkəzin də funksiyalarından biri ölkəmiz üçün təhdidləri təhlil etmək və prezidentə məruz etməkdir. Eyni zamanda biz bu təhdidlərə qarşı həll yollarını da təklif edirik. - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi düşüncə mərkəzi kimi 2020-ci ildə ölkə ətrafında gedən proseslərlə bağlı hansısa təhlillər aparıbmı? - Bəli. Mərkəz tərəfindən bir çox araşdırmalar aparılıb, təhlillər hazırlanıb. Bizim dövlət üçün apardığımız araşdırmaların bir çoxu ictimaiyyətə təqdim olunmur. Amma bəzi araşdırmaları ictimaiyyətə də təqdim etmək fikrindəyik. İran, Türkiyə, Rusiya, ABŞ, AB, eləcə də beynəlxalq aləmdə gedən proseslərlə bağlı proseslər mərkəz tərəfindən təhlil olunub, ölkə rəhbərliyinə məruzə olunub. Bu proseslərdən irəli gələn və gələ biləcək təhdidləri təhlil etməyə çalışırıq və dövlət strukturlarının da buna hazır olmasını tövsiyə edirik. Eyni zamanda, biz ictimaiyyətə də müəyyən intellektual məhsulların təqdim edilməsinə hazırlaşırıq. Saytımızın artıq fəaliyyət göstərir. Digər tərəfdən, mərkəz olaraq artıq xarici tərəfdaşlarla təmaslarımızı və fəaliyyətimizi gücləndirmişik. Müxtəlif ölkələrə səfərlərim olub. Gələn il üçün də bir çox ölkələrə səfərlər etməklə bağlı planlar var. BMTM potensialda faydalı olan layihələri təhlil etmək, həm ölkə daxilində, həm də xaricdə mövcud problemlər və onların həlli üçün olan yolları müzakirə etməklə məşğuldur. - Aparılan təhlillərə əsasən, Azərbaycanın yaxın bir neçə ildə regiondakı rolunun necə olacağını düşünürsünüz? - Azərbaycan regionda ən güclü dövlətdir. Bu, qarşıdakı illərdə də belə olacaq. Bizim güclü olmağımız iqtisadi parametrlərə əsaslanır. Bu parametrlər digər sektorların inkişafını şərtləndirir. Azərbaycanda daxildən sabitlik təmin olunsa, ölkəmiz regionda ən güclü dövlət olaraq, qalacaq. - Bir az da BMTM-in 2020-ci ildə görəcəyi işlərdən danışaq... - İndidən bütün planları açıqlamaq istəmirəm. Amma yanvar ayına İrana və Çinə səfərim planlaşdırılır. Avropanın bir sıra ölkələrinə, ABŞ-a səfər etmək də bizim gündəliyimizdə var. Rusiyadakı düşüncə mərkəzləri ilə bağlı konfrans təşkil etmək niyyətindəyik. Azərbaycan-Çin əlaqələrinin inkişafı, “Bir kəmər, bir yol” layihəsi ətrafında müzakirələrin aparılması üçün konfrans keçirəcəyik. AB ilə bəzi tədbirlər keçirmişik və tədbirlər qarşıdakı illərdə də davam etdiriləcək. Ən əsası isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra layihələrimiz var. Bu il artıq mərkəzdə erməni dili kursu açdıq. Bu istiqamətdə işlər gələn il də davam etdiriləcək. Layihələrimiz və tədbirlərimiz haqda indi geniş danışmaq istəmirəm. Amma görüləcək işlərlə bağlı saytımız vasitəsilə də ictimaiyyətə məlumatlar veriləcək.

