Loading alternative title

MARAQLI

  • alternative title

    Sahildə üzgəcləri və kürkü olan naməlum heyvanın qalıqları tapıldı - FOTO

    Dəniz sahilində tapılan dörd metrlik naməlum heyvan görüntüsü ilə hər kəsi heyrətə gətirib. İri əzələli heyvana aid olduğu düşünülən qalıqların fotolarını “Liverpool Echo” yayımlayıb. Britaniyanın Mersisayd qraflığının Sautport şəhərində çimərlikdə tapılan heyvana xüsusi qəribəlik verən isə onun dörd üzgəcli və kürklü olmasıdır. Sosial şəbəkələrdə heyvanın cinsi ilə bağlı böyük müzakirələr başlayıb. Ancaq yekun bir nəticəyə gəlinməyib. Bir çoxları isə zarafata bu qalıqların mamonta, Frankenşteynin bədheybətinə və yadplanetliyə aid olduğunu yazıblar.

    Ətraflı   11:41     04-Aug-2020     783
  • alternative title

    Ev heyvanları uşaqları allergiyadan qoruyur

    Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov deyib ki, allergiyadan müalicə üçün ev heyvanlarından istifadə edilə bilər. “Rossiya 1” telekanalının efirində çıxış edən Myasnikovun sözlərinə görə, it, pişik və digər ev heyvanları ilə əlaqədə olan işaqlarda bronxial astma və allergiya reaksiyası çox az hallarda müşahidə edilir. Həkim əlavə edib ki, bir çox ölkələrdə uşaqları məktəblərdən xüsusi fermalar aparırlar və orada heyvanlarla təmasda olan azyaşlıların immuniteti güclənir. Myasnikov əlavə edib ki, uşaq heyvanlarla təmasda böyüyəndə onda məsuliyyət və dissiplin xüsusiyyətləri daha yaxşı inkişaf edir.

    Ətraflı   12:11     03-Aug-2020     1232
  • alternative title

    “Buz dövrü” barədə əsl həqiqət məlum oldu

    Mamontlar və digər nəhəng heyvanlar vulkan püskürməsi nəticəsində yaranan soyuq iqlimə görə məhv olublar. Buna qədər hesab olunurdu ki, temperatur dəyişikliyi Yerə meteoritin düşməsi ilə əlaqədardır. Bu barədə 360 TV xəbər yayıb. Tədqiqatçılar Mərkəzi Texasdakı “Hall” mağarasında qazıntı işləri apararkən əvvəllər yerüstü təsir qalıqları ilə səhv saldıqları püskürmə əlamətlərini aşkarlayıblar. Elm adamları maddələrin biokimyəvi analizini aparıblar və onların içərisində yerdənkənar bir şey olmadığını müəyyən ediblər: Bunlar meteorit deyil, lava idi. Beləliklə, çox güman ki, 13 min il əvvəl bir çox vulkanın püskürməsi səbəbindən Yer səthinin üstündə qatı suspenziya meydana gəlib, bu da günəş şüalarının keçməsinə imkan verməyib. Nəticədə buz dövrü yaranıb, ardınca isə heyvanlar məhv olub.

    Ətraflı   10:43     03-Aug-2020     1431
  • alternative title

    Madam Tüsso muzeyinin mum heykəlləri Londonun mərkəzində nümayiş olunur

    Dünya liderlərinin, Britaniya kral ailəsinin üzvlərinin, musiqi və kino ulduzlarının ən parlaq simalarının Madam Tüsso muzeyinə aid mum heykəlləri Londonun mərkəzində nümayiş etdirilir. “Qazeta.ru” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Artıq hər kəs Böyük Britaniya Kraliçası II Elizabeti, Şahzadə Harri və həyat yoldaşı Meqan Marklı, ABŞ prezidenti Donald Trampı, Britaniyanın baş naziri Boris Consonu, aktyor Dueyn Consonu, müğənnilər - Teylor Svift və Beyonseni ödənişsiz “görə biləcək”. Eksponatların bir çoxu mövcud pandemiya dövrünə uyğun şəkildə maskalıdır və sosial məsafəyə uyğun qaydada düzülüb. Mum heykəllər açılışını gözləyən Madam Tüsso muzeyinin qarşısında nümayiş olunur. Qalereya martın 20-də koronavirus pandemiyası səbəbi ilə bağlanmışdı.