    Ətraflı   16:14     30-Dec-2019     553
  • alternative title

    Elmar Məmmədyarov: Xarici siyasət prioritetlərimiz dəyişilməz olaraq qalır

    Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair KİV-in ünvanlandığı sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik: - 2019-cu ili Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar baxımından necə qiymətləndirirsiniz? Tərəflər arasında hansı konkret məsələlər müzakirə olunub? Bu il ərzində tərəflər münaqişənin həlli çərçivəsində humanitar tədbirlərin həyata keçirilməsi təşəbbüsləri ilə çıxış etdilər, bu xüsusda KİV nümayəndələrinin qarşılıqlı səfərləri baş tutdu. Bu təşəbbüslərin faydalı olduğunu düşünürsünüzmü və gələcəkdə bu kimi səfərlərin davamı gözlənilirmi? - Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş naziri arasında 29 mart tarixində Vyanada bir görüş, Xarici İşlər nazirləri səviyyəsində isə 16 yanvar Paris, 15 aprel Moskva, 20 iyun Vaşinqton, 23 sentyabr Nyu-York və 4 dekabr tarixində Bratislavada olmaqla 5 görüş keçirilmişdir. Görüşlərin keçirilmə intensivliyindən çıxış edərək hər iki tərəfin danışıqlar prosesinin irəli aparılmasında maraqlı olduğu qənaətinə gəlmək olar. Lakin, Ermənistan tərəfinin il ərzində səsləndirdiyi tamamilə əsassız və ziddiyyətli bəyanatları, eləcə də keçirilən görüşlərdə hər hansı konkret nəticənin əldə olunmadığını nəzərə alsaq, təəssüflə qeyd etməliyik ki, 2019-cu il münaqişənin həlli üzrə “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər. Bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edən Ermənistan rəhbərliyi, digər tərəfdən qondarma “müstəqillik” və “miatsum” kimi ziddiyyətli fikirləri ilə danışıqlar prosesinə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səylərinə zərbə vurmuş oldu. Doğrudur, keçirilmiş görüşlər nəticəsində humanitar müstəvidə tədbirlərin həyata keçirilməsi və iki ölkə əhalisinin sülhə hazırlanması təşəbbüsləri irəli sürüldü, hətta bu xüsusda ilk addım olaraq Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırıldı. Ancaq bu təşəbbüsün sonradan Ermənistan tərəfindən siyasiləşdirilməsi və təbliğat vasitəsi kimi istifadəsi cəhdləri bu ölkənin əhalisini sülhə hazırlamağa nə dərəcədə hazır olduğu sualını ortaya qoydu. Əslində təşəbbüsə cəlb olunmuş jurnalistlər, xüsusilə də onları bu prosesdə dəstəkləyən tərəf məsuliyyəti hiss etməli və prosesə xələl gətirməməlidir. Əks təqdirdə bu kimi təşəbbüslərin və iki xalq arasında körpülərin qurulması cəhdlərinin heç bir mənası olmaz. Beləliklə də gələcəkdə bu təşəbbüslərin davam etdirilməsinə məhz bu prizmadan yanaşmaq və növbəti addımlar haqqında danışmaq olar. Hər zaman qeyd etdiyim fikri yenidən xatırlamaq istərdim, biz iki qonşu ölkəyik və tez ya da gec, münaqişənin həllindən sonra iki icmanın nümayəndələri yenidən ölkəmizin Dağlıq Qarabağ bölgəsində birgə yaşamalı olacaqlar. Bu baxımdan həyata keçirilən etimad təbirləri, humanitar təşəbbüslər məhz münaqişənin həllini irəli aparmaq, Azərbaycan ərazilərinin işğalı faktorunu aradan qaldırmaq və məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri dönməsini təmin etməyə xidmət etməlidir. - Münaqişənin həlli üzrə aparılan danışıqlarda yeni təkliflərin irəli sürülmədiyini nəzərə alaraq, qeyd etmək olarmı ki, danışıqlar dalana dirənib? Bu illər ərzində danışıqların aparılması bizə nə verib, danışıqların səmərəsi nədən ibarətdir? Ermənistanla Azərbaycan arasında vasitəçilər olmadan danışıqlar aparıla bilərmi və Dağlıq Qarabağın Azərbaycanlı icması bu danışıqlara necə cəlb oluna bilər? - Doğrudur, münaqişənin həlli üzrə danışıqlar prosesində bu il ərzində konkret irəliləyiş olmayıb, lakin bunu “danışıqlar dalana dirənib” kimi dəyərləndirmək düzgün olmazdı. İl ərzində irəli sürülən çoxsaylı görüşlər və konkret təşəbbüslər danışıqlar prosesinin davam etdirilməsinə müəyyən ehtiyac olduğunu göstərir. Biz hər zaman bəyan etmişik ki, nə qədər ki, münaqişənin danışıqlar, sülh yolu ilə həlli imkanı var, biz bu imkandan istifadə edəcəyik. Əlbəttə, məqsəd mahiyyət üzrə, substantiv danışıqlar aparıb prosesi irəli aparmaqdır. Bunun üçün bütün prinsiplər, elementlər, mərhələlər işlənib hazırlanıb, müzakirə edilib və yenidən nəzərdən keçirilib. Bu günədək hazırlanmış bütün sənədlərdə münaqişənin mərhələli həlli, işğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin geri qayıtması, növbəti mərhələdə status məsələsinin həlli məsələlərinə aydınlıq gətirilir. Bu elementlərlə tanış olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmanız kifayətdir. Ermənistan tərəfindən davamlı şəkildə qaldırılan təhlükəsizlik və status məsələsinə gəldikdə, bir daha vurğulamaq istərdim ki, hər iki məsələ həll prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə bildiyiniz kimi tətbiqi üçün zaman məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Qarabağın Azərbaycanlı əhalisi geri qayıtmadan, hansı statusdan danışa bilərik? Eləcə də təhlükəsizlik məsələsi bölgənin erməni icması ilə yanaşı, azərbaycanlı icması üçün də kifayət qədər önəmlidir və burada beynəlxalq sülhü qoruma mexanizmlərindən istifadə olunmasına ehtiyac duyulduğu hamıya bəllidir. Soruşursunuz ki, danışıqların aparılması bizə nə verib. Münaqişəni həll etmək danışıqlar aparmaq deyil, bəs nədir? Münaqişə yenidən alovlanarsa belə, yenidən danışıqlar başlayacaq, çünki nə əbədi davam edən müharibə, nə də danışıqlar mövcud deyil. Danışıqları ona görə aparırıq ki, pozulmuş beynəlxalq hüquq normalarını bərpa edək, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edək, Azərbaycanın sözündə və əməlində bir olduğunu və sülh yolu ilə həlli potensialı bitməyənədək danışıqlara sadiq qaldığını nümayiş etdirək. Danışıqları aparırıq ki, Azərbaycan ərazilərini işğaldan azad edək! Bu gün Ermənistanın işğalçılıq siyasəti səbəbindən Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil və tərəflər arasında danışıqlar, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas beynəlxalq qurum - BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, dünyanın üç aparıcı ölkəsinin vasitəçilik səyləri ilə aparılır. - Ermənistan əsir və girovların dəyişdirilməsinə dair “hamının hamıya” prinsipinə razılıq vermir, bu ölkə qanunsuz şəkildə saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmək istəmir. Qarşılıqlı etimada zidd olan bu addım münaqişənin nizamlanması prosesinə necə təsir edir? - Doğrudur, Azərbaycan beynəlxalq humanitar hüququn normalarını rəhbər tutaraq əsir və girov götürülmüş mülki şəxslərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi təklifi ilə çıxış edib. Ermənistan tərəfi isə mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Artıq 5 ildir ki, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən girovluqda saxlanılır, həm də işğal olunmuş ərazilərimizdəki qanunsuz rejimin qurama “məhkəmə qərarı” ilə. Ermənistan tərəfinin “cinayətkar” kimi qələmə verdiyi bu şəxslər, Azərbaycanın hazırda hərbi işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət etmək üçün öz torpaqlarına gediblər; əgər öz doğma evlərinə getmək cinayətdirsə, o zaman bu insanları yaşadıqları torpaqlardan qovub onları fundamental hüquqlarından məhrum etmək nədir?! Bilirsiniz, Ermənistan tərəfi artıq anlamalıdır ki, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqları bərpa olunmadan və bu insanlar öz evlərinə geri qayıtmadan münaqişənin həlli istiqamətində irəliləyiş mümkün deyil. Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Ermənistanın işğalçı tərəf kimi məsuliyyətini müəyyən etməklə bərabər, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib. Qeyd etmək istərdim ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət ediblər və Azərbaycan Hökuməti də bu işdə iştirak edir. Ümid edirik ki, Məhkəmə tezliklə bu işlə bağlı öz mövqeyini açıqlayacaq. - Azərbaycanın cari il ərzində xarici siyasət sahəsində fəaliyyətini, 2019-cu ilin yekunlarını necə qiymətləndirirsiniz? - Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici siyasət kursu uğurla davam etdirilmişdir. Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli platformalarda fəal şəkildə iştirakı, xarici ölkə və təşkilatlarla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, Azərbaycan haqqında, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edilməsi, eləcə də mühüm beynəlxalq təşəbbüslərdə iştirakımız və töhfəmiz davam etdirilmişdir. Təqdirəlayiq haldır ki, bu il ölkəmiz iki beynəlxalq təşkilatın zirvə görüşünə ev sahibliyi etmişdir. Qoşulmama Hərəkatı və Türk Şurasına sədrlik qarşıdan gələn il ərzində ölkəmiz tərəfindən həyata keçiriləcəkdir. Ölkəmiz, həmçinin növbəti il digər iki regional təşkilata GUAM və TRACECA-ya sədrliyi həyata keçirəcəkdir. Bu əlbəttə ki, bu təşkilatların çoxsaylı üzv ölkələri tərəfindən Azərbaycana göstərilən etimadın bariz nümunəsidir.Bu il Azərbaycan beynəlxalq və regional təşkilatlarda təmsilçiliyinin coğrafiyasını daha da genişləndirərək dünyanın 135 dövlətini öz sıralarında birləşdirən Qrup 77-yə üzv olmuş, eləcə də Sakit okean Alyansı təşkilatında müşahidəçi statusu almışdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi iştirak etdiyimiz bütün beynəlxalq platformalarda gündəlikdə saxlanılaraq, münaqişənin həlli ilə bağlı hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edən bəyanat, tövsiyə qətnamə və sənədlər qəbul olunmuşdur. Cari il ərzində Tanzaniya Birləşmiş Respublikası, Barbados və Namibiya Respublikası ilə diplomatik münasibətlərin qurulmasına dair birgə kommünikelər imzalanmış və beləliklə də Azərbaycan Respublikasının diplomatik münasibətlər qurduğu ölkələrin sayı 185-yə yüksəlmişdir. Cari il ərzində ölkəmizdə Monteneqronun və Slovakiya Respublikasının səfirlikləri fəaliyyətə başlamışdır. İlin yekunlarına dair yerli jurnalistlərə verdiyi müsahibəsində Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, il ərzində həm ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ikitərəfli formatda 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər edib. Həmçinin eyni çərçivədə 61 ölkənin Xarici İşlər naziri ölkəmizə səfər etmiş, eləcə də Azərbaycan Xarici İşlər naziri olaraq mənim 27 ölkəyə rəsmi və işgüzar səfərlərim baş tutub. Həyata keçirilən hər bir səfərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərimizin inkişafına verilən töhfə olduğunu diqqətə alsaq, o zaman 2019-cu ilin ölkəmizin əməkdaşlıq çərçivəsini genişləndirməsi baxımından nə dərəcədə mühüm bir il olduğu nəticəsinə gəlmək olar. - Azərbaycanla Avropa İttifaqı bu il ərzində ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edəcək, strateji tərəfdaşlıq haqqında Sazişi imzalaya bilmədilər. Danışıqlardakı vəziyyəti necə qiymətləndirmək olar? Avropa Komissiyasının tərkibinin yeniləndiyini nəzərə alaraq, bu faktın danışıqların uzadılmasına təsir edəcəyini söyləmək olarmı? - Azərbayanla Avropa İttifaqı (Aİ) bərabərhüquqlu, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlıq münasibətlərini bölüşürlər. Aİ rəsmilərinin çoxsaylı bəyanatlarında, eləcə də Avropa Parlamentinin qəbul etdiyi qətnamələrdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur və Azərbaycan İttifaqın etibarlı və mühüm tərəfdaşı kimi qiymətləndirilir. Məlum olduğu kimi, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş 1999-cu ildə qüvvəyə minmiş və son 20 il ərzində Azərbaycanda bir çox dəyişikliklər baş vermiş, Azərbaycan regionda və dünyada vacib geosiyasi oyunçulardan birinə çevrilmiş; ölkəmiz bir sıra dünya və regional səviyyəli əhəmiyyətli nəqliyyat, enerji, mədəni və siyasi layihələrin təşəbbüskarı və icraçısı olmuşdur. Vətəndaşların sosial rifahının yüksəldilməsi, ədliyyə, sosial və dövlət idarəçiliyi sahəsində uğurlu islahatlar aparılır. Azərbaycan hazırda böldəgə iqtisadi layihlərin həyata keçirilməsi üçün ən iri investorlardan birinə çevrilmiş və Şərq Tərəfdaşlığı ölkələri arasında Aİ-yə ən çox sərmaya qoymuş ölkəyə çevrilmişdir. Ölkəmiz Avropanın iqtisadi böhran içində boğulduğu zaman “Cənubi Qaz Dəhlizi” layihəsi vasitəsilə yalnız Yunanıstanda beş min yeni iş yerinin yaranmasına dəstək vermiş, 15 mlrd. avro miqdarında Avropaya sərmaya qoymuşdur. 2020-ci ilin ilk yarısında Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “TAP” layihəsi vasitəsilə Avropaya ilk Azərbaycan qazının nəgl edilməsi nəzərdə tutulmuşdur. Ölkəmiz 1990-cı illərdə Aİ-nin yatırımına ehtiyac olan diyardan hazırda Avropanın inkişafına real dəstək verən dövlətə cevrilmişdir. Bir sözlə, Azərbaycan Aİ ilə münasibətlərdə keyfiyyətcə yeni vəziyyət yaranmışdır. Məhz bu səbəblərə görə Azərbaycan Aİ ilə münasibətlərin inkişaf etidirilməsi və genişləndirilməsi üçün xüsusi, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yol seçmiş, “Strateji tərəfdaşlıg Saziş” layihəsi üzrə danışıqların aparılmasını təklif etmiş və Brüssel bu təklifi qəbul etdi. Beləliklə, siyasi və iqtisadi münasibətlərin Tərəflər arasında əməkdaşlıq çərçivəsinin genişlənməsi, enerji sahəsində strateji səviyyədə tərəfdaşlığın həyata keçirilməsi, həmçinin artıq 9 Aİ üzv dövləti ilə strateji mahiyyətli sənədlərin imzalanması yeni və hərtərəfli sazişin işlənib hazırlanması ehtiyacını labüd etdi. 2017 cı ilin fevral ayından Azərbaycan tərəfi təqdim etdiyi layihəyə əsasən Aİ ilə yeni sənəd üzrə danışıqlara başlandı. 