    Ətraflı   18:16     31-Jul-2020     1381
  • alternative title

    Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb

    Avstraliya sahillərində nadir balıqlardan olan “Ocean sunfish” tapılıb. “Daily Mail”in məlumatına görə, onu görən turistlər əvvəlcə yadplanetli ilə rastlaşdıqlarını düşünüblər. Tim Rotman dostu ilə birlikdə nəhəng balığı Avstraliyanın Kennet çayı sahilində tapıb. “Biz sahilin kənarı ilə gəzərkən uzaqdan iri təpə gördük. Heç vaxt belə bir şeylə rastlaşmamışdım. Uzaqdan yadplanetliyə oxşayırdı”, - deyə, T.Rotman bildirib. Qeyd edək ki, “Günəş balığı” kimi tanınan bu canlı sümüklü balıqlar arasında ən ağır çəkilisidir. Ayrı-ayrı fərdlərinin çəkisi bəzən iki tonu keçir. Onların eni və uzunluğu isə üç-dörd metr olur.

    Ətraflı   12:19     31-Jul-2020     1034
  • alternative title

    Binanın 20-ci mərtəbəsindən bir saat asılı qalan qız xilas edildi

    Gənc qız binanın 20-ci mərtəbəsində pəncərənin kənarına çıxaraq, geri - mənzilə qayıtmaqdan imtina edib. Bildirilir ki, çöl tərəfdən pəncərənin kənarına çıxan qız, qonşularının təkidinə baxmayaraq, geri qayıtmaq istəməyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təxminən bir saat çalışdıqdan sonra qızı düşürə biliblər. Hazırda onunla psixoloqların işlədiyi bildirilir.

    Ətraflı   12:53     30-Jul-2020     1304
  • alternative title

    Ürəyi dayanmış qadın üç gün ərzində yaxınları ilə söhbət etdi

    Ürəyi üç gün müddətinə dayanan qadın həkimlərin səyi nəticəsində xilas edilib. “Global Times”ın məlumatına görə, hadisə Çinin Şensi əyalətində baş verib. Bildirilib ki, hər zaman gecə yarısına qədər oyaq qalan 23 yaşlı qadının immun sistemi zəifləyib. Bu fonda o, kardiogen şok keçirib və ürəyi dayanıb. Həkimlər onun nəfəs almasını təmin etmək və ürəyini fəaliyyətdə saxlamaq üçün qanın oksigenlə doydurulması - ekstrakorporal membran oksigenləşməsi üsulunu tətbiq ediblər. Üç gündən sonra çinli qadının ürək funksiyası bərpa olunub. Maraqlıdır ki, qadının ürəyi dayandığı müddətdə onun huşu özündə olub və ətrafındakı insanlarla danışıb. Yaxşı əhvalda olan qadın öz qeyri-adi təcrübəsi barədə dostları ilə bölüşüb, onlara ismarıc yollayıb.

    Ətraflı   16:32     28-Jul-2020     1531
  • alternative title

    Səmada ifa: Pianoçu hamını heyrətləndirdi

    İsveçrəli pianoçu göydən asılı vəziyyətdə musiqi əsəri ifa edib. REN TV xəbər verir ki, qaldırıcı kran vasitəsilə royalı 40 metr yüksəkliyə qaldıran musiqiçi səmada öz bacarığını nümayiş etdirib.

    Ətraflı   15:52     27-Jul-2020     646
  • alternative title

    Bəşəriyyət üçün daha bir təhlükə: Qaz sızıntısı aşkarlandı

    Antarktidanın dəniz yatağında aşkarlanan ilk aktiv metan qazı sızıntısı elm adamlarını qorxuya salıb. Bununla bağlı “Euronews” məlumat yayıb. Elm adamlarının fikrincə, ekoloji böhran səbəbindən sızıntının artması ilə qlobal istiləmənin sürətlənməsi qaçılmaz olacaq. Belə ki, metan atmosfer temperaturunu karbondioksiddən daha sürətlə yüksəldən bir qazdır. “Proceedings of the Royal Society B”də yayımlanan araşdırmada bəzi mikroorqanizmlərin qazı zərərsizləşdirdiyi, ancaq bu mikroorqanizmlərin ortaya çıxmasının beş il vaxt aldığı qeyd edilib. Sızıntı ilk dəfə 2011-ci ildə dalğıclar tərəfindən aşkarlanıb. Ancaq məsələ ilə bağlı elmi araşdırmalar 2016-cı ildə başlayıb. Metan qazı sızıntısı yeni məlumat olmasa da, havaya qarışması barədə əldə edilən nəticələr elm adamlarının narahatlığını artırıb.