3 ildən az müddət ərzində böyük həcmli layihə üzrə çoxsaylı danışıqlar raundu keçirilmiş, sənədin əksər hissəsi razılaşdırılmışdır. Tərəflər danışıqların yekunlaşması və sənədin paraflanması və imzalanması ilə bağlı heç vaxt hər hansı tarix məhdudiyyətlərini nəzərdə tutmamışlar. Bizim üçün danışıqlarda kəmiyyət və vaxt məhdudiyyətləri deyil, keyfiyyət önəmlidir. Şablon yanaşmadan uzaq, reallıqlara söykənən və hər iki tərəfi qane edən yanaşma müsbət nəticənin əldə olunmasında mühüm amillərdən biridir. Azərbaycan tərəfi Avropa Komissiyasının yeni rəhbər heyəti ilə bu istiqamətdə işləməyə davam edəcəkdir. Azərbaycan keyfiyyətli sazişin tərəfdarıdır və onun ölkəmizin milli mənafelərinə uyğun olması mütləqdir. - 2019-cu il Azərbaycan-Rusiya əlaqələri baxımından olduqca məhsuldar, səmərəli il olub. Növbəti il iki ölkə əlaqələrində nə ilə yadda qalacaq? Burada Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya, həmçinin Rusiyadan olan rəsmi şəxslərin Azərbaycana müntəzəm səfərləri qeyd olunmalıdır. Bununla yanaşı, XİN-lərin rəhbərləri səviyyəsində illik əsasda qarşılıqlı səfərlər təcrübəsi mövcuddur və bu çərçivədə Sizin rusiyalı həmkarınız bir qədər öncə Bakıya səfər edib. Bu baxımdan, Sizin 2020-ci ildə Moskvaya səfəriniz gözlənilirmi? Ümumiyyətlə, sizin fikrinizcə, növbəti il iki ölkə əlaqələrində nə ilə yadda qalacaq? - Öncə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı baxımından başa çatmaqda olan ilin yekunlarına verdiyiniz yüksək qiymətlə razılaşmaq istərdim. Məmnuniyyətlə qeyd etməliyəm ki, bu münasibətlər ildən-ilə sabitlik və dinamizm nümayiş etdirir. Bu il başa çatmaq üzrədir və bu müsbət dinamika da inkişaf etmişdir. Sözsüz ki, sualınızda bəhs etdiyiniz yüksək siyasi rəhbərlik səviyyəsindəki sıx əlaqələr və etibarlı dialoq həlledici rol oynamaqda davam edir. Bu, siyasi münasibətlərdən tutmuş ticarət, iqtisadi və humanitar əməkdaşlığa qədər münasibətlərimizin bütün spektrini əhatə edən strateji tərəfdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır. Məlum olduğu kimi, əlaqələrimizin inkişafı məqsədyönlü və proqram xarakteri daşıyır. Konkret istiqamətlər üzrə "yol xəritələri"ndə nəzərdə tutulan və həyata keçirilən tədbirlərdən altısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına ötənilki rəsmi səfəri zamanı, ikisi isə bu ilin dekabrında Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın on səkkizinci iclasının yekununda imzalanmışdır. İlkin hesablamalara görə, 2019-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 3 milyard ABŞ dolları səviyyəsinə çatacaq. 2019-cu ildə müsbət bir tendensiya, bir milyon insan sayına yaxınlaşmaqla Rusiyadan turist axınının davam etməsi olub. Bu, çox mühüm bir göstəricidir və insanlar arasındakı təmasların intensivliyinin əyani təsdiqi kimi bizi sevindirir. Əlbəttə, bu, onu göstərir ki, rusiyalılar Azərbaycanda özlərini rahat hiss edirlər, burada səmimi qəbul ilə üzləşirlər və dil baryerinin olmamasının üstünlüklərindən istifadə edirlər. Bütün bu müsbət tendensiyaların gələn il də davam edəcəyini gözləyirik. Ümid edirəm ki, çox faydalı hesab etdiyim xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində qarşılıqlı səfər mübadiləsi təcrübəsinin davam etdirilməsi də bu prosesə öz töhfəsini verə biləcəkdir. Əlbəttə, Rusiya Federasiyasının da həmsədr qismində çıxış etdiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşməsinə xüsusi ümid bəsləyirik. Hesab edirik ki, bölgədəki sülh və sabitlik maraqları tez bir zamanda hiss oluna biləcək siyasi nəticələrə nail olmaq zərurətini diktə edir. İnanırıq ki, Rusiya, münaqişə düyününün açılmasının başlanılmasında əsas rollardan birini oynamağa qadirdir. Beləliklə, ümumiyyətlə gələcəyə nikbinliklə baxırıq və öz tərəfimizdən inkişafımızın strateji hədəflərinin reallaşması istiqamətində fəaliyyət göstərməkdə qərarlıyıq. - Ekspertlər arasında belə bir fikir var ki, postsovet ölkələri Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcburdurlar. Bəs Azərbaycan barədə də eyni sözləri demək olarmı? - Azərbaycan seçim baxımından "ya-ya da" prinsipi əsasında düşünmür. Bütün xarici siyasət qərarlarımız, ilk növbədə, ölkəmizin inkişafı maraqlarına söykənir. Kənardan bu və ya digər seçimi tətbiq etmək cəhdləri uğursuzluğa düçar olur və bunu, son onilliyin təcrübəsi də daxil olmaqla, bütün müasir tarix nümayiş etdirir. Bu reallıqları bu cür cəhdləri edən xarici qüvvələr də artıq birmənalı şəkildə dərk edir. Həm qonşu dövlətlərlə, həm də əsas qlobal tərəfdaşlarla qarşılıqlı faydalı bərabərhüquqlu əməkdaşlığın inkişafı kursunu davam etdirərək, Azərbaycan artıq mühüm nəticələr əldə etmişdir. Əminik ki, bu qarşılıqlı əlaqənin genişləndirilməsi və dərinləşdirilməsi xəttini düzgün qurmaqla daha da böyük uğurlara imza atacağıq. Ancaq ümumilikdə, ATƏT Nazirlər Şurasının bu yaxınlarda Bratislavada keçirilən iclasında yenidən səsləndirilən - fərqli vektorlarda çox şaxəli əməkdaşlığın inkişafına mane olmayan ümumi təhlükəsizlik məkanının birliyi və bölünməzliyindən irəli gələn mövqedən çıxış edirik. - Bu il diqqət mərkəzində olan əsas məsələlərdən biri də Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası məsələsi olub. Bu xüsusda fikirlərinizi öyrənmək istərdik. Sərhədin delimitasiyası məsələsində tərəflər arasında mövcud olan fikir ayrılığını qarşıdan gələn il ərzində aradan qaldırmaq mümkün görünürmü? - Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, aparılır. Bildiyiniz kimi, 1996-cı ildən iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiyanın sonuncu iclası bu il Bakıda keçirilib. İki ölkə arasındakı 480 kilometrlik sərhədin 314 kilometri razılaşdırılıb, razılaşdırılmamış166 kilometrlik xətti üzrə danışıqlar davam etdirilir. Cari il ərzində ekspertlərin iki görüşü keçirilib, növbəti görüşünün isə gələn ilin əvvəli Tbilisidə keçirilməsi gözlənilir. Fikir ayrılığı dediyiniz, əslində razılaşdırılmamış sahələrin mövcud olmasıdır və bunun üçün də mütəxəssislər tərəfindən müvafiq araşdırma, o cümlədən arxiv və kartoqrafik materialların öyrənilməsi kimi tədbirlər həyata keçirilməlidir. Önəmlisi ondan ibarətdir ki, həm Azərbaycan, həm də Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır. Ümidvaram ki, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübəyə əsaslanaraq hüquqi müstəvidə və strateji tərəfdaşlıq münasibətlərimizə uyğun şəkildə həll olunacaq. - Son iki il ərzində Xəzər dənizi bölgəsinin ölkələri arasında fəal qarşılıqlı fəaliyyət müşahidə olunub və bölgə ölkələri arasında əməkdaşlığa maneə törədən amillər aradan qaldırılıb. Xəzər dənizi bölgəsində gələcəkdə daha effektiv fəaliyyətin perspektivlərini necə qiymətləndirirsiniz? - Ötən il Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addım olmuşdur. Bu sənəd Xəzəryanı ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, eyni zamanda Xəzər dənizi bölgəsində sabitlik, tərəqqi və qarşılıqlı etimad mühitinin inkişaf etməsinə xidmət edir. Xəzər dənizi regionundakı əməkdaşlıq tərəflərin qarşılıqlı maraqları, bir-birinin ərazi bütövlükləri və suverenliklərinə hörmət əsasında aparılır. Konvensiya dənizdə həyata keçirilən təsərrüfat-iqtisadi fəaliyyətin davamlılığını və təhlükəsizliyini təmin etməklə, bu cür fəaliyyətin gələcəkdə daha da genişləndirilməsinə münbit zəmin yaradır. Hal-hazırda Konvensiyanın bütün iştirakçılar tərəfindən ratifikasiya olunması qarşımızda duran əsas məsələlərdən biridir. Növbəti mərhələdə Konvensiyanın qüvvəyə minməsi və ondan irəli gələn məsələlərin öz həllini tapması vacibdir. Xatırladım ki, Konvensiyanın səmərəli həyata keçirilməsi məqsədilə Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup fəaliyyət göstərir. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi regionumuz və dünya üçün böyük əhəmiyyət kəsb edən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşdırılmasına böyük töhfəsi olacaqdır. Belə ki, artıq regionda fəaliyyət göstərən subyektlər üçün Xəzər dənizinin hüquqi statusu ilə qeyri-müəyyənlik dövrü bitmişdir. Konvensiyada dənizin tranzit potensialının həyata keçirilməsinin vacibliyi nəzərə alınmış, Xəzəryanı dövlətlər üçün ticarət gəmiçiliyinin azadlığı və təhlükəsizliyinin təmin olunması prinsipi təsbit olunmuşdur. Azərbaycan hər bir Xəzəryanı ölkə ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir. Bu, Xəzərdə qarşılıqlı təhlükəsizliyin və etimadın təmin edilməsi üçün mühüm amildir. - Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinə aydınlıq gətirməyinizi istərdik. Azərbaycan nə zaman təşkilatın dialoq üzrə tərəfdaşı statusunu alacaq? - Məlum olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Asiya regionunda önəmli regional təşkilatlardan biri hesab edilir və onun əsas məqsədlərindən biri regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsidir. Ölkəmizin ŞƏT ilə münasibətlərinə gəldikdə isə qeyd edilməlidir ki, artıq 9-10 iyul 2015-ci il tarixində ŞƏT-in Ufada keçirilən zirvə görüşündə Azərbaycana ŞƏT-də dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar qəbul edilmişdir. Ölkəmiz ilə ŞƏT arasında mövcud əməkdaşlıq sahələri isə 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası ilə ŞƏT arasında əməkdaşlıq istiqamətləri sırasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə və regional təhlükəsizliyin və sabitliyin təminatı məsələləri yer alır. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təbliğ edilməsi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Bununla yanaşı, Azərbaycanın trans-regional multimodal nəqliyyat qovşağı kimi təşviqi çərçivəsində ŞƏT daxilində mühüm yer tutan iqtisadiyyat, nəqliyyat və telekommunikasiya, ticarət və investisiya sahələrində əməkdaşlıq həmin təşkilatla qarşılıqlı fəaliyyət istiqaməti kimi müəyyən olunmuşdur. ŞƏT çərçivəsində növbəti əməkdaşlıq pilləsi isə müşahidəçi statusudur və artıq ölkəmiz 2018-ci ildə bu statusun əldə edilməsi məqsədilə rəsmi şəkildə təşkilata müraciət etmişdir. Hazırda bu məsələyə ŞƏT daxilində baxılır və hesab edirik ki, ŞƏT ilə Azərbaycan Respublikası arasında mövcud fəal əməkdaşlıq sözügedən müşahidəçi statusunun verilməsindən sonra daha da inkişaf edəcəkdir. - Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvlüyü dövründə quruma sədrliyi zamanı təşkilatın tarixində ilk dəfə olaraq BMT və İƏT arasında tərəfdaşlığın möhkəmləndirilməsi mövzusunda yüksək səviyyəli iclasın keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu dövrdə, həmçinin BMT TŞ üzvlərinin Afrikaya səfəri təşkil olundu. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan müxtəlif bölgələrdə yerləşən, müxtəlif təşkilatların üzvləri olan ölkələr arasında təmasların qurulması səyləri göstərəcəkmi? - Əvvəlcə, bir daha Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyin üzərinə götürməsinin vacibliyini bir daha vurğulamaq istərdik. 25-26 oktyabr 2019-cu il tarixdə 159 nümayəndə heyətinin iştirakı ilə Bakıda keçirilən üzvlərinin sayına görə BMT-dən sonra ikinci qlobal siyasi platformanın XVIII Zirvə Görüşü, habelə onun nəticələrinə dair Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstəyin ifadə edilməsi daxil olmaqla, qəbul edilmiş sənədlər ölkəmizin dünya miqyasında nüfuzunun daha da artmasını əyani şəkildə nümayiş etdirdi. Bu baxımdan, 2011-ci ildə Hərəkata qoşulan Azərbaycanın səkkiz il sonra hazırkı dinamik şəraitdə aktual olan bir sədrlik gündəliyi təklif etməsi ilə sədr çeçilməsi faktı özü özündən bəhs edir. Belə ki, biz fundamental Bandung prinsiplərinin inkişaf etdirilməsi ruhuna uyğun, Hərəkatın beynəlxalq sülh və təhlükəsizliyin qorunması sahəsindəki fəaliyyətinə yeni bir təkan vermək və əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaratmaq niyyətindəyik. Ümumiyyətlə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Hərəkatın beynəlxalq münasibətlər sistemində mövqeyini və nüfuzunu gücləndirmək məqsədi daşıyacaq. Qoşulmama Hərəkatının gücləndirilmiş mövqeyi onun üçün yeni əməkdaşlıq imkanları açacaq və beynəlxalq məsələlərə töhfə imkanlarını genişləndirəcək. Bu yöndə prioritet istiqamətlərdən biri digər regional və beynəlxalq təşkilatlarla dialoq mexanizmlərinin təsis edilməsi olacaq. Xüsusilə Afrika, Latın Amerikasi və Asiyada yerləşən ölkələrlə və təşkilatlarla əməkdaşlıq çərçivələrinin genişləndirilməsi sahəsində səylər göstəriləcək. - Növbəti il üzrə Azərbaycanın xarici siyasət prioritetləri nədən ibarətdir? 2020-ci il ərzində diplomatik fəaliyyətimizin hansı istiqamətlərdə davam etdiriləcəyini və hansı sahələrə daha çox diqqət ayrılacağını qeyd etmək olar? - Azərbaycanın xarici siyasəti ölkəmizin milli maraqlarına uyğun olaraq dövlət başçısının birbaşa rəhbərliyi altında həyata keçirilir və xarici siyasət prioritetlərimiz dəyişilməz olaraq qalır. Buraya ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpa edilməsi, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin davam etdirilməsi və daha da genişləndirilməsi, beynəlxalq münasibətlərdə fəal şəkildə iştirak etmək, beynəlxalq sülh və təhlükəsizliyə, inkişafa, tərəqqiyə töhfə verən təşəbbüslərdə iştirak etmək, Azərbaycanın beynəlxalq müstəvidə layiqincə təşviq edilməsi və digər məsələlər daxildir. Hər bir prioritet istiqamətə uyğun olaraq il ərzində həyata keçiriləcək konkret tədbirlərə gəldikdə isə, burada ənənəvi şəkildə atılan addımlara əlavə olaraq, ölkəmizin dörd beynəlxalq / regional təşkilat çərçivəsində (Qoşulmama Hərəkatı, TRACECA, Türk Şurası, GUAM) gələn il ərzində sədrliyi vəzifələrindən irəli gələn məsələlərin həyata keçirilməsinə də diqqət ayrılacaq. Azərbaycanın maraqlarının diplomatik nümayəndəliklərimizin birbaşa iştirakı ilə ikitərəfli və çoxtərəfli müstəvilərdə fəal şəkildə təşviq olunmasına davam ediləcək.