    Ətraflı   12:15     27-Jul-2020     1402
  • alternative title

    Onlayn dərs üçün hər gün dörd kilometr yüksəyə çıxırlar

    Peruda koronavirus səbəbindən təhsilə onlayn davam edilir. Bununla bağlı “Euronews” məlumat yayıb. Bildirilir ki, onlayn təshsilə görə dörd şagird hər gün dörd min kilometr yüksəkliyə çıxmağa məcbur olurlar. Buna səbəb isə internetin yoxluğudur. Ölkənin Manazo bölgəsində, Titikaka gölünün sahilində yerləşən Konaviri ətrafdakı bir çox kənd kimi internet əlçatanlığına sahib deyil. Kənddəki şagirdlər onlayn təhsil ala bilmək üçün bölgənin ən yüksək təpəsi olan Andesə çıxmaq məcburiyyətindədirlər. Perulu ana Raymunda Çarka bu səbəbdən hər gün dörd oğlunu da götürüb kilometrlərlə məsafə qət edir. Ölkənin təhsil nazirinin elan etdiyi “evdə öyrənirəm” proqramına qarşı ananın alternativi “dağda öyrənirəm”dir.

    Ətraflı   12:14     27-Jul-2020     455
  • alternative title

    Yüzlərlə kəllə sümüyü olan kilsədə araşdırmalar başladı - FOTO

    Polşanın Qdansk şəhərində yerləşən tarixi St. Bridcets Kilsəsi özünəməxsusluğu ilə seçilir. Bununla bağlı fotoları “Sözcü” paylaşıb. Kilsənin zirzəmisində kəllə sümüklərindən ibarət bir bölmə var. 500 kəllə sümüyünün olduğu kilsədə bu sümüklərin niyə və kimlər tərəfindən buraya qoyulduğu bəlli deyil. Bu da kilsəni daha sirli bir yer halına gətirib. Kilsədəki sümüklərlə bağlı bu günlərdə araşdırmalar başlayıb. Dəmir barmaqlıqlarla əhatələnmiş bir bölmədə yerləşən kəllə sümüklərini ziyarətçilər də maraqla izləyir.

    Ətraflı   12:11     27-Jul-2020     1260
  • alternative title

    İlon Maskın peykləri yeddi min ildən bir Yerin yaxınlığından keçən kometanı görməyə mane olub

    Qlobal internet sisteminin peyki “Starlink” yeddi min ildən bir görünən və son yeddi ilin ən parlaq kometası olan C / 2020 F3-ü (NEOWISE) müşahidə etməyə mane olub. Bu barədə astrofotoqraf Daniel Lopez “Gizmodo”ya açıqlamasında bildirib. D.Lopez “Facebook”da Tenerife adasında (İspaniya) yerləşən Teyde Milli Parkından çəkilmiş NEOWISE kometasının şəklini yayımlayıb. Mütəxəssis görüntüdə kometadan əlavə, “Starlink” peyklərinin buraxdığı parlaq zolaqların da əks olunduğunu görüb. “Bu, astronomik müşahidələrin bildiyimiz şəkildə müşahidəsinin sonudur”, - deyə Lopez bildirib. Onun sözlərinə görə, dünya astronomları və astrofizikləri birliyi, kiçik peyklərin Yer ətrafı orbitə yerləşdirilməsindən narahatdırlar. Astrofotoqrafın sözlərinə görə, səmada uçan cisimlər elmi araşdırmalara mane olur. Xatırladaq ki, aprel ayında İlon Mask astronomik müşahidələr aparmağa mane olmamaları üçün “SpaceX” şirkətinə məxsus “Starlink” peyklərinin “Günəş əleyhinə çətirlər”lə təchiz olunacağını demişdi.

    Ətraflı   10:23     27-Jul-2020     1276
  • alternative title

    Eskobarın “kokain evlərinin” satışına başlanıldı

    Kolumbiyanın Boqota şəhərində 20-ci əsrin ən çox haqqında danışılan kokain taciri Pablo Eskobara məxsus beş min daşınmaz əmlakın satışına başlanılıb. Onların ümumi dəyəri 366 milyon dollar (622 200 000 AZN) təşkil edir. Bu barədə “Bloomberg” xəbər yayıb. Obyektlərin əksəriyyəti evlər və tikinti əraziləridir. Mülklər “DebtX” auksionunda satışa çıxarılacaq.