    Ətraflı   15:08     30-Dec-2019     1104
  • alternative title

    Məhərrəm Əliyev: “Bütün işlər Prezident İlham Əliyevin ciddi nəzarətindədir”

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev son illərdə ordu quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin, şəxsi heyətinin peşəkarlığının və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə müsahibə verib. Həmin müsahibəni təqdim edirik: – Əvvəlcə, Sizi yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik. Zəhmət olmasa, əmək fəaliyyətiniz barədə qısaca məlumat verərdiniz. – Xoş sözlərə görə Sizə təşəkkür edirəm. Xidməti fəaliyyətim haqqında geniş danışmağa ehtiyac görmürəm. Lakin oxucuların marağını nəzərə alaraq, məlumat vermək istərdim ki, 1973-cü ildən 2007-ci ilədək polis orqanlarında xidmət etmişəm, Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon polis idarələrində rəhbər vəzifələrdə çalışmışam. 1993-cü ildən 2007-ci ilədək Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişəm. 2007-2011-ci illərdə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışam. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, 2017-ci ildə Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini vəzifələrinə təyin edilmişəm. Cari il noyabrın 29-da Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşam və mənə “general-polkovnik” ali hərbi rütbəsi verilib. Onu da qeyd etmək istərdim ki, bu illər ərzində hansı sahədə çalışmağımdan asılı olmayaraq, dövlətçiliyimizin möhkəmlənməsi üçün bilik və bacarığımı əsirgəməmiş, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən hər zaman qürur duymuşam. – Bu vəzifəyə təyin edilərkən Silahlı Qüvvələrin Ali Baş Komandanı qarşınızda hansı tapşırıqları qoyub? - Öncə qeyd etdiyim kimi, Ali Baş Komandanın mənə göstərdiyi etimadı doğrultmağı özüm üçün ən vacib vəzifə hesab edirəm. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçularla son görüşlərinin birində qeyd etdiyi kimi, “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır... Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək”. Ali Baş Komandanın bu sözləri Silahlı Qüvvələrimizin inkişafının və möhkəmlənməsinin əsas istiqamətlərini və hədəflərini tam ifadə edib. Bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, qüdrətli ordu quruculuğunun həyata keçirilməsi, müdafiə sənayesinin genişləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsal edilməsi, Azərbaycan Ordusu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yüksəldilməsi kimi tapşırıqlar durur. Son illər ərzində Silahlı Qüvvələrdə bu istiqamətdə çox ciddi və əhəmiyyətli işlər görülüb, müdafiə qabiliyyətimizin artırılması, şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, yeni hərbi hissə komplekslərinin istifadəyə verilməsi, hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılması sahəsində böyük nailiyyətlər əldə olunub. 2016-cı ilin aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində əldə olunmuş Günnüt zəfəri, həmçinin Azərbaycan sərhədçilərinin 2019-cu ildə Qazax rayonunda Babakar istiqamətində əldə etdikləri ciddi uğurlar Silahlı Qüvvələrimizin real qüdrətinin mühüm nümayişi olubdur. Hesab edirəm ki, bundan sonra da bu işlər daha yüksək müstəvidə davam etdiriləcək, Ali Baş Komandanımızın hər bir əmrini icra etmək üçün Silahlı Qüvvələrimizin daimi döyüş hazırlığı tam təmin olunacaqdır. – Xidməti fəaliyyətinizə başladıqdan sonra hansı qurumlarla görüş keçirmisiniz? – Dekabrın 13-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin illik hesabat müşavirəsində iştirak etmişəm. Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının, Çevik Hərəkət Qüvvələrinin, Sahil Mühafizəsinin və Sərhəd Nəzarətini komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev geniş məzmunlu hesabat məruzəsi ilə çıxış edib. Müşavirədə dövlət sərhədlərinin etibarlı mühafizəsi, dəniz sərhədlərinin təhlükəsizliyinin və sərhəd sularında sərhədboyu rejimin təmin edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrində effektiv sərhəd nəzarətinin həyata keçirilməsi, hərbi hissə və birləşmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində görülmüş işlər təhlil olunub, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi tədbirləri geniş müzakirə edilib. Qeyd etmək istərdim ki, son illər ərzində Azərbaycan Ordusu ilə bərabər Dövlət Sərhəd Xidmətində ciddi inkişaf prosesləri həyata keçirilib, struktur islahatları aparılıb, peşəkar sərhədçi kadrların hazırlanması, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizə imkanlarının genişləndirilməsi, dənizdə sərhəd təhlükəsizliyinin təminatı və karbohidrogen ehtiyatlarının hasilatı və daşınması infrastrukturun mühafizəsi, çevik qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir silah və döyüş texnikası ilə təmin edilməsi, sərhəd keçid məntəqələrində sərhədkeçmə prosedurlarının sürətləndirilməsi istiqamətlərində önəmli nailiyyətlər əldə olunub. Eyni zamanda, hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Ermənistan Respublikası ilə dövlət sərhəd xəttinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin müdafiə və mühafizə altına götürülməsi hesabat ili ərzində Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti üçün ən vacib hadisə olub. Azərbaycan sərhədçiləri Ali Baş Komandanın bu tapşırığını böyük ruh yüksəkliyi ilə icra etmiş və təmas xəttində ciddi uğurlar əldə ediblər. – Dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının inzibati ərazilərindən keçən hissəsinin mühafizəsinin Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi məsələsinə münasibətinizi bilmək maraqlı olardı. – Qeyd etdiyiniz istiqamətdə dövlət sərhədinin keçdiyi təmas xəttində xidməti-döyüş fəaliyyətinin həyata keçirilməsi vəzifəsinin Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qəbul olunub. Ali Baş Komandanın qərarı isə müzakirə edilmir, mütləq qaydada icra olunur. Hesab edirəm ki, bu qərarın qəbul edilməsi ilə Azərbaycan sərhədlərinin tam mühafizə altına götürülməsinin, yəni, işğaldan azad edəcəyimiz Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən keçən Azərbaycan–Ermənistan dövlət sərhəd xəttində, həmçinin Fizuli, Cəbrayıl və Zəngilan rayonları ərazisindən keçən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsində üçrəngli dövlət bayrağımızın ucaldılması prosesinə başlanılıb. Həmçinin bu qərar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni ehtiyat qüvvələrin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsinə yönəlib. Bu istiqamətdə görülən bütün işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarətindədir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində “Qazax” əlahiddə sərhəd diviziyasının yaradılması isə bu sahəyə verilən önəmin daha bir göstəricisidir. Hazırda Qazax və Ağstafa rayonları ərazisində dövlət sərhədinin müdafiəsi və mühafizəsinin təşkili, müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması istiqamətində mühüm işlər görülür. Hesabat müşavirəsində bu işlər ətraflı müzakirə olunub, həmçinin ictimaiyyətə bu barədə geniş məlumat verilib. Təkcə onu qeyd etmək kifayətdir ki, çox qısa müddət ərzində bütün sərhəd döyüş məntəqələri tam yenidən inşa olunub, 3 yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün yeni təhlükəsiz sədlər və yollar salınıb, şəxsi heyətin xidməti və yaşayış şəraitinin yaxşılaşdırılması üzrə ciddi işlər görülüb. Düşmən təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 kilometr məsafədə irəli çəkilməsinə, nəticədə Gürcüstandan Ermənistana gedən qaz xəttinin, həmçinin qaz kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub. Həmçinin qeyd etməliyəm ki, “Qazax” əlahiddə sərhəd diviziyasında həyata keçirilən təmir-tikinti işlərinə baxış keçirmək, şəxsi heyət üçün yaradılan şərait və xidmətin xüsusiyyətləri ilə tanış olmaq məqsədilə Hərbi məsələlər şöbəsinin bir qrup əməkdaşları dəfələrlə həmin əraziyə ezam olunublar. Bütün bu istiqamətdə görülən müsbət işlər Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə olunub. – Sonda bir hərbi qulluqçu kimi Silahlı Qüvvələrə nə arzu edərdiniz? – Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsin heyətini, onların ailə üzvlərini və yaxınlarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında böyük qələbə sevincini yaşamalarını arzulayıram.

    Ətraflı   12:39     28-Dec-2019     1613
  • alternative title

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi - RAQİF ABBASOV

    Raqif Abbasov 1976-cı ildə Cəlilabad rayonunda doğulmuşdur, məktəb illəri məhz bu rayonda keçmişdir.Bakıya köçəndən sonra təhsilini burda davam etmişdir, idman ustasıdır. Azərbaycan Texniki Universitetini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını, “Elm və Təhsil mərkəzi” Təfəkkür Universitetini, Qərb Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Hal –hazırda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışır. Ailəlidir, üç övladı var.

    Ətraflı   17:17     26-Dec-2019     5427
  • alternative title

    Teymur Rəcəbov: "İddiaçılar Turnirinə hazırlıq üçün mənə müəyyən maliyyə lazım olacaq" - MÜSAHİBƏ

    2019-cu ilin ən yaxşı idmançısı, şahmat üzrə Dünya Kubokunun qalibi Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının Mətbuat xidmətinin suallarını cavablandırıb. - Başa çatmaqda olan il sizin üçün necə yadda qalacaq? - Nəzərdə tutduğum planlara əsasən, 2019-cu ilin normal keçdiyini düşünürəm. Dünya Kubokunda qələbə sayəsində ili karyeram üçün uğurlu hesab etmək olar. - İlin ən yadda qalan məqamı Dünya Kubokunda qələbəniz oldu. Teymur Rəcəbov üçün bu qələbə nə dərəcədə əhəmiyyətlidir? - Dünya Kubokunda qələbə istənilən şahmatçının idman bioqrafiyasında çox mühüm yer tutur. Mənə görə də bu nəticə çox vacib və əlamətdar hadisə oldu. Bu qələbənin mənim qədər ümumilikdə Azərbaycan şahmatı üçün də önəmli olduğunu düşünürəm. - Dünya Kubokunda qələbə Teymur Rəcəbovu böyük şahmata qaytardı. Siz bu fikirlə razısınız? - Razı deyiləm. Mən böyük şahmatdan ayrılmamışdım. Bu müddət ərzində elit şahmatçılar sırasında olmuşam. Azərbaycan yığmasının heyətində və şəxsi yarışlarda çoxlu sayda qələbə və medallar əldə etmişəm. 2017/2018 mövsümündə də İddiaçılar Turnirinə vəsiqə qazanmağa çox yaxın idim. Palma de Malyorkada keçirilmiş FİDE Qran-prisində İddiaçılar Turnirinə vəsiqə qazanmağıma cəmi yarım xal çatmadı. - Son illər iştirak etdiyiniz turnirlərdə daha çox heç-heçə ilə yadda qalırdınız. Bunu necə izah edərdiniz? - Bu, debüt repertuarımın yenidən qurulması ilə bağlıdır. Qara fiqurlarla riskli mübarizədən daha çox klassik üsluba uyğunlaşmaqla əlaqədardır. Riskli debütlərdə daha çox qələbə qazanmaq mümkündür. Lakin məğlub olmaq riski artır. Klassik debütlərdə qara fiqurlarla bərabərliyi qorumaq asandır, qələbə qazanmaq isə çətin. Bu və ya digər seçimin doğru olub-olmadığı reytinqdə görünür. Reytinq düşürsə, deməli, dəyişiklik lazımdır. Əksinə, reytinq artırsa, deməli, hər şey qaydasındadır. -Teymur Rəcəbovun komandasında dəyişiklik varmı və hazırda kimlərlə işləyirsiniz? -Son illər, əsasən, Vladimir Çuçelovla işləyirəm. Uşaq yaşlarından çalışdığım fransız qrossmeyster İqor-Aleksandr Natafla əməkdaşlığımız davam edir. Psixoloji cəhətdən isə ailəm və yaxın insanlar çox kömək olur. - Dünya Kubokunda qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan təbrik məktubu aldınız. Ölkə rəhbərliyinin təbriki sizin üçün nə deməkdir? - Ölkə rəhbərliyindən təbrik məktubu almaq böyük şərəfdir, çox xoşdur. Bu, o deməkdir ki, səni tanıyırlar və karyeranı izləyirlər. Ölkə rəhbərliyinin şahmata münasibəti Azərbaycanda idmanın bu növünə olan marağı daha da artırır, biz şahmatçıları yeni-yeni qələbələr qazanmağa həvəsləndirir. - Sizin qələbənizin sosial şəbəkələrdə uzun müddət müzakirə edildiyindən xəbəriniz var? Hətta 2019-cu ilin əsas idman uğuru adlandıranlar da oldu... - Azərbaycan idmançılarının bütün qələbələri arasında ilin əsas idman uğuru kimi? Bilmirəm nə deyim. Dünya Kubokundakı qələbə mənim üçün 2019-cu ilin əsas hadisəsi oldu. Xoş sözlərə görə bütün azarkeşlərimə, idman mütəxəssislərinə təşəkkür edirəm. Amma belə seçimi azarkeşlər, idman jurnalistləri, mütəxəssislər edə bilər. Onların istənilən qərarı mənə qəbuldur. - Dünya Kubokunda Şəhriyar Məmmədyarova qarşı mübarizə aparmağınız hansı hisslərlə yadda qalacaq? -Düzü, o qədər xoş an deyildi. Uşaq yaşlarından Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparmışıq. Birgə çoxlu sayda qələbələrimiz olub. Bu mənada komanda yoldaşıma qarşı mübarizə aparmaq çox çətin idi. Təəssüf ki, püşk bizi Dünya Kubokunda bir-birimizə rəqibə çevirdi. Bu mübarizədə mən daha uğurlu oldum. Partiyadan sonra Şəhriyar məni təbrik etdi, qucaqladı və növbəti görüşlərdə uğurlar arzuladı. - Son illər iştirak etdiyiniz turnirlərdə daha çox heç-heçə ilə yadda qalırdınız. Bunu necə izah edərdiniz? - Bu, debüt repertuarımın yenidən qurulması ilə bağlıdır. Qara fiqurlarla