    Ətraflı   11:05     25-Jul-2020     567
  • alternative title

    İyul ayında yolka qurub, fişəng atıb, 2021-ci ili qeyd etdilər

    2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan “Burger King” olub. “Daily Storm”un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. “2020 - sınaq ili oldu. Və biz bu işi görürük ki, onu tez bitirək”, - deyə “Burger King”in nümayəndəsi bildirir. Həmçinin, insanlardan 2020-ci il barədə təəssüratlarını bölüşmələri istənilib. Onların əksəriyyəti baş verənlərdən yorulduqlarını və bu ili başa çatdırmağın vaxtı olduğunu deyiblər.

    Ətraflı   11:00     25-Jul-2020     504
  • alternative title

    Rusiyada yetkin mamontun mükəmməl şəkildə qorunmuş qalıqları tapılıb - FOTO

    Rusiyada yetkin mamontun mükəmməl şəkildə qorunmuş qalıqları tapılıb. “Mash” “Telegram” kanalının məlumatına görə, lokasiya Yamalın Seyaxa qəsəbəsində aşkarlanıb. Sakinlər Ob çayından xəzli filin qalıqlarını - kəllə sümüyünü, aşağı çənəsini, qabırğalarını və ətraflarını (orada hətta vətərlər də var) çıxara biliblər. Hadisə yerinə yerli alimlər çağırılıb. Mütəxəssislər hesab edirlər ki, skletin qalan hissəsi gölün dibində qalıb. Onlar gələn həftə xüsusi texnikanın köməyi ilə çıxardılacaq.

    Ətraflı   10:59     25-Jul-2020     483
  • alternative title

    Bu axşam gözlər səmaya dikiləcək: Son yeddi ilin ən parlaq kometası Yerin yaxınlığından keçəcək - FOTO

    Yeddi min ildə bir dəfə Yerin yaxınlığından uçan C/2020 F3 (NEOWISE) bu axşam planetimizə ən yaxın məsafədən keçəcək. Bu barədə “RİA Novosti” Moskva Planetariumuna istinadla xəbər verir. Məlumata görə, son yeddi ildə görünən ən parlaq kometa Yerə 103,52 milyon kilometr məsafəyə yaxınlaşacaq. Astronomların fikrincə, NEOWISE-ın parlaqlığı artıq solmağa başlayıb və iyul ayının ortalarında olduğu kimi görünmür. Kometa axşam və gecənin birinci yarısında Arabaçı bürcünün (Auriga) yaxınlığında şimal-şərq üfüqünün üstündəki səmada görünə bilər. Qeyd edək ki, Beynəlxalq Kosmik Stansiyada olan rusiyalı kosmonavt İvan Vaqner bundan əvvəl NEOWISE kometasının fotosunu çəkmişdi. “Onun quyruğunu kosmosdan, Beynəlxalq Kosmik Stansiyadan çox yaxşı görmək olur!” - deyə, o, şəkilə şərh vermişdi.

    Ətraflı   12:50     23-Jul-2020     2519
  • alternative title

    Qadından gözlənilməz tələb: Keçi atalıq testindən keçməlidir

    ABŞ-ın Florida ştatında qəribə hadisə baş verib. Belə ki, yerli sakinlərdən biri keçi üçün atalıq testi tələb edib. Bu barədə “Mandatory” xəbər yayıb. Bildirilir ki, qadın qonşusundan hər biri 900 dollara (1 530 AZN) beş oğlaq alıb. Sonradan “zərərçəkən” şəxs aldığı heyvanların müqavilədə göstərildiyi cinsə mənsub olmadığından şübhələnib. Bu səbəbdən qadın keçinin “American Dairy Goat Association”da qeydiyyatda olmasından əminlik üçün oğlaqların atası sayılan keçinin atalıq testindən keçirilməsini istəyib. “Zərərçəkən”in bir neçə dəfə polisə şikayət etdiyi də bildirilir. Qeyd olunur ki, sözügedən assosiasiyada qeydiyyatda olan keçilər digərlərinə nisbətən xeyli baha satılır.