riskli mübarizədən daha çox klassik üsluba uyğunlaşmaqla əlaqədardır. Riskli debütlərdə daha çox qələbə qazanmaq mümkündür. Lakin məğlub olmaq riski artır. Klassik debütlərdə qara fiqurlarla bərabərliyi qorumaq asandır, qələbə qazanmaq isə çətin. Bu və ya digər seçimin doğru olub-olmadığı reytinqdə görünür. Reytinq düşürsə, deməli, dəyişiklik lazımdır. Əksinə, reytinq artırsa, deməli, hər şey qaydasındadır. -Teymur Rəcəbovun komandasında dəyişiklik varmı və hazırda kimlərlə işləyirsiniz? -Son illər, əsasən, Vladimir Çuçelovla işləyirəm. Uşaq yaşlarından çalışdığım fransız qrossmeyster İqor-Aleksandr Natafla əməkdaşlığımız davam edir. Psixoloji cəhətdən isə ailəm və yaxın insanlar çox kömək olur. - Dünya Kubokunda qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan təbrik məktubu aldınız. Ölkə rəhbərliyinin təbriki sizin üçün nə deməkdir? - Ölkə rəhbərliyindən təbrik məktubu almaq böyük şərəfdir, çox xoşdur. Bu, o deməkdir ki, səni tanıyırlar və karyeranı izləyirlər. Ölkə rəhbərliyinin şahmata münasibəti Azərbaycanda idmanın bu növünə olan marağı daha da artırır, biz şahmatçıları yeni-yeni qələbələr qazanmağa həvəsləndirir. - Sizin qələbənizin sosial şəbəkələrdə uzun müddət müzakirə edildiyindən xəbəriniz var? Hətta 2019-cu ilin əsas idman uğuru adlandıranlar da oldu... - Azərbaycan idmançılarının bütün qələbələri arasında ilin əsas idman uğuru kimi? Bilmirəm nə deyim. Dünya Kubokundakı qələbə mənim üçün 2019-cu ilin əsas hadisəsi oldu. Xoş sözlərə görə bütün azarkeşlərimə, idman mütəxəssislərinə təşəkkür edirəm. Amma belə seçimi azarkeşlər, idman jurnalistləri, mütəxəssislər edə bilər. Onların istənilən qərarı mənə qəbuldur. - Dünya Kubokunda Şəhriyar Məmmədyarova qarşı mübarizə aparmağınız hansı hisslərlə yadda qalacaq? -Düzü, o qədər xoş an deyildi. Uşaq yaşlarından Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparmışıq. Birgə çoxlu sayda qələbələrimiz olub. Bu mənada komanda yoldaşıma qarşı mübarizə aparmaq çox çətin idi. Təəssüf ki, püşk bizi Dünya Kubokunda bir-birimizə rəqibə çevirdi. Bu mübarizədə mən daha uğurlu oldum. Partiyadan sonra Şəhriyar məni təbrik etdi, qucaqladı və növbəti görüşlərdə uğurlar arzuladı. - Uzun illər Teymur Rəcəbov Azərbaycan xalqını qələbələrlə sevindirir. Hamımızın xatırladığı balaca Teymur artıq böyüyüb, indi ailə başçısıdır. Şahmat sizi yormur? Belə deyək, şahmatdan ayrılmaq – getmək barədə düşünmüsünüz? - Yüksək səviyyədə oynamaq müəyyən mənada çətin olub. Müasir məşq metodları, saatlarla kompüterlə iş, fiziki dözümlülük, çoxlu sayda turnirlər, tez-tez səfərə çıxmaq asan deyil. Bunun üçün psixoloji və fiziki güc, mənəvi cəhətdən dözümlülük tələb olunur. İndiyə qədər bacarıram. Getmək? Bu, elə də çətin deyil, istənilən zaman bu barədə qərar qəbul etmək olar. - İddiaçılar Turnirinə hazırlıq planı barədə məlumat verə bilərsiniz? - İddiaçılar Turnirində dünyanın ən güclü şahmatçıları mübarizə aparır. Burada aparıcı şahmatçıların hazırlığı ilə məşğul olan güclü məşqçi kollektivlərinə qarşı çıxış edəcəyik. Ona görə ciddi hazırlıq tələb olunur. Bunun üçün müəyyən maliyyə lazım olacaq. Uzun müddətli təlim-məşq toplanışı, güclü məşqçilərlə gündəlik iş, mütəxəssislərlə psixoloji, fiziki hazırlıq və digər məsələlər həll olunmalıdır. Müəyyən hazırlıq planlaşdırılıb. Onu reallaşdırmaq barədə düşünürük. Əvvəlki İddiaçılar Turnirində iştirak təcrübəmdən irəli gələrək mötəbər yarışa lazımi qaydada hazırlıqda problem yaranacağından ehtiyatlanıram. Çünki dünya elitasına daxil olan rəqiblərimin imkanları ilə müqayisədə mənim vəsaitim müəyyən mənada məhduddur. İstənilən halda maksimum potensialımı nümayiş etdirərək dünyanın ən yaxşı şahmatçısı adı uğrunda Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam. -Sizcə, 2019-cu ildə Azərbaycanda ən yaxşı idmançı kimdir? -Cari ildə ayrı-ayrı növlər üzrə bir sıra idmançılar və onların məşqçiləri uğur qazanıb. Kimisə xüsusilə fərqləndirməklə digərlərinin xətrinə dəymək istəməzdim. - 2020-ci ilə hansı arzularla yollanırsınız? - Azərbaycanda sabitliyin qorunmasını və ölkəmizin inkişafının davamlı olmasını arzulayıram. Yeni ildə hər bir azərbaycanlının mehriban və işıqlı arzularının həyata keçməsini diləyirəm.

    Ətraflı   15:58     26-Dec-2019     493

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 00:35     19-Jan-2020     2211
  • alternative title 00:26     19-Jan-2020     1307
  • alternative title 00:09     19-Jan-2020     1047
  • alternative title 00:04     19-Jan-2020     4619
  • alternative title 22:41     18-Jan-2020     1885

Sosİal

image title here

Some title