    Ətraflı   10:57     23-Jul-2020     571
  • alternative title

    Bir neçə onillik sonra ağ ayılar tamamilə yoxa çıxacaq

    İqlim dəyişikliyinə qarşı daha çox səy göstərilməyəcəyi təqdirdə əsrin sonuna qədər qütb ayıları qalmaya bilər. Bu barədə “Nature Climate Change” nəşrində dərc olunan araşdırmada bildirilib. Alimlər hesab edirlər ki, Arktika buzları əriməkdə davam edərsə, qütb ayıları məhv olacaqlar: onlar artıq mövcudluqlarının son həddindədirlər. Yay aylarında sahil buzları əriyəndə, qütb ayıları quruya köçürlər: orada, demək olar ki, qida olmur, heyvanlar bədənlərində topladıqları piyin hesabına yaşayırlar. Dəniz buzları yarıldıqda, ayılar özləri və balaları üçün qida tapmaq üçün buzun üstü ilə uzun məsafələr qət etməli olurar. Belə şəraitdə bu, çətin məsələyə çevrilir. Toronto Universitetindən Peter Molnarın rəhbərliyi ilə kanadalı və amerikalı alimlər 1979-cu ildən 2016-cı ilədək Arktika dənizlərinin buz örtüyündə dəyişikliklərin modelini qurublar və yay müddətində qütb ayılarının nə qədər ac qala biləcəyini hesablayıblar. Onların hesablamalarına görə, istixana qazı tullantıları və buzlaqların ərimə sürəti eyni səviyyədə qalarsa, 2100-cü ilə qədər, demək olar ki, bütün qütb ayı populyasiyalarının yox olacağı ehtimalı var. Bu, dəniz buzlarının ərazisinin sürətlə azalması və ayıların daha çox ac qalması ilə əlaqədardır: piy ehtiyatı onlara bəs etməyə bilər. Qeyd edək ki, təkcə son on il ərzində Arktika buzlaqlarının sahəsi 13% azalıb.

    Ətraflı   17:05     22-Jul-2020     639
  • alternative title

    Azərbaycanda ilk dəfə pulsuz Wi-Fi və mini-barı olan dayanacaq quraşdırılıb - FOTO

    Azərbaycanda ilk dəfə olaraq bio-smart avtobus dayanacağı yerləşdirilib. İsmayıllı rayon mərkəzində yerləşən dayanacaqda pulsuz “vay-fay” (Wi-Fi), tәhlükәsizlik kamerası, dezinfeksiya duşu, mini-bar (su, fanta, kola), enerji portu, USB quraşdırılıb. Qeyd edək ki, pavilyon günәş enerjisi ilә işlәyir.

    Ətraflı   14:33     22-Jul-2020     560
  • alternative title

    Eyvandan sallanan uşaq son anda xilas edildi

    Eyvana çıxan və oradan yıxılan uşaq dəqiqələr boyunca sallanmış vəziyyətdə qalıb. Həmin vaxt içkili olan anası isə evdə yatıb. 360 TV-nin məlumatına görə, qorxunc hadisə Rusiyanın Podolsk şəhərində baş verib. Balaca 15 dəqiqə sallanmış vəziyyətdə qalıb. Hadisə şahidlərinin sözlərinə görə, onlar uşağı görən anda dərhal adyal gətirib açıblar ki, uşaq yıxılacağı halda tuta bilsinlər. Ancaq xoşbəxtlikdən o, yıxılmadan xilas olunub. Bir mərtəbə aşağıda yaşayan qonşu azyaşlını xilas edib. Sərxoş ana isə polis əməkdaşlarına qapını dörd saatdan sonra açıb. Qadına qarşı inzibati protokol tərtib olunub, evdə olan iki uşaq xəstəxanaya aparılıb. Hazırda faktla bağlı yoxlamalara başlanılıb.

    Ətraflı   11:00     22-Jul-2020     1356

Weather icon

humidity: 10%







Sosİal medİa

FACEBOOK-DA BİZƏ QOŞULUN

@qalanews

ŞAHİDİ OLDUĞUNUZ HADİSƏLƏRİ ÇƏKİB BİZİMLƏ PAYLAŞIN

BİZİ TWITTER-DƏ İZLƏYİN

@qalanews

BİZİ INSTAGRAM-DA İZLƏYİN

@qalanews

BİZİ YOUTUBE-DA İZLƏYİN

@qalanews

Hadİsə

  • alternative title 16:52     06-Aug-2020     2023
  • alternative title 16:46     06-Aug-2020     2091
  • alternative title 15:44     06-Aug-2020     2771
  • alternative title 14:29     06-Aug-2020     2445
  • alternative title 12:03     06-Aug-2020     2951
image title here

